ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə22/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

Məhəmməd Vəli bəy: yuxarıda söz etdiyim Vəli bəyin oğluydu. Son-

ralar  Mirzənin  yanında  böyük  bəy  olmuşdu.  Böyük  bəy  olduğu  halda  xid-

mətini  heç  bir  zaman  tərk  etməzdi  və  gecə-gündüz  saraydan  ayrılmazdı.  O 

dərəcə ki, yeməyi və şöləni daima sarayda hazırlanırdı. Təbiidir ki, belə mü-

lazimət edən adam belə etibar görər. İndi biri bəy olub arxasında da beş-altı 

koru-keçəli  gördümü,  onu  qapıya  mərasimlə  gətirmək  lazım  gəlir.  O  cür 

xidmət indi hardadır? Bu onunla bağlıdır ki, onlar bəlkə də dövlətə layiq de-

yillər. 


Məhəmməd Vəli bəyin aşı və şöləni yaxşı idi. Adamlarını heç bir fərq 

qoymadan yaxşı bəsləyirdi. Fəqir və miskinlərə (l74 b) öz əliylə çox ehsan-

lar edərdi. Söyüşcül və ağızdan pərtoy bir adamdı. 

917-ci ildə (=1511) Səmərqəndi alanda Məhəmməd Vəli bəy ilə Dər-

viş Əli Kitabdar mənim yanımdaydılar. O zaman iflic olmuşdu, nə sözündə 

bir dad vardı, nə də özündə. Belə bir etibara layiq deyildi. Hər halda vəzifə-

yə sədaqəti onu bu dərəcəyə yüksəltmişdi. 

Baba Əli eĢik-ağa: əvvəlcə Əlişir bəy [Nəvai] ona etibar edib bəylik, 

sonra eşik-ağa dərəcəsinə  yüksəltmişdi. İndi mənim yanımda bəy,  yaxınım 

və içkilərimdən olan Yunus Əli onun oğludur. İrəlidə ondan bəhs ediləcək.  

Bədrəddin: əvvəllər Əbu Səid Mirzənin sədri olan Mirək Əbdürrəhi-

min yanındaydı. Fövqəladə çevik və cəld imiş, yeddi at üstündən birdən sıç-

rayırmış. O və Baba Əli yaxşı dost olmuşlar. 

Həsən  Əli  Cəlair:  əsl  adı  Hüseyn  Cəlairdir,  lakin  Həsən  Əli  adıyla 

məşhurdur. [Əbülqasım] Babur Mirzə etibar göstərib onun atası Əli Cəlairi 

bəy eləmişdir. Daha sonra Yadigar [Məhəmməd] Mirzə Heratı alanda onun 

ən böyük adamı Əli Cəlair idi. 

Həsən Əli Cəlair Sultan Hüseyn Mirzənin yanında quşbəyi idi. Şair idi, 

təxəllüsü Tüfeyli idi. Çox gözəl qəsidə söyləyirdi, öz dövründə qəsidədə çox 

məşhur idi. 

917-ci ildə [=1511/2] Səmərqəndi alanda mənim yanıma gəldi və beş- 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



188 

altı il qaldı. Mənim adıma gözəl qəsidələr söylədi. Qorxusuz və israfçı (175 



a) bir adamdı. Çöhrə saxlayıdı. Nərdə və qumara çox düşkün idi. 

Xoca  Abdullah  Mərvari:  əvvəlcə  sədr  idi,  sonraları  içki,  yaxın  və 

bəy olmuşdu. Çox fəzilətli bir adamdı. Qanunu onun qədər yaxşı çalan adam 

yox idi, qanunda zəngulə etmək onun icadıdır. 

Müxtəlif xətləri yaxşı yazırdı. Ələlxüsus təliqi gözəl yazırdı. İnşası da 

yaxşı idi. Xoşsöhbət bir adamdı. Şeir söyləyirdi, təxəllüsü Bəyani idi. Şeiri 

digər qabiliyyətlərinə görə daha aşağı idi, lakin şeiri yaxşı başa düşürdü. 

Fasiq və əxlaqsız idi. Əxlaqsızlıq üzündən zöhrəvi xəstəliyə yaxalandı, 

əli-ayağı tutmaz oldu. Bir neçə il min cür əzab-əziyyət çəkdikdən sonra bu 

fəlakət üzündən dünyanı tərk etdi. 

Məhəmməd  Seyid  Urus:  Sultan Əbu Səid Mirzə taxta çıxanda onun 

böyük  və  mötəbər  bəyi  olan  Urus  Arğunun  oğludur.  O  zamanlar  yaxşı  ox 

atan igidlər vardı və  bunların  ən  yaxşılarından biri o  idi. Yayı  sərt  idi,  oxu 

uzağa  qüvvətli  və  yaxşı  atanlardandı.  Əndəxudun  idarəsi  bir  müddət  onun 

əlində idi. 

Mir Əli Miraxur: Yadigar Məhəmməd Mirzənin qafil olduğu bir za-

manda Sultan Hüseyn Mirzəyə adam göndərərək onun üstünə hücum çəkən 

adam budur. 

Seyid  Həsən  Oğlaqçı:  Seyid  Oğlaqçının  oğlu  və  Seyid  Yusif  bəyin 

kiçık  qardaşı  idi.  Mirzə  Fərrux  adında  məziyyətli  və  qabiliyyətli  bir  oğlu 



(175 b) vardı. 

917-ci ildə [=1511] Səmərqəndi alanda  yanıma gəlmişdi. Şeiri az, la-

kin gözəl söyləyirdi. Üstürlab və heyəti

1

  yaxşı bilirdi. Söhbəti və rəftarı da 



yaxşı idi. Sərxoşluğu bir az fənaydı. Qacdevan savaşında öldü. 

Tanrıverdi Samançı: sadə, cəsur və qılınc çalmağı bacaran bir bəydi. 

Yuxarıda  da  bəhs  edildiyi  kimi,  Bəlx  qapısında  yaxşı  qılınc  çalıb  Xosrov 

şahın Nazar Bahadır adlı böyük bir adamını məğlub etdi. 

Bunlardan  başqa,  Mirzənin  yanına  gəlib  etibara  nail  olan  bir  neçə 

türkmən bəyi vardı. İlk gələnlərdən biri Əli xan Bayındırdı. 

Sonra Əsəd bəy ilə Təhəmtən bəy vardı. Bunlar qardaş idi. Təhəmtən 

bəyin qızını Bədiüzzaman Mirzə almışdı və ondan Məhəmməd Zaman Mir-

zə dünyaya gəldi. 

Biri də Ġbrahim Çağataydı. 

Biri də Əmir Ömər bəydi. Daha sonra Bədiüzzaman Mirzənin yanın-

da  olacaqdı.  Cəsur,  sadə  və  yaxşı  bir  adamdı.  Əbülfəth  [Türkmən]  adlı  bir 

oğlu İraqdan mənim yanıma gəldi, hələ də yanımdadır, fövqəladə süst, cəsa-

rətsiz və qavrayışsızdır. Belə bir atadan belə bir oğul!? 

Sonradan  gələnlər  isə  Şah  İsmayıl  İraq  və  Azərbaycana  sahib  olanda 

                                                           

1

 Üstürlab:  ulduzların  dünyaya  görə  yüksəkliyini  tapmaqda  işlədilən  bir  astronomiya 



aləti, astrolyabiya. Heyət və ya elmi-heyət, yaxud nücum astronomiya deməkdir. 

BABURNAMƏ 

 

189 



oradan  Xorasana  gəlmişdilər.  Bunlardan  biri  Əbdülbaqi  Mirzəydi.  Teymur 

bəy nəslindən və miranşahilərdəndir. Əvvəllər bunun nəsli o vilayətlərə ge-

dib səltənət davasından vaz keçərək (176 a) padşahlara mülazimət edib dai-

ma etibar görmüşdülər. Bu Əbdülbaqi Mirzənin əmisi Teymur Osman [Ağ-

qoyunlu  Uzun  Həsənin  oğlu]  Yaqub  bəyin  yanında  böyük  və  mötəbər  bəy 

imiş. Bir dəfə  onu çoxlu əsgərlə Xorasan üzərinə göndərməyi də düşünmüş-

dür. Əbdülbaqi Mirzə gələndə Sultan Hüseyn Mirzə çox etibar edib Məhəm-

məd Sultan Mirzənin anası olan Sultanım bəyimi ona verərək özünə kürəkən 

eləmişdi. 

Sonradan gələnlərdən biri Murad bəy Bayındır idi. 



Sədrləri: 

Mir  Sər-Bərəhnə:  Əndican  kəndlərindəndir.  Deyəsən,  həqiqi  seyid-

lərdən deyildir. Fövqəladə xoşsöhbət, şirin sözlü və xoştəb bir adamdı. Xo-

rasanın alim və şairlərinin arasında onun fikri və sözü mötəbər və keçərliydi. 

Əmir Həmzə qissəsinə qarşılıq olaraq, ömrünü zay edərək uzun və uydurma 

bir qissə yazmışdır. Bu, təbiətə və ağla uymayan bir işdir. 

Kəmaləddin Hüseyn Qazürgehi: gərçi sufi deyildi, lakin mütəsəvvif 

idi. Əlişir bəyin [Nəvai] yanında belə mütəsəvviflər toplaşıb vəcdə gəlir və 

səma edirlərmiş. Bunun üsulu hamısındən daha yaxşı imiş. Hər halda etibar 

görməsinin  səbəbi  də  bu  üsulu  olmuşdur.  Bundan  başqa  bəhs  ediləcək  bir 

məziyyəti yoxdu. 

Sultan Hüseyn Mirzə adına yazılmış Məclis ül-üşşaq [Aşiqlər məclisi] 

adlı bir əsəri vardır. Fövqəladə zəif, çoxu uydurma, həm də dadsız uydurma 

(176 b) və ədəbsiz sözlər yazmışdır. O dərəcədə ki, bəziləri qorxunc küfrdür. 

Məsələn, bir çox ənbiya və övliyanı məcazi aşiq cərgəsinə mənsub edib hər 

birinə bir məşuq və məhbub yapışdırmışdır. Dibaçədə bunun Sultan Hüseyn 

Mirzənin  öz təhrir və  təsnifi olduğu  yazılmışdır ki,  bu da  qəribə  və  axmaq 

bir  şeydir.  Bəhs  etdiyim  bu  Kəmaləddin  Hüseynin  şeir  və  qəzəllərinin  ha-

mısının başında limühərririhi [mühərriri tərəfindən] yazılmışdır. Həmin Kə-

maləddin Hüseynin üzə gülməsi nəticəsində Zünnun bəy Arğun hizəbrullah 

[Allahın aslanı] ləqəbini almışdır.   



Vəzirləri: 

Məcdəddin  Məhəmməd:  [Teymur  bəyin  oğlu]  Şahrux  Mirzənin  di-

van


1

 rəisi  olan  Xoca  Pir  Əhməd  Xaninin  oğluydu.  Əvvəllə  Sultan  Hüseyn 

Mirzənin divanında arzu edilən tərtib və nizam yoxdu. İsraf və sovurqanlıq 

fövqəladə çox idi. Nə xalq rifahda idi, nə də ordu məmnundu. O zamanlarda 

Məcdəddin  Məhəmməd  pərvanəçi  idi

2

 və  ona  «mirək»  deyirdilər.  Mirzəyə 



bir az pul lazım olanda  və bunu divandakılardan istəyəndə onlar  «Pul  yox-

                                                           

1

 Divan: idarəçiliyə, ələlxüsus də maliyyə idarəçiliyinə baxan mərkəzi təşkilat və bu təş-



kilatın rəhbəri. 

2

 Pərvanə: hökmdarların əmr və fərmanlarını yazıb bildirən məmur. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



190 

dur, gəlir də  yoxdur» deyə cavab verirlər. Məcdəddin Məhəmməd də orada 

imiş, təbəssüm edir. Mirzə səbəbini soruşanda Mirzəni bir kənara çəkib kön-

lündəki düşüncəni söyləyir və  «Mirzə mənə  yetki verib məmurların mənim 

sözümdən  çıxmamalarını  şərt  qoysa,  az  bir  zaman  içində  vilayətin  (177  a) 

abad,  xalqın  məmnun,  xəzinənin  zəngin,  ordunun  da  çox  olmasını  təmin 

edərəm» deyir. 

Mirzə də onun istədiyi kimi əhd və şərt bağlayıb bütün Xorasan üzrə 

ona yetki verərək bütün mühüm işlərə onu məsul etdi. O da mümkün olduğu 

qədər qeyrət edib çalışaraq az zamanda ordunu və xalqı razı və məmnun etdi, 

xəzinəyə çox pul topladı, vilayətləri də abad və şən etdi. 

Lakin Əlişir bəyin [Nəvai] ətrafındakı bütün bəylər və məqam sahib-

ləri ilə dil tapa bilmədi, bu üzdən də bunların hamısı ona düşmən kəsildilər 

və yalan bilgilər verərək axırda Məcdəddin Məhəmmədi tutdurub vəzifədən 

qovdurdular. 

Onun yerinə Nizamülmülk divan oldu. Bir müddət sonra Nizamülmül-

kü də yaxaladıb öldürdülər və yerinə İraqdan Xoca Əfzəli gətirdib divan rəi-

si qoydular. Mən Kabilə gələn zaman Xoca Əfzələ bəylik rütbəsi verilmişdi, 

həm də divanda möhür basırdı. 

Xoca Ata: gərçi yuxarıdakılar qədər sahib-mənsəb divan rəisi deyildi, 

lakin bütün Xorasanda Xoca Atanın rəyi olmadan heç bir önəmli qərar veril-

məzdi. Namazında və dinində bütün bir adam idi, dövlət işləri ilə də məşğul 

olurdu. 


 

SULTAN HÜSEYN MĠRZƏ DÖNƏMĠNĠN 

ALĠM VƏ SƏNƏTKARLARI 

 

Sultan Hüseyn Mirzənin adamları və məiyyəti bəhs edilən bu adamlar 



idi. Amma Sultan Hüseyn (l 77 b) Mirzənin dönəmi qəribə bir zamandı. Xo-

rasan və özəlliklə də Herat şəhəri fəzilət əhli və misilsiz adamlarla doluydu. 

Bir iş üzərində çalışan hər kəs o işi ən yüksək dərəcəyə çıxarmaq qeyrəti və 

arzusu ilə çalışırdı. 



Mövlana Əbdürrəhman Cami bunlardan biri idi, zahir və batin elm-

lərində o dövrdə o səviyyədə adam yox idi. Şeirləri yaxşı məlumdur. Molla-

nın özü tərifə möhtac olmayacaq dərəcədə  yüksəkdir. Bu naçiz səhifələrdə 

yalnızca uğur sayaraq onun adından bəhs edilməsi və sahib olduğu özəllik-

lərin bir qisminin yazılması düşünüldü. 

ġeyxülislam Seyfəddin Əhməd: Mövlana Sadəddin Təftəzaninin nəs-

lindəndir  və  bu  nəsil  o  zamandan  bəri  Xorasan  məmləkətində  şeyxülislam 

vəzifəsini tutmuşdur.  Çox alim  bir adamdı.  Ərəbiyyə  və  nəqliyyə elmlərini 

yaxşı bilirdi. Fövqəladə təqva sahibi və dindar bir adamdı. Gərçi şafei məz-

həbində  idi,  lakin  digər  məzhəblərə  də  riayət  edirdi.  Söylədiklərinə  görə, 


BABURNAMƏ 

 

191 



yetmiş ilə yaxın camaatla namazı tərk etməmişdi. Şah İsmayıl Heratı alanda 

onu şəhid etdi və onların nəslindən heç kim qalmadı. 



Mövlana  ġeyx  Hüseyn:  Gərçi  Molla Şeyx Hüseynin  ortaya çıxması 

və yüksəlməsi Sultan Əbu Səid Mirzə zamanında olmuşdu, lakin Sultan Hü-

seyn  Mirzə  zamanında  da  yaşadığı  üçün  (178  a)  ondan  burada  söz  edildi. 

Hikəmiyyat, əqliyyat və kəlam elmini  yaxşı bilirdi. Az sözdə çox məna ta-

pıb sözü yerində işlətmək onun icadıdır. Sultan Əbu Səid Mirzə zamanında 

ona  çox  yaxın  və  iqtidardaydı.  Dövlətin  bütün  önəmli  işlərində  onun  rəyi 

vardı.  Möhtəsib  vəzifəsini  ondan  daha  yaxşı  bacaran  adam  yoxdu.  Sultan 

Əbu Səid Mirzənin yaxınlarından olduğu üçün Sultan Hüseyn Mirzə zama-

nında belə bir misilsiz adama haqsızlıq etdilər. 

Mollazadə Molla Osman: Kabil tümənlərindən olan Ləhugər tüməni-

nin Çərx adlı kəndindəndir. Uluğ bəy Mirzə zamanında hələ on dörd yaşın-

da  dərs  dediyi  üçün  ona  molla  madərzad  («anadan  doğma  alim»)  deyirlər-

miş. Səmərqənddən gedib Kəbəni təvaf etdikdən sonra Herata gələndə Sul-

tan  Hüseyn  Mirzə  buraxmadı  və  onu  yanında  saxladı.  Fövqəladə  alim  bir 

adamdı. O zamanda onun qədər  alim  bir adam  yoxdu. Dediklərinə görə,  o 

ictihad mərtəbəsinə çatmışdı, lakin ictihad etmirdı. Onun «Bir adam bir şey 

eşitsə, onu necə unudar» dediyini söyləyirlər. Hafizəsi çox güclü imiş.  



Mir Mürtaz: fəlsəfəni və müsbət elmləri yaxşı bilirdi. Fövqəladə çox 

oruc tutduğu üçün bu ləqəbi almışdır. (178  b) Şahmata çox marağı varmış. 

O dərəcədə ki, iki oyunçuya birdən təsadüf etsə, biri ilə şahmat oynayır və 

getməsin deyə digərinin də ətəyini tutub dururmuş. 

Biri də Molla Məsud ġirvani idi. 

Əbdülqafur Lar: Mövlana Əbdürrəhman Caminin həm müridi, həm 

də tələbəsi idi. Mollanın əsərlərinin çoxunu onun öz yanında oxumuşdu. Nə-



fahata  şərh  kimi  bir  şey  yazmışdır.  Ülumi-zahiriyəyə  fövqəladə  vaqif  idı. 

Ülumi-zahiri və ülumi-batinidə dərin biliyi olduğu halda iddiasız və təklifsiz 

bir adamdı. Molla ismini  daşıyan hər kəsin  önündə elmi mübahisə açmaq-

dan çəkinməzdi. Hər hansı bir yerdə bir dərvişin olduğunu söyləsələr, onun 

hüzuruna getmədən rahatlıq tapmazdı. 

Mən Xorasana gedəndə Molla Əbdülqafur xəstə idi. Mollanın məzarı-

nı ziyarət edəndə Əbdülqafuru da ziyarət etmişdim. Mollanın mədrəsəsində 

idi. Bir neçə gün sonra bu xəstəlikdən vəfat etdi. 



Mir  Cəmaləddin  Mühəddis:  hədis elmini Xorasanda onun qədər bi-

lən adam yoxdu. Hələ həyatda idi, lakin çox yaşlı idi. 



Mir Ətaullah MəĢhədi: ərəbiyyat elmini yaxşı bilirdi. Qafiyə haqqın-

da farsca gözəl bir risalə yazmışdır. Qüsuru örnək olaraq hər zaman öz beyt-

lərini  (179  a)  verməsi  və  hər  beytdən  öncə  «çün  an  ki  dər  in  beyti-bəndə» 

(«bəndənizin  bu  beytində  olduğu  kimi»)  cümləsini  yazmağa  lüzum  görmə-

sidir.  Qafiyə  risaləsi  haqqında  bəzi  müxalifləri  çox  yerində  bir  sıra  düşün-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



192 

cələr irəli sürmüşər. Bir də poetik fiqurlar haqqında Bədai üs-sənai adlı bir 

risalə yazmışdır. 

Qazı  Ġxtiyar:  qazılıq  vəzifəsini  yaxşı  icra  etdi.  Fiqh  haqqında  farsca 

gözəl bir risalə yazmışdır. Bir də iqtibas üçün kəlam ayətlərini nəzmlərə gö-

rə  bir  yerə  toplamışdır.  Mürqabda  Mirzələrlə  görüşəndə  Qazı  Ixtiyar  Mir 

Məhəmməd Yusif ilə birlikdə gəlib məni gördü. Söhbət zamanı Baburi xət-

tindən  bəhs  edildi.  Hərflərin  ayrı-ayrı  yazılış  formalarını  istədi,  yazdım.  O 

məclisdə bunları oxuyub qaydalarını müəyyən edərək bəzi şeylər yazdı. 



Mir Məhəmməd Yusif: şeyxülislamın [Qazı İxtiyar] müridi idi. Son-

ra şeyxülislam öz yerinə onu təyin etdi. Bəzi məclisdə şeyxülislam Qazı İx-

tiyar, bəzi məclisdə də bu önə keçirdi. Sonralar sipahilik və sərdarlıq işiylə 

çox maraqlandı. Bu iki işdən başqa, onun sözlərindən nə elm məlum olurdu, 

nə də kəlamından fəhm. Gərçi hər ikisindən də nəsibi və qisməti yoxdu. Nə-

ticədə  bu  dağdağa  üzündən  malını  və  canını,  xanimanını  bərbad  etdi.  Özü 

şiə imiş.  

Şairlər arasında da ən məşhuru və ən böyüyü (l79 b) Mövlana Əbdür-

rəhman Cami idi. 

Digər iki şair isə adları və sifətləri Sultan Hüseyn Mirzənin bəyləri və 

içkiləri cərgəsində çəkilən və yazılan Şeyxim Süheyli və Hüseyn Əli Tüfeyli 

Cəlair idi. 



Asəfi: vəzirzadə olduğu üçün Asəfi təxəllüsünü işlətmişdir. Eşqdən və 

vəcddən  məhrum  olmasına  baxmayaraq  şeiri  rəngsiz  və  anlamsız  deyildi. 

Özü heç bir zaman qəzəllərini toplamaq arzusunda olmadığını iddia edir, la-

kin bu, əzilib-büzülmədir, çünki onun qəzəllərini ya kiçık qardaşı, ya da ya-

xın adamlarından biri toplamışdır. Qəzəldən başqa janrlarda da şeirlər söylə-

mişdir. Mən Xorasana gedəndə gəlib mənə mülazimət etmişdi. 



Bənnai:  Heratdandır.  Atası  ustad  Məhəmməd  sərbənna  [baş  memar] 

olduğu üçün bu təxəllüsü almışdır. Qəzəlində rəng və hal vardır. Bir divan 

tərtib etmişdir. Məsnəviləri də vardır. Mütəqarib bəhrində meyvələr haqqın-

da bir məsnəvisi var, dəyərsizdir və boşuna uğraşmışdır. Xəfif bəhrində bir 

müxtəsər məsnəvisi var, yenə xəfif bəhrində yazılmış bir az daha böyük bir 

məsnəvisi vardır. Sonralar bu məsnəvisini tamamlamışdı. 

Əvvəllər musiqidən xəbərsizmiş və bu üzdən də Əlişir bəy [Nəvai] tə-

rəfindən məzəmmət edilirmiş. Bir il Mirzə qışı keçirmək üçün Mərvə gedən-

də Əlişir bəy də onunla birlikdə gedir. Bənnai isə Heratda qalır. O qış musi-

qi ilə məşğul olur və yaza qədər bəstə yazacaq səviyyəyə çatır. Mirzə Herata 



(180 a) qayıdanda sövt və nəqş oxuyur; Əlişir bəy çox heyrət edir və bəyə-

nir. Musiqidə gözəl bəstələri vardır. Bunlardan biri Noh-rəng [doqquz rəng] 

adlanır, doqquz rəngin sonu və nəqşin məqamı rastdadır. 

Əlişir  bəyə  çox  qarşı  çıxırmış,  bu  üzdən  çox  cəfa  çəkmişdi.  Axırda 

orada qala bilməyərəq İraq və Azərbaycana [Uzun Həsənin oğlu] Yaqub bə-


BABURNAMƏ 

 

193 



yin yanına getdi. Yaqub bəyin yanında vəziyyəti fəna deyildi və onun məc-

lis arxadaşı  olmuşdu. Amma Yaqub  bəyin  ölümündən sonra o vilayətlərdə 

dura  bilməyərək  Herata  qayıtdı.  Yenə  də  zarafatından  və  şuxluğundan  geri 

qalmazdı. 

Bunlardan  biri  budur:  bir  gün  şahmat  məclisində  Əlişir  bəy  ayağını 

uzadır  və  ayağı  Bənnainin  arxasına  toxunur.  Əlişir  bəy  zarafat  olaraq  belə 

deyir: «Əcəb bəla əst, dər Heri əgər pa diraz miquni be puşti şair mirəsəd» 

(əcəb bəladır, əgər Heratda ayağını uzatsan, mütləq bir şairin arxasına də-



yər). Bənnai isə ona belə cavab verir:  «Əgər cəm miquni həm bə puşti şair 

mirəsəd» (əgər ayağını geri çəksən, yenə də bir şairin arxasına dəyər). 

Axırda bu zarafatları üzündən Heratdan yenə də Səmərqəndə getdi. 

Əlişir bəy bir çox şeylər, həm də yaxşı şeylər icad etmişdi. Bir adam 

hər hansı  bir işdə bir şey meydana gətirsə,  onun  rəğbət görməsi  və  məşhur 

olması üçün ona «Əlişiri» deyərdi və bəziləri zarafatla onu Əlişir bəyə isnad 

edərdilər. Bir dəfə Əlişir bəy qulağı ağrıdığı üçün başına yaylıq bağlamışdı. 

Qadınlar kimi yaylığı qıyıq bağlamağa «nazi-Əlişiri» adını verdilər. 

Bu cümlədən Bənnai Heratdan gedəndə (180 b) palançıya eşşəyi üçün 

görünməmiş bir palan düzəltdirir və ona «Əlişiri» adını verir. Sonra bu «pa-

lani-Əlişiri» deyə məşhur oldu. 

Seyfi Buxari: bir az mollalığı vardı. Oxuduğu kitabların müfəssəl bir 

siyahısını göstərərək mollalığını sübut edirdi. Bir divan tərtib etmişdir. Bü-

tün  sənət  ərbabı üçün tərtib etdiyi  başqa bir divanı  da vardır.  Çoxlu  deyim 

söyləmişdir, məsnəvisi yoxdur. Necə ki bu qitəsi buna dəlildir: 

Məsnəvi gərçi sünnəti-şeir əst, 

Mən qəzəl fərzi eyn midanəm, 

Pənc beyt ki, dilpəzir bovəd, 

Bihtər əz xəmsəteyn midanəm. 

 

Məsnəvi şeirin sünnəti olsa dar, 

Mən qəzəli fərzi-eyn bilirəm. 

Ürəyə təsir edən beş beyt, 

Məncə iki Xəmsədən daha yaxşıdır. 

Bir də farsca bir əruz risaləsi vardır ki, bir cəhətdən çox qısa, digər cə-

hətdən çox uzundur. Qısadır, çünki  lazım olan şeylər  yazılmamışdır,  uzun-

dur, çünki məlum və aşkar sözlər nöqtəsinə və irabına qədər yazılmışdır. 

Yaman  içən imiş,  sərxoşluğu  da  çox pis  imiş. Çox qüvvətli  yumruğu 

varmış. 


Abdullah Məsnəvigu: Cam şəhərindəndir və Mollanın  [Mövlana Əb-

dürrəhman Cami] bacısı oğludur. Təxəllüsı Hatifi idi. Xəmsə müqabil ola-

raq məsnəvilər  yazmışdır. Həft peykərə qarşılıq olaraq  yazdığı məsnəvisinə 

Həft  mənzər  adını  vermişdir.  İskəndərnaməyə  qarşılıq  olaraq  Teymurnamə 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



194 

təlif etmişdir. Məsnəvilərinin ən məşhuru Leyla və Məcnundur, lakin lətafəti  

şöhrəti qədər deyil. 

Mir Hüseyn Müəmmai: hər halda heç kim onun qədər müəmma söy-

ləməmişdir. Bütün vaxtını müəmma üçün sərf etmişdir. Qayət təvazökar, id-

diasız və zərərsız adammış. (181 a) 

Molla Məhəmməd BədəxĢi: İşkəmişdəndir. İşkəmiş Bədəxşana daxil 

deyildir, buna görə də Bədəxşi təxəllüsünü işlətməsi qəribədir. Şeiri bəhs et-

diyim bu şairlərin şeirləri qədər deyildir. Müəmma haqqında bir risalə  yaz-

mışdır. Müəmması da o qədər yaxşı deyildir.  Xoşsöhbət bir adamdı. Səmər-

qənddə gəlib mənə sədaqətini bildirmişdi. 

Yusif Bədii: Fərqanə vilayətindəndir. Qəsidəni pis söyləməzmiş. 

Ahi: qəzəli gözəl söyləyirdi. Daha sonra [Sultan Hüseyn Mirzənin oğ-

lu] İbn Hüseyn Mirzənin yanında olurdu. Bir divan sahibidir. 



Məhəmməd Salih: lətif qəzəlləri vardır, lakin düzgünlüyü lətafəti qə-

dər deyil. Türkcə şeirləri də var və fəna deyil. Sonralar Şeybani xanın yanı-

na getmiş və o da ona iltifat etmişdi. Şeybani xanın adına türkcə bir məsnəvi 

yazmışdır.  Rəməli-müsəddəsi-məhbun  vəznində  ki,  [Caminin]  Sübha  [poe-

masının]  vəznidir  və  çox  süst  və  fürud  bir  əsərdir.  Oxuyan  adam  Məhəm-

məd Salihin şairliyinə inanmaz olur. Yaxşı bir beyti budur: 

Oldu Tənbələ vətən Fərqanə,  

Qıldı Fərqanəni tənbəlxanə. 

Əndican  vilayətinə  Tənbəlxana  də  deyirlər.  Lakin  o  məsnəvidə  belə 

bir beyt olduğu məlum deyildir. Şərir, zalım və mərhəmətsiz bir adamdı. 



ġah Hüseyn Kami: onun şeirləri də pis deyildir. Qəzəl söyləyirdi və 

gərək ki, bir divanı vardır. 



Hilali: hələ həyatdadır. Qəzəlləri düzgün, rəngli, lakin təsiri azdır. Bir 

divanı var. Xəfif vəznində (l8l b) Şah və dərviş adında bir məsnəvisi də var. 

Gərçi  bəzi  beytləri  gözəldir,  lakin  bu  məsnəvinin  mövusu  və  quruluşu  ol-

duqca boş və qüsurludur. Ondan əvvəl eşq və aşiqlik haqqında məsnəvi söy-

ləyən şairlər aşiqliyi kişiyə, məşuqluğu isə qadına nisbət etmişlər, lakin Hi-

lali dərvişi aşiq, şahı isə onun məşuqu kimi vermişdir. Şahın əfal və əhvalı 

haqqında  söylədiyi  beytlərində  şahı  bir  küçə  qadını  və  fahişə  etmişdr.  Öz 

məsnəvisinin icabı olaraq bir igidi, üstəlik, şah olan bir igidi küçə qadınları 

və fahişələr kimi tərif etməsini qəbul etmək əsla mümkün deyildir. Hafizəsi 

çox qüvvətli imiş. Otuz-qırx min beyti əzbər bilirmiş. Deyilənə  görə, Xəm-



səteyn beytlərinin çoxunu əzbər bilirmiş. Əruz, qafiyə və şeir elminə də va-

qifdir. 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin