Folklor, mifologiya, etnoqrafiya
136
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tarixin ədəbiyyata inteqrasiyası elmi prinsiplərə əsaslanır.
Elmi prinsiplər Həsənzadənin dramaturgiyasında ədəbiyyatla tarixin
əlaqəli tədqiqi və təhlili zamanı alınan nəticə ilə müəyyənləşib.
N.Həsənzadə “Atabəylər” dramı ilə qədim Səlcuqların döv-
lətçiliyini, “Pompeyin Qafqaza yürüşü ” ilə Antik dövr mövzusu-
nu Azərbaycan teatr səhnəsinə gətirən ilk dramaturqdur. “Atabəy-
lər” Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın da, tarixi
dramların inkişafında da mühüm sənət hadisəsi saylmağa layiqdir.
XX əsrin 80-ci illərində yazılmasına baxmayaraq, bu əsərdə ideo-
loji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin
əks etdirilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və
uzaqgörənliyinin ifadəsi idi. “Atabəylər” geniş mənada Azərbaycan
milli dövlətçilik ideyasının dramıdır. N.Həsənzadə hələ müstəqillik-
dən qabaq yazdığı bu əsərdə Atabəylər dövlətinin simasında Azər-
baycanda müstəqil dövlət qurub yaratmağın mümkünlüyünü diqqət
mərkəzinə çəkmişdir.
Görkəmli dramaturq N.Həsənzadə yazdığı dram əsərlərində elə
problemlərə toxunmuşdur ki, bunlar təkcə ədəbiyyatçıları deyil,
həm də tarixçiləri, bütün ictimaiyyətimizi maraqlandırır, düşündü-
rür. Məsələlərin qoyuluşunda və bədii həllində şairin orijinallığı, ha-
disələrə müasirlik nöqteyi-nəzərindən yanaşması özünü göstərmək-
dədir. Şairin dramlarında vətənpərvərlik, qəhrəmanlıq, milli ləyaqət
kimi yüksək insani keyfiyyətlər ön plana çəkilir. N.Həsənzadənin
dramları mövzusundan asılı olmayaraq həm lirizmə, həm epizim,
həm də dramatizm poetik məntiqə malikdir.
Nəriman Həsənzadə müdrik insandır, filosof şairdir. N.Həsən-
zadə hər iki əsəri tarixi mövzuda yazmasına baxmayaraq “Atabəy-
lər”(1981) tarixi dramatik, “Pompeyin Qafqaza yürüşü”nü isə tarixi
xronika adlandırıb. Hər iki adı belə aydınlaşdırmaq olar: Tarixi xro-
nika-sadəcə olaraq tarixin müəyyən ardıcıllıqla, cəmiyyət daxilində
enən və qalxan hadisələrinə, cəmiyyətin daxili ziddiyyətlərinə heç
137
bir şey əlavə etmədən göstərməkdir. Burada bədiilik tarixə ancaq sı-
ğal verə bilər, onun məna və məzmununa hərəkət trayektoriyasına
toxunmaq səlahiyyətinə malik deyildir. əgər toxunsa konflikt tarixi-
liyini itirəcək “Atabəylər”də Atabəy Cahan Pəhləvanın ölümündən
sonra Qızıl Arslanın hakimiyyətə gəlməsi, saray çəkişmələrində
İnanc xatunun rolu tarixi xronikada faciədir.
Dramatik xronika- insanın təbiətlə və ictimai mühitlə əlaqəsini
ictimai həyatdakı, həmçinin ayrı-ayrı adamların həyatındakı dialek-
tik prosesləri və ziddiyyətləri müəyyən edən və ümumiləşdirən este-
tik kateqoriyadır. Dramatizm cəmiyyətin irəliyə doğru tarixi inkişafı
prosesində təzahür edir.
N.Həsənzadə ictimai həyat hadisələrini, cəmiyyətin öz daxilində
baş verən ziddiyyətləri xronikal qaydada, ardıcıllıq prinsipinə riayət
etməklə dramatik qanunlara xələl gətirmədən “Atabəylər” və “Pom-
peyin Qafqaza yürüşü” mənzum dramlarında: Atabəy Məhəmməd,
Qızıl Arslan, Toğrul, İnanc xatun, Pompey, Alban çarı Uruz, İberiya
knyazı Atrak, II Tiqran və başqa obrazların simasında ümumiləşdirib
göstərmişdir. “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” xronikal
tarixi əsərlər olsa da, onlar müstəqil yaradıcılıq ehtirasından doğul-
muşdur.
“Atabəylər”də tarix ardıcıllıqla vahid bir dövlət- Azərbaycan
dövləti yaratmaq strukturu çərçivəsində göstərilmiş, ziddiyyətlər
obrazların tarixən bir-birinə münasibəti zamanı, bəzən mülayim,
bəzən gərgin, bəzən də sərt olmuşdur. “Pompeyin Qafqaza yürüşü”
dramatik xronika olduğuna görə, hər obrazın xarakterindən doğan
dramatizm tarixin gərgin situasiyaları ilə bağlıdır:
Ariman (Erməni- S.M.) hökmdarı II Tiqranla oğlu arasındakı
ziddiyyətlər, Alban çarı Uruza və İberiya knyazı Artaka II Tiqranın
xəyanət etməsi, tarixdə qalan bu dramatik xronikanın məzmununda
saxlanılan ziddiyyətdir., dramatik ziddiyyətdir, tarixdə olduğu kimi-
dir, burada dramaturqun bədii təfəkkürünü işə salıb uydurma konf-
Folklor, mifologiya, etnoqrafiya
138
DƏDƏ QORQUD ARAŞDIRMALARI
likt yaratmasına, elə böyük ehtiyac olmur. Bu cəmiyyətin özünün
yaratdığı hadisələrin dramatizmidir. Belə əsərləri təhlil edərkən xro-
nikallıqda adları çəkilən insanlar haqqında qısa məlumat verilməli-
dir ki, onların xarakterləri, mövqeləri, yaşadıqları ictimai mühitin
onlara nə dərəcədə təsir edib-etmədiyi aydınlaşsın.
İki hissə və on altı şəkildən ibarət “Pompeyin Qafqaza yürüşü”
adlı dramatik xronikal əsərinin hər bir hissəsi səkkiz şəkildən ibarət-
dir. Əsərin I hissəsi II hissəyə hazırlıq məqamındadır. Roma qoşun-
larının Qafqaza yürüşünün qarşısını almaq üçün Alban, İberiya və
Ariman çarları Pompeyin işğalçı ordularına qarşı birləşib dövlət və
millətlərini qorumaq üçün and içirlər. II hissədə Uruz, Artak və II
Tiqranın xarakteri açılır.
Sitayiş eyləyir insan həmişə,
batan günəşə yox, çıxan günəşə! (1,195).
Bu sözləri deyərək o, Roma sərkərdəsinin qarşısında əyilib diz
çökür. “Böyük Ermənistan” hökmdarının bu vəziyyətini təsvir edən
Antik yunan tarixçisi Plutarx yazır ki, şahdan ötrü bundan rüsvayçı
şey yoxdur. (Plutarx. Soçinenya. İzdatelstvo “Xudojestvennaya lite-
ratura”, M., 1983 q, str. 232)
Bu dramatik xronika vasitəsilə müasir dövrə gəlib çıxan konflikt
tarixi konfliktdir. II Tiqran andına xilaf çıxmış, gizlindən Pompe-
yin çadırına getmiş, satqınlıq etmişdir. Bu barədə İberiya çarı Artak
Uruza deyir: “Böyük Ermənistan” eşqilə Tiqran, xəcalət çəkməyir
satqınlığından”.
Birinci hissənin birinci şəkli Çaparın bu sözləriylə başlayır.
Qazın, bu torpağı, hər qatı qandır,
Hər uçuq başdaşı bir qəhrəmandır (1,189).
139
Çapar dramaturqun özünün qoyduğu addır. Xronikal tarixdə belə
bir ad yoxdur. Çapar obrazı əsər boyu öz atını çapır. O, tarixçi, arxeo-
loq və etnoqrafdır. Xronikal dünyadan xəbər verən müdrikdir. Çapar
ağsaqqal məsləhətinə qulaq asır atını irəliyə doğru çapdıqca xeyir və
şər qüvvələrin mövqeyi və adları aydınlaşır: Şahzadənin adının Arta-
bas olduğunu tarixçi Xorenatsi yazır. Ata və oğulun adları lənətlənir.
II Tiqran “Dənizdən-dənizə” iddiası ilə taxt-tacını Pompeyə verir,
onun qulu olduğundan qürur duyduğunu söyləyir. Şahzadə də ata-
sından hökmdarlıq taxtını almaq üçün Roma sərkərdəsinə bələdçilik
edir. Hər iki halda ata və oğul Alban çarına, bütpvlükdə Qafqazlılara
xəyanət edir. Ata II Tiqran xəyanəti “Böyüm Arimaniya” xülyasıdır.
Bu da səbəbsiz deyildir:
“Şah Tiqran
Özünü bənzədir Kirə
Deyir varisiyəm böyük Daranın” (1,233).
Şahzadənin xəyanəti də atasından səltənətin taxtını almaqda
Pompeydən kömək istəməsidir. II Tiqranın Pompeyin görüşünə get-
məsi bugünkü ermənilərin tarixən riyakar, alçaq və şərəfsiz olduğu-
nu göstərib təsdiqləyir.
Ədəbiyyat
1. Həsənzadə.N. “Seçilmiş əsərləri”. 7 cild. Pyeslər. B., 2011.
2. Həsənzadə.N. Haqqında yazılanlar, I kitab. B., 2012.
3. Şəmsizadə N. Azərbaycan ədəbiyyatşünaslığı: mərhələlər və konsepsiyalar.
B., 1997.
4. Şükürov S. N.Həsənzadənin yaradıcılıq yolu. B., 2004.
5. Şükürov S. N.Həsənzadənin dramaturgiyası. B., 2007.
Folklor, mifologiya, etnoqrafiya
140
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gülnaz Hüseynova,
Azərbaycan Müəllimlər İnstitutunun
Azərbaycan Ədəbiyyatı ixtisası üzrə magistrı
SƏMƏD VURĞUNUN “KOMSOMOL POEMASI”NIN
NƏŞRİ TARİXİ VƏ TEKSTOLOJİ VƏZİYYƏTİ
Səməd Vurğun “Komsomolu” 30-cu illərin başlanğıcından ta
ömrünün axırına qədər uzun bir müddət ərzində yazmışdır. Poe-
manın əsas hissələri 1931-1935-ci illər arasında, “Son mühasirə”
adlanan axırıncı fəsli isə şairin ölümündən bir il əvvəl,1955-ci ildə
yazılmışdır. Əsər ümumiyyətlə tamamlanmamış, pərakəndə halda”-
Kommunist”, “Ədəbiyyat”, “İnqilab və mədəniyyət”, “Gənc bolşe-
vik”, “Şərq qadını”, “Hücum” kimi qəzet və jurnallarda dərc olun-
muşdur.
Əsər toplu halda müəllifin əlində olmadığı üçün, 1935-ci ildən
sonra bu mövzudan ayrılan şair, əsərə yenidən qayıdıb onu tamamla-
ya bilmirdi. Bu işdə “Komsomol poeması” mövzusunda namizədlik
dissertasiyası müdafiə etmiş Sadıq Şükürovun təşəbbüs və zəhmətini
xüsusilə qeyd etmək lazımdır. O, ayrı-ayrı qəzet və jurnallarda çap
olunmuş parçaların çoxunu toplayıb müəllifə təqdim etmişdir. Buna
baxmayaraq poemanın parçalarının hamısı tapılmış, toplanmışdır
demək çətindir. Ola bilsin ki, yenə də ələ keçməmiş parçalar qal-
mışdır.
Səməd Vurğun uzun fasilədən sonra “Komsomol poeması”nın
üstünə 1956-cı ildə qayıtmışdır. Şair əsərə yenidən baxmış, bəzi fə-
sillər arasında məntiqi əlaqə yaratmış, parçalarda təsadüf edilən dil,
ifadə qüsurlarını təshih etmiş və “Son mühasirə” adlanan fəsli yaz-
mışdır. Şair əsərin son fəslini İstisu yaylağında istirahət etdiyi zaman
yazmağa başlamışdır.
141
Bəxtiyar Vahabzadə qeyd edirdi: “Səməd Vurğun bir çox söhbət-
lərində, çıxış və nitqlərində , hətta bəzi şeirlərində də bu böyük əsəri
yarımçıq qoyduğuna təəssüflənir və bu əsərə yenidən qayıdacağını
vəd edirdi” (1, s. 74). Bu baxımdan şairin “Bizim gəncliyə” adlı şei-
rindən misal gətirilən aşağıdakı parça səciyyəvidir:
Bizim gənclik bəsləmişdir, böyütmüşdür aslanları
Bu gəncliyin gözlərindən oxuyuruq ilk baharı.
Bu gün könlüm dərdə düşdü,könül sordu, noldu şair,
Qurtarmadı komsomolun qəhrəmanlıq dastanları.
Səməd Vurğun bu şeirdə “Komsomol poeması”nı bu vaxta qədər
qurtara bilmədiyinə görə, özünü məzəmmət edir və bundan narahat
olduğunu bildirirdi.
Əsərin “Son mühasirə” adlanan sonuncu fəsli 1955-ci ilin son-
larında yazılsa da bir çox fəsillər, obrazlar natamam, bəzi hadisələr
yarımçıq qaldı, bəzi fəsillər arasında məntiqi əlaqə yaranmadı. Lakin
əsərdə əsas xətt - Gəray bəy - Cəlal - Humay xətti başa çatdırılmışdır.
Səməd Vurğunun oxucuları “Komsomol poeması”nı maraq-
la izləyir, onun nəşrini səbirsizliklə gözləyirdilər. Osman Sarıvəlli
qeyd edirdi:”Hörmətli şair! Komsomol poeması indi nə haldadır?”,
“Komsomol poeması”nı nə zaman bitirəcəksiniz?”, “Bəxtiyarın,
Gəray bəyin taleyi sonra necə olur?”kimi suallar görüşlərdə Səməd
Vurğuna verilən, ən çox təkrar edilən suallar idi (3, s. 97).
“Komsomol poeması”nın 88 misralıq bir parçası ilk dəfə 1932-
ci ildə “Gənc bolşevik” jurnalının 7-8-ci nömrələrində nəşr edilmiş,
sonra bu parçanın yenidən işlənilmiş variantı “İnqilab və mədəniy-
yətin” 10-12-ci nömrələrində çap olunmuşdur. Bu nömrədə dərc
olunmuş “Təslim” parçasında qolçomaq Soltanın poemanın qəh-
rəmanı Bəxtiyara və onun yoldaşı Cəlala təslim olduğu göstərilir.
“Gənc bolşevik” jurnalında çap olunmuş hissə ilə “İnqilab və mədə-
Folklor, mifologiya, etnoqrafiya
142
DƏDƏ QORQUD ARAŞDIRMALARI
niyyət” jurnalında çap olunmuş hissə arasında 92 misra fərq vardır.
Poemanın “Sarı Şəmistan” hissəsi də elə həmin ilin noyabr ayında
“Hücum” jurnalının 11-ci nömrəsində çıxmışdır.
“Komsomol poeması”nın “Qanlı çadır” hisssəsi mətbuat sə-
hifələrində daha cox çap edilmişdir. Bu hissə ilk dəfə 1935-ci ilin
yanvar ayında “Gənc bolşevik” jurnalında, bir neçə ay sonra “Gənc
işçi”(1935-ci il, 26 aprel) qəzetində, “İnqilab və mədəniyyət” (1935,
sayı 5) jurnalında, 1935-ci il iyunun 6-da yenidən “Gənc işçi” qəze-
tində və sair yerlərdə müxtəlif dəyişikliklərlə dərc olunmuşdur.
Sadıq Şükürov qeyd edir ki, “Şair Osman Sarıvəlli 1932-ci ildə
“İnqilab və mədəniyyət” jurnalının 10-12-ci nömrəsində “Təslim”
adı altında “Kürün sahilində var əski bir köy” misrası ilə başlayan
37 beytdən ibarət, tam bir lövhəni əks etdirən hissədən 20 misra gö-
türərək ədəbiyyatşünas Atababa Musaxanlının Səməd Vurğunun ya-
radıcılığına həsr etdiyi “Böyüyən şair” adlı məqaləsindəki misralarla
birləşdirmiş və sonra bu hissəni “Sahildə” adlandırmışdır. Belə bir
vəziyyət poemanın “Təslim” hissəsində natamamlığa səbəb olmuş-
dur” (4, s. 215).
Poemanın vaxtı ilə çap olunmuş hissələri tamam toplanılmamış-
dır. Təəssüf ki, bunlar da poemanın 1958-ci il nəşrinə salınmamışdır.
Belə ki, şair 1934-cü ildə “Ədəbiyyat qəzeti”nin 4-cü nömrəsində
çap etdirdiyi məqaləsində
Belə getsə bu güzəran,
Əllərimdə donmasa qan,
Papaq mənə haram olsun!
misralarını Gəray bəyin tipik mülkədar olduğunu bildirmək üçün iş-
lətmişdir. Lakin bu misralarda poemanın yeni nəşrində yoxdur.
Poemanın Osman Sarıvəlli tərəfindən 1959-cu ildə tapılmış “Ba-
har eşqi ilə.....” hissəsi də kitaba daxil edilməmişdir. Şair Osman
143
Sarıvəllinin verdiyi məlumata görə Səməd Vurğun bu hissəni uşaq-
larından birinin “Fizika dəftəri”nin üzünə (1953-1954-cü ildə) yaz-
mışdır.Bu, müəllifin ilk qaralamaları olduğu ucun aydın yazılmışdır
və bu səbəbdəndə asanlıqla oxunur. Ancaq elə misralar da var ki, şair
onu həddindən artıq qaraladığı ucun oxumaq çətinlik yaradır.
Poema Azərbaycan dilində kitab şəklində çapdan çıxdıqdan son-
ra (1958), 1959-cu ildə rus şairlərindən Adalin Adalis və Vladimir
Sergeyev onu rus dilinə tərcümə etmiş, “Literaturnı Azerbaydjan”
jurnalının 4 və 5-ci nömrələrində çap etdirmişlər.
Poemanı çapa hazırlarkən redaktorlar əsərin başlanğıcını və so-
nunu, ayrı-ayrı hissələrdə verilmiş hadisələri, surətlərin bir-birlərinə
münasibətlərini, inkişafını, lövhələri, səhnələri,müəllifin vaxtilə
poemanın planı haqqında öz qardaşı Mehdixan Vəkilova və başqa
yoldaşlara söylədiyi fikirlərini nəzərə alaraq, poemanın sujet xəttini
müəyyən etməyə çalışmış və sonra əldə olan fəsilləri həmin sujet
xəttinə müvafiq surətdə tərtib etmişlər.
Şair poemanın ayrı-ayrı hissələrini qəzet və jurnallarda çap
edərkən, onların əksəriyyətinə heç bir sərlövhə qoymamış, onları
“Komsomol poeması”ndan bir parça adı ilə çapa vermişdir.
Ədəbiyyat
1.Bəxtiyar Vahabzadə. Səməd Vurğun “Komsomol poeması”, Bakı, 1984.
2.Mir Cəlal. Klassiklər və müasirlər, Bakı, 1973.
3.Osman Sarıvəlli “Komsomol poeması”və onun çapa hazırlanması haqqında
bəzi qeydlər. Azərbaycan, 1958, sayı 10.
4.Sadıq Şükürov. “Komsomol poeması”nın yaranması,nəşri və tədqiqi barədə
bəzi qeydlər. Azərbaycan, 1961, sayı 9.
5.Vaqif Vəliyev. “Komsomol poeması”. Azərbaycan, 1960, sayı 12.
Folklor, mifologiya, etnoqrafiya
144
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Günay Əliyeva,
ADPU-nun magistrı
AZƏRBAYCAN MƏNZUM DRAM JANRININ
İNKİŞAF TARİXİNDƏN
Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın banisi Hü-
seyn Cavid hesab olunur. Lakin bununla yanaşı qeyd etmək lazımdır
ki, mənzum dram janrının ilk rüşeymlərini, ilk izləri daha qədimlərə
uzanır. XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin-
dən biri olan Nizami Gəncəvinin poemalarına diqqət yetirsək görə-
rik ki, obrazlar arasındakı söhbətlər, mükalimələr təbiiliyi və canlılı-
ğı ilə mənzum dram janrını xatırladır. ”Xosrov və Şirin” əsərində ən
qüvvətli və diqqətəlayiq səhnələrindən biri olan Xosrovla Fərhadın
qarşılaşması səhnəsində iki qəhrəman arasındakı söhbət, dialoq bö-
yük təsir gücü ilə seçilir. Bunu aşağıda verilən nümünədə açıq-aydın
görmək mümkündür:
Xosrov əvvəl sordu: “Hardansan, cavan?”
Fərhad cavab verdi: “Dost diyarından.”
Dedi: “O diyarda hansı sənət var?”
Dedi: “Qəmi alıb, canı satırlar.”
Dedi: “Canı satmaq heç ədəb deyil.”
Dedi: “Aşiqlərdə bu əcəb deyil” (2, 300).
“Leyli və Məcnun” əsərində isə ananın qızına verdiyi məsləhət-
lər, öyüdlər və qızla ana arasındakı bu söhbətə diqqət yetirdikdə
yuxarıda qeyd etdiyimiz xüsusiyyətləri görə bilərik.
N.Gəncəvinin digər poemalarında, eləcə də ondan sonrakı dövr-
də yaşayıb-yaratmış bir çox sənətkarların yaradıcılığında da mənzum
dram janrının ilk cücərtilərini görmək olar. Lakin fakt faktlığında
qalır. Azərbaycan ədəbiyyatında H.Cavid mənzum dramaturgiyanın
145
banisi sayılsa da, ilk mənzum dramın müəllifi Cəlil Məmmədqulu-
zadədir. Əksər tədqiqatçıların qeyd etdiyi kimi o, ədəbi yaradıcılığa
“Çay dəsgahı” (1889) adlı alleqorik mənzum əsəri ilə başlamışdır.
Bu əsər haqqında, onun bədii məziyyətləri barədə demək olar ki, bü-
tün tədqiqatçılar bir-iki cümlə ilə kifayətlənmişlər. Yalnız Əli Sultan-
lının “ Azərbaycan dramaturgiyasının inkişaf tarixindən” əsərində və
H.İsrafilovun “Cəlil Məmmədquluzadənin dramaturgiyası” tədqiqa-
tında pyesdən nisbətən ətraflı söz açılmışdır. Müəllif yazır: “Çay
dəsgahı” dramı məclisdə oxunmaq üçün yazılmışdır. Əsər şeiriyyət
baxımından zəifdir, çoxlu vəzn xətası vardır, dil cəhətdən əyalətçi-
lik və dialektizm təsiri güclüdür. Bir-iki ümumi cizgi ilə verilən öz
vəziyyəti,ictimai mövqeyi barədə az-çox təsəvvür yaradan nökər
Əli obrazından başqa yerdə qalanlar alleqorik obrazlardır. Lakin bu
obrazlar şəxsləndirilmədiyindən əsil mənada alleqorik obrazlar sə-
viyyəsinə yüksələ bilməmişlər” (3, 93). Bununla yanaşı, H.İsrafilov
pyesdə müəllifin hər bir əşyanı səciyyələndirə bilən ifadələr tapdı-
ğını, yaşayış vəziyyətləri ilə bir-birindən kəskin surətdə fərqlənən
adamlar arasındakı ziddiyyət və konfiliktin aydın və inandırıcı əks
olunduğunu qeyd edir.
H.İsrafilovun bu qeydlərini doğru sayır və ona haqq qazandırı-
rıq. Doğrudan da, “Çay dəsgahı” mənzum dramında bədiiyyat aşağı
səviyyədədir, pyesdə poeziya hiss olunacaq dərəcədə zəifdir. Bu da
təbiidir, çünki “Çay dəsgahı” C.Məmmədquluzadənin ilk qələm təc-
rübəsi idi və gənc müəllif həmin əsəri sağlığında çapa verməmişdir.
H.Cavid “Ana”, “Səyavuş”, “Uçurum”, “İblis”, “Peyğəmbər”,
“Knyaz”, “Xəyyam” mənzum dramlarının müəllifidir. Cavidin bu
əsərlərində möhtəşəm ideyalar, geniş coğrafiya və tarix öz əksini ta-
pır. Türk ədəbiyyatında Hamidin dövründə (tənzimat ədəbiyyatında)
zəif olan türkçülük və sistemli islam fəlsəfəsi, müasirləşmə şüuru
Cavidin dövründə inkişaf etdiyinindən bu əsərlər möhkəm bir ideya
xətti ətrafında birləşir. Ümumiyyətlə, cavidşünaslığın tarixi üç mər-
hələdən ibarətdir.Birinci mərhələ keçən əsrin 20-30-cu illərini əhatə
Folklor, mifologiya, etnoqrafiya
146
DƏDƏ QORQUD ARAŞDIRMALARI
edir. Bu mərhələdə Cavid yaradıcılığına münasibət çox mürəkkəb və
ziddiyyətli olmuşdur.
İkinci mərhələ 50-ci illərin ortalarından başlayır.Cavid də bir sıra
repressiya qurbanları kimi bəraət qazanır, üstündən “xalq düşməni”
damğası silinir. H.Cavidin əsərləri nəşr olunur, yaradıcılığı haqqında
məqalələr, monoqrafiyalar yazılır. Əlbəttə, bu tədqiqatlar H.Cavid
yaradıcılığına münasibətin dəyişməsində böyük rol oynayır. Lakin
bununla yanaşı, Cavidə münasibətdə marksist tənqiddən gələn fikir
və mülahizələr də yox deyildir. Məsələn, Mehdi Məmmədov “Azə-
ri dramaturgiyasının estetik problemləri” monoqrafiyasında yazır:
“20-ci illərdə Azərbaycan ədəbiyyatında fəal, qızğın bir proses - so-
sialist realizminin təşəkkül prosesi başlandığı zaman H.Cavid sanki
ikiləşmiş, ikiyə bölünmüş bir yaradıcılıq həyatı ilə yaşayır. Bir tərəf-
dən, keçmişdə yazılmış əsərlərin gurultulu müvəffəqiyyəti, digər
tərəfdən isə, hazırda yazılan pyeslərin şəksiz müvəffəqiyyətsizliyi.
Hazırki Cavid indiki Caviddən geri qalır. O yazmaq istəyir və az da
olsa yazır. Lakin bu dövrün məhsulu olan “Afət” (1922), “Peyğəm-
bər” (1923) və “Topal Teymur”(1926) əsərləri ideya-bədii cəhətdən
keçmişdə yazılmış “Şeyx Sənan”, “Şeyda”, “İblis”, hətta “Uçurum”
kimi pyeslərdən qat-qat sönük və zəif yaranır (6, 106). Cavidşünas-
lıqda üçüncü mərhələ heç şübhəsiz, ötən əsrin 90-cı illərindən baş-
layır. Böyük sənətkarın yaradıcılığını təkcə milli ədəbi kontekstdə
deyil, həm də dünya ədəbi kontekstində araşdırmaq, onun əsərlərin-
dəki fəlsəfi istiqaməti tədqiq etmək, ən başlıcası isə, Cavid sənətinin
poetikasını açıqlamaq, bu mərhələdə yaranan əsərlərin əsas mövzu-
sunu təşkil edir.
H.Cavid mənzum dramaturgiyası Azərbaycan ədəbiyyatında yeni
hadisə idi. Onun mənzum pyesləri ədəbiyyatımızda ənənə yaratdı və
ondan sonra gələn dramaturqlar bu ənənəni uğurla davam etdirdilər.
Onun hətta mənzum olmayan bəzi tarixi dramları (xüsusən “Topal
Teymur”) belə öz obrazlar sistemi və poetik strukturu ilə sonrakı
mənzum tarixi dramlara güclü təsir göstərmişdir.
147
Cavid dramaturgiyası yarandığı gündən tarixlə yoldaşlıq etmiş-
dir. Tarixi məzmun onun əsərlərinin müasirlik keyfiyyətini qətiyyən
azaltmır. Çünki onun dramaturgiyası əvvəldən sonadək “...öz ədəbi
janrı, harmoniya və həqiqət axtarışları ilə birlikdə bizim epoxamıza
da daxil olur və azad, müstəqil, suveren milli şüuru bu gün yenidən
düşündürməkdə davam edir. Əsrin əvvəlinin-inqilab və intibah döv-
rünün bədii düşüncəsi və fəlsəfi ovqatı olan bu şeir bir də ona görə
indi də bu qədər müasir səslənə bilir ki, məhz əsrin sonunda tarix
əsrin əvvəlinə sanki yenidən qayıdır və bizi də Cavidə yenidən qay-
tarır” (4, 316 ).
T.Məmməd “XX əsr Azərbaycan dramaturgiyasının poetikası”
monoqrafiyasında “Şeyx Sənan” pyesini sırf sufi mövqeyindən ya-
zılmış bir əsər kimi təhlil edir. Burada qəhrəmanın keçdiyi dərəcələr
və yetişdiyi son məqam əsərin əsas süjet xəttini təşkil edir. Konflikt
qəhrəmanın mənəvi yüksəliş xətti ilə dəf olunan nəfsləri arasındadır
(5, 24).
Birinci dünya müharibəsinin axırlarında - 1918-ci ildə yazdığı
“İblis” faciəsi də Cavidin mənzum dramaturgiyasında ən parlaq nü-
munələrdən biridir. Yazıldığı tarixə, təsvir etdiyi hadisələrə görə “İb-
lis” müasir əsər idi, ancaq müasirliyi burada, yalnız mövzunun müa-
sirliyində axtarmaq düzgün olmazdı. Cavid “İblis”də müharibəyə
yeni baxış bucağından yanaşır, onun əsil mahiyyətini ortaya qoyur.
V.Osmanlının “İblis” əsəri ilə bağlı aşağıdakı fikirləri dəyərlidir:
”Şərqdə insan hisslərinin təlatümünü böyük faciə miqyasında ro-
mantizm ədəbiyyatına gətirən Cavid və onun “İblis” faciəsi olmuş-
dur. Qeyd etmək lazımdır ki, romantik əsərlərdə müharibə mövzu-
ları çox, vasitə kimi lazım olur.”İblis” əsərində də müharibə vasitə
xarakteri daşıyır. Mahiyyəti müharibə meydanında meydana çıxan
insan isə məqsəddir” (7, 87).
H.Cavidin “Peyğəmbər” mənzum dramında da o zaman ifrat
meyillər axtarmaq təşəbbüslərinə təsadüf edirik. Halbuki, ateizmin
hökm sürdüyü, dini təbliğatın yol verilmədiyi bir şəraitdə Cavidin
Dostları ilə paylaş: |