D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   2   3   4   5   6   7   8   9   ...   26

DƏDƏ QORQUD ARAŞDIRMALARI
qovuşmaqdır. Gül kolu həyatın davamı deməkdir, doğrudur, əfsanə-
də məhəbbətin qələbəsi kimi göstərilir. Qaratikan isə xeyirlə şərin 
mübarizəsinin əbədiliyi deməkdir.  
Mifoloji görüşlərdə qırx düymənin açılıb-bağlanması ilə həya-
tın bu dünyada sonu göstərilir. Zamanın 40 kiçik mərhələsinin (40 
günün)  və  məkanın  40  balaca  hissəsinin  (40  otağın)  başa  çatması 
ilə sirli aləmin yolu tapılır, eləcə də bir sıra problemlər həll olunur. 
Koroğlu 40 gün qaranlıq tövlədə saxlamalı idi ki, Qıratın qanadları 
çıxıb onu qaranlıq dünyaya apara bilsin. Lakin 39-cu gecə dözməyib 
tövlənin damından deşik açır, içəri ay işığı düşür, Qıratın qanadları 
əriyir. Mifik mədəni qəhrəman Koroğlu əski çağlardakı funksiyası-
nı  -  o  biri    dünyaya  ilk  yola  düşən Yimin  fədakarlığı  ilə  səsləşən 
missiyasını yerinə yetirməyə imkan tapmır. Bu səbəbdən də bütün 
var-qüvvəsi ilə gerçək dünyanın qəddarlıqlarına qarşı mübarizə apa-
rır. Oxxay qırxıncı otağın qapısından içəri keçməklə yeraltı dünyaya 
düşür. Göy aləmində dünya gözəllərinin məclisinə düşən Səlim şah 
isə 40 gün müddətinə baş pəriyə əl uzatmamalı, başqaları ilə eyş-iş-
rət keçirməli idi. O da 39-cu gün səbirsizlik etdiyindən həyatın bütün 
şirinliklərini əldən verir. Beləcə Kərəmin xalatının 40 düyməsi dün-
yalar arasındakı keçidlərin açarını simvollaşdırırdı.
İlkin əcdad saymağı yenicə öyrənəndə çox olan əşyaların dəqiq 
sayını hələ müəyyənləşdirməyə qadir deyildi. Təbii fəlakətləri qey-
ri-adi qüvvə kimi dərk edirdi. Bolluğa, çoxluğa da fövqəltəbii hal 
kimi baxır və  təsəvvüründə hədsiz böyüklüyü, fövqəltəbiiliyi «qırx» 
rəqəmi ilə ifadə edirdi. Əslində mifoloji strukturlardakı 40 dəqiq sayı 
deyil, saya gəlməz çoxluğu ifadə edir: «Qırx günlük möhlət», «Qırx 
mənzillik ev», «Qırx ağaclıq məsafə» və s. deyəndə dəqiq ölçüdən, 
saydan söhbət getmir, yolun həddindən artıq uzaqlığından, möhlətin 
müddətinin qeyri-müəyyənliyindən bəhs açılır. 
Qırx igid, qırx nökər, qırx incəbelli qız, qırx quldur, qırx qapı, 
qırx otaq, qırx div, qırxbaşlı əjdaha mifopoetik obrazları poetik mət-
nlərdə ağırlıq, böyüklük, nəhənglik, yüksəklik, qorxu, fəlakət, qu-

49
Folklor, Mifologiya, Etnoqrafiya
raqlıq, sevinc və ölüm anlamlarından birinin yerini tutur. 
Yazqabağı  keçirilən  mərasimlərdən  aydın  olur  ki,  «çillə»  qırx 
deməkdir.  Y.V.Çəmənzəminli  məsələyə  bir  qədər  də  aydınlıq  gə-
tirərək yazır ki, «Ən çox samilərdə təsadüf olunan qırx rəqəmi bi-
laxirə  arilərə  və  türklərə  keçmiş  olmalıdır.  Hər  halda Azərbaycan 
əfsanələrində  istər  doğrudan-doğruya,  istərsə  «çillə»  şəklində  iş-
lənməkdədir» [6, 87]. Lakin «ölən adama qırx gün yas tutulması», 
«ruhun mərhumun məzarını qırxıncı gün tərk etməsi», «qırxında saz 
öyrənənin, korunda çalması» (atalar sözü) kimi təsəvvürlər göstə-
rir  ki,  xalq  arasında  «qırx»  rəqəminin  sakrallaşmasının  tarixi  çox 
qədimdir  və  samilərdən  keçmə  deyil.  Bu  rəqəm  digər  müqəddəs 
rəqəmlərlə  müqayisədə  ikili  xarakterdədir  –  həm  ölümlə,  həm  də 
həyatla əlaqələnir. Belə ki, qırx – ölümün astanasını göstərməklə ya-
naşı ailənin təməlinin qoyulmasını da şərtləndirir. Epik ənənədə toy 
şənliklərinin müddəti 40 gün, 40 gecə müəyyənləşir. Deməli, insan 
doğulanda, evlənəndə və dünyasını dəyişəndə qırx rəqəmi ilə üz-üzə 
dayanır: körpəlikdə qırxdan çıxması ilə həyata vəsiqə alır, camaat 
üzünə çıxarılır. Cavanlıqda qırx gün, qırx gecə toyü olur. Və öləndə 
ruhu qırx günə bədənini tərk edir.
Müqəddəs rəqəmlərin epik ənənədə kompleks şəklində iştirakına 
da rast gəlirik. Məsələn: «Quş Məlikməmmədin bikef olduğunu gö-
rüb dedi: « - Ey Məlikməmməd, qırx ağaclıqda bir padşahın ölkəsi 
var. Bir əjdaha gəlib suyun qabağını kəsib. Nə qədər ərzuman pəh-
ləvanlar var, onu öldürə bilməyib. Yeddi ildi ki, doqquzbaşlı əjdaha 
suyun  qabağını  kəsib.  Hər  gün  bir  qız  aparıb  onun  ağzına  atırlar. 
Əjdaha qızı yeyəndə bir az su axır, camaat da su götürür. İndi gö-
rürəm sən qüvvətli pəhləvansan, olsa-olsa, o əjdahanı da sən öldürə 
bilərsən. Get o əjdahanı öldür. Padşahdan qırx şaqqa ət, qırx tuluq 
su al» [12, 17]. 
Kiçik  bir  mükalimədə  «bir»,  «yeddi»,  «doqquz»  və  «qırx» 
müxtəlif mifik obrazların keyfiyyət-kəmiyyət göstəricisinə çevrilir. 
Eləcə də «Məlikməmməd» nağılının əvvəli 1, 2 və 3 rəqəmlərinin 

50
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sakral anlamları ilə başlayır, hadisələr 3, 7, 9-un uğur və uğursuz-
luqları ilə davam etdirilir, 40-ın mütləq xoşbəxtliyi ilə tamamlanır. 
Oğuz-türk mifik Dünya Modelinin qurulmasında 
sakral rəqəmlərin rolu və funksiyası
Əski çağlarda toplumun üzvləri təbiətin hazır məhsulları ilə ki-
fayətlənməyib  özləri primitiv istehsala başlayanda əllərinin zəhməti 
ilə  yaratdıqlarının sayını  günü-gündən  artırmış  (yayın  kəşfi  ilə  ox 
ucluqları, əkin-biçin üçün müxtəlif alətlər, kəsici ləvazimatlar, ibti-
dai toxuculuq qurğuları və s.), bu andan maddi varlıqları qruplaşdır-
mağa, bir-birindən ayırmağa, yaxşını pisdən fərqləndirməyə ehtiyac 
duymuşdular. Beləcə inkişaf edən mədəniyyətlərdə rəqəmlər mifo-
loji anlamlarla yanaşı gerçək funksiya da daşımağa başlanılmışdır. 
Rəqəmlərin sakrallıqla yozulan tərəfləri isə bədii yaradıcılıqda poe-
tikliyi qüvvətləndirmək vasitəsinə çevrilmiş, epik ənənədə mifoloji 
əhvalatlarla, mərasimlərdə oyun-tamaşa, nəğmə və rəqslərlə, inanc 
sistemlərində isə fetişləşdirilən cisimlərlə əlaqələndirilib insanların 
məişətinə, fəaliyyətinin bütün sahələrinə sirayət etdilmişdir. 
Sakral rəqəmlər sistemləşdirilib ayrı-ayrı silsilələrə ayrılmışdır. 
Bu qayda ilə müxtəlif yollarla dərk olunan saylar bütövlükdə bir-biri 
ilə daxili qanunauyğunluqla bağlanaraq dünyanın mifoloji modelini 
meydana  gətirmişdir.  V.N.Toporovun  göstərdiyi  kimi,  «bütün  ob-
yektlər (xüsusilə sakral anlamlılar) müəyyən sistemdə ierarxik va-
sitələrlə bir-biri ilə əlaqələnir» [31, 629-630]. 
Ümumiyyətlə, mifik dünya modelində hər elementin rəqəmlə öz 
işarəsi mövcuddur ki, sonrakı mədəniyyətlərdə onlar fəal metoforik 
dil faktoru kimi arxetipik simvol funksiyasını daşımışdır. Ayrı-ayrı-
lıqda sayların birinin digərindən üstünlüyünün səbəbi isə dünyanın 
yaranmasında hansı funksiyanı yerinə yetirən ünsürü işarələməsin-
dən asılı olmuşdur. 

51
Folklor, Mifologiya, Etnoqrafiya
QƏDİM MİSİR GELİOPOL MƏTNİNDƏ
MİFİK DÜNYA MODELİ
XAOS
ATUM-RA (GÜNƏŞ)
B
B
İ
İ
R
R
İ
İ
K
K
İ
İ
(QADINLAR):
Nut-Göy, Tefnut – su
İ
İ
K
K
İ
İ
(KİŞİLƏR):
Heb-Yer, Şu-hava
NUT-
GÖY
HEB-
YER
TEF-
NUT-
SU
Ş
U-
HAVA
DÖRD
O
SI
R
İS
(T
əb

tin
ya
ra


sı)
İS
İD
A
(M
əh
su
ld
ar
lıq
,s
u



k
all
ah
ı)
SE
T
(S
əh
ra

ya
d
öl


rin
hi
m
ay
əd
ar
ı)
N
EF
TI
D
(E
vl
ər
in
hi
m
ay
əç
is
i)
KİŞİ
QADIN
KİŞİ
 
QADIN
 
1
1
+
+
2
2
+
+
2
2
+
+
4
4
=
=
9
9
 
Sxem-1

52
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Söylənənləri əsaslandırmaq üçün qədim Misir geliopol varian-
tındakı  «Doqquz  böyük  allah»la  şərtlənən  mifik  dünya  modelini 
yada salaq: 
Vahid (Atum-Ra) bir cütü - ikini (Şu və Tefnutu), onlar da başqa 
cütü - ikini (Heb və Nutu), bu cütlər birləşib dördü (Osiris, İsida, 
Set və Neftid) yaradırlar - hamısının bütövləşməsidən doqquz alı-
nır. Mifdə dünya rəqəmlərin növbələşməsi, daha doğrusu, bir-biri ilə 
bağlanaraq artması nəticəsində formalaşır. 
Sakrallaşan rəqəmlərin sxemini qursaq (Bax: sxem-1), görərik ki, 
misirlilərin mifik təsəvvüründə dünya 1, 2, 4 və 9-un magik gücünün 
hesabına meydana gəlir: 
1 + (2 + 2) + 4 = 9. 
Əski oğuz-türk mifologiyasında bu üsulla yaranan başqa say sis-
temində dünyanın  daha dolğun, mükəmməl və tam modelinə rast 
gəlirik: Vahid  başqa biri (Oğuzu) dünyaya gətirir, ondan iki üçlük 
(toplusu altı edir) doğulur. Birinci üçlük barədə mətndə deyilir ki, 
göydən şüa düşür. Oğuz görür ki, Günəşdən işıqlı, Aydan parlaq işı-
ğın arasında gözəl bir qız oturmuşdur. Başı qızıl qütb ulduzlu bu qız-
dan onun üç oğlu olur: Gün, Ay və Ulduz. Üç qardaşın nəsli sonralar 
Bozoxlar – pozuxlar adı ilə tanınır. İkinci üçlüklə bağlı mifdə göstə-
rilir ki, Oğuz göl ortasında bir ağac görür. Ağacın oyuğunda gözəl 
bir qız oturmuşdu. Gözləri göydən də göy, saçları dalğa kimi, dişləri 
inci tək olan bu qızdan da Oğuzun üç oğlu dünyaya gəlir: Göy, Dağ, 
Dəniz. Bu üç qardaşdan törəyən nəsillər isə Üçoxlar adını daşıyır. 
Azərbaycan türklərinin soy kökündə həm Bozox, həm də Üçox tay-
faları iştirak edir. Altılardan isə altı dördlük meydana gəlir: 
BOZOXLAR (pozuxlar). Oğuzun kosmosdan gələn qadından do-
ğulan 3 oğlunun hərəsinin 4 oğlu dünyaya gəlir. 12 nəvədən törəyən 
nəsillər oğuz türklərinin sağ qanadı hesab edilir. Ona görə Bozoxlar 
adlanırlar ki, Oğuzun üç oğlu - Gün xan, Ay xan və Ulduz xan atala-
rının tapşırığı ilə dünyanı gəzib qeyri-adi varlıq axtararkən bir qızıl 
yay tapırlar. Onu üçü öz arasında bölməli idi. Lakin atalarının və-

53
Folklor, mifologiya, etnoqrafiya
siyyətinə görə qızıl yayı pozulmamış saxlayırlar. Vərəsəliyə əsasən 
bu yay üç qardaşın törəmələrinə çatırdı. Üç yerə bölünüb pozulması 
yayı gərəksiz bir əşyaya çevirir, magik gücünü - ox atmaq funksiya-
sını əlindən alırdı. O səbəbə də 3 oğlun və 4 nəvənin ardıcılları sim-
volik şəkildə özlərini yayın üç parçası – pozuğu sayırdılar. Və qızıl 
yay kimi bütövlüklərini – birlikdə olmalarını nümayiş etdirirdilər. 
Bozoxlar öz aralarında dörd olmaqla üç qrupdan ibarət idilər: 
Birinci dördlük Gün xanın övladlarıdır: Kayı, Bayat, Alkaravlı 
(Alka-evli), Qara Avul (Qara-evli); 
İkinci  dördlük  Ay  xanın  övladlarıdır:  Yazır,  Dogər,  Dodurğa 
(Durdurqa), Yaparlı (Cayurlu); 
Üçüncü dördlük Ulduz xanın övladlarıdır: Avşar (Əfşar), Kızık, 
Bəgdili, Karkın (Bayat, Əfşar, Bəgdili sonralar əsasən Azərbaycan 
türklərinin içərisində ərimişdir);  
ÜÇOXLAR - Oğuzun Yer qızından (onu su və ağacla əlaqələn-
dirirlər) doğulan oğlanları Göy xan, Dağ xan və Dəniz xanın dünya 
səyahətində tapdıqları üç qızıl oxu bildirir. Oğuzların sol qanadı da 
12-dir, eyni ilə 3-ün 4-ə nisbəti ilə artıb çoxalır: 
Dördüncü  dördlük  Göy  xanın  övladlarıdır:  Bayındur,  Beçenə 
(Peçeneq), Çavuldur, Çəpəni; 
Beşinci dördlük Dağ xanın övladlarıdır: Salur, Eymur, Alayurt-
lu, Ürəgür; 
Altıncı dördlük Dəniz xanın övladlarıdır: İqdır, Bəgdüz, Yıva, 
Kınık. Bu boylardan Bayındur, Beçənə, Çavuldur, Salur, Alayurtlu, 
Bəgdüz Azərbaycan türklərini formalaşdıran tayfalardandır. 
Qədim oğuzların Bayındur, Salur və Əfşar soyu Azərbaycan ta-
rixinin müxtəlif dönəmlərində ictimai-siyasi hadisələrdə, Bayat isə 
türklərin mədəni həyatında böyük rol oynamışdır. Beləcə kainatın 
oğuz-türk mifik modelində dünyanın və oğuz cəmiyyətinin forma-
laşmasının başlanğıc mərhələsində 1, 2, 3, 4, 5, 6, 7, 9, 12, 24 və 33 
sayları  iştirak  edir;  hər  biri  dünyaqurmada  daşıdığı  müəyyən  rola 
görə digərindən seçilib sakrallaşır. Başqa primitiv mifoloji sistem-

54
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lərdən fərqli olaraq Oğuz-türk sakral say sistemində onluq rəqəmlər 
də nəzərə çarpır. Say etibarı ilə də sakrallıq funksiyasını öz üzərinə 
götürən rəqəmlər digər mifoloji sistemlərlə müqayisədə daha çoxdur, 
müxtəlif yozumlu və fərqlidir. Oğuz-türk panteonunda iştirak edən 
rəqəmləri və onların funksiyalarını nəzərdən keçirək (Bax: sxem-2): 
Bir (1) – Yaradıcının işarəsidir;  mifdə ər/OĞUZu - kişi başlan-
ğıcı bildirir. 
İki (2) – Oğuzun arvadları  - qadın başlanğıclardır // Oğuz soyu-
nun qollarını və yerlə göyün birliyini - vəhdətini şərtləndirir. 
Üç (3) – [1 (Vahid –Tanrı; Oğuz - ər) + 2 (1-ci arvad - göydən 
yerə enən işıq şüası + 2-ci arvad – ağac və su) = 3] Oğuzun evliliyini 
və maddi dünyanın qurulmasını göstərən sakral rəqəmdir. Göy və yer 
qadınlarından doğulan oğlanlar - Kosmos və Yerdır. Ümumiyyətlə, 
Oğuz türk mifində 3 sakral üçlük mövcuddur: birinci üçlük: Oğuz 
və iki arvadı; ikinci üçlük: kosmosla bağlanan üç oğul (Göy xan, Ay 
xan, Ulduz xan); üçüncü üçlük: yer və onun orbiti ilə əlaqələnən üç 
oğul (Göy xan, Dağ xan, Dəniz xan). 
Dörd (4) – Oğuzun hər oğlundan olan nəvələrin sayı // ilkin ün-
sürlər, dünyanın tərəfləri – istiqamətləri nəzərdə tutulur. Mifdə göstə-
rilir ki, Oğuzun nəvələri yer üzünün şimalında, cənubunda, şərqində 
və qərbində məskunlaşırlar. 
Beş (5) – Oğuzun bir oğlu və ondan doğulan 4 nəvəsidir. 
Altı (6) – Oğuzun oğlanlarının və şəcərənin ikinci nəslinin cəmi-
dir [3/3] – kosmosla Yer kürəsinin  vəhdəti deməkdir. 
Yeddi (7) – Oğuzun hər qanadının başında duran 3 oğlu və on-
ların hər birinin 4 nəvəsinin (3+4) işarəsidir. İlkin tayfa birliklərinin 
tərkibini bildirir. 
Doqquz  (9)  –  Oğuz-türk  şəcərəsinin  ilk  nəslinin  simvoludur. 
Daha doğrusu,  Dünyanın tam mifik modelidir. 3 [1+2 (1+1)=3] +  6 
[Hər arvaddan doğulan 3 oğlu (3 + 3)] = 9. 
On iki (12) – Oğuz tayfalarının qollarının, Bozox və Üçox tayfa 
birliklərinin sayıdır. [12+12].

55
Folklor, mifologiya, etnoqrafiya
Sxem-2
VAHİD (Tanrı-Allah)
XAOS
(Oğuzun ata nəsli)
33
BİR
Oğuz
I QADIN
(KOSMOS)
II QADIN
(SU, AĞAC)
III OĞUL
(KOSMOS)
III OĞUL
(YER)
 
3
3
G
ÜN
AY
UL
DU
Z
GÖY
 
DA
Ğ
 
D
ƏN
İZ
 
IV
NƏVƏ
:
Ka

,B
ay
at
,A
lk
ar
av
lı,
Qa
ra
A
vul
IV
NƏVƏ
:
Y
azı
r,
D
ogə
r,
D
odur
ğa
,
Y
ap
ar

IV
NƏVƏ
:
A
vşa
r,
K
ız
ık
,B
əgdul
u,
K
ar
kın
IV
NƏVƏ
:
A
la
yu
rtlu



r,
Sa
lu
r,
Eym
ur
IV
NƏVƏ
:
Ba
ya
ndur
,B
eçen
ə,
Ça
vul
dur

əp
ən
i
IV
NƏVƏ
:
İqdı
r,
B
əgd
üz
,Y
ıv
a,
K
ın
ık
2
2
6
24
3 х 4 = 12
OĞUZ
-TÜRK MİFİK DÜNYA MODELİ
9
12 
5
3 х 4 = 12
 

56
DƏDƏ QORQUD ARAŞDIRMALARI
 İyirmi dörd (24) – Oğuzun nəvələrinin, şəcərənin üçüncü nəs-
linə daxil olan soyların cəmidir; tayfaların bölünməzliyini simvol-
laşdırır. Otuz üç (33) – Qalın Oğuz elini (9+24 = 33) mənalandırır. 
Mifoloji anlamda Göy Tanrısının öz yaratdıqları ilə vəhdətidir: 
9 [1+2 (1+1) +  6 (3 + 3) ] + 24 
[Hər oğlundan 4 nəvə (6 x 4)] = 33.
Onu  da  vurğulamaq  lazımdır  ki,  24-ün  tayfa  birliyini  simvol-
laşdırması təkcə oğuz panteonu ilə məhdudlaşmırdı. Prototürklərin 
əksəriyyətində özünə yer alırdı. L.Qumilev Biçurinə istinadən yazır-
dı ki,  «Şan Yu Mətənin ordusu da 24 nəslə bölünürdü» [178, 89]. 
Herodot isə skiflərin 24 tayfaya məxsusluğunu bildirirdi.  Deməli, 
göstərdiyimiz sxemlər çox dərin qatlardan gəldiyi üçün Türkün bir 
qanadına aid deyil, ümumiyyətlə, ümumtürk düşüncəsinin məhsu-
ludur və bu sistemin davamını da müəyyənləşdirmək mümkündür.
Orta əsr tarixçisi F.Rəşidəddinə görə, Gün xanın hər dörd oğlun-
dan 1, Ay xanın hər dörd oğlundan 2, Ulduz xanın hər dörd oğlundan 
3, Göy xanın hər dörd oğlundan 4, Dağ xanın hər dörd oğlundan 5, 
Dəniz xanın hər dörd oğlundan 6 övlad dünyaya gəlmişdi [90, 218]. 
Bu  rəqəmlərin  cəmi  21-dir    (1+2+3+4+5+6=21).  Nəzərə  alsaq  ki, 
Oğuzun 6 oğlunun hər birinin 4 övladı vardı, onda Ulu Atanın nəti-
cələrinin sayı aşağıdakı şəkildə sistemləşdirilir: Dəniz xandan (6 x 
4) 32, Dağ xandan (5 x 4) 20, Göy xandan (4 x 4) 18, Ulduz xandan 
(3 x 4) 12, Ay xandan (2 x 4) 8, Gün xandan isə (1 x 4) 4 nəticəsi var 
idi. Ümumilikdə şəcərənin dördüncü nəslinin nümayəndələri (32 + 
20 + 18 + 12 + 8 + 4)  94 nəfər idi. Dörd nəslin üst-üstə gəlməsi (6 
+ 24 + 94) 124 edir. Və bu rəqəmə bir kişi, iki qadın başlanğıcları da 
artırsaq, son nəticə (124+3) 127 alınır. 
Əski  tarixi  qaynaqlarda Ağqoyunlular  dövlətinin  başçısı  Uzun 
Həsənin nəsil şəcərəsindən bəhs açarkən yazılır: «Bayındur xan ki, 
bu tayfa özünü onun nəsli hesab edir, Gün xan ibn Oğuz xanın oğlu-
dur; Oğuz xan Həsən padşahın əlli birinci babasıdır» [20, 7]. Demə-
li, XV yüzilliyədək Oğuzun 51 nəsli ömür sürmüşdür. Hər nəslə orta 

57
Folklor, Mifologiya, Etnoqrafiya
hesabla 50-60 yaş versək, Uzun Həsənlə Oğuz xanı təxminən 3 min 
illik məsafə ayırır. Bu da b. e. ə. II minilliyin əvvəllərinə təsadüf 
edir. Ona görə də Oğuzun belə uzaqlıqdan Mətə dövrünə gətirilməsi 
inandırıcı görünmür.
Göründüyü kimi, qədim misirlilərə aid mifik dünya modelinin 
qurulması  sakral  doqquz  rəqəmi  ilə  başa  çatır.  Türklərə  məxsus 
strukturda isə birinci mərhələdə alınan cəm doqquzdur, kainat bütün 
elementləri ilə otuz üçlə meydana gəlir. Bir məsələni də açıqlamaq 
lazımdır ki, çox hallarda Oğuz yaradıcı kimi götürülür və ziddiyyət 
ortaya çıxır. Kişi-qadın başlanğıclar bəzi məqamlarda eyniləşdirilir. 
Faktiki  olaraq  əldə  olan  variantlarda  qadınlar  ancaq  altı  oğulun  – 
dünyanın və kosmosun formalaşmasında iştirak edirlər. Sonra mey-
dandan çıxarılırlar. Eləcə də iki istiqamətli qadın başlanğıcının kökü 
kənar  dünyalarla  bağlanır.  Daha  doğrusu,  göyün  yuxarı  qatındakı 
Əsas Yaradıcının əhatəsindən gəlir. Bu, Oğuzun tanrıçılığına inamın 
üstündən xətt çəkir, ya da çox dərin qatlarda belə təsəvvür türk soy-
larının ancaq bir hissəsində mövcud olmuşdur. 
Oğuz mifinin əldə olan əsas iki qaynağının birində («Oğuz ka-
ğan» eposunun uyğur variantında) göstərilir ki, Oğuzun qadınlarla 
əvvəlcədən heç bir əlaqəsi və tanışlığı olmamışdır. Özü də hərəsi bir 
inancdan – biri animistik (kosmosa aid cisim canlandırılır), digəri 
isə totemistik (insan ağacdan doğulur) görüşlərdən miras qalmışdır. 
Doğrudur, mifin islam görüşləri ilə qohumlaşdırılan F.Rəşidəddinə 
aid digər qaynağında (Oğuz Nuhun  oğlu Yafəsin törəməsi kimi təq-
dim olunur) Oğuzun öz əmisi qızı ilə evlənməsinə işarə var. Belə ki, 
arzularının gerçəkləşməsində ona kömək edən qadın Allaha pənah 
gətirib öz doğmalarından üz döndərir. Həmin xəttin oğuz türkləri-
nin islamı qəbul etməsindən sonra mifoloji hadisələrə artırılması şü-
bhəsizdir. Ümumiyyətlə, indiyədək türk və bəzi rus alimlərinin fikri 
bundan ibarət idi ki, oğuzların ən uğurlu və əsas sakral rəqəmi 24-
dür, çünki tayfa birliyi bu rəqəmlə tamamlanır. Əslində isə oğuz  və 
ümumtürk  mifoloji  sistemində  24  -  mifik  dünyanın  yaranmasında 

58
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mövcud olan iki mərhələdən ancaq birində iştirakçıdır və bütövlük-
də götürəndə əsas rol onun deyil, son nəticənin – 33-ün üzərinə dü-
şür. Başqa sözlə, 24 müqəddəsliyin zirvəsi hesab ediləndə Oğuzun 
özü, iki arvadı və altı oğlu kənarda qalır. Dəlilləri ümumiləşdirəndə 
aydınlaşır ki, oğuz-türk mifik dünya modelinin ilk mərhələsi Oğu-
zun 6 oğlunun doğulması ilə başa çatır: Oğuz + iki arvadı + onların 
altı oğlu – nəticədə 9 alınır. 
Əslində  bu  mərhələdə  dünyanın    əsas  qatları  formalaşır.  İlkin 
olaraq kosmos-fəza: günəş, ay və ulduzlar meydana gəlir. Bu, dün-
yanın birinci qatıdır. Sonra göy təbəqəsi, dənizlər və dağlar yaranır. 
Qəribə orasıdır ki, Göy ikinci üçlüyün başında dayanır və Kosmos-
la Yer qatına – Dağ və Dənizə vasitəçilik misiyasını öhdəsinə gö-
türür. İlk baxışda adama elə gəlir ki, bu strukturda dünyanın əsas 
elementi – Yer üstü torpaq çatışmır. Ev-yurd, yaşayış məntəqələri, 
şəhərlər salmaq üçün əsas məkan – çöllüklər, düzənlər də yoxdur. 
Lakin diqqət etdikdə görürük ki, mifik dünya modelinin qurulması-
nın ikinci mərhələsi məhz yerin – məkanın atributlarının meydana 
gəlməsinə həsr olunur. Orada daha çox insandan – türk soylarının 
yaranmasından, yurd yerlərindən bəhs açılır. Əgər oğuzların 33-lük 
sakral say sistemində mifik dünya modelinin kosmosla əlaqələnən 
hissəsinin yaranması doqquz (1 +2 + 6 = 9 – Oğuz, iki arvadı və oğ-
lanları: Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) rəqəmində tamamlanırsa, 
qədim misirlilərin «Doqquz Böyük Allah» mətnində anoloji funksi-
ya «beş»in (Günəş – Atum-Ra, onun övladları qadın Nut – Göy, kişi 
Heb –Yer, oğlan  Şu – hava, qız Tefnut – su) öhdəsinə buraxılır. 
Bir  cəhətə  də  diqqət  yetirək:  türk-oğuz  sakral  say  sistemində 
mifik  dünya  modelinin  formalaşmasında  iştirak  edənlərin  hamısı 
ikinci  mərhələdə  ancaq  kişilərdir,  lakin  misirlilərdə  Günəş  tanrısı 
Atum-Ranın övladlarının ikisi qız (Nut və Tefnut), ikisi isə oğlandır 
(Heb və Şu). Nəslin davamı üçün bacı-qardaşla evlənir. Oğuzun özü, 
oğlanları və nəvələri daha sivil hərəkət edirlər, onlar qan qohumları 
ilə ailə qurmurlar. Lap başlanğıcda iki möcüzəli qadın kənar dünya-

59
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin