ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə16/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

a) də bəzi igidlərlə birlikdə onlara qarşı göndərildi. Bunlar gedib  axınçıları 

tar-mar edərək bir neçə baş kəsib gətirdilər. 

Bu  yurdda  ikən  Xosrov  şahın  cəbbəxanasındakı  silahlar  da  paylandı. 

Yeddi-səkkiz yüzə qədər zireh və yəhər vardı. Xosrov şahdan yalnız bunlar 

qalmışdı.  Bir xeyli də  çini  ələ  keçdi.  Bunlardan  başqa, gözə  dəyən  bir şeyi 

yox idi. 

Xoca-Zeyddən  qalxıb  dörd-beş  mənzildən  sonra  Gur-Bəndə  gəldik. 

Üşdür  şəhərində  dayananda  eşitdik  ki,  [Zünnun  bəy  Arğunun  oğlu]  Müqi-

min  ixtiyar bəyi  olan Şikək  Arğun bizdən bixəbər  əsgərlə  gəlib Baran  çayı 

sahilində  dayanmışdır.  O,  Pənchir  yoluyla  Əbdürrəzzaq  Mirzənin  yanına 

getmək  istəyən  adamları buraxmır.  Mirzə o  zaman Kabildən qaçaraq  Ləm-

qan  civarında  tərkəlani  əfqanlarının  arasında  idi.  Bu  xəbəri  alınca  günorta-

dan sonra qalxıb gecə boyu at sürürək sübh çağı Xubiyan keçidini aşdıq.  

O  günə  qədər  Süheyl  ulduzunu  heç  görməmişdim.  Keçidə  çıxar-çıx-

maz, cənub tərəfdə bir az aşağıda parlaq bir ulduz göründü. «Bu, Süheyl ol-

masın» dedim. «Süheyldir» dedilər. 

Baqi Çağanyani isə bu beyti oxudu: 

Tu Süheyli ta koca tabiyu koca tuli şəvi, 

Çeşmi tu bər hər ki, miəftad nişani-dövlət əst. 

Sən Süheyl ulduzusan, harada parlayıb ışiq saçsan,  

Gözün nəyə sataşsa, o, dövlət nişanıdır. 

Günəş bir nizə boyu qədər yüksələndə Sincid dərəsinin ətəyinə endik. 

Bizim  irəli  (125  b)  gedən  önçülərimiz  və  digər  bəzi  igidlər  Qarabağın  ətə-

yində  Əyri-Yar  civarında  olan  Şirkəklə  qarşılaşan  kimi  dərhal  savaşa  gir-

mişlər.  Şirək  bir  az  müqavimət  edən  kimi  olur,  lakin  önçülərimiz  yaxınla-

şanda geri çəkilir. Şirkəki və yetmiş-səksən, ya da yüz yaxşı igidini yaxala-

yıb gətirdilər. Şirkənin qanını bağışlayıb özünü xidmətimizə aldıq. 

Xosrov  şah  öz  xalqının  qayğısına  qalmadan  Kabilə  getmək  niyyətilə 

Qunduzdan çıxanda ona tabe olan el və ulus beş-altı qismə ayrılmışdı. 

Bədəxşandakıların  bir  qismi  Şeydim  Əli  Dərbanın  başçılığı  altında 

olub Rüstə həzarəsində idi. Onlar Pənchir yoluyla aşıb bu yurdda ikən gəlib 

bizə qoşuldular. 

Bir qismi isə Yusif Əyyubla Bəhlul Əyyubun başçılığı altında idi, on-

lar da bu yurdda gəlib bizim xidmətimizə girdilər. 

Bir qismi isə kiçık qardaşı Vəlinin başçılığı altında Xutlanda və digəri 

də  İlancıq,  Nəkdəri,  Kakşal  və  Qunduz  vilayətində  yaşayan  aymaqlardan 



BABURNAMƏ 

 

141 



ibarət idi. Bunlar Əndərab və Sərab yoluyla gəlib Pənchiri aşmaq niyyətində 

idilər. Aymaqlar daha öncə  Səraba  gəlmişdilər.  Onların arxasından da Vəli 

gəldi.  Aymaqlar  yolu  tutub müharibədə onu  məğlub  etdilər. Vəli qaçıb  öz-

bəklərə  pənah  apardı,  Şeybani  xan  da  Səmərqənd  bazarında  onun  boynunu 

vurdurdu. Digər nökərləri və adamları isə  yağmalanmış bir vəziyyətdə   ay-

maqlarla  birlikdə  bu  yurdda  bizə  qulluğa  gəldilər.  Seyid  Yusif  Oğlaqçı  da   



(126 a) aymaqlarla birlikdə gəldi.  

 

BABURUN KABĠLĠ ALMASI 

 

Bu  yurddan qalxıb  Qarabağ  yanındakı Ağsaray çaynıa  endik. Xosrov 



şahın  adamları  zülm  və  sərkəşliyə  alışmış  olduqları  üçün  əhaliyə  zülm  et-

məyə başladılar.  

Axırda  Şeydim  Əli  Dərbanın  hörmətli  bir  adamını  birinin  bir  çanaq 

yağını zorla aldığı üçün qapıya gətirdib şallaqlatdırdım. Şallaq altında canı 

çıxdı. Bu siyasətdən sonra hamısı yola gəldi. 

Bu  yurdda  ikən  Kabil  üzərinə  dərhal  yürüyüb-yürüməyəcəyimiz  mü-

zakirə  edildi. Seyid  Yusif  [Oğlaqçı] və  bəzilərinin fikri  belə  idi:  qış  yaxın-

laşmışdır, dərhal Ləmğana getməli və oradan vəziyyətə uyğun olaraq hərə-

kət edilməlidir. Baqi Çağanyani və digərləri isə Kabil üzərinə yürüməyi tək-

lif edirdilər. Axırda bu sonuncusuna qərar verildi və buradan qalxıb Aba qo-

ruğuna gəldik. 

Biz burada ikən validəm xanım ilə Kahmərddə qalan uruğum

1

 bir çox 



çətinlik  və  təhlükələr  keçirib  gələrək  bizə  qoşuldu.  Təfsilatı  belədir:  Şirim 

Tağayi  Xosrov  şahı  Xorasan  tərəfə  ötürdükdən  sonra,  gedib  mənim  uruğu-

mu  gətirməli  idi.  Dəhanəyə  çatanda  Şirim  iradəsini  ititrir  və  Xosrov  şahla 

birlikdə  Kahmərdə  gedir.  Xosrov  şahın  bacısı  oğlu  Əhməd  Qasım  burada 

olurdu.  Xosrov  şah  (126  b)  Əhməd  Qasımla  sözü  bir  yerə  qoyaraq  mənim 

uruğuma  pislik  etmək  fikrinə  düşürlər.  Baqi  Çağanyaninin  bir  çox  moğol 

xidmətçisi də uruğun yanında Kahmərddə idi. Bunlar gizlicə Şirimlə qərar-

laşdıraraq Xosrov şahla Əhməd Qasımı  yaxalamaq istəyirlər. Xosrov şahla 

Əhməd Qasım Əcər dərəsinin yanındakı yolla qaçıb Xorasana gedirlər. Mo-

ğolların bu tərəfgirlikdəki məqsədi özlərini onlardan ayırmaq imiş. Uruğun 

yanında  olanlar beləcə  Xosrov şah təhlükəsindən qurtularaq  Əcərdən çıxıb 

Kahmərdə gələndə iskançı qəbiləsi üsyan edib yolu tutmuş və uruğun önəm-

li bir qisminı və Baqi bəyə mənsub el və ulusu yağma etmişdir. Qul-Bəya-

zidin oğlu Tizək hələ kiçık idi, orada ələ keçirildi və üç-dörd il sonra Kabil-

də bizə qoşuldu. Uruk yağmalandıqdan sonra bizim keçdiyimiz Qıpçaq  yo-

lunu aşaraq Aba qoruğunda gəlib bizə qoşuldu. Oradan qalxıb bir mənzildən 

sonra Çalaq çayırına endik. 

                                                           

1

 Uruq: qohum, əqrəba, boy; ailə üzvləri. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



142 

Məsləhət-məşvərət  edərək  Kabili  mühasirəyə  almağa  qərar  verdik. 

Mən bütün  mərkəzi  qüvvələrlə  birlikdə  Heydər  Tağının  bağı ilə  Qul  Bəya-

zid  Bəkavulun  məzarının  arasına  endim.  Cahangir  Mirzə  sağ  qol  adamla-

rıyla bizim böyük çarbağa, Nasir Mirzə isə sol qol adamlarıyla Qutlu Qədə-

min məzarının arxasındakı çayıra endi. (127a) 

Adamlarımız  hər  zaman  gedib  Müqim  [Arğun]  ilə  danışırdılar.  O  da 

bəzən üzr istəyir, bəzən də yumşaq sözlər söyləyirdi. Bizim Şirəki ələ keçir-

məyimizdən sonra atasına [Zünnun bəy Arğun] və böyük qardaşına [Şah Şü-

ca  Arğun]  adam  göndərmiş,  onlardan  yardım  gələcəyini  ümid  etdiyi  üçün  

işi uzadırdı. 

Bir gün mərkəz, sağ və sol qollara zirehlərini geyib, atlara da zireh ör-

tüb həm öz silahlarını göstərmək və həm də içəridəki əhalini də bir az qor-

xutmaq  üçün  daha  yaxına  getmələri  əmr  edildi.  Cahangir  Mirzə  sağ  qolun 

olduğu yerin qarşısından Küçə-bağ yolu ilə irəlilədi. Mərkəzin önündə su ol-

duğu üçün mən də mərkəzlə birlikdə Qutlu Qədəmin məzarı tərəfindən gəlib 

irəlidə  yerləşən  ikinci  təpənin  üstünə  çıxdım.  Önçülər  indi  Qutlu  Qədəmin 

körpüsünün olduğu yerə doluşdular, o zamanlar bu körpü yox idi. 

Qoçaq igidlər hiss etdirmədən dəriçilər qapısına qədər irəlilədi.  İçəri-

dən  çıxan  bir  dəstə  adam  savaşmadan  qaçıb  kurqana  girdi.  Ərkin  divarının 

dibi  yüksək  idi  və  Kabilin  izdihamlı  əhalisi  də  seyr  etmək  üçün  oraya  çıx-

mışdı. Əsgərin qaçmasıyla onlar da tez enib geri qayıtdılar. 

Körpü  ilə  qapı  arasındakı  yüksək  təpənin  üzərinə  və  yolun  ortasına 

çoxlu çuxur qazıb  (127  b)  üstlərini örtmüşdülər. Sultanqulu  Çanaq  və  bəzi 

igidlər hücum edəndə oraya düşdülər. Sağ qol tərəfindən bir-iki igid Küçə-

bağ arasında, kurqandan çıxanlarlarla bir-iki dəfə  qılıncla vuruşdular. Savaş 

əmri verilməmiş olduğu üçün bu qədərlə kifayətlənərək geri döndülər. 

Kurqanın içindəkilər möhkəm vahiməyə düşmüşdülər. Müqim bəyləri 

vasitəçı edərək qulluğa gəlib Kabili təslim etmək istədi. Baqi Çağanyaninin 

vasitəsilə gəlib sədaqətini bildirdi. Biz də inayət  və şəfqət  göstərib təlaş və 

qorxunu  ağlından  çıxardıq.  Ertəsi  gün  mövcud  adamları,  malı  və  əşyasıyla 

çıxıb kurqanı təslim etməsi qərarlaşdırıldı. 

Xosrov şaha mənsub olan adamlar sərkəşliyə və  yağmacılığa  alışmış 

adamlar idi. Buna görə də Müqimi və Müqimə mənsub adamları mal və əş-

yasıyla birlikdə Kabildən çıxarmaq işi Cahangir Mirzə, Nasir Mirzə və digər 

böyük bəylərlə içkilərə tapşırıldı. Müqimə yurd olaraq Tibəni göstərdik. 

Sabah  tezdən  mirzələr  və  bəylər  kurqanın  qapılara  gedib  xalqın  çox 

həyəcanlı olduğunu görərək: «Siz gəlmədən bu xalqı heç kim dayandıra bil-

məz» deyə adam göndərdilər. 

Axırda özüm getdim. Dörd-beş adamı oxla vurdurdum, bir-iki adamı 

da (128 a) parçalatdırdım. İğtişaş yatdı. Müqim adamlarıyla birlikdə sağ-sa-

lim gedib Tibəyə çatdı. 



BABURNAMƏ 

 

143 



Rəbiüləvvəl ayının sonlarında [=sentyabr] tanrı təalanın fəzl və kərəmi 

ilə Kabil və Qəznə vilayətinin fəthi müharibə  və mübarizə olmadan asanca 

gerçəkləşdirildi. 

 

KABĠL VĠLAYƏTĠNĠN TƏRĠFĠ 

 

Kabil vilayəti dördüncü iqlimdədir və məmurənin ortasında yerləşir. Şər-

qi Ləmqanat, Pərşavər, Həşnəgar və digər hind vilayətləridir. Qərbi Kərnud və 

Gurun  yerləşdiyi  dağlıq bölgədir. İndi həzarə və nəkdəri qövmlərinin sığınağı 

və  məskəni  bu  dağlardır.  Şimalı  Qunduz  və  Əndərab  vilayətləridir,  Hinduquş 

dağı bunların ortasındadır. Cənubu Fərmül, Negar, Bennu və Əfqanıstandır. 

Kiçık, lakin uzun bir vilayətdir. Şərqdən qərbə doğru uzanır. Ətrafı ta-

mamən dağlıqdır. Qalası dağa bitişikdir. 

Qalanin cənub-qərbində bir az kiçık bir dağ var və dağın başında [şə-

hərin banisi] Şah Kabil bir saray tikdirdiyi üçün bu dağa Şah Kabil deyirlər. 

Bu dağ Divrin boğazından başlayır və Dəh-Yaqub boğazında sona çatır. Ət-

rafında iki şeri qədər yer var və bu dağın ətəyi tamamən bağdır. Əmim Uluğ 

bəy  Mirzə  zamanında  Mirzənin  atəkəsi  Veys  Atəkə  bu  dağın  ətəyində  bir 

arx qazdırmışdır və ətəyindəki bütün bağlar bu arxla suvarılır. 

Kanalın alt tərəfində Külkinə adlı bir məhəllə vardır, kimsəsiz bir yer-

dir.  Orada  bir  çox  dəfə  ədəbsiz  işlər  görülmüşdür.  Bəzən  zarafatla  (128  b) 

Xoca Hafizin beytini dəyişdirərək belə oxuyurdular: 

Ey xoş an vəqt ki, bepavi sər əyyami çənd

Sakini Gülkinə budim be bədnami çənd.  

Kəllə-mayallaq idik, necə xoş əyyam idi,  

Gülkinədə oturan bir neçə bədnam idi. 

Qalanın cənubunda və Şah Kabilin şərqində böyük bir göl var. Ətrafı 

bir  şeri  qədərdir.  Şah  Kabil  dağından  Kabilə  doğru  üç  kiçik  çeşmə  çıxır, 

onlardan ikisi Gülkinə ətrafındadır. Bir çeşmənin başında Xoca-Şemu (Xoca 

Əhməd  Şəmsəddin  Cambaz)  adlı  bir  məzar  və  digərində  də  Xoca  Xızırın 

ayaq  izi  [qədəmgah]  vardır.  Bu  iki  yer  Kabil  əhalisinin  gəzinti  yeridir.  Bir 

çeşmə də Xoca Ruşənayi də dedikləri Xoca Əbdüssəmədin qarşısındadır. 

Şah Kabil dağından Üqabeyn dedikləri bir çıxıntı ayrılmışdır. Ondan 

başqa yenə kiçicik bir dağ var və Kabil qalasının ərki bu dağın üzərindədir. 

Böyük  kurqan  ərkin  şimal  tərəfindədir.  Bu  ərk  çox  hündür  və  yaxşı  havalı 

bir  yerdədir.  Böyük  bir  göl  ilə  Siyah  səng,  Səng  kurqan  və  Çalaq  adlarını 

daşıyan  üç  çayırın  yanındadır.  Hamısı  də  ayaq  altındadır.  Çayırlar  yaşıllıq 

zamanında fövqəladə gözəl görünür. 

Kabildə yaz mövsümü gələndə pərvan yeli dedikləri bir şimal rüzgarı 

sürəkli əsir. Ərkdə pəncərələri şimala açılan evlər fövqəladə havalıdır. Mol-

la Məhəmməd Təbib Müəmmai Kabil ərkini (129 a) təsvir edərkən, bir beyti 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



144 

Bədiüzzaman Mirzə adına bağlayıb oxuyurdu: 

Bixor dər ərki-Kabil mey, bigərdan kasə peydərpey, 

Ki həm kuh əstü həm dərya, həm şəhr əstü həm səhra. 



Kabil ərkində mey iç, durmadan peydərpey iç, 

Çünki ora həm dağdır, həm dərya, həm şəhərdir, həm səhra. 

Ərəblər ərəbdən başqa hamıya əcəm dediklər kimi, hindlilər də özlə-

rindən  başqasına  Xorasan  deyirlər.  Hindistan  ilə  Xorasan  arasındakı  yolun 

üzərində iki ticarət mərkəzi var. Bunların biri Kabil, digəri isə Qəndəhardır. 

Fərqanə,  Türküstan,  Səmərqənd,  Buxara,  Bəlx,  Hisar  və  Bədəxşandan  kar-

vanlar Kabilə gəlir; Xorasandan da Qəndəhara gedirlər. Hindistan ilə Xora-

san arasındakı yol bu vilayətdən keçir. 

Fövqəladə yaxşı bir ticarət yeridir. Tüccarlar Çinə və ya Ruma getsə-

lər belə ancaq bu qədər ticarət edə bilərlər. Kabilə hər il yeddi-səkkiz və ya 

on  min  at  gəlir,  aşağı  Hindistandan  da  on-on  beş  və  ya  iyirmi  min  karvan 

gəlir. Hindistandan ağ parça, şəkər, qənd və ədviyyat gətirirlər. Tüccarların 

çoxu ona qarşı otuz, ya da qırx qazanca razı olmaz. Kabildə Xorasan, İraq, 

Rum və Çin malları tapılır və bura Hindistanın əsil bazarıdır. 

Kabilin isti və soyuq yerləri yaxındır. Kabildən bir gün yol getsən heç 

bir zaman qar yağmayan bir yerə çatarsan, təxminən iki saatlıq yolda da kari 

heç bir zaman əskik olmayan bir yerə getmək olar, yalnızca ara-sıra kari tam 

əridəcək qədər isti yay gəlir. (129 b) 

İsti və soyuq iqlimlərin meyvələri Kabilə bağlı olan yerlərə həm yaxın, 

həm də çoxdur. Kabil və kəndlərində soyuq iqlim meyvələrindən üzüm, nar, 

qaysı,  alma,  heyva,  armud,  şaftalı,  ərik,  innab,  badam  və  qoz  boldur.  Mən 

vişnə fidanı gətirib əkdirdim, yaxşı vişnələr yetişdi və ağaclar hələ böyüyür-

lər.  İsti  iqlim  meyvələrindən  portağal,  turunc,  əmlük

1

 və  şəkər  qamışını 



Ləmğandan gətirirlər. Şəkər qamışı gətirib əkdirmişdim. Çilgüzəni

2

 Nicrav-



dan gətirirlər. 

Kabilin ətrafındakı dağlıq bölgələrdən çox bal gəlir. Arı pətəkləri var. 

Yalnız  Qəznə  tərəfindəki  dağlardan  bal  gəlmir.  Kabilin  rivacı

3

 yaxşıdır. 



Heyvası ilə əriyi də pis deyil, badrəngi

4

 də yaxşı olur. 



Abi-əngur dedikləri bir tür üzüm vardır, çox yaxşı üzümdür və ondan 

qüvvətli  şərablar  düzəldirlər.  Xoca-Xavənd  Səid  dağının  ətəkləri  şərabının 

sərtliyi ilə məşhurdur. Gərçi başqasını təqlidlə deyirlər ki: 

Ləzzəti-mey məst danəd, huşyaran ra çe həzz. 



Şərabın ləzzətini sərxoş bilər, ağlı başında olan ondan nə həzz alar. 

                                                           

1

 Əmlük:  Kabilin  bir  bölgəsində  olub,  digər  yerlərdə  olmayan  bir  meyvə.  Türklər  ona 



"qara yemiş" deyirlər.  

2

 Çilgüzə: bir fıstıq növü.  



3

 Rivac: larivac da deyilir, köklərindən düzəldilən dərman müshilə yaxşı təsir edir. 

4

 Badrəng: limona bənzər yaşıl bir meyvədir. Böyük bir xiyar növünə də belə deyilir. 



BABURNAMƏ 

 

145 



Taxılı  yaxşı  deyil. Əgər  Xorasan  toxumu olsa, o zaman ümumən pis 

olmaz. Qovunu da yaxşı deyildir.  

Fövqəladə gözəl bir havası var. Dünyada Kabil qədər havalı başqa bir 

yer  məlum  deyil.  Yayda  gecələr  rğansız  yatmaq  olmaz.  Düzdür,  qışda  qar  

çox olur, amma sərt şaxtası yoxdur. Səmərqənd və Təbriz də yaxşı havasıyla 

(l 30 a) məşhurdur, amma oranın soyuğu sərtdir. 

Şəhərin  ətrafında dörd  gözəl  çayır  var. Şimal-şərqində  Sonaq-kurqan 

çayırı var. Kabildən təxminən iki küruh uzaqdadır və yaxşı bir çayırdır, otu 

ata yaxşı gəlir, milçəyi az olur. Şimal-qərbində Çalaq çayırı yerləşir. Kabil-

dən  bir  küruh  uzaqda  və  geniş  bir  çayırdır,  yayda  miçəyi  atı  narahat  edir. 

Qərbində Divrin çayırı var. Bunlar eyni təpənin iki çayırıdır. 

Bir də Quş-Nadir çayırı vardır və bu hesabla beş çayır olur. Bu son iki 

çayır Kabildən bir şeri məsafədədir. Kiçık çayır olsalar da otu ata fövqəladə 

yaxşı gəlir və miçəyi yoxdur, Kabil çayırları arasında bu çayırlar kimi çayır 

yoxdur. Şərqində Siyah səng çayırı var. Dəriçirlər qapısıyla bu çayırın orta-

sında  Qutlu  Qədəmin  məzarı  yerləşir.  Yayda  miçəyi  çox  olduğu  üçün  bu 

çayıra rəğbət azdır. Bir də bu çayıra bitişik Kəməri çayırı vardır ki, onunla 

birlikdə Kabilin ətrafında altı çayır olur, lakin bunların dördü məşhurdur. 

Kabil  vilayəti  qorunaqlı  bir  vilayətdir,  düşmənin  bu  vilayətə  girməsi 

çətindir.  Bəlx,  Qunduz  və  Bədəxşan  ilə  Kabil  arasında  Hinduquş  dağı  yer-

ləşir. Bu dağ üzərindən yeddi yol aşır. 

Bu  yollardan  üçü  Pənchirdədir.  Bir  az  yuxarıda  Cavaq  keçidi,  ondan 

bir  az  aşağıda  Tul  və  ondan  daha  aşağıda  Bazarək  keçidləri  vardır.  Bu  üç 

keçiddən  (130  b)  ən  yaxşısı  Tul  keçididir,  lakin  yolu  bir  az  daha  uzundur. 

Ehtimal  ki,  bu  üzdən  ona  Tul  [uzun]  deyirlər.  Ən  doğru  olanı  Bazarəkdir. 

Tul  və  Bazarək  Səraba  gedir.  Bazarək  keçidi  Parəndi  adlı  bir  kəndə  endiyi 

üçün Sərab əhalisi ona Parəndi keçidi deyir. 

Yollardan biri də Pərvan yoludur. Böyük keçid ilə Pərvan çayının ara-

sında yeddi keçid olduğu üçün ona Həft-beçə [yeddi uşaq] deyirlər. Əndərab 

tərəfindən iki yol gəlib bu keçiddə birləşərək, Həft-Beçə ilə Pərvana uzanır. 

Fövqəladə əziyyətli bir yoldur. 

Yolların üçü isə Gur-Bənddədir. Pərvan yoluna daha yaxın olanı Yen-

gi yol  keçididir; Vəliyan ilə Hincana enir. Yolların biri də Qıpçaq keçididir, 

Əndərab  çayı  ilə  Qızıl  suyun  birləşdiyi  yerə  enir,  bu  da  yaxşı  bir  yoldur. 

Üçüncüsü is Şibertu keçididir. Yayda sular  artanda Şibertu keçidindən aşıb 

Bamyan və Sayqan  üzərindən, qışda isə Ab-dərə üzərindən gedirlər. 

Qışda dörd-beş ay boyu Şibertu yolundan başqa bütün yollar bağlanır 

və  o  zaman  da  bu  keçiddən  aşıb  Ab-dərə  üzərindən  gedirlər.  Yayda  sular 

daşanda  isə  bu  yollar qışda  olduğu kimidir, çünki  su  kənarındakı  yollardan 

su  yüksəldikdən  sonra  keçmək  mümkün  olmur,  bu  yollardan  keçməyərək 

dağdan keçmək çox çətin olur. Bu keçidlər yalnız qarın az olduğu və suların 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



146 

çəkildiyi üç-dörd ay içində (131  a) keçilə bilən yerlərdir. Dağlar və boğaz-

larda yol kəsən kafirlər azdır. 

Xorasan  tərəfindən  gələn  yol  Qəndəhardan  keçir.  Bu  yol  dümdüzdür 

və keçid yoxdur. 

Hindistan tərəfindən dörd yol  çıxır: biri Lemqanat üzərindən gəlir ki, 

bu  yolda  Xeybər  dağlarında  kiçik  bir  keçid  vardır;  biri  Bəngəş  üzərindən 

gəlir, biri Nəgar üzərindən, biri isə Fərmul üzərindən gəlir. 

Bu yollarda bir neçə keçid vardır və bu yollarla gələnlər Sind çayının 

üç keçidindən keçirlər: Nilab keçidindən keçənlər Ləmqanat üzərindən gəlir. 

Qışda Kabil çayı ilə Sind çayının birləşdiyi yerin bir az yuxarısında, hər iki 

çay da keçid üzərindən keçilir. 

Mən Hindistan səfərləriində əksərən bu keçidlərdən keçirdim. Bir sə-

fərində  Sultan  İbrahimi  [Ludi]  yenib  Hindistanı  fəth  etdiyim  zaman  Nilab 

keçidindən gəmiylə keçdim. Nilab keçidinin dışında Sind çayının heç bir ye-

rindən gəmisiz keçmək mümkün deyil. 

Dinqut  keçidindən  keçənlər  Bəngəş  üzərindən  gəlirlər.  Çuparə  keçi-

dindən keçənlər Fərmül üzərindən gəlirlərsə Qəznəyə, Dəst üzərindən gəlir-

lərsə Qəndəhara gedirlər. 

Kabil  vilayətində  müxtəlif  tayfalar  yaşayır.  Dərə  və  ovalarda  türklər, 

aymaqlar  və  ərəblər,  şəhərində  və  bəzi  kəndlərində  sartlar,  bəzi  (131  b) 

kəndlərində və vilayətində isə peşayi, pəraci, tacik, bərəki və əfqanlar, Qəz-

nə dağlarında da həzarə və nikdərilər yaşayır. Həzarə və nikdərilər arasında 

bəzi  qəbilələr  moğolca  danışırlar.  Şimal-şərqindəki  Kəttur  və  Gəbrək  kimi 

dağlıq ərazi Kafiristan, cənubu isə Əfqanıstandır. 

Kabil vilayətində on bir-on iki dil danışılır: ərəbcə, farsca, türkcə, mo-

ğolca, hindcə, əfqanca, peşayicə, pəracicə, gəbəricə, bərəkicə və ləmğanca. 

Heç bir vilayətdə bu qədər müxtəlif qövmün yaşadığı və bu qədər müxtəlif 

dilin danışıldığı görünməmişdir.  

Vilayət on dörd tüməndən ibarətdir. Səmərqənddə, Buxarada və civa-

rındakı böyük bir vilayətə bağlı olan kiçık vilayətlərə tümən deyilir. Əndi-

can, Kaşğar və civarında ürçün, Hindistanda isə pərgənə deyirlər. Bəcur, Se-

vad,  Pərşavər  və  Həşnəgar  əskidən  Kabilə  tabe  imiş,  indi  isə  əfqan  qövmü 

üzündən bəziləri xarab olmuş, bəziləri də əfqan idarəsinə girdikləri üçün vi-

layətlikləri qalmamışdır. 

Şərq tərəfi Ləmqanatdır. Bu vilayət beş tüməndən və iki bölükdən iba-

rətdir.  Bu  tümənlərin  ən  irisi  Nigənxardır,  bəzi  tarix  kitablarında  Nigərxar 

deyə yazılmışdır. Bu tümənin mərkəzi Adinapurdur və Kabildən şərqə doğ-

ru on üç ağac məsafədədir. Nigənxar ilə Kabilin arası fövqəladə çətin və pis 

bir  yoldur.  Üç-dörd  yerdə  kiçık-kiçık  (132  a)  keçidləri  və  iki-üç  yerdə  də 

boğazları vardır. Xırılçılar və bütün digər yolkəsən əfqanlar üzündən bu yol 

təhlükəsiz deyildi və bu iki şəhər arasında məmurə yoxdu. Quru sayın alt tə-



BABURNAMƏ 

 

147 



rəfindəki Qaratuyu mən saldırdım və bu sayədə yol əmin bir hala gəldi. 

İsti iqlimlə soyuq iqlim arasındakı sərhəd Badam-Çeşmə keçididir. Bu 

keçidin  Kabil  tərəfində  qar  yağır,  Quru  say  və  Ləmqanat  tərəfində  isə  qar 

yağmır. Bu keçiddən enincə insan özünü başqa bir aləmdə zənn edir, ağaclar, 

otlar, heyvanlar, əhalisinin adət-ənənələri tamamilə başqadır. 

Nigənxarda  doqquz  çay  vardır.  Düyüsü  və  buğdası  yaxşı  olur.  Porta-

ğal, turunc və narı fövqəladə bol və yaxşıdır. 

Adinapur kurqanının altında və cənub tərəfindəki bir yüksəklikdə 914-

cü  (=1508/09)  ildə  Baği-Vəfa  adında  bir  çarbağ  saldırdım.  Kurqanla  bağ  

arasından axan suya baxır. Portağal, turunc və narı fövqəladə çoxdur. Pəhar 

xanı məğlub edib Lahor və Dibalpuru fəth etdiyim il [=1524] banan gətirdib 

əkdirmişdim, yaxşı tutmuşdu. Ondan  əvvəlki il də şəkər qamışı əkilmiş və 

yaxşı  yetişmiş,  onlardan  Bədəxşana  və  Buxaraya  göndərilmişdi.  Yeri  yük-

səkdir, suyu qurumur, havası qışda da mülayimdir. Bağın ortasında kiçık bir 



(132 b) təpə var. Bir dəyirman işlədə biləcək gücdə bir çay bağın ortasından 

və  bağın  içindəki  təpənin  üzərindən  fasiləsiz  bir  şəkildə  axır,  bağın  orta-

sındakı böyük çəmənlik bu təpənin üzərindədir. 

Bağın cənub-qərbində böyük bir hovuz vardır və ətrafı tamamən por-

tağal ağaçlarıyla əhatə edilmişdir. Nar ağacları da vardır. Bu hovuzun ətrafı 

bütünlüklə çəmənlə örtülüdür və bağın ən gözəl yeri oradır. Portağalların sa-

raldığı günlərdə olduqca gözəl görünür. Gerçəkdən də gözəl bir bağdır. 

Kuhi-Səfid  dağı  Nigənxarın  cənubundadır.  Bəngəş  ilə  Nigənxarı  bu 

dağ ayırır. Atlı bir adam buradan asanlıqla keçə bilməz. Bu dağdan doqquz 

çay  axar. Bu dağda qar heç bir zaman  əskik olmur. Bəlkə də bu üzdən ona 

Kuhi-Səfid [ağ dağ] demişlər. Aşağıdakı dərədə isə heç bir zaman qar yağ-

mır.  İkisinin  arası  yarım  günlük  yoldur.  Bu  dağın  ətəklərində  havalı  yerlər 

var. Suları soyuqdur və buza ehtiyac yoxdur. 

Adinapur kurqanının  güney  tərəfi isə Surx-rud çayıdır.  Kurqanı  yük-

sək  bir  yerdədir.  Çay  tərəfində  isə  qırx-əlli  kari  yüksəkliyində  sarp  bir  dağ 

vardır.  Kurqanın  şimalında  də  dağın  bir  qismi  bulunur.  Olduqca  qorunaqlı 

bir kurqandır. Bu dağ Nigənxar ilə Ləmqanat arasındadır. Kabilə qar yağan 

zaman  bu  dağın  təpəsinə  qar  düşür,  Ləmqan  əhalisi  (133  a)  onda  bilir  ki, 

Kabilə qar yağmışdır. 

Kabildən Ləmqanata gedərkən Quru say üzərindən gedənlər Dibri ke-

çidini aşıb Bulanda Baran çayından keçirlər. Bir digər  yol isə Quru saydan 

aşağıya,  Qaratudan  aşıb  Uluğ-Nurda  Baran  çayını  keçib  Badic  keçidindən 

Ləmqana gedir. Nicrav üzərindən gedənlər isə Bedrav və Qaranrıqdan keçib 

Badic keçidinə gedirlər. 

Nigənxar  Ləmqanın  beş  tümənindən  biridir,  lakin  yalnız  üç  tümənə 

Ləmqanat adını verirlər. Bu üç tüməndən biri Əlişəng tümənidir O, Hindu-

quş dağına bitişik, qarlı, böyük və sarp dağları əhatə edir. Bu dağlar bütün-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



148 

lüklə Kafiristana aiddir. Kafiristanın Əlişəngə bir az yaxın olan qismi Mildir. 

Əlişəng  çayı  öz  mənbəyini  Mildən  alır.  Həzrəti  Nuh  peyğəmbərin  atası 

Mehtər  Lamın  qəbri  Əlişəng  tümənindədir.  Bəzi  tarix  kitablarında  Mehtər 

Lama  Ləmk  və  ya  Ləmkan  da  deyirlər.  Buranın  əhalisi  bəzən  kaf  yerinə 

ğəyn tələffüz edir. Bəlkə bu vilayətə bu üzdən Ləmğan demişlər. 

Ləmqanat  tümənlərindən  biri  də  Əlinqardır.  Kafiristanın  Əlinqara  ən 

yaxın olan qismi Gevardır. Əlinqar çayı Gevardan başlayır. Bu iki çay Əli-

şəng  ilə  Əlinqardan  keçib  birləşərək  tümənlərdən  biri  olan  Məndravərin 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin