Elxan
Sanki sərsəm yaşayışdan nə çıqar!?
Bəncə bilmərrə bütün insanlar
Həp gözəl olmalı, yaxud çirkin,
Həp fəqir olmalı, yaxud zəngin,
Həp həkim olmalı, yaxud nadan,
Həp mələk olmalı, yaxud şeytan. (“İblis”, səh. 85-86)
3. H.Cavidin pyeslərində omonimlərin sayəsində yaranan eks-
pressivlik.
Bu vasitə ilə yaradılan omonimliyə nümunə olaraq aşağıdakı sin-
taktik bütövü misal göstərmək olar:
Sevda (gəlir, heyrət və sevinclə)
Nə səadət, yenə yad etdi Vəfa,
Yenə xoş gəldi Səfa, gəldi vəfa.(“Xəyyam”, səh. 64)
Yuxarıdakı misralarda nəzərə çarpdırılan leksemlər, zənnimizcə,
249
sözün bu yolla yaranan üslubi rənginə - ekspressivliyinə misal ola
bilər.
H.Cavid dramlarında sözlər xüsusi təmtəraqlı intonasiya ilə ifadə
edildiyi zaman da ekspressivlik yaranır. Fikrimizcə, bu xüsusiyyət
(xüsusi intonasiya vasitəsilə ekspressivlik yaradılması) H.Cavidin
“Xəyyam” dramında Yavərin və camaatın nitqində verilən aşağıdakı
misralarda öz təsdiqini tapır.
Yavər
Yaşasın qutlu, yenilməz Xaqan!
Camaat
Yaşasın Alp Arslan!
Yavər
Parlayıb bəxti, səadət bulsun!
Camaat
Yaşasın!.. (“Xəyyam”, səh. 39)
H.Cavid fikirlərini doğru, dürüst, səlis və daha canlı şəkildə ifadə
etmək üçün sözləri xüsusi məharətlə seçib işlətmək bacarığına ma-
lik istedadlı bir dramaturq idi. O, yaratdığı ayrı-ayrı obrazların hiss
və həyəcanlarını təbii, inandırıcı tərzdə oxucuya çatdırmaq, nitqi-
nin təsirliliyini, kəsərliliyini artırmaq məqsədilə dramlarında emo-
sional-ekspressiv leksikaya geniş yer ayırmışdır. Yuxarıda gətirilən
nümunələrdən də anlamaq olur ki, H.Cavid dramlarında ekspressiv-
lik və emosionallığın yaradılması üçün bir çox üsul və vasitələrdən
istifadə etmişdir.
Ədəbiyyat
1. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, 1980, səh.176-
178.
2. Məhərrəmova R. Sabirin satiralarında fikrin ekspressiv-emosional ifadə
vasitələri. Azərb.SSR EA “Xəbərlər”i, İctimai elmlər seriyası.№1, 1961, səh.55.
3. Məhərrəmova R. Sabirin satirik şerlərinin leksikası: sinonimlər, omonim-
lər, antonimlər. Azərb.SSR EA, Bakı,1968, 144 səh.
Onomastika, Dialektologiya, Etimologiya
250
DƏDƏ QORQUD ARAŞDIRMALARI
4. Adilov M. Sənətkar və söz. Yazıçı, Bakı,1984, 184 səh.
5. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. AZƏRTƏDRİSNƏŞR,
Bakı, 1962, səh.73, 75.
6. Cəlilova T. “Emosionallığın leksik ifadə vasitələri” (Filologiya məsələləri,
№1. Bakı, 2001, səh.184-187).
7. Hüseyn C. Əsərləri. V cilddə. II cild. Lider nəşriyyatı, Bakı, 2005, səh.14,
17, 39, 274, 275.
8. Hüseyn C. Əsərləri. V cilddə. III cild. Lider nəşriyyatı, Bakı, 2005, səh.17,
45, 85-86.
9. Hüseyn C. Əsərləri. V cilddə. V cild. Lider nəşriyyatı, Bakı, 2005, səh.39,
64.
РЕЗЮМЕ
Ахмедова Гюльгюн
В драматических произведениях Гусейн Джавида из создавшихся
средствах использованы экспрессивность и эмоциональность
Гусейн Джавид для предания в драматических произведениях своим
мыслям большей убедительности, образности и эмоциональности часто
использовал эмоционально-экспрессивную лексику. В этой статье сказано о
разных средствах, используемых драматургом для создания экспрессивности
и эмоциональности.
Ключевые слова: повторения, ононимы, синонимы, антонимы и
своеобразная интонация
SUMMARY
Ahmedova Gulgun
Expressiveness and emotionalism creator means in Huseyn Cavid ‘s drama-
tic works
Huseyn Cavid has used emostional-ekspressive lexical much for the expres-
sing thought in the effective, acute, figurative, emotional in the dramatic works.
We have spoken from different means which dramatists used for the creating exp-
ressiveness and emotionalism.
Key words: repetitions, homonym, synonym, antonym and special intonati-
on.
251
Maral Mustafayeva,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının magistrantı
ZUVAND TOPONİMİ HAQQINDA
Zuvand Peştəsər, Burovar və Talış sıra dağlarının əhatəsində,
Qızyurdu və Kömürköy zirvələrinin arasında yerləşən bir ərazinin
adıdır. Hal-hazırda Zuvandın ərazisində 34 kənd yerləşir ki, bun-
ların da əksəriyyətində türklər yaşayırlar.Azərbaycanda sovet haki-
miyyəti qurulandan 1938-ci ilə qədər isə Lerikin bütün ərazisi Zu-
vand rayonu adlanmışdır. 1938-ci illərdən sonra “Zuvand” məfhumu
( toponimi ) ancaq öz tarixi ərazisinə, əsasən, “Dağlar qapısı” və
“Nisli körpüsü”ndən cənubda yerləşən vadiyə Diabar vadisinə (Di-
abar çökəkliyinə) aid edilməyə başladı” (7. 46-47).
Dilçiliyimizdə “Zuvand” toponimi haqqında fərqli fikirlər möv-
cuddur.Bəzi müəlliflər bu adı talış, bəziləri fars, bəzilləri də türk
mənşəli hesab edirlər. M.Mirzəyev “Talış toponimlərinin qısa izahlı
lüğəti”ndə yazır: “Fikrimizcə, talışca “zuxvand” sözü fonetik dəyi-
şikliyə məruz qalaraq zuvand şəklinə düşmüşdür. “Zu”-güc, qvvət,
“xvand”- sahib, yer deməkdir. Zuvand sözünü “zoən” (Zü-ön), yəni
oğlanlar, igidlər yeri şəklində mənalandırmaq da olar. Talışın dağlıq
hissələrindən rayonumuza pənah gətirmiş bu tayfalar məskunlaş-
dıqları əraziyə Zuvand adı vermişlər, yəni Zuvand toponimi etno-
nimlə bağlıdır (5. 42-43). M.Yaqublu yazır: “ Zuvand toponiminin
özü də talış dilində oğullar, igidlər, ərlər deməkdir. Zuva-oğul, an,
and- məkan mənasını verən şəkilçilərdir” (7. 56). Zuvand sözünün
farsca güclü, qüvvətli ,zorlu mənasını verən “zurmənd” sözündən
yaranması da ehtimal olunur (5. 42). N.Əsgərov qeyd edir ki, bəzi
mənbələrə Zuvand toponimi Züvənd şəklində yazılır. Züvənd oyko-
nimindəki “ vənd” komponentinin bulqar tayfa adı ilə bağlı olması
Onomastika, Dialektologiya, Etimologiya
252
DƏDƏ QORQUD ARAŞDIRMALARI
faktını daha inandırıcı hesab edir. Bu barədə yazır ki, bulqar türk
tayfalarının cənub bölgəsinin etnogenezində daha fəal iştirak etmə-
sini orada tarixən və hazırda mövcud olmuş toponimlər də təsdiq
edir. Bunlara Bolqar çay, Mişar çay hidronimlərini, Bolqar, Göytəpə
kəndlərini, Biləsuvar oykonimini və.s onomastik vahidləri misal
göstərmək olar”.
“Azərbaycanın makrotoponimləri” əsərində Zuvand toponimi-
ni bəzi mənbələrdə Züvənd şəklində yazıldığı qeyd olunur (4. 280-
281). Fikrimizcə, Zuvand toponiminin Züvənd şəklində yazılması
talışların tələffüzü ilə əlaqədardır. Belə ki, talışlar Azərbaycan dilin-
də “u” səsi ilə deyilən sözləri “ü” səsi ilə tələffüz edirlər. Məsələn,
buz-(büz), duz-(düz), yun- (yün) və s. Qeyd edək ki, G.Binnətova
“Azərbaycan dilinin Lerik rayonu şivələri” əsərində Lerikin, əsasən,
türklər yaşayan 18 kəndinin əhalisinin dili üzərində tədqiqat apar-
mış və u- ü əvəzlənmisini bu şivələr üçün xarakterik hesab etmir.
Deməli, u-ü əvəzlənməsi talış dili şivələridə mövcuddur və Zuvand
sözünün Züvənd şəklində tələffüzü və onun əsasıda yazılması müm-
kündür (1. 20).
S.Bayramzadə “ Qara müqavilədə ağ yalanlar” məqaləsində ya-
zır: Türkmənçay müqaviləsinin rus və Azərbaycan dilindəki tərcümə
mətnlərində 4-cü maddədə işlənmiş “ Züvand” adı mətnin fars di-
lində olan əslindəkindən fərqlənir. Türkmənçay müqaviləsinin rus
dilindəki əsl nüsxəsinin 4-cü maddəsində eyni coğrafi məkan adını
ifadə etmək üçün bir yerdə “Ziland” və sonra “Zuvant” işlənmişdir.
Azərbaycan dilinə tərcümədəki mövcud mətnlərdə isə bu “ Züvand”
kimi getmişdir. Əslində isə bu coğrafi məkanın adı “Zuvand” kimi
işlənməlidir (8). Qeyd edək ki, fars dilində “ü” hərfi yoxdur, odur ki,
Zuvand sözünün Züvand şəkilində yazılması mümkün deyildir.
“Masllı toponimləri” kitabında zuvand talış dağlarında yaşayan
bir tayfanın adı kimi göstərilir və qeyd olunur ki, onların Orand
tayfaları ilə iki qardaş olması haqqıda maraqlı bir əfsanə mövcuddur.
253
Xalq əfsanəsində deyilir:
Orat Zuvand kəlib Çini-Maçindən,
Düşmənləri qırıbdılar içindən. (6. 24).
Bu əfsanə həqiqətə yaxındır. Belə ki , əfsanədə orand və zu-
vandlıların Çini-Maçindən gəldiyi söylənilir.Alimcan İnayetin Çi-
ni-Maçin dedikdə hansı ərazilərin nəzərdə tutulamsı ilə bağlı dəyərli
araşdırması vardır.Tədqiqatda məlum olur ki, Çin tarixində qurulan
dördüncü dövlət “Qin/Çin” adını daşımışdır. “Qin-Çin” sülaləsi, əs-
lində, günbatandakı türklərə mənsub bir sülalə idi. E.ə 238-ci ildə
qurulan bu dövlətin 14 il hakimiyyətdə olmuşdur. “Çin “ ölkəsi ilə
bağlı uyğur əfsnələrində verilən məlumatlarda da görünür ki, bura
Şərqi Türküstan və Orta Asiya ərazisidir. Alim bu qənaətə gəlir ki,
Çin və Maçin adları müxtəlif dövrlərdə fərqli torpaqları, əraziləri
ifadə etmişdir. Bu adlar türklərin yaşadıqlar Mərkzi və Şərqi Asiya
torpaqlarına aiddir (9)
Q.Qeybullayev yazır : “Eranın ilk əsrlərində Mərkəzi Asiyadan
Cənub-Şərqi Avropaya hunlar gəldilər.Hunlarla birlikdə Albaniya-
ya kəngər, aran, katak, peçenek və s. tayfalar da gəldilər.Aranların
bir hissəsi Cənubi Azərbaycana ərazisinə keçdi. Orada indi Arançi,
Oranca, Oranar, Aran və Aranyan adlı kəndlər vardır ( 2. 78). Qeyd
edək ki, Lerikdə də Orand və Aran kəndləri vardır.Yuxarıda deyilən-
lərdən belə nəticəyə gəlmək olar ki,əgər orandlar eramızın ilk əs-
rlərində Mərkəzi və Şərqi Türküstandan gələn türk tayfalarıdırsa
və zuvandlarla qardaşdırlarsa, (qardaş tayfa) o halda zuvandlar da
həmin dövrdə gələn türk tayfalarındandır.
Zuvand və Orand adlarının semantik mənasına haqqıda onu deyə
bilərik ki, qədim türk dilində (şumercə) “zu” – bilən, müdrik (3. 84),
“ər” - kişi, igid, döyüşçü deməkdir. Fikrimizcə , adlardakı –an(and)
komponenti cəmlik bildirir. Zuan - müdriklər, oran- ərlər,igidlər
Onomastika, Dialektologiya, Etimologiya
254
DƏDƏ QORQUD ARAŞDIRMALARI
deməkdir. Toponim kimi fonetik dəyişikliyə uğrayaraq Zuvand
(Azərbaycan dilinin qanunauyğunluğuna görə iki sait yanaşı gələ
bilmir, ona gör də “v” bitişdirici samit rolunu oynayır- Zu-v-and) və
Orand şəklinə düşmüşlər.
Zuvand toponimi etnonim mənşəlidir. Zuvandlar eramızın ilk əs-
rlərində Mərkəzi və Şərqi Asiyadan gələn türk tayfalarından biridir.
Zuvand toponimi iki hissədən (zu-(v)-and ) ibarətdir. Zu- qədim türk
dilində (şumercə )“bilən”, “müdrik” mənasındadır, -an( -and) isə
cəmlik bildirən komponentdir. Zuvand sözünün mənası “müdriklər”
deməkdir.
Ədəbiyyat
1. Binnətova.G “Azərbaycan dilinin Lerik rayonu şivələri”, Bakı, “Nurlan”,
2007, - 176 səh.
2. Qeybullayev Q. “Azərbaycanlıların etnik tarixinə dair”, Bakı, 1994,
3. Qeybullayev Q. ” Azərbaycan türklərinin təşəkkül tarixi”, Bakı, 1994
4. Əsgərov N. ” Azərbaycan makrotponimləri”, Bakı, “Elm və Təhsil”,
2009,- 488 səh.
5. Mirzəyev M.“Talış toponimlərinin qısa izahlı lüğəti”, Bakı, 1992
6. Mirzəyev M., Ağayev.Ş“Masallı toponimləri”, Bakı, 1993
7. Yaqublu M. “ Şah Xətai atını zuvandda şahə qaldırmış...”, “Ulduz” jurnalı,
2009, № 9, səh 44.
İnternet materialı
8. Bayramzadə S. “ Qara müqavilədə ağ yalanlar”. http:// www.səs.az.
9. İnayet A. “ Divanü lüğat-it türk te geçen “Çin” ve “Maçin” adı üzerine.
http:// www.turkishstudies.net
РЕЗЮМЕ
Марал Мустафаева
О ЗУВАНДСКОМ ТОПОНИМЕ
Статья посвящена происхождению Зувандского топонима. В
исследовании были рассмотрены мнения азербайджанских лингвистов об
этом топониме. В работе также предоставлено личное мнение и выводы
255
автора статьи.
Ключевые слова: Зуванд, топоним, етнотопоним
SUMMARY
Maral Mustafayeva
ABOUT TOPONYM ZUVAND
The article is dedicated to the problem of the origin toponym Zuvand. During
the discovery this toponym was researched having thought in Azerbaycan lingu-
istics. At the same time in this article is given the attitude and solution of author
to these thoughts.
Key words: Zuvand, toponym, etnotoponym.
Onomastika, Dialektologiya, Etimologiya
256
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Nərmin Məmmədova,
ADPU-nun magistrantı
SİFƏT DÜZƏLDƏN -Lİ
4
ŞƏKİLÇİSİNİN
TƏDQİQİ TARİXİ
Əşyanın əlamət və keyfiyyətini bildirən, necə? nə cür? hansı? su-
allarından birinə cavab olan, dərəcə kateqoriyasına malik, ismə aid,
sintaktik vəzifəsinə görə əsasən təyin rolunda çıxış edən əsas nitq
hissəsi sifət adlanır. Sifətin quruluşca sadə, düzəltmə və mürəkkəb
növləri vardır. Düzəltmə sifətlər isimdən və feldən düzələn düzəltmə
sifətlər olmaq üzrə iki qrupa bölünür. Bu məqalədə isimdən sifət
yaradan -li4 şəkilçisinin tədqiqi tarixi haqqında məlumat veriləcək.
Məhsuldar şəkilçi olub dördvariantlıdır (-lı, -li, -lu, -lü).
“Divanü lüğat-it-türk”də -lı
4
şəkilçisi -lığ, -lig, -luğ, -lüg forma-
sında işlənmişdir. Əsərdə bu şəkilçi əşya ilə bağlı əlamət və ya sahib-
lik, hər hansı bir əlamətin normadan artıq olduğunu və daxili mənəvi
keyfiyyət bildirən sifətlər yaradır. Məsələn: otluğ tağ-otlu dağ, atlığ
ər-atlı adam, körklüg-görklü, gözəl, ağırlığ ər-hər kəs tərəfindən sa-
yılan, ağırlanan, əzizlənən adam, bağırlığ-heç kimə boyun əyməyən
adam.
“Kitabi-Dədə Qorqud” dastanında -li
4
şəkilçisi elə olduğu kimi
də işlənmişdir. Hətta “Divanü lüğat-it-türk”də işlənən “körklüg”
sifətinə Dədə Qorqudda “görklü” şəklində rast gəlinir. Məsələn: Dö-
lümündən ağarsa baba görklü. Sevgili qardaş görklü. Saqqallı, bozac
torağay sayradıqda. Yapağlı kökçə çəmən guzə qalmaz.
B.Çobanzadə “Türk qrammeri” əsərində -lı, -li, -lu, -lü şəkilçi-
sinin dialekt və şivələrdə necə işləndiyini araşdırmış, əskidən bü-
tün türk-tatar ləhcələrində -lıq, -lik şəklində işləndiyini bildirmiş-
dir. Sonrakı dövrlərdə Şimal ləhcələrinin bir çoxunda -liq, -lıq şəkli
saxlansa da , Cənub və Şimal şivələrinin bəzilərində -liq və -lık-ın
257
sonundakı k, q düşərək yeni bir şəkilçi yaranmışdır. Məsələn: dağ-
lı, yaralı, gəncəli, kirli və s. H.Mirzəzadə -li
4
sifət düzəldən şəkil-
çinin inkişaf tarixinə nəzər yetirmiş, xüsusilə XIII-XVIII əsrlərə
aid ədəbi materialların dilində hansı formalarda işləndiyini müəy-
yənləşdirmişdir. “Kitabi-Dədə Qorqud” dastanının dilində (Dəmirli
oxla atmağa qıymadı...) və XVI əsr ədəbi abidələrindən olan “Şü-
hədanamə”də (dəmirlü tavülqə, dəmirlü silah və s.) təsadüf olunan
“dəmirlü” sözünü qaydaya uyğun yaranmış sifət hesab etmirdi. Bu
xüsusiyyətə başqa əsərlərin dilində təsadüf olunmur. Ehtimal olunur
ki, bu qaydadan döyüş silahlarının keyfiyyətini nəzərə çarpdırmaq
üçün istifadə olunmuşdur.
Ə.C.Şükürov, A.M.Məhərrəmov “Qədim türk yazılı abidələri-
nin dili” adlı əsərdə -lı
4
şəkilçisinin qədim uyğur yazılı abidələrin-
də -lıg, -lik, -luk, -lük, -luğ, -lüğ, -lüq variantlarının mövcudluğunu
müəyyənləşdirmişlər. Məsələn: kılınclığ-qılınclı, kutluğ-xoşbəxt,
biliklik-bilikli, seviklik-sevimli, körklük-gözəl, atlığ-atlı və s.
-Lıg, -lik şəkilçisi müasir türk dillərinin əksəriyyətində ixtisara
düşərək -lı
4
şəklində işlədilir. Lakin həmin şəkilçi müasir xakas, tu-
vin, şor, yakut dillərində öz qədim şəklini müəyyən dərəcədə qoru-
yub saxlaya bilmişdir.
A.H.Vəliyev -lı
4
şəkilçisinin dialekt və şivələrdə işlənən fonetik
variantlarını aydınlaşdırmışdır. Bunlar aşağıdakılardır: -nı, -ni (bo-
rannı, enni); -rı, -ri (karrı, torrı, tərri); -dı, -di (otdı, güjdi); -lı, -li
(higgəli, ehmallı).
Y.Məmmədov “Orxan-Yenisey abidələrində adlar” əsərində -lı
4
şəkilçisinin qədim forması olan -lığ, -lig - in işləndiyi mənaları ay-
dınlaşdırmışdır. Bunlara aid çoxlu nümunələr gətirmişdir. Məsələn:
...yalan budunığ tonlığ çığan budunığ bay kıltım (... çılpaq yalın
xalqı geyimli, kasıb-yoxsul xalqı varlı etdim), Kırkız küçlig kağan
yağımız boltı (Qırğızların güclü xaqanı bizə yağı oldu), ... eblig atı
Tucayan oğlı, atı Kara çur (... evli adı Tucayan oğlu, adı Qara çur-
dur).
Onomastika, Dialektologiya, Etimologiya
258
DƏDƏ QORQUD ARAŞDIRMALARI
XIII-XIV əsrlərdən etibarən -lığ, -lig şəkilçisi oğuz qrupu türk
dillərində, xüsusilə, Azərbaycan dilində son samitini itirərək -lı
4
şək-
lində sabitləşmişdir. “Kitabi-Dədə Qorqud” dastanında, İ.Nəsiminin,
Q.Bürhanəddinin və Xətainin əsərlərində bu şəkilçinin yalnız -lı
4
va-
riantına rast gəlinir. Bunu XIV əsr müəllifi Əbu Həyyanının və İbn
Mühənnanın fikirləri də təsdiq edir. Hətta bunu “Orxon-Yenisey”
abidələrindən gətirəcəyimiz nümunələrdə də görmək olar. Məsələn:
Kül Tegin yeti otuz yaşına karluq budun erür barır erikli//erkli yağı
baltı (Kül Tegin iyirmi yeddi yaşında olanda karluq xalqı sərbəst ol-
duğundan güclü yağı oldu).
R.Eyvazova Kişvəri “Divan”ının dilində dördvariantlı -lı
4
şə-
kilçisinin ancaq -lü variantının işləndiyini qeyd etmişdir. Məsələn:
Xeyrlü baxış gegül qoyun saru qəssabının. Sürməli çeşmin gözüm-
dən bərlü qan eylər yenə. Divanda bu şəkilçinin qədim forması olan
-lıq, -lığ çox az işlənmişdir. Məsələn: Nə bəlalığ gün idi kim aşina
buldum sana. Eyni zamanda burada heç bir yerdə rast gəlinməyən
-lıq şəkilçisinin -ğu variantı da işlənmişdir. Məsələn: Yox irax gecə
qəranğu kimsə yox başarıcı.
Ş.X.Xəlilov -lı
4
sifət düzəldən şəkilçinin “Əsrarnamə”nin dilində
necə işləndiyini müəyyənləşdirmişdir. Kişvərinin “Divan”ında oldu-
ğu kimi burada da şəkilçinin ancaq -lü variantı ilə sifət düzəlmişdir.
Məsələn: dürlü, görklü və s. ”Dedi İskəndər həkimə, ey ulu, əql içün-
də qamumuzdan böyüklü” nümunəsində -lü şəkilçisi sifətə artırılıb.
Bu da təsadüfi haldır. Lakin bunu düzəltmə söz kimi vermək düzgün
olmaz. Burada yeni mənalı söz yaranmır, “böyüklü” deyəndə şəxsin
əqli keyfiyyətinin üstünlüyü daha qabarıq nəzərə çatdırılır. Bu ha-
disəyə XVI əsr Azərbaycan yazılı abidəsi “Şeyx Səfi” təzkirəsində
də rast gəlinir. Belə maraqlı dil hadisəsi bu gündə qaraim dilində
yaşamaqdadır.
Ə.Rəcəbli “Göytürk dilinin morfologiyası” kitabında bu şəkilçi
ilə düzələn sifətlərə aid nümunələr vermişdir. Məsələn: İnili, eçili
kinşürtükin üçün, bəgli, bodunlığ yonşürtukin üçün türk bodun il-
259
lədükilin ıçğınu idmıs (Kiçikli, böyüklü dalaşdırdığı üçün, bəyli,
xalqlı savaşdırdığı üçün türk xalqı düzəltdiyi elini dağıtmış). Turuk
bukalı, səmiz bukalı arkada bilməz (Arığ buğalı, kök buğalı arxadan
bilməz). M.Hüseynzadə və Buludxan Xəlilovun -lı
4
şəkilçisi ilə bağ-
lı fikirləri demək olar ki, üst-üstə düşür. Hər ikisi bu şəkilçinin yalnız
isimlərə və feldən düzələn isimlərə artıraraq sifət yaratdığını qeyd
etmişdir. Çoxlu sözünün isə istisnalıq təşkil etdiyini bildirmişlər. Bu
da -lı
4
şəkilçisinin omonimlik xüsusiyyəti ilə əlaqədardır. Beləki -lı
4
şəkilçisi həm sifət düzəldən, həm isim düzəldən, həm də say düzəl-
dən şəkilçi kimi çıxış edir.
Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiy-
yat və Dil İnstitunun nəşri olan “Azərbaycan dilinin qrammatikası”
kitabında kəndli, şəhərli, imişli tipli sözlər isimləşmiş sözlər kimi
verilmişdir. Burada -lı
4
şəkilçisinin omonimlik xüsusiyyəti nəzərə
alınmamışdır. Lakin Buludxan Xəlilov buna münasibətini bildirərək
haqlı olaraq bu tipli sözləri düzəltmə isimlər kimi qeyd etmişdir.
Bunlar cümlə daxilində sintaktik vəzifəsinə görə sifətləşərək tə-
yin rolunda çıxış edə bilir. F.Zeynalov “Türk dillərinin müqayisəli
qrammatikası” kitabında müxtəlif türk xalqlarının dilində -lı
4
şəkil-
çisinin köməyi ilə düzələn sifətlərə aid çoxlu nümunələr vermişdir.
Məsələn: bilikli (şagird), ağıllı (məsləhət) (Az); akıllı, atlı, qayratlı
(türkmən); pullu, sakallı, ufkeli (qaqauz); aşulı, arlı, paydalı (qazax);
anlı, aklı (tatar); miltikli, küçli, sütli (özbək); tatlı, dehşetli, sütlü
(türk) və s. Ə.Tanrıverdi “Azərbaycan dilinin tarixi qrammatikası”
kitabında -lı
4
şəkilçisinin inkişaf tarixini dəqiq müəyyənləşdirmiş-
dir. “Orxon-Yenisey” abidələrindəki -liğ, -lig şəkilçisi dilimizdə son
səsini itirmiş vəziyyətdə sabitləşmişdir. Həm də bu sabitləşmə ən
azı “Kitabi-Dədə Qorqud” dövrünə təsadüf etdiyini bildirmiş, Dədə
Qorquddan və klassik şairlərimizin əsərlərindən çoxlu nümunələr
gətirmişdir. Məsələn: Qafalu-börklü başın kəsmiyincə... Təxt vergil,
- ərdəmlidir!... Binər olsun, hünərlidir! (“Kitab”); Necə sən qanlu
yürəgümün qanına qanasan (Q.Bürhanəddin); Axdı yenə qanlı yaş
Onomastika, Dialektologiya, Etimologiya
260
DƏDƏ QORQUD ARAŞDIRMALARI
gözümdən. Bir dəxi var onda ey vəfalı (Xətai); Sürməlü çeşmün
gözümdən bərlü qan eylər yenə (Kişvəri); Dünya yeddi başlı, əjda-
hadır, Əndişeyi-ülfəti xətadır (Füzuli).
Ədəbiyyat
1
. M. Kaşğari “Divanü lüğat-it-türk. Bakı – 2008.
2. “Kitabi-Dədə Qorqud”, Bakı – 1962.
3. B.Çobanzadə “Türk qrammeri” , Bakı – 1924.
4. Az. SSR Elmlər Akad-sı Nizami adına Ədəb. Və Dil İnstitu “Azərbaycan dilinin
qrammatikası” , I hissə, Bakı – 1951.
5. H.Mirzəzadə “Azərbaycan dilinin tarixi qrammatikasına aid materiallar” , Bakı –
1953.
6. Ə.C.Şükürov, A. M. Məhərrəmov “Qədim türk yazılı abidələrinin dili” , Bakı –
1976.
7. H.Vəliyev “Azərbaycan dialektologiyası” , Bakı – 1975.
8. Y.Məmmədov “Orxon-Yenisey abidələrində adlar”, II hissə, Bakı – 1981.
9.R.Eyvazova “Kişvəri “Divan”ının dili” , Bakı – 1983.
10. Ş.X.Xəlilov “Əsrarnamə”nin dili” , Bakı – 1988.
11. Ə.Rəcəbli “Göytürk dilinin morfologiyası” , bakı – 2002.
12. M.Hüseynzadə “Müasir Azərbaycan dili”. Morfologiya. III hissə, Bakı – 2007.
13. F.R.Zeynalov “Türk dillərinin müqayisəli qrammatikası” , I hissə, Bakı – 2008.
14. Ə.Tanrıverdi “Azərbaycan dilinin tarixi qrammatikası” , Bakı – 2010.
Dostları ilə paylaş: |