ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə11/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

a)  və  Qənbər  Əli  kimi  böyük  bəylərimizdən  də,  bəhs  etdiyimiz  kimi,  neçə 

dəfə belə hərəkətlər göründüyü üçün onlara da inamımız qalmamışdı. Ayrı-

ca  başlarında  Məhəmməd  Məzid  Tarxan  olduğu  halda  bütün  Səmərqənd 

bəyləri  məni  çağırmaq  üçün  Mir  Moğolu  göndərmişdilər.  Səmərqənd  kimi 

bir paytaxt varkən, niyə Əndican kimi bir yer üçün adam və vaxt itirim ki? 

Qabadan Mərginana gəldik. Mərginan Qoç bəyin atası Sultan Əhməd 

bəyə verilmişdi.  Bəzi  işlər və əngəllər üzündən o mənimlə birlikdə  hərəkət 

edə bilməyərək Mərginanda qalsa da, oğlu Qoç bəy bir neçə qohumuyla bə-

rabər mənimlə gəldi. İsfəra yoluyla hərəkət edərək İsfəraya bağlı Maxan adlı 

bir  kəndə  gəldik.  Xoş  bir  təsadüf  əsəri  olaraq  adamlarıyla  birlikdə  Qasım 

bəy, Əli Dostla birlikdə bir çox igidi ilə Seyid Qasım [eşik-ağa] da əvvəlcə-

dən qərarlaşdırılmış kimi o gecə gəlib bizə qoşuldular. Oradan hərəkət edib 

Dəşti-Həsban  üzərindən  ötərək  Çoban  körpüsündən  keçib  Ura-Təpəyə  gəl-

dim. 


Qənbər Əli isə Tənbələ güvənərək öz vilayəti olan Xocənddən qalxıb 

hərbi  məsələlər  haqqında  danışmaq  üçün  Axsiyə  gəlir.  Gəlincə  də  Tənbəl 

onu dərhal bağladıb yanına alaraq (78 b) vilayətlərinin üstünə cumur. Türk-

cədə bir ata sözü vardır: «İnanma dostuna, saman təpər postuna» (dərinə). 

Yolda götürülərkən Qənbər Əli qaçıb piyada olaraq min bir zəhmətlə 

Ura-Təpəyə  gəldi.  Biz  Ura-Təpədə  ikən  Şeybani  xanın  Dəbusi  qalasında 

Baqi  Tarxanı  məğlub  edib  Buxara  üzərinə  yürüdüyü  xəbəri  gəldi.  Ura-Tə-

pədən  hərəkət  edib  Bürkə  yaylağı  yoluyla  Səngzara  gəldik.  Səngzar  valisi 

kurqanı təslim etdi. Qənbər Əli hər şeyini itirərək gəldiyi üçün onu Səngzar-

da qoyub getdik. 

Xan yurduna gəlib düşərgə salanda başlarında Məhəmməd Məzid Tar-

xan olmaqla Səmərqənd bəyləri gəlib sədaqətlərini bildirdilər. Səmərqəndin 

zəbti  məsələsini  onlarla  müzakirə  etdik.  Onlar  da  «[Xoca  Übeydullahın 

oğlu] Xoca Yəhya padşaha candan bağlıdır, əgər Xocanı öz tərəfimizə çək-

sək, Səmərqəndi savaşmadan və asanlıqla zəbt etmək mümkündür» dedilər. 

Bunun üçün bir neçə dəfə Xoca Yəhyaya adamlar göndərərək danışıq aparıl-

dı. Xoca Yəhya bizə qəti söz verməməklə birlikdə məyus edəcək söz də söy-

ləmədi. 


Xan  yurdundan  qalxıb  Dərğəm  sahilinə  gəldik.  Dərğəm  sahilindən 

Xoca Məhəmməd Əli Kitabdar Xoca Yəhyanın yanına göndərildi (79 a) və 

«Gəlsinlər, şəhəri təslim edərik» xəbərini gətirdi. Biz də axşama doğru Dər-

ğəmdən qalxıb şəhərə doğru hərəkət etdik. 

Amma Sultan Məhəmməd Duldayın atası Sultan Mahmud Dulday ora-


BABURNAMƏ 

 

95 



dan qaçaraq getmiş və Səmərqənddə olanları bu ittifaqdan agah etmişdi. Xə-

bər  aldıqları  üçün  nəzərdə  tutduğumuz  plan  baş  tutmadı  və  qayıdıb  təkrar 

Dərğəm sahilinə gəldik. 

İbrahim Saru Mınqlı inayət etdiyim bəylərimdən idi, Əli Dost [Tağa-

yi] onu yaxaladıb sürmüşdü. Mən Yar-yaylağa gəldiyim zaman Yusif bəyin 

[Seyid Yusif Oğlaqçı] böyük oğlu Məhəmməd Yusif ilə birlikdə gəlib səda-

qətini bildirdi. Əli Dost sadiq bəylərimizin və içkilərimizin bir uismini özü-

nə  müxalif  olduqları  üçün  sürdürmüş,  mallarını  yağmalatmış,  bəzilərini  də 

yaxalatmışdı. Bunlar da birər-birər gəlib toplandılar. 

Əli  Dostun  mövqeyi  sarsılmışdı,  çünki  Tənbələ  qüvənərək  mənə  və 

mənim tərəfdarlarıma cəfa və əziyyət edirdi. Mən də bu alçaq adamdan heç 

xoşlanmırdım. Utandığından və qorxusundan yanımda qala bilməyərək get-

mək üçün izin istədi. Mən də bunu minnət bilərək izin verdim. Əli Dost və 

[oğlu] Məhəmməd Dost bu (79 b) izni alan kimi Tənbəlin yanına getdilər. 

Tənbəlin  yaxınlarından  olan  bu  ata  ilə  oğuldan  bir  çox  düşmənlik  və 

pisliklər meydana gəldi. Bir-iki il sonra Əli Dostun əlində çiban çıxaraq və-

fat etdi. Məhəmməd Dost isə özbəklərə qoşuldu. Vəziyyəti ümumən pis de-

yildi,  lakin  oradan  da  nankorluq  edib  qaçaraq  Əndican  dağının  ətəklərinə 

getdi,  düşmənlik  və  fitnə  çıxardı.  Axırda  özbəklərin  əlinə  düşdü,  onlar  da 

bunun gözlərini kor etdilər. Gözlərini «duz tutdu»

1

 ifadəsinin belə bir məna-



sı varmış. 

Bunların  getmələrinə  izin  verdikdən  sonra  Guri  Barlas  da  bir  neçə 

igidlə birlikdə xəbər bilmək üçün Buxara tərəflərinə göndərilmişdi. Şeybani 

xanın Buxaranı zəbt edib Səmərqənd üzərinə doğru yürüdüyü xəbəri gəldi. 

O civarda olmağı uyğun görməyərək Keş tərəfinə getdik. Səmərqənd bəylə-

rinin bir çoxunun köçləri Keşdə idi.  



 

SƏMƏRQƏNDĠN ġEYBANĠ XANA TƏSLĠM EDĠLMƏSĠ 

 

Keşə gəlib bir-iki həftə keçirdikdən sonra Sultan Əli Mirzənin  Səmər-



qəndi  Şeybani  xana təslim  etdiyi  xəbərini  aldıq. Təfsilatı  budur:  Sultan Əli 

Mirzənin  anası Zöhrə Bikə ağa cahilliyi və axmaqlığı üzündən Şeybani xa-

na gizlicə bir adam göndərərək bu xəbəri çatdırır: «Əgər Şeybani xan (80 a) 

mənimlə  evlənəcək  olsa,  oğlu  Səmərqəndi  Şeybani  xana  təslim  edəcək;  la-

kin Şeybani xan da şəhəri aldıqdan sonra atasının vilayətini təkrar Sultan Əli 

Mirzəyə verəcək». 

Əbu Yusif Arğun bundan xəbərdar imiş. Bəlkə ona bu fikri verən elə o 

xainin özü olmuşdur. 

 

 

                                                           



1

 Gözlərini duz-çörək tutdu deməkdir.  



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



96 

 

 



 

 

 



 

 

 



 

FƏRQANƏ - 906 (28 İYUL 1500 - 17 İYUL 1501) 

 

DOQQUZ YÜZ ALTINCI ĠLĠN HADĠSƏLƏRĠ 

 

Şeybani  xan  bu  qadının  vədi  üzrə  gəlib  Baği-Meydana  endi.  Sultan 

Əli Mirzə də bəylərindən və igidlərindən heç kimə xəbər vermədən və heç 

kimlə məsləhətləşmədən yaxınlarından bir neçə  kiçık zatla birlikdə günorta 

vaxtı  Çarrah  qapısından  çıxıb  Baği-Meydana  Şeybani  xanın  yanına  getdi. 

Şeybani xan onu elə də yaxşı qarşılamadı. Görüşdükdən sonra da özündən 

aşağı bir tərəfə oturtdu. 

Xoca  Yəhya  Mirzənin  şəhərdən  çıxdığını  duyunca  üzüldü.  Lakin  heç 

bir çarə tapa bilmədiyi için o da çıxdı. Şeybani xan onu yerindən qalxmadan 

qarşılayıb bir neçə tənəli söz söylədi. Axırda Xoca Yəhya getmək üçün ye-

rindən qalxanda Şeybani xan da sayğı göstərərək yerindən qalxdı. 

Xoca Əli bayın oğlu Can Əli Ribati-Xocada olurdu. Mirzənin çıxdığı-

nı xəbər alınca o da Şeybani xanın hüzuruna gəldi. 

Bu uğursuz qadının ağlı qıt olduğu üçün  ərə  getmək arzusu üzündən 

oğlunun xanimanını (80 b) bərbad elədi. Şeybani xan ona zərrə qədər əhə-

miyyət vermədi və cariyəsi qədər belə saymadı. 

Sultan  Əli  Mirzə  tutduğu  işə  və  şəhərdən  çıxmağına  çox  peşman  ol-

muşdu.  Bəzi  yaxınları  vəziyyəti  başa  düşərək  Mirzəni  qaçırmaq  istədilər. 

Lakin Sultan Əli Mirzə buna razı olmadı. Əcəli gəldiyi üçün qurtula bilmədi. 

O,  [Şeybani  xanın  oğlu]  Teymur  Sultanla  birlikdə  qalırdı.  Dörd-beş  gün 

sonra Külbə çayırında onu öldürdülər. Bu beş günlük fani həyat üçün pis ad-

la getdi. Qadın sözünə aldanıb özünü yaxşı ad sahibləri cərgəsindən çıxardı. 

Belə  bir  adamın  əhvalatını  bundan  artıq  yazmaq  və  belə  alçaq  hərəkətləri 

bundan artıq eşitmək doğru deyildir. 

[Şeybani xan] Sultan Əli Mirzəni öldürdükdən sonra Can Əlini də öl-

dürüb Mirzəsının yanına göndərdi. Xoca Yəhyaya etimad etmədiyi üçün də 

ona iki oğlu Xoca Məhəmməd Zəkəriyyə və Xoca Baqi ilə birlikdə Xorasan 

tərəfinə  getməsinə  izin  verdi.  Sonra  da  arxalarından  bir  neçə  özbək  gedib 

Xoca-Kardzən  civarında  Xoca  həzrətlərini  iki  igid  oğluyla  birlikdə  şəhid 


BABURNAMƏ 

 

97 



etdilər. Şeybani xan Xocanın öldürülməsi işində (8l a) əli olmadığını, qatıl-

lərin Qənbər Bi ilə Köpək Bi olduğunu söyləmişdir. Əgər belədirsə, daha da 

pis.  Bir  atalar  sözü  vardır:  «üzrü  qəbahətindən  böyük».  Əgər  bəylər  belə 

işləri xanlarının və padşahlarının xəbəri olmadan özləri etməyə başlayırlarsa, 

daha xanlığın və padşahlığın nə etibarı var? 

Özbəklər Səmərqəndi aldıqdan sonra biz də Keşdən Hisara doğru get-

dik. Məhəmməd Məzid Tarxan başda olmaqla Səmərqənd bəyləri öz köç və 

ailələri  ilə  birlikdə  bizimlə  hərəkət  etdilər.  Çağanyanın  Çəltu  çayırında  da-

yananda Məhəmməd Məzid Tarxanın başçılıq etdiyi Səmərqənd bəyləri biz-

dən ayrılaraq gedib Xosrov şahın xidmətinə girdilər. 

Biz şəhər və vilayətdən məhrum idik, gedəcək və qalacaq yerimiz bəlli 

deyildi. Xosrov şahın bizim xanədanımıza qarşı bəzi haqsızlıqlar etmiş olması-

na baxmayaraq çarəsiz, onun vilayəti içindən keçmək məcburiyyətində qaldıq. 

Qara-Təkin vilayətindən keçərək kiçık dayım Alaca xanın yanına [Sul-

tan Əhməd xan] getmə düşüncəsi ağlımızdan keçmişdi, ancaq nəsib olmadı. 

Kəmruddan  yuxarıya  doğru  yürüyərək  Sərv-Tağ  təpəsindən  aşmağa 

qərar verdik.  Nəvəndak  civarına  çatanda Xosrov  şahın  adamı doqquz at  və 

doqquz parça qumaş gətirdi

1



Kəmrud ağzına enərkən  Şir Əli  (81b)  Çöhrə  qaçıb  Xosrov  şahın  qar-



daşı  Vəlinin  yanına  getdi.  Ertəsi  gün  isə  Qoç  bəy  ayrılaraq  Hisara  getdi. 

Kəmrud  dərəsindən  yuxarıya  doğru  yürüdük.  Dar  və  uçurumlu  yollarda, 

sarp keçidlərdə bir çox atımız və dəvəmiz qaldı.  

Üç-dörd  gün  sonra  Sərv-Tağ  keçidinə  vardıq.  Keçid,  amma  necə  bir 

keçid! Heç bir yerdə belə yüksək və dar bir keçid görünməmişdir və heç bir 

vaxt belə dar və uçurumlu yollardan keçilməmişdir. Çox zəhmət və çətinlik-

lə təhlükəli boğazlar və uçurumlardan keçib bu təhlükəli, yüksək və dar ke-

çidləri aşaraq axırda Fan civarına gəldik. 

Fan dağlarının arasında böyük bir göl vardır. Çevrəsi təxminən bir şeri 

qədər olan gözəl bir göldür və o qədər cazibədardır ki, heç boş qalmaz. 

Alınan  xəbərlərə  görə,  Şiraz  kurqanını  İbrahim  Tarxan,  Yar-yaylaq 

kurqanlarını da Qənbər Əli gücləndirmişdilər. Əbülqasım Kuhbər isə Xoca-

Didardaydı. Özbəklər Səmərqəndi aldıqdan sonra Xoca-Didarda qala bilmə-

yib Yar-yaylağa gəlmiş və daha aşağıda olan kurqanları gücləndirmişdi. 

Fanı  sağ  tərəfdə  qoyaraq  Kəşdud  tərəfinə  yürüdük.  Fan  hakimi  cö-

mərdliyi,  əsaləti  və  əliaçıqlığı  ilə  məşhur  idi.  (82  a)  Sultan  Hüseyn  Mirzə 

Hisar üzərinə gələndə Sultan Məsud Mirzə kiçık qardaşı Baysunqur Mirzə-

nin yanına Səmərqəndə bu yoldan getmişdi. Fan hakimi ona yetmiş-səksən 

at bağışlamış və digər xidmətlərini də buna bənzər şəkildə eləmişdi. Mənə 

çox pis bir at göndərdi, özü isə gəlmədi. 

                                                           

1

 O dönəmin türk gələnəklərinə görə hədiyyələr doqquzlu qruplar halında verilirdi. 



 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



98 

Səxavəti ilə məşhur olan kimsələr bizə gəlincə xəsis olur, alicənablığı 

ilə  tanınlan  kimsələr  alicənablığı  unudurdu.  Xosrov  şah  da  cömərdlik  və 

əsalətlə məruf və məşhurdu. Bədiüzzaman Mirzəyə nə kimi yardımlar etdi-

yini  söyləmişdim. Daha sonra Baqi Tarxana və digər bəylərə çox insaniyyət 

və  cömərdlik  göstərmişdi.  İki  dəfə  onun  vilayətindən  keçdik,  həmcinsimiz 

demədi,  ən  aşağı  nökərimizə  elədiyi  insaniyyəti  bizə  göstərmədi,  hətta  bizi 

nökər gözündə belə görmədi. 

Kim görübdür, ey könül, əhli-cahandan yaxşılıq, 

Kim ki, ondan yaxşı yox, göz tutma ondan yaxşılıq.  

Fanı keçincə Kəşdud kurqanında  özbəklərin  adamı ola biləcəyini düşü-

nərək, Kəşdud üzərinə axın etdik. Lakin Kəşdud kurqanı xarab vəziyyətdə idi, 

indi orada heç kim yaşamırdı. Oradan keçib (82 b) Kuhək çayının sahilinə gəl-

dik. Yarının qarşısından Kuhək çayından körpüylə keçdik. Qasım bəyin başçılı-

ğı altında bəyləri Ribati-Xoca kurqanını basqınla ələ keçirmək üçün göndərdim. 

Yandan  keçib  Şunqarxana  dağını  aşaraq  Yar-yaylağa  gəldik.  Ribati-

Xocaya  gedən  bəylər  kurqana  nərdivan  qoyan  zaman  kurqandakılar  bilmiş 

və geri qovmuşlar. Onlar da kurqanı ala bilmədən dönüb gəldilər. 

Qənbər Əli Səngzarda idi, gəlib görüşdü. Əbülqasım Kuhbər və İbra-

him Tarxan da yaxşı adamlarını mənimlə görüşməyə göndərib qulluq və sə-

daqətlərini bildirdilər. Yar-yaylaq kəndlərindən Əsfidək kurqanına gəldik.  

 

BABURUN ANĠ BĠR HÜCUMLA 

SƏMƏRQƏNDĠ ĠKĠNCĠ DƏFƏ ALMASI 

 

O vaxt Şeybani xan Xoca-Didar civarında otururdu. Üç-dörd min öz-



bəyi vardı, yerli sipahidən də bir o qədər adam toplanmışdı. Səmərqənd vali-

liyini Can Vəfa Mirzəyə  vermişdi və  o da beş-altı  yüz adamla birlikdə  Sə-

mərqənd  kurqanının  içində  idi.  Həmzə  Sultanla  Mehdi  Sultan  isə  adamla-

rıyla  birlikdə  Səmərqənd  yaxınlığındakı  Bödənə  qoruğuna  yerləşmişdilər. 

Bizim  adamlarımız  yaxşı-pis  iki  yüz  (83  a)  qırx  nəfər  idi.  Bütün  bəyləri-

mizlə danışıb məsləhətləşərək buna qərar verdik: «Şeybani xan Səmərqəndi 

alalı çox olmamışdır, əhali hələ ona, o da əhaliyə könüldən bağlanmamışdır. 

Bir iş eləmək istəyiriksə, indi eləməliyik. Səmərqənd kurqanını nərdivanlar 

qoyub basqınla alsaq, əhali bizimlə olacaq. Başqa nə edə bilər ki? Əgər bizə 

kömək  etməsə  belə  özbəklər  üçün  vuruşmaq  ehtimalı  da  yoxdur.  Səmər-

qəndi ələ keçirdikdən sonra Allah nə dilərsə o, olacaqdır». 

Bu qərara gəldik və günorta namazından sonra Yar-yaylaqdan hərəkət 

edib  bütün  gecə  yürüyərək gecə  yarısı  Xan  Yurduna çatdıq. O axşam  əhali 

xəbərdar olmuşdur deyə kurqanın yaxınına getmədik və Xan Yurdundan ge-

ri  döndük.  Dan  ağaranda  Ribati-Xocanın  bir  az  aşağısından  Kuhək  çayını 

keçib təkrar Yar-yaylağa gəldik. 

Bir  gün  Əsfidək  kurqanında  Dost  Nasir,  Noyan  Göyəldaş,  Xanqulu, 


BABURNAMƏ 

 

99 



Kərimdad, Şeyx Dərviş, Xosrov Göyəldaş və Mirim Nasir kimi içkilərlə bir-

likdə oturmuşduq. Oradan-buradan danışırdıq. «Söyləyin görüm, (83 b) Al-

lah rast gətirsə, Səmərqəndi nə zaman alarıq?» dedim. 

Bəziləri  «ilkbahara alarıq» dedi, o zaman sonbahardı. Bəziləri bir ay, 

bəziləri qırx gün, bəziləri də iyirmi gün sonra dedilər. Noyan Göyəldaş isə 

«On  dörd  gündə  alarıq»  dedi.  Allah  rast  gətirdi  və  tam  on  dörd  gündə  Sə-

mərqəndi aldıq. 

O zaman qəribə bir röya görmüşdüm. Röyamda Xoca Übeydullah həz-

rətləri gəlmiş və mən də onu qarşılamağa çıxmışım. Xoca gəlib oturdu. Xo-

canın  önünə, deyəsən, bir az  diqqətsiz bir şəkildə dəstərxan sərmişdilər və 

bu üzdən həzrətin könlü bir az incimişdi. Molla Baba mənim tərəfimə baxıb 

işarət edirdi. Mən də ona işarətlə: «Mən neyləyim, qüsur dəstərxanı sərəndə-

dir» dedim. Xoca anladı və bu üzrümü qəbul etdi. Sonra ayağa qalxdı, mən 

də onu uğurlamağa çıxdım. O, evin dalanında sağ və ya sol qolumdan tutub 

məni  elə  yuxarı  qaldırdı  ki,  bir  ayağım  yerdən  üzüldü.  Mənə  türkcə  «Şeyx 

məsləhət verdi» dedi.  Bir neçə gün içində Səmərqəndi aldım. 

Bir-iki gün sonra Əsfidək kurqanından qalxıb Vəsmənd kurqanına gəl-

dik.  Bir dəfə  Səmərqənd civarına gedib  varlığımızı  göstərərək  geri qayıtdı-

ğımız halda (84 a) təkrar Allaha təvəkkül edib eyni niyyətlə günorta nama-

zından sonra Vəsmənddən qalxıb  Səmərqənd üzərinə sürətlə  hərəkət  etdik. 

Xoca Əbülməkarim də mənimlə bərabərdi. 

Gecə  yarısı  xiyaban  üzərindən  Məğək  körpüsünə  gəlib  yaxşı  igidlər-

dən  yetmiş-səksən  nəfərlik  bir  dəstəni  irəli  göndərdik.  Bunlar  Qari-aşiqan 

qarşısından nərdivanla yuxarı çıxıb Firuzə darvazasındakıların üstünə cümə-

raq darvazanı ələ keçirəcək və bizə adam göndərəcəkdilər. 

Bu igidlər gedib Qari-aşiqan qarşısından nərdivanla yuxarı çımışlar və 

heç kim xəbər tutmamışdır. Oradan da Firuzə darvazasına qədər gəlib Fazil 

Tarxanın üstünə cummuşlar. Fazil Tarxan bəy tarxanlardan olmayıb Türküs-

tanın  tüccar  tarxanlarından  idi.  Türküstanda  Şeybani  xana  xidmət  edərək 

etibar  görmüşdü.  İgidlər  Fazil  Tarxanı  bir  neçə  adamıyla  birlikdə  öldürüb 

qapının kilidini balta ilə qıraraq darvazanı açdılar. 

O  əsnada  mən  yetişərək  dərhal  Firuzə  darvazasından  içəri  girdim. 

Əbülqasım  Kuhbər  özü  gəlməmiş,  kiçık  qardaşı  Əhməd  Qasımı  otuz-qırx 

qədər  adamıyla  göndərmişdi.  İbrahim  Tarxanın  adamlarından  isə  heç  biri 

yox idi. Mən şəhərə girib xanəgahda oturanda yalnızca Əhməd Tarxan adlı 

kiçık qardaşı (84 b) bir neçə adamı ilə birlikdə gəldi. 

Şəhər  əhalisi  hələ  yuxuda  idi.  Dükan  sahibləri  dükanlarından  baxıb 

tanıyaraq mənə dua edirdilər. Qısa bir müddət sonra şəhər əhalisi vəziyyət-

dən xəbərdar oldu.  Bizim  adamları və şəhər əhalisini qəribə  bir sevinc sar-

mışdı. Özbəkləri quduz köpəklər kimi küçələrdə daş və zopalarla öldürdülər. 

Bəlkə də dörd-beş yüzə qədər özbək bu şəkildə öldürüldü. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



100 

Şəhərin darğası Can Vəfa Xoca Yəhyanın evlərindən birində otururdu. 

Oradan çıxıb qaçaraq Şeybani xanın yanına getdi. 

Qapıdan girincə birbaşa mədrəsə və xanəgah tərəfə yürüdüm və xanə-

gahın tağı üstündə oturdum. Sabaha qədər hər tərəfdə qovğa və gurultu da-

vam etdi. Xəbərdar olan bəzi əsnaf və dükan sahibləri sevinc və nəşəylə gəl-

dilər, əllərində nə varsa gətirib dua etdilər. 

Sabah  özbəklərin  Ahənin  darvazasında  iki  qapı  arasını  gücləndirərək 

vuruşmaqda  olduqları  xəbəri  gəldi.  Dərhal  ata  minib  Ahənin  darvazasına 

doğru  getdim.  Mənimlə birlikdə on-on beş və  ya iyirmi qədər adam  vardı. 

Şəhər yeni ələ keçmişdi. Alt təbəqədən hər kəs bir şey tapmaq ümidi ilə sa-

ğı-solu eşələməklə (85 a) məşğul idi. Mən yetişincəyə qədər özbəkləri Ahə-

nin darvazasından çıxarmışdılar. 

Şeybani xan bunu  eşidib fövqəladə təlaşlı bir şəkildə,  günəş doğarkən 

yüz-yüz  əlli  qədər  adamıyla  Ahənin  darvazasına  gəlib  yetişdi.  Fürsət  qapıya 

gəlmişdi. Lakin söylədiyim kimi, yanımda çox az adam vardı. Şeybani xan isə 

heç nə edə bilməyəcəyini görüncə orada durmadı və dərhal geri qayıdıb getdi. 

Oradan  dönüb  ərkdə  Bostan  Saraya  endim.  Ağsaqqallar,  əşrəf  və  şə-

hərin böyükləri gələrək məni görüb təbrik etdilər. 

Yüz qırx ilə yaxın bir müddətdir paytaxt Səmərqənd bizim ailədəydi. 

Yad  və  düşmən  özbəyin  biri  gəlib  onu  ələ  keçirmişdi.  Amma  əldən  çıxan 

mülkü Allah təkrar verdi. Yağmaya uğrayan vilayət təkrar əlimizə keçdi. 



 

SULTAN HÜSEYN MĠRZƏNĠN HERATI ALMASI 

ĠLƏ BABURUN SƏMƏRQƏNDĠ ALMASININ 

MÜQAYĠSƏ EDĠLMƏSĠ 

 

Sultan Hüseyn [Bayqara] Mirzə də Heratı bu şəkildə basqınla almışdı. 



Lakin  iş  bilənlər  gözündə, anlayan və tərəfsiz kimsələrin önündə o işlə bu 

fəth arasında böyük bir fərq olduğu aşikardır. 

Birincisi,  Sultan  Hüseyn  Mirzə  çox  işlər  görmüş,  çox  təcrübə  qazan-

mış yaşlı bir padşah idi. 

İkincisi,  onun  düşməni  on  yeddi-on  səkkiz  yaşında  və  təcrübəsiz  bir 

uşaq olan Yadigar Məhəmməd Nasir Mirzə idı. (85 b) 

Üçüncüsü,  [Sultan  Hüseyn  Mirzənin  əmirlərindən]  düşmənin  içində 

olan və vəziyyəti bilən Mir Əli Miraxur Mirzəyə adamlar göndərib onu düş-

mənin üstünə qafil olduğu bir anda gətirmişdi. 

Dördüncüsü, düşmən kurqanda deyil, Baği-Zağanda idi və Sultan Hü-

seyn  Mirzə  şəhəri  alanda  Yadigar  Məhəmməd  Mirzə  ilə  adamları  özlərini 

içkiyə  elə  vermişdilər  ki,  o  gecə  Yadigar  Məhəmməd  Mirzənin  qapısında 

duran üç adamın üçü də sərxoş imiş. 

Beşincisi,  Yadigar  Məhəmməd  Mirzənin  bu  dərəcə  qafil  olduğu  bir 



BABURNAMƏ 

 

101 



anda Sultan Hüseyn Mirzə gəldi və şəhəri zəbt etdi. 

Mən isə Səmərqəndi alanda on doqquz yaşındaydım. Nə çox işlər gör-

müş, nə də təcrübə qazanmışdım. 

İkincisi,  mənim  düşmənim  Şeybani  xan  kimi  çox  təcrübə  sahibi  və 

çox işlər görmüş, yaşlı bir adamdı. 

Üçüncüsü,  bizə  Səmərqənddən  heç  kimsə  gəlməmişdi.  Şəhər  əhalisi 

mənə  nə  qədər meylli  olsa da, Şeybani  xanın  qorxusundan heç kim bir şey 

edə bilməzdi. 

Dördüncüsü,  mənim  düşmənim  kurqanda  idi,  kurqan  alındı,  düşmən 

də qovuldu. 

Beşincisi,  bir  dəfə  Səmərqənd  üzərinə  gəlmişdik  və  düşmən  bundan 

xəbərdar olmuşdu, ikinci dəfə  gələndə Allah rast gətirdi və Səmərqənd zəbt 

edildi. 

Bunları  söyləməkdən  məqsədim  başqalarına  daş  atmaq  deyil,  (86  a) 

yuxarıda bəhs edildiyi kimi, gerçəkləşən hadisəni anlatmaqdır. Bunları yaz-

maqdan məqsədim isə özümü yüksəltmək deyildir. Yuxarıda yazıldığı kimi, 

doğrusu bu idi. 

Bu  fəth  haqqında  şairlər  tarixlər  söyləmişlər.  Onların  arasından  bir 

beyt xatirimdə qalmışdır:  

Baz gofte xirəd ki tarixəş  

Fəthi-Babur bahadur əst bedan. 

Ağıl tarixini yenidən söylədi; bil ki  

Onun tarixi budur: «Fəthi-Babur bahadur».

1

  

Səmərqənd  alındıqdan  sonra  Şavdar,  Soğd  və  yaxın  tümənlərin  kur-

qanları bir-bir gəlib mənə qatılmağa başladılar. Bəzi kurqanların özbək dar-

ğaları qorxudan qaçıb getdilər, bəzi kurqanlar özbəkləri qovub bizim idarə-

mizə girdilər, bəziləri isə darğaları yaxalayıb kurqanları qapatdılar. 

Bu zaman Şeybani xanla özbəklərin köç və ailələri Türküstandan gəldi. 

Şeybani  xan  özü  Xoca-Didar  və  Əliabad  civarında  olurdu.  Kurqanların  bu 

şəkildə bizə keçdiyini və əhalinin bizi dəstəklədiyini görüncə olduğu yerdən 

qalxıb Buxara tərəfinə getdi. 

Allahın  inayəti  ilə  Soğd  və  Miyanqal  kurqanlarının  çoxu  üç-dörd  ay 

ərzində təkrar bizə keçdi. Baqi Tarxan da fürsət taparaq Karşi kurqanına gir-

di. Hüzar və Karşi da özbəklərin əlindən çıxdı. Qaragölü isə Mərvdən Əbül-

möhsün (86 b) Mirzənin adamları gəlib aldılar. İşimiz çox yaxşı gedirdi. 

Anam, köçüm və uruğlarım mən Əndicandan çıxdıqdan sonra min bir 

çətinlik  və  sıxıntı  ilə  Ura-Təpəyə  gəlmişdilər.  Adam  göndərərək  onları  da 

Səmərqəndə gətirtdik. 

Həmin  günlərdə  Sultan  Əhməd  Mirzənin  mənimlə  evli  olan  qızı,  ilk 

nigahlı arvadım Ayşə Sultan bəyimin bir qızı dünyaya gəldi. Fəxrünnisa adı 

                                                           

1

 «Fəthi-Babur bahadur» sözlərinin əbcəd hesabı ilə cəmi 906 (=1500) deməkdir. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



102 

verildi.  Bu  mənim  ilk  uşağım  idi  və  mən  o  vaxt  on  doqquz  yaşındaydım. 

Uşaq bir ay və ya qırx gün içində Allahın rəhmətinə qovuşdu. 

Səmərqəndin  fəthindən  sonra  dəfələrlə    civardakı  xanlara,  sultanlara, 

əmirlərə  və  sərhəd  boyunda  yaşayanlara  kömək  və  dəstək  tələbi  ilə  arxa-

arxaya elçilər və xəbərçilər gedib gəldi. Bu gələn elçilərin bəziləri təcrübəli 

olmalarına baxmayaraq  diləklərimi ağılsızcasına  rədd edirdilər. Bəziləri də 

bizə qarşı vaxtilə ədəbsizlik və pis hərəkətlər etmişdilər, ona görə qorxduq-

ları üçün cavab vermirdilər. Bəziləri yardım göndərsələr də buna yardım de-

mək olmazdı. Bunların hamısından növbə ilə bəhs ediləcəkdir. 

Səmərqəndi ikinci dəfə alanda Əli Şir [Nəvai] bəy (87 a) hələ həyatda 

idı. Bir dəfə mənə bir məktubu da gəlmişdi. Mən də arxasına türkcə beyt ya-

zıb bir məktub göndərmişdim. Cavab gəlincəyə qədər ayrılıq və qovğa çıxdı.  

Şeybani  xan  Səmərqəndi  alanda  Molla  Bənnaini  öz  xidmətinə  qəbul 

etmişdi,  öz  yanında  saxlayırdı.  Səmərqəndin  fəthindən  bir  neçə  gün  sonra 

buraya gəldi. Qasım bəy ondan şübhələndiyi üçün Şəhrisəbz tərəfinə getmə-

sinə izin verdi. Çox fəzilətli bir adam olduğu və heç bir günahı görülmədiyi 

üçün təkrar Səmərqəndə  gətirtdik.  Daim qəsidə  və  qəzəl  yazırdı.  Nəva fəs-

lində bəstələnmiş bir qəzəli mənə ithaf etdi. 

Yenə o zamanlarda bir rübai söylədi. Həmin rübai budur: 

Nə ğəllə məra k-əzi təvanəm nuşid, 

Nə möhmali ğəllə təvanəm puşid, 

Anra ki, nə xordənəstü nə puşidan, 

Dər elmü hünər koca təvanəd kəşid.  

 

Nə bir bəslənəcək yeyəcəyim var, 

Nə də örtünəcək geyəcəyim var.  

Yeməyi, paltarı olmayan adam  

Elm, hünər üçün necə çalışar?  

O zamanlar mən də bir və ya iki beyt söyləyirdim, lakin qəzəl tamam-

lamırdım. Yalnız türkcə bir rübai söylədim: 

İşlər varı könlündəki tək bolğusudur, 

Ənamü vəzifə barı buyrulğusudur, 

Ol ğəlleyü-mühməl ki, deb ərdin, berdim, 

Mühməlgə buyu ğəllədən öy dolğusudur.  

 

İşlərinin hamısı könlünə görə olacaqdır, 



Ənam və vəzifə, hamısı gələcəkdir, 

O söylədiyin qailə və mühməli sənə verdim, 

Mühmələ girəcək evin qailə ilə dolacaqdır. 

Molla  Bənnai  bu  rübainin  (87  b)  sonuncu  misrasının  qafiyəsini  rədif 

edərək başqa bir qafiyə ilə təkrar bir rübai söylədi:  


BABURNAMƏ 

 

103 



Mirzəm ki şahi-bərhi-bər bolğusudur,  

Aləmdə hünər birlə sər bolğusudur,  

Bir mühməl üçün bunca inayət boldu,  

Müstəməl əgər desəm nələr bolğusudur.  

 

Mirzəm qurunun və dənizin şahı olacaqdır,  

Aləmdə hünəri ilə başı ucalacaqdır,   

Bir mühməl üçün bunca inayət olsa,  

Müstəməldir, əgər  desəm  nələr olacaqdır. 

O zaman Xoca Əbülbərəkə Firaqi Şəhrisəbzdən Səmərqəndə gəlmişdi. 

O da «bu qafiyə və rədifdə söyləmək lazımdır» dedi və bu rübaini söylədi: 

Bu cövr ki gəldi dövr sorulğusudur, 

Sultani-kərəm bu üzrnü qulğusudur, 

Tökülgən əgərçı dolmaz, ey saqi, 

Tökülgənimiz bu dövrdə dolğusudur. 

 

Dövrün etdiyi cəza ondan sorulacaqdır, 

Kərəmli sultan bu üzrü bağışlayacaqdır.  

Tökülən əgərçi dolmaz, ey saqi,  

Tökülənimiz bu dövrdə dolacaqdır. 

Bu qış bizim işimiz çox tərəqqidə, Şeybani xanınkı isə tənəzzüldə idi. 

Amma  bu  arada  gerçəkləşən  bir-iki  hadisə  işimizi  bir  az  pozdu.  Mərvdən 

gələrək Qaragölü alanlar orada dayana bilmədilər və Qaragöl təkrar özbək-

lərin  əlinə  keçdi.  Dəbusi  qalasında  İbrahim  Tarxanın  kiçık  qardaşı  Əhməd 

Tarxan dururdu. Şeybani xan gəlib oranı mühasirəyə aldı. Biz əsgər toplayıb 

hazırlıq görənə qədər zorla alıb əhalisini tamamilə qılıncdan keçirdi.  


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin