ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə27/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

 

                                                           

1

 Təsbit olunan bu tarixlərin hər ikisindəki sözlərin hərflərinin cəmi əbcəd hesabı ilə 913 



edir. 

BABURNAMƏ 

 

231 



 

 

 

 

 

 

 

 

 



KABİL - 914 

 

DOQQUZ YÜZ ON DÖRDÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ 

 

Bu  yaz  Mukur civarında  yaşayan  məhmənd  əfqanlarının  bir qisminin 

üzərinə axın edildi. 

 

MOĞOL ĠSYANI 

 

Axından döndükdən bir neçə gün sonra Qoç bəy, Fəqir Əli, Kərimdad 



və Baba Çöhrə qaçmağa təşəbbüs etdilər. Amma bundan xəbər tutaraq dalla-

rınca adam göndərildi və İstərğaçın aşağısında yaxalanıb gətirildilər. Cahan-

gir Mirzə sağ ikən bunların söylədiyi bəzi fəna sözləri mənə bildirmişdi. 

Hamısının bazarda edam edilməsini əmr etdim. Bazarın qapısına gəti-

rib ip çəkərək tam asmağa hazırlaşdıqları əsnada Qasım bəy  Xəlifəni [Niza-

məddin  Əli  Barlas]  yanıma  göndərərək  günahlarının  əfv  edilməsini  israrla 

dilədi. Bəyin xatiri üçün qanlarını bağışlayıb həbsə atılmalarını əmr etdim. 

Bu əsnada Xosrov şahın Hisarlı və Qunduzlu (216 a) nökərlərindən və 

moğolların böyüklərindən olan Çəlmə, Əli Seyid, Şəmkə, Şirqulu, İgü Salim, 

Xosrov  şahın  çağataylılar  arasında  etibar  etdiyi  nökərlərindən  Sultan  Əli 

Çöhrə  ilə  Xudabəxş,  türkmənlərdənsə Süyündük və  Şahnəzərin komandan-

lığında olan iki-üç min yaxşı igid öz aralarında gizlicə danışıb anlaşaraq mə-

nə qarşı pislik etməyi qərara almışlar. 

Bəhs  etdiyim  bu  adamlar  Xoca-Rivac  önündə,  Sonq-Kurqan  çayırın-

dan  Çalaq  çayırına  qədər  olan  yerlərdə  otururdular.  Əbdürrəzzaq  Mirzə  də 

Nigənxardan  gəlib  Dih-Əfqanda  oturmuşdu.  Mühib  Əli  Qurçu  bir-iki  dəfə  

bunların bu niyyətlə toplaşdıqlarını Xəlifə ilə Molla Babaya söyləyir. Bu işi 

mənə də eyhamla bildirdilər. Amma inanılacaq bir söz olmadığı üçün diqqət 

etmədim. 

Bir gecə çarbağda divanxanada otururdum, yatsı vaxtında bir tərəfdən 

Musa  Xoca  yanında  bir  adamla  birlikdə  tələsik  yenidən  gəlib  moğolların 

mütləq  düşmən  olmaq  niyyətində  olduqlarını  qulağıma  söylədi.  Əbdürrəz-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



232 

zaq Mirzəni də özlərinə qatıb-qata bilmədiklərini dəqiq olaraq öyrənə bilmə-

dik. Ayrıca, onların məhz bu gecə bir hərəkətə keçəcəkləri bəlli deyildi. 

Özümü bilməzliyə vurub qısa bir müddət sonra hərəmə doğru getdim. 

O günlərdə qadınlar Baği-Xəlvət ilə Baği-Yurunçqada otururdular. Hərəmə 

yaxınlaşanda  kişi və qadın  xidmətçilər  yerlərinə  çəkildilər. Onlar  çəkildik-

dən (216 b) sonra mən də sərvərqulla birlikdə şəhərə doğru hərəkət etdim. 

Xəndək yoluyla Ahənin darvazasına varar-varmaz qarşı tərəfdən bazar 

yolundan Xoca Məhəmməd Əli [Tağayi] gəldi. Mən onunla hamamın...

1

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                           

1

 Baburun xatirələri burada kəsilir, təxminən on bir illik fasilədən sonra yenidən başlayır. 



Yəni  kitabda  914-cü  ilin  əvvəllərindən  925-ci  ilə  qədər  olan  (may  1508-3  yanvar  1519) 

dövr  yoxdur.  Bu  dövrdə baş verən  hadisələr  aşağıdakı  şəkildə  cərəyan  etmişdir:  Babur  bu 

moğol  üsyanını  yatırmışdır.  Şeybani  xanın  üstünə  qoşun  çəkən  Şah  İsmayıl  Xətai  onu 

Mərvdə  məğlub  edərək  öldürmüş  və  Xorasan  bölgəsini  istila  etmişdir.  Şeybani  xanın  ölü-

mündən sonra Babur ata  yurdunu  yenidən ələ keçirmək arzusu ilə Qunduza gəlmiş, ancaq 

arzusuna nail ola bilməmiş və Şah İsmayıla tabe olaraq onunla müqavilə bağlamışdır. Onun 

yardımıyla  güclənərək  Hisar,  Buxara,  Səmərqənd  və  Daşkəndi  almışdır.  Lakin  əvəzində 

şiəliyi qəbul etməsi lazım gəlmişdir. Xalq və qoşun bunu bəyənməmişdir. Nəticədə Babur 

zəifləyərək  özbəklərə  məğlub  olmuş  və  yenidən  Şah  İsmayıldan  kömək  istəmişdir.  Yenə 

yenilmiş, əvvəlcə Hisara, sonra Qunduza çəkilmiş, iki il orada qalıb fürsət gözləmişdir. Ya-

vuz Sultan Səlimin 920-ci ildə (1514) Şah İsmayılı Çaldıran savaşında yenməsi nəticəsində 

Babur  təkrar  Kabilə  qayıtmışdır.  Ordusunu  qüvvətləndirmiş,  qardaşlarındən  və  onların  çı-

xardığı qarışıqlıqdan qurtulmuş, Hindistana hücumlar etməyə başlamışdır. 

 


BABURNAMƏ 

 

233 



 

 

 

 

 

 

 

 

 



KABİL - 925 (3 YANVAR 1519 - 23 DEKABR 1519) 

 

DOQQUZ YÜZ ĠYĠRMĠ BEġĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ 



 

Məhərrəm ayının ilk bazar ertəsi günü [=3 yanvar 1519] Çendavəl va-

disinin aşağı qismində şiddətli zəlzələ oldu və ulduz vaxtilə yarım saata qə-

dər davam etdi. 

 

BƏCUR KURQANININ ALINMASI 

 

Ertəsi sabah oradan qalxıb Bəcur kurqanını ələ keçirmək üçün kurqa-

nın yaxınına endik. Bəcur sultanına və əhalisinə qalanı təslim etmələri üçün 

nəsihətlərdə  bulunması  niyyətilə  diləzaq  əfqanlarından  mötəbər  bir  adamı 

göndərdik. Amma bu bədbəxtlər və cahillər nəsihəti qəbul etməyərək məna-

sız cavablar verdilər. 

Əsgərə qalxan, nərdivan və kurqanı tutmaq üçün lazım olan digər ha-

zırlıq görməsi əmr edildi. Bu iş üçün bir gün bu yurdda qaldıq. 

Məhərrəm  ayının  dördündə,  cümə  axşamı  günü  [=6  yanvar]  əsgərin 

zirehlər  geyib  silahlanaraq  ata  minməsi,  ordunun  sol  qolunun  irəliləyərək 

Bəcur kurqanının  yuxarı tərəfində suyun dayaz  yerindən keçib kurqanın şi-

mal  tərəfinə  enməsi,  mərkəzin  (217  a)  kurqanın  şimal-qərbinə  gedib  çayı 

keçmədən, çətin keçilən bir yüksəkliyə və təpəli bir yerə enməsi, sağ qolun 

isə aşağıdakı qapının qərbinə enməsi əmr edildi. 

Dost  [Nasir]  bəyin  komandanlığında  olan  sol  qol  bəyləri  suyu  keçib 

enəndə kurqandan yüz-yüz əlliyə qədər piyada çıxıb ox atmağa başladı. Bu 

bəylər  də  onların  üstünə  cüməraq  ox  atıb  onları  divarın  dibinə  qədər  təqib 

edərək  kurqana  girməyə  məcbur  etdilər.  Molla  Əbdülməlik  Həsti  adamları 

ilə  birlikdə  divarın  dibinə  qədər  yürümüşdü. Əgər nərdivanlar və qalxanlar 

hazır olsaydı və axşam düşməsəydi, kurqan o saat zəbt edilərdi. Molla Türk 

Əli və Tanrıverdinin nökərləri isə düşmənlə qılıncla vuruşaraq onları məğ-

lub edib başlarını kəsib gətirdilər. Hər birinə mükafat vəd edildi. 

Bəcur əhalisi heç tüfəng görmədiyi üçün onun səsindən qorxmur, ək-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



234 

sinə, tüfəng səsini eşidincə istehza ilə aşağılayıcı hərəkətlər edirdilər. O gün 

ustad  Əliqulu  beş  adamı  tüfənglə  vurub  yerə  sərdi.  Vəli  Xəzinə[çi]  isə  iki 

adamı tüfənglə vurub yıxdı. Digər tüfəngçilər də böyük ustalıq göstərib yax-

şı tüfəng atdılar. Qalxan, zireh və dəri paltarları dələrək vurduqları bir neçə 

adamı  yerə  sərdilər. Axşama qədər bəlkə  yeddi-səkkiz və  ya ona  qədər  bə-

curlu  tüfəng  gülləsi  ilə  (217  b)  yerə  sərilmişdi.  Sonra  tüfəngdən  qorxaraq 

başlarını qaldıra bilmədilər.  

«Axşam olmuşdur, əsgərlər lazım olan vasitələri hazırlayıb səhər vax-

tında kurqana dırmansınlar»  deyə əmr verdim. 

Məhərrəm ayının beşində, cümə günü [=7 yanvar] fərz vaxtında savaş 

davulları  çalaraq  hər  kəsin  olduğu  yerdən  yürüyüb  kurqana  dırmanmaları 

əmr edildi. Sol qol ilə mərkəz olduğu  yerlərdən hərəkətə keçib qalxanlarla 

qorunaraq  nərdivanlarla  divara  dırmandılar.  Xəlifə,  Şah  Həsən  Arğun  və 

Əhməd  Yusif  komandanlığında  olan  mərkəzin  sol  qanadına  əmr  edildi  ki, 

sol qola kömək etsin. 

Dost bəyin adamları da kurqanın şimal-şərq tərəfindəki bürcün dibinə 

qədər gedərək orada tünel qazmaq və bürcü yıxmaqla uğraşdı. Ustad Əliqu-

lu da oradaydı. O gün də yaxşı tüfəng atdı, iki dəfə də frəngi [mancanaq] at-

dı. Vəli Xəzinə[çi] də bir adamı tüfənglə vurdu. 

Mərkəzin  sol  qolundan  Məlik  Əli  Qütbi  nərdivanla  daha  əvvəl  çıxıb 

bir müddətdən bəri [təkbaşına] vuruşurdu. Mərkəzin olduğu yerdən Məhəm-

məd Əli Cəng-Cəng və kiçık qardaşı Novruz da hər biri bir nərdivana çıxıb 

nizə və qılıncla vuruşurdular. Bir nərdivana da Baba Yasavul çıxıb balta ilə 

kurqanın divarını yıxmaq və dağıtmaqla uğraşırdı. 

Bir  çox  igidlər  orada  yaxşı  hərəkət  edib  çox  ox  (218  a)  yağdıraraq 

düşmənin  başını  qaldırmasına  imkan  vermirdi.  Bəzi  igidlər  isə  düşmənin 

zərbələrinə  aldırmadan,  ox  və  yayına  baxmadan  kurqanı  dəlmək  və  dağıt-

maqla məşğul idi. 

Günəş  çeşdə  qalxmışdı,  Dost  bəyin  adamlarının  qazmaqda  olduqları 

şimal-şərq  bürcü  dəlindi  və  onun  adamları  düşməni  qaçırdıb  bürc  üstünə 

çıxdılar.  O  anda  mərkəz  adamları  da  nərdivanlardan  qalaya  çıxdılar.  Tanrı 

təalanın  lütfü  və  inayətiylə  bu  qədər  qapalı  və  qorunaqlı  bir  kurqan  iki-üç 

ulduz saatı ərzində zəbt edildi. İgidlər əllərində olan bütün qeyrət və diqqətii 

göstərdilər; qəhrəmanlıq şərəfi və yaxşı ad qazandılar. 

Bəcur xalqı dinsiz idi və ifrat düşmənçilikdən başqa, bu xalq arasında 

kafirlərin adətlərinin yayıldığı və islam adətləri də o sürü arasında yox oldu-

ğu üçün qırğına yol verildi, qadın və uşaqlarının hamısı əsir edildi. Kurqanın 

şərq tərəfində savaş olmadığı üçün xeyli adam qaçıb qurtuldu. Təxminən üç 

mindən artıq adam öldürüldü. 

Kurqan zəbt edildikdən sonra girib kurqanı dolaşdıq. Divarların üstün-

də, evlərdə, küçələrdə və civarda saysız ölü  yatırdı. Gəlib keçənlər ölülərin 



BABURNAMƏ 

 

235 



üstü  ilə  yeriyirdi.  Gəzintini  bitirdikdən  sonra  dönüb  sultanlarının  (218  b) 

evinə endik. Bəcur vilayətini Xoca Kəlana ehsan  etdik. Ona köməkçi olaraq 

bir çox yaxşı igidlər təyin etdikdən sonra axşam vaxtı ordugaha gəldik.  

Ertəsi  sabaha  qalxıb  Bəcur  vadisindəki  Baba-Qara  çeşməsinə  endik. 

Xoca  Kəlanın  şəfaətilə  geri  qalan  bir  neçə  əsirin  günahlarını  bağışlayaraq 

qadın və uşaqlarını qaytarıb getmələrinə izin verdik. Yaxalanan bəzi sultan-

lar və sərkəşlər isə edam edildi. Sultanlarının başı və digər bir neçə baş bu 

zəfər xəbərilə birlikdə Kabilə göndərildi. Bədəxşan, Qunduz və Bəlxə zəfər-

namələrlə birlikdə başlar da göndərildi. 

Yusif-Zeyidən gəlmiş olan Şah Mansur Yusif-Zeyi bu zəfər və qırğın-

da bizimlə birlikdə idi. Ona xələt geydirilib siyasət fərmanları yazılaraq get-

məsinə izin verildi. 

Bəcura aid işləri həll etdikdən sonra çərşənbə axşamı günü, məhərrəm 

ayının doqquzunda [=11 yanvar] qalxıb bir küruh daha aşağıda həmin Bəcur 

vadisinə  enilərək  yüksək  bir  yerdə  kəsilən  başlardan  bir  minarə  qurulması 

əmr edildi. 

Çərşənbə  günü  məhərrəm  ayının  onunda  dolaşmaq  üçün  atlara  minib 

Bəcur qalasına getdik. Xoca Kəlanın evində içki məclisi quruldu. Bəcur ci-

varındakı kafirlər bir neçə tuluq içində şərab gətirdilər. 

Bəcurun  şərab  və  meyvəsi  bütünlüklə  civardakı  Kafiristandan  gəlir. 



(219 a) Gecəni orada keçirib sabah tezdən kurqanın bürc və divarlarını təd-

qiq edərək təkrar ordugaha gəldim. 

Ertəsi  sabah  qalxıb  Xoca-Xızır  çayının  sahilinə,  oradan  da  Çendavəl 

çayının sahilinə endik. Bəcur kurqanına kömək üçün təyin olunanların oraya 

getmələrinə izin verdikdən bir-iki gün sonra bu şeir ağlıma gəldi, onu yazıb 

Xoca Kəlana göndərdim: 

Qərarü əhd be yar inçenin nəbud məra, 

Gəzid heç ru məra kərd biqərar axir. 

Be işvəhai-zəmanə çe çarə sazəd kəs 

Bəcur kərd cüda yarra zi yar axir. 



 

Yarla əhd və qərarımız belə deyildi, 

Axırda hicran məni biqərar etdi.  

Zəmanənin işvələrinə qarşı nə çarə var ki,  

Axırda Bacur yarı yardan ayırdı. 

Məhərrəm ayının on yeddisində, çərşənbə axşamı [=19 yanvar] Sultan 

Veys Səvadinin müxalifi Sultan Əlaəddin Səvadi  gəlib sədaqətini bildirdi. 

Cümə axşamı günü Bəcur ilə Çendavəl arasındakı dağda ov etdik. Bu 

dağın geyiyi qapqaradır, amma quyruğu başqa bir rəngdədir, deyəsən, bura-

dan  aşağıdakı  Hindistanın  geyiyi  bütün  qapqaradır.  O  gün  sarı  bir  quş  ələ 

keçdi, o da qaraydı, gözləri də qaraydı. Yenə o gün qartal bir geyik yaxaladı. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



236 

Əsgərin azuqəsi azalmışdı. Kəhrac dərəsinə (219 b) gedib azuqə aldıq-

dan sonra Sevada, Yusif-zeyi əfqanlarına hücum çəkmək niyyətilə cümə gü-

nü oradan atlanaraq Çendavəl ilə Bəcur çayının birləşdiyi  yerdə Pənc-Kürə 

çayının aralığına endik. 

Şah Mansur Yusif-zeyi bir qədər ləzzətli və kefləndirici kəmali

1

 gətir-


mişdi. Bir kəmalini üçə bölüb bir parçasını mən yedim, birini Gədayi Tağayi, 

birini  də  Abdullah  Kitabdar  yedi.  Çox  sərxoş  etdi.  O  dərəcədə  ki,  axşam 

vaxtında  bəylər  toplanan  zaman  görüşməyə  çıxa  bilmədim.  Qəribə  bir  şey 

idi.  İndi  o  cür  kəmalidən  birini  bütün  yesən  belə  o  günkünün  yarısı  qədər 

sərxoşluq yaratmır. 

Oradan  qalxıb  Kəhrac  dərəsi  ilə  Pişqram  dərəsinin  ağzına  yaxın  bir 

yerə,  Pənc-Kürənin  önünə  endik.  Bu  yurdda  ikən  topuğa  qədər  qar  yağdı. 

Buralarda qar nadir yağırmış, əhali heyrət elədi. 

Sultan  Veys  Səvadinin  də  razılığı  ilə  əsgərin  ehtiyacı  üçün  Kəhrac 

əhalisinə dörd min eşşək yükü azuqə vergisi qoyuldu və bu azuqənin yığımı 

üçün Sultan Veys göndərildi. Qaba dağ əhalisi heç bir zaman belə vergi ver-

məmiş olduğu üçün azuqəni verə bilməyərək sıxıntıya düşdü. 

Məhərrəm  ayının  iyirmi  üçündə  çərşənbə  axşamı  günü  [=25  yanvar] 

Hindu bəyin komandanlığında  əsgərlər Penc-Kurəyə axına göndərildi. (220 



a)  Pənc-Kürə  dağın  ortasından  bir  az  daha  yuxarıda  yerləşi.  Pənc-Kürə 

kəndlərinə  gedə  bilmək  üçün  bir  küruha  yaxın  yamac  dırmanmaq  lazımdı. 

Əhalisi qaçıb getmişdi. Bir qədər davar, öküz və xeyli azuqə gətirdilər. 

Ertəsi  sabah  əsgər  bu  dəfə  Qoç  Bəyin  komandanlığında  təkrar  axına 

göndərildi.  Ayın  iyirmi  beşində,  cümə  axşamı  günü  [=27  yanvar]  əsgərə 

azuqə təmin etmək üçün Kəhrac dərəsinin içinə, Mandiş kəndlərinə endik. 

Hümayundan sonra onunla doğma qardaş bir neçə oğlan dünyaya gəl-

miş, lakin heç biri yaşamamışdı. Hindal isə hələ doğulmamışdı. Mandiş ci-

varlarında olduğumuz günlərdə [Baburun arvadı və Hümayunun anası] Ma-

hım [bəyimdən] bir məktub gəldi. Məktubunda «Mənə bəxtim və taleyim nə 

isə,  istər  oğlan,  istər  qız  olsun,  bir  uşaq  verin.  Mən  onu  özümə  övlad  edib 

böyüdüm» deyə yazmışdı. 

Bazar günü ayın iyirmi altısında biz hələ yurdda ikən Hindalı Mahıma 

verib məktublarla birlikdə Yusif Əli Riqabdar Kabilə göndərildi. Hindal hə-

lə doğulmamışdı. 

Bu sözün təfsilatı belədir: onun doğma bacı-qardaşlarından o zamana 

qədər ondan kiçık və digərlərinin hamısından böyük bir qardaşı və üç bacısı 

vardı. Mehricandan başqa hamısı kiçıkkən öldülər. Bir doğma qardaşının ol-

masını çox istəyirdi. 

O  günlərdə  [Baburun  digər  arvadı]  Dildar  ağaçə  hamilə  idi.  Mən  də 

«Onun bir qardaşı olsaydı, yaxşı olardı» dedim. Validə həzrətləri də «Dildar 

                                                           

1

 Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə. 



BABURNAMƏ 

 

237 



ağaçə bir oğlan doğsa və onu alıb böyütsəm, necə olar?» dedi. Mən də «Çox 

yaxşı olar» dedim. 

Qadınlar arasında oğlanmı, yoxsa qızmı olacaq deyə fala baxmaq adəti 

vardır. İki kağızdan birinə Əli və ya Həsən, digərinə də Fatma yazıb bu iki 

kağızı  çamurla  yoğurub  bir  tas  suyun  içinə  qoyurlar.  Hansı  əvvəl  açılırsa, 

ona görə hökm edirlər. Oğlan çıxsa oğlan, qız çıxsa qız olacaq deyirlər. Fala 

baxdılar və oğlan çıxdı. Müjdə olduğu üçün dərhal bir məktub yazıb göndər-

dik. Bir neçə gün sonra Allah bir oğlan əta elədi. 

Məktubu almazdan üç gün əvvəl uşaq dünyaya gələr-gəlməz onu zorla 

anasının yanından alaraq evimizə gətirib saxlamışlar. Doğum xəbərini gön-

dərdilər. Bu xəbər Bxirə alındığında gəldi və bunu uğur saydıq. Adını Hin-

dal qoydular. Bu şəkildə o mənim həm kiçık qardaşım, həm də oğlum olur

1



Bu  yurdda  olanda  Mandiş  vilayətində  dərənin  ortasında,  bir  yüksək 



yerin üstündə daşlardan böyük bir taxt tikildi. Oraya ağ çadır və səfər çadırı 

birlikdə sığdı. Bu taxtın daşlarının hamısını içkilər və sipahilər daşımışdı. 

Yusif-zeyi əfqanlarmdan Məlik Şah Süleymanın oğlu Məlik Şah Man-

sur  gələrək öz  sədaqətini (220  b)  göstərdi. Yusif-zeyi  ulusunun  xeyri  üçün 

onun qızını istədim. Biz o yurdda ikən Şah Mansurun qızıyla birlikdə Yusif-

zeyinin cehizinin də gəldiyini xəbər verdilər. Axşam üstü şərab məclisi qu-

ruldu. Məclisə Sultan Əlaəddin də dəvət edilərək xas xələt əta edildi. 

Bazar günü, ayın iyirmi səkkizində [=30 yanvar] qalxıb Kəhrac dərə-

sindən çıxıb endik. Şah Mansurun kiçık qardaşı Tavus xan qardaşı qızını biz 

o yurdda ikən gətirdi. 

Bisut  xalqının  Bəcur  kurqanındakılarla  əlaqələri  olduğu  üçün  onları 

köçürdüb Bəcur  kurqanına gətirməsi  üçün Yusif  Əli  Bəkavul  oraya  göndə-

rildi. Kabildə qalan əsgərlərə də gəlmələri üçün fərmanlar göndərildi. 

Səfər ayının üçündə, cümə günü [=4 fevral] Pənc-Kürə çayı ilə Bəcur 

çayının birləşdiyi  yerə endik. Ayın beşində, bazar günü [=6 fevral] Bəcura 

gedib Xoca Kəlanın  evində içki məclisi qurduq. 

Ayın yeddisində, çərşənbə axşamı günü [=8 fevral] bəyləri və diləzaq 

əfqanlarmm  böyüklərini  çağırıb  danışaraq  buna  qərar  verildi:  ilnin  sonu 

gəlmiş  və  günəşin  hut  bürcünə  girməsinə  bir-iki  gün  qalmışdır,  ovalardakı 

məhsul da tamamən yığılmışdı. Bu zamanda Səvada getsək, əsgər azuqə ta-

pa bilməyəcək və korluq çəkəcəkdir. (221 a) Ona görə Enbaher və Pani-Yali 

yoluyla  yürüyərək  Heşnəgarin  yuxarı  tərəfindən  Səvad  çayını  keçib  Yusif-

zeyiyə  aid  Səngür-Mahura  qarşısındakı  ovada  yaşayan  Yusuf-zeyi  və  Mə-

həmməd-zeyi əfqanlarına axın etmək lazımdır. Gələcək il bir az daha erkən-

dən, əkin zamanında gəlib bu əfqanların işini kökündən həll etmək lazımdır. 

Buna  qərar  verib  ertəsi  çərşənbə  axşamı  günü  Sultan  Veys  ilə  Sultan 

                                                           

1

 Bu sözün təfsilatı belədir ibarəsi ilə başlayan abzasdan buraya qədər olan hissə rusça 



nəşrdə buraxılmışdır. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



238 

Əlaəddinə atlar və xələtlər əta edib vədlərdə bulunub getmələrinə izin ver-

dik və biz də oradan qalxıb Bəcur qarşısına endik. Şah Mansurun qızını sə-

fərdən dönüncəyə qədər Bəcur kurqanında qoydum. 

Ertəsi gün atlanaraq Xoca-Xızırı keçib endik. Xoca Kəlana burada ay-

rılması üçün izin verildi. Saray müxəlləfatı, artıq əsgər ləvazımı və ağır yük-

lər  Künər  yoluyla  Ləmqana  göndərildi.Ertəsi  sabah  qalxıb  ağır  yükü  və 

dəvələri Xoca Mir Miranin idarəsinə verib Curğatu və Darvaza yoluyla Qa-

raquba  keçidinə  göndərdikdən  sonra,  biz  də  xəfif  atlarla  hızla  irəliləyərək 

Enbaher keçidini aşıb ikindi vaxtından bir az əvvəl Pani-Yaliyə endik. 

Uğanverdi bir neçə adamla birlikdə dil tutmaq üçün irəliyə göndərildi. 

Əfqanlarla aramız yaxın olduğu üçün erkəndən hərəkət etmədik. Uğanverdi 

çeşt vaxtında gəldi. Bir əfqanı yaxalayıb başını kəsmiş, (221 b) gələrkən də 

başı yolda salmışdı. Arzu edilən dəqiq xəbəri gətirmədi. 

Günorta üstü qalxıb Səvad çayı keçdik və ikindidən bir az əvvəl endik. 

Axşam üstü hərəkətə keçib sürətlə yürüdük. Günəş bir nizə boyu yüksələndə 

önçü olaraq göndərilmiş olan Rüstəm Türkmən əfqanların xəbərdar olub hə-

rəkətə  keçdiyi  və  xeyli  əfqanın  dağ  yoluyla  getdiyi  xəbərini  gətirdi.  Bunu 

eşidincə daha da sürətli irəliləyərək axınçıları irəli göndərdik. Gedib bir çox 

əfqanı öldürüb başlarını kəsərək xeyli əsirlə birlikdə öküz və davar gətirdilər. 

Diləzaq əfqanları da bir neçə baş kəsib gətirdilər. Oradan qayıdaraq Katləng 

civarına  endik.  Saray  müxəlləfatını  sövq  etməkdə  olan  Xoca  Mir  Miranın 

yanına qılavuz göndərib Məqamda bizə qoşulmas tapşırıldı. 

Ertəsi  sabah  qalxıb  Katləng  ilə  Məqam  arasına  endik.  Şah  Mansurun 

adamı  gəldi.  Xosrov  Göyəldaş  ilə  Əhmədi  Pərvançı  xeyli  adamla  birlikdə 

müxəlləfatı  qarşılamağa  göndərildi  və  ayın  on  dördündə,  çərşənbə  axşamı 

günü [=15 fevral] Məqama enəndə gəlib bizə qoşuldular. 

Burada  otuz-qırx  il  əvvəl  Şahbaz  Qələndər  adlı  bir  bidətçi  çıxmış  və 

Yusif-zeyilərin və diləzaqların bir qisminı dindən çıxarmışdı. Məqam dağı-

nın önündə alçaq bir təpə (222 a) var. Oradan bütün ovalar görünür. Şahbaz 

Qələndərin qəbri orada idi. Ətrafı gəzərkən oraya gəldim, incələdim.  «Belə 

havalı  bir  yerdə  bidətçinin  qəbri  nə  gəzir»  deyə  düşündüm.  Əmr  etdim, 

oranı dümdüz etdilər. Çox gözəl və havalı bir yer olduğu üçün orada bir az 

məcun yeyərək bir müddət oturduq.  



 

ĠLK HĠNDĠSTAN SƏFƏRĠ 

 

Bəcurdan  Bxirəyə  yürümək  niyyətilə  qayıtmışdım.  Kabilə  gələndən 

bəri hey Hindistan səfəri niyyətindəydim, amma bəzi maneələr üzündən nə-

sib olmurdu. Üç-dörd ay davam edən Bəcur səfərindən də əsgərin əlinə cid-

di bir şey keçmədi. 

Hindistanın sərhəddi Bxirə  yaxın olduğu üçün  «Dərhal və  yüngül si-



BABURNAMƏ 

 

239 



lahlarla girsək, görəsən, əsgərin əlinə bir şey keçərmi» deyə düşündüm. Bu 

niyyətlə  dönərək  əfqanlara  axın  edib  Məqama  enəndə  mənə  sadiq  olan  bə-

ziləri belə dedilər:  «Hindistana girsək, gərək əsaslı girək. Əsgərin bir qismi 

Kabildə  qaldı  və  bir  dəstə  yaxşı  igid  də  Bəcurda  qoyuldu.  Atların  zəifliyi 

üzündən  bir  çoxları  da  Ləmqana  döndü.  Buraya  gələnlərin  atları  elə  bitkin 

bir haldadır ki, bir gün belə sürətli qaça bilməzlər». 

Düzdür, bu sözlər doğru idi, lakin artıq qərar verilmişdi, bu hesablara 

aldırmadan  sabah  tezdən  (222  b)  oradan  qalxdıq  və  Sind  çayının  keçidinə 

doğru hərəkətə keçdik. 

Sind çayının keçidini aramaq üçün Mir Məhəmməd Caləban böyük və 

kiçık  qardaşları  bir  neçə  igid  ilə  birlikdə  çayın  yuxarı  və  aşağı  tərəflərinə 

göndərildi. 

Əsgəri çay tərəfinə göndərib özüm də kərgədan ovlamaq üçün Kərk-

xana dedikləri Səvati tərəfinə getdim. Bir neçə kərgədan göründü, lakin cən-

gəllik çox sıxdı və cəngəllikdən dışan çıxmadılar. Balalı bir kərgədan düzlü-

yə  çıxıb  qaçmağa  başladı.  Bir  çox  ox  atdılar.  Kərgədan  özünü  yaxındakı 

cəngəlliyə vurdu. Cəngəllikə od vurdular, lakin o kərgədan tapılmadı. Digər 

bir kərgədan balası odda yanmış, qıvrılırdı. Onu boğazladılar və hər kəs bir 

parça aldı. Səvatidən dönüb ətrafı dolaşdıqdan sonra yatsı vaxtında orduga-

ha gəldik. Keçid aramağa gedənlər bir keçid tapıb qayıtmışdılar. 

Ertəsi sabah cümə axşamı günü, ayın on altısında [=17 fevral] at, dəvə 

və yüklərlə birlikdə keçiddən keçdik. Ordugah bazarını, yayaları və eşşəklə-

ri salla keçirdilər. O gün keçid başında ikən nilablılar zirehli bir at və üç yüz 

şahruxi hədiyyə ilə gəlib məni gördülər. 

Hamı  keçincə  həmin  gün  günorta  vaxtı  hərəkət  edilib  gecənin  bir 

pasına  qədər  yürüyərək,  Keçəküt  çayının  yaxınına  endik.  Oradan  da  sabah 

hərəkət  eddi  və  Keçəküt  çayını  keçib  günortaya  yaxın bir vaxtda Səngdəki 

keçidi aşaraq (223 a) düşərgə qurduq. 

Seyid Qasım eşik-ağa çağdavul idi. Arxadan bizim qatarların dalınca 

gələn qücurları ələ keçirərək bir neçə baş kəsib gətirdi. 

Səngdəkidən  səhər  vaxtı  hərəkət  etdik  və  günortadan  az  sonra  Suhan 

çayını keçərək düşərgə qurduq. Əsgərin arxası gecə yarısına qədər gəlməyə 

davam  etdi.  Çox  uzun  bir  köç  idi,  atların  gücsüzlüyü  və  zəifliyi  üzündən 

fövqəladə çətin oldu. Bir çox at geridə qaldı.  

Bxirədən  şimala  doğru  yeddi  küruh  məsafədə  bir  dağ  vardır.  Bu  dağ 

Zəfərnamə  və  digər  bəzi  kitablarda  Kuhi-Cud  adıyla  anılır.  Bu  adın  veril-

məsinin səbəbini bilmirdim,  amma sonradan öyrəndim:  Bu dağda eyni  ata-

nın nəslindən olan iki xalq vardır, birinə Cud, digərinə Cəncuhə deyirlər. Bu 

dağdakı  və  Nilab  ilə  Bxirə  arasındakı  qəbilələrə  əskidən  bəri  bunlar  hökm 

edir  və  fərman  verirlərmiş.  Ancaq  bu  idarə  dostcasına  və  qardaşcasına  bir 

idarə imiş. Xalqdan hər istədiklərini ala bilmirlərmiş. Əskidən bəri vergi ki-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



240 

mi  bir  şey  müəyyənləşdirmişlər,  bunların  aldığı  və  onların  verdiyi  bundan 

nə  artıq,  nə  də  əskik  deyilmiş.  Müəyyənləşdirilən  şey  budur:  ev  başına  bir 

şahruxi, hər ailə başçısı isə yeddi şahruxi verir və əsgərə də gedirlərmiş. 

Cud və  Cəncuhənin  hər  ikisi  də bir neçə  qola  ayrılır.  Bxirədən  yeddi 

küruh məsafədə  yerləşən bu dağ Hinduquş silsiləsinə aid olan Kəşmir (223 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin