Folklor, mifologiya, etnoqrafiya
belində olduğu zaman öldürülmür. Naqafil arxadan namərdcəsinə
vurulur.
Deyilənlərə görə, Qaçaq Kərəmin atası Qara İsgəndər öləndə
onun qara xallı boz atı meyitinin başına dolanırmış. Dəfnindən xey-
li vaxt keçəndən sonra İsgəndərin qəbrini ziyarətə gedənlər leysan
kimi yaşlar axıdan boz atın kişnəyə-kişnəyə qəbrin başına dolandığı-
nı görürlər. (Qaçaq İsgəndər oğlu Qaçaq Kərəm uzun illər at belində
qaçaqçılıq etmişlər).
At həm də evin dirəyi, arxası sayılırdı.
Boz atım niyə getdi?
Nə oldu, niyə getdi?
Evdən bir arxa gedər
İkisi niyə getdi?
At igidin qardaşıdırmı?....
At demərəm, sana qartaş deyərəm,
Qartaşımdan yek!” (1, səh. 56)
“Ay qardaşımdan vəfalı heyvan, sən də düşmənin zindanına düş-
müşdün”. (9, səh. 199)
At igidin qardaşıdır.
Qoç Koroğlu öyünər: ( 8, səh. 137)
“Mən səni özümə qardaş, sirdaş bilirdim “Qəmər” (10, səh. 308).
Göstərilən parçalarda Beyrək, Qaçaq Nəbi atı qardaşdan üstün tutur.
Sədaqətdə, etibarda, dayaq durmaqda at qardaşın göstərə bilmədiyi
dəyanətinə görə qiymətləndirilir. “Qardaşımdan artıq”, “Qardaşım-
dan vəfalı”.Onlardan fərqli olaraq isə Korpoğlu, Cahandar ağa atı
qardaşa bərabər tutur. Bu qəhrəmanların Qaçaq Nəbidən başqa heç
72
DƏDƏ QORQUD ARAŞDIRMALARI
birinin erkək qardaşı yoxdur. Koroğlunun isə heç biri yoxdur. Nə
erkək, nə də qız qardaşı. Qaçaq Nəbi atına qardaşdan vəfalı heyvan
deyib, onu əzizləyir. Bu onu təsdiqləyir ki, at nəinki, igidə qardaş ola
bilməz, heç ata da, oğul da ola bilməz. Ata, oğul-qardaş hər kəs üçün
arxa, dayaqdır. Lakin qəhrəmana aid məkanlarda ümumiyyətlə onla-
rın həyatında belə onların heç biri qəhrəmana atı qədər yaxın, həm-
dəm ola bilməz. At qədər vəfalılıq, sədaqət göstərmək iqtidarında da
deyillər. At qəhrəmanın bir parçasıdır. “İgid atı ilə tanınar”, “Atsız
igid yürüməz” və s. fikirlərimizi təsdiqləyən belə xeyli hikmətli ata-
lar məsəlləri nümunə göstərmək olar. Yuxarıda gətirilən lirik-epik
nümunələrdə qəhrəmanın dilində verilən və araşdırmalarda söylə-
nilənlər atın qəhrəmana vəfalı dost, sirdaş, hər bir mənada yaxınlıq
dərəcəsinin keyfiyyətini göstərməsinə yönəlmişdir. Rəvayət və əf-
sanələrdə söylənilir ki, at göydən insanlara tanrı tərəfindən hədiyyə
göndərilib. Buna görə də at müqəddəs varlıq hesab olunur. Tarixi
zamanlarda da bu gün də atın hədiyyə verilməsi bu inanca söykənir.
Bədii ədəbiyyatın bütün janrlarında atın hədiyyə verilməsinə rast gə-
linir. Beyrəyə dəniz qulunu olan Boz ayğır atası tərəfindən hədiyyə
olunur. Koroğluya Qırat, Dürat atası tərəfindən bağışlanır. Beyrəyin
dəniz qulunundan əvvəl boz rəngdə atı olmuşdu. Yüyrək olduğun-
dan Şahbaz adı ilə şəxsləndirilmiş. Şahbaz atının belində Beyrək ova
çıxar qılınc oynadardı. Atası Baybörənin əmrilə ona hədiyyə almaq-
dan qayıdan tacirlərin yolunu kəsən kafirləri Şahbaz atın belində qı-
lıncdan keçirmiş, qan tökmüşdü. “Nə dedigimi yetürün, geyünimlən
mənim Şahbaz atımı gətürün! Hey məni sevən yigitlər binsünlər” (1,
səh. 53). Baş kəsmək, qan tökmək oğuz elində adət olduğuna görə
Boz ayğır dəniz qulunu ona hədiyyə edildiyindən Dədə Qorqud ona
Boz ayğırlı Bamsı Beyrək adını verir. “Adı Boz ayğırlı Bamsı Bey-
rək olsun! Adını bən dedim, yaşını allah versin”.
Atın sirli sehirli olması onun göydən gəlməsi inancı ilə bağlıdır.
Bu müstəvidə də qəhrəmanlara məxsus atların törəməsi də sirli seh-
rlidir. Beyrəyə hədiyyə olunan Boz ayğır dəniz qulunundan törəmə-
73
Folklor, mifologiya, etnoqrafiya
dir. Bu eposda üç dəfə xatırlanıb: “Tacirlər Baybörənin oğluna bir
dəniz qulunı, boz ayğır aldılar”. “Yigidin gözi bir dəniz qulını boz
ayğırı tutdu”, “Bağdı gördi kəndümin dəniz qulunı, Boz ayğır bunda
otlanıb,turar”.
Qırat da, dürat da dəniz qulunundan törəmədir. Beyrəyin Boz
ayğırından fərqli olaraq onların əmələ gəlməsi bədii lövhələrlə əks
olunur. “Dəryadan iki ayğır at çıxdı. Atlar gəlib naxıra qarışdılar. İki
madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi
nə qədər ilxıçılıq eləmişdi belə şey görməmişdi” (8, səh. 5)
Qaçaq Nəbinin də atı adi deyil, bozqır at nəslindəndir. Dəryadan
çıxmış madyanla çöl ayğırından törəyib. ( 9, səh. 16)
Şirinin Şəvdizi də sirli, sehrlidir. O, süvariyə oxşar qara daşla
Rəmgilə çölündən gələn madyanın dölündən yaranıb.
Kilsənin altında var bir mağara,
Orda süvaritək bir daş-qap-qara,
Rəmgilə çölündən-o uzaq yoldan,
Döl tutmağa gəlir ora bir madyan.
Gəlir yüz ağacdan duyub o yeri,
Sürünüb ilantək girir içəri.
Qızğın bir şəhvətdən gələrək hala,
Sürtünür o daşa çox ehtirasla.
Allahın əmriylə döl tutur ondan,
Allah əmridir ki, sən buna inan!
O döldən törəyən hər yeni daylaq
Vaxtdan yüyrək olur, yeldən qaçaraq.
O ağıllı keşiş söylədi-hətta,
O daşın dölüdür bu Şəvdiz at da. (2, səh. 68)
Qıratın, Düratın böyüməsində də sehirli aləm var. Alı kişi onları
xüsusi nəzarətdə saxlayıb yetişdirir. “Tövlədə hər day üçün qırx göz-
74
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lü bir axur qayırarsan. Atların qırx günlük arpasını, samanını həmin
bu axurlara da dolduracaqsan... zümrüd bulaqdan tövlənin içərisinə
bir arx salacaqsan hər axurun yanında da balaca bir çarhavuz tikəcək-
sən. Atlar qirx gün burada yeyib-içib bəslənəcəklər” (8, səh. 8). Alı
kişi dedikləri hazır olandan sonra Rövşənə tapşırır: tövləyə nə işıq
düşə, nə də atlara bəni-insan gözü baxa. Otuz doqquzuncu gün Ko-
roğlu səbirsizlik göstərib bir oyuq açıb ordan içəri baxır. Sağ axurda-
kı atın çiyinlərində alov kimi yanan iki qanad görür, sol axurdakı ata
baxır onda qanad görməyib yenidən sağ tərəfə baxanda heyrətə gəlir.
Sağ tərəfdəki atın qanadı qeyb olmuşdu. Atasından axura baxmağı-
nı gizlətməyə çalışsada Alı kişi atları yoxlayanda onlara bəni-insan
gözünün baxdığını bilir. Atların xarici görünüşləri də qeyri-adidir.
Sol axurdakı uzun caydaq, çəkmə sağrılı, nazik ortalı. Sağ tərəfdəki
at gözəl görünüşlü, iri başlı, dolu gözlü, qarabirçəkli, uzun boyunlu,
tökmə döşlü, yoğun, enli sağrılı bir atdı. Alı kişi atları sınaqdan ke-
çirir. Sınaqdan yaxşı çıxan sağ axurdakı at olur. Alı kişi onun adını
Qırat, sol axurdakı nisbətən zərif atın adını isə Dürat qoyur. Qorxulu
səfərlərə, düşmən üstünə qalalar almağa Qıratla getməyi və Qıratın
onu hər bəladan qurtaracağını söyləyib , onun qədrini bilməyi, ca-
nından əziz, göz bəbəyi kimi qorumagı tövsiyə edir.
Sağ axurdakı atın çiyinlərində alov kimi yanan, qızıl kimi parıl-
dayan qanadlarının olması da bununla bağlıdır. Türk mifologiyasına
görə atın yel qanadlıdır, sürətli uçuşu ilə xəyalda ona çatmır. Xızır
peyğəmbər bir göz qırpımında mənzil başına çatır. Qəhrəmanın atı
elə yüyrək olur ki, düşmən nə qədər qovsa da ona çata bilmir. Uçu-
rum dağları quş kimi sıçrayır.
“Qırx nəfər kafirlər atlandılar. Ardınca düşdilər, qov getdilər yet-
mədilər, döndilər ”. (1,səh 60). Dədə Qorqud Banuçiçəyi Beyrəyə
istəmək təklifini alanda deyir: “Dəlü Qarçar qız qardaşını diləyəni
öldürər. Bari Bayındar xanın tövləsindən iki şahbaz yükrək at gətü-
rün. Bir Keçi başlı Keçər ayğırı, bir Toğlı başlu Turı ayğırı. Nagah
75
qaçma-qovma olarsa, birisini binəm, birisini yedəm” (1, səh. 55)
Dədə Qorqud Dəli Qaçardan qaçanda yolda Toğlu başlu Turu ayğır
yorulduğundan Keçi başlu Keçərə sıçrayıb minir. Toğlu başlı Turu
ayğır, Keçi başlı Keçər ayğır və Qırat, Dürat. Dastanda Qırat Keçi
başlı Keçər ayğır kimi güclü, Dürat isə Toğlu başlı Turu ayğır kimi
zəif təsvir olunmuşdur. Demək olar ki,Dədə Qorquddakı bu atlar ad-
larını dəyişmiş Qırat, Dürat adları ilə öz soylarını Koroğluda davam
etdirmişlər. Zaman dəyişdikcə keçi başlı Keçər ayğır, Qırata Toğlu
başlı Tur ayğır, Dürata ötürülmüşdür.
“Qırat dörd ayağını yığıb qızılquş kimi sıçradı, uçurumun o
tərəfinə düşdü, özü də elə sıçradı ki, Koroğlunun başından papağı da
tərpənmədi.”
“Ala gözlü boz atım, quş kimi uç, kovun ətəyinə düş”. Boz at
ayaqlarını yerə döydü, fınxırıb bərkdən kişnədi. Boz at bir neçə dəfə
atılıb düşəndən sonra özünü palantökən kovundan aşağı saldı” (9,
səh. 27).
Şirinin də atı yel qanadlıdır, xəyaldan iti tozuna külək çatmaz,
tufandan qorxmaz.
Bir at bağlanıbdır sərtövləyə tək,
Onun tozuna da çatmaz heç külək,
Xəyaldan tez gedər qalxsa dördnalla,
Qorxmur sona kimi tufandan əsla,
Yerindən sıçrasa günəşə sarı,
Yeddi qatlı göydən qalxar yuxarı,
Qalar dırnağının daşlarda izi,
Banbuq quyruğu ilə yarar dənizi
Səhərtək oyaqdır, xəyal yerişli.
Gecə quştək huşyardır, zaman gərdişli,
Rəngi, şəvə rəngi, Şəbdizdir adı.
Şirin İshaq kimi sevir o atı.
76
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ayaqlarında var qızıl zənciri,
O, qızıl zəncirin olmuş əsiri,
Nə Şirindən şirin insan mən gördüm.
Nə Şəbdizdən qara bir köhlən gördüm.
( 2, səh. 67)
Allahyarı öldürüb geri qayıdanda Allahyarın adamları Cahandar
ağanın arxasınca düşsələr də lakin ona çata bilməyib geri qayıdırlar.
Cahandar ağa “Allahyarın kəndində qoçaq adam yoxdur” - deyir.
Oğuz igidlərinin atı sahibinin dostuna dost, düşməninə düşmən-
dir. Aruz Beyrəyi çağırıb Qazan xandan üz döndərməyə onunla birgə
olmağa razı salmaq istəyəndə Beyrək razılaşmayıb Qazan xana dö-
nük çıxmayacağını bildirir.
Mən Qazanın nemətini çox yemişəm,
bilməzsəm, gözümü tutsun!
Qaracıqda Qazlıq atına çox minmişəm,
bilməzsəm, tabutum olsun!
Yaxşı qaftanlarını çox geymişəm,
bilməzsəm, kəfənim olsun!
Böyük, geniş otağına çox girmişəm,
bilməzsəm, zindanım olsun!
Beyrək Boz ayğırı deyil Qazan xanın Qazlıq atını minərdim de-
mişdir: Artıq Aruza ona düşmən olduğunun bəyanatını verir.
Aruz, mən bilsəydim bu niyyətini,
Qaracıqda Qazlıq ata minərdim!
Əynimə bərk dəmir donu geyərdim!
Böyük, iti polad qılınc bağlardım!
Öz alnıma parlaq zireh vurardım!
77
Folklor, Mifologiya, Etnoqrafiya
Altmış tutam süngünü götürərdim!
Alagözlü bəyləri gətirərdim!
Oğuz igidləri dostunun dostu ilə dost düşməni ilə düşməndir. At
oğuz igidləri dostluğunun bütövlüyünü, sədaqətinin, vəfalılığının
rəmzi mənasının daşıyıcısıdır. “Aruz mən bilsəydim bu niyyətini
Qarcıqda Qazlıq ata minərdim (1, səh. 137)”. Əgər ölərəmsə, me-
yitin Qazlıqatın belində dostum Qazan xanın üstünə getsin. Görsün
ki, ölümdən mən qorxmadım, onun yolunda canımı qurban verdim,
mənasını daşıyır.
Bamsı Beyrək öz igidlik missiyasını Koroğluya, Qaçaq Nəbiyə,
Qaçaq Kərəmə, Fətəli xana, Cahandar ağaya, boz ayğırı isə Qırata,
(“Koroğlu”) Şahbaza, (“İki od arasında”) Qəmərə (“Dəli kür”) ötü-
rüb və s.
Müsəlman aləmində üç şey arvad, papaq, at kişinin namusu-
dur. Müsəlman adətinə görə igid öləndə atı da öldürülür. (bu barədə
yuxarıda bəhs etmişik). Oğuz elində də igid öləndə atının quyruğu
kəsilir. Yağılarla təkbaşına vuruşan Beyrək ölərkən deyir:
İgidlərim, yerinizdən qalxın, durun!
Boz atımın quyruğunu tutun, kəsin!
Cahandar ağanın isə namusuna sataşılmışdı. Atının quyruğu
qırxılmışdı. Cahandar ağa çox sevdiyi Qəməri öldürür. Qəmər də
onu nə gözlədiyini anlayır. Sahibinə baxışlarıyla günahsız olduğunu
deyir. Qəmər də qürurludur. Bu görkəmdə sahibi kimi ləkəsiz, gözü
kölgəli yaşamaq istəmir. Yaşayanda da mərd, öləndə də mərd ölmək
istəyir. Cahandar ağanın Qəmərlə bağlı epizodları Beyrəyin Boz ay-
ğır ilə, Koroğlunun Qıratla, Qaçaq Nəbinin Boz atı ilə bağlı təsvirləri
yada salır.
Cahandar ağa öz dövrünün, mühitinin qəhrəmanıdır. Zaman də-
78
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yişdiyindən onu döyüş meydanında, əlində qılınc yox, tüfəng, xəncər
var. Bir toy mərasimində onun qabağına çıxan olmazdı, öz məharəti
ilə hamını tay-tuşlarını da heyrətləndirər, cavanlarda qısqanclıq ya-
radardı. Qızların ürəyini ovlardı. Bu məharətilə o, oğuz igidlərini
xatırladır. Oğuz qəhrəmanları da igidlik göstərib ad-san qazanardı-
lar. Yuxarıda dediyimiz kimi zaman və tarix kontekstində Qazan xan
at yalına yatan igiddir. Cahandar ağa da at yalına yatan igiddir. Bu
kontekstdə Cahandar ağa Qazan xanla birləşir. Qəmər yoxdur. La-
kin onun əvəzləyicisi var. O da sələfləri kimi sahibini başa düşür.
Ona etibarlıdır, sədaqətlidir. O, ölümündən qorxmur. Dərk edir ki,
sahibi ilə birgə ölümə doğru gedir. Sürətlə yel kimi uçur. Sahibinin
vurulduğunu görən olmasın, atlı kazaklar onu yaxalamasın deyə Ya-
rağana, uçuruma doğru çapır, yarağan uçur Cahandar ağa ilə birgə
yarağanın altında qalır.
Bədii ədəbiyyatda atın tərif olunması ata olan inancın ifadəsidir.
Bu baxış Dədə Qorqud kitabından lirik-epik nümunələrə transfor-
masiya olunmuşdur.
Açuq-açuq meydana bənzə sənin alıncuqun,
İki səbçırağa bənzər sənin gözcigəzin,
Əbrisimə bənzər sənin yəlincigin.
İki səbçırağa bənzər sənin gözcigəzin
Əri muradına yetürər sənin arxacığın.
(“Dədə Qorqud”)
Addımla qurban qoluna
Tərlana bənzər uçuşun
Əl çatmaz ipək yalına
(“Koroğlu”)
Boz atım davada pələngdən nəhəng
Qızılquş baxışlı gözlərin qəşəng
79
Folklor, Mifologiya, Etnoqrafiya
Boz atım bərabərdi aslana, şirə
Meydana girərkən çəkir nərə
(“Qaçaq Nəbi”)
Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər. Çox qaranlıq ge-
cələrdə, məndən qabaq, yolda təhlükə olduğunu sən başa düşübsən.
Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki,
irəli getmək olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər.
Bir toyda, bir nişanda geri qalmamısan, hələ indiyənəcən cıdırlar-
da səni keçən olmayıb. Məni utandırmamısan, başımı uca eləmisən.
Neçə dəfə mən sənin yalına yatıb, “gözlərinə qurban, Qəmər, əlac
sənə qalıb” demişəm. Sən quş kimi qanad açıb məni güllənin altın-
dan çıxartmışam. Mən səni özümə qardaş, sirdaş bilirdim, Qəmər,
sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb fırlananda elə bi-
lirdim yeri, göyü mənə bağışlayırlar, Qəmər. indi mən nə edim, sənin
rüsvayçılığına necə dözüm” (10, səh. 307).
Zaman dəyişib inkişaf etdikcə ata da münasibət dəyişib. Ondan
daha çox minik vasitəsi kimi istifadə olunur. Sovet dönəmində kənd
yerlərində poçt xidmətlərindən atdan istifadə olunub. Əsgər mək-
tubları ilə valideynləri sevindirərdi. Toy, nişan mərasimlərində toya
dəvət olunanlara dəvətnamələr at belində paylanardı.
Bu gün dövlət səviyyəsində at Azərbaycan xalqının qəhrəmanlıq
simvollarının daşıyıcılarından biri kimi əbədiləşdirilmişdir. Azər-
baycanın ayrı-ayrı məkanlarında şahə qalxmış vəziyyətdə at abidəsi
var. Məsələn, Abşeron rayonunun Xırdalan şəhərində İcra Hakimiy-
yətinə yaxın mərkəzi yerdə Qıratın heykəli qoyulmuşdu.
Bakı şəhərində Koroğlunun Qıratın belində abidəsinin qoyul-
ması atın sahibi ilə birgə Azərbaycan xalqının qəhrəmanlıq təcəs-
sümünün ifadəsidir. “Koroğlu” Qıratın belində Koroğlu olmuşdu.
Koroğlu-Qırat bir-birini tamamlayan qəhrəmanlıq simvoludur.
80
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ədəbiyyat
1. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı 1988.
2. N.Gəncəvi. .Xosrov və Şirin. Bakı, Lider, 1961.
3. Ə.Tanrıverdi. “Dədə Qorqud kitabı”nda at kultu, Bakı, 2012.
4. R.Qafarlı. Mif və Nağıl, Bakı, 1999.
5. N.Cəfərov. Xanım hey, Bakı, 1999.
6. B.Xəlilov. Türkologiya giriş. Bakı, 2006.
7. Azərbaycan tarixi. I cild Bakı, ADN, 1994.
8. Koroğlu. Bakı, Gənclik, 2005.
9. Qaçaq Nəbi. ADN. Bakı, 1961.
10. İ. Şıxlı. Dəli Kür, Bakı, 1982.
РЕЗЮМЕ
Гусейнова Париханым
ТРАНСФЕР КУЛЬТА КОНЯ В КНИГЕ «ДЕДЕ ГОРГУД»
В ПИСЬМЕННУЮ ЛИТЕРАТУРУ
В статье произведен научный анализ использования культа коня из книги
«Деде Горгуд» в письменной и устной литературе. На основании образцов
приведены поэтические сходства. Как и в эпосе, в отдельных жанрах
письменной и устной литературы конь исследуется как священное существо,
символ героизма азербайджанского народа.
Ключевые слова: Эпос, Культ, Миф, Предание, Жанры письменной
литературы.
SUMMARY
Parixanım Soltanqızı
THE TRANSFER TO WRİTTEN LİTERATURE
OF “AT KULTU” İN THE BOOK “DEDE KORKUD”
In this article it is analyzed the using of “At Kultu” in orally and written
literature in the book “Dede Korkud”. It is taken poetical similarities on the basis
of examples. As in the epos the horse is investigated like holy existence in the
examples of orally an written literature.
Key words: Epos, Kult, Myth, Legend, The tradition of written literature.
81
Folklor, Mifologiya, Etnoqrafiya
Xoşbəxt Əliyeva
«Dədə Qorqud elmi-tədqiqat laboratoriyası»nın
«Folklor-Etnoqrafiya-Mifologiya» bölməsinin
böyük elmi işçisi
«DƏDƏ QORQUD KİTABI»NIN ƏNƏNƏLƏRİ
ŞİFAHİ VƏ YAZILI ƏDƏBİYYATDA
Dünya ədəbiyyatınin şah əsərləri sırasında yer alan «Kitabi-Də-
də Qorqud» eposu da ölməz bədii abidələrdən biridir. Əsrlər keç-
dikcə, bu sənət incisinin qiyməti, bədii dəyəri daha da artır, xalqın
öz soykökünü, keçmişini, tarixi kimlik və qəhrəmanlıq salnaməsini
öyrənmək üçün əsas milli-mənəvi qaynağa çevrilir. Bu unikal qay-
naqda xalq öz mifoloji-tarixi dəyərlərini, dünya və insan haqqında
düşüncələrini, folklor təfəkkürünü nümayiş etdirir. Elə buna görə
də «Kitabi-Dədə Qorqud» dünya sivilizasiyasının, «İliada», «Odis-
seya», «Nibelunqlar haqqında nəğmə», «Alpamış», «Manas» və s.
kimi möhtəşəm ədəbi-tarixi abidələri ilə yanaşı durur.
«Dədə Qorqud» dastanlarının Azərbaycan xalqının ən qədim
ədəbi-tarixi qaynaqlarından olduğu elm aləmində çoxdan qəbul edil-
mişdir. Dastanı həm də Oğuz kökənli xalqların müştərək, ortaq eposu
hesab etmək mümkündür. «Dədə Qorqud» eposu oğuzların Şərqdən
Qərbə, Mərkəzi Asiyadan Kiçik Asiyaya hərəkəti - axını dövründə
Qərbə gətirilmiş süjetlər məhz Azərbaycanda yenidən formalaşmalı
olmuşdur.
Dastanda təsvir edilən hadisələr, Azərbaycanın VII-XI əsrlər ta-
rixi ilə sıx bağlıdır, burada əksər tədqiqatçıların doğru qeyd etdiyi
kimi, Azərbaycan toponimiyasının elementləri çox güclüdür və ən
əsası isə əsər Azərbaycan türkcəsində yazılmışdır. Azərbaycan xalqı-
nın mənşəyi məsələsini öyrəndikdə ən etibarlı mənbə kimi «Kita-
82
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bi-Dədə Qorqud» dastanına müraciət olunur.
XX əsrin əvvəllərində dastana maraq və diqqət daha da artmışdır.
Dastanın ilk tədqiqatçılarından olan H.Araslının, Ə.Dəmirçizadənin,
Bəkir Çobanzadənin, Əmin Abidin, M.Təhmasibin xidmətləri əvəz-
sizdir. Xalq şairi Səməd Vurğun hələ 30-cu illərin sonlarında eposun
təsir gücünü vurğulayaraq yazırdı: «Nizami yaradıcılığında Azər-
baycan xalqının olduqca zəngin folklorundan geniş istifadə etmişdir.
Nizaminin çox əsərlərində təsiri görünən məşhur Azərbaycan xalq
eposu «Kitabi-Dədə Qorqud» hələ XI əsrdən bəri şöhrət qazanmış-
dır» (18, 108)
Nizami Gəncəvi yaradıcılığının Azərbaycanda, xalqla, onun
adət-ənənəsi, mədəniyyəti, etnoqrafiyası, mifologiyası ilə bağlı ol-
ması haqqında nə qədər deyilsə, nə qədər yazılsa, yenə də azdır.
Çünki qüdrətli zəka sahibi dünyanı heyran qoyan misilsiz əsərlər
yaratmışdır. Nizami Gəncəvi həmişə xalqını sevmişdir. O, xalqının
qəhrəmanlıq göstərən şəxsiyyətləri haqqında yaranan əfsanə və rə-
vayətlərindən, hikmətli atalar sözü və məsəllərindən geniş istifadə
etmişdir. Şair əsərlərində mənşə etibarilə türk-oğuz-qıpçaq qəbilələ-
rindən olan qəhrəmanlara üstünlük vermişdir. Bu qəhrəmanlar ox
atan, at minən, qılınc oynadan, ağıllı və dərrakəli alp və ərlər kimi
təsvir edilirlər. Şairin xəlqiliyi, onun tarixə açıq gözlə baxması, özü-
nün türk-oğuz qəbiləsinə mənsub olması ilə bağlı idi. Nizami Gəncə-
vinin qan yaddaşında Ozan Dədə Qorqudun ruhu olub. Dədə Qorqud
igidlərin adını verən, yaşını isə Allahdan istəyən, həmişə dastan da-
nışan el ağsaqqalı olub. Nizami Gəncəvi dastan danışan ozan Dədə
Qorqud kimi bəşər ədəbiyyatına gözəl dastanlar bəxş etmişdir.
Nizami Gəncəvi «Kitabi-Dədə Qorqud» dastanlarının adını heç
bir əsərində çəkməsə də, dastandan xeyli faydalanmış və istifadə
etmişdir. «Dədə Qorqud» boylarının Nizami Gəncəvi əsərlərindəki
izləri və təsiri, oxşar süjetlər hər an diqqəti cəlb edir. «Kitabi-Dədə
Qorqud» boylarında əksər qəhrəmanlar qələbə qazandıqdan sonra
83
Folklor, Mifologiya, Etnoqrafiya
Dədəm Qorqud gəlib boy boylayır, söy söyləyir. Bu ənənə, ədəbi
forma yalnız «Dədəm Qorqud» boylarına məxsusdur. Azərbaycan
nağıllarında bu xüsusiyyət yoxdur. Lakin Nizami Gəncəvinin «Yed-
di gözəl» əsərindəki «Ərə getmək üçün şərt qoyan qızın nağılı»nda
bu motivə rast gəlirik. Əsərdə deyilir: «Şahzadə şəhərin qapısından
asılmış şəkili çıxarır, onu bükür və nökərlərindən birinə verir. Asıl-
mış bütün başları acıqlı halda endirir və ailələrinə verir. Hamı ona
«afərin» söyləyir. Başları bədənləri ilə birgə dəfn edirlər. O, alqışlar-
la evə qayıdır və mütrüb çağırıb, nəğmə oxutdurur.
O, minlərlə alqışla evə qayıtdı,
Mütrüb gətirib, nəğmə ucaltdı. (13, 190)
Dədə Qorqud başbilən, ağsaqqal, pir, ata olmaqdan başqa, saz
və söz ustasıdır. Nizami Gəncəvinin əsərdə işlətdiyi mütrüb sözü
çalar, həm də oynayan mənasında verilmişdir. Mütrüb Nizami Gən-
cəvi dövründə saz sənətində mahir olduğu üçün məhz qopuz çalan
«ozan» deyil, «mütrüb» işlədilmişdir. Deməli, Nizami Gəncəvi xalq
adət-ənənəsini dərindən bildiyinə görə bu motivi əsərinə əlavə et-
miş, bununla da bir daha xalqla bağlı olduğunu göstərmişdir.
«Kitabi-Dədə Qorqud» dastanında təsvir olunan xalq ənənələri
Nizami Gəncəvinin «Ərə getmək üçün şərt qoyan qızı nağılı»nda
da eyni ilə xalqın toy-düyün adətləri, zəngin ziyafət məclislərinin
təsviri verilmişdir. Şair xalqın mədəniyyətinə bələd olduğu üçün yeri
gələndə həmin mərasimlərdən geniş istifadə etmişdir.
«Kitabi-Dədə Qorqud» dastanında «Salur qazanın evinin yağma-
lanması boyu»nda Qaraca çoban və Qazan xətti daha çox diqqəti
cəlb edir. Dastanda Qazan xan Qaraca çobana deyir ki, «Allah mə-
nim evimi qurtaracaq olarsa, səni əmiraxur eləyərəm». Boydan gö-
ründüyü kimi, Qazan xan Qaraca Çobana xalqın etimadını qazan-
mış, cəsur, bacarıqlı şəxsiyyət kimi hörmət edir.
|