Cürəli oykonimi. “Azərbaycan toponimlərinin ensiklopedik
lüğəti”ndə yazılmışdır: “Biləsuvar rayonunun Ağalıkənd i. ə. v.-də
kənd. Muğan düzündədir. XIX əsrə aid mənbələrdə rayonun ərazi-
sində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin
kənd Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oy-
konimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə
cürəli tayfasının adını əks etdirir. Yerli əhalinin məlumatına görə,
Sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir
qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir” (2. 282).
T.Əhmədovun yazdıqlarına görə, “Oykonim keçən əsrin sonla-
rında Lənkəran qəzasında yaşamış cürəli adlı tayfanın adından ya-
ranmışdır. XIX əsrin II yarısına aid yazılmış mənbələrin birində bu
qəzada perembel, dərvişbəyli, panavand, dilağarda, şahsevən, mah-
mudlu tayfaları və habelə seyidcə,ərusa, adnabazar qrupları ilə yana-
şı cürəli tayfasının da yaşaması qeyd olunmuşdur” (3. 30).
Aparılan araşdırmalardan aydın olur ki, Xırmandalı, Bəydili,
Cürəli oykonimləri etnonim mənşəli oykonim olub, vaxtilə bu əra-
zilərdə yaşayan tayfaların adını əks etdirir.
Ədəbiyyat
1 “ Azərbaycan Sovet Ensiklopediyası”. II cild. Bakı, 1978.
2. “Azərbaycan Toponimlərinin Ensiklopedik lüğəti”. I, II cild. Bakı, 2007.
3. Əhmədov T. “El – obamızın adları”. 1984.
4. Əliyeva T. “Etnik toponimlərin şəcərə əsasları”. Azərbaycan onomastikası
problemlərinə həsr olunmuş IV elmi – nəzəri konfransın materialları. Bakı, 1993.
5. Hüseynzadə Ə. “Coğrafi adlar”. Bakı, 1977.
6. Məmmədbəyov E. “Kür – Araz ovalığında hidroqrafik prosesləri əks et-
dirən toponimlər”. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi
– nəzəri konfransın materialları. Bakı, 1988.
7. Məmmədov N. “Azərbaycanın yer adları”. 1993.
8. Mirzəyev M. Ağayev Ş. “Masallı toponimləri”. 1992.
9. Türkel Y. “Biləsuvar”. 1995.
Onomastika, Dialektologiya, Etimologiya
224
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Xəyalə Əsədova,
ADPU-nun magistri
BƏXTİYAR VAHABZADƏNİN ŞEİR DİLİNDƏ
SİNONİM VƏ ANTONİM
Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasında öz orijinal üslu-
bu, özünə xas dəsti-xətti olan, şeir poetikasının zənginliyi ilə seçilən
şairlərimizdən biridir. Sözü mənalandırma, fəlsəfi ümumiləşdirmə
məqamlarında onun poetik təfəkkür orijinallığı özünü bütün aspekt-
lərdə təcəssüm etdirir. Onun bədii dilində söz xüsusi üslubi siqlətli
təqdim olunur, sözün deyiliş tərzində qüdrətli qələm ustasının dili
incə duyum keyfiyyətləri aşkarlanır.
Şeirdə yersiz və yorucu təkrarın qarşısını almaq, estetik tamlığa
nail olmaq üçün B. Vahabzadə təsvirin obrazlı bədii səciyyəsini fər-
diləşdirir, kontekstləşdirir, bir sözlə, poetik hərarətin qabarıq şəkildə
hiss olunmasını sinonim və antonimlərlə mükəmməl şəkildə ifadə
edir. Fikrin ifadəsində mənaca eyni və ya yaxın olan sözlərdən mət-
nə münasibətinin müəyyənləşdirilməsi ilk növbədə şairin söz duyu-
mu, onun üslubi incəliklərinə həssaslığı, məna çalarlarına nüfuzet-
mə vərdiş və bacarığı ilə bağlı mühüm sənətkarlıq məsələsidir. Bu,
o dərəcədə vacib sənətkarlıq problemidir ki, bəzən şeirin taleyini,
uzunömürlülüyünü təyinetmə qüdrəti kəsb edir. Həyat hadisələrinə
estetik münasibəti gücləndirməkdən ötrü dilin bütün üslubi-leksik
qatlarına xüsusi həssaslıqla yanaşan bədii söz ustası təlqin edəcəyi
duyğu və düşüncələrinə müvafıq ifadə formaları axtarıb tapır. Dilin
bu istiqamətdə fəallaşdırma prosesi daha artıq şairin əxz etdiyi bədii
qayənin estetik reallaşma keyfiyyətinə öz müsbət təsirini göstərir
Əsl şeirin istənilən sətrində sinonim sözlərin bir sözünü belə də-
yişsən, onun sehri də, musiqisi və ahəngi də dəyişir. Sinonimlik şeir
225
dilinin ən mühüm ifadə ve poetik obrazlılıq vasitələrindən biridir.
Varlığın ziddiyyətli cizgilərinin antonimlərin köməyi ilə təsvirində,
adətən, emosional mühakimə tərzinin üstünlüyünə nail olur. Anto-
nimlərin əsasında şair antiteza yaradır ki, bu da öz estetik təbiətinə
xas olaraq müxtəlif anlayışların, obrazların, əlamətlərin əks qütblə-
rini qarşılaşdırır və bu qarşılaşdırma nəticəsində “fikrin ifadəsi üçün
aforistik dəqiqlik şəraiti yaranır” (4,100). Aşağıdakı nümunədə sino-
nim və antonimlərin bir-birini izləməsinə fikir verək:
Göydə qürub çağı da, dan yeri də gözəldir.
Həyatın sevinci də, kədəri də gözəldir.
Həyat–bir cıdır düzü, bir döyüş meydanıdır.
Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.
İnci üzə çıxarmı çalxalanmasa ümman?
Bu meydanda heyif ki, daim eniş axtaran,
“Azca aşım, ağrımaz başım” – deyənlər də var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Hər kədəri səadət, hər sevinci qəm izlər.
Əsl könül həm qəmi, həm sevinci əzizlər...
...Onlar orta yol tutub nə “hə”, nə də “yox”, – dedi.
Havaya nə “istidir”, nə də ki, “soyuq”, – dedi...
...Sən qımışma güləndə, inləmə ağlayanda
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək gül.
Gülsən də, ağlasan da tamam doysun qoy könül (1, 10).
Nümunədən sezilir ki, sinonimik və antonimik təkrarda üslubi
məna istiqamətinə yad olan heç bir detal yoxdur. Misraların simmet-
rik qurulması da sinonim və antonim sözlərə borcludur. Danışıq dili-
nin sintaktik çevikliyi şeirin dilində məhz bu təkrarın sayəsində əks
olunmuşdur. Ümumi mətnin linqvistik təhlilində eyni leksik–seman-
Onomastika, Dialektologiya, Etimologiya
226
DƏDƏ QORQUD ARAŞDIRMALARI
tik mənalı sözlərin fəal şəkildə işlənməsində ritm–poetika axtarışla-
rı, poetik əhval–ruhiyyəni yüksək səviyyədə cavablandırmaq, asso-
siativliyə nail olmaq, intellektual, yetkin bədii dillə qələmə vermək,
canlandırmaq cəhdləri vardır. Buraya şairin sinonim və antonimlər
vasitəsilə şeir dilinin estetik zənginliklərini təzahür etdirmə cəhdlə-
ri də daxildir. Sinonim və antonimlərin daxili enerjisini, çevikliyini
səfərbərliyə alıb onları eyni misrada işlətmək üsulu da şeir dilinin
karına gəlir.
Sevdim! Gecə - gündüz yandım şam kimi
İztirab... Göz yaşı... Min qan, min qada....
...Seyr edib yaxını, gah da uzağı
Bir az seçə bildim qaranı ağdan...
...Evləndim...hicrana son qoymaq üçün
Qurtardı həsrət də, xoş intizar da
İndi də qayğılar artdı günbəgün
Dedim:- Ay səadət, hardasan, harda? (1, 17).
“Əksliklərin təmasını görmək və əks etdirmək şairin poeziyasına
xüsusi ekspressiya gətirir. Məhz buna görədir ki, onun dilində anto-
nimlər sevimli və işlək semantik fiqurlardandır. Antonimlər həyat
və fikir təzadlarının onun dilindəki siqnallarıdır; həyatın inkişafını
təmin edən ziddiyətlərin, bir–birini yetirən ağla qaranın, acı ilə şiri-
nin, ölümlə doğuluşun–dialektik əksliklərin əks–sədasıdır” (3, 116).
Onun təsvirindəki ziddiyətli lövhələr bədii qayənin bütövlüyünü
təmin edir, təsvir obyektinin btün təfərrüatlarının oxucuya çatdırır.
Əks mənalı sözlərin semantikasından doğan təzadlar poetik canlan-
dırmanın əsas stimuluna çevrilir.
Antonimlərin bədii gözəllik yaratma imkanını söz sənətkarımız
onun varlığını obrazlı şəkildə əks etdirən bədii düşüncə prosesi ilə
bağlı görür, əksmənalı leksik vahidlərə poetik təfəkkürdə baş verən
227
inkişaf, hərəkət, proses kimi baxır. Həyat həqiqətlərinə həssas və
fəal münasibəti nəzər çarpdırmaq, lirik qəhrəmanın mənəvi dünya-
sını dolğunluqla ifadə etmək baxımından da əks mənalı sözlər şairin
poetikasını təyin etməklə müstəsna əhəmiyyətə malikdir.
Ədəbiyyat
1. B.Vahabzadə. Seçilmiş əsərləri. I cild. Öndər nəşriyyatı. Bakı-2004, 328
səh.
2. B.Vahabzadə. Sənətkar və zaman. Bakı, 1978, 297 səh.
3. T.Hacıyev. Şeirimiz. Nəsrimiz. Ədəbi dilimiz. Bakı, Yazıçı, 1990, 360 səh.
4. M.Hüseynov. Dil və poeziya. Bakı , 2008, 434 səh.
РЕЗЮМЕ
Асадова Хаяла
Синонимы и антонимы в стихах Бахтияра Вагабзаде
В статье проанализированы стилистические особенности синонимов и
антонимов, использованных в стихах Бахтияром Вагабзаде. Здесь на основе
конкретных примеров был проведен анализ стилистическо-семантических
качеств синонимов и антонимов, использованных в текстах стихов.
Ключивые слова: синоним, антоним, поетизм, лексика
SUMMARY
Asadova Xayala
Synonyms and antonyms in poems Bakhtiyar Vahabzade
In this article was researched in common use synonyms and antonyms in
Bakhtiyar Vahabzadeh’s speech. In this article poetical and semantical features of
synonyms and antonyms were analysised on basic concrete samples.
Key words: synonym, antonym, poetic lexica
Onomastika, Dialektologiya, Etimologiya
228
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Kəbirə Süleymanova,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı
FELDƏ TƏSİRLİLİK-TƏSİRSİZLİK
KATEQORİYASI
Fellər özünün leksik-semantik, morfoloji-sintaktik, frazeoloji,
fonetik xüsusiyyətlərinin zənginliyi, rəngarəngliyi, çox cəhətliliyi
ilə, kateqoriyaların çoxluğu və səciyyəvi xüsusiyyətləri ilə başqa
nitq hissələrindən seçilir. Bu nitq hissəsi milli orijinallığını, qədim
izlərini daha yaxşı mühafizə edib saxlayır, söz yaradıcılığında, lüğət
tərkibinin zənginləşməsində, fikrin başqalarına çatdırılmasında xü-
susi rol oynayır.
Məhz buna görə də dilimizdəki felləri hərtərəfli tədqiq etmək,
onların az öyrənilmiş, az toxunulmuş sahələrini, tədrisdə böyük mü-
bahisələrə səbəb olan təsirlilik-təsirsizlik kateqoriyasını, təsirli-tə-
sirsiz fellərin xüsusiyyətlərini faktik dil materiallarına əsasən dəqiq,
səhih şərh etmək dilçiliyimiz qarşısında duran əsas problemlərdən
biridir. Bu mövzunun ətraflı şəkildə şərh olunması və araşdırılması
dilçiliyimizdəki bir sıra mübahisəli məsələlərin həllinə kömək edə-
cəkdir. Təsir kateqoriyasının şərhi aşağıdakı mövzuların sərhədini
dəqiqləşdirməyə kömək edəcəkdir: hərəkətlə obyekt və subyekt ara-
sındakı münasibət, vasitəli tamamlıqla vasitəsiz tamamlıqlar, təsir
və növ kateqoriyası arasındakı münasibət, təsirlik hallı feli birləş-
mələr, felin bəzən təsirli, bəzən təsirsizlik çıxış etməsi, obyekt və
subyekt arasındakı münasibətdə sözün semantik mənasının omonim
və çoxmənalılığın rolu və s.
Məlum olduğu kimi, obyektiv aləmdə müəyyən bir səbəb və tələ-
bat nəticəsində hərəkət baş verir, müəyyən bir vəziyyət yaranır. Bu
zaman əşya-obyekt az və ya çox dərəcədə, bu və ya digər cəhətdən
229
təsirə məruz qalır. Bu təsir nəticəsində əşya dəyişir, bir formadan
başqa formaya düşür, bir əşyanın yerində digəri yaranır və s. təbi-
idir ki, hərəkət olan yerdə onun təsiri də olmalıdır. Hərəkəti təsir-
siz təsəvvür etmək mümkün deyildir. Obyektiv aləmdə olan hal və
hərəkətin dildə “fel” adlanan sözlərlə ifadə olunduğu nəzərə alındıq-
da belə bir nəticə hasil olur ki, təsirsiz fel olmamalıdır. Belə olduqda,
biz “təsirsiz fel” terminindən də imtina etməliyik. Lakin dilçiliyin fel
bəhsində bu terminlər-təsirsiz və təsirli sözləri qismən başqa mənada
başa düşülür. Belə ki, hərəkət obyektlə birbaşa, heç bir vasitə olma-
dan əlaqəyə girirsə, bu iş obyektin üzərində icra edilirsə, subyektin
icra etdiyi hərəkət obyekti (əşyanı) dəyişikliyə uğradırsa, bir sözlə,
əşya bu və ya başqa şəkildə hərəkətin təsirinə məruz qalırsa, belə
hərəkəti ifadə edən fellər təsirli, belə hərəkəti ifadə etməyənlər isə
təsirsiz fel adlanır.
Təsirlik kateqoriyası obyekt və subyekt arasındakı münasibətdə
meydana çıxır. Bu münasibət zamanı fel özündən əvvəlki sözü ismin
təsirlik halında idarə edir. Təsirlik halda olan isim kimi? nəyi? hara-
nı? nə? suallarından birinə cavab verir.
Obyektə olan təsir və onun dərəcəsi çoxcəhətli və müxtəlif xa-
rakterli olur. Obyektə olan təsirin dərəcəsini aşağıdakı kimi ümu-
miləşdirmək olar:
1) Obyektə olan təsir tam qabarıq şəkildə özünü göstərir. Məsələn:
daş yonmaq, söz yazmaq və s.
2) Obyektə olan təsir qismən qabarıq şəkildə özünü göstərir.
Məs: O dişini qıcayır; Tahir dostunun əlini sıxdı və s.
3) Obyektə olan təsir nəticəsində obyekt meydandan yox ola bi-
lir. Məs: Əhməd işığı söndürdü; O sükutu pozdu; Qonaq çayını içdi
və s.
4) Obyektə olan təsir nəticəsində yeni bir obyekt yaranır. Məs:
Mühəndislər yeni bir proyekt cızdılar; Kəşfiyyatçılar yeni plan qur-
dular və s.
Onomastika, Dialektologiya, Etimologiya
230
DƏDƏ QORQUD ARAŞDIRMALARI
5) Obyektə olan təsir nəticəsində obyekt yerini dəyişir. Məs:
Pambıqçılar yaş pambıq qozalarını yerə sərdilər; Yaqut su götürdü
və s.
Obyekt təsir altında olsa da, ona olan təsir nəzərə çarpmır. Məs:
(məni) anla, (məsələni) duy, (kitabı) oxu və s.
Azərbaycan dilində ismin təsirlik halında olan fellərlə yanaşı,
məcazlaşmış fellər də təsirli və təsirsiz ola bilirlər. Təsirli olanlar: o
kitabı aldı – həsrətin səbrimi əlimdən aldı (məcazlaşmışdır); Dərzi
parçanı dönə-dönə ölçdü – Ramazan hirsli-hirsli əl qolunu ölçdü və
s.
Azərbaycan ədəbi dilində təsirsiz fellərdən təsirli fel əməl gə-
tirən şəkilçilər aşağıdakılardır:
- t şəkilçisi. Aşağıdakı hallarda təsirli fel əmələ gətirir:
a) sonu saitlə qurtaran fellərə qoşulduqda: çürü-çürüt, quru-qurut
və s.
b) –la
2
şəkilçili təsirsiz düzəltmə fellərdən təsirli fel yaradır: irə-
lilə-irəlilət, gerilə-gerilət və s.
c) sonu –a
2
şəkilçisi ilə qurtaran təsirsiz fellərdən təsirli fel yara-
dır: oyna-oynat, yaşa-yaşat və s.
ç) sonu –ı
4
şəkilçisi ilə qurtaran təsirsiz düzəltmə fellərdən təsirli
fel əmələ gətirir. Məs: acı-acıt, bərki-bərkit, böyü-böyüt və s.
- ıt
4
şəkilçisi. Məs; qorx-qorxut, hürk-hürküt və s. Bəzən –ıt
4
şə-
kilçisi –ız
4
şəkilçisi ilə əvəz olunur. Məs: qorx-qorxsuz və s.
- dır
4
şəkilçisi. Məs: sol-soldur, sus-susdur, din-dindir və s.
- ar
2
şəkilçisi. Məs: qop-qopar, çıx-çıxar və s.
- ır
4
şəkilçisi. Məs: it-itir, bit-bitir, köç-köçür və s.
Ədəbi dilimizdə aşağıdakı şəkilçilər vasitəsilə təsirli fellərdən
təsirsiz fellər yaranır:
a) felin məchul növünün şəkilçisi –ıl
4
; -l; -ın
4
; -n: yaz-yazılmaq,
de - deyilmək və s.
b) felin qayıdış növünün şəkilçisi: -ıl
4
; -l; ın
4
; -n: de-deyinmək,
231
dara-daranmaq və s.
c) felin şəxssiz növünün şəkilçisi ıl
4
, -l: bax-baxılmaq və s.
ç) felin qarşılıqlı növünün şəkilçisi –ış
4
, -aş
2
, -ş: yaz-yazışmaq,
vur-vuruşmaq və s.
d) felin müştərək növünün şəkilçisi –ış
4
, -aş
2
, -ş: hür - hürüşmək,
mələ - mələşmək və s.
Müasir Azərbaycan ədəbi dilində təsirsiz felləri həm də düzəltmə
və mürəkkəb fellərdə izləmək lazımdır. Əgər düzəltmə və mürəkkəb
fellər özündən əvvəl ismin təsirlik halında olan obyekt tələb etmirsə,
onda fel təsirsiz olur. Əksinə olduqda isə təsirli olur. Deməli, geniş
götürdükdə təsirli-təsirsiz felləri fellərin quruluşunda da izləmək la-
zımdır. Yəni sadə, düzəltmə, mürəkkəb fellərdə təsirlilik-təsirsizlik
məsələsi özünü göstərir. Türkoloji ədəbiyyata gəldikdə demək la-
zımdır ki, bu kateqoriya haqqında yekdil rəy yoxdur. Təsirli-təsirsiz
fellərə münasibətə görə türkoloqları, əsasən üç qrupa ayırmaq olar.
Bunların bir qismi feli şərh edərkən ondakı təsirlilik və təsirsiz-
lik məsələsinə qətiyyən toxunmurlar. İkinci qrup türkoloqlar feldə-
ki təsirlilik və təsirsizliyi növ kateqoriyasına daxil edirlər, bunu fel
növlərinin içərisində bu və ya başqa şəkildə əridirlər. Üçüncü qrupa
daxil olan N.K.Dimitriyev, A.Kononov və s. dilçilər bu kateqoriyanı
növ kateqoriyasından ayırırlar.
Azərbaycan dilçiliyində də təsirli-təsirsiz fellər haqqında yekdil
fikir yoxdur. A.Tahirov, A.Axundov, L.Budaqov, N.Z.Hacıyevadan
fərqli olaraq X.M.Əfşar, M.S. Axundov, Z.Budaqova, F.Zeynalov və
s. dilçilər təsirlilik-təsirsizlik kateqoriyasını növ kateqoriyasından
ayırmış və onu ayrıca şərh etmişlər. Qeyd etmək lazımdır ki, Azər-
baycan dilçiliyində təsirli-təsirsiz fellər haqqında rəylər müxtəlif ol-
duğu kimi ona aid terminlər də müxtəlif olmuşdur. Dilçiliyimizdə
əvvəllər təsirli fellər “mtəəddi”, təsirsizlər isə “lazım” adı altında
şərh olunmuşdur. 1839-1846-cı illərdən 1940-cı illərə qədər Kazım
bəyin, təxminən 1870-ci illərdən 1936-cı ilə qədər Əfşarın təsirli-
Onomastika, Dialektologiya, Etimologiya
232
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lik-təsirsizlik fel növləri haqqında dedikləri fikirlər bu və ya başqa
şəkildə təkrar olunmuşdur. 1936-1946-cı illər arasında çap olunan
praktik qrammatika kitablarında feldəki təsirlilik-təsirsizlik ayrıca
mövzu kimi verilmir, felin növlərinin içərisində əridilir. Nəhayət,
1950-ci ildən sonra felin təsirlilik-təsirsizlik kateqoriyası müstəqil
bir kateqoriya kimi dərsliklərə daxil edilmişdir.
Azərbaycan dilçiliyində felin təsirlilik-təsirsizlik kateqoriyası
haqqında bir sıra qiymətli fikirlər söylənmiş, tədris işində çətinlik
törədən bu mövzunun hərtərəfli izaha da dəqiq tədqiqə yenə də eh-
tiyacı vardır.
Ədəbiyyat
1. Əfəndiyev İ. Fel. Azərbaycan dilinin qrammatikası, Bakı, 1951.
2. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 1973.
3. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası, II hissə, Bakı, 2007.
4. Mirzəyev H. Müasir Azərbaycan dilində təsirli və təsirsiz fellər. Elmi əsər-
lər. Dil və ədəbiyyat seriyası, ADU-nun nəşri, Bakı, 1979.
5. Mirzəyev H. Azərbaycan dilində fel, Bakı, 1986.
Summary
The category of transitive and intransitive verbs. This article is about the
category of transitive and intransitive verbs. The article deals with the importence
of this category. Here it is spoken the suffixes making intransitive from transitive
verbs and transitive from of intransitive verbs. The thoughts about transitive and
intransitive category has found its reflection in linguistic.
Key words: verb, transitive, intransitive, objective, subjective
Резюме
Данная статье о грамматических категориях глагола, где идет речь
о значимости этих категорий. Также здесь даны окончания, с помощью
которых возможно перейти с переходного глагола на непереходной вид, в
том числе обзор окончаний, связанных с переходностью -непереходностью
глагола в лингвистике.
Ключевые слова: глагол, переходность глагола, непереходность
глагола, объект, субъект.
233
Küşvər Rəsulova,
ADPU-nun magictrantı
POLİSEMANTİK SÖZLƏRİN
SEMANTİK STRUKTURU
Məlumdur ki, sözlərin əksəriyyəti müxtəlif konseptləri ifadə edir
və müvafiq mənalara malikdir. Müxtəlif mənaları olan sözlər polise-
mantik sözlər adlanır, və birdən çox mənası olan bu sözlər “polise-
miya” termini ilə ifadə olunur.
İngilis dilində olan sözlərin əksəriyyəti polisemantikdir. Qeyd
edilməlidir ki, dilin ifadə imkanlarının zənginliyi daha çox həmin
dildə polisemiyanın nə dərəcədə inkişaf etməsindən asılıdır.Bəzən
linqvistik məsələlərdən aydın məlumatı olmayan insanlar iddia edir-
lər ki, əgər eyni söz bir neçə hallara tətbiq olunarsa, onda bu halları
ifadə etmək üçün dildə sözlər çatışmır. Əslində isə bu fakt əksinədir:
əgər hər söz bir deyildə iki anlayışı ifadə etməyə qadirdisə onda bu
sözlər bütöv lüğətin ifadə potensialını iki dəfəyədək çox artırır. Buna
görə də, yaxşı inkişaf etmiş polisemiya həmin dilin üstünlüyüdür.
Digər tərəfdən də qeyd edilməlidir ki, insan danışıq orqanlarının
yaratdığı səs kombinasiyalarının sayı məhduddur. Buna baxmaya-
raq, dilin inkişafının müəyyən mərhələsində yeni sözlərin morfoloji
vasitələrlə yaradılması məhdudlaşır və polisemiya dilin lüğət tərki-
bini zənginləşdirmək cəhətdən önəmli rol oynayır. Buradanda mə-
lum olur ki, dilin lüğət tərkibinin zənginləşməsi təkcə yeni sözlərin
əlavə olunması ilə deyil, həmçinin polisemiyanın daimi inkişafı ilə
də bağlıdır.
Hər hansı bir polisemantik sözün mənalar sistemi tədricən əs-
rlərlə, yeni mənaların köhnə mənalara əlavə olunması və ya köh-
nə mənaları sıxışdırıb aradan çıxarması ilə inkişaf edir. Beləliklə
Onomastika, Dialektologiya, Etimologiya
234
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mürəkkəb bir proses olan polisemiyanın inkişafı həm yeni mənaların
yaranması həm də köhnə mənaların aradan çıxması ilə düzəlir.
Polisemantik sözün semantik strukturunu təhlil edərkən, onun
iki səviyyəsini fərqləndirmək lazımdır. Birinci səviyyədə sözün se-
mantik strukturu mənalar sistemi kimi izah edilir. Sözün semantik
strukturunun ikinci səviyyədə təhlilinə əsasən hər bir məna struktur
analizin mövzusudur hansı ki, bu mənalar semantik komponentin
üzvləridir.
Sözün semantik strukturu hər iki səviyyədə tədqiq olunmalıdır:
1) Müxtəlif mənalar səviyyəsində;
2) Hər bir ayrı mənanın semantik komponenti səviyyəsində.
235
Nuranə Hüseynova,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının magistrantı
DİLÇİLİKDƏ FUNKSİONAL
ÜSLUBLARIN YARANMASI TARİXİ
Dil insan fəaliyyətinin müxtəlif sahələri ilə bağlı müxtəlif funksi-
yalar yerinə yetirir. Bu funksiyalar ünsiyyət, məlumat və təsir səciy-
yəlidir. Onları reallaşdırmaq üçün dilin tarixən yalnız müəyyən tət-
biq sahəsində işlənən xüsusi ifadə vasitələrinin funksional üslubları
formalaşır. Dil ünsiyyət vasitəsi kimi fəaliyyətinin bütün sahələrin-
də, o cümlədən məişətdə, elmdə, təhsildə, ictimai həyatda, siyasət-
də, iqtisadiyyatda, sənayedə və s. sahələrdə istifadə olunur. Dildə
fikrin ifadə edilməsi dil vasitələrini seçib işlətmək əsasında qurulur.
Funksional üslubların yaranmasında və formalaşmasında aşağıdakı
amillər xüsusi təsir göstərir: 1) milli ənənə, 2) milli mədəniyyət, 3)
dövlət quruluşu, 4) dini təbliğat, 5) dil kontaktı, 6) dil siyasəti və s.
Ədəbi dilin funksional üslublarının yaranması və fəaliyyət dairəsi
eyni olmur. Belə ki, Azərbaycan bədii üslubunun tarixi qədim, elmi
üslubun tarixi isə son dövrlə bağlıdır. Bir sözlə, funksional üslublar
ədəbi dilin insan fəaliyyətinin ayrı-ayrı sahələrinə uyğun işlədilmə-
sidir. Üslublar nitqdə təzahür edir. Ədəbi dilin üslubları müəyyən
vəzifə yerinə yetirdiyi üçün funksional üslub adlanır. Üslub bu və
ya digər ictimai ümumxalq dil mühitində ictimai dərk olunmuş,
funksional şərtlənmiş, nitq ünsiyyəti vasitələrinin işlənmə, seçimi və
əlaqələnməsinin, daxilən birləşməsinin elə toplusudur ki, başqa bu
cür ifadə üslublarına münasibətdə həmin xalqın ictimai nitq təcrü-
bəsi zamanı ayrı məqsədə xidmət edir, özgə vəzifələri yerinə yeti-
rir. Funksional üslublar ünsiyyətin hər hansı bir sahəsində müəyyən
məqsədə xidmət edən və müəyyən funksiya daşıyan dil vasitələrinin
Dostları ilə paylaş: |