a) də bəzi igidlərlə birlikdə onlara qarşı göndərildi. Bunlar gedib axınçıları
tar-mar edərək bir neçə baş kəsib gətirdilər.
Bu yurdda ikən Xosrov şahın cəbbəxanasındakı silahlar da paylandı.
Yeddi-səkkiz yüzə qədər zireh və yəhər vardı. Xosrov şahdan yalnız bunlar
qalmışdı. Bir xeyli də çini ələ keçdi. Bunlardan başqa, gözə dəyən bir şeyi
yox idi.
Xoca-Zeyddən qalxıb dörd-beş mənzildən sonra Gur-Bəndə gəldik.
Üşdür şəhərində dayananda eşitdik ki, [Zünnun bəy Arğunun oğlu] Müqi-
min ixtiyar bəyi olan Şikək Arğun bizdən bixəbər əsgərlə gəlib Baran çayı
sahilində dayanmışdır. O, Pənchir yoluyla Əbdürrəzzaq Mirzənin yanına
getmək istəyən adamları buraxmır. Mirzə o zaman Kabildən qaçaraq Ləm-
qan civarında tərkəlani əfqanlarının arasında idi. Bu xəbəri alınca günorta-
dan sonra qalxıb gecə boyu at sürürək sübh çağı Xubiyan keçidini aşdıq.
O günə qədər Süheyl ulduzunu heç görməmişdim. Keçidə çıxar-çıx-
maz, cənub tərəfdə bir az aşağıda parlaq bir ulduz göründü. «Bu, Süheyl ol-
masın» dedim. «Süheyldir» dedilər.
Baqi Çağanyani isə bu beyti oxudu:
Tu Süheyli ta koca tabiyu koca tuli şəvi,
Çeşmi tu bər hər ki, miəftad nişani-dövlət əst.
Sən Süheyl ulduzusan, harada parlayıb ışiq saçsan,
Gözün nəyə sataşsa, o, dövlət nişanıdır.
Günəş bir nizə boyu qədər yüksələndə Sincid dərəsinin ətəyinə endik.
Bizim irəli (125 b) gedən önçülərimiz və digər bəzi igidlər Qarabağın ətə-
yində Əyri-Yar civarında olan Şirkəklə qarşılaşan kimi dərhal savaşa gir-
mişlər. Şirək bir az müqavimət edən kimi olur, lakin önçülərimiz yaxınla-
şanda geri çəkilir. Şirkəki və yetmiş-səksən, ya da yüz yaxşı igidini yaxala-
yıb gətirdilər. Şirkənin qanını bağışlayıb özünü xidmətimizə aldıq.
Xosrov şah öz xalqının qayğısına qalmadan Kabilə getmək niyyətilə
Qunduzdan çıxanda ona tabe olan el və ulus beş-altı qismə ayrılmışdı.
Bədəxşandakıların bir qismi Şeydim Əli Dərbanın başçılığı altında
olub Rüstə həzarəsində idi. Onlar Pənchir yoluyla aşıb bu yurdda ikən gəlib
bizə qoşuldular.
Bir qismi isə Yusif Əyyubla Bəhlul Əyyubun başçılığı altında idi, on-
lar da bu yurdda gəlib bizim xidmətimizə girdilər.
Bir qismi isə kiçık qardaşı Vəlinin başçılığı altında Xutlanda və digəri
də İlancıq, Nəkdəri, Kakşal və Qunduz vilayətində yaşayan aymaqlardan
BABURNAMƏ
141
ibarət idi. Bunlar Əndərab və Sərab yoluyla gəlib Pənchiri aşmaq niyyətində
idilər. Aymaqlar daha öncə Səraba gəlmişdilər. Onların arxasından da Vəli
gəldi. Aymaqlar yolu tutub müharibədə onu məğlub etdilər. Vəli qaçıb öz-
bəklərə pənah apardı, Şeybani xan da Səmərqənd bazarında onun boynunu
vurdurdu. Digər nökərləri və adamları isə yağmalanmış bir vəziyyətdə ay-
maqlarla birlikdə bu yurdda bizə qulluğa gəldilər. Seyid Yusif Oğlaqçı da
(126 a) aymaqlarla birlikdə gəldi.
BABURUN KABĠLĠ ALMASI
Bu yurddan qalxıb Qarabağ yanındakı Ağsaray çaynıa endik. Xosrov
şahın adamları zülm və sərkəşliyə alışmış olduqları üçün əhaliyə zülm et-
məyə başladılar.
Axırda Şeydim Əli Dərbanın hörmətli bir adamını birinin bir çanaq
yağını zorla aldığı üçün qapıya gətirdib şallaqlatdırdım. Şallaq altında canı
çıxdı. Bu siyasətdən sonra hamısı yola gəldi.
Bu yurdda ikən Kabil üzərinə dərhal yürüyüb-yürüməyəcəyimiz mü-
zakirə edildi. Seyid Yusif [Oğlaqçı] və bəzilərinin fikri belə idi: qış yaxın-
laşmışdır, dərhal Ləmğana getməli və oradan vəziyyətə uyğun olaraq hərə-
kət edilməlidir. Baqi Çağanyani və digərləri isə Kabil üzərinə yürüməyi tək-
lif edirdilər. Axırda bu sonuncusuna qərar verildi və buradan qalxıb Aba qo-
ruğuna gəldik.
Biz burada ikən validəm xanım ilə Kahmərddə qalan uruğum
1
bir çox
çətinlik və təhlükələr keçirib gələrək bizə qoşuldu. Təfsilatı belədir: Şirim
Tağayi Xosrov şahı Xorasan tərəfə ötürdükdən sonra, gedib mənim uruğu-
mu gətirməli idi. Dəhanəyə çatanda Şirim iradəsini ititrir və Xosrov şahla
birlikdə Kahmərdə gedir. Xosrov şahın bacısı oğlu Əhməd Qasım burada
olurdu. Xosrov şah (126 b) Əhməd Qasımla sözü bir yerə qoyaraq mənim
uruğuma pislik etmək fikrinə düşürlər. Baqi Çağanyaninin bir çox moğol
xidmətçisi də uruğun yanında Kahmərddə idi. Bunlar gizlicə Şirimlə qərar-
laşdıraraq Xosrov şahla Əhməd Qasımı yaxalamaq istəyirlər. Xosrov şahla
Əhməd Qasım Əcər dərəsinin yanındakı yolla qaçıb Xorasana gedirlər. Mo-
ğolların bu tərəfgirlikdəki məqsədi özlərini onlardan ayırmaq imiş. Uruğun
yanında olanlar beləcə Xosrov şah təhlükəsindən qurtularaq Əcərdən çıxıb
Kahmərdə gələndə iskançı qəbiləsi üsyan edib yolu tutmuş və uruğun önəm-
li bir qisminı və Baqi bəyə mənsub el və ulusu yağma etmişdir. Qul-Bəya-
zidin oğlu Tizək hələ kiçık idi, orada ələ keçirildi və üç-dörd il sonra Kabil-
də bizə qoşuldu. Uruk yağmalandıqdan sonra bizim keçdiyimiz Qıpçaq yo-
lunu aşaraq Aba qoruğunda gəlib bizə qoşuldu. Oradan qalxıb bir mənzildən
sonra Çalaq çayırına endik.
1
Uruq: qohum, əqrəba, boy; ailə üzvləri.
Zəhirəddin Məhəmməd BABUR
142
Məsləhət-məşvərət edərək Kabili mühasirəyə almağa qərar verdik.
Mən bütün mərkəzi qüvvələrlə birlikdə Heydər Tağının bağı ilə Qul Bəya-
zid Bəkavulun məzarının arasına endim. Cahangir Mirzə sağ qol adamla-
rıyla bizim böyük çarbağa, Nasir Mirzə isə sol qol adamlarıyla Qutlu Qədə-
min məzarının arxasındakı çayıra endi. (127a)
Adamlarımız hər zaman gedib Müqim [Arğun] ilə danışırdılar. O da
bəzən üzr istəyir, bəzən də yumşaq sözlər söyləyirdi. Bizim Şirəki ələ keçir-
məyimizdən sonra atasına [Zünnun bəy Arğun] və böyük qardaşına [Şah Şü-
ca Arğun] adam göndərmiş, onlardan yardım gələcəyini ümid etdiyi üçün
işi uzadırdı.
Bir gün mərkəz, sağ və sol qollara zirehlərini geyib, atlara da zireh ör-
tüb həm öz silahlarını göstərmək və həm də içəridəki əhalini də bir az qor-
xutmaq üçün daha yaxına getmələri əmr edildi. Cahangir Mirzə sağ qolun
olduğu yerin qarşısından Küçə-bağ yolu ilə irəlilədi. Mərkəzin önündə su ol-
duğu üçün mən də mərkəzlə birlikdə Qutlu Qədəmin məzarı tərəfindən gəlib
irəlidə yerləşən ikinci təpənin üstünə çıxdım. Önçülər indi Qutlu Qədəmin
körpüsünün olduğu yerə doluşdular, o zamanlar bu körpü yox idi.
Qoçaq igidlər hiss etdirmədən dəriçilər qapısına qədər irəlilədi. İçəri-
dən çıxan bir dəstə adam savaşmadan qaçıb kurqana girdi. Ərkin divarının
dibi yüksək idi və Kabilin izdihamlı əhalisi də seyr etmək üçün oraya çıx-
mışdı. Əsgərin qaçmasıyla onlar da tez enib geri qayıtdılar.
Körpü ilə qapı arasındakı yüksək təpənin üzərinə və yolun ortasına
çoxlu çuxur qazıb (127 b) üstlərini örtmüşdülər. Sultanqulu Çanaq və bəzi
igidlər hücum edəndə oraya düşdülər. Sağ qol tərəfindən bir-iki igid Küçə-
bağ arasında, kurqandan çıxanlarlarla bir-iki dəfə qılıncla vuruşdular. Savaş
əmri verilməmiş olduğu üçün bu qədərlə kifayətlənərək geri döndülər.
Kurqanın içindəkilər möhkəm vahiməyə düşmüşdülər. Müqim bəyləri
vasitəçı edərək qulluğa gəlib Kabili təslim etmək istədi. Baqi Çağanyaninin
vasitəsilə gəlib sədaqətini bildirdi. Biz də inayət və şəfqət göstərib təlaş və
qorxunu ağlından çıxardıq. Ertəsi gün mövcud adamları, malı və əşyasıyla
çıxıb kurqanı təslim etməsi qərarlaşdırıldı.
Xosrov şaha mənsub olan adamlar sərkəşliyə və yağmacılığa alışmış
adamlar idi. Buna görə də Müqimi və Müqimə mənsub adamları mal və əş-
yasıyla birlikdə Kabildən çıxarmaq işi Cahangir Mirzə, Nasir Mirzə və digər
böyük bəylərlə içkilərə tapşırıldı. Müqimə yurd olaraq Tibəni göstərdik.
Sabah tezdən mirzələr və bəylər kurqanın qapılara gedib xalqın çox
həyəcanlı olduğunu görərək: «Siz gəlmədən bu xalqı heç kim dayandıra bil-
məz» deyə adam göndərdilər.
Axırda özüm getdim. Dörd-beş adamı oxla vurdurdum, bir-iki adamı
da (128 a) parçalatdırdım. İğtişaş yatdı. Müqim adamlarıyla birlikdə sağ-sa-
lim gedib Tibəyə çatdı.
BABURNAMƏ
143
Rəbiüləvvəl ayının sonlarında [=sentyabr] tanrı təalanın fəzl və kərəmi
ilə Kabil və Qəznə vilayətinin fəthi müharibə və mübarizə olmadan asanca
gerçəkləşdirildi.
KABĠL VĠLAYƏTĠNĠN TƏRĠFĠ
Kabil vilayəti dördüncü iqlimdədir və məmurənin ortasında yerləşir. Şər-
qi Ləmqanat, Pərşavər, Həşnəgar və digər hind vilayətləridir. Qərbi Kərnud və
Gurun yerləşdiyi dağlıq bölgədir. İndi həzarə və nəkdəri qövmlərinin sığınağı
və məskəni bu dağlardır. Şimalı Qunduz və Əndərab vilayətləridir, Hinduquş
dağı bunların ortasındadır. Cənubu Fərmül, Negar, Bennu və Əfqanıstandır.
Kiçık, lakin uzun bir vilayətdir. Şərqdən qərbə doğru uzanır. Ətrafı ta-
mamən dağlıqdır. Qalası dağa bitişikdir.
Qalanin cənub-qərbində bir az kiçık bir dağ var və dağın başında [şə-
hərin banisi] Şah Kabil bir saray tikdirdiyi üçün bu dağa Şah Kabil deyirlər.
Bu dağ Divrin boğazından başlayır və Dəh-Yaqub boğazında sona çatır. Ət-
rafında iki şeri qədər yer var və bu dağın ətəyi tamamən bağdır. Əmim Uluğ
bəy Mirzə zamanında Mirzənin atəkəsi Veys Atəkə bu dağın ətəyində bir
arx qazdırmışdır və ətəyindəki bütün bağlar bu arxla suvarılır.
Kanalın alt tərəfində Külkinə adlı bir məhəllə vardır, kimsəsiz bir yer-
dir. Orada bir çox dəfə ədəbsiz işlər görülmüşdür. Bəzən zarafatla (128 b)
Xoca Hafizin beytini dəyişdirərək belə oxuyurdular:
Ey xoş an vəqt ki, bepavi sər əyyami çənd,
Sakini Gülkinə budim be bədnami çənd.
Kəllə-mayallaq idik, necə xoş əyyam idi,
Gülkinədə oturan bir neçə bədnam idi.
Qalanın cənubunda və Şah Kabilin şərqində böyük bir göl var. Ətrafı
bir şeri qədərdir. Şah Kabil dağından Kabilə doğru üç kiçik çeşmə çıxır,
onlardan ikisi Gülkinə ətrafındadır. Bir çeşmənin başında Xoca-Şemu (Xoca
Əhməd Şəmsəddin Cambaz) adlı bir məzar və digərində də Xoca Xızırın
ayaq izi [qədəmgah] vardır. Bu iki yer Kabil əhalisinin gəzinti yeridir. Bir
çeşmə də Xoca Ruşənayi də dedikləri Xoca Əbdüssəmədin qarşısındadır.
Şah Kabil dağından Üqabeyn dedikləri bir çıxıntı ayrılmışdır. Ondan
başqa yenə kiçicik bir dağ var və Kabil qalasının ərki bu dağın üzərindədir.
Böyük kurqan ərkin şimal tərəfindədir. Bu ərk çox hündür və yaxşı havalı
bir yerdədir. Böyük bir göl ilə Siyah səng, Səng kurqan və Çalaq adlarını
daşıyan üç çayırın yanındadır. Hamısı də ayaq altındadır. Çayırlar yaşıllıq
zamanında fövqəladə gözəl görünür.
Kabildə yaz mövsümü gələndə pərvan yeli dedikləri bir şimal rüzgarı
sürəkli əsir. Ərkdə pəncərələri şimala açılan evlər fövqəladə havalıdır. Mol-
la Məhəmməd Təbib Müəmmai Kabil ərkini (129 a) təsvir edərkən, bir beyti
Zəhirəddin Məhəmməd BABUR
144
Bədiüzzaman Mirzə adına bağlayıb oxuyurdu:
Bixor dər ərki-Kabil mey, bigərdan kasə peydərpey,
Ki həm kuh əstü həm dərya, həm şəhr əstü həm səhra.
Kabil ərkində mey iç, durmadan peydərpey iç,
Çünki ora həm dağdır, həm dərya, həm şəhərdir, həm səhra.
Ərəblər ərəbdən başqa hamıya əcəm dediklər kimi, hindlilər də özlə-
rindən başqasına Xorasan deyirlər. Hindistan ilə Xorasan arasındakı yolun
üzərində iki ticarət mərkəzi var. Bunların biri Kabil, digəri isə Qəndəhardır.
Fərqanə, Türküstan, Səmərqənd, Buxara, Bəlx, Hisar və Bədəxşandan kar-
vanlar Kabilə gəlir; Xorasandan da Qəndəhara gedirlər. Hindistan ilə Xora-
san arasındakı yol bu vilayətdən keçir.
Fövqəladə yaxşı bir ticarət yeridir. Tüccarlar Çinə və ya Ruma getsə-
lər belə ancaq bu qədər ticarət edə bilərlər. Kabilə hər il yeddi-səkkiz və ya
on min at gəlir, aşağı Hindistandan da on-on beş və ya iyirmi min karvan
gəlir. Hindistandan ağ parça, şəkər, qənd və ədviyyat gətirirlər. Tüccarların
çoxu ona qarşı otuz, ya da qırx qazanca razı olmaz. Kabildə Xorasan, İraq,
Rum və Çin malları tapılır və bura Hindistanın əsil bazarıdır.
Kabilin isti və soyuq yerləri yaxındır. Kabildən bir gün yol getsən heç
bir zaman qar yağmayan bir yerə çatarsan, təxminən iki saatlıq yolda da kari
heç bir zaman əskik olmayan bir yerə getmək olar, yalnızca ara-sıra kari tam
əridəcək qədər isti yay gəlir. (129 b)
İsti və soyuq iqlimlərin meyvələri Kabilə bağlı olan yerlərə həm yaxın,
həm də çoxdur. Kabil və kəndlərində soyuq iqlim meyvələrindən üzüm, nar,
qaysı, alma, heyva, armud, şaftalı, ərik, innab, badam və qoz boldur. Mən
vişnə fidanı gətirib əkdirdim, yaxşı vişnələr yetişdi və ağaclar hələ böyüyür-
lər. İsti iqlim meyvələrindən portağal, turunc, əmlük
1
və şəkər qamışını
Ləmğandan gətirirlər. Şəkər qamışı gətirib əkdirmişdim. Çilgüzəni
2
Nicrav-
dan gətirirlər.
Kabilin ətrafındakı dağlıq bölgələrdən çox bal gəlir. Arı pətəkləri var.
Yalnız Qəznə tərəfindəki dağlardan bal gəlmir. Kabilin rivacı
3
yaxşıdır.
Heyvası ilə əriyi də pis deyil, badrəngi
4
də yaxşı olur.
Abi-əngur dedikləri bir tür üzüm vardır, çox yaxşı üzümdür və ondan
qüvvətli şərablar düzəldirlər. Xoca-Xavənd Səid dağının ətəkləri şərabının
sərtliyi ilə məşhurdur. Gərçi başqasını təqlidlə deyirlər ki:
Ləzzəti-mey məst danəd, huşyaran ra çe həzz.
Şərabın ləzzətini sərxoş bilər, ağlı başında olan ondan nə həzz alar.
1
Əmlük: Kabilin bir bölgəsində olub, digər yerlərdə olmayan bir meyvə. Türklər ona
"qara yemiş" deyirlər.
2
Çilgüzə: bir fıstıq növü.
3
Rivac: larivac da deyilir, köklərindən düzəldilən dərman müshilə yaxşı təsir edir.
4
Badrəng: limona bənzər yaşıl bir meyvədir. Böyük bir xiyar növünə də belə deyilir.
BABURNAMƏ
145
Taxılı yaxşı deyil. Əgər Xorasan toxumu olsa, o zaman ümumən pis
olmaz. Qovunu da yaxşı deyildir.
Fövqəladə gözəl bir havası var. Dünyada Kabil qədər havalı başqa bir
yer məlum deyil. Yayda gecələr rğansız yatmaq olmaz. Düzdür, qışda qar
çox olur, amma sərt şaxtası yoxdur. Səmərqənd və Təbriz də yaxşı havasıyla
(l 30 a) məşhurdur, amma oranın soyuğu sərtdir.
Şəhərin ətrafında dörd gözəl çayır var. Şimal-şərqində Sonaq-kurqan
çayırı var. Kabildən təxminən iki küruh uzaqdadır və yaxşı bir çayırdır, otu
ata yaxşı gəlir, milçəyi az olur. Şimal-qərbində Çalaq çayırı yerləşir. Kabil-
dən bir küruh uzaqda və geniş bir çayırdır, yayda miçəyi atı narahat edir.
Qərbində Divrin çayırı var. Bunlar eyni təpənin iki çayırıdır.
Bir də Quş-Nadir çayırı vardır və bu hesabla beş çayır olur. Bu son iki
çayır Kabildən bir şeri məsafədədir. Kiçık çayır olsalar da otu ata fövqəladə
yaxşı gəlir və miçəyi yoxdur, Kabil çayırları arasında bu çayırlar kimi çayır
yoxdur. Şərqində Siyah səng çayırı var. Dəriçirlər qapısıyla bu çayırın orta-
sında Qutlu Qədəmin məzarı yerləşir. Yayda miçəyi çox olduğu üçün bu
çayıra rəğbət azdır. Bir də bu çayıra bitişik Kəməri çayırı vardır ki, onunla
birlikdə Kabilin ətrafında altı çayır olur, lakin bunların dördü məşhurdur.
Kabil vilayəti qorunaqlı bir vilayətdir, düşmənin bu vilayətə girməsi
çətindir. Bəlx, Qunduz və Bədəxşan ilə Kabil arasında Hinduquş dağı yer-
ləşir. Bu dağ üzərindən yeddi yol aşır.
Bu yollardan üçü Pənchirdədir. Bir az yuxarıda Cavaq keçidi, ondan
bir az aşağıda Tul və ondan daha aşağıda Bazarək keçidləri vardır. Bu üç
keçiddən (130 b) ən yaxşısı Tul keçididir, lakin yolu bir az daha uzundur.
Ehtimal ki, bu üzdən ona Tul [uzun] deyirlər. Ən doğru olanı Bazarəkdir.
Tul və Bazarək Səraba gedir. Bazarək keçidi Parəndi adlı bir kəndə endiyi
üçün Sərab əhalisi ona Parəndi keçidi deyir.
Yollardan biri də Pərvan yoludur. Böyük keçid ilə Pərvan çayının ara-
sında yeddi keçid olduğu üçün ona Həft-beçə [yeddi uşaq] deyirlər. Əndərab
tərəfindən iki yol gəlib bu keçiddə birləşərək, Həft-Beçə ilə Pərvana uzanır.
Fövqəladə əziyyətli bir yoldur.
Yolların üçü isə Gur-Bənddədir. Pərvan yoluna daha yaxın olanı Yen-
gi yol keçididir; Vəliyan ilə Hincana enir. Yolların biri də Qıpçaq keçididir,
Əndərab çayı ilə Qızıl suyun birləşdiyi yerə enir, bu da yaxşı bir yoldur.
Üçüncüsü is Şibertu keçididir. Yayda sular artanda Şibertu keçidindən aşıb
Bamyan və Sayqan üzərindən, qışda isə Ab-dərə üzərindən gedirlər.
Qışda dörd-beş ay boyu Şibertu yolundan başqa bütün yollar bağlanır
və o zaman da bu keçiddən aşıb Ab-dərə üzərindən gedirlər. Yayda sular
daşanda isə bu yollar qışda olduğu kimidir, çünki su kənarındakı yollardan
su yüksəldikdən sonra keçmək mümkün olmur, bu yollardan keçməyərək
dağdan keçmək çox çətin olur. Bu keçidlər yalnız qarın az olduğu və suların
Zəhirəddin Məhəmməd BABUR
146
çəkildiyi üç-dörd ay içində (131 a) keçilə bilən yerlərdir. Dağlar və boğaz-
larda yol kəsən kafirlər azdır.
Xorasan tərəfindən gələn yol Qəndəhardan keçir. Bu yol dümdüzdür
və keçid yoxdur.
Hindistan tərəfindən dörd yol çıxır: biri Lemqanat üzərindən gəlir ki,
bu yolda Xeybər dağlarında kiçik bir keçid vardır; biri Bəngəş üzərindən
gəlir, biri Nəgar üzərindən, biri isə Fərmul üzərindən gəlir.
Bu yollarda bir neçə keçid vardır və bu yollarla gələnlər Sind çayının
üç keçidindən keçirlər: Nilab keçidindən keçənlər Ləmqanat üzərindən gəlir.
Qışda Kabil çayı ilə Sind çayının birləşdiyi yerin bir az yuxarısında, hər iki
çay da keçid üzərindən keçilir.
Mən Hindistan səfərləriində əksərən bu keçidlərdən keçirdim. Bir sə-
fərində Sultan İbrahimi [Ludi] yenib Hindistanı fəth etdiyim zaman Nilab
keçidindən gəmiylə keçdim. Nilab keçidinin dışında Sind çayının heç bir ye-
rindən gəmisiz keçmək mümkün deyil.
Dinqut keçidindən keçənlər Bəngəş üzərindən gəlirlər. Çuparə keçi-
dindən keçənlər Fərmül üzərindən gəlirlərsə Qəznəyə, Dəst üzərindən gəlir-
lərsə Qəndəhara gedirlər.
Kabil vilayətində müxtəlif tayfalar yaşayır. Dərə və ovalarda türklər,
aymaqlar və ərəblər, şəhərində və bəzi kəndlərində sartlar, bəzi (131 b)
kəndlərində və vilayətində isə peşayi, pəraci, tacik, bərəki və əfqanlar, Qəz-
nə dağlarında da həzarə və nikdərilər yaşayır. Həzarə və nikdərilər arasında
bəzi qəbilələr moğolca danışırlar. Şimal-şərqindəki Kəttur və Gəbrək kimi
dağlıq ərazi Kafiristan, cənubu isə Əfqanıstandır.
Kabil vilayətində on bir-on iki dil danışılır: ərəbcə, farsca, türkcə, mo-
ğolca, hindcə, əfqanca, peşayicə, pəracicə, gəbəricə, bərəkicə və ləmğanca.
Heç bir vilayətdə bu qədər müxtəlif qövmün yaşadığı və bu qədər müxtəlif
dilin danışıldığı görünməmişdir.
Vilayət on dörd tüməndən ibarətdir. Səmərqənddə, Buxarada və civa-
rındakı böyük bir vilayətə bağlı olan kiçık vilayətlərə tümən deyilir. Əndi-
can, Kaşğar və civarında ürçün, Hindistanda isə pərgənə deyirlər. Bəcur, Se-
vad, Pərşavər və Həşnəgar əskidən Kabilə tabe imiş, indi isə əfqan qövmü
üzündən bəziləri xarab olmuş, bəziləri də əfqan idarəsinə girdikləri üçün vi-
layətlikləri qalmamışdır.
Şərq tərəfi Ləmqanatdır. Bu vilayət beş tüməndən və iki bölükdən iba-
rətdir. Bu tümənlərin ən irisi Nigənxardır, bəzi tarix kitablarında Nigərxar
deyə yazılmışdır. Bu tümənin mərkəzi Adinapurdur və Kabildən şərqə doğ-
ru on üç ağac məsafədədir. Nigənxar ilə Kabilin arası fövqəladə çətin və pis
bir yoldur. Üç-dörd yerdə kiçık-kiçık (132 a) keçidləri və iki-üç yerdə də
boğazları vardır. Xırılçılar və bütün digər yolkəsən əfqanlar üzündən bu yol
təhlükəsiz deyildi və bu iki şəhər arasında məmurə yoxdu. Quru sayın alt tə-
BABURNAMƏ
147
rəfindəki Qaratuyu mən saldırdım və bu sayədə yol əmin bir hala gəldi.
İsti iqlimlə soyuq iqlim arasındakı sərhəd Badam-Çeşmə keçididir. Bu
keçidin Kabil tərəfində qar yağır, Quru say və Ləmqanat tərəfində isə qar
yağmır. Bu keçiddən enincə insan özünü başqa bir aləmdə zənn edir, ağaclar,
otlar, heyvanlar, əhalisinin adət-ənənələri tamamilə başqadır.
Nigənxarda doqquz çay vardır. Düyüsü və buğdası yaxşı olur. Porta-
ğal, turunc və narı fövqəladə bol və yaxşıdır.
Adinapur kurqanının altında və cənub tərəfindəki bir yüksəklikdə 914-
cü (=1508/09) ildə Baği-Vəfa adında bir çarbağ saldırdım. Kurqanla bağ
arasından axan suya baxır. Portağal, turunc və narı fövqəladə çoxdur. Pəhar
xanı məğlub edib Lahor və Dibalpuru fəth etdiyim il [=1524] banan gətirdib
əkdirmişdim, yaxşı tutmuşdu. Ondan əvvəlki il də şəkər qamışı əkilmiş və
yaxşı yetişmiş, onlardan Bədəxşana və Buxaraya göndərilmişdi. Yeri yük-
səkdir, suyu qurumur, havası qışda da mülayimdir. Bağın ortasında kiçık bir
(132 b) təpə var. Bir dəyirman işlədə biləcək gücdə bir çay bağın ortasından
və bağın içindəki təpənin üzərindən fasiləsiz bir şəkildə axır, bağın orta-
sındakı böyük çəmənlik bu təpənin üzərindədir.
Bağın cənub-qərbində böyük bir hovuz vardır və ətrafı tamamən por-
tağal ağaçlarıyla əhatə edilmişdir. Nar ağacları da vardır. Bu hovuzun ətrafı
bütünlüklə çəmənlə örtülüdür və bağın ən gözəl yeri oradır. Portağalların sa-
raldığı günlərdə olduqca gözəl görünür. Gerçəkdən də gözəl bir bağdır.
Kuhi-Səfid dağı Nigənxarın cənubundadır. Bəngəş ilə Nigənxarı bu
dağ ayırır. Atlı bir adam buradan asanlıqla keçə bilməz. Bu dağdan doqquz
çay axar. Bu dağda qar heç bir zaman əskik olmur. Bəlkə də bu üzdən ona
Kuhi-Səfid [ağ dağ] demişlər. Aşağıdakı dərədə isə heç bir zaman qar yağ-
mır. İkisinin arası yarım günlük yoldur. Bu dağın ətəklərində havalı yerlər
var. Suları soyuqdur və buza ehtiyac yoxdur.
Adinapur kurqanının güney tərəfi isə Surx-rud çayıdır. Kurqanı yük-
sək bir yerdədir. Çay tərəfində isə qırx-əlli kari yüksəkliyində sarp bir dağ
vardır. Kurqanın şimalında də dağın bir qismi bulunur. Olduqca qorunaqlı
bir kurqandır. Bu dağ Nigənxar ilə Ləmqanat arasındadır. Kabilə qar yağan
zaman bu dağın təpəsinə qar düşür, Ləmqan əhalisi (133 a) onda bilir ki,
Kabilə qar yağmışdır.
Kabildən Ləmqanata gedərkən Quru say üzərindən gedənlər Dibri ke-
çidini aşıb Bulanda Baran çayından keçirlər. Bir digər yol isə Quru saydan
aşağıya, Qaratudan aşıb Uluğ-Nurda Baran çayını keçib Badic keçidindən
Ləmqana gedir. Nicrav üzərindən gedənlər isə Bedrav və Qaranrıqdan keçib
Badic keçidinə gedirlər.
Nigənxar Ləmqanın beş tümənindən biridir, lakin yalnız üç tümənə
Ləmqanat adını verirlər. Bu üç tüməndən biri Əlişəng tümənidir O, Hindu-
quş dağına bitişik, qarlı, böyük və sarp dağları əhatə edir. Bu dağlar bütün-
Zəhirəddin Məhəmməd BABUR
148
lüklə Kafiristana aiddir. Kafiristanın Əlişəngə bir az yaxın olan qismi Mildir.
Əlişəng çayı öz mənbəyini Mildən alır. Həzrəti Nuh peyğəmbərin atası
Mehtər Lamın qəbri Əlişəng tümənindədir. Bəzi tarix kitablarında Mehtər
Lama Ləmk və ya Ləmkan da deyirlər. Buranın əhalisi bəzən kaf yerinə
ğəyn tələffüz edir. Bəlkə bu vilayətə bu üzdən Ləmğan demişlər.
Ləmqanat tümənlərindən biri də Əlinqardır. Kafiristanın Əlinqara ən
yaxın olan qismi Gevardır. Əlinqar çayı Gevardan başlayır. Bu iki çay Əli-
şəng ilə Əlinqardan keçib birləşərək tümənlərdən biri olan Məndravərin
Dostları ilə paylaş: |