D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   18   19   20   21   22   23   24   25   26

Pedaqogika, Fəlsəfə, Psixologiya

302
DƏDƏ QORQUD ARAŞDIRMALARI
əxlaqi-mənəvi keyfiyyətləri, həyat şəraitini, insani sifətləri əldə rəh-
bər tutmağı irəli sürmüşlər.
Xalqın  həyatını,  mübarizəsini  ,  arzu  və  düşüncələrini  əks  et-
dirən  «Kitabi-Dədə Qorqud» yarandığı gündən bu günə qədər bir 
çox qabaqcıl fikir adamlarının diqqətini cəlb etmiş, onların pedaqoji 
görüşlərinin  formalaşmasına  təsir  göstərmişdir.  Dədə  Qorqud  pe-
daqogikasının güclü, təsiri təkcə onunla bağlı deyildir ki, maarifpər-
vər, qabaqcıl fikir adamları öz  keçmiş mədəni irsinə, hikmət yolu-
na  hörmətlə  yanaşmış,  onu  öyrənmişdir.  Belə  olan  şəraitdə  ağıllı, 
müdrik şəxslər tarixin ibrət dərsini yada salmış, insanları ailəcanlı, 
qohumcanlı, vətənpərvər olmağa səsləmiş, xeyirxahlığı, humanizmi, 
zəhmətsevərliyi, həyatı mənalı yaşamağı lazım bilmişlər.
Beləliklə, «Kitabi-Dədə Qorqud» dastanı  apardığımız təhlillər-
dən və gətirdiyimiz misallardan aydın göründüyü kimi, mənəvi tər-
biyə məsələlərinin qoyuluşu və həllinə görə  diqqət çəkən dəyərli 
mənbədir.  Türk  xalqlarının  həyatını,  mübarizəsini,  mənəviyyatını 
əks etdirən tarixi mənbə olmaqla bərabər, həm də pedaqoji bir əsər-
dir.  Dastan Oğuz mədəniyyətini nəsildən-nəslə ötürən həyat kitabı, 
mənəviyyat, əxlaq, öyüd-nəsihət kitabıdır. Bu kitab bütün  dövrlərdə 
xalqın qiymətli tərbiyə vasitəsi olmuş, etnopedaqogikanın inkişafın-
da mühüm rol oynamış, həmçinin özündən sonra yaranan və forma-
laşan ədəbi və pedaqoji fikrin inkişafına da qiymətli təsir göstərmiş-
dir.
Ədəbiyyat
1. «Kitabi-Dədə Qorqud» dastanı. Bakı,1988.
2.  Q.Paşayev.  «Dədə  Qorqud»  kitabı  (Bax,  «Dədə-Qorqud»  jurnalı)  2011, 
№4. Folklor İnstitutu.
3. F.Rüstəmov. Qədim türklərdə tərbiyə (Bax: «Dədə Qorqud» jurnalı, 2001, 
№2)
4. M.Allahmanlı. Şamanla ozan arasında. Bakı, 1996
5. Ə.Tanrıverdiyev. «Kitabi-Dədə Qorqud» da şəxsi adlar. Bakı,1999.
6. İ.Həşimov. «Kitabi - Dədə Qorqud» dastanlarındakı tərbiyəvi irsdən tarix 

303
boyu və müasir məktəb tərbiyəsində istifadə. Bakı,1998.
РЕЗЮМЕ
«Места семесйных отношений в книге «Деде Коркуд» в туркской 
педагогической мысли до ХII века»
В  статье  исследуются  места  семесйных  отношений  отраженных  в 
книге в книге «Деде Коркуд» в туркской педагогической мысли до ХII века, 
выявляются сходные и отличительные особенности.
SUMMARY
The family attitude of the place of turkish pedagogical thought in the 
book «Dede Korkud»
İn this article it is researched the place of the family attitude of turkish peda-
gogical thought. Analogous and different features are pursued.
Pedaqogika, Fəlsəfə, Psixologiya

304
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Mehriban Sərdarova,
ADPU, kiçik elmi  işçi
“DƏDƏ QORQUD KİTABI”NDAKI VƏTƏNPƏRVƏRLİK
 MOTİVLƏRİNİN XII ƏSRƏ QƏDƏRKİ TÜRK 
PEDAQOJİ FİKRİNDƏ YERİ
“Bizim  zəngin  tariximiz,  qədim  mədəniyyə-
timiz və milli mənəvi dəyərlərimiz “Kitabi-Dədə 
Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos 
bizim  ümumi  sərvətimizdir  və  hər  bir  azərbay-
canlı onunla haqlı olaraq fəxr edə bilər. Dasta-
nın  məzmununu,  mənasını,  onun  hər  kəlməsini 
hər bir azərbaycanlı məktəbdən başlayaraq bil-
məlidir.  Bu,  bizim  ana  kitabımızdır  və  gənclik 
bu  kitabı  nə  qədər  çox  bilsə,  xalqını,  vətənini, 
müstəqil Azərbaycanını bir o qədər çox sevəcək-
dir”.
Heydər Əliyev
Vətən məhəbbəti ilə bağlı həmişə ənənəvi bir sual çıxır meyda-
na: “Haradan başlanır vətən?” Doğrudan da, Vətən haradan başla-
nır? Cavablar müstəvisindəki cavabların müxtəlifliyindənmi? Yəni, 
tariximizdən – Azıx mağarasından, ya beşikdən, ya anamızdan, ya 
mənəviyyatımızdan – ruhumuzdan, dilimizdən, dinimizdənmi. Ca-
vablar  sırasının  məntiqi  nəticəsi  kimi  bir  cavab  da  qoşmaq  olar. 
Vətən ruhumuzu, dilimizi, dinimizi, yurdumuzu, tariximizi, anamızı 
özündə ehtiva edən “Dədə Qorqud kitabı” ilə də vətəndir...
Öz ssenarisi ilə Dədə Qorqud sehrini, möcüzəsini göz yaddaşı-
mız ilə milyonların qan yaddaşına çevirən Anar bu barədə belə de-
yir: “Hər hansı xalq - ədəbi irsi nə qədər zəngin olsa da bir, ya iki 

305
əsas kitaba, təməl kitaba – Ana kitaba malikdir. Belə baş kitab xalqın 
varlığını ən dolğun və bitkin şəkildə əks etdirir... Xalqımızın şah əsə-
ri, Ana kitabı Dədə Qorqud dastanıdır” (3, 3).
Xalqımızın  tarixi yaşı ilə həmyaş olan, amma yazıya alınma yaşı 
1300 ildən bir onillik də artıq olan “Dədə Qorqud kitabı” yarandığı 
coğrafi məkandan çox-çox uzaq məsafələrdən, məkanlardan 1815-ci 
ildə    elm  aləminə  məlum  olmuşdur.  “XX  əsrin  ortalarında  “Dədə 
Qorqud kitabı”nın Azərbaycana qayıdışını qorqudşünaslıqda bir re-
nessans, bir intibah dövrünün başlanğıcı kimi qiymətləndirmək olar” 
(4, 10).
Azərbaycanda  “Dədə  Qorqud  kitabı”nın  folklorşünaslıq,  ədə-
biyyatşünaslıq, dilşünaslıq baxımından böyük məktəbi vardır. Mək-
təbinsə  B.Çobanzadə,  Ə.Abid,  H.Araslı,  M.Rəfili,  M.Təhmasib, 
B.Abdulla,  B.Nəbiyev,  Y.Qocayev,  T.Hacıyev,  N.Cəfərov,  A.Nə-
biyev,  P.Əfəndiyev,  C.Abdullayev,  Ş.Cəmşidov,  Q.Namazov,  S.Ə-
liyarlı,  K.V.Nərimanoğlu,  K.Abdulla,  Ə.Tanriverdi  kimi  dəyərli 
qorqudşünaz  üzvləri  vardır.  Prof.S.Əliyarlının  tarixi  mənbəşünas-
lıqla bağlı araşdırmalarının nəticəsi olaraq “Kitab”dakı anaxaqanlıq 
(matriarxat) haqqında məlumatların Homerin “Odisseya”sına, Esxi-
lin “Oresteya”sına bərabər olduğunun üzə çıxarılması dünya şöhrət-
li alman alimi – qorqudşünas Əhməd Şmide tərəfindən çox yüksək 
dəyərləndirilmişdir.  “Müəllimim!  “Kitabi-Dədə  Qorqud”un  etnoq-
rafiyası və tarixini Sizən qədər bilən yoxdur. S.Əliyarlı Azərbaycan  
tarixində qorqudşünaslığın əsasını qoymuşdur (4, 8).
Tarix  elmində  də,  psixologiya  elmində  də  qorqudşünaslıq 
ənənələri yaranıb inkişaf etmişdir.... Subyektiv fikrim kimi, tibb el-
minin, onun ilkin əsası olan fitoterapiya elminin də “Ana südü – dağ 
çiçəyi” misalında “Dədə Qorqud kitabı”ndan öyrənəcəyi çox mət-
ləblər vardır.
Milli özünüifadəni, özünüyaşatmanı, birlik və dirçəliş ideyala-
rının təbliğindəki rolunu, milli ləyaqətin qorunmasında, milli mən-
lik şüurunun, milli iftixar hissinin, vətəndaşlıq ləyaqətinin qorunub 
Pedaqogika, Fəlsəfə, Psixologiya

306
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ötürülməsində milli pedaqogikanın  danılmaz rolu məlumdur. Milli 
pedaqogikamızın istinad nöqtəsi şifahi xalq ədəbiyyatı nümunələri, 
yazılı ədəbiyyatımız meydana gələnəcən yaranan ölməz dastanlar, 
eposlar, oğuznamələr, eləcə də “Dədə Qorqud kitabı”dır desək, əsla 
yanılmarıq.  Məhz  bunlar  türk  pedaqoji  fikrinin  qiymətli  mənbəyi, 
məxəzidir. Bu abidələrdə xalqın mənəvi aləmi, ruhu, istək və arzu-
su, milli-mənəvi dəyərləri öz əksini tapmışdır. Onlar məhz bu abi-
dələr vasitəsilə bu günümüzə ötürülmüşdür. Milli-mənəvi aləmimiz, 
dəyərlərimiz onillikdəki araşdırıcıları, pedaqoq alimlər “Pedaqogika 
tarixi” dərsliklərinin  dövrün tələblərinə yenidən işlənməsi zamanı 
XII əsrə qədər pedaqogika tarixinin səhifələrinə “Dədə Qorqud ki-
tabı”nı da əlavə etmişlər. Pedaqogikanın əsas anlayışlarından olan 
tərbiyəni, tərbiyənin sahələrini bu abidədə tədqiq etməyə cəhd et-
mişlər.  Eləcə  də,  vətənpərvərlik  tərbiyəsi  ilə  bağlı  F.Rüstəmovun, 
K.Quliyevanın, Y.Talıbovun və başqa pedaqoq alimlərin  məqalələri, 
araşdırmaları  mövcuddur.
Bu  tədqiqat  işində  “Dədə  Qorqud  kitabı”ndakı  vətənpərvərlik 
anlayışlarının  pedaqoji  fikrimizdə  yerini  müəyyənləşdirmək  əsas 
məqsəd kimi götürülür. Çünki milli pedaqoji fikrimizin ilkin  mən-
bələri laylalar, oxşamalar, andlar, atalar sözləri, alqışlar, qarğışlar, 
nağıllar, əfsanələr, rəvayətlər və s. digər janrları pedaqoji fikrimizin 
araşdırılması üçün səciyyəvidir. Amma nəzərə alanda ki, b u sırada 
dastanlar dominantlıq edir, bütün buy nümunələrin dastanda sintezi 
kimi küll halda götürüb problemi orada araşdırmağın səbəbi, onda 
müəyyənləşər.
“Dədə  Qorqud  kitabı”  çoxlu  sayda  oğuznamələri  özündə  ehti-
va edən (“Salur Qazanın evinin yağmalandığı boy”da bu fikrimizin 
şahidi olacağıq – M.S.) türk-oğuz vətənpərvərliklərinin ölməz yadi-
garıdır.
“Dədə Qorqud kitabı”ndakı süjet və kompozisiyanın əksəriyyəti-
nin döyüş-savaş səhnələri üzərində qurulmasına; Vətənə, yurda bağ-
lılığa,  qəhrəmanlığa və  sədaqətə  geniş  yer  verilməsinə,  obrazların 

vətəndaşlıq göstəricilərinə görə onu bütün qorqudşünaslar möhtəşəm 
qəhrəmanlıq eposu adlandırmışdır. Çünki “Dədə Qorqud kitabı”nın 
bütün boylarında qarşıya qoyulan əsas məqsəd vətəni qorumaq, onun 
bütövlüyünü istiqlaliyyətini xarici və daxili sarsıntılardan müdafiə 
etməkdən ibarətdir. Oğuz elinin igidləri məmləkətin talan olmaması, 
qız-gəlinin, oğul-uşağın əsir getməməsi üçün daim onu  keşiyində 
durmuş, ölkənin bol sərvətinin talan, viran edilməməsi üçün xarici 
müdaxilələrə  qarşı  daim  hazır  vəziyyətdə  dayanmışlar.  Vətən  tor-
paqlarının bütövlüyü oğuz igidlərinin qanları, canları bahasına başa 
gəlmişdir. “Salur Qazanın evinin yağmalanması boyu”nda bu barədə 
mühüm məlumatlara rast gəlinir: “Bu vaxt Qalın Oğuz bəyləri gəlib 
yetişdi, xanım, görək kimlər gəldi: Qaradərə ağzında qara Buğa də-
risindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eyləyən... 
igidlər igidi Qazan bəyin qardaşı Qaragünə çaparaq yetişdi.. ... Də-
mir qapı Dərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq (!) 
nizəsinin ucunda igidləri böyürdən, Qıyan Səlcuk oğlu,  Dəli Dondaz 
çaparaq yetişdi... Amidlə Mardin qalasını vurub-yıxan, Dəmir yaylı 
Qıpçaq Məliyə qan qusduran... Qaragünə oğlu Qarabudaq çaparaq 
yetişdi... İcazəsiz Bayındır xanın düşmənini basan, altmış min kafirə 
(!) qan qusduran... Qəflət qoca oğlu Şir Şəmsəddin çaparaq yetişdi.
...Kafirləri it ardına qoşub-alçaldan...  ...əlli yeddi qalanın (!) aça-
rını alan, ...İlək qoca oğlu Alp Ərən çaparaq yetişdi...
...O gün cəsur ər igidlər bəlli oldu. O gün namərdlər gizlənməyə 
yer axtardı...  O gün bir qiyamət savaş oldu, meydan başla doldu... 
başlar top kimi kəsildi... On iki min kafir qılıncdan keçdi... ...Oğuz 
igidlərindən beş yüzü həlak oldu. ...Qazan bəy qaçanı qovmadı ... 
“aman” deyəni öldürmədi...” (1, 200).
Göründüyü kimi, əlli yeddi qalanın və eləcə bəhs edilən digər qa-
laların açarının alınmasından söhbət gedirsə, burada yürüşlərin  çox-
lu sayda olmasından bəhs edilir. Bunlar tarixi faktlardır. Orxon-Ye-
nisey  kitabələrində  də  bu  faktlara  rast  gəlirdik.  Kül  tiginin,  Bilqə 
xaqanın  tarixdə  təsdiqlənən  saya-hesaba  gəlməyən  zəfər  yürüşləri 
Pedaqogika, Fəlsəfə, Psixologiya
307

308
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yada düşür. 
Oğuz eli sakinlərinin kiçiyindən böyüyünə kimi bir başlıca key-
fiyyəti  vətən  əxlaqının  müxtəlif  cəhətləri,  çalarları  vardı.  İgidlik, 
mərdlik, cəsarət, şücaət, qorxmazlıq, enməzlik, cəsurluq, vətən dö-
yüşkənliyi, vətənin cəfakeşi, Vətən naminə təkidləri, cürəti, mətanə-
ti, cəldliyi, çevikliyi, qocalığı “Dədə Qorqud kitabı”ndakı obrazların 
şəxsiyyətlərində özünün ən yüksək yerini tapır.
Oğuz insanına hərbi vətənpərvərlik hissləri, duyğuları, qabiliy-
yətləri hərbi-fiziki tərbiyə vasitəsilə aşılanırdı. Onların fiziki kamil-
likləri  mənəvi  kamillikləri  ilə  çuğlaşırdı.  Məsələn,    Basat,  Bəkil, 
Bamsı Beyrək, Qanturalı, Qazan xan özü, Dəli Domrul və başqa-
ları fiziki cəhətdən güclüdürlər və eyni zamanda mənəviyyatca da 
zəngindirlər. Oğuz gəncləri ta yeniyetməlikdən qılınc çalmağın, ox 
atmağın, küştü  tutmağın, at çapmağın, ov etməyin sirlərinə yiyələn-
məklə cəmiyyətdə özlərinə dəyərli yer tuturlar. Fiziki kamilliyə yeti-
şib vətənin, yurdun mətin, cəsur, dönməz müdafiəçilərinə çevrilirlər. 
Bayandur xan, Qazan xan, Aruz Qoca, Basat, Beyrək, Qanturalı, Dəli 
Domrul, Qaragünə, Qarabudaq, Qılbaş, Qazluq Qoca, Dəli Qondar, 
Qaraca  Çoban  və  yüzlərlə  başqaları  vətənin  istiqlaliyyəti  uğrunda 
cəsarətlə vuruşur, onun bir parçasını belə düşmənə təslim etmirlər. 
Torpağı, yurdu müdafiə etməyə Oğuz igidlərini kimsə təhrik etmir-
di, kimsə bunun üçün məcburi qayda-qanun qoymurdu. Oğuz həyat 
tərzi bu istiqamətə yönəlirdi. İstər atalar sözlərində, istər nağıllarda 
belə motivlərə saysız rast gəlmək olur.
Oğuz həyat tərzi hər kəsi vətəndaş kimi yetişdirirdi. Boylardan 
məlum olduğu kimi, yalnız müəyyən igidlik göstərəndən sonra oğuz 
gənclərinə  şücaətinə  görə  ad  verilirdi.  İgidliyə  görə  ad  qoyulması 
Oğuz dastançılığında geniş yayılmış motivlərdən biridir. Advermə 
çətin, şərəfli, məsuliyyətli bir proses idi. Ad alan yeniyetmə Oğuz 
cəmiyyətinin bərabərhüquqlu üzvünə çevrilirdi.
“Dədə  Qorqud  kitabı”nda  advermə  baş  kəsib,  qan  tökməklə, 
yəni döyüş qabiliyyəti, qəhrəmanlıq göstərməklə müşayiət olunur. 

309
Advermə, yaxud yeniyetmənin ad alması aktı atalar sözlərində, na-
ğıllarda, ümumiyyətlə, türk  folkloruna özünü geniş göstərir. Oxşar 
cəhət kimi dastanda adı təsadüfi adam deyil, çox hörmətli bir adamın 
yerinə yetirdiyi göstərilir. Çünki adla tale, adla ömür arasında magik 
bir bağlılıq olduğundan hər adamın ad verməsi mümkün deyildi. Ad 
özündə qəhrəmanın mənşəyini, yurd-yuvasını, atının rəngini xarak-
terizə edirdi. Qəhrəmanlar onlara verilən ada uyğun hərəkət edir, ada 
layiq yaşayırdılar. “Dədə Qorqud kitabı”nda isə qəhrəman əməlinə 
görə ad alır: “Ol zamanda bir oğlan baş kəsməsə, qan tökməsə ad 
qoymazlardı (5, 10). Dədə Qorquddakı Oğuz igidləri onlara qoyulan 
adlardan  daha  artıq  şücaətlərə, iigidliklərə malik  olurdular.  Nağıl-
larda da “Dədə Qorqud kitabı”ndakı kimi Dədə Qorqudun gəldiyi 
sayaq dərviş gəlir ad qoyur. Orxon-Yenisey abidələrində ad həm yaş-
la, həm statusla bağlı olaraq dəyişir. Məsələn, Qutluq İltəriş kağan, 
Magilyan isə Bilgə xaqan ünvanını alır (5, 10).
“Dədə Qorqud kitabı”nda Dədə Qorqud ad verdiyi gəncə bəylik 
istəyir: “Hey  Dirsə xan, oğlana bəglik vergil, təxt vergil, - ərdəmli-
dir. Yaşın həddi də fərqlidir. “Dədə Qorqud kitabı”nda yaş həddi on 
beş  göstərilirdə,  Orxon-Yenisey  abidələrində  yeddi  və  ya  on  yed-
di göstərilir. Nağıllarda bəzən on dörd  göstərilir. Bəzən də anadan 
olan kimi qoyulur. Advermə motivinin üzərində dayanmamıza əsas 
səbəb  bu  qəhrəmanın  bioqrafiyasını  tamamlayan  magik  xeyir-dua 
olduğundandır. Çünki bundan sonra hadisələrin qəhrəmanlıq fonun-
da getməsi təmin edilir (5, 11).  Oğuznamələrdə də qəhrəmanlar ad 
aldıqdan sonra dəyər qazanırlar. “Oğuz kağan” da Oğuzun  oğlan-
ları  ad  aldıqdan  sonra  sağ,  sol  qanadlara  bölünürlər.  Bu  Buğacın, 
Beyrəyin, Basatın ad aldıqdan sonra Bayındırın, yaxud Qazan xanın 
divanında tutduqları mövqeyə görə də müəyyənləşir.
“Dədə  Qorqud  kitabı”nda  alqış  və  qarğışların  xüsusi  yeri  var-
dır. Alqış və qarğışların da burada çalarları vardır. Alqış nəvazişlər-
lə,  bəyəntilərlə,  ölgülü  sözlərlə  xarakterizə  olunur. Vətənpərvərlik 
keyfiyyətləri, cəhətləri bunlarda öz əksini tapır. Qarğışlar isə söyüş, 
Pedaqogika, Fəlsəfə, Psixologiya

310
DƏDƏ QORQUD ARAŞDIRMALARI
təhqir formasında özünü göstərməklə savaş meydanında düşmənin 
aşağılanmasına yönəlir. Məsələn, alqış və qarğışlara aid bir-iki nü-
munə göstərək. Alqışlardan 
Tövlə-tövlə çəkilən şahanə atlı!
Çağıranda hay verən, yolu çavuşlu!
Süfrəsindən yağ tökülən, bol nemətli!
Bütün igidlərin arxası, yoxsulların ümidi!
Türküstanın dirəyi! Tüklü quşun balası!
Amit soyunun aslanı! Qaracığın qaplanı! (1, 262)
Qəhrəmanın öyüldüyü bu alqış nümunəsindən Oğuz eli igidləri-
nin şəxsiyyəti bir daha müəyyənləşir. Qarğış nümunələrindən olan
Ey  itim kafir hərzə-hərzə danışma!
Yaxud:
Altındakı alaca atın nə öyərsən?
Ala başlu keçimsə gəlməz mana!
Başındakı tuğulğan nə ögərsən, mərə kafir!
Başımdakı börkümcə gəlməz mana!
Altmış tutam göndərini nə öyərsən, murdar kafir;
Qızıplcıq dəgənəgimsə gəlməz mana! (1, 21)
fikirlərində yenə də düşməni mənəvi yaralama, zərbənin gücünü 
artırma amacı güdülür!” Düşmənin öyünə biləcəyi şeyləri aşağılat-
maqla da mənən sındırır!
“Dədə  Qorqud  kitabı”nda  Oğuz  elində  qəhrəmanlıq,  igidlik 
təsəvvürü, düşüncəsi, dünyagörüşü ilə bağlı andların yeri də maraq-
lıdır. Bu mənada andlar dönük çıxmaq ilə bağlı 

311
Mən Qazanın nemətini çox yemişəm,
Bilməzsəm, gözümə dursu8n!
Qaraqucda Qazluq atına çoq yılmışəm.
Bilməzsəm mənə tabut olsun!
Yaxşı qaptanların çoq geymişəm,
Bilməzsəm, kəfənim olsun!
Ala bargah otağına çoq girmişəm,
Bilməzsəm, mana zindan olsun!
Mən Qazandan dönməzəm, bəllü bildil.
Qılınca and içmək hallarl özünü göstərir ki, bu daqılıncın igid 
üçün dəyərini müəyyənləşdirir. “QIlıncıma doğranayım, oxuma san-
cılayım!” və s. Qılınc altından keçməklə sadiqlik andı içmə də vardır.
“Dədə Qorqud kitabı”nda xanımlar ərənlərlə, igidlərlə bir sırada 
çiyin-çiyinə vuruşurlar. Boyu uzun Burla xatun, Selcan, Banıçiçək 
kimi xanımlar igidlikləri, qəhrəmanlıqları, mərdlikləri, qorxmazlıq-
ları ilə nəinki söz və işlərində, hətta içdikləri andlarda da dönməz 
görünürlər...
“Dədə  Qorqud  kitabı”nda  rəvayətlərə,  əfsanələrə  rast  gəlinir. 
Düzdür, Dədə Qorqud kitabındakı rəvayətlərində süjetin qəhrəman-
lıq səhnələri üzərində qurulması azdır. “Dədə Qorqud kitabı”ndakı 
qəhrəmanlarla bağlı əfsanə və rəvayətlərin bir çoxunun nağıl varian-
tı da mövcuddur. Məsələn, Təpəgöz, Beyrək və s.
Bununla  belə  “Dədə  Qorqud  kitabı”ndakı  boylar  ilə  nağılların 
süjet motivlərində bir çox oxşarlıqlar özünü göstərir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  adqoyma  məsələsində,  qəhrə-
manların divlərlə, sehrli düşmənlərlə mübarizəsində və s. nağıllar-
da qəhrəmanlar divlərlə, əjdahalarla, təpəgözlərlə, sehrkarlarla qar-
şı-qarşıya gətirilir. Bu baxımdan “Dədə Qorqud kitabı”nda “Basat 
Təpəgözü öldürdüyü boy” diqqəti cəlb edir. Bu boyun qəhrəmanına 
Dədə Qorqud Təpəgöz kimi Oğuz elinə qənim kəsilməsi bir yırtııcı 
Pedaqogika, Fəlsəfə, Psixologiya

312
DƏDƏ QORQUD ARAŞDIRMALARI
varlığı məhv etdiyimə görə Basat adını verir.
“Dədə Qorqud kitabı”nın nağıllarla bağlayan digər bir xüsusiyyət 
də qəhrəmanın müəyyən sınaq motividir. Bu halda qəhrəman öz ar-
zusuna çatmaq üçün müəyyən sınaqlardan keçir, bəzən də möcüzəli, 
ağlasığmaz şərtləri yerinə yetirir. “Dədə Qorqud kitabı”nda bir neçə 
boy bu cəhətdən nağıllara oxşardır.  Belə boylardan  biri “Qanlı qoca 
oğlu Qanturalı boyu”dur. Trabzona kafir qızı ilə evlənməyə gedən 
Qanturalını  sınağa  çəkirlər.  Qanturalının  igidliyi  üç  vəhşi  ilə  tək-
bətək döyüşdə üzə çıxır. “Qam börənin oğlu Bamsı Beyrək boyu”n-
da qəhrəmanın  sınaqlardan keçməsinə mühüm yer verilir. Beyrəyin 
keyik qova-qova Banıçiçək ilə rastlaşması və hadisələrin sonrakı in-
kişafı, yəni fiziki gücün yoxlanması, sınaqdan keçirilməsi nağılların 
bir qismində üstünlük təşkil edir. Fərqli cəhət kimi dastan qəhrəman-
lıq süjetlərinin daha mükəmməl, canlı, inandırıcı olmasıdır.
“Dədə Qorqud kitabı”nda diqqəti cəlb edən əsas məqamlardan 
biri də budur ki, vətən sevgisi, vətənpərvərlik duyğusu Oğuz igid-
lərinin  alın  yazısıdır,  taleyi,  qismətidir.  Oğuzsuz  vətən,  vətənsiz 
isə  Oğuz  igidinin  mövcudluğu  qeyri-mümkündür.  Bu  cəmiyyətdə 
vətənpərvər olmamaq mümkün deyil. Oğuz igidlərinin vətənpərvər-
lik duyğuları, göründüyü kimi, sadəcə  vətənə məhəbbətlə  ölçül-
mədi. Onlar öz qəhrəmanlıqları igidliklər ilə vətənpərvər olduqlarını 
sübut edirlər. Onlar bütün maddi və mənəvi dəyərli torpağı, onun 
yetirdiyi nemətləri, ananı, bacını, qardaşı, soy-kökü, dostu, silahdaşı 
öz canı qədər əziz bilir, onun qorumağı mənəvi borc hesab edir. On-
lar üçün Vətəndə nə varsa, hamısı əzizdir.
“Dədə Qorqud kitabı” mənəvi və fiziki kamilliyin vəhdəti olaraq 
qəhrəmanlıq kitabıdır. O birliyimizin təməl qaynağıdır. Kitab xalqı-
mızın yurdsevərliyini, qəhrəmanlığını, ümumiyyətlə, vətənpərvərlik 
dəyərləri ilə bağlı məsələləri bədii-pedaqoji lövhələrlə əks etdirən 
zəngin mənəviyyat xəzinəsidir.

313
Ədəbiyyat
 
1. Kitabi-Dədə Qorqud. “Öndər nəşriyyat”ı , 2004, 376 səh.
2. F.Rüstəmov. Şərqdə pedaqogika tarixi. Bakı, “Nasir”, 2002, 222 səh.
3. Y.İsmayılova. Dədə Qorqud kitabı və müasir Azərbaycan ədəbi düşüncəsi. 
Bakı, Elm, 2011, 366 səh.
4. Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, 2004, “Öndər nəşriyyatı”, 
368 səh.
5. Dədə Qorqud dünyası. Bakı, “Öndər  nəşriyyatı”, 2004, 240 səh.
6. Dədə Qorqud oğuznamələrinin yaranma tarixi və digər oğuznamələrdə pa-
ralellərin dövrü və səbəbləri. Folklor İnstitutu, Bakı, “Nurlan”,  2007, səh.44.
7. Dədə Qorqud aliliyi. “Sultan graphisc” nəşriyyatı, 1999, 184 səh.
РЕЗЮМЕ
Мехрибан Сардарова
МЕСТО ПРОБЛЕМЫ ПАТРИОТИЧЕСКОГО ВОСПИТАНИЯ 
В «КНИГЕ МОЕГО ДЕДА КОРКУДА» В ТЮРКСКОЙ 
ПЕДАГОГИЧЕСКОЙ МЫСЛИ ВО ХII ВЕКА
В  статье  исследуются  патриотические  ценности  тюркской  педаго-
гической  мысли  до  ХII  века  на  основе  «Книги  моего  Деда  Коркуда». 
Преследуются историческое развитие общих и разносторонних особенностей 
патриотического воспитания.
SUMMARY
Sardarova Mehriban
THE PLACE OF THE PROBLEMS  OF PATRİOTİSM UPBRİNGİNG İN 
TURKİSH  PEDAGOGİCAL THOUGHT TİLL THE 12 TH CENTURY İN 
THE BOOK “DEDE  KORKUD”
İn this article it is investigated the place of the problems of patriotism upb-
ringing in Turkish pedagogical thought  till the 12 th century in the book “Dede  
Korkud”. Analogous and different features are pursued.
Pedaqogika, Fəlsəfə, Psixologiya

314
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Leyla Qasımova,
AMİ-nin magistri
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin