Sual əvəzlikləri: Qaçan sən məni alub kafər sərhəddinə çıqar-
dın? (1, s. 79) “Dastani-Əhməd Hərami” poemasının
Qaçan kim ol döşək vaxtı olurdu.
Donanırdı ol işə qız gəlirdi. (2, s. 56)
Kimin ki oğlu, qızı yoq, qara otağa qondırı (1, s. 34) Niyə məna-
sında, nə sual əvəzliyi.
Qadın ana! Qarşum alıb, nə böyrərsən?
Nə bozlarsan, nə ağlarsan? (1, s. 45)
Tañrı-təala bizə bir yetman oğul verməz,
nədəndir? (1, s. 25)
Mərə ozan, nerəyə gedərtsən? (1, s. 66)
Qanda gəzərdin nerədəydin? (1, s. 42)
Qanı dediyin bəy ərənlər? (1, s. 51)
A bəglər oğlan qancaru getdi? (1, s. 84)
199
Onomastika, Dialektologiya, Etimologiya
Təyini əvəzliklər: Öz canıma qıyam, mən sana qıymıyam (1, s.
98) Qamu yerdə əhədsən, allahu səmədsən. (1, s. 122) Cümlə quşlar
sultanı, çal qaraquş. (1, s. 72) “Da stani-Əhməd Hərami”də:
Hər ayağında birər qul oturur.
Əlində qılıcı hərbə götürür. (2, s. 97)
Qeyri-müəyyən əvəzliklər: Kimi aydır keyik tozıdır, kimi aydır
yağı tozıdır. (1, s. 80)
Qarılar dört dürlüdür:
Birisi solduran soydur.
Birisi dolduran toydur.
Birisi evin dayağıdır.
Birisi necə söylərsən, bayağıdır.(1, s. 22)
Hər kim yemədi ol Qazan xatunudır. (1, s. 75) “Dastani-Əhməd
Hərami”də
Qamusunu buların şöylə gözlər,
Kimin boğar, kimini boğazlar. (1, s. 100)
Fel. Hamının sevimlisi, şeirləri ilə qəlbləri riqqətə gətirən, mər-
hum şairimiz Bəxtiyar Vahabzadə şerlərinin birində «isim», «sifət»,
«fel» kimi nitq hissələrini qarşılaşdırır, onların bəzi təsəvvürləri
təmsiletmə gücünü saf-çürük edir və, nəhayət, belə bir nəticə çıxarır
ki, fel bütün nitq hissələrinin şahıdır. Yəni, o türkköklü olması ilə,
tarixinə, keçmişinə bağlı sözlər olması ilə, başqa dillərdən demək
olar ki heç bir söz qəbul etməməsi ilə özünəməxsus keyfiyyəti ilə
seçilir.
200
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İsim, sifət döyüşlərdə çox zaman
karıxar…
Fellərsə döyüşlərdən həmişə
qalib çıxar.
Çox sevirəm igid kimi döyüşən
Kəlməni mən, Sözü mən,
Fel olmaq istəyirəm
Düzü, mən…(7, s. 83)
Burada şair feli döyüşkənliyin, mübarizliyin, failliyin, fəaliy-
yətin rəmzi kimi mənalandırır. “Kitabi-Dədə Qorqud” dastanı və
“Dastani-Əhməd Hərami” poemasının dilində işlənən fellər də əsl
türkköklü olduğunu göstərir. Dirsə Xanı qarşuladılar. (1, s. 24) Ağ
əllərim ardunda bağlanduğum. (1, s. 88) Yalıncıq görsən tonatgil.
(1, s. 26) Qanıña susanma gəl and iç. (1, s. 38). Gördi bənizi sarar-
mış. (1, s. 95) Arğab-arğab qara tağıñ yığılmış idi, yucaldı axır. (1,
s. 75) Dastani-Əhməd Hərami” poemasında.
Bir ulu köşk üçün bünyad uruldu,
Yuca, möhkəm mürəttəb xoş durıldı (2, s. 90)
Dedi: xoca, yaraqlanın gedəlim
Buyur, nə qulluğun varsa edəlim. (2, s. 41)
Əmr şəkli: Beyrək and içdi: “Qılıcıma doğranayın! Oxıma san-
cılayın!”(1, s. 65) Altın başlı ban ev vergil bu oğlana (1, s. 28)
Saqın bu razı kimsəyə deməgil,
Bu sözü kimsəyə faş eyləməgil. (2, s. 55)
Dedi: xoca, yaraqlanın gedəlim
Buyur, nə qulluğun varsa edəlim. (2, s. 41)
201
Onomastika, Dialektologiya, Etimologiya
Xəbər şəkli: Baş kəsübdür, qan dökübdür (1, s. 79) Bir dərənin
içinə qarqa-quzqun enər-çıkar. Qonar-qalqar. (1, s. 32) Ayrı-ayru
yollar izin dəvə bilür, yedi dərə qoxuların dilki bilür. (1, s. 21) At
diməzəm saña, qartaş deyərəm. (1, s. 65) Y oldaşlarım çıqarmayın-
ca, hasarı aşmayınca murada irməzəm. (1, s. 38) Lazım şəkli: Bəli
xanım, bulasıyam. (1, s. 120) Y atacaq yerim genə bu xarab olasıydı.
(1, s. 124) Arzu şəkli: ”Qazan bəgün xatunu qanğınızdır deyü qırq
yerdən avaz verəsüz (1, s. 44) Vacib şəkli: “Baba, bu sözi sən maña
diməmək gərək (deməməli – Ə.C.) idiñ.” (1, s. 105) Burada gərək
sözü -malı
4
şəkilçisini əvəz edir. Şərt şəkli: Selcan Xatun köşkdən
baqar, Kimə baqsa, eşqilə oda yaqar. (1, s. 111)
Feli sifət: Oğul sən varacaq yerin tolamac-tolamac yolları olur.
(1, s. 105).
Görər gözüm aydını oğul!
Tutar belim qüvvəti oğul! (1, s. 76)
Gələn xalqı yedirdi, toyladı xoş.
Tamam qırx gün dügünü eylədi xoş. (2, s. 54)
“Dastani-Əhməd Hərami” poemasında feli sifətin isimləşməsini
də görmək olar.
Məsəldir sevəni sevmək gərəkdir,
Eyi niyyətinə irmək gərəkdir. (2, s. 83)
Feli bağlama: Oğlanın üstünə çapub çıqa (çıxaraq – Ə.C.) gəldi.
(1, s. 32) Göz açuban (açaraq – Ə.C.) gördügüm. (1, s. 30) Yoldaş-
larım çıqarmayınca, hasarı aşmayınca murada irməzəm. (1, s. 38)
Beyrək gedəli bam-bam təpə başına çıqdıñmı qız? (1, s. 74) -ikən,
kən. Hadi Mirzəzadə -ikən şəkilçisinin təkcə feldən deyil, həm də
isimdən sonra işlənərək zaman etibarilə keçmişə bağlandığını qeyd
edir. (6, s. 173)
202
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bilgilərin bütün ərz etdi şaha
İ kən xoş gəldi qayət padişaha. (2, s. 42)
Tamam bir yıl olubdur evlənəli
Güləndamı sevibən ol alalı. (2, s. 95)
Əgər quş oluban uçar olursa.
Dənizlər aşıban keçər olursa (2, s. 84)
Zərf. Qamın (sürətlə – Ə.C.) aqan yügrək sudan. (1, s. 31) Gözü
gögçək qızlarıñ- gəlinləriñ canın çoq almışam (1, s. 96) Buğac bəg
yerindən ulu durdı (1, s. 34) Bir yazın, bir güzin (yazda, payızda –
Ə.C.) buğayla buğrayı savaşdırarlardı (1, s. 27) Yazıdan-yabandan
(çöl-biyabandan – Ə.C.) evə bir qonaq getsə (1, s. 22) “Dastani-Əh-
məd Hərami” poemasında əsasən araşdırma zamanı ğörürük ki, bu-
rada ən çox zaman zərflərinə təsadüf olunur.
Şoluq saət genə gəldi saraya.
Nigarilə oturdu bir arayə (2, s. 83)
Şoluqdəm belinə qılınc quşandı,
Bulardan qorxdu və nə heç üşəndi. (2, s. 29)
Gözətmədi sağını və solunu,
Həman ol tutdu Gürcüstan yolunu (2, s. 61)
Nümunələrdə o işarə əvəzliyi o//şo//şol və şoluq şəklini almış,
“şoluq saət” (o saat – Ə.C), ikinci nümunədə şoluqdəm, (o dəm, o
vaxt – Ə.C.) üçüncü nümunədə isə həman (həmən – Ə.C.) zaman
zərfləridir.
Hər iki əsəri müqayisəli şəkildə tədqiq etdikdə çox gözəl nüans-
lar ortaya çıxdı. “Dastani-Əhməd Hərami” poemasında qədim türk
(Azərbaycan) sözlərinin işlənməsi də təsadüfi deyildir. Məsələn: şair
çox yerdə ol əvəzinə oluk, şoluk sözlərindən, sifət dərəcələrini bil-
dirmək üçün onların sonuna -raq, -rək şəkilçilərini qoşur. Hər iki
203
Onomastika, Dialektologiya, Etimologiya
əsər dilimizin formalaşmasında, onun inkişafında çox böyük rol oy-
namışdır. Biz hər iki əsərin əsas nitq hissələrinə müasir Azərbaycan
dili kontekstindən yanaşaraq müəyyən etdik ki, əsərlərin morfoloji
xüsusiyyətləri bugünkünə nisbətən fərqli tələffüz olunmuş və zama-
nın süzgəcindən keçərək indiki halına gəlib çıxmışdır.
Ədəbiyyat
1. “Kitabi-Dədə Qorqud” əsil və sadələşdirilmiş mətnlər. B., 2004.
2. “Dastani-Əhməd Hərami” B., 2004.
3. Ə.Tanrıverdi. “Azərbaycan dilinin tarixi qrammatikası” B., 2010.
4. Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanının dili. B., 1959.
5. K.Bəşirov. “Oğuz qrupu türk dillərində qrammatik morfemlər” B., 2009
6. H.Mirzəzadə. “Azərbaycan dilinin tarixi qrammatikası” B., 1990.
7. B.Vahabzadə. Seçilmiş əsərləri. B., 1984.
8. E.Əzizov. “Azərbaycan dilinin tarixi dialektologiyası” B., 1999.
Резюме
Oбщем морфологическим (для oсновными частями речи)
особенность эпоса “Книга-моего Деда Коркута” и поэма “Дастани-
Ахмед Харами”
В этой статье исследуются морфология эпоса “Книга-моего Деда Коркута”
и поэма “Дастани-Ахмед Харами” в общем понимании лингвистического
разбора.
Summary
“Kitabi-Dede Korkut” saga and “Dastani-Ahmed Haramy” common morp-
hological poem
(the main parts of the) features
In this research work the morphology of “Dastani-Ahmed Haramy”s poema
is with the epos of “Kitabi-Dede Korkut” in the companion flatness.
204
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Aynurə Əliyeva,
kiçik elmi işçi
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA İŞLƏNMİŞ
TOPONİMLƏRİN MÜASİR TÜRK DİLLƏRİNDƏ YERİ
“Kitabi-Dədə Qorqud” türk dünyasının qədim və əzəmətli tarixi-
ni yaşadan, onu bu günümüzə çatdıran möhtəşəm söz abidəsidir. Bu
epos türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. Tə-
sadüfi deyil ki, bir çox tarixçilər Oğuzun tarixi haqqında məlumat
verərkən ona dönə-dönə müraciət etmişlər. Görkəmli qorqudşünas
Muharrem Ergin əsaslı şəkildə inandırır ki, Osman Bayburdlu, Rə-
şidəddin, Əli Yazıçıoğlu, Əbülqazi Xivəli və başqa oğuzşünas tarix-
çilər “Dədə Qorqud kitabı”na tarixi mənbə kimi baxmışlar (10, 6).
“Kitab”ın tədqiqi ilə məşğul olan alimlərin sayı çoxdur. Həmin
tədqiqatçılar sırasında V.V.Bartold, H.F.Dits, A.Y.Yakubovski, V.M.
Jirmunski, E.Rossi, K.Rüfət, H.Araslı, Ə.Dəmirçizadə, O.Ş.Gökyay,
M.Ergin və başqalarının adları xüsusilə qeyd olunmalıdır. “Kita-
b”da işlənən coğrafi adlar haqqında M.F.Kırzığlunun “Dede Kor-
kut oğuznameleri” (I kitab, İstanbul, 1952) kitabında geniş məlu-
mat verilmişdir. Bu kitabın 1962-ci ildə Moskvada V.V.Bartoldun
tərcüməsində çıxan rusca çapında («Книга моего деда Коркута»)
həmin araşdırmadakı məlumat əsas götürülmüşdür. Orhan Şaiq Gök-
yayın 1973-cü ildə çap olunan kitabında da tarixi-coğrafi-etnoqrafik
məsələlər ətraflı şərh olunmuşdur. “Dədə Qorqud”un 1978-ci il Bakı
çapını hazırlayan H.Araslı burada ənənəvi sözlüklə yanaşı, qısa şəxs
və yer adları cədvəllərini vermişdir. Sonrakı nəşrlərdə də bu ənənə
özünü göstərir.
“Dədə Qorqud kitabı” Azərbaycan xalqının tarixi keçmişinin
öyrənilməsində çox dəyərli mənbədir. Türk araşdırıcılarının çoxu
(F.Köprülü, A.Dilaçar, M.Ergin və b.), haqlı olaraq, “Kitab”ın XIV
205
Onomastika, Dialektologiya, Etimologiya
əsrdə Azərbaycan yazılı dilinin abidəsi olduğunu dəfələrlə qeyd et-
mişlər. “Dədə Qorqud kitabı”nda toponimik vahidlərlə ifadə olu-
nan tarixi-coğrafi reallıq da “Kitab”ın məhz Azərbaycan xalqına
məxsusluğunu göstərən tutarlı faktlardandır. Belə ki, “Dədə Qorqud
kitabı” Oğuzun hər iki mühüm qolunun, ümumi Oğuz boyunun ya-
radıcılığı, ədəbi-bədii göstəricisidir. Burada təsvir olunan Oğuzların
məskəni Azərbaycan torpağıdır. Oğuzların başbiləni, müdrik dədəsi
Qorqud “Bayat” boyundan, hökmdarı Qamğan oğlu Bayandır xan
“Bayandır”lardan, bəylərbəyisi Qazan xan “Salğur (Salur)”lardan,
“səhabəsi”, dini təbliğatçısı Bükdüz Əmən “Bükdüz”lərdəndir. Qa-
lan surətlər də ümumilikdə Oğuz boylarındandır.
Məlumdur ki, islamiyyətə qədər vahid Oğuz eli və onun 22 kökü
– boyu vardır. “Dədə Qorqud” qəhrəmanları da bu boylardandır. Bu
türk boylarına Mahmud Kaşğarinin “Divan”ında da rast gəlirik.
M.Kaşğarinin məlumatına görə, oğuzlar türklərin daha güclü bo-
yudur. Bununla belə, bu boy öz daxilində müstəqil qollara, oymaq-
lara ayrılır ki, onların da sayı 22-dir: 1) “Qınıq”lar; 2) “Qayığ”lar; 3)
“Bayundur”lar; 4) “İvfa”lar və ya “Yıvfa”lar; 5) “Salqur”lar; 6) “Əf-
şar”lar; 7) “Bəgtili”lər; 8) “Bükdüz”lər; 9) “Bayat”lar; 10) “Yazqır”-
lar; 11) “Eymür”lər; 12) “Qarabölük”lər; 13) “Alqabölük”lər; 14)
“İkdir”lər; 15) “Ürəgir”lər; 16) “Tuturğa”lar; 17) “Ulayundluğ”lar;
18) “Tükər”lər; 19) “Beçənək”lər; 20) “Çuvaldar”lar; 21) “Çəp-
ni”lər; 22) “Çaruqluq”lar (11, 55-57). Göründüyü kimi, “Dədə
Qorqud” qəhrəmanları türksoylu Oğuz boylarındandır.
“Kitab”da işlənmiş toponimlər, əsasən, aşağıdakılardır:* Abqaz
eli, Ağcaqala, Ağcaqala Sürməli, Ağca saz, Ağ Hasar (qala), Ağ
Qaya, Ağlağan, Ağsaqa, Aqhasar qalası, Ala tağ, Amit qalası, Arqıç
qır (çay), Arqubel, Aslan yatağı, Aya Sofya, Ayqırgözlü, Bam-bam
təpə, Barasar, Başıaçıq Tatyan qalası, Bayburd Hasarı (qalası), Bər-
də, Cızıxlar, Dəmirqapı Dərbənd, Dərbənd, Dərəşam, Diş Oğuz,
* Bu toponimləri verərkən “Kitabi-Dədə Qorqud” (əsil və sadələşdirilmiş mətn-
lərə) Bakı, 2004-cü il nəşrinə əsaslanmışıq.
206
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Düzmürd qalası, Evnik qalası, Əlincə qalası, Əmman dənizi, Gəncə,
Göycə dənizi, Günortac, İç Oğuz, İstanbul, Kan Abxaz eli, Kərbə-
la, Qalın Oğuz, Qapılar Dərbəndi, Qara dəniz, Qaraquc, Qara dərə,
Qara Dərvənd, Qara tağ, Qarun eli, Qazılıq dağı, Qıpçaqlar (topo-
nim), Mədinə, Məkkə, Mərdin qalası, Oğuz eli, Parasarın Bayburt
hasarı, Pasinik, Rum eli, Sallaxana, Sancıdan, Sürməli, Talı, Tana
sazı, Qatyan qalası, Taş Oğuz, Trabuzon, Tuman qalası, Türkistan,
Şam, Şirokuz.
“Kitab”da rast gəlinən toponimləri iki qrupa bölmək olar: 1) Ta-
rixən Azərbaycan ərazisinə daxil olan coğrafi adlar; 2) Azərbaycanın
sərhədləri xaricində mövcud olan coğrafi adlar.
“Kitab” özü təsdiq edir ki, Oğuz bəylərinin əsas yaşayış yeri
Azərbaycandır. Onun boyları Qafqaz dağı (“Kitab”da Qazılıq dağı),
daha doğrusu, Qafqazın cənub ətəkləri və ümumən Azərbaycan əra-
zisi ilə bağlıdır. Burada baş verən hadisələr Kür-Araz düzənliyində
Ağcaqalada, Sürməlüdə, Ağ Qayada, Ağ sazda, Qara dərədə, Qara
dağda, Şərur mahalında (“Kitab”da: Şərük), Əlincə qalasında, Dərə-
şamda, Göycə dənizdə, Bayatda və s. yerlərdə baş verir. Bu adda
yerlər isə Naxçıvan ərazisində, Araz üstündə, Göyçə mahalında,
Zəngilanda, Ağcabədidə, Şəmkirdə, Şəkidə, Şirvanda, Dəvəçidə,
Abşeron torpağında və s. yerlərdə bu gün belə mövcuddur.
“Kitab”da eyni zamanda tez-tez rast gəlinən Dərbənd toponi-
mi indiki Dərbənd şəhəridir. Hazırda Rusiya dövləti daxilində olsa
da, bura qədim türk yaşayış məskənidir. Cızıxlar, Ağlağan, Bük-
düz, Ayqırgözlü və s. torpaqları da oğuzların, oğuz qəhrəmanlarının
yurd-yuvasıdır. “Kitab”da adı çəkilən Bərdə və Gəncə şəhərləri də
oğuzların oylağıdır. Bu toponimlər də Azərbaycanın qədim şəhər-
ləridir və hazırda eyni adla (Bərdə və Gəncə) mövcuddur. Azər-
baycanın Qazax-Borçalı bölgəsi də oğuzların yurd-yuva saldıqları
yerlərindəndir. “Kitab”dakı hadisələrin müəyyən hissəsi məhz qeyd
etdiyimiz ərazidə baş verir. Bu bölgədəki Qarayazı, Qazan qayası,
Qonbor dağı, Göyçəli, Böyük Ulaşlı, Kiçik Ulaşlı, Oruzman, Beja-
207
Onomastika, Dialektologiya, Etimologiya
noğuzaran, Kəpənəkçi, Baytallı, Təkəli kimi toponimik vahidlərin
“Kitab”ın onomastik vahidi ilə bağlılığı fikrimizi əsaslandırır.
“Dədə Qorqud kitabı”ndan bəhs edən tədqiqatçılardan bir çoxu
(M.Ergin, Ş.Cəmşidov, M.Çobanov, N. Məmmədov və b.) araşdır-
malarında “Kitab”dakı toponimik vahidlərin Qazax-Borçalı və bu
bölgəyə yaxın ərazilərlə səsləşməsini xüsusi olaraq qeyd etmişlər.
Məsələn, M.Çobanov və M.Çobanlı “Dədə Qorqud dünyasına sə-
yahətdən parçalar” (Bakı, 1998) adlı kitabında yazır: “...dastandakı
hadisələr əsas etibarı ilə Azərbaycanda və ona həmsərhəd olan Bor-
çalıda (Şərqi Gürcüstanda), Göyçə və İrəvan hüdudlarında (Ermə-
nistanda), Dərbənddə (Dağıstanda) və Türkiyə ərazisinin müəyyən
bölgələrində cərəyan edir. Bu mənada Borçalıda – Gürcüstan əra-
zisində də Dədə Qorqud dünyasının müəyyən izlərinə indi də rast
gəlmək olur” (9, 58).
“Kitabi-Dədə Qorqud” və Qərb ləhcəsi” əsərinin müəllifi, qorqu-
dşünas alim Ə.Tanrıverdi də Qərb ləhcəsində Qazax-Borçalı şivəsi-
nin xüsusi yer tutduğunu, həmin bölgədə “Kitabi-Dədə Qorqud”un
izlərinin daha çox müşahidə olunduğunu qeyd edir (7, 4).
Qeyd edək ki, “Kitab”dakı yer adlarının çoxu Qərbi Azərbaycan
(indiki Ermənistan) və Şərqi Anadolu ərazisinə aiddir. B.Budaqov
və Q.Qeybullayev “Ermənistanda Azərbaycan mənşəli toponimlərin
izahlı lüğəti” (Bakı, 1998) adlı əsərində oğuzların bir sıra tayfa-
larının Avşar, Bayat, Bayandur, Bəydilıi, Dügər, Yaycı, Yirə, Kayı,
Karkun, Uregir və b. adlarını əks etdirən toponimlər verilmiş həmin
toponimlərin “Dədə Qorqud kitabı” ilə bağlılığı əsaslandırılmışdır.
B.Budaqov və Q.Qeybullayev bu barədə yazır: “Kitabi-Dədə
Qorqud” eposunda çəkilən adların əksəriyyəti indiki Ermənistan əra-
zisindədir. Alagöz dağının cənub yamacları Abarandan gələn Qazax
su çayının sol tərəfi keçən əsrdə “Uquz yurdu” adlanırdı. Eposun III
boyunda oğuzların yurdu olan indiki Ermənistan ərazisi “Türküstan”
adlandırılır. Çünki, eposda Qazan xan “Türküstanın dirəyi” sayılır.
Eposun IV boyunda oğuzların ərazisi “Oğuz eli” də adlandırılır.
208
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Diqqətəlayiqdir ki, eposda “Gürcüstan” adı çəkilir, lakin “Ermə-
nistan” adı yoxdur. Eposda deyilir ki, Oğuz elinin 90 tümən (990
min) nəfərlik ordusu vardı. Eposda Göycə gölü ilə Van gölü ara-
sı ərazi “İç Oğuz” adlanır. Eposdakı Qaradərə sonrakı Zəngibasar-
dır, çünki farsca zəngi “qara” mənasındadır. Ermənistanda Avşar,
Yuva, Qacarabay, Çebin, Qarxun, Dəyərli, Qırıqlı və b. kənd adları
Oğuz tayfalarının adlarını əks etdirir” (2, 894). Bütün bu deyilən-
lər “Kitab”dakı toponimlərin daha çox Azərbaycanla bağlılığını və
“Kitab”dakı hadisələrin məhz Azərbaycan ərazisində baş verdiyini
təsdiqləyir. Lakin daim at belində olan Oğuz qəhrəmanları tez-tez
Azərbaycan sərhədlərini aşaraq Abxaziya elinə qız almağa, Trabzo-
na qız bəyənməyə, Rum elinə alış-veriş etməyə, Qara dəniz kənar-
larına, Qarun elinə “av avlayıb, quş quşlamağa”, istirahət etməyə
gedirlər. Məsələn;
“Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Pilon geyən keşişiŋ əlin öpərəm
Qara gözlü kafir qızın mən aluram” (6, 78)
“İç Oğuza girdi. Qız bulımadı. Dolandı. Daş Oğuza girdi, bu-
lımadı. Dolandı., Trabuzana gəldi. Məgər Trabuzan təküriniŋ bir
əzim-görklü məhbub qızı vardı” (6, 104).
“Baybörə bəg bəzirganlarını yanına oxıdı, buyuruq etdi: “Mərə
bazirganlar! Allah-Taala maŋa bir oğul verdi. Varın Rum elinə, mə-
nim ağlum ıçün yaxşı ərmağanlar gətürün mənim oğlım böyüyincə”,
- dedi” (6, 53); “Günlərdə bir gün Düzmürd qalasına gəldi. Qara də-
niz kənarında idi. Aŋa irübən qondılar” (6, 119); “Atla Qarun elinə
çapqun yetdim” (6, 158); “Arqıc qırda yıqanır Əmman dəŋizində...”
(6, 157).
“Kitab”da hadisələrin cərəyan etdiyi yerlər Azərbaycanda və
bəzən də onun sərhədlərindən kənarda baş verdiyi üçün buradakı to-
209
Onomastika, Dialektologiya, Etimologiya
ponimlərin böyük əksəriyyəti Azərbaycan (türk) dilli, digər qismi isə
başqa dillərə məxsusdur.
Bu baxımdan “Dədə Qorqud kitabı”ndakı toponimləri dil mənsu-
biyyəti baxımından iki qrupa ayırmaq olar: 1) Azərbaycan (türk)dilli
toponimlər. Bu toponimlər “Kitab”da çoxluq təşkil edir. Məsələn:
Ağcaqala, Ağca saz, Ağ Hasar (qala), Ağ Qaya, Ağlağan, Ala tağ,
Cızıxlar, Qara tağ, Oğuz eli, İç Oğuz, Əlincə və s.
2) Başqa dillərə məxsus toponimlər. Bu tip toponimlər “Kitab”-
da nisbətən azlıq təşkil edir. Məsələn: Rum, Şam, Kərbəla, Mədinə,
Məkkə və s. “Kitab”da işlənmiş toponimlərin bir çoxu elmi tədqiqa-
ta cəlb edilmiş, etimoloji təhlil süzgəcindən keçirilərək müəyyən fi-
kirlər söylənilmişdir. Odur ki, biz bəzi toponimləri nəzərdən keçir-
məklə kifayətlənməyi məqsədəuyğun sayırıq.
Ağcaqala. “Kitab”da rast gəlinən toponimlərdən biridir. Məsələn:
Ağca qala Sürməlidə at oynatdım.
Atla Qarun elinə çapqun yetdim (6, 158).
Ağcaqala toponimində “ağca” rəng anlamlı sözdür. Ağcaqala
yəni “ağ rəngli daşdan tikilmiş qala” mənasındadır. Ağcaqala topo-
niminə İrəvan quberniyasının Eçmiadzin qəzasında (sonra Talin ra-
yonunda) kənd adı kimi rast gəlinir (13, 4).
B.Budaqov və Q.Qeybullayev qeyd edir ki, İrəvan quberniya-
sında mövcud olan Ağcaqala toponimi 1590-cı ildən məlumdur.
1728-ci ilə aid mənbədə kəndin həm də Uruş adlandığı qeyd olunur.
1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də məs-
kunlaşmışlar. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur.
1946-cı ildə kənd ermənicə Bazmaberd , 1978-ci ildə Txaskaşen ad-
landırılmışdır. Yaxınlığındakı “Ağcaqala” xarabalığının adındandır.
Xarabalıq isə qədim Yervandaşat şəhərinin qalıqlarıdır. XVII əsr er-
məni müəllifi yazır ki, qədim Yervandaşat indiki Ağcaqaladır. Ağ-
caqala “ağumtul rəngli daşdan tikilmiş qala” mənasındadır. XIX
210
DƏDƏ QORQUD ARAŞDIRMALARI
əsrdə Azərbaycanda və Ermənistanda mövcud olmuş 9 Ağcaqa-
la toponimindən biridir. Ağcaqala toponimi “Ağcaqala Sürməli”
formasında ilk dəfə “Kitabi-Dədə Qorqud” eposunda çəkilir. Şərqi
Türkiyədə Qars çayı üstündə yerləşən həmin Ağcaqalanı XVII əsrin
əvvəllərində bir erməni müəllifi də qeyd etmişdir. Həmin Ağcaqala
orta əsrlərdə sancaqlığın mərkəzi idi (2, 111). Bundan əlavə Ağcaqa-
la – 1590-cı ildə Rəvan əyalətinin Şərabxana nahiyəsində kənd adı.
1590-cı ildə Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı. Mənbədə
kəndin həm də Xatunkənd adlandığı göstərilir. 1728-ci ildə İvəvan
əyalətinin Xınzirək nahiyəsində kənd adı. Ağcaqala 1728-ci ildə
İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı. XVIII əsrin əv-
vəllərində Qeqarkuni mahalında (Göycə mahalında) kənd adı. Ye-
lizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənis-
tanın Krasnoselsk rayonunda) qışlaq adı. XX əsrin 30-cu illərində
kollektivləşmə ilə əlaqədar olaraq qışlaq dağıdılmışdır. Ağcaqala
1728-ci ildə İrəvan əyalətində Məzrə nahiyəsində kənd adı. 1590-cı
ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı kimi (2, 111)
mövcud olmuşdur. Tiflis quberniyasının Borçalı qəzasında (indi
Marneuli rayonunda) Debneda çayının sağ sahilində xaraba qala adı
mövcud idi. XVIII əsrdə qalanın adı ilə Tiflis əyalətinin bir nahiyəsi
də Ağcaqala adlanırdı. Qədim gürcü mənbələrində XV-XVIII əsrlərə
aid hadisələrdə adı çəkilir. Vaxustinin yazdığına görə Sultan Yaqub
tərəfindən tikilmişdir. I şah Abbas onu gürcü hökmdarı Georgidən
almış və borçalıları yerləşdirmişdir. Digər Ağcaqala Qazax qəza-
sında idi. XIX əsrdə Nuxa və Cavad qəzalarında Ağcaqala adlı 5
qala vardı. “Kitabi-Dədə Qoprqud” eposunda adı çəkilən Ağcaqala
ilə əlaqəsi yoxdur, çünki həmin Ağcaqala Sürməli mahalının Diqor
qəzasında yerləşirdi. Diqor qəzasının Arpaçay boyu çuxur bölgəsi
Aran (“qışlaq” mənasında) adlanır. Diqor qəzasına həm də Qarabağ
deyilmişdir. Ağcaqala da məhz Türkiyədəki Qarabağdadır. Qara-
bağ Osmanlı dövlətinin dövründə Ağcaqala sancaqlığının şəhəri idi.
Bunu eposda “Ağcaqala Sürməli” ifadəsi də göstərir (3, 108).
|