Folklor, mifologiya, etnoqrafiya
96
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qırx incəbelli qızla Burla xatunu, oğlu Uruzu dustaq aparması təsvir
edilir. Əsas ideya talançılığın pislənməsidir.
Poema Salur Qazanın yaşadığı obanın təsviri ilə başlayır:
Sonsuz Oğuz
Düzləridir.
Dədə Qorqud keçən yerlər
Mərmər donlu
Sal qayalar
Məxmər otlu
Çəmən yerlər
Bu düzlərdə məclis qursan,
Ulduzlara səsin düşər.
Nəğmə deyən xoş küləklər
Şiş dağların nəfəsidir. (7, 62)
N.Xəzrinin istedadı bütün çalarları ilə «Dədə Qorqud» dasta-
nının deyim tərzindən qətiyyən uzaqlaşmır. Həmin ritmi və poetik
ahəngi saxlamağa çalışır. Məsələn, Burla xatunun çayla söhbəti buna
ən bariz misal ola bilər:
Pırıl-pırıl uçan suyum,
Uçan suyum,
Daşan suyum.
Böyük-böyük gəmilərə
Məğrur qanad taxan suyum,
Şahbaz atlar əyilərək,
Qurtum-qurtum içdi səndən.
Qara saçlı başım qurban,
Ağ köpüklü suyum, sənə,
Göyərçintək sən qanad aç,
Mən dərdimi deyim sənə. (7, 65)
97
«Yuxuda bir ana gördüm» adlı ikinci yuxu bütünlükdə Burla xa-
tun obrazının bir ana kimi keçirdiyi ağrılı-acılı hisslərə, duyğulara
həsr olunub. «Kitabi-Dədə Qorqud» dastanındakı hadisə poemada
təkrar olunur. Ancaq Nəbi Xəzri ana ürəyinin nə iztirablar keçirdiyi-
ni və daxili sarsıntılarını daha qabarıq nəzərə çatdırır.
«Yuxuda bir çoban gördüm» üçüncü yuxu belə adlanıb. Bu bö-
lüm Qaraca çobanın düşmənlə vuruşunu əks etdirir. Burada N.Xəzri
poeziyasına xas olan bədii təsvir ustalığı, obrazın gücünü, əzəmətini
bariz nəzərə çatdırmışdır.
«Yuxuda bir ana gördüm» dördüncü «yuxu» isə poemada təsir
gücü və emosionallığı ilə yaddaqalan bölümdür. Burada ana ilə oğu-
lun son söhbəti təqdim olunur. Ana başa düşür ki, sabah oğlunun
ətindən doğrayıb onun da qarşısına qoyacaqlar. Bu zaman Uruz ana-
sına deyir:
Mənim təkcə bir arzum var,
Son anımda
Öz yanımda
Mən anamı igid görüm,
məğrur görüm.
Mən anamı
Min kişiyə əvəz görüm. (9, 84)
Beşinci və altıncı «yuxu»lar Salur Qazanın qəhrəmanlığından
bəhs edir. «Kitabi-Dədə Qorqud» dastanında olduğu kimi, Salur Qa-
zan düşməni məğlub edib Burla xatunu və oğlunu xilas edir. Nəbi
Xəzri boydakı hadisəyə heç bir müdaxilə eləmir. Lakin poemanı
müasir şeirin poetik təfəkkürünün imkanları ilə yenidən canlandır-
mışdı.
«Kitabi-Dədə Qorqud»un bir boyu «Salur Qazanın evinin yağ-
malanması boyu» poeziyada öz layiqli yerini tapdı. Nəbi Xəzri
Azərbaycan ədəbiyyatında Dədə Qorquda müraciət edən ən ardıcıl
Folklor, mifologiya, etnoqrafiya
98
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bir müəllif kimi diqqəti cəlb etdi və rəğbətlə qarşılandı. Nəbi Xəz-
rinin «Torpağa sancılan qılınc» dramatik poeması və «Burla xatun»
mənzum dramı onun dramaturgiyada «Kitabi-Dədə Qorqud» dastan-
larına müraciətinin uğurlu nəticələri oldu. Bu poemalar öz yüksək
şeiriyyəti və bədii kamilliyi ilə diqqəti cəlb etdi. Nəbi Xəzri «Ki-
tabi-Dədə Qorqud» boylarındakı vətənpərvərlik, ana məhəbbəti,
yurd sevgisi onu daha çox özünə cəlb etmiş və birdən-birə bir şa-
irin qələmindən eyni mövzuda üç əsər meydana çıxmışdır. Əlbəttə,
bu əsərlər arasında bir-biri ilə sıx bağlılıq və eyni zamanda fərqli
cəhətlər diqqəti cəlb edir. Belə ki, «Əfsanəli yuxular»la «Torpağa
sancılan qılınc» arasında müəyyən oxşarlıqlar var. Ən əsası odur ki,
Nəbi Xəzri demək olar ki, boydakı hadisələri həm poemada, həm də
pyesdə olduğu kimi saxlamışdır. Poemada olan surətlərə biz pyesdə
də rast gəlirik, yalnız cüzi dəyişikliklər nəzərə çarpır.
Nəbi Xəzrinin «Torpağa sancılan qılınc» pyesi səkkiz şəkildən
ibarətdir. Bu pyesdə müəllif vətənpərvərlik mövzusunu ön plana
çəkmişdir. Təsadüfi deyil ki, əsər Dədə Qorqudun bu sözləri ilə baş-
layır:
Eşidin insanlar, sizə sözüm var,
Bu dağda, bu daşda mənim izim var.
Elin pir oğluym mən Dədə Qorqud,
Xalqımla uluyam mən Dədə Qorqud. (8, 116)
Pyesdə müasirlik xətti çox güclüdür. Bu xətt təkcə vətənpərvərlik
və ana məhəbbəti kimi əbədi mövzuların bu gün də müasir səsləşmə-
sidir. Pyesin bir yerində Şöklü Məlik deyir:
Tanrı, Azərbaycan necə torpaqdır,
Bu necə tayfadır, bu necə xalqdır!
Millət görməmişəm bu millət kimi.
99
Udur yalanı da həqiqət kimi.
Axirət dünyası bu günmü, tanrı,
Bunlarla bacarmaq mümkünmü, tanrı! (8, 155)
«Kitabi-Dədə Qorqud» dastanında heç bir boyda Azərbaycan
adı çəkilmir. Məlumdur ki, bu dastanın əsas iştirakçıları Azərbaycan
xalqının söykökündə böyük rol oynamış oğuz tayfalarıdır. Qədim
oğuz tayfaları ilə sonradan formalaşmış xalqlar arasında təbii və qı-
rılmaz əlaqə mövcuddur. Nəbi Xəzri bu mənada xalqımızın tarixi
yolunun başlanğıcında məruz qaldığı problemlərə müraciət etmişdir.
Şair belə bir fikri də aşılayır ki, Azərbaycan xalqının əsrlər boyu qo-
ruyub saxladığı mənəvi keyfiyyətlər ilkinlikdən-başlanğıcdan-kök-
dən gəlir. Dastanda Qazan xan öz dəstəsi ilə hücuma keçib Şöklü
Məlik üzərində qələbə qazanır.
«Kitabi-Dədə Qorqud» dastanında deyilir: «Qazan bəyin qardaşı
kafirin tuğu ilə sancağını qılıncladı, yerə saldı. Dərələrdə, təpələrdə
kafirə qırğın gəldi. Leşinə quzğun uyuşdu. On iki min kafir qılıncdan
keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldu. Qaçanı Qazan bəy qovma-
dı, aman deyəni öldürmədi. Qalın Oğuz bəyləri toyum oldu. Qazan
bəy ordusunu, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndü. Altun
taxtında yenə evini tikdi. Qaracıq çobanı əmiraxur elədi. Yeddi gün,
yeddi gecə yemə-içmə oldu. Qırx baş qul, qırx qırnaq oğlu Uruz ba-
şına azad elədi. Cilasın qoç yigidlərə qalaba ölkə verdi. Şalvar, cüb-
bə, çuxa verdi». (12, 41)
Nəbi Xəzrinin «Torpağa sancılan qılınc» pyesində isə final səh-
nəsində Qazan xan Şöklü Məliki öldürmür. Budur Qaraca çoban
Şöklü Məliki tutub gətirir. Qazan xan Şöklü Məliklə üz-üzə gəlir,
onlar döyüşür və qılınc Şöklü Məlikin əlindən düşür, Qazan xan dö-
yüşü saxlayır. Bundan sonra Qazan xan Şöklü Məliki hamının gözü
qarşısında qılıncla şaqqalaya bilərdi. Lakin o, böyük alicənablıq
göstərərək deyir:
Folklor, mifologiya, etnoqrafiya
100
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qazan xan (hamıya):
Düşməni əfv etməyə
Mənim varmıdır haqqım,
Sən ey qartal ürəklim,
Qartal vüqarlı xalqım?
Kim ki, bu torpağa qılıncla gələr
Elə onun özü qılıncdan ölər. (8, 201)
“Torpağa sancılan qılınc” pyesi Dədə Qorqudun, Ulusun və Bur-
la Xatunun Torpaq, Vətən və Azərbaycan şərəfinə oxunduğu nəğ-
mələrlə başa çatır.
Burla Xatun:
Ötsün qanlı aylar, əzablı illər,
Ucaldaq mərdliyi, məhəbbəti biz.
Ey gələn əsrlər, gələn nəsillər
Sizə yadigardır sədaqətimiz!
Qəlbimiz qəlblərdə yanan atəşdir.
Bizə Azərbaycan uca günəşdir! (8, 204)
Nəbi Xəzrinin “Torpağa sancılan qılınc” pyesi, “Kitabi-Dədə
Qorqud” mövzusuna müraciətin ən uğurlu nümunələrindən biri kimi
bədii ədəbiyyatda yüksək qiymətləndirildi.
Nəbi Xəzrinin “Kitabi-Dədə Qorqud” mövzularına üçüncü mü-
raciəti də yenə “Salur Qazanın evinin yağmalanması boyu” ilə bağ-
lıdır. Şair iki hissəli “Burla Xatun” mənzum dramını qələmə aldı.
“Burla Xatun” dramı Nəbi Xəzrinin “Əfsanəli yuxular” poemasın-
dan və “Torpağa sancılan qılınc” dramından seçilir. “Kitabi-Dədə
Qorqud” dastanındakı boyda təsvir olunan hadisənin – Burla Xa-
tunun və oğlu Uruzun Şöklü Məlik tərəfindən dustaq edilməsi pye-
sin süjetində əsas motiv olaraq qalır. Ancaq Nəbi Xəzri bu motivi
101
saxlasa da, pyesdə bəzi dəyişikliklər etmişdir. O, bütün hadisə və
əhvalatları Burla Xatun obrazı üzərinə yönəltmişdir. Pyesdə Burla
Xatunun mərdliyi ilə bir ana kimi keçirdiyi iztirablar Şöklü Məlikin
qarşısında ərinin və oğlunun şərəfini qoruması təqdim edilir. Bəli, o,
mərd qadındır, lakin elə bir çıxılmaz vəziyyətə düşmüşdür ki, burada
mərdlik və cəngavərlik kara gəlmir. Son anda “Kitabi-Dədə Qorqud”
boylarından fərqli olaraq özünün Burla Xatun olduğunu Şöklü Mə-
likə bildirir. Ancaq hamının gözü qarşısında qəfildən dəhrəni Şöklü
Məlikin əlindən alır və onu qətlə yetirir.
Nəbi Xəzri “Burla Xatun” pyesində müstəqil və sərbəst
hərəkət etmiş, boydan fərqli olaraq süjeti öz istədiyi kimi qurmuş-
dur. Lakin “Kitabi-Dədə Qorqud” ruhu bu əsərdə hifz olunmuşdur.
Nəbi Xəzri Burla Xatun obrazını yenidən yaratmaqla illərdən
bəri arzuladığı, bəzi şeirlərində yaratdığı Ana obrazlarının hamısını
bir yerdə ümumiləşdirmişdi. Şair onları ideal bir obrazda – Burla
Xatunda cəmləşdirmişdir. Əgər diqqət yetirilsə, “Burla Xatun”dakı
Ana “Əfsanəli yuxular” poemasında və “Torpağa sancılan qılınc”
pyesindəki Ana obrazları ilə müqayisədə daha güclüdür. “Burla Xa-
tun” pyesindəki Ana obrazının daxili dünyasının, iç aləminin daha
dərin qatlarına nüfuz etməyə imkan yaradır.
Pyesdə Burla Xatun oğlunu xilas etmək üçün hər bir əzaba, iş-
gəncəyə hazırdır. O, oğlunun qarşısında diz çökür:
Ulus:
Dur, ay ana!
Qalx, ay ana.
Sən ki, mənə uca dağsan,
Diz çökərmi, dağ, ay ana!
Burla Xatun:
Yox, ay bala, ana üçün,
Folklor, mifologiya, etnoqrafiya
102
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Övlad özü uca dağdır.
Onunçün də övlad dağı
Dünyada ən böyük dağdır.
Düşmək oğul ayağına
Alçalmaq yox, ucalmaqdır. (12, 42)
Pyesdə Burla Xatun – Ulus münasibətində ana-oğul sevgisi Nəbi
Xəzri tərəfindən böyük ustalıqla verilmişdi. Bu, əvəzsiz gözəl sev-
gidir. Ana istəmir ki, oğlu düşmən əlində məhv olsun. Buna görə də
Burla Xatun oğlunu ölümdən qurtarmaq üçün Şöklü Məliki öldürür.
“Kitabi-Dədə Qorqud” boylarından, “Əfsanəli yuxular” poema-
sından, “Torpağa sancılan qılınc” pyesindən fərqli olaraq Qazan xa-
nın özünü yetirib düşməni məhv etməsinə heç bir ehtiyac qalmır. Bu
qisası Burla Xatun özü həyata keçirir. Oğlu Ulusun xətrinə! Qazan
xanın xətrinə! El-obanın xətrinə!
Pyesdə Burla Xatunun Şöklü Məliki öldürməsi Dədə Qorqud
boylarındakı ərlik-ərənlik-bəylik missiyasının üzərinə kölgə salır.
Çünki Dədə Qorqud boylarında qadının bu hərəkəti çox pis qarşılanır
və qəhrəmanlar bunu özlərinə bağışlamırlar. “Kitabi-Dədə Qorqud”
dastanının altıncı boyuna “Qanlı Qoca oğlu Qanturalı” hissəsinə
diqqət yetirək. Qanturalı görüb sevdiyi Selcan Xatunu götürüb,
Vətənə dönür. O, dincini almaq üçün yolda yatır. Bu zaman Trabzon
hökmdarı – Selcanın atası onların arxasınca 600 adam saldırır, vuruş
başlanır və bu vuruşda Selcan Xatunla Qanturalı bir-birindən ayrı
düşürlər. Selcan sevgilisini yaralı vəziyyətdə tapır və onun əvəzində
düşməni qabağına salıb qovur. Sonra o, Qanturalını tərkinə alıb vu-
ruş meydanından çıxarır. Bu isə bir ər igid kimi Qanturala ağır gəlir.
Nəbi Xəzrinin “Burla Xatun” pyesi “Dədə Qorqud” mövzusunda
son illərdə meydana çıxan əsərlər içərisində öz bədii sanbalı ilə seçi-
lir və qiymətləndirilir.
“Kitabi-Dədə Qorqud” dastanının yazılı ədəbiyyatımıza təsirin-
103
dən söhbət getdikdə ilk növbədə, xalq yazıçısı Anarın “Dədə Qor-
qud” kino-dastanı xatırlanır. Əlbəttə, bu mövzuda əsər yazan çox-
lu yazıçılarımız var. Lakin etiraf etmək lazımdır ki, Anarın “Dədə
Qorqud” əsəriylə “Kitabi-Dədə Qorqud” eposuna maraq və diqqət
daha da çoxaldı. Anarın zəhməti sahəsində həm də bu əsər əsasında
iki seriyalı bədii film çəkilmişdir. Məhz Anarın bu əsərindən sonra
müasir ədəbiyyatımızda “Dədə Qorqud” mövzusuna xüsusi bir ma-
raq oyandı. Heç şübhəsiz, bu əsəri yazana qədər Anar “Kitabi-Dədə
Qorqud” eposu ilə bağlı xeyli araşdırmalarla tanış olmuşdur. Böyük
türk xalqlarının bu tipli dastan yaradıcılığını diqqətlə nəzərdən ke-
çirmiş, eposla bağlı bütün bilgiləri mənimsəməyə çalışmışdır.
“Dədə Qorqud dünyası” əsərində Anar yazır: “Azərbaycan xalqı-
nın şah əsəri, ana kitabı Dədə Qorqud dastanıdır. Bu sayaq kitablar
bütün dövrlər üçün bir dahi fərd tərəfindən – Homer, Firdovsi, Rus-
taveli, Dante, Servantes, Şekspir, Puşkin tərəfindən yaradılır. Ya bir
çox nəsillərin, bir çox ortaq yaradıcıların süzgəcindən keçərək cila-
lanır, müəlliflərin adları bilinməz olur, onların dünyaya gətirdikləri
əsər isə əsrlərdən adlayaraq daim yaşayır. Bu cür əsər folklor örnəyi
də ola bilər, yazılı ədəbiyyat nümunəsi də. Əsərin haçan yaranması
da əsas deyil – o min illər qabaq da meydana çıxa bilərdi, keçən
əsrdə də. Poetik janra da mənsub ola bilərdi, nəsrə, dramaturgiyaya
da... Əhəmiyyətli cəhət odur ki, belə əsər müəyyən bir xalqın tarixi,
mənəvi və estetik varlığını ifadə edir” (3, 126).
Anarın “Dədə Qorqud dünyası” əsərində “Kitabi-Dədə Qorqud”
eposu ilə bağlı çox maraqlı və zəngin məlumatlar diqqəti cəlb edir.
Yazıçı hər bir yanaşmada dastanın mətninə müraciət edir, dastanın
mətni isə eposla bağlı olan digər məsələləri də əhatə edir. Bu el-
mi-publisistik əsər ilə kinodastanı, yəni sırf bədii əsəri bir vəhdət
halına gətirən Anarın “Dədə Qorqud” eposu haqqında böyük fikir və
mülahizələrinin bəhrəsidir.
Anar “Dədə Qorqud” kinodastanında Dədə Qorqud dünyasını
Folklor, mifologiya, etnoqrafiya
104
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bədii sözdə reallaşdırmışdır. Kino-dastanda “Kitabi-Dədə Qorqud”
eposunun bir neçə boyundan istifadə olunmuşdur: bunlar əsasən
“Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandı-
ğı boy”, “Bayburanın oğlu Bamsı Beyrəyin boyu”, “Basatın Təpəgö-
zü öldürdüyü boy”, “Salur Qazanın dustaq olub oğlu Uruzu çıxardığı
boyu” əhatə edir. Lakin bu boylar heç də bütünlüklə kino-dastana
köçməmişdir. Anar ayrı-ayrı boyları və onların qəhrəmanlarını bir
yerə toplamış, boylarda təsvir olunan və məqsədinə müvafiq ha-
disələri vahid süjet ətrafında birləşdirmişdir. Əsərdə bir neçə prob-
lem xüsusilə qabardılır: bunlardan biri oğuz tayfalarının birliyi ide-
yasıdır, ikincisi ölüm və həyat problemidir, üçüncüsü qəhrəmanlıq
və sevgi problemidir. Bu problemlərin üçü də kino-dastanda öz bədii
həllini tapmışdır. Əsərin başlanğıc hissəsində Oğuz ellərinin ağır
günü təsvir edilir. “O gün Oğuz ellərinin ağır günüydü. Oğuz oğulla-
rı bir-birinə qarşı qalxmışdı. Dost-dostla, qohum-qohumla cəng edir-
di. Qardaş qardaşdan. Ata oğuldan ayrılmışdı. Bu qanlı qada Oğuz
elinin başına hardan gəlmişdi? Deməklə qurtarmaq olmaz” (2, 415).
Anarın əsərində Oğuz ellərinin – Oğuz qəbilələrinin artıq bir-bi-
rinə yağı kəsildiyi, bir-birinin qanına susadığı məqamdan başlayır.
El ağsaqqalı, yurdun müdrik bilicisi Dədə Qorqud da bu qırğını sax-
lamağın qarşısında acizdir, ona məhəl qoyan, qulaq asan yoxdur. Heç
vaxt Dədə Qorqudun bir sözünü iki eləməyən igidlərin ağılları çaşıb,
nə etdiklərini bilmirlər. Əsərdə Oğuz ellərinin vahid birliyini, bir-bi-
rinə həyan olduqlarını nümayiş etdirən səhnələr çoxdur. Əsərin əv-
vəlində xanlar xanı Bayandır xan buyruq verir ki, uca dağın başında
tonqal qalasınlar. Bu zaman Dədə Qorqudun səsi gəlir: “Oğuz elinin
adəti vardı. Oğuz igidlərini, xatunlarını şənliyə, toya çağıranda Uca
dağın başında bir tonqal qalanırdı. Başqa dağlardan bu alovu görüb
orda da tonqal qalayırdılar, bütün el-oba bilərdi, geyinib, bəzənib
şənliyə gələrdi. İki tonqal qalayanda bilərdilər ki, elin başında qəza
var, təhlükə var, düşmən basqını gözlənir, onda da igidlər yaraqlanıb
105
yığılardı” (2, 421).
Buradan görünür ki, Anar boylardakı ictimai-siyasi mənzərəni
çox aydın görür. “Dədə Qorqud” dastanında Oğuz ellərinin bəzi qə-
bilə birləşmələri var ki, onlar öz adət-ənənələrində sərbəstdir. La-
kin bu qəbilələrin birinə hücum edildikdə dərhal başqa bir qəbiləyə
köməyə gəlir.
Xalq yazıçısı İsmayıl Şıxlı yazırdı: “Anar “Dədə Qorqud” oğuz-
larının başqa oğuzlardan fərqli olduğunu öz adət, psixologiya, əxlaq,
ailə münasibətləri, məhəbbət və sədaqət anlayışları ilə seçildiyini,
bizim torpaqda ta qədimdən yaşadıqlarını, bir sözlə, özümüz və kö-
kümüz olduğumuzu, bəzi bədxahlarımızın dediyi kimi, heç yerdən
buraya gəlmədiyimizi, elə burada kök atıb bitdiyimizi sübut edir.
“Dədə Qorqud” bizimdir, onun oğuzları isə əcdadımızdır, özü də
Azərbaycan torpağında eramızdan çox-çox əvvəl, bəlkə də qədim-
dən, qədim vaxtlardan yaşamışlar.” (17, 30)
Qəbilələrin həyat tərzi bir-birinə çox bənzəyir, belə ki, onlar
əsasən əkinçilik və maldarlıqla məşğul olur, qoyun, mal, at, dəvə sü-
rüləri saxlayırdılar. Lakin dastanda bütün bunlar o qədər də əhəmiy-
yət kəsb etmir, əsas diqqət qəhrəmanların şücaət və igidliyinə, ov
səhnələrinə verilir. Ancaq qəbilə başçıları arasındakı münasibətlər
də dastanda mühüm yer tutur və Anar dastandan gələn bu motivi öz
əsərində əsl sənətkarlıqla mənalandıra bilmişdir. Bayandır xanın son
anlarını təsvir edən yazıçı oğuz birliyinin sarsılmasını da o gündən
başlayır.
“Bayındır xan deyirdi:
– İgidlər, son sözümü dinləyin, vəsiyyətimi bilin, lazımdır ki, mən
öləndən sonra məmləkət pozulmasın, xaniman dağılmasın, yağılar
elimizi başsız görüb üstümüzə ayaq açmasınlar. Lazımdır ki, taxt-ta-
cıma bir alp igid sahib olsun.
Alp Aruz son dərəcə böyük gərginliklə dinləyirdi. Bayandır xan
sözün bitirdi:
Folklor, mifologiya, etnoqrafiya
106
DƏDƏ QORQUD ARAŞDIRMALARI
– Taxt-tacımı kürəkənim Salur oğlu Qazana vəsiyyət edirəm, -
dedi.
Alp Aruzun biğlarından qan dammağa başladı” (2, 436).
Oğuz daxilində münaqişə də elə bu səbəbdən başlayır. Qazanı
aparıb Bayandırın taxtında əyləşdirəndən sonra Alp Aruz – Bayandır
xanın vəziri basqınçı köçəri tayfanın başçısı Qıpçaq Məliklə gizli
ittifaq bağlayır. Qıpçaq Məlik bu təklifi qəbul edir. Beləliklə, qəbilə
başçıları arasında nifaq düşür. Alp Aruz Qıpçaq Məlikin hələ fürsət
gözlədiyini, tələsmədiyini görüb başqa tədbirə əl atır. Qazanın daya-
ğı-dirəyi Beyrəyi aradan götürür. “Kitabi-Dədə Qorqud” dastanında
“Bayburanın oğlu Bamsı Beyrəyin boyu”ndakı Beyrəyin oğurlanma
səhnəsi Anarın əsərində də təkrar olunur. Beyrək Bayburd hasarının
xaqanı Qara Arslanın əsirinə çevrilir. Qara Arslan obrazına “Bamsı
Beyrək” boyunda rast gəlmirik. Dastanda Beyrəyi əsir götürən kafir-
lərdir ki, Parasarın Bayburd hasarında yaşayırlar.
Anar Beyrəklə bağlı “Dədə Qorqud” dastanında olmayan Des-
ninə Xatun obrazına müraciət edir, daha doğrusu, dastanda “kafir bə-
yinin bir bikr qızı” burada Desninə Xatunla əvəz edilmişdir. “Dədə
Qorqud” dastanında həmin qız Beyrəyi sevir, hər gün Beyrəyi gör-
məyə gəlir. Burada isə Desninə Xatun Qara Arslanın arvadıdır. Des-
ninə Xatun Beyrəyin atıldığı dərin quyuya düşür, qəbirlərdən birinə
yanaşır, özüylə ət, süd, cürbəcür ləziz yeməklər, şərab gətirir, hamı-
sını qəbrin yanına düzür, sonra qəbri örtərək çıxıb gedir. O, çıxıb
gedəndən sonra Beyrək həmin yeməkləri yeyir.
Beyrəklə bağlı “Kitabi-Dədə Qorqud” dastanında olmayan bir
epizod da diqqəti cəlb edir. Dastanda Selcan Xatun “Qanlı Qoca oğlu
Qanturalı boyu”ndadır. Anarın əsərində isə Selcan Xatun adlı qız
dastanda olduğu kimi Sarı donlu Qara Arslan xaqanın qızıdır. Xaqan
şərt qoyub ki, qızına elçi düşənlər onun aslanı, buğası və erkək dəvə-
si ilə döyüşsün. Hələ bu üç əjdahanı basan olmayıb. Beyrək bu əj-
dahaları basır və xaqan “Qızı bu igidə verdim deyir”. Amma Beyrək
107
onun təklifini rədd edir, “mənim öz elimizdə göz açıban gördüyüm,
könül verib sevdiyim adaxlım var” deyir, gecə Selcan onun yanına
gələndə Selcanın qılıncını qızla öz arasına qoyur. Beyrəkdən sonra
düşmən fürsət tapıb Qazan xanın ovda olmasından istifadə edib el-
obanı talan edirlər. Qırx incə belli qızla Burla Xatunu əsir götürürlər.
Anar, göründüyü kimi “Kitabi-Dədə Qorqud” boylarına müstəqil
yanaşaraq müxtəlif boyları və bu boylardakı ayrı-ayrı obrazları
məqsədinə müvafiq olaraq əsərə gətirir. Dastanda baş verən kiçik bir
hadisə Anarın əsərində əsas ideyanın qabardılması üçün bir vasitəyə
çevrilir. Dastanda “Salur Qazanın evinin yağmalanması” boyunda
Qaraca çoban – Qazan xətti daha çox qəbilə başçısı və onun rəiyyəti
səviyyəsində təqdim olunur. Anarın əsərində isə bu xətt daha qaba-
rıq nəzərə çarpdırılır. Dastanda Qazan Qaraca çobana deyir ki, “Al-
lah mənim evimi qurtaracaq olarsa, səni əmiraxur eləyərəm.” Ana-
rın əsərində isə belə bir “sövdələşmə” yoxdur. Qaraca çoban xalqın
təmsilçisi kimi çıxış edir. Qazan xan Qaraca çobanı acılayır, özümə
nə gəlib ki, mənim evimi sən qurtarırsan, deyir. Ancaq bundan sonra
dastanda olmayan bir epizod gəlir: “Qaraca çoban onun toz qaldırıb
getdiyi dolama yollara baxdı, sonra özü də atlandı. Qazan xanın
dalınca çapdı. Qazan xan onu görmədi. Amma gediyi aşanda Çoban
birdən dayandı, geri döndü. Uca dağın zirvəsinə qalxdı, atasının və-
siyyət elədiyi kimi iki tonqal çatdı, çaxmaq daşı ilə alışdırdı. Tonqal-
lar alovlandı. Qaraca çoban yenidən Qazanın ardınca çapdı” (2,
472).
“Dədə Qorqud” dastanında tonqal yandırmaq isə birliyə çağırış-
dır. Anarın əsərinin sonu da tonqal səhnələri ilə bitir.
“...Uzaq bir dağın zirvəsində də üç tonqal alovlanırdı.
...Başqa bir dağın başında da eləcə ...uzaq-uzaq dağların başla-
rında üç-üç tonqallar alovlanırdı.
İnsanlar, dağlar işıqlarıyla bir-birinə hay verirdi” (2, 503).
Anarın əsərində ikinci əsas problem ölüm və həyat problemidir.
Folklor, mifologiya, etnoqrafiya
|