ZƏHĠRƏDDĠn məHƏMMƏd babur


BƏDĠÜZZAMAN MĠRZƏNĠN DƏVƏTĠ



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə24/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

 

BƏDĠÜZZAMAN MĠRZƏNĠN DƏVƏTĠ 

 

Bədiüzzaman  Mirzə  Müzəffər  Mirzənin  qonaqpərvərliyini  eşidib  Ba-

ği-Cahanaradakı Müqəvvixanadə bir məclis quraraq məni dəvət etdi. Bizim 

bəzi içkiləri və igidləri də dəvət etdilər. 

Mənim  yanımdakılar  mənim  üzümdən  içmirdilər.  Ayda  və  ya  qırx 

gündə bir dəfə içəndə də qapıları bağlayıb qorxa-qorxa içirdilər. Belə adam-

ları  dəvət  etdilər.  Oraya  gedəndə  də  ya  məndən  oğrun,  yahud  da  əlləri  ilə 

gizləyərək  min  cür  sıxıntıyla  içdilər.  Düzdür,  mənim  tərəfimdən  məclisdə 

olanlara ümumi bir izin verilmişdi, çünki bu məclis atam və  ya böyük qar-

daşımız kimi sayılacaq bir adamın məclisi idi. 

Məclisə müəllih [salxım söyüd] gətirdilər. Təbii, yoxsa süni olduğunu 

bilə  bilmədiyim  saçlarının  arasına  kimsanı

1

 uzununa  incə-incə  kəsib  qoy-



muşdular. Gözəl görünürdu. 

Bu məclisdə mənim önümə qaz kababı qoydular. Quş parçalamadığım 

və doğramadığım üçün əlimi vurmadım. Bədiüzzaman Mirzə «Niçin buyur-

mursunuz»  dedi.  Mən  də  «Doğramaqdan  acizəm»  dedim.  Bədiüzzaman 

Mirzə  dərhal  mənim önümdəki  qazı  alıb parçalayıb  doğrayaraq təkrar önü-

mə  qoydu.  Belə  (191  a)  işlərdə  Bədiüzzaman  Mirzə  misilsiz  bir  adamdı. 

Məclisin Axırda mənə dəgərli daşlarla bəzənmiş kəmərli bir xəncər, bir kürk 

və cins bir at verdi. 

 

 

BABUR HERATI GƏZĠR 



 

Heratda  qaldığım  iyirmi  gün  ərzində  hər  gün  ata  minib  görmədiyim 

yerləri  gəzirdim.  Bu  gəzintilərdə  bələdçiimiz  Yusif  Əli  Göyəldaş  idı.  Hər 

seyr yerinə gələndə o, başqa bir yemək ikram edirdi. 

Bu iyirmi gün içində məşhur seyr yerlərindən Sultan Hüseyn Mirzənin 

xanəgahından başqa görmədiyim yer bəlkə də qalmamışdır. Qazürgah, Əli-

şir bəyin [Nəvai] bağı, kağız dəyirmanı, Təxti-Asitanə, Püli-Gah, Kəhdistan, 

Baği-Nəzərgah,  Nemətabad,  Qazürgah  xiyabanı,  Sultan  Əhməd  Mirzənin 

sərdabəsi, Təxti-Səfər, Təxti-Nəvai, Təxti-Bərkər, Təxti-Hacı bəy, Şeyx Ba-

haəddin Ömər, Şeyx İzzəddin və Mövlana Əbdürrəhman Caminin məzar və 

məqbərələri, Namazgahi-Muxtar, Hövzi-Mahiyan, Saqi-Salman, əvvəlki adı 

Əbülvəlid olan Billuri, İmam-Fəxr, Baği-Xiyaban, Mirzənin mədrəsələri və 

məqbərələri, Gövhərşad bəyimin mədrəsə, məqbər və məscid camisi, Baği-

Zağan,  Baği-Nev,  Baği-Zübeydə,  Sultan  Əbu  Səid  Mirzənin  tikdirdiyi  və 

                                                           

1

 Kimsan: süsləmədə istifadə olunan yarpaq, buta.  



BABURNAMƏ 

 

205 



İraq darvazasının dışında yerləşən Ağ-Saray, (191 b) Puran, Süffeyi-Tirən-

dəzan,  Çərgöləng,  Əmir  Vahid,  Püli-Malan,  Xoca-Tağ,  Baği-Səfid,  Tarab-

xana,  Baği-Cahanara,  Köşk,  Müqəvvixana,  Süsənixana,  Dəvazdəh,  Bürc, 

Cahanaranın  şimal tərəfindəki böyük hovuz və dörd tərəfindəki dörd imarət, 

qalanın  ön  darvazası,  Darvazeyi-Məlik,  Darvazeyi-İraq,  Darvazeyi-Firuz-

abad,  Darvazeyi-Xoş,  Darvazeyi-Qıpçaq,  Məlik-Bazarı,  çarşı,  şeyxülislam 

mədrəsəsi,  Məliklərin  məscid  camisi,  Baği-Səhər,  Bədiüzzaman  Mirzənin 

Cuyi-Əncir  sahilindəki  mədrəsəsi,  Əlişir  bəyin  yaşadığı  və  Ünsiyyə  dedik-

ləri  evləri,  məqbərəsi  və  Qüdsiyyə  dedikləri  məscid  camisi,  mədrəsəsi,  Xi-

lasiyyə  və  İxlasiyyə  dedikləri  xanəgahı,  hamam,  Səfaiyyə  və  Şəfaiyyə  de-

dikləri darüşşəfası - bunların hamısını bu qısa zaman içində gəzdim.  

Sultan Əhməd Mirzənin qızı Məsumə Sultan bəyimi anası Həbibə Sul-

tan bəyim bu fətrətlərdən bir az öncə özü ilə birlikdə Xorasana gətirmiş imiş, 

Bir  gün  mən  əkəmi  görməyə  gedəndə  anası  ilə  gəlib  məni  gördü.  Onu  gö-

rəndə  məndə  ona  qarşı  böyük  bir  arzu  oyandı.  Gizlicə  adamlar  göndərib 

əkəm və yengəmlə -Payəndə Sultan bəyimə (192 a) əkə, Həbibə Sultan bə-

yimə yengə deyirdim- danışaraq yengəmin qızını yanına alıb mənim arxam-

dan Kabilə gəlməsini qərarlaşdırdıq.  

Məhəmməd Burunduq bəy ilə Zünnun bəy Arğun mənim burada qışla-

mam üçün çox qeyrət edirdilər. Lakin qışlamaq üçün bir yer göstərmədikləri 

kimi, bunun üçün gərəkli olan şeyləri da təmin etmirdilər. 

Qış gəldi və aradakı dağlara qar yağdı. Kabil tərəfindən da nigarançılı-

ğımız hələ çox idi. Bunlarsa nə qışı keçirə biləcək bir yer verir, nə də qışla-

mağa uyğun bir yer göstərirdilər. 



 

BABURUN KABĠLƏ DÖNMƏK ÜÇÜN 

HERATDAN AYRILMASI 

 

Axırda  məcbur  olduq,  səbəbini  açıqca  da  söyləyə  bilmədik  və  qışla-



maq bəhanəsi ilə şaban ayının yeddisində (=23 dekabr 1506) Heratdan çıxıb 

Badğis  civarına  gedərək  endiyimiz  hər  yerdə  vilayətlərə  vergi  və  iş-güc 

üçün  gedənlərin  gəlib  bizə  qoşulmalarını  gözləyərək  bir-iki  günlükləngimə 

və gecikmə ilə köç edirdik. O qədər yavaş getdik ki, Ləngəri-Mir Qiyasdan 

iki-üç mənzil keçdikdən sonra, nəhayət, ramazan ayı göründü. 

Vilayətlərə iş-güc üçün gedən igidlərin bəziləri gəlib bizə qoşuldular; 

bəziləri da iyirmi gün və ya bir ay sonra biz Kabildə ikən gəldilər. Bəziləri 

də  orada  qalıb  mirzələrin  xidmətinə  girdi.  Bunlardan  biri  də  Şeydim  Əli 

Dərbandı və orada qalıb Bədiüzzaman Mirzənin xidmətinə girdi. Xosrov şa-

hın  adamlarından  heç  kimə  onun  qədər  etibar  etmirdım.  Cahangir  Mirzə 

Qəznəni  buraxıb  çıxanda Qəznənin  idarəsi  Seydimə  verilmişdi.  O da  qaynı 

Dost (192 b) Əngü Şeyxi Qəznədə qoyub özü orduya gəlmişdi. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



206 

Həqiqətən,  Xosrov  şahın  adamları  arasında  bu  ikisindən  -Şeydim  Əli 

Dərban  və  Mühib  Əli  Qurçu-  daha  yaxşı  adam  yoxdu.  Şeydim  əxlaqı  və 

davranışları yaxşı bir adamdı. Cəsarətlə qılınc çalırdı. Evində də məclis və 

söhbəti əskik deyildi. Olduqca cömərd idi. Çox idarəli və ölçülü bir adamdı. 

Çox  zərif,  davranışları  və  söhbəti  xoş,  təbiəti  gözəl  və  zarafatı  sevən  bir 

adamdı. Qüsuru fisqə və gənc uşaqlara fövqəladə düşkün olmasıydı. Məzhə-

bində də doğru deyilmiş. Bir az fitnəkar təbiətə sahibdi. Bəziləri onun bu ni-

faqçılığını zarafatcıllığına bağlayırdılar, lakin bu iddia əsassız deyilmiş. He-

ratın  Şeybani  tərəfindən  zəbt  edilməsindən  sonra  Bədiüzzaman  Mirzə  Şah 

[Şüca] bəyin yanına gələndə Mirzə ilə Şah bəy arasına nifaq salacaq sözlər 

söylədiyi üçün Mirzə onu öldürdərək Hərmənd çayına atdırdı. Mühib Əlinin 

hekayəsindən bu vəqayenin axırında bəhs ediləcəkdir. 

Ləngəri-Mir  Qiyasdan  keçib  Qarcistanın  kənar  kəndləri  üzərindən 

Çaxçərana gəldik. Ləngərdən keçib Qarcistana gələndə hər tərəf qar idi, irə-

lilədikcə də qar daha da çoxalırdı. Çaxçəran Zünnun bəyə [Arğun] aid idi və 

orada onun Mirəkcan İrdi adlı bir adamı olurdu. Zünnun bəyin ərzağını tam 

qiymətlə satın aldıq. 

Çaxçərandan iki-üç mənzil daha gedincə qar fövqəladə çoxaldı, üzən-

gidən də yuxarıya (193  a) çıxdı və çox yerdə atın ayağı  yerə dəymədi. Qar 

durmadan yağırdı. Çıraqdan keçdikdən sonra da qar çox idi. Yol da bizə ta-

nış  deyildi.  Ləngəri-Mir  Qiyas  civarında  Kabilə  hansı  yoldan  gedəcəyimiz 

haqqında  danışıb məsləhətləşdik.  Mən və olanların çoxu da  «Qışdır və  dağ 

yolu təhlükəlidir; Qəndəhar yolu bir az uzaq olsa da, təhlükəsizdir « fikrində 

idik.  Lakin  Qasım  bəy  «O  yol  uzaqdır,  bu  yoldan  gedək»  deyə  çox  böyük 

təcrübəsizlik göstərdi və bu yoldan getdik. 

Peşailərdən Pir Sultan adlı biri bələdçimiz idi. İxtiyarlığındanmı, təla-

şındanmı,  yaxud  qarın  çoxluğundanmı,  yolu  itirdi  və  götürəmmədi.  Qasım 

bəyin israrıyla bu yoldan getmiş olduğumuz üçün Qasım bəy də bunu namus 

işi edib özü və oğulları qarı təpir, yol açaraq irəlidə gedirdilər. 

Bir gün qar fövqəladə çoxaldı. Yol da bilinmirdi. Bir neçə dəfə  qeyrət 

etdik, lakin yürüyə bilmədik. Bir çarə tapammadan, təkrar dönüb ağaclı bir 

yerə endik. Yetmiş-səksən yaxşı igidə izimizi təqib edərək geri dönüb dərə-

nin aşağısında qışlamaqda olan həzarələrdən birini alıb bələdçilik etmək üz-

rə  buraya  gətirməyi  tapşırdıq.  Gedənlər  gələnə  qədər  üç-dörd  gün  burada 

qaldıq. Gedənlər də yaxşı bir bələdçi gətirə bilmədilər. (193 b) 

Təvəkkül edib Sultan adlı peşaini önümüzə qatıb gediləcək yönü tapa 

bilməyərək geri döndüyümüz eyni yola təkrar girdik. O bir neçə gün ərzində 

fövqəladə  iztirab  və  çətinlik  çəkdik.  Həyatım  boyunca  o  qədər  çətinlik  az 

çəkmişəm. Bu mətlə o zaman söyləndi: 



Çərxin mən görməyən cövrü cəfası qaldımı? 

      

Xəstə könlüm çəkməyən dərdü bəlası qaldımı? 

BABURNAMƏ 

 

207 



Bir həftəyə yaxın qarı təpərək yürüdük, gündə bir və bir yarım şeridən 

artıq gedə  bilmədik. Qarı təpən adamlar mən, on-on beş içki,  Qasım bəy, 

oğulları  Tanrıverdi,  Qənbər  Əlivə  bir  də  onun  iki-üç  adamıydı.  Bu  adam-

larla  birlikdə  piyada  yürüyərək  qarı  təpirdik.  Hər  adam  yeddi-səkkiz  və  ya 

on kari irəli yürüyərək və hər addım atanda belinə  və köksünə qədər bataraq 

qarı təpirdi. Bir neçə addım getdikdən sonra öndəki adamın dözümü qalma-

yıb  durur  və  başqası  önə  keçirdi.  Bu  on-on  beş  və  ya  iyirmi  adam  piyada 

olaraq qarı təpdikdən sonra o yoldan yüksüz bir at keçə bilirdi və yüksüz at 

çəkilirdi.  Bu  yüksüz  at  da  üzəngisinə  və  yəhərin  arxasına  qədər  bata-bata 

on-on beş addım qədər məsafə yürüdükdən sonra haldan düşürdü. Bu atı bir 

kənara çəkib təkrar başqa bir yüksüz at qabağa sürülürdü. 

Bu şəkildə biz on-on beş və ya iyirmi (l94 a) adam qarı təpdik və eyni 

adamların atları da irəli çəkildi. Digər bütün yaxşı igidlər və bəy adı verilən-

lər atlarından belə enməyərək  təpilmiş hazır  yola girib başlan aşağıya  əyil-

miş halda gəlirdilər. Başqasına təklif edəcək və zorlayacaq bir zaman deyil-

di. Himməti və cürəti olan hər kəs belə işləri özü istəyərək görür. Bu şəkildə 

qarı  təpib  yol  açaraq  endiyimiz  yerdən  üç-dörd  gündə  Zirrin  keçidinin  di-

binə,  Həval-Quti  deyilən  mağaraya  gəldik.  O  gün  şiddətli  bir  boran  oldu. 

Hər kəs ölüm qorxusu içindəydi. O tərəfin əhalisi dağdakı mağara və yarıq-

lara həval deyir. Bu mağaraya gələndə boran fövqəladə qüvvətliydi. Mağa-

ranın önünə endik. Qar çox, yol isə dardı, təpilmiş yoldan atlar zəhmətlə yü-

rüyürdü. Günlər çox qısa olduğu üçün öndəki adamlar aydınlıqkən mağara-

nın önünə gəldilər, qalanlar axşam və yatsıya qədər gəlməkdə davam etdilər. 

Sonra hər kəs olduğu yerə endi. Bir çoxları sabaha qədər at üstündə qaldı. 

Mağara bir az dar kimi göründü. Mən mağaranın önündə kürəklə qarı 

kürüyüb  özümə  dayanacaq bir  yer  düzəltdim.  Qarı  köksümə  qədər qazdım; 

yenə də (194 b) torpağa çatmadım. Küləyə qarşı bir az daldalanacaq bir yer 

kimi oldu və orada oturdum. Mağaraya getməmi söylədilər, ancaq getmədim. 

«Bütün xalq qarda və borandaykən mən isti yerdə və istirahətdə, bütün xalq 

burada  iztirab  və  zorluqda  ikən  mən  orada  uyğuda  və  rifahda  olsam,  bu, 

insanlıqdan  uzaq  bir  hərəkət  və  xalqa  qarşı  laqeydlik  olar,  nə  qədər  iztirab 

və  zorluq  olacaqsa  mən  də  görməli,  xalq  necə  dözürsə,  mən  də  dözməli-

yəm»  deyə  düşündüm.  Farsca  bir  məsəl  vardır:  «Mərg  ba  yaran  sur  əst» 

(dostlarla birlikdə ölüm toy-bayramdır). 

Beləcə boranda qazıb düzəltdiyim çuxurda oturdum. Yatsıya qədər qar 

elə  bir  boranla  yağdı  ki,  gəl  görəsən.  Mən  büzülüb  oturmuşdum,  arxama, 

başıma  və  qulaqlarımın üstünə  dörd  barmaq  qalınlığında  qar  yığılmışdı.  O 

gecə qulaqlarım dondu. Yatsı vaxtında mağaranı ciddi tədqiq edənlər «Çox 

genişdir, hər kəsə yer var» deyə bağırışdılar. Bunu eşidincə üzərimdəki qarı 

silkib  mağaraya  gəldim.  Mağaranın  ətrafındakı  bəyləri  də  çağırdım.  Qırx-

əlli adamı rahatca barındıracaq qədər  yer vardı. Azuqə, yəxni, qovurma və 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



208 

başqa  kimin  nəyi  varsa  gətirdilər.  Belə  bir  soyuqda  və  boranda  çox  isti, 

təhlükəsiz və rahat bir yerə qovuşduq. 

Ertəsi  gün  qar  və  boran  durdu.  Sabah  erkəndən  qalxıb  eyni  biçimdə 

qarı təpərək yol açıb (195 a) təpənin üstünə çıxdıq. Yol dağı dolana-dolana 

yuxarıya  doğru  çıxırmış,  keçidinə  də  Kötəli-Zərrin  deyirlərmiş.  Biz  yuxarı 

çıxmadan  dərə  yoluyla  endik.  Təpəsindən  dibinə  varıncaya  qədər  vaxt  gec 

oldu. Dərənin ağzında düşərgə saldıq. 

O gecə fövqəladə soyuqdu və gecəni çox çətinlik və sıxıntıyla keçirdik. 

Bir  çox  adam  soyuqdan  əlini-ayağını  itirdi.  Kibəkin  ayağı,  Süyündük 

Türkmənin əli və bir də Əxinin ayağı o gecə soyuqdan dondu. 

Ertəsi gün dərədən aşağıya doğru yürüdük. Yolun bu olmadığını bildi-

yimiz  və  gördüyümüz  halda  təvəkkül  edib  dərədən  aşağıya  yürüdük.  Çox 

uçurumlu və dik yerlərdən endik. Gecə, axşam vaxtında dərənin ağzına çıx-

dıq, ixtiyarlardan heç kim bu keçidin bu qədər çox qarlı vaxtında bir adamın 

oradan keçmiş olduğunu xatırlamırdı. Hətta bu mövsümdə bu keçiddən keç-

mək fikri belə kimsənin ağlına gəlməmişdi. 

Qarın  çoxluğundan  çox  iztirab  çəksək  də,  qarın  çoxluğu  sayəsində 

özümüzü axırda bir mənzilə çatdıra bildik, çünki bu qədər qar olmasaydı, bu 

cür yolsuz, uçurumlu və dik yerlərdən kim keçə bilərdi. (195 b) Qar bu qə-

dər çox olmasaydı, bəlkə də ilk keçdiyimiz uçurumda əsgərın, at və dəvənin 

hamısı qalardı. 

Hər niku bədi ki, dər şomar əst

Tu dər nigari-səlahi-kar əst.  



Gələn hər yaxşılıq və pislik,  

Diqqət etdikcə, işin xeyrinədir. 

Yekə  çayırına  gəlib  enəndə  artıq  yatsı  vaxtı  olmuşdu.  Yekə  çayırının 

xalqı biz gəlib enər-inməz bundan xəbərdar oldular. İsti evlər, kök qoyunlar, 

atlar  üçün  ot  və  quru  ot  bol,  yaxmaq  üçün  odun  və  təzək  çox  və  dolu  idi. 

Belə  bir  soyuq  və  qardan  qurtularaq  bir  kənd  və  isti  evlər  tapmaq,  belə 

çətinlikdən və bəladan qurtulub bu qədər bol çörək və kök qoyunlar tapmaq 

elə  bir  hüzurdur  ki,  bunu  ancaq  bu  çətinlikləri  görənlər  bilər,  bu  elə  bir 

rahatlıqdır ki, bunu ancaq belə bəlaları yaşayanlar bilər.  

Qəlbimiz  məmnun  və  könlümüz  rahat  olaraq  bir  gün  Yekə  çayırında 

qaldıqdan sonra, oradan qalxıb iki ağac yol gəlib təkrar endik. Ertəsi gün ra-

mazan bayramı oldu. Sonra da Bamyan üzərindən yürüyüb Şibertu keçidin-

dən keçərək Cəngliyə varmadan endik.  



 

TÜRKMƏN HƏZARƏSĠ ÜSTÜNƏ AXIN 

 

Türkmən həzarəsi köç və mallarıyla birlikdə yolumuzun üzərində qış-



lamışmış.  Bizdən  heç  xəbərləri  yoxdu.  Ertəsi  gün  qalxıb  gələndə  bunların 

BABURNAMƏ 

 

209 



ağıl və komalarının arasına endik. İki-üç ağıl yağmalandı, digərləri də ev və 

mallarını buraxaraq çoluq-çocuqlarını (l96 a) alıb dağa çəkildilər. 

İləridən xəbər gəldi ki, bir neçə həzarə əsgərin önünü tutub ox ataraq 

adamları keçməyə buraxmır. Bu xəbəri alınca dərhal oraya getdim. Baxdım 

ki, ora bir boğaz da deyil, bir neçə həzarə bir çıxıntıdan ox atır. Hər şey ora-

ya yığılıb qalmışdı. Qoca-qoca igidlər orada: 

Şeir:

1

 



Yağı qaraltısın görübdürlər, 

Dəngi-heyran baxıb durubdurlar. 

Mən yetib tez ol sarı yürüdüm, 

Yürü-yürü deb irəli yürüdüm. 

Qərəzim eli tez qılmaq idi, 

Yağı bilə sitez qılmaq idi. 

Tez yetib elə, çəkdim özümü, 

Heç kim eşitmədi sözümü. 

Yox idi nə zireh, nə çul, nə yaraq, 

Məndə vardı min ox və sadaq. 

Durdum ərsə, tamam el durdu, 

Yağı sanki buları öldürdü. 

Sən nökəri qılırsan onun üçün

Yarağı bir mahalda canın üçün, 

Yox ki, nökər durub bəyi yürüsün, 

Nökəri asudə, bəyi çürüsün. 

Nökər kim bu tövrdür, nə asığ,

2

 



Nə işinə yarar, nə aşa qatıq. 

Axır at saldım, irəli yürüdüm, 

Sürübən dağa, yuxarı yürüdüm. (l96 b)  

Məni görüb yürüdü el dəxi, 

Qaldı eldən geriyə qorxağı. 

Yetişibən tez dağa dırmaşdıq, 

Oxuna baxmadan yürüyüb aşdıq. 

Gahi atdan düşüb, gahi atlı, 

Yürüdük irəliyə cürətli, 

Yağı həm dağdan ox atır idi, 

Zoru görcək qoyub qaçır idi.  

Dağa çıxdıq həzarəni qovlab, 

Qırda, dərədə geyik kimi ovlab, 

Önə çıxanı geyik kimi oxladıq, 

Talayıb mal-qoyunu payladıq.  

                                                           

1

 Türkcə nəşrdə bu şeir nəsrlə verilmişdir. 



2

 Nə asığ = nə xeyri. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



210 

Qırıban türkmən həzarəsini

Bağladıq bənd kişi-qarasını, 

Kişilərini dəstigir etdik, 

Əhli, övladını əsir etdik. 

Həzarənin malından mən də xeyli qoyun topladım, onları Yarək Tağa-

yiyə tapşırıb özüm irəli keçdim. Qırlardan və dərələrdən  yürüyərək həzarə-

lərin at və qoyunlarını sürüb Teymur bəy Ləngərinə endik. 

Türkmən həzarəsinin asilərindən on-dörd on beş adam və quldurbaşı-

ların bir neçəsi ələ keçmişdi. Endiyimiz yurdda bütün quldur və asilərə ibrət 

olsun deyə bunların dürlü-dürlü  əzab  və işkəncə  ilə  öldürülmələrini  düşün-

müşdüm. Lakin yolda Qasım bəyə (197 a) rast gəlmişlər, o da yersiz mərhə-

mət göstərib onları sərbəst buraxmışdı. 

Zəmini-şorü sünbül bər nəyərəd, 

Dərü töxmi əməl zaye məgərdan, 

Niküyi ba bədan kərdən çün an əst, 

Ki bənd kərdən bəcai nikmərdan.

1

 



 

Şoran torpaq  sümbül yetirməz, 

İşini və toxumunu bu topraqda zay etmə.  

Pis adamlara yaxşılıq etmək,  

Yaxşılıq edənlərə pislik etmək kimidir. 

Mərhəmət göstərilərək əsirlər də sərbəst buraxıldı.  



 

KABĠLDƏ ORTAYA ÇIXAN PROBLEM 

 

Biz türkmən həzarəsini yağmalayan zaman Məhəmməd Hüseyn Mirzə 



Duğlat ilə Sultan Səncər Barlasın Kabildə qalan bütün moğollan öz tərəfləri-

nə çəkərək Mirzə xanı [Baburun əmisi oğlu Sultan Veys Mirzə] padşah elan 

edib  Kabili  mühasirəyə  aldıqlarını  eşitdik.  Xalq  arasına  isə  belə  bir  şayiə 

yaymışdılar: Bədiüzzaman ilə Müzəffər Mirzə padşahı həbs edib Heratın in-

di Ala-Kurqan deyə məşhur olan İxtiyarəddin qalasına salmışlar.  

Kabil kurqanında komandanlardan Molla Baba Pəşağari, Xəlifə [Niza-

məddin  Əli  Barlas],  Mühib  Əli  Qurçu,  Əhməd  Yusif  və  Əhməd  Qasım 

[Kuhbər]  vardı.  Bunlar  yaxşı  hərəkət  edərək  kurqanı  qapalı  və  gücləndiril-

miş bir hala gətirib qorumağı bacarmışlar. 

Teymur  bəy  Ləngərindən  Qasım  bəyin  adamı  Məhəmməd  Əndicani 

adlı  bir  bayraqdar  vasitəsilə  Kabildəki  bəylərə  bu  yerə  gəldiyimizi  yazıb 

göndərdik.  Bu  şəkildə  qərar  verilmişdi:  «Biz  Gur-Bənd  boğazından  çıxıb 

onların üstünə hücum edəcəyik. İşarə olaraq Menar dağından keçincə böyük 

bir tonqal qalayacağıq. Siz də gəldiyimizdən xəbərdar olduğunuzu bildirmək 

                                                           

1

 Sədi Şirazidən. 



BABURNAMƏ 

 

211 



üçün bugün xəzinə  olan  əski  köşkün üzərində  böyük  tonqal  yaxın.  (197  b) 

Biz  bu  tərəfdən  yetişincə,  siz  də  içəridən  çıxıb  əlinizdən  gələn  işi  etməkdə 

qüsur göstərməyin». Bu sözlər yazdırıldı və Məhəmməd Əndicani göndəril-

di.  


Ertəsi gün Ləngərdən hərəkət edilib Üşdür-Şəhər qarşısına endik. Ora-

dan  da  erkəndən  hərəkətə  keçib  günortaya  doğru  Gur-Bənd  boğazından  çı-

xaraq  körpü  başına  gəldik.  Atları  suvarıb  dinclik  verdikdən  sonra  günorta 

vaxtı körpü başından hərəkətə keçdik. 

Tutkavula qədər qar yox idi, amma Tutkavuldan etibarən qar artmaqda 

idi. Zəmmə-Yahşı ilə Menar arasında o qədər soyuq oldu ki, həyatımda belə 

bir soğuğu az görmüşəm. 

Əhməd Yasavul ilə Qara Əhməd Yurdçu «Verilmiş olan qərara uyğun  

olaraq  gəldik,  xəbəriniz  olsun  və  cəsur  olun»  xəbəriylə  Kabildəki  bəylərə 

göndərildi. Menar dağından aşaraq dağın ətəyinə endik. 

Soyuqdan taqətsiz  qalıb tonqallar  yaxaraq isindik.  Düzü, tonqal qala-

yacaq  zaman  deyildi,  lakin  soyuğun  dəhşətindən  taqətimiz  qalmadığı  üçün 

od yaxdıq. Dan üzünə doğru Menar dağının ətəyindən hərəkət etdik. 

Menar ilə Kabil arasında qar atların dizinə qədər yüksəlirdi, hava çox 

sərtləşmişdi  və  yoldan  çıxan  adam  böyük  çətinliklə  yürüyürdu.  Bu  yolda 

bir-birimizin arxasından irəlilədik və bu üzdən Kabilə ancaq fərz vaxtı (198 



a) çata bildik. 

Bibi-Mahruya gəlmədən bir az öncə, ərkdən böyük bir tonqal yüksəldi 

və onların da bizim gəldiyimizi öyrəndiklərini anladıq. 

 

BABURUN KABĠLDƏKĠ ÜSYANÇILARA HÜCUM ETMƏSĠ 

 

Seyid-Qasım  körpüsünə  yaxınlaşınca  Şirim  Tağayi  ilə  sağ  qol  adam-



ları Molla Baba körpüsü tərəfinə göndərildi. Sol qol və mərkəz adamları da 

Baba-Luli yolundan irəlilədi. 

O zamanlar Xəlifə bağının yerində [Baburun əmisi] Uluğ bəyin tikdir-

miş olduğu ləngər biçimində kiçicik bir bağ vardı, artıq ağacları qalmamışdı, 

lakin  divarı  dururdu.  Mirzə  xan  oraya  yerləşmişdi.  Məhəmməd  Hüseyn 

[Duğlat] Mirzə isə Uluğ bəy Mirzənin tikdirdiyi Baği-Behiştdəydi. 

Mən də Molla Baba bağının yol tərəfindəki məzarlığa çatdım. Bu ara-

da bizimkilərdən tələsib irəli getmiş olanlar da geri oturdulmuşlar. İrəliləyib 

Mirzə xanın olduğu yerə girənlər dörd nəfər idi: Seyid Qasım eşik-ağa, Qən-

bər Əli Qasım bəy, Şirqulu Qaravul Moğol və şirqulu camaatindən olan Sul-

tan Əhməd Moğol. 

Bu dörd adam  gedər-getməz, heç çəkinmədən dərhal  Mirzə  xanın  ol-

duğu yerə girmişlər. Gurultu qopmış və Mirzə xan ata minərək qaçıb getmiş. 

O günlərdə Əbülhəsən  Qurbəyinin kiçık qardaşı  Məhəmməd Hüseyn [Qur-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



212 

çu] da Mirzə xanın (198  b) xidmətinə girmişdi və bu dörd adamdan Şirqu-

luya qılıncla vurub atdan salır, başını kəsmək istərkən Şirqulu qurtulur. Bu 

dörd adam qılınc və ox zərbəsi yeyərək yaralı olduqları halda bəhs etdiyim 

yerdə bizə gəlib qoşuldular. 

Bu dar yolda atlılar tıxanıb qaldılar. Nə irəli yürüyə, nə də geriyə gedə 

bildilər. Mən də yaxınımdakı igidlərə  «Atlardan enib saldırın» dedim. Dost 

Nasir, Xoca Məhəmməd Əli  Kitabdar,  Baba Şirzad, Şah Mahmud  və digər 

bir neçə igid atlarından enib piyada olaraq ox atdılar. Düşmən qaçdı. 

Kurqandakıları  müşahidə  edirdik.  Savaş  vaxtında  yetişə  bilmədilər. 

Düşməni  yerindən  atdıqdan  sonra  ancaq  bir-bir,  iki-iki  qoşaraq  gəlməyə 

başladılar. Mirzə xanın oturduğu çarbağa hələ girməmişdim ki, kurqandakı-

lardan Əhməd Yusif ilə Seyid Yusif gəldilər. Mirzə xanın oturduğu bağa on-

larla birlikdə girdim. Gördüm ki, Mirzə xan yoxdur, qaçıb getmişdir və dər-

hal geri qayıtdım. 

Əhməd Yusif mənim arxamdaydı. Kabildə ikən cəsurluğuna görə eti-

bar  görüb  kütvallıq

1

 rütbəsini  alaraq  orada  qoyduğum  Dost  Sərpuli  Piyadə 



əlində  yalın  qılıncla  birdən  çarbağın  qapısından  girdi.  Mənə  doğru  gəlirdi. 

Mən zireh geymiş, lakin kəmər bağlamamış, (199 a) dəbilqə də qoymamış-

dım. Bir neçə dəfə «Hey, Dost, hey, Dost!» deyə qışqırdım. Əhməd Yusif də 

qışqırdı.  Məni  soyuqdan  və  qardan  yanmış  olduğum  üçünmü  tanımadı, 

yoxsa müharibənin  təlaşındanmı, bilmirəm, heç çəkinmədən  çılpaq  qoluma 

bir qılınc endirdi. Allahın inayəti sayəsində qıl qədər təsir etmədi. 

Əgər tiği-aləm becünbəd zi ca, 

Nəbürrəd rəgi tu nəxahəd xuda  



Qılınc dünyanı yerindən oynada bilsə də,  

Allahın izni olmadan, bir damar belə kəsməz. 

Mən bu duanı oxumuşdum, uca Allahın bu zərəri dəf və gələn bəlanı 

rəf etməsi onun təsiriydi. O dua budur

2



Ey  Allah,  sən  mənim  rəbbimsən.  Səndən  başqa  ilah  yoxdur.  Sənə  tə-

vəkkül  etdim. Sən böyük  ərşin  rəbbisən. Allah nə  istsə  olar və  nə istəməsə, 

olmaz; heç bir  qüdrət  və  qüvvət  mövcud deyildir  və  bunların  hamısı böyük 

və uca Allahın əlindədir. Bil ki, Allah hər şeyə qadirdir, Allah hər şeyi elmi 

ilə əhatə etmiş və hər şeyi ədədi ilə saymışdır. Ey Allah, mən özümün pisli-

yimdən,  özgələrin  pisliyindən  və  bütün  heyvanların  pisliyindən  sənə  sığını-

ram. Sən böyük ərşın rəbbisən. 

Oradan  çıxıb  Məhəmməd  Hüseyn  [Duğlat]  Mirzənin  oturduğu  Baği-

Behiştə  gəldim.  Məhəmməd  Hüseyn  Mirzə  oradan  qaçıb  gizlənmişdi.  Mə-

həmməd Hüseyn Mirzənin oturduğu bağ divarının yıxığında oxlu-yaylı yed-

di-səkkiz  adam  dururdu,  atımı  onların  üstünə  sürdüm.  (199  b)  Müqavimət 

                                                           

1

 Kütval: hərbi bir rütbə.  



2

 Bu iki sətir və altdakı duanın mətni özbəkcə nəşrdə yoxdur. 



BABURNAMƏ 

 

213 



göstərmədən  qaçıb  getdilər.  Arxalarından  yetişərək  birinə  qılıncla  vurdum. 

Elə yuvarlandı ki, başının qopduğunu zənn etdim. Keçdim. Sən demə, bu qı-

lıncla vurduğum adam Mirzə xanın südqardaşı Tülək Göyəldaş imış və qı-

lınc çiyninə dəyibmiş. 

Məhəmməd Hüseyn Mirzənin oturduğu evlərin qapısına gələndə dam 

üstündən  bir  moğol  çox  yaxın  bir  məsafədən  üstümə  doğru  yay  çəkdi.  Bu 

mənim nökərlərimdən idi və mən onu tanıyırdım. Sağdan-soldan «Hey, hey, 

padşahdır»  deyə  qışqırdılar.  Oxu  çıxarıb  qaçdı.  Artıq  ox  atmağın  zamanı 

keçmişdi.  Mirzəsi  və  komandanları  qaçmış  və  ya  ələ  keçirilmişdi,  kimin 

üçün ox atacaqdı. 

Biz orada ikən Sultan Səncər Barlası tutub boynu bağlı olaraq gətirdi-

lər. Mən ona etibar edib Nigənxar tümənini ehsan  etmişdim. O da bu fitnə-

də  onlarla  ortaqdı.  Təlaşla  «Hey,  mənim  nə  günahım  var»  deyə  qışqırırdı. 

«Bu camaatla əlbir olub onu hazırlayanların böyüklərindən biri sənsən, bun-

dan daha böyük günah olarmı?» deyə cavab verdim. Amma o, xan dayımın 

anası  Şah  bəyimin  bacısı  oğlu  olduğu  üçün  «Belə  şərəfsizcə  gəzdirməyin, 

ölüm yoxdur» dedim. 

Kurqandakı  bəylərdən  biri  olan  Əhməd  Qasım  Kuhbəri  (200  a)  bir 

dəstə igidlə birlikdə Mirzə xanın arxasınca göndərdim. 

Bu  Baği-Behiştin  yanında  Şah  bəyimlə  [Baburun  xalası  Mehrinigar] 

xanım  çadırlar  qurub  oturmuşdular.  Bağçadan  çıxıb  Şah  bəyim  ilə  xanımı 

görməyə  getdim.  Şəhər  əhalisi və  alt təbəqə hücum  etmiş,  küncdə-bucaqda 

adamları yaxalayıb mallarını yağmalamaqla məşğul idilər. Çevrəyə adamlar 

yerləşdirilərək bütün bu adamlar qovulub çıxarıldı. 

Şah bəyimlə xanım eyni evdə otururdu. Əvvəlki kimi, atdan enərək pi-

yada gedib ədəb və təzimlə görüşdüm. Şah bəyim ilə xanım fövqəladə sıxın-

tılı, mütəəssir, başları əyik və xəcil bir vəziyyətdə idilər. Nə məqbul bir üzr-

xahlıq edə bilir, nə də müşfiqanə bir xatir sormaq yolunu seçirdilər. Onların 

belə  bir  güruhla  əlbir  olmalarını  düşünmək  istəmirdim.  Lakin  o  birilər  də 

bəyimlə xanımın sözündən çıxacaq adamlar deyildilər. Mirzə xan Şah bəyi-

min doğma nəvəsi idi və gecə-gündüz onun yanında olurdu. Onların fikrinə 

qatılmaq istəməsəydi, Mirzə xanı buraxmayıb özlərinin yanında tutardılar. 

Neçə dəfə taleyin uğursuzluğu və qəddarlığı üzündən taxt və mülkdən, 

əsgər  və  adamlardan  ayırılıb  onların  (200  b)  yanına  getmişdim.  Anam  da 

onlara  getmişdi.  Lakin  heç  bir  etibar  və  şəfqət  görməmişdik.  Mənim  kiçık 

qardaşım Mirzə xanın və anası Sultan Nigar xanımın zəngin və abad vilayət-

ləri vardı. Mən və anam isə vilayət bir tərəfə qalsın, bir kənd və bir neçə quş 

sahibi belə ola bilməmişdik. Anam Yunus xanın qızı və mən də onun nəvəsi 

deyildimmi? O ailədən mənim yanıma gələn hər kəsə əlimdən gəldiyi qədər 

qardaşlıq  və  insanlıq  vəzifələrimi  yerinə  yetirmişdim.  Nicə  ki  Şah  bəyim  

gələndə  Kabilin  ən  yaxşı  yerlərindən  olan  Pamqanı  ona  verdim,  oğulluqda 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



214 

və xidmətdə qüsur göstərmədim. 

Kaşğar xanı Sultan Səid xan beş-altı piyada və çılpaq adamıyla gəldi; 

ona da kiçik qardaşlarım kimi baxıb  Ləmqan tümənlərindən Məndravər tü-

mənini verdim. 

Şah  İsmayıl  Mərvdə  Şeybani  xanı  ələ  keçirəndə  mən  Qunduza  keç-

mişdim. O günlərdə Əndican vilayəti mənim tərəfimi tutub bəziləri valiləri-

ni qovaraq, bir qismi də olduqları yerlərə qapanaraq mənə adam göndərdilər. 

Mən  isə  bütün  adamlarımı,  köməkçi  hissələrlə  birlikdə,  Sultan  Səid  xanın 

əmrinə verib əsl vətənim olan Əndican vilayətini ona bağışladım və onu ora-

ya xan edib göndərdim. 

Ondan sonra da bugünə qədər o ailədən gələn hər kəslə öz doğma qar-

daşlarım  kimi  rəftar  etdim.  Necə  ki  [Baburun  dayısı  Sultan  Əhməd  xanın 

oğulları] Çin Teymur Sultan, İsən Teymur Sultan, Toxta Buğa (20l a) Sultan 

və Baba Sultan bugün də mənim yanımdadırlar. Hamısına də öz doğma qar-

daşlarımdan daha yaxşı davranıb etibar və şəfqət göstərirəm. 

Bunları  yazmaqdan  məqsədim  şikayət  deyil,  gerçəkləri  söyləməkdir, 

bu  söylənənlərdən  məqsəd  özümü  tərif  deyil,  gerçəkləşmiş  olanları  bəyan 

etməkdir. Burada  hər sözün doğrusunu və hər işi olduğu kimi  yazmağı  gə-

rəkli saydığım üçün, şübhəsiz ki, ata və böyük qardaşdan yaxşı və pis nə eşi-

dilib görülmüşsə onları söylədim, qohumlardan və yadlardan da nə qüsur və 

ya məziyyət görülmüşsə, onları yazdım. Oxuyan məzur görsün, eşidənlər də 

qınamasın. 

Oradan qalxıb Mirzə xanın oturduğu çarbağa gələrək, vilayətlərə, ay-

maq və qəbilələrə  zəfərnamələr  göndərdim. Ondan sonra da atıma  minərək 

ərkə gəldim. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin