ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə17/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

(133 b) bir az aşağısında Baran çayına tökülür. 

Ləmqanatın iki bölüyündən biri Dəreyi-Nurdur və misilsiz bir yerdir. 

Kurqanı dərənin önündə iki tərəfindən su ilə çevrilən bir çıxıntının üstündə-

dir. Düyü tarlaları çoxdur. Oraya yol olmayan yerdən getmək mümkün deyil. 

Portağal,  turunc  və  digər  isti  iqlim  meyvələri,  bir  az  da  xurma  ağacı  var. 

Kurqanın  iki  tərəfindəki  suyun  sahilləri  tamamən  ağaclıqdır.  Çoxu  əmlük 

ağacıdır.  Bu  meyvəyə  bəzi  türklər  qarayemiş  deyirlər,  Dəreyi-Nurda  çox 

olur, başqa yerdə bu meyvəyə rast gəlmək olmaz. 

Üzümü də olur. Üzümün hamısı ağaclara sarmaşıb yuxarı çıxır. Ləm-

qanatda  Dəreyi-Nur  şərabı  məşhurdur.  Ərrə  daşı  və  suxan  daşı  adlanan  iki 

növ şərabları var. Ərrə daşı sarımtıraqdır, suxan daşı isə gözəl rəngli və qıp-

qırmızı olur. Düzdür, hər ikisinin də keyfiyyəti şöhrətləri qədər deyildir, la-

kin ərrə daşı adama daha çox keyf verir. 

Yuxarıdakı dərələrdə limon yetişir. Buradan aşağıdakı Hindistan tərəf-

lərində də limon yetişir. Lakin buradan yuxarıda limon olmur. Buranın əha-

lisi əvvəllər donuz saxlayırdı, lakin bizim zamanımızda bundan vaz keçdi. 

Ləmqanatın üç tümənindən biri də Künər və Nurgil tümənidir. Bu tü-

mən Ləmqanatdan bir az fərqlidir. Kafiristanın içindədir və vilayətin sərhəd-

dini təşkil edir. Gərçi böyüklüyü Ləmqan tümənləri qədər vardır, lakin məh-

sulu az olduğu üçün (134 a) daha az vergi verirlər. Çağan saray çayı şimal-

şərqdən Kafiristanın içindən başlayır və bu vilayətin içindən keçərək Kamə 

bölüyündə Baran çayı ilə birləşib şərqə doğru axır. Bu çayın qərb tərəfi Nur-

gil, şərq tərəfi isə Künərdir. 

Mir  Seyid  Əli  Həmədani  -Allah  ona  rəhmət  eləsin-  səyahət  edərkən 

buraya gəlib Künərdən bir şeri məsafə daha yuxarıda vəfat etmişdir. Mürid-

ləri onu buradan alıb Xutlana götürmüşlər. Vəfat etdiyi yerdə bir məzar var. 

925-ci ildə [=1519] gəlib Çağan sarayı alanda ziyarət etmişdim. 

Portağal, turunc və düyü çox olur. Qüvvətli şərabları da Kafiristandan 

gətirirlər. 

Buradakı  əhali  qəribə bir şey  danışır, inanılmaz  kimidir, lakin bu xə-

bəri dəfələrlə eşitdim. Bu tümənin aşağı qisminə Ləmətə-Öz deyirlər və ora-

dan  aşağıda  olan  yerlər  Dəreyi-Nura  və  Ətərə  tabedir.  Bu  hadisə  Ləmətə 

kəndinin  yuxarısına,  Künər,  Nurgil,  Bəcur,  Səvad  və  civarındakı  bütün  bu 


BABURNAMƏ 

 

149 



Kuhistana yayılmışdır: ölən hər qadını bir xərəyə qoyub dörd tərəfindən tu-

taraq yuxarı qaldırırlar. Əgər qadın pis işlər görmüşsə, onu qaldıranları o qə-

dər sarsır ki, bütün səylərə baxmayaraq ölü xərəkdən yerə düşür. Əgər pislik 

etməmişsə, tərpənmir. Bunu yalnız oranın əhalisi deyil, Bəcur, Səvad və bü-

tün Kuhistan əhalisi birağızdan (l 34 b) söyləyirdi. 

Heydər Əli Bəcuri Bəcur sultanıydı və o vilayətdə çox yaxşı qayda ya-

ratmışdı. Anası öləndə ağlamamış, matəm tutmamış, qaralar geyməmiş, «Ge-

din, xərəyə qoyun, qımıldamasa yandıracağam» demişdir. Xərəyə qoyurlar və 

ölüdə belə bir hərəkət görünür. Bunu eşidincə, qaralar geyib matəm tutur. 

Bölüklərdən  biri  Çağan  saraydır.  Kafiristanın  başlanğıcında  kiçık  bir 

kənddir.  Əhalisi  kafirlərlə  qarışıq  olduğu  üçün  müsəlman  olduqları  halda 

kafir  adətlərinə  uyurlar.  Çağan  saray  çayı  deyə  məşhur  olan  böyük  irmaq 

Çağan sarayın şimal tərəfindən və Bəcurun arxasından axır. Qərb tərəfindən 

Pih adlı daha kiçık bir çay Kafiristandan gəlib bu çayla birləşir. 

Çağan  sarayın  sarımtıraq  və  qüvvətli  şərabları  var,  lakin  Dəreyi-Nur 

şərabıyla əsla müqayisə oluna bilməz. Oranın üzümü və bağı yoxdur, suyun 

üst  tərəfindəki  Kafiristan  ilə  Pih  Kafiristanından  gətirirlər.  Mən  Çağan  sa-

rayı alanda [=1514/5] Pih kafirləri bu xalqa yardım üçün gəlmişdilər. Şərab 

o tərəfdə o qədər yayılmışdır ki, hər kafirin boynunda bir tuluq şərab olur və 

su yerinə şərab içirlər. 

Kamə ayrı bir yer olmayıb Nigənxara tabe olsa da, oraya da bölük de-

yirlər. 


Tümənlərdən  biri  (135  a)  Nicrav  tümənidir.  Kabilin  şimal-şərqində 

Kuhistanda yerləşir. Arxasındakı dağların hamısı Kafiristandır. Uzaq bir gu-

şədir.  Üzüm  və  meyvəsi  fövqəladə  çox,  şərabı  da  bol  olur.  Ancaq  şərabı 

qaynadırlar.  Qışda  çox toyuq bəsləyirlər. Əhalisi  əyyaş, namaz  qılmaz, Al-

lahdan qorxmaz və kafirə bənzər bir xalqdır. 

Dağlarında şam, palıd və saqqız ağacı çoxdur. Çam, çilgüzə və palıd 

ağacları oradan aşağıda da bitir, lakin Nicravdan yuxarıda heç bitmir. Bun-

lar  Hindistan  ağaclarındandır.  Bu  Kuhistan  xalqının  çırağı  çilgüzə  ağacın-

dandır və şam kimi yanır. Bu çox qəribədir. 

Nicrav dağlarında rübeyi-pəran olur. Rübeyi-pəran bir heyvandır, sin-

cabdan bir az böyükdür və iki qoluyla iki budunun arası yarasa qanadı kimi 

pərdəlidir. Hər zaman tutub gətirirdilər. Deyirlər ki, ağacdan-ağaca, aşağıya 

doğru bir ox atımı qədər uçur. Mən özüm uçduğunu görməmişdim. Bir ağa-

ca qoyduq və dərhal dırmanaraq çıxdı. Oradan qovladılar və qanadını açaraq 

uçan kimi elədi, lakin ehmalca yerə düşdü.  

Bu dağlarda luçə quşu da olur. Bu quşa buqələmun deyirlər, başından 

quyruğuna qədər beş-altı fərqli rəngi var və boynu göyərçin boynu kimi par-

laqdır. Böyüklüyü cins kəklik qədərdir. Bu, hər halda, Hindistanın cins kək-

liyi olmalıdır. Onun haqqında bölgə əhalisi qəribə şeylər söylədi: qış gəlincə 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



150 

dağın  ətəklərinə  enərək  uçursalar  belə  (135  b)  üzüm  bağından  o  yana  uça 

bilməz, sonra onları təkrar tutarmışlar. 

Nicravda  müşk  siçanı  deyilərn  bir  siçan  varmış,  ondan  müşk  qoxusu 

gəlirmiş. Özüm şəxsən görmədim. 

Tümənlərdən biri Pənchir tümənidir və Pənchir yolu üzərində yerləşir. 

Kafiristan ona çox yaxındır. Yolkəsən kafirlərin yolu Pənchir üzərindəndir. 

Kafirlərə  yaxın  olduğu  üçün  bu  tüməndən  də  vergi  alırlar.  Mən  gəlib  Hin-

distanı fəth etəndə [=1526] kafirlər də gəlib Pənchirdə bir çox adamı öldürə-

rək hər yanı dağıtmışdılar. 

Tümənlərdən biri Gur-Bənd tümənidir. O vilayətlərdə keçidə bənd de-

yirlər.  Gür  tərəfinə  bu  keçiddən  gedirlər  və  hər  halda  buna  görə  ona  Gur-

Bənd  demişlər.  Dərə  başlarını  həzarələr  işgal  etmişdilər.  Bir  neçə  kənddən 

ibarət və məhsulu az bir yerdir. Gur-Bənd dağlarında gümüş və lacivərd mə-

dənləri olduğunu söyləyirlər. 

Dağ ətəyində  yerləşən kəndlər başda Mitə-Kəcə və Pərvan ilə axırda 

Dürnamə  olmaq  üzərə  on  iki-on  üç  kənddən  ibarətdir.  Meyvəsi  bol  olan 

kəndlərdir  və  şərabları  da  digər  yerlərinkinə  nisbətən  daha  qüvvətlidir.  Bu 

kəndlərin  hamısı  dağlarda  və  dağ  ətəklərində  yerləşdikləri  üçün  vergilərini 

ödəyirlər, lakin xəraca bağlı deyillər. Bu kəndlərin aşağısında dağ ətəyində 

və dağ ilə Baran çayı arasında Kürreyi-Taziyan və Dəşti-Şeyx dedikləri iki 

düz ovalıq var. Yayda çikin-tala

1

 otu (136 a) fövqəladə yaxşı olur. Aymaq-



lar və türklər yayda buraya gəlirlər. 

Bu  dağ  ətəyində  rəngbərəng  hər  cür  lalə  var.  Bir  dəfə  saydırdım  və 

otuz iki-otuz üç növ nadir lalə çıxdı. Bu lalələrin bir növündən bir az qırmızı 

gül qoxusu gəlir, ona laleyi-gülbuy adını verdik. O, Dəşti-Şeyxdə də müəy-

yən bir yerdə olur, başqa yerdə olmur. Eyni dağın ətəyində və Pərvanın bir 

az aşağısında sədbərg (yüz yarpaq) lalə olur. O da yalnız müəyyən bir yerdə, 

Gur-Bənd boğazının sonunda yetişir.  

Bu iki ovanın arasında kiçık bir dağ var. Bu dağda və dağın başından 

ətəyinə qədər Xoca-Rigi-Rəvan deyilən qumlu bir sahə var. Bu qumluqdan 

yayda nağara və davul səsləri gəldiyini söyləyirlər. 

Bunlardan başqa, Kabilə bağlı olan daha bir çox kənd vardır. Kabilin 

cənub-qərbində və ondan üç şeri məsafədə hər zaman qarla örtülü böyük bir 

dağ vardır;  bir  ilin  kari ikinci  ilin  qarına  qədər qalır və nadir illərdə qar  o 

biri qara çatmır. Kabil buzçularının buzları qurtaranda bu dağdan qar gəti-

rərək buzlu su düzəldib içirlər. Bu dağ ilə Bamyan dağı sarp dağlardır. Hər-

mənd, Sind,  Duqabə və Bəlxab çayları  öz mənbəyini  bu dağdan  alır ki, bir 

gündə dörd çayın dördünün də suyundan içmək mümkündür. 

Oradakı  kəndlərin  çoxu  bu  dağın  ətəyində  yerləşir.  Bağların  üzümü 

çox və hər növ meyvəsi bol olur. Bu kəndlərin arasında İstalif və Əstərqaça 

                                                           

1

 Çikin-tala otu: heyvanlara yedirilən bir ot növü.  



BABURNAMƏ 

 

151 



bənzəyən başqa kənd yoxdur. Uluğ bəy Mirzə bu kəndlərə (136 b) Xorasan 

və Səmərqənd deyirmiş. 

Ləmqan  da  bu  kəndlərin  arasındadır.  Djğrudur,  üzümü  və  meyvəsi  o 

kəndlərinki  qədər  deyil,  lakin  havası  onlarla  əsla  müqayisə  edilə  bilməz. 

Ləmqan dağı qarlı dağdır. 

İstafil kimi bir kəndə hər yerdə rast gəlmək mümkün deyil. Kəndin için-

dən böyük bir çay axır və çayın hər iki tərəfi bağdır. Yaşıl və olduqca səfalı 

bağları var. Suyu soyuqdur, buzlu suya ehtiyac yoxdur; əksərən şəffafdır. Bu 

kənddə  Uluğ  bəy  Mirzənin  sahibindən  zorla  aldığı  Baği-Kəlan  adlı  bir  bağı 

var.  Mən  sahiblərindən  satın  aldım.  Bağın  dışında  böyük  çinarlar  var, 

çinarların altı yaşıl, kölgəli və səfalı bir yerdir. Bağın ortasından bir dəyirman 

işlədə biləcək qədər su heç dayanmadan axır. Bu suyun sahilində çinarlar və 

digər  ağaclar  bitir.  Bu  arx  əvvəllər  əyri-üyrü  və  düzənsizdi,  amma  mənim 

əmrimlə doğru-düzgün bir şəkildə qazdılar, fövqəladə gözəl bir yer oldu. 

Bu kəndlərin bir az aşağısında və ovadan yuxarıya doğru bir və ya bir 

yarım küruh məsafədəki dağ ətəyində Xoca-Seyaran dedikləri bir çeşmə var.  

Bu çeşmədə və çeşmənin ətrafında üç cür ağac əkilmişdir. Çeşmənin 

ortasında xeyli çinar ağacı və onların lətif kölgəsi var. Çeşmənin iki tərəfin-

də dağ ətəyindəki təpələrdə çoxlu palıd ağacı var. Bu (137a) iki palıdlıq is-

tisna olmaqla Kabilin qərb tərəfindəki dağlarda heç palıd ağacı bitmir. Çeş-

mənin qabağındakı ova tərəfində isə böyük bir ərğuvan qoruğu var, bu vila-

yətdə oradan başqa heç bir ərğuvan qoruğu yoxdur. 

Bu üç ağacın üç müqəddəsin kəraməti olduğunu deyirlər, seyaran [se 

yaran, üç yaran] adının verilməsinin səbəbi də bu imiş. Mən də bu çeşmənin 

ətrafını  daşla  hördürdüm,  çeşməni  kirəc  və  gipslə  suvadaraq  böyük  hovuz 

düzəltdirdim. Çeşmənin ətrafı çox gözəl oldu. Hər tərəfi ərğuvan qoruğuna 

baxır. Ərğuvan gül açan günlərdə belə bir yer dünyada tapılmaz. Sarı ərğu-

vanı da çox olur. Sarı ərğuvan ilə qırmızı ərğuvan dağ ətəyində birdən açılır. 

Bu çeşmənin cənub-qərbində bir dəyirman işlədə biləcək çayın yarısı 

qədər su fasiləsiz olaraq axır. Mən bir arx açdırıb bu suyu Seyaranın cənub-

qərbindəki təpənin üstünə gətirtdim. Təpənin üstünə böyük yuvarlaq bir taxt 

düzəltdirdim. Onun ətrafına başdan-başa söyüd əkdirdim, çox gözəl bir yer 

oldu.Bu taxtın bir az yuxarısına, təpənin yanında bir də üzüm bağı saldırdım. 

Bu arxın tarixi «cuyi-xoş»

1

  şəklində zəbt edildi. 

Tümənlərdən biri də Ləhugər tümənidir. Ən böyük kəndi Çərx kəndi-

dir. Molla Yaqub həzrətləri bu kənddəndir, Mollazadə Molla Osman da (137 

b)  çərxlidir.  Secavənd  də  Ləhugərin  kəndlərindən  biridir.  Xoca  Əhməd  ilə 

Xoca  Yunus  Secavənd  kəndindəndir.  Çərxin  bağları  çoxdur.  Ləhugərin  di-

gər  kəndlərində  bağ  olmur.  Ləhugərin  əhalisinə  əfqan-şal  deyirlər.  Bu  ad 

Kabildə  çox  yayılmışdır. Hər halda, bunun doğrusu  əfqan-şiardır ki,  sonra-

                                                           

1

 Cuyi-xoş: hərflərin cəmi əbcəd hesabı ilə 926 edir. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



152 

dan əfqan-şal demişlər.  

Biri Qəznə vilayətidir. Bəziləri ona tümən də deyirlər. Səbük-Təkin ilə 

[Hindistan  fatihi]  Sultan  Mahmudun  [Qəznəvi]  və  oğlunun  paytaxtı  Qəznə 

imiş. Bəziləri Gəznin deyə də yazmışlar. Sultan Şəhabəddin Qurinin də pay-

taxtı ora imiş. Bu Sultan Şəhabəddini [Quri] Təbəqati-Nasiridə və bəzi hind 

tarixlərində Müizzəddin kimi yazmışlar. 

Qəznə üçüncü iqlimdədir. Ona Zabil də deyirlər. Zabilistan bu vilayət-

dən ibarətdir. Bəziləri Qəndəharı da Zabilistana daxil edirlər. Kabildən qər-

bə doğru on dörd ağac məsafədədir. Bu yolu gedənlər dan ağararkən Qəznə-

dən hərəkət edib iki namaz arasında və ya ikindi namazı vaxtında Kabilə ça-

tır. Adinapur isə on üç ağac məsafədədir, lakin yolunun pis olması üzündən 

oraya heç bir vaxt bir gün ərzində gedib çata bilməmişlər. 

Kiçık bir vilayətdir. Çayının dörd-beş dəyirman işlədəcək qədər suyu 

var.  Qəznə  şəhəri  və  dörd-beş  kəndi  bu  suyla,  dörd-beş  kəndi  də  kəhrizlə 

suvarılır.  Qəznənin  üzümü  Kabilinkindən  daha  yaxşıdır.  Qovunu  da  Kabil 

qovunundan daha yaxşıdır. Alması da yaxşı (138 a) olur, onu Hindistana ix-

rac edirlər. Taxılı fövqəladə əziyyətlə becərilir, əkdikləri hər sahənin üstünü 

hər il bütüblüklə  yeni torpaqla örtürlər. Lakin oranın əkininin məhsulu Ka-

bilinkindən  daha  artıqdır.  Boyaqotu  əkir  və  Hindistanın  hər  tərəfinə  ixrac 

edirlər. Bu əhalinin ən yaxşı məhsulu boyaqotudur. 

Köçəriləri  həzarələr  və  əgqanlardır.  Qəznə  Kabilə  nisbətən  daima 

ucuzdur.  Əhalisi  hənəfi  məzhəbli,  təmiz  etiqadlı  və  müsəlman  bir  xalqdır. 

Üç ay oruç tutanları çoxdur. Ailə və qadınları çox mühafizəkar və qapalıdır. 

Molla Əbdürrəhman Qəznənin ən böyük adamlarındandır. Alim adam-

dı  və  daima  dərs  verirdi.  Fövqəladə  dindar,  Allahdan  qorxan  və  pəhrizkar 

bir adamdı. Nasir Mirzə ölən il [=1515] vəfat etdi. 

Sultan Mahmudun qəbri Qəznə civarındakı məhəllələrin birindədir və 

sultanın qəbri orada olduğu üçün buraya rövzə deyirlər. Qəznənin yaxşı üzü-

mü  rövzədə  yetişir.  Oğulları  Sultan  Məsud  ilə  Sultan  İbrahimin  qəbri  də 

Qəznədədir. Belə mübarək məzarlar Qəznədə çoxdur. 

Kabil və Qəznəni zəbt etdiyim il [=1505] Kühət, Bennu ovası və Əf-

qanıstanı yağmalayıb bir çox insan öldürdükdən sonra Düki üzərindən keçib 

Abi-İstadənin sahili ilə Qəznəyə gəldim. Qəznə kəndlərinin birində bir mə-

zar olduğunu və salavat oxuyunca  yırğalandığını söylədilər. Gedib gördüm 

və  qəbrin  yırğalandığı  (138  b)  hiss  edildi.  Sonra  anlaşıldı  ki,  bu,  mücavir-

lərin  bir  hiyləsi  imiş.  Onlar  qəbrin  üstünə  tavan  kimi  bir  şey  düzəltmişlər. 

Ona toxunanda o, yırğalanır və bu zaman adamda qəbr hərəkət edirmiş hissi 

oyanır. Necə ki, gəmiyə heç minməmiş bir adam gəmiyə minincə sahilin hə-

rəkət etdiyini hissinə qapılır. Mücavirlərin qəbrdən uzaq durmalarını əmr et-

dim. Bir neçə salavat  oxudular, lakin  qəbrdə  heç bir hərəkət  hiss  edilmədi. 

Tavanı  söküb  qəbrin  üstünə  künbəz  tikilməsini  əmr  etdim.  Mücavirlərə  isə 



BABURNAMƏ 

 

153 



təhdidlə bir də belə hərəkət etmələri qadağan edildi. 

Qəznə çox əhəmiyyətsiz bir yerdir. Hindistan və Xorasanı öz hakimiy-

yəti altına alan padşahların, ələlxüsus xorasanlıların belə həqir bir yeri necə 

paytaxt elədiklərinə heyrət etməmək olmur. 

Sultan  (Mahmud)  zamanında  [=998-1030]  Qəznənin  üç-dörd  bəndi 

varmış.  Bəndlərdən  biri  Qəznə  çayında,  Qəznədən  şimala  doğru  üç  ağac 

məsafədə və suyun yuxarı tərəfindədir. Burada Sultan (Mahmud) böyük bir 

bənd tikdirmişdir. bu bəndin yüksəkliyi qırx-əlli kari, uzunluğu isə təxminən 

üç yüz kari qədərdir. Suyu oraya toplayıb ehtiyaca görə əkinlərə verirlərmiş. 

Əlaəddin Cahansuz Guri bu vilayətə müsəllət olanda bəndi dağıtmış,  sulta-

nın övladlarından çoxunun qəbirlərini də təxrib etmiş, Qəznə şəhərini yax-

mış, əhalisini öldürüb mallarını yağmalamış, qətliamın və dağıntının (139 a) 

ardından geridə görünəcək heç bir şey qoymamışdır. Bax, bu bənd də o za-

mandan bəri xarabdır. Hindistanı fəth etdiyim il  bu bəndi təmir etmək üçün 

Xoca Kəlan ilə pul göndərdim. Allahın inayətiylə bu bəndin təkrar inşa edi-

ləcəyinə ümid vardır. 

Bəndlərdən biri də Sixandır. Qəznənin şərqində və ondan iki-üç ağac 

məsafədə olan bu bənd də o zamandan bəri xarabdır. Təmir ediləcək vəziy-

yətdə deyil. Bəndlərdən digəri də Sərdihə bəndidir ki, bu bənd abaddır. 

Kitablarda yazıldığına görə, Qəznədə bir çeşmə varmış və bu çeşməyə 

zibil atsalar, o zaman dalğa, daşqın, yağmur və boran olarmış. Bir tarix kita-

bında  yazıldığına  görə,  hind  padşahlarından  biri  [Sultan  Mahmudun  atası] 

Səbük-Təkini  Qəznədə  mühasirəyə  alanda  Səbük-Təkinin  əmriylə  bu  çeş-

məyə zibal atılır, dalğa, daşqın, yağmur və boran olur və bu şəkildə düşməni 

dəf edir. Mən Qəznədə nə qədər araşdırdımsa da, heç kim bu çeşmənin yeri 

haqqında məlumat verə bilmədi. 

İraqeyn  və  Azərbaycanda  Sultaniyə  ilə  Təbriz  soyuqluğu  ilə  məşhur 

olduğu kimi, bu vilayətlər arasında da Qəznə ilə Xarəzm soyuqluğu ilə məş-

hurdur. 

Tümənlərdən biri də Zürmət tümənidir; Kabilin cənubunda, Qəznənin 

cənub-şərqindədir.  Kabildən  on  iki-on  üç,  Qəznədən  isə  yeddi-səkkiz  ağac 

məsafədədir və səkkiz kənddən ibarətdir. Vilayət mərkəzi  Gərdizdir. Gərdiz 

kurqanının içindəki evlər əksərən üç və ya dörd qatlıdır. (139 b) Gərdiz ol-

duqca  möhkəm  bir  yerdir.  Bu  şəhər  Nasir  Mirzə  ilə  düşmən  olub  Mirzəyə 

xeyli problem yaratmışdı. 

Zürmət əhalisi əfqan-şaldır, onlar əkinçilik və kənd təsərrüfatı ilə məş-

ğul olurlar. Ağacları, bağ və bağçaları yoxdur. 

Bu tümənin cənubunda Bərəkistan dedikləri bir dağ, onun ətəyində də 

yüksək bir yerdə bir çeşmə var. Şeyx Məhəmməd Müsəlmanın qəbri burada-

dır. 


Tümənlərdən biri də Fərmül tümənidir. Önəmsiz bir yerdir. Alması pis 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



154 

deyildir, Multana və Hindistana ixrac edilir. Hindistanda əfqanlar zamanın-

da  etibar  görən  Şeyx  Məhəmməd  Müsəlmanın  övladları  olan  Şeyxzadələr 

Fərmüldəndir. 

Tümənlərdən biri də Bəngəş tümənidir. Hər tərəfi yolkəsən əfqanlarla 

doludur. Hugiyani, xırılcı, turi və ləndər qəbilələri kənarda yaşadıqları üçün 

vergilərini könüllü verməzlər. Qəndəhar, Bəlx, Bədəxşan və Hindistanın fət-

hi kimi böyük işlər araya girdiyindən Bəngəşin zəbti üçün fürsətim olmadı. 

Allah rast gətirsə və fürsət versə, Bəngəşin yolkəsənləri ilə və şəhərin zəbti 

ilə uğraşmaya qərar verdim. 

Kabilin bölüklərindən biri də Ala say bölüyüdür; Nicravdan iki-üç şeri 

qədər məsafədədir. Şərqə doğru Nicrav tərəfindən yol dümdüz gəlir və Kürə 

deyilən yerə çatar-çatmaz Ala saya doğru bir az kiçık bir keçid enir. Bu tə-

rəfin  isti  iqlimiylə  soyuq  iqliminin  ayrıldığı  yer  Kürə  keçididir.  Bu  Kürə 

keçidi ilkbaharda quşların keçdiyi bir yerdir. Nicrava tabe olan Piçgan əhali-

si bu keçiddə çox (140 a) quş tutur. Keçidin sonunda hər yerə daş sığınaqlar 

tikmişlər. Quş tutan adamlar bu sığınaqlarda oturub torun bir ucunu beş-altı 

kari qədər uzaq bir yerə bağlayır və bir tərəfini yerə daşla bərkidir, digər tə-

rəfinə də torun yarısına qədər uzaqda və üç-dörd kari uzunluğunda bir ağac 

bağlayırlar. Ağacın bir ucunu sığınaqda oturan adam əlində tutur və sığına-

ğın dəliklərindən bayırı müşahidə edir. Quşlar yaxınlaşınca toru dərhal yu-

xarı qaldırır və  quşlar hamısı  tora düşürlər. Bu  şəkildə  o qədər çox quş  tu-

turlar ki, kəsməyə vaxt tapmırlar. 

O  vilayətdə  Ala  sayın  narından  daha  yaxşı  nar  tapılmaz  və  bu  narı 

Hindistanın hər tərəfinə ixrac edirlər. Üzümü də pis deyil. Ala sayın şərab-

ları Nicrav şərablarına görə daha qüvvətli, rəngi də daha gözəldir. 

Bölüklərdən biri də Bedrav bölüyüdür və Ala sayın yanındadır. Bura-

da  meyvə  olmur.  Əhalisi  kafirdir  və  əkin-biçinlə  məşğul  olur.  Xorasan  və 

Səmərqəndin köçəriləri türklər və aymaqlar olduğu kimi, bu vilayətin köçə-

riləri  də  həzarələr  və  əfqanlardır.  Həzarələr  arasında  ən  çoxsaylısı  Sultan 

Məsudi həzarəsi, əfqanlar arasında isə məhmənd əfqanlarıdır. 

Kabilin gəliri torpaq, gömrük və köçərilərdən alman vergilərlə birlik-

də səkkiz lek

1

 şahruxi



2

 tutdu. (140 b) 

Kabil  vilayətinin  şərq  tərəfindəki  dağları  iki,  qərb  tərəfindəki  dağları 

da iki cürdür. Əndərab, Hast və Bədəxşan dağları başdan-başa arçan ilə ör-

tülü, bol sulu və yumşaq təpəli dağlardır. 

Dağ, təpə və dərələrinin otu birbirinin eynidir və yaxşıdır. Çox yerində 

bütəkə otu bitir və ata fövqəladə  yaxşı gəlir. Əndican vilayətində də bu ota 

bütəkə deyirlər, lakin nə üçün elə deyildiyi bilinmir. Bu vilayətlərdə anlaşıl-

dı ki, bu ot dəmət-dəmət çıxdığı üçün bütəkə deyirlər. Hisar, Xutlan, Səmər-

                                                           

1

 Lek: 100.000-ə uyğun gələn bir rəqəm. 



2

 Şahruxi: qızıl ölçüdür, 1 şahruxi = 4.5 qızıl quruş.  



BABURNAMƏ 

 

155 



qənd,  Fərqanə  və  Moğolistan  yaylalarının  hamısı  bu  cür  yaylalardır.  Gərçi 

Fərqanə ilə Moğolistan yaylaları bu yaylalarla müqayisə edilə bilməz, lakin 

bunlara bənzər dağ və yaylalardır. 

Nicrav, Ləmqanat, Bəcur və Sevad dağları isə sıx şam, çilgüzə, palıd, 

zeytun və saqqız ağaclarıyla örtülüdür. Otu digər dağların otuna bənzəməz; 

çox və yüksək olmasına baxmayaraq işə yaramır, ata və qoyuna xoş gəlmir. 

Düzdür, o dağlar qədər yüksək deyillər və  gözə kiçık görünürlər, lakin çox 

sarp dağlardır. Düz təpələrmiş kimi görünürlər, lakin bütün təpə və dağları 

sarpdır, daşlıdır və  hər  yerindən  atla keçilməz. Bu dağlarda Hindistan quş-

ları və heyvanları (141 a) lap çox olur. Tutuquşu, şarək, tovuz, lucə (nuha), 

meymun, nilqav, qısaayaq maral və bunlardan başqa da növ-növ elə quş və 

heyvanlar var ki, Hindistanda belə bu heyvanlar haqda heç nə eşitməmişlər. 

Qərb  tərəfindəki  dağlardan  Dəreyi-Zindan,  Dəreyi-Suf,  Gürzüvan  və 

Garcistan dağları da bu cür dağlardır. Otlaqları əksərən dərələrindədir. Dağ 

və təpələrdə, o dağlardakı kimi hər yerdə ot olmaz, o qədər bol ağacı və ar-

çanı  da  yoxdur,  lakin  otu  ata  və  qoyuna  yaxşı  gəlir.  Bu  dağların  üstü  hər 

yerdə at çapacaq qədər düzdür. Əkin  yerləri də orada  yerləşir. Bu dağlarda 

geyik  çoxdur. Yalnız suları  sarp dərələrdədir. Çox  yeri  qayalıqdır,  hər  yer-

dən enmək mümkün deyil. Qəribədir ki, bütün dağların sarp yerləri yüksək-

liklərdə olduğu halda, bu dağların sarp yerləri aşağı tərəflərindədir. 

Gür, Gəzyu və Həzarə dağları da buna bənzər dağlardır. Otlaqları də-

rələrdədir, dağlarında ağacı azdır, arçan ağacı heç bitməz. Otu ata və qoyuna 

yaxşı gəlir. Geyiyi boldur. Yuxarıda sözü edilən dağların sarp yerləri aşağı 

tərəflərində yerləşir, bu dağlarsa elə deyildir. 

Xoca İsmail, Dəşt, Düki və Əfqanistan dağları bu cür dağlardır. Ümu-

mən alçaq, otu az, suyu az, ağacsız, görünüşü çirkin və şoran (141 b) dağlar-

dır. Dağları əhalisinə uyğundur. Necə ki,  «dəng olmayan tuş olmaz» demiş-

lər. Dünyada belə şoran dağlar az tapılar. 

Düzdür, Kabildə qışda qar çox yağır, lakin yaxşı odunları var və yaxı-

nındadır. Bir gündə gedib gətirilə bilər. Odunları saqqız ağacı, palıd, acıba-

dam  və  kərkənddir.  Bunların  ən  yaxşısı  saqqız  ağacıdır,  parlayaraq  yanır, 

tüstüsünün iyi yaxşı olur, istiliyi davamlıdır, hətta yaşı da yanır. 

Palıd da yaxşı odundur. Düzdür, bir az yavaş yanır, lakin yaxşı yanır 

və istisi davamlıdır. Palıd ağacının qəribə bir özəlliyi var, yaşıl yarpaqlı bu-

daqlarına od vurulsa, qəribə bir çıtırtı ilə yanır. Bir ucundan o biri ucuna qə-

dər çıtırdayaraq birdən yanır. Bu ağacın yanması çox gözəl bir əyləncədir. 

Acıbadam hamısından daha artıqdır və daha çox yayılmışdır. 

Kərkənd bir tür qısatikanlı çalıdır. Yaşı da, qurusu da eyni şəkildə ya-

nır, bütün Qəznə əhalisinin odunu budur. 

Kabil vilayəti dağların arasındadır.Yonca sıraları kimi dağlar var, dağ-

ların arasında düz dərələr yerləşir və məmur yerləri bu aralıqlardadır. Geyiyi 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



156 

və ovu çox deyildir. Yaz və payız mövsümlərində qızıl geyik, yəni arxarqul-

çanın qışlaq və yaylağa keçərkən izlədiyi müəyyən boğazlar var. Köpəkləri 

və quşları olan həvəsli igidlər bu boğazları (142 a) tutaraq geyik ovlayırlar. 

Xurd-Kabil və  Sürxab tərəflərində  qulan  da olur.  Lakin  ağ  geyik heç 

olmaz. Qəznənin isə ağ geyiyi və qulanı var. Qəznənin ağ geyiyi qədər kök 

geyik az yerdə tapılar. 

Yazda  Kabilin  quş  ovlayacaq  yeri  çoxdur.  Quşların  keçdiyi  əsas  yer 

Baran sahilidir. Çünki Kabilin şərq və qərb tərəfi dağlıqdır, Baran sahilinin 

qarşısı yalnızca böyük Hinduquş keçididir və bundan başqa bir keçid yoxdur, 

bu üzdən bütün quşlar buradan keçir. Külək və ya Hinduquş keçidi üzərində 

bir az bulud olsa, quşlar keçə bilmir və hamısı Baran ovasına enir. Bax o za-

man  civardakı  əhali  çox  quş  tutur.  Baran  sahilində  qışın  sonlarında  ördək 

çox, həm də fövqəladə kök olur. Ondan başqa, durna, qarqara və digər bö-

yük quşlar saysız-hesabsızdır. 

Baran sahilində  ip  ataraq çox  durna tuturlar.  Leylək,  qızılqaz və  dur-

naları  iplə  tuturlar. Bu şəkildə  quş  tutmaq buraya məxsusdur. Bu ovun  təf-

silatı belədir: bir ox atımı uzunluğunda incə bir ipi bükürlər. Bu ipin bir ucu-

na ox, o biri ucuna da budaqdan düzəldilmiş bir halqa bağlayırlar. Bilək yo-

ğunluğunda (142 b) və bir qarış uzunluğunda bir ağac alırlar. Bu ipi sonuna 

qədər oxun bağlı olan ucundan başlayaraq bu ağaca sarıyırlar. İp bu şəkildə 

tamamilə sarıldıqdan sonra halqanı bağlayırlar. Ondan sonra bilək yoğunlu-

ğunda olan bu ağacı ipin içindən çəkirlər. İp sarılmış bir biçimdə və içi boş 

olaraq qalır. Halqanı ələ alıb gəlməkdə olan quşun önünə oxu atırlar. Qana-

dına və ya boynuna toxunanda, quş ipə sarılaraq düşür. Bütün Baran əhalisi 

bu üsulla çoxlu quş tutur. 

Lakin bu quş ovu olduqca əziyyətli bir işdir. Bunun üçün yağmurlu və 

qaranlıq  gecələr  lazımdır.  Belə  gecələrdə  quşlar  yırtıcı  heyvanlar  üzündən 

sabaha  qədər  durub-dincəlmədən  və  eyni  zamanda  çox  alçaqdan  uçurlar. 

Qaranlıq gecələrdə quşların yolu axan sudur, çünki su qaranlıqda bəyaz gö-

rünür. Qorxudan su üzərində yuxarı-aşağı sabaha qədər gedib-gəlirlər. Bax, 

ipi bu zaman atırlar. Mən də bir dəfə gecə ip atdım. İp qopdu və quş da ta-

pılmadı.  Ertəsi  sabah  quşu  qopmuş  iplə  birlikdə tapıb  gətirdilər.  Bu  üsulla 

Baran əhalisi çox quş tutur. 

Lələk  durnadan  əldə  edilir.  Kabildən  İraqa  və  Xorasana  ixrac  edilən 

maddələrdən biri də bu lələkdir. 

Əhalidən başqa, bir də ayrıca ovçular da vardır. Bunlar iki-üç yüz ailə 

qədərdir.  Teymur  bəyin  övladlarından  biri  bunları  Multan  civarından  (143 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin