D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

Onomastika, Dialektologiya, Etimologiya
XIV вв. Ашхабад: 1973, 234 с.
30. Радлов В.В. Опыт словаря тюркских наречий. т. I, Санк-Петербург: 
1893, 1914 c.
31.  Севортян  Э.В.  Этимологический  словарь  тюркских  языков.  Обще-
тюркские и межтюркские основы на гласные. т. I, Москва: «Наука», 1974, 
767 с
32. Сейидов М.С. Генезис значений «говорить», «издавать звуки» синкре-
тического корня «Ay». Русскоязычие и би(поли)лингвизм в межкультурной 
коммуникации XXI века: когнитивно – концептуальные аспекты (Материалы 
IV  международной  научно-мутодической  конференции).  Пятигорск,  2011 
года, 21-22 апреля, 245 с., стр. 55-57 
33.  Сейидов  М.С.  Следы  синкретического  корня  «Aй»  в  названиях 
животных.  Низомий  номидаги  Тошкент  Давлат  Педагогика  Университети 
(Халыкаралык  илмий  ва  илмий-амалий  корференция  материаллары 
туплами). Тошкент, 2011 йил, 25-26 март, 332 с., стр. 275-277 
34. Туркменско-руский словарь. Москва: 1968, 832 с.
РЕЗЮМЕ
 
ОБЩЕЕ ЛЕКСИЧЕСКИЕ ОСОБЕННОСТИ ЭПОС «КНИГА МОЕГО 
ДЕДА ДЕДЕ КОРКУТ» И ПОЕМА «ДАСТАНИ-АХМЕТ ХАРАМИ»
В  этом  научном  работе  сравниваются  лексики  два  великолетные 
исторические памятники - эпос «Книга моего деда Деде Коркут» и поема 
«Дастани-Ахмет Харами». В этом научном расследование анализи¬рованы 
корни  слов  в  сравнениям  лексике  современного  азербайджанского  языка. 
Наша  цель  искать  такие  исторические  корни  слов  и  анализировать  их 
значение. Этим путём мы можем изучать наш родной Азербайджанский язык 
и его историю.
SUMMARY
GENERAL LEXICAL FEATURES OF “THE BOOK OF DADA 
QORQUD” SAGA AND “DASTANI-AHMAD HARAMI” POEM
In this scientific work is compared vocabulary of two magnificent historical 
monuments - “Book of Dada Qorqud” saga and “Dastani-Ahmad Harami” poem. 

186
DƏDƏ QORQUD ARAŞDIRMALARI
In this scientific research a is analyzed the roots of the words in comparison voca-
bulary of the modern Azerbaijani language. Our purpose is to find such historical 
roots of the words and to analyse their meanings. In this way we can study our 
native Azerbaijan language and its history.     

187
Onomastika, Dialektologiya, Etimologiya
Əlvan Cəfərov,
ADPU-nun elmi işçisi, elvancafarov78@mail.ru
“KİTABİ-DƏDƏ QORQUD” DASTANI VƏ 
“DASTANİ-ƏHMƏD HƏRAMİ” POEMASININ ORTAQ 
MORFOLOJİ (ƏSAS NİTQ HİSSƏLƏRİ ÜZRƏ)
XÜSUSİYYƏTLƏRİ
Xalqımız məişət və ictimai quruluş cəhətdən öz yaşayış spesifi-
kası – maddi-mədəniyyətini yaradıb yaşatdığı kimi öz dilini də rən-
garəng şəkildə daima inkişaf etdirmiş və müasir səviyyəyə qaldır-
mışdır. Bir sıra türk dillərinin xalq dili halında formalaşmasında bu 
və ya digər dərəcədə rol oynamış olan oğuz və qıpçaq tayfalarının 
Azəri türkcəsinin ümumxalq dili halında formalaşmasında çox bö-
yük rolu vardır. Xalqımızın təkcə dilində yox, məişət və mədəniyyə-
tinin müxtəlif sahələrində də, o cümlədən Azərbaycan folklorunun, 
musiqisinin bir sıra nümunələrində də türk tayfalarının sözü və ad 
izi indi də saxlanılmaqdadır. Məsələn, müasir ümumxalq danışıq di-
lində ədəbi və elmi dildə işlənən “bayatı”, ”əfşarı“, “varsağı”, “qay-
tağı” və bu kimi bir sıra folklor və musiqi terminləri mənşəcə oğuz 
tayfalarının adları ilə bağlıdır. Xalqımızın tayfa-qəbilə xüsusiyyət-
lərini müxtəlif cəhətdən əks etdirən ən mükəmməl sözlər və folklor 
nümunələrindən biri də “Kitabi-Dədə Qorqud” dastanlarıdır. Bir sıra 
türkdilli xalqlarda da Dədə Qorqudla bağlı əfsanə, dastan, nağıl və 
sairələr vardır. Orta Asiyadakı bir sıra xalqlarda “Dədə Qorqud” əvə-
zinə “Korkut ata” adı işlənir. 
Ana dillində yazılmış XIII əsrin gözəl və mükəmməl abidələrin-
dən biri də “Dastani-Əhməd Hərami” poemasıdır. Bu əsər doğma di-
limizdə yazılmış ilk poema nümunəsi olaraq hələ də qalmaqdadır. Bu 
da təbiidir ki, qədim və zəngin ədəbi-mədəni təcrübəyə, özünəməx-
sus bədii poetik ənənələrə malik olmayan bir xalq XIII əsrdə ana di-

188
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lində belə bir gözəl zövqlərəoxşayan poema yarada bilməzdi. Buna 
görə də biz bunlardan nəticəyə gələrək düşünürük ki, XIII əsrə qədər 
xalqımız çox böyük adət-ənənəyə malik, doğma dildə əsərlər yara-
dacaq qədər zəngin düşüncəyə malik bir xalq olmuş, bu dövrə qədər 
çox şübhəsiz ki, “Dədə Qorqud” dastanından başqa xeyli ana dilin-
də əsərlər yazılmışdır, lakin əsrlərin amansız təzyiqləri nəticəsində 
məhv  olmuş,  itib  batmış,  bugünümüzə  qədər    gəlib  çatmamışdır. 
XIII əsrda yazıya alındığı ehtimal olunan “Dastani-Əhməd Hərami” 
poeması indiyə qədər gəlib çatdığına görə bunu hələ ki, ana dilin-
də yazılmış ilk əsər kimi götürürük. Dastanın aşkar olunması tarixi 
1928-ci ilə təsadüf edilir. Türk alimi Tələt Onay poemanın bir əl-
yazmasını aşkara çıxarıb ön söz, lüğət və şərhlərlə nəşr etdirmişdir. 
Tələt Onay onu da qeyd edib təsdiq edir ki, əsər Azərbaycan dilində 
yazılmışdır. Azərbaycan alimlərindən H.Araslı, Y.Seyidov, F.Zeyna-
lov, T.Hacıyev, S.Əlizadə, K.Vəliyev, və başqaları bu əsər haqqında 
məqalələr yazmış, elmi-tədqiqat işləri aparmışlar. “Dastani-Əhməd 
Hərami” anadilli poeziyamızın özünəməxsus xüsusiyyətlərini araş-
dırmaq baxımından da son dərəcə dəyərli bir əsərdir. Əsər 1632 mis-
radan ibarətdir. Poema ənənəvi başlıqlarla başlayır. Əsərdə başdan 
və  sondan    çatışmazlıqlar  oldüğundan  burada  rəsmi  hissələri  gör-
mürük. Buna görə də onun müəllifini dəqiqləşdirmək mümkün de-
yildir. Əsərin əlyazması ruqə və süls xəttinə yaxın xətlə yazılmışdır. 
Poema ədəbi dilimizin ən qiymətli abidələri olmaqla yanaşı onun dil 
baxımından öyrənilməsi, həm də ümumtürk abidəsi ilə müqayisəli 
şəkildə tədqiqi gözəl nəticələrə gətirib çıxarır. Ümumiyyətlə, burada 
ərəb və fars sözləri təbii olaraq az işlənmişdir. Yuxarıda qeyd etdiyi-
miz hər iki əsər morfoloji xüsusiyyətlər baxımından çox zəngindir. 
Əsərləri tədqiq etməzdən əvvəl nəzər yetirdikdə görmək olar ki, hər 
iki əsərdə ortaq morfoloji əlamətlər demək olar ki zəngindir. 
Bildiyimiz kimi, dilimizin qrammatikası  2 yerə bölünür. Mor-
fologiya  və  Sintaksis.  Morfologiya,  morfo(forma)  və  logos(elm) 
sözlərinin  birləşmələrindən  yaranmışdır,  sözün  forması  haqqında 

189
Onomastika, Dialektologiya, Etimologiya
elm deməkdir. “Dastani-Əhməd Hərami” məsnəvisi dil və üslubca 
“Kitabi-Dədə Qorqud” dastanına çox yaxındır. Bu elmi işdə “Kita-
bi-Dədə Qorqud” dastanı və “Dastani-Əhməd Hərami” poemasının 
ortaq  morfoloji  (əsas  nitq  hissələri  üzrə)  xüsusiyyətləri  tədqiqata 
cəlb olunacaqdır.  
İsim. Morfologiyamızda ən qədim nitq hissələrindən biri isim-
dir. İsimlər əşyalıq məfhumu ifadə edən söz qruplarına deyilir ki, 
bunlar da öz məzmunlarına görə çox müxtəlifdir. Xüsusi isimlər: Ki-
tabi-Dədəd Qorqud” dastanında, Qam Börənin oğlı Bamsı Beyrək, 
Qazan xan, Burla Xatun, Selcan xatun, Bərdə, Dərbənd, Əlincə qa-
lası, Qazılıq dağı; “Dastani-Əhməd Hərami” poemasında isə Əhməd 
Hərami, Güləndam, Güləfrux, Bağdad, Krım və sairə kimi xüsusi 
isimlər vardır.
Mənsubiyyət kateqoriyası: Qeyd edək ki, mənsubiyyət kateqo-
riyası sahib şəxslə mənsub, əşya və ya subyektlə obyekt arasında-
kı atributiv əlaqəni bildirir. A.M.Şerbak mənsubiyyət şəkilçilərinin 
xəbərlik, xəbərlik şəkilçilərinin isə şəxs və işarə əvəzlikləri əsasın-
da yarandığını göstərir. Bir sira dilçilər isə mənsubiyyət şəkilçiləri-
nin şəxs əvəzliklərindən törəmə olduğunu qəbul etmir və problemə 
başqa prizmadan yanaşırlar. 
Kamil Bəşirov yiyəlik halda yiyəlik mənsubiyyət anlayışının bir-
ləşmiş bir vəziyyətdə olmasından bəhs edir. O yazır: “Yiyəlik halın 
şəkilçilərindən olan -ın
4
 (-ıñ
4
) və -im morfemləri zahirən I və II şəx-
sin mənsubiyyət şəkilçisinə oxşarlığından bir çox  müəlliflər yiyəlik 
hal şəkilçisinin mənsubiyyət şəkilçisindən törəmiş olduğunu iddia 
edirlər” (5, s. 52). Qeyd edək ki, bu şəkilçi ancaq bəzi şivələrimizdə 
qalmaqdadır.
Ağ saqqallı bən babañı ağlatmagil
Qarıcıq olmuş anañı bozlatmagil. (1, s. 147)
Biz bu səsə “Dastanı-Əhməd Hərami” əsərinin dilində az təsadüf 

190
DƏDƏ QORQUD ARAŞDIRMALARI
edirik.
Bu dərdiñ de nədir, nəyə sataşdın?
Ki bu eşq oduna yanıb tutaşdın? (2, s. 82) 
II şəxsin təkini ifadə edən -n, -ñ mənsubiyyət şəkilçisi Azərbay-
can dilində ancaq şivələrdə qalmaqdadır.
Hal kateqoriyası: İsmə aid əsas xüsusiyyətlərdən biri də hal ka-
teqoriyasıdır. Dilimizin bütün inkişaf dövrlərində, daha doğrusu son 
yeddi əsrdə hal sisteminin sabit olduğu göstərilir. Hal şəkilçiləri hər 
iki əsər orasında o qədər də fərqli deyildir. Məsələn: Qara yerin üzə-
rinə otaxların dikdirmişdi (1, s. 37). Burada –da, -də yerlik hal şəkil-
çisi eyni məkani hal olan yönlük halla əvəz olunmuşdur.
Güləfrux gördü çün anın camalın,
Təfərrüc qıldı ol hüsni camalın. (2, s. 81)
Burada o əvəzliyi ilə yiyəlik hal şəkilçisi birləşərək a+nın şəklinə 
salmışdır. E.Əzizov “Kitabi-Dədə Qorqud”dakı sapanın, (...ala qollu 
sapanın əlinə aldı (1, s. 39) Köksin, (Beyrək at köksin qucaqladı (1, 
s. 59) sözlərində III şəxs mənsubiy-yətindən sonra işlənmiş “n” ele-
mentinin təsirlik hal şəkilçisi olduğunu qeyd edir. (8, s. 174) Buna 
biz “Dastani-Əhməd Hərami” məsnəvisində də görə bilərik.
Malın gəncin dükəli anda dərdi
O atlar üstünə cümləsin urdı. (2, s. 37)
Qeyd edək ki, isim düzəldən şəkilçilərin əksəriyyəti türk mənşə-
lidir və dilimizin bütün dövrlərində öz aktuallığını qoruyub saxla-
mışdır. Düzəltmə isimlər: “Kitabi-Dədə Qorqud” dastanı ilə “Dasta-
ni-Əhməd Hərami” poeması arasında ortaq səciyyəlidir.
-çı
4
Prof. Ə.Tanrıverdi yazır ki, -çı
4
 şəkilçisinin ifadə etdiyi mə-

191
Onomastika, Dialektologiya, Etimologiya
nalar, həm də “adam”, “insan” mənasını verən sözlərlə bağlıldır. (3, 
s. 210) Surnaçıları qovdı, naqaraçuları qovdı. (1, s. 72) -lik
4
  Hadi 
Mirzəzadə yazılı materiallarımızda -lıq, -lik  şəkilçili əşya, peşə, və-
zifə bildirən isimlərə nadir hallarda təsadüf edildiyini söyləmişdir. 
(6, s. 211) Adağlusundan ərgənlik bir qırmızı qaftan gəldi. (1, s. 60) 
Özü gürbüzdürür yalak bahadır,
Bahadırlıq yolunda key bəhadır. (2, s. 22)
-daş şəkilçisi. Prof. Ə.Tanrıverdi qeyd edir ki, bu şəkilçi Azər-
baycan, türk, tatar, qumıq dillərində -daş, qazax və xakas dillərində 
-das,  qırğız  və  türkmən  dillərində  -des,  tuvin  dilində  isə  -taş  şək-
lindədir.    Ortaqlıq,  şəriklik,  həmrəylik,  qohumluq  və  sairə  mənalı 
isimdüzəldən şəkilçidir. (3, s. 213) Beyrək dəxi yedi kız karındaşını 
yedi yigidə verdi (1, s. 77). 
At deməzəm saña qardaş deyərəm! 
Qardaşımdan yeg! (1, s. 66)
Bən axirətlik səni qardaş edindim 
Gönüldən yarü həm yoldaş edindim (2, s. 73)
Hər iki əsərdən gətirilmiş nümunələrdə -daş şəkilçisi qohumluq, 
yaxınlıq mənasını bildirir.
 Başıma iş gəldi, yoldaş derəm,
Yoldaşımdan yeg! – dedi. (1, s. 66)
Doquz kişi anın yoldaşlarıydı,
Dünü gündüz bilə haldaşlarıydı. (2, s. 23)
Bu hər iki nümunədə isə -daş şəkilçisi həmrəylik, birgəlik məna-
larını verir.
Tol-tolara girdigim,

192
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tularadarı, doxarlıyı qodığım. (1, s. 71)
Xəzinədar dəxi xəznəyə vardı, 
Nəzər qıldı nə adam ki, nə gördi. (2, s. 35)
Fars mənşəli “dastan” felindən yaranan bu şəkilçi türk mənşəli 
-çı
4
 və -lı
4
 şəkilçisinin sinonimi kimi götürülür və hər iki əsər üçün 
ortaqlıq xarakteri daşıyır.
Feldən isim düzəldən şəkilçilərdən. 
-q, -ıq
4
.  Allah-təala maña bir qız vericək olursa, siz tanıq olun. 
(1, s. 52) 
Durun bir danışıq var eyləyəlim,
İşimizin sonunu söyləyəlim. (2, s. 31)
-ım
4
 bu şəkilşi də hər iki əsər üçün ortaqlıq xüsusiyyətini da-
şıyır.  “Bu  yaradan  sana  ölüm  yoqdur;  dağ  çiçəgi,  anan  südü  sana 
məlhəmdir”(1, s. 33)
Nə var tañrı bir isə iş ikidir,
Ölüm dedikləri sanma ikidir. (2, s. 30) 
Bunlardan başqa -ış
4
. Aslan kibi turuşundan. (1, s. 74) -aq, -ək, 
-q, -k. Qazan bəgün qardaşı kafirin tüğıyla sancağı qılıcladı. (1, s. 
50)  -anaq
2
.  Qızılcıq  dəgənəgimcə  gəlməz  mana.  (1,  s.  39)  -t,  -ıt
4

Qız  anadan  görməyincə  ögit  almaz.  (1,  s.  20)  ı
4
. Anın  əlindən  nə 
ölümiz, nə dirimiz qurtulmış. (1, s. 155) -maq
2
. Çaqmaq çaqub od 
yakdı. (1, s. 40) -ma
2
. qara qaurma bişirib. (1. s. 45) -gi, -gü. Qadın 
anamın sevgisi. (1, s. 20)   -ın
4
. Qədəmi qutsız gəlin deyincə. (1, s. 
20) -ınc
4
. ...bənim başıma qaqınc qaxarlar. (1, s. 44) -ım
4
. bu yaradan 
ölüm yoqdır. (1, s. 33). -lı
4
. Adağlusundan ərgənlik bir qırmızı qaftan 
gəldi. (1, s. 60) -ğın
4
. Dərələrdə, dəpələrdə kafirə qırğun girdi. (1, s. 
50). -cak
4
. Əmcəgini ağzına verdi. (1, s. 126) -ıstan
4
. Toquz tümən 

193
Onomastika, Dialektologiya, Etimologiya
Gürcistanın xəracı gəldi. (1, s. 120) -xana. Qaçuban Salaxana qaya-
sına girəm derdim. (1, s. 129)  
Mürəkkəb isimlər: Qabangücü, Dəmirgücü bu iki qardaşı yanı-
na aldı. (1, s. 38) 
İrərlər İsfahan şəhrinə bir gün.
Biləsincə Güləndam xubi mövsün. (2, s. 60)
Sifət. Xüsusi mövqeyinə görə əşyanın əlamət və keyfiyyətini bil-
dirən sözlər sifətlərdir və sifətlər necə? nə cür? hansı? suallarından 
birinə cavab verir. Türk mənşəli sifətlərə “Kitabi-Dədə Qorqud” das-
tanı və “Dastani-Əhməd Hərami” poemasının dilində çox rast gəli-
nir. Sadə sifətlər: Bir yerə ağ otaq, bir yerə qızıl otaq bir yerə qara 
otaq qurdırmışdı. (1, s. 24) Əski pambıq bez olmaz. (1, s. 20)
Ulu bəylər qamu keçdi oturdu,
Nəqiblər ol saat xonlar gətirdi. (2, s. 85)
Düzəltmə sifətlər: lı4. Məgər Trabzon təkürinin bir əzim-görklü 
məhbub qızı vardı. (1, s. 104)  Boz ayğırlu Beyrək çapar yetdi. (1, 
s. 49)
Təxt vergil ərdəmlidir.
Binər olsun hünərlidir.(1, s. 28)
Onu da qeyd edək ki,  “Dastani-Əhməd Hərami” poemasının di-
lində sifət düzəldən şəkiklçilərdən ən çox -lı
4
 şəkilçisinə rast gəlmək 
olar. 
Atı yegrək idi, kəndi yaraqlu
Ürəkli idi ol gözi çıraqlu (2, s. 67)  
Ədəb birlə der: ey dövlətli ata

194
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Səxavət kanı, ey mürvətli ata.(2, s. 52)
-kı
4
.  Qeyd  edək  ki,  bu  şəkilçi  əsasən  zaman  zərflərindən  sifət 
düzəldir. Yarınkı gün zaman dönüb, bən ölüb sən qalıcaq  olırsañ 
(1, s. 79)  Fellərdən yaranan düzəltmə sifətlər: -ğın, -kin, -ğun, -kün. 
Azğın dinlü kafirdir, başların kəsəyin. (1, s. 97) -ıcı
4
. Oğuzun ol kişi 
tamam bilicisiydi. (1, s. 19) 
-aq
2

Qamın aqan yügrək sudan
Bir oğul aqıtdıñsa, degil maña! (1, s. 31)  
-unc,  -ünc.  Oğlana  qorxunc  xəbərlər  verəyim,  (1,  s.  92)  -ın4. 
Qolu-budı xırancə, uzun baldırları incə. (1, s. 74) -ı4.  Qara sığırı 
soqmanı tolu qan oldı (1, s. 33)
Dərəcələr sifətləri digər nitq hissələrindən ayıran ən əsəs xüsu-
siyyətlərdən biridir. Çoxaltma dərəcəsi: Sifətin sonuna -raq, -rək şə-
kilçisinin artırılması ilə. Atamdan yegrək qayınata! Anamdan yegrək 
qayınana! (1, s. 99) Hadi Mirzəzadə -raq, -rək şəkilçisinin arxaikləş-
məsindən bəhs edərkən yazır ki, ismin çıxışlıq hal şəkilçisi müqayisə 
dərəcəsinin  məzmununu  ifadə  etməyə  doğru  inkişaf  etdikcə  -raq, 
-rək şəkilçisinin vəzifəsi və daşıdığı məna get-gedə öz əhəmiyyəti-
ni itirmişdir. Buna görə də həmin dərəcə sifətlə isim arasında gələn 
-dan, -dən şəkilçisi ilə, yəni sintaktik üsulla ifadə edilmişdir.  (6, s. 
94) -ca
2
. Ağca yüzli anasına muştçı gəldi. (1, s. 163). Ağ tözluca qatı 
yayıñ vergil maña. (1, s. 43) Kölgəlicə qaba ağacıñ kəsilməsün. (1, 
s. 51) Ap-alaca gərdəgünə qarşu gələn. (1, s. 98) ...oğlanın qırq gün-
də yarası onaldı, sapasağ oldu. (1, s. 33)  “Dastani-Əhməd Hərami” 
poemasında
Yerindən durdu ol Əhməd-Hərami,
Bilə yaranları düpdüz təmami. (2, s. 25)

195
Onomastika, Dialektologiya, Etimologiya
Burada birinci sözün ilk hecasındakı saitdən sonra gələn hissə 
düşür və birinci qısaldılmış söz yerinə görə p, m, s, r ünsürlərindən 
birini qəbul edərək bütöv bir vahidə çevrilir. 
Mürəkkəb sifətlər: “Kitabi-Dədə Qorqud” dastanında 
Açuq-açuq meydana 
   
bənzər səniñ alıncuğuñ (1, s. 65)
Böyük-böyük suların köprüsü ağac (1, s. 46)
Say. Əsas nitq hissələrindən biri olan saya biz hər iki əsərdə çox 
rast gəlirik. Bildiyimiz kimi say bir sıra cəhətlərinə görə sifətlə eyni 
xətdə birləşir. Türk dillərində sayların təkamülü kimi məsələlər ge-
niş və sistemli şəkildə araşdırılmışdır. Bu sahə ilə bağlı V.A.Qord-
levski,  S.Y.Malov,  B,Çobanzadə,  A.Əlizadə,  R.Xəlilov,  F.Cəlilov, 
M.Qıpçaq  və  başqa  alimlərin  tədqiqatları  xüsusilə  qiymətləndiri-
lir. Onu da qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanı və “Das-
tani-Əhməd Hərami” poemasının dilində işlənən miqdar saylarının 
bir  qismi  müasir Azərbaycan  ədəbi  dilinin  qrammatikasında  eyni 
ilə işlənməkdədir və bir, üç, beş, on, otuz, yüz, altı, altmış, yetmiş 
şəklində rast gəlinır. Müasir Azərbaycan dilində işlənən əlli, səksən 
miqdar sayları ən azı “Kitabi-Dədə Qorqud” dastanı dövründə sabit-
ləşmişdir. Üç yüz yigidi yanına  bıraqdı, meydana vardı. (1, s. 117)  
“Dastani-Əhməd Hərami” poemasında
Doquz kişi yatır, başı kəsilmiş.
Qılıcları sınıb yayı yasılmış. (2, s. 35)
“Kitabi-Dədə Qorqud” dastanında otuzluq say sisteminə də təsa-
düf edilir.  Üç otuz on (3x30+10=100), on otuz on (10x30+10=310) 
Bu  cür  saylara    “Kitabi-Dədə  Qorqud”  dastanının  ancaq  müqəd-
diməsində rast gəlinir. 

196
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gerçəklərin üç otuz on yaşına doldursa yeg!
On otuz on yaşıñız dolsun. (1, s. 20)
Ə.Dəmirçizadə isə yazır: ”Bu sistemə görə otuzdan artıq bütöv 
say görünür bir qayda olaraq otuz üzərinə əlavə olunan on sayı ilə, 
60 isə “iki otuz”, 90 sayı “üç otuz” və sairə kimi də edilibmiş” (3, 
s. 81) 
Bu say sistemi quruluş etibarı ilə onluq və iyirmilik say siste-
minə çox oxşayır. Güman etmək olar ki, vaxtilə belə bir otuzluq say 
sistemi türk dillərinin hansında isə geniş dairədə işlənmişdir. Bu say 
sisteminə biz “Dastani-Əhməd Hərami” poemasında rast gəlmədik. 
“Kitabi-Dədə  Qorqud”  dastanındakı  saylarda  biz  şəkilçi  ixtisarına 
da rast gəlirik. Bir sordı, olanca südin aldı. İki sordı, qanın aldı. Üç 
sordı  canın  aldı.  (1,  s.  126)  Bu  cümlələrdə  sıra  say  şəkilçisi  olan 
-ıncı
4
 şəkilçisinin ixtisarını görürük. Beyrək üç öpdi, bir dişlədi. (1, 
s. 57) Bu cümlədə isə dəfə sözünün ixtisarını görürük. Araşdırmalar-
dan o da aydın olur ki, hər iki əsərdə qeyri-müəyyən miqdar sayları 
demək olar ki, eyniyyət təşkil edir. Bir ağacı yerindən qopardı, atub 
əlli-altmış adam həlak etdi. (1, s. 126). Mən Qazanın nemətini çoq 
yemişəm.(1, s. 166)
Bir-iki gün qərar etdi oturdu, 
Görün fikrində nə nəsnə bitirdi. (2, s. 57)
Hər ayağında birər qul oturur.
Əlində qılıcı hərbə götürür. (2, s. 97)
Burada birər (bir-bir– Ə.C.) qeyri-müəyyən say işlənmişdir.
Əvəzlik.  Hər  iki  əsərin  qrammatikasında  olan  əvəzliklərdə 
demək olar ki, ortaq xüsusiyyətlər çoxdur. Əvəzlik latın sözü  olan 
“pronomten” sözündəndir və adın əvəzi mənasını verir. I şəxs təki. 
Mən Qazanın nemətini çoq yemişəm.  (1, s. 166). Yönlük halda: Hey 
Dirsə xan baña qəzəb etmə. (1, s. 26) Çıxışlıq halda: “Oğul, qız gör-

197
Onomastika, Dialektologiya, Etimologiya
mək səndən, mal-rizq vermək bəndən!” (1, s. 104) “Dastani-Əhməd 
Hərami” poemasında isə çox yerdə bən şəklində tələffüz olunur.
Bən axirətlik səni qardaş edindim,
Gönüldən yarü həm yoldaş edindim.(2, s. 73)
Bənə kərəm buyur bundan gedəyim, 
Zavallı başıma dərman edəyim.(2, s. 74)
II şəxsin təki ancaq yönlük halda saña şəklində işlənir. “Bu ya-
radan  saña  ölüm  yoqdur;  dağ  çiçəgi,  anañ  südü  saña  məlhəmdir” 
(1, s. 33). “Dastani-Əhməd Hərami” poemasında isə bu “sən” kimi 
yazılmışdır. III şəxsin təki olan “o” əvəzliyi “ol” şəklində. Bən qa-
raquç atımı binmədən ol binmiş ola. (1, s. 104) Bundan başqa o şəxs 
əvəzliyi hər iki əsərdə yiyəlik, yönlük və təsirlik hallarında, “anın”, 
“ana”, “anı” şəklində işlənir. Anın kibinin xanım bəbəkləri bitməsin. 
(1, s. 23)  “Dastani-Əhməd Hərami” poemasında
O şəhrin kədxudası dəxi belə, 
Bezestan kədxudası anın ilə (2, s. 39)
Qamu atlandı ana qarşı getdi (2, s. 38)
O+nun+üçün=anunçun. Oğul anunçün yağı derlər ki, (1, s. 81) 
O şəxs əvəzliyi cəm şəkilçisi ilə o+lar=anlar şəklində. Biz anlara 
yetsəvüz öldürəriz. Anlar bizə yetsə öldürər. (1, s. 81) 
Qayıdış əvəzliyi. Üçüncidə kəndüyə (özünə – Ə.C.) zərb eylə-
di, qatı toldı. (1, s. 33) Burada əvəzlik yənlük halda fərqli tələffüz 
olunmuşdur. Beyrək aşağı baqdı, kəndözin (özü-özünü – Ə.C.) yer 
yüzündə gördi. (1, s. 65) 
Çu yaxdı hicr oduna kəndözini,
Həqə ismarladı ol dəm özünü.(2, s. 56)

198
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İşarə əvəzliyi: Mən muna bitəkəllüf yapışmayım. (1, s. 79) Ogu-
zun ol kişi tamam bilicisiydi. (1, s. 19) Gəlin varalım şol yigidi tu-
tub gətirəlim. (1, s. 99) “Dastani-Əhməd Hərami”də Şol ulu xoca 
ki, gəlmişdi bunda. (1, s. 47). Böylə oğul maña gərəkməz! (1, s. 29) 
Beyrəgi Qara Dərvənddə öldürmişlər uş da nişanı. (1, s. 62) Bu nü-
munələrdə əvəzliklərin fərqli tələffüz edildiyini gördük. Muna-buna, 
ol-o, şol-o, böylə-belə, uş-bu və s. “Dastani-Əhməd Hərami” poe-
masında da işarə əvəzliyinin işlənmə fərqini görürük.
Görün imdi bənə netdi zəmanə,
Əlimi aldı uş atdı yabanə. (2, s. 65)
Dedi şu xoca eşqibana düşdü (2, s.44)
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin