ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

b) və o  yola girdilər. Gecənin üç pasına

1

 qədər  yürüdük və Gavədən keçən 



Kərnan çayına gəldik. 

«Siz burada gözləyin, mən gedib Gavə yoluna baxıb gəlim» dedi Baba 

                                                           

1

 Pas: günün səkkizdə birinə verilən ad, yəni üç saat.  



 

 


BABURNAMƏ 

 

131 



Sayrami  və  bir  müddət  sonra  gəlib  belə  söylədi:  «Moğollardan  bir  neçə 

adam bu yola gəlib, buradan keçmək olmaz». 

Bu sözü eşidərək əndişəyə düşdüm. Vilayət içində idik, sabah yaxın-

laşmışdı və hədəfimiz də uzaqdı. 

«Bir  yerə  götürün  ki,  gündüz  orada  gizlənib  gecə  olunca  atlarımızla 

Xocənd çayını keçərək o tərəfdən Xocəndə doğru gedək» dedim. 

«Burada bir təpə var, orada gizlənmək mümkündür» dedilər. 

Bəndə  Əli  Kərnanın  darğasıydı.  «Atlarımızın  və  özümüzün  boğazını 

düşünmək lazımdır. Mən Kərnana gedib nə tapa bilsəm gətirim» dedi. Ora-

dan  dönüb  Kərnana  doğru  getdik.  Kərnana  bir  küruh  məsafədə  dayandıq. 

Bəndə Əli getdi, biz də orada gözlədik. Sabah yaxınlaşırdı, o isə hələ də gəl-

mirdi. Çox təlaşa düşdük. 

Dan  yeri  ağaranda  Bəndə  Əli  tələsik  gəldi.  Üç  çörək  gətirmiş,  lakin 

atlara heç bir şey gətirməmişdi. Hər birimiz bir çörəyi qoynumuza qoyub tə-

laşla dönərək təpənin üstünə çıxdıq. Atları bir dərədə bağlayıb hərəmiz bir 

tərəfə, yüksək bir yerə çıxıb ətrafa göz qoymağa başladıq. 

Günortaya yaxın (117 a) Əhməd Quşçu dörd atlıyla birlikdə Gavədən 

Axsiyə doğru gedirdi. Bir an üçün Əhməd Quşçunu çağırıb vədlərlə şirnik-

dirərək atlarını almağı düşündüm, çünki atlarımız bütün gecə-gündüz savaş 

və qaçışda idi, üstəlik, yem də tapılmadığı üçün haldan düşmüşdülər. Lakin 

qəlbim narahat idi, onlara güvənə bilmədim. 

Yanımdakılarla qərara qldıq ki, bu gecə onlar Kərnana gedəcək, gecə 

gizlincə girib atları çıxaracaqlar ki, bizi bir yerə qədər götürə bilsinlər. 

Günorta olmuşdu, uzaqda, amma gözlə görünən bir yerdə, bir atın üs-

tündəki  bir  şey  günəş  şüalarıyla  parlayırdı.  Nə  olduğunu  heç  cür  başa  düş-

mədik.  Sonra  anladıq  ki,  o,  Məhəmməd  Bakir  bəymiş.  Axsidə  bizimlə  bir-

likdəydi.  Axsidən  çıxanda  hərə  bir  tərəfə  getmişdi,  Məhəmməd  Bakir  Bəy 

də bu tərəfə gəlib gizlənərək yürüyürmüş. 

Bəndə  Əli  ilə  Sayrami  dedilər  ki,  atlar  iki  gündür  acdır.  Ovaya  enib 

atları ota salaq. Oradan atlara minərək ovaya endik və atlarımızı ota saldıq.  

İkindi namazı vaxtı atlı bir adam bizim gizləndiyimiz təpəyə çıxırdu. 

Onu tanıdım və Gavənin böyüyü Qədirverdi olduğunu anladım. Yanımdakı-

lara dedim ki, Qədirverdini çağırsınlar. Çağırdılar, o da gəldi. Görüşüb hal-

əhval  tutduqdan  sonra  inayət  və  şəfqət  sözləri  söyləyib,  vədlərdə  bulunub 

şirnikdirərək urğan, oraq, balta və suyu keçmək üçün lazım olan əsbabla bir-

likdə atlara yem, özümüzə yemək (117 b) və əgər mümkünsə at da gətirmə-

sini söyləyib göndərdik, yatsı namazı vaxtında həmin yerə gəlməsini qərar-

laşdırdıq. 

Axşam namazı vaxtında atlı bir adam Kəman tərəfindən Gavəyə doğru 

keçib gedirdi. «Kimsən?» deyə soruşduq, o da bir ad deyib cavab verdi. Sən 

demə, bu  adam  Məhəmməd Bakir bəyin ta özü  imiş.  Günorta  gördüyümüz 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



132 

yerdən  ayrılmış  və  gizlənmək  üçün  başqa  bir  yerə  gedirmiş.  Səsini  elə  də-

yişdirmişdi ki, illərlə mənim yanımda qalmasına baxmayaraq heç tanıya bil-

mədim.  Onu  tanıyıb  özümüzə    qoşsaydıq,  yaxşı  olardı.  Onun  keçib  getmə-

sinə çox üzüldük. Qədirverdi Gavaniyə vət etdiyimiz yerdə qala bilmədik. 

Bəndə  Əli  belə  dedi:  «Kərnanın  məhəllələrində  kimsəsiz  bağlar  var. 

Heç  kim  ağlına  gətirməz  ki,  biz  orada  olarıq.  Oraya  gedib  Qədirverdiyə 

adam göndərək, oraya gəlsin». 

Bu  niyyətlə  atlara  minib  Kərnanin  məhəllərinə  gəldik.  Qışdı  və  çox 

soyuq idi. Əski bir quzu dərisi tapıb gətirdilər, geydim. Bir çanaq darı şorba-

sı gətirdilər, içdim. Çox rahat oldum. 

«Qədirverdiyə adam göndərdinmi?» deyə Bəndə Əlidən soruşdum. 

«Göndərdim»  dedi.  Lakin  bu  alçaq  həriflər  onunla  gizlicə  danışaraq 

onu Axsiyə Tənbəlin yanına göndərmişlər. 

Divarla çevrilmiş bir evə girdim və od qalayıb bir müddət yuxuya dal-

dım. Bu həriflər nökərlik edib mənə təkrar belə dedilər: «Qədirverdidən xə-

bər  almadan  buradan  hərəkət  edə  bilmərik.  Bura  məhəllə  arasıdır,  kənarda 

kimsəsiz bağlar var. Oraya (l18 a) getsək, heç kim bizim orada ola biləcəyi-

mizi ağlına belə gətirə bilməz». 

Gecə  yansı ata minib kənar bağa getdim. Baba Sayrami divar üzərin-

dən ətrafı gözətləyirdi. Günortaya yaxın divardan enib yanıma gələrək dedi: 

«Yusif darğa gəlir». 

Buna çox üzüldüm və «Öyrən gör, mənim burada olduğumu bilərəkmi 

gəlir» dedim. 

Çıxdı və danışdıqdan sonra gəlib belə dedi: «Yusif darğa deyir ki, Ax-

si qapısında qarşıma bir piyada çıxdı və padşahın Kərnanda filan yerdə ol-

duğunu söylədi.  Mən də  başqaları bilmədən bu piyadanı  müharibədə  əlimə 

düşən Vəli Xəzinə[çi] ilə birlikdə bir yerə gizlədim, sonra da sizin yanınıza 

qoşdum. Bəylərin bu işdən xəbəri yoxdur». 

«Sən nə düşünürsən?» deyə soruşdum. 

«Bu adamlar hamısı da nökərlərinizdir, sizə nə eləyə bilərlər ki? Get-

mək lazımdır. Sizi padşah edəcəklər» dedi. 

«Bu  qədər  qovğadan  və  savaşdan  sonra  necə  etimad  edib  gedə  bilə-

rəm» dedim. 

Biz  belə  danışarkən  Yusif  gəlib  önümdə  iki  dizi  üstünə  çöküb  dedi: 

«Sizdən nə gizlədim, bundan Sultan Əhməd bəyin xəbəri yoxdur. Şeyx Bə-

yazid bəy sizin xəbərinizi alıb məni göndərdi». 

Belə deyincə mənə qəribə bir hal oldu. Dünyada can qorxusundan da-

ha pis bir şey yox imiş. «Doğrusunu söylə, iş bir az başqa isə gedib abdəst 

alım» dedim. 

Yusif and içdi, lakin onun andına kim inanar (l18 b). Özümdəki taqət-

sizliyi  düşündüm.  Qalxıb  bağın  bir  guşəsinə  gedib  öz-özümə  düşünərək, 



BABURNAMƏ 

 

133 



«İnsan min il də yaşasa, axırda öləcək» dedim: 

Əgər səd sal mane, var ya ki ruz, 

Bibayəd rəft əz in kahi diləfruz. 

İstər yüz il, istər bir gün qal,  

Bu könül aydınladan köşkü tərk edəcəksən. 

Ölümü qəbul etdim. Bu bağdan bir su axırdı. Abdəst aldım.  İki rükət 

namaz qıldım. Başımı münacata qoyub dilək dilərkən yuxuya dalmışım. 

Röyamda Xoca Yəhyanın  oğlu  və  Xoca Übeydullah həzrətlərinin  nə-

vəsi olan Xoca Yaqub ağ və qara nişanlı bir ata minmiş olaraq izdihamlı bir 

camaatla birlikdə qarşıma çıxdı. Mənə belə dedi: «Qəm yeməyin, məni sizin 

yanınıza Xoca Əhrar göndərdi və dedi ki, biz ona kömək göndərib padşahlıq 

məqamına oturtmuşuq, bir yerdə çətinə düşsə, bizi göz önünə gətirib yad et-

sin, biz orada hazır olarıq. Bu anda belə şans hələ sizin tərəfinizdədir. Ba-

şınızı qaldırın və yuxudan oyanın». Bu vəziyyətdə sevinclə oyandım. 

Yusif darğa və yanındakılar öz aralarında danışıb belə deyirdilər: «Bə-

hanələr tapıb hiylə eləyir, tutub bağlamaq lazımdır». 

Bu sözü eşittim və «Siz belə danışırsınız, yaxınlaşın görüm, hansınız 

mənə  yaxınlaşa  bilərsiniz»  dedim.  Tam  bu  sözü  söylərkən,  bağın  divarının 

dışından izdihamlı bir atlı qafiləsinin ayaq səsləri gəldi (119 a)  

«Əgər bizimlə birlikdə Tənbəlin hüzuruna getsəydin, bizim işimiz dü-

zələrdi.  İndi  isə  sizi  yaxalamaq  üçün  bu  qədər  adam  gödərib»  deyən  Yusif 

darğa bu səslərin Tənbəlin göndərdiyi adamların səsi olduğunu təxmin etdi. 

Bunu eşidincə təlaşım lap artdı və nə edəcəyimi bilmədim. 

O anda bu atlılar bağın  qapısını aramaq üçün vaxt itirmədən əski di-

varın bir yerindən bir dəlik açaraq içəri girdilər. Baxdım ki, onlar mənə can-

dan  bağlı  olan  adamlarımdır.  Qutlu  Məhəmməd  Barlas  və  Babayi-Pərgari 

yanlarında on beş və ya iyirmi adamla gəlib yetişmişdi. Yaxınlaşanda özlə-

rini atlardan yerə atdılar və uzaqdan hörmətlə əyilib sayğı göstərərək ayaq-

larıma qapandılar. O anda mənə qəribə bir hal oldu, sanki Allah mənə yeni-

dən can vermişdi. 

Mən  gələnlərə  «Bu  Yusif  darğanı  və  yanındakı  xain  hərifləri  yaxala-

yıb bağlayın» dedim. Bu həriflər qaçmışdılar, amma onlardan birini bir yer-

də yaxalayaraq bağlayıb gətirdilər. 

«Siz hardan gəlirsiniz və necə xəbər aldınız?» deyə soruşdum. 

Qutlu  Məhəmməd  Barlas  belə  anlatdı:  «Axsidən  qaçıb  çıxarkən,  siz-

dən  ayrıldıqdan  sonra  Əndicana  gəldim.  Xanlar  da  Əndicana  gəlmişdilər. 

Mən bir röya gördüm. Rüyamda Xoca Übeydullah mənə dedi ki, Babur pad-

şah Kərnan (1l9 b) deyilən kənddədir, gedib onu gətirin. Padşahlıq məqamı 

ona verilmişdir. Bu röyanı gördükdən sonra sevinərək böyük və kiçik xana 

ərz etdim və dedim ki, mənim beş-altı  kiçık qardaşım və oğlum var, bunlara 

bir neçə igid qoşun, mən də Kərnan tərəfinə gedib xəbər alım. Xanlar biz də 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



134 

onun o tərəfə getmiş olacağını düşünürük, deyərək yanıma on adam təyin et-

dilər və o tərəfə gedib yaxşıca araşdıraraq bir xəbər al, heç olmasa, o tərəfdə 

bir xəbər tapa bilərsən, dedilər. Biz belə danışarkən Babayi-Pərgari mən də 

gedib axtarım, dedi və o da iki igid kiçik qardaşı ilə birlikdə bizə qoşuldu. 

Bugün üçüncü gündür ki, yoldayıq. Əlhəmdülillah, sizi tapdıq». 

Sonra isə dedilər ki, indi darhal ata minin və bu bağlananları da alaraq 

gedək. Burada durmaq yaxşı deyildir. Tənbəl sizin buraya gəldiyinizdən xə-

bər tutub. Tez buradan gedək və xanlara qoşulaq. 

Dərhal ata minib Əndican tərəfinə yola çıxdıq. İki gündən bəri heç ye-

mək yemirdım. Günorta namazı vaxtı bir qoyun taparaq gedib bir yerdə fa-

silə  verdik  və  kabab  bişirdilər.  Bu  kababdan  doyunca  yedim.  Ondan  sonra 

atlara minib beş günlük yolu iki gün və iki gecədə sürətlə gedib Əndicana 

girdik. Orada böyük və kiçik xan dayılarımla görüşdüm, başımdan keçənləri 

tam şəkildə onlara danışdım.  

Dörd ay xanların yanında qaldım. Hər tərəfə (120 a) dağılan adamla-

rım yığıldılar. Üç yüzdən bir az artıq adam vardı. «Madam ki bu Fərqanə vi-

layətində  yersiz  və  yurdsuz  olaraq  yaşamam  lazımdır,  mən  də  başımı  alıb 

başqa bir tərəfə gedim» deyə düşündüm və məhərrəm ayında Xorasana get-

mək niyyətilə Fərqanə vilayətindən yola çıxdım

1



 



 

 

 



 

 

 

 

 

                                                           

1

 Baburun xatirələri 908-ci ilin hadisələri başa çatmadan burada kəsilir, 909-cu ilin ha-



disələri isə bütünlüklə yoxdur. Həmin çatışmayan dövrdə bu hadisələr baş vermişdir: 909-

cu ildə Əndican Baburun dayıları olan iki moğol xanının əlində, Babur özü dayılarının ya-

nında olmuşdur. Tənbəlin vəziyyəti çox pisləşmiş, Fərqanədə qala bilmək üçün Şeybaniyə 

tabe  olmağı  qəbul  edərək  onu  köməyə  çağırmışdır.  Şeybani  xan  savaşda  moğol  xanlarını 

məğlub etmiş, ancaq onları öldürməmiş, onların soyundan qızlar alaraq xanları buraxmışdır. 

Məqsədi moğolları öz ordusuna qatmaqdır. 

Bu savaş zamanı dayılarının ordusunda  olan Babur qaçmağı bacarmış və  Şeybani onu 

yaxalaya bilməmişdir. Babur qaçıb Fərqanənin cənubundakı dağlarda gizlənmişdir. Şeybani 

xan Daşkəndi və Seyhunun sağ sahilindəki bir çox yeri də almışdır. Sonra Bəlxdə Bədiüz-

zaman Mirzənin üstünə  hücum edib şəhəri bir neçə ay  mühasirədə saxlamış, lakin ala bil-

məmişdir. Daha sonra Tənbəli Əndicanda ələ keçirmiş və öldürmüşdür. Bundan sonra Fər-

qanəyə bütünlüklə hakim olmuşdur. 

Babur isə Fərqanənin cənubundakı dağlardan Xorasana getməyi qərara almışdır. Bu 

zaman onun yanında  üç yüzdən bir az artıq adam olmuşdur. 



BABURNAMƏ 

 

135 



 

 

 

 

II. KABĠL 

 

 



 

 

KABİL - 910 (14 İYUN 1504 - 4 İYUN 1505) 

 

DOQQUZ YÜZ ONUNCU ĠLĠN HADĠSƏLƏRĠ 

 

Məhərrəm  ayında  [=1504  iyun-iyul]  Xorasana  getmək  niyyətilə  Fər-

qanə  vilayətindən  çıxıb  Hisar  vilayətinin  yaylalarından  olan  İlək  yaylasına 

endim. Orada iyirmi üç yaşıma girərkən ilk dəfə təraş oldum. 

Hər hansı bir ümidə qapılaraq mənimlə birlikdə gələnlərin sayı böyük-

kiçık  iki  yüzdən  bir  az  artıq,  üç  yüzdən  bir  az  azdı.  Çoxu  piyadə  idi. 

Əllərində zopa, ayaqlarında çarıq və üstlərində çuldan başqa heç bir şeyləri 

yox idi. Səfalət o dərəcə idi ki, yalnızca iki çadırımız vardı. Mənim çadırım 

validəmə təxsis edilmişdi. Mənə isə hər getdiyimiz yerdə bir alaçıq qururdu-

lar və mən bu alaçıqda otururdum. 

Gərçi  Xorasana getmək niyyətilə  yola çıxmışdıq, lakin bu vəziyyətdə 

bu vilayətdən və Xosrov şahın adamlarından ümidlənirdik. Hər neçə gündən 

bir bir adam gəlib vilayət və xalqdan xəbər gətirir, biz də ümidə qapılırdıq. 

Bu əsnada Xosrov şahın yanına elçi olaraq göndərilən Molla Baba Pə-

şağari gəldi. Xosrov şahdan qəlbəyatan bir söz gətirməsə də əhalidən gətir-

diyi sözlər (120 b) ümidverici idi. 

İləkdən  ayrılıb  üç-dörd  mənzildə  gecələdikdən  sonra  Hisar  civarında 

Xocaimad deyilən yerdə düşərgə qurduq. Orada ikən Mühib Əli Qurçu Xos-

rov şahın elçi olaraq gəldi. Xosrov şah kərəmi və səxavəti ilə məşhur idi, an-

caq iki dəfə onun vilayətindən keçdiyimiz halda başqalarına elədiyi insaniy-

yəti  bizə  göstərmədi.  Amma  əhalidən  və  vilayətdən  ümidvar  olduğumuza 

görə hər mənzildə bir müddət qalırdıq. 

O zaman ən böyqk adamımız Şirim Tağayi idi, onun da Xorasana get-

mək istəməyərək bizdən ayrılmaq niyyəti vardı. Sərpüldə məğlub olaraq Sə-

mərqəndə döndüyüm zamanda da ailəsini uzaqlaşdırmış və qalanın müdafiə-

sində yalnız özü qalmışdı. Çox alçaq bir adamdı. Daha öncə də bir neçə dəfə  

belə hərəkətlərdə bulunmuşdu. 

Qabadiyana gələndə Çağanyanı, Şəhri-Səfanı və Termizi əlində tutan, 

Xosrov şahın kiçık qardaşı Baqi Çağanyani Qarşı xatibini göndərib mənə öz 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



136 

sədaqətini  bildirərək  bizə  qoşulmaq  istədi  və  Amu  çayını  [Amu-Dərya] 

Ubaç  keçidindən keçən zaman gəlib bizə qoşuldu. 

Baqinin  xahişi  ilə  Termiz  qarşısına  gəldik  və  sonrasında  bütün  köç-

lərini  Amudan  keçirib  bizimkilərə  qatılmasının  ardından  da  Xosrov  şahın 

qardaşı oğlu, Baqinin oğlu Əhməd Qasımın idarəsindəki Kahmərd və Bam-

yan  tərəflərinə  hərəkət  etdik.  Niyyətimiz  Kahmərdin  Əcər  adlı  dərə  kurqa-

nında ailə və adamlarımızın (121 a) təhlükəsizliyini təmin etmək, sonra da 

vəziyyətə görə hərəkət etmək idi. 

Aybəkə  gələndə  əvvəlcə  mənim  yanımda  olan,  yaxşı  qılınc  çalan  və 

bu qarışıqlıqda məndən ayrılıb Xosrov şahın  yanına gedən Yarəli Bilal  bir 

neçə  igidlə  birlikdə  qaçıb  gəldi  və  Xosrov  şahın  moğollarından  da  sədaqət 

sözləri gətirdi. 

Dəreyi-Zindana gələndə isə Sallax dedikləri Qənbər Əli bəy də qaçıb 

gəldi. Üç-dörd mənzildə dayandıqdan sonra Kahmərdə gəldik. Ev və ailələri 

Əcər kurqanına yerləşdirdik. 

Əcərdə  ikən  Cahangir  Mirzə  ilə  Sultan  Mahmud  Mirzənin  Xanzadə 

bəyimdən  olan  qızının  nikahları  kəsildi.  Cahangir  Mirzə  onu  əvvəlcə  hələ 

mirzələr sağkən istəmişdi. 

Bu sırada Baqi Bəy mənə dəfələrcə dedi ki, bir vilayətə eyni anda iki 

padşah və bir əsgərə iki komandan qarışıqlığa və xarablığa səbəb olur, fitnə 

və pərişanlığa aparıır, necə ki demişlər: 

Dəh dərviş dər kilime bexoftənd, 

Dü padşah dər iqlime nəqoncənd, 

Nim nane gər xurənd mərdi-xuda, 

Bəzli dərvişan konəd nimi-digər, 

Mülki-iqlime bigərəd padşah 

Həmçinin dər bəndi iqlimi-digər.   



 

On dərviş bir kilim üstündə yatar,  

Lakin iki padşah bir iqlimə sığmaz.   

Dindar adam bir çörəyin yarısını öz yesə  

Digər yarısını kasıblara verər.  

Bir iqlim mülkünü tutan padşah  

Digərlərini də zəbt etmək fikrinə düşər.

1

 

Elə ümid edirdik ki, bugün-sabah Xosrov şahın yanında bulunan bütün 

adamları  gəlib padşahın  xidmətinə girəcəklər.  Lakin  orada Əyyubun [Bəy-

cik] oğulları və digərləri kimi (121 b) bir çox fəsadçılar vardı ki, onlar bizim 

mirzələrin  arasında daima  pislik və  fitnənin  səbəbkarı  və  təhrikçiləri  idilər. 

İndi bu zaman Cahangir Mirzənin Xorasan tərəfinə getməsinə xoşluq və gö-

zəlliklə izin verilməli idi ki, gələcəkdə təəssüf və peşmanlığa səbəb olmasın. 

                                                           

1

 Sədi Şirazidən. 



BABURNAMƏ 

 

137 



Lakin  qohum-qardaşdan  bəzi  qəbahətlər  görsəm  də,  onların  mənim 

üzümdən zərərə uğramalarını istəmək mənim təbiətimə xas deyildi. Düzdür, 

Cahangir Mirzə ilə aramızda əvvəlcə mülk, səltənət və adamlar üzündən in-

ciklik, qovğa və gurultu çox olmuşdu, lakin bu dəfə  o, vilayətdən mənimlə 

birlikdə gəlmişdi, qardaş və xidmətçi vəziyyətində idi, bugünlərdə də ondan 

incikliyə səbəb olacaq heç bir şey görmürdüm. Ona görə də Baqi bəy o sözü 

təkrar-təkrar söyləsə də, mən qəbul etmədim. Axırda Baqi Bəyin dediyi ki-

mi, Yusif Əyyub və Bəhlul Əyyub kimi fitnəkarlar mənim yanımdan qaçıb 

Cahangir  Mirzənin  yanına  getdilər,  pisliklə,  fitnə  ilə  uğraşaraq  Cahangir 

Mirzəni məndən ayırıb Xorasana apardılar. 



 

SULTAN HÜSEYN MĠRZƏDƏN GƏLƏN MƏKTUBLAR 

 

O  zaman  Sultan  Hüseyn  [Bayqara]  Mirzədən  [oğlu]  Bədiüzzaman 



Mirzəyə, mənə, Xosrov şaha və Zünnuna [bəy Arğun] eyni məzmunda uzun 

(122 a) məktublar gəldi. O məktublar hələ də məndədir. 

Məktublarda  belə  deyilirdi:  [Əbu  Səid  Mirzənin  oğulları]  Sultan  Əh-

məd Mirzə, Sultan Mahmud Mirzə və Uluğ bəy Mirzə qardaşlar birləşib mə-

nim üstümə  hücum  çəkəndə  Murqab sahilini gücləndirmişdim. Mirzələr də 

yaxınlaşdıqları halda heç bir şey edə bilmədən geri qayıtmışdılar. İndi əgər 

özbəklər  hərəkətə  keçsələr  mən  yenə  Murqab  sahilini  tutum,  Bədiüzzaman 

Mirzə isə Bəlx, Şaburqan və Əndəhud kurqanlarına inanılmış adamlarını qo-

yub  özü  Gürzüvan,  Dəreyi-Zəng  və  o  dağlıq  bölgəni  tutsun.  Mənim  də  bu 

civara  gələndən  xəbərdar  olmuş,  «sən  də  Kahmərd,  Əcər  və  civardakı  dağ 

ətəklərini tut» deyə yazmışdı. Xosrov şah da Hisar və Qunduz kurqanlarına 

inanılmış adamlarını qoyub kiçık qardaşı Vəli ilə birlikdə Bədəxşan və Xut-

lan dağlarını tutsunlar. Onda özbəklər heç bir şey edə bilmədən geri qayıda-

caqlar. 

Sultan Hüseyn Mirzədən gələn bu məktublar ümidsizliyə  səbəb oldu, 

çünki Teymur bəyin yurdunda o dönəmdə yaş, vilayət və əsgər baxımından 

ondan daha böyük bir padşah  yoxdu. Mən gözləyirdim ki, onun elçiləri və 

qasidləri dalbadal dələrək belə əmrlər gətirəcəklər:  «Termiz, Kilif və Kərki 

keçidlərində  (l22  b)  gəmiləri  belə  düzəldin,  körpü  materialını  bu  miqdarda 

hazırlayın, yuxarıdakı Doqquz-Ölüm keçidlərini möhkəm qoruma altına alın 

ki,  neçə  ildən  bəri  özbəklər  üzündən  cəsarətini  itirmiş  olan  xalqın  könlünə 

qüvvət gəlib ümidvar olsun». 

Teymur  bəyin  taxtında  oturan  Sultan  Hüseyn  Mirzə  kimi  böyük  bir 

padşah  düşmən  üzərinə  yürüməyi  düşünmədən  yalnız  müdafiə  olunma  lü-

zumundan bəhs edirsə, daha xalqda necə bir ümid qala bilərdi. 

Bizimlə birlikdə gələn ac adamların ailələrini, Baqi Çağanyani və oğlu 

Məhəmməd Qasımın mövcud sipahi və aymaqlarının köç və mallarının ha-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



138 

mısını Əcərdə qoyub əsgərləri götürüb çıxdıq. 

Xosrov şahın yanındakı moğollardan «Bütün moğol ulusu olaraq pad-

şahın tərəfini tuturuq, Talikandan köç edib İşkəmiş və Fülul tərəflərinə do-

ğru hərəkət  edirik, qoy  padşah da çalışıb tez gəlsin, Xosrov şahın adamla-

rının çoxu padşahın xidmətinə girəcəkdir» şəklində xəbərlər gətirən adamlar 

gəlməyə başladı. 

Bu  zaman  Şeybani  xanın Əndicanı  alıb Hisar və  Qunduz üzərinə  qo-

şun çəkməsi xəbəri gəldi. Xosrov şah bu xəbəri eşidincə Qunduzda qalma-

yaraq bütün adamını alıb (123  a) Kabilə doğru getdi. Xosrov şah Qunduzu 

qoyub çıxar-çıxmaz, Molla Məhəmməd Türküstani adında çox etibar etdiyi 

köhnə bir adamı da Qunduzu Şeybani xana qarşı gücləndirdi. 

Biz Səmtu yoluyla Qızılsu tərəfinə gələndə Xosrov şaha tabe olan, Hi-

sar və Qunduzda bulunan moğol ulusu köçləri ilə birlikdə gəlib bizə qoşuldu. 

Daha  əvvəl  də  haqqında  dəfələrlə    söz  açdığım  Qənbər  Əli  moğol  [Sallax] 

gəvəzə bir adamdı. Xasiyyəti Baqi bəylə [Çağanyani] tutmadı və Baqi bəyin 

xatiri  üçün  getməsinə  izin  verdim.  [Qənbər  Əlinin]  oğlu  Əbdüşşükür  isə  o 

zamandan bəri Cahangir Mirzənin  xidmətində qaldı.  



 

XOSROV ġAHIN BABURUN 

XĠDMƏTĠNƏ GĠRMƏSĠ 

 

Xosrov  şah  moğol  ulusunun  bizə  qoşulduğunu  eşidəndə  çox  heyrət 



eləmişdi.  Ancaq  bir  çarə  tapmayınca  kürəkənı  Yaqub  Əyyubu  elçi  olaraq 

göndərdi. Əhd bağlandığı təqdirdə qulluq və sədaqətini göstərib xidmətimi-

zə  gələcəyini bildirdi. Baqi  Çağanyani  nüfuz sahibiydi.  Bizə  sadiq  olsa da, 

öz böyük qardaşının tərəfini verməzdi. O, araya girdi və bu şəkildə bir əhd 

bağlandı: onun həyatına toxunulmayacaq, malına da öz istədiyi kimi sərən-

cam  verəcək,  ona  heç  bir  təzyiq  göstərilməyəcək.  Yaqubun  getməsinə  izin 

verdikdən  sonra  Qızılsuyu  keçib  Əndərab  çayının  birləşdiyi  yerə  yaxın  bir 

yerdə (123 b) düşərgə saldıq. 

Ertəsi gün, rəbiüləvvəl ayının ortalarında [=avqust ayının sonunda] bir 

neçə adamla Əndərab çayını keçib Duşi civarında böyük bir çinarın altında 

oturdum. Qarşı tərəfdən Xosrov şah əzəmət, ehtişam və izdihamlı məiyyəti 

ilə gəldi. Təşrifat qaydalarına müvafiq olaraq uzaqda atından düşdü və gəlib 

görüşərək üç dəfə, geri çəkilərək yenə üç dəfə, kef-hal soruşanda və hədiyyə 

təqdim edəndə birər dəfə yükündü. Cahangir Mirzə ilə Mirzə xana [Baburun 

əmisinın oğlu Sultan Veys Mirzə] də eyni şəkildə yükündü. Qoca və təmbəl 

hərif neçə ildir öz istədiyi kimi hərəkət edir və yalnızca öz adına xütbə oxut-

ma dışında səltənət sürürdü. Bu şəkildə iyirmi beş-iyirmi altı dəfə ard-arda 

yükündü, getib gəldi. Yorğunluqdan az qala yıxılacaqdı. Neçə ildir sürdüyü 

bəyliyi və səltənəti tamamən burnundan gəldi. 


BABURNAMƏ 

 

139 



Görüşüb hədiyyə təqdim etdikdən sonra oturmasını buyurdum. Bir-iki 

qari


1

 oturub  oradan-buradan  danışdıq.  Alçaqlığı  və  nankorluğu  ilə  bərabər 

boş və zövqsüz bir danışığı da vardı. Etimad göstərdiyi, etibarlı adamları gö-

zünün  qabağında  dəstə-dəstə  gəlib  mənim  xidmətimə  girirdilər.  Onun  işi  o 

dərəcədə  pozulmuşdu  ki,  padşahlıq  etməkdə  olan  bu  hərif  bu  cür  həqir  bir 

vəziyyətdə çar-naçar gəlib mənimlə görüşmüşdü. 

Belə bir zamanda (124 a) iki qəribə söz söyləyib məni lap şaşırtdı. Bi-

ri  budur:  nökərlərinin  yanından  ayrılması  üzündən  ona  təsəlli  verəndə  belə 

cavab verdi: «Bu adam dörd dəfə məndən ayrılmış və təkrar gəlmişdir». 

Biri  də  budur:  kiçık  qardaşı  Vəli  haqqında  «O  nə  zaman  gələcək  və 

Amu-Dəryanın  hansı  keçidindən  keçəcək?»  deyə  soruşanda  o  dedi:  «Əgər 

keçid  tapılsa,  tez  gələr,  amma  sular  yüksəlincə  keçidlər  dəyişir.  Bir  məsəl 

vardır: «An güzərra ab burd»

2

. Dövləti və adamları onun əlindən gedən za-



man söylədiyi bu sözü onun dilinə Allah gətirdi. 

Bir-iki qaridən sonra mən ata minib qərargaha gəldim, o da öz düşər-

gəsinə  getdi.  O  gündən  etibarən  böyük-kiçık,  yaxşı-pis  bəyləri  və  igidləri 

ailələri və malları ilə birlikdə ondan ayrılıb dəstə-dəstə bizim yanımıza gəl-

məyə başladılar. Ertəsi gün günorta və ikindi namazına qədər onun yanında 

heç kim qalmadı. 

«De  ki:  «Allahım,  (ey)  mülkün  sahibi,  sən  istədiyinə  mülkü  verirsin, 

istədiyindən də mülkü alırsan, dilədiyini yüksəldirsin, dilədiyini alçaldırsan. 

Xeyir sənin əlindədir. Sən hər şeyə qadirsən».

3

 



Allahın içinə bax! Bir adam ki, iyirmi-otuz min nökər sahibiydi, Dər-

bəndi-Ahənin deyə də bilinən Kahluqdan Hinduquş dağına qədər [Baburun 

əmisi] Sultan Mahmud Mirzəyə aid olan vilayətlər tamamən onun hakimiy-

yəti altında idı, (124 b) onun Həsən Barlas adlı bir təhsildarı, ixtiyar bir hə-

rif, İləkdən Ubaca qədər qaba bir şəkildə təhsildarlıq edərək bizim köçümü-

zü oradan buraya qovurdu, işə bax ki, bir yarım gündə heç bir müharibə və  

ya mübarizə olmadan, bizim kimi fəqir və yenilmiş iki yüz-iki yüz əlli ada-

mın önündə elə səfil, həqir və aciz bir vəziyyətə düşmüşdü ki, nə adamlarına, 

nə malına, nə də canına yetəcək qüdrəti qalmamışdı. 

Xosrov şah ilə görüşüb qayıtdığım gecə Mirzə xan hüzuruma gəlib bö-

yük qardaşlarının qanını istədi. Bizim aramızda olanların bir qismi də eyni 

fikirdə  idi.  Gerçəkdən  də,  şəriətə  və  törəyə  görə  belə  insanların  cəzalarını 

alması doğru idi, lakin əhd bağlanmışdı. 

Buna görə də Xosrov şahın götürə bildiyi hər şeyi alıb yanında götürmə-

sinə iradə və fərman çıxdı. Üç-dörd qatar qatır və dəvəyə mövcud cəvahiratını, 

altın,  gümüş  və  qiymətli  əşyasını  yükləyib  götürdü.  Şirim  Tağayini  Xosrov 

                                                           

1

 Qari: Hindistanda işlənən və 24 dəqiqəyə bərabər olan bir zaman ölçüsü.  



2

 O keçidi su apardı. 

3

 Quran, əl-İmran surəsi, 3:26. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



140 

şaha müşayiətçi təyin etdik ki, onu Quri və Dəhanə  yoluyla Xorasan tərəfinə 

göndərdikdən sonra Gahmərdə gedib köçümüzü arxamızdan Kabilə gətirsin. 

O yurddan Kabilə getmək niyyətilə hərəkət etdik və Xoca-Zeydə gəlib 

endik. O gün Həmzə Bi Məngit komandanlığındakı özbək axınçısı gəlib Du-

şi civarına axın etdi. Seyid Qasım eşik-Ağa ilə Əhməd Qasım Kuhbər (125 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin