Qədhil: görünüşü və dadı çox pis bir meyvədir. Eynən (284 a) qoyun
qarnı kimidir, dolma kimi içi dışına çevrilmişdir. Mədə bulandıran bir dadı
var. İçində fındığa bənzəyən çəkirdəkləri olur. Ümumən xurmaya bənzəyir.
Bunun çəkirdəkləri uzun deyil, yuvarlaqdır. Bu çəkirdəklərin xurmadan bir
az daha yumşaq əti var və onu yeyirlər.
Çox yapışqan olduğu üçün bəziləri onu əllərini və ağızlarını yağlaya-
raq yeyirlərmiş. Bunlar ağacın həm budağında, həm gövdəsində, həm də kö-
kündə olurmuş. Sanki ağaca dolmalar asmışlar.
Bədhəl: alma boyda olar, ətri pis deyil. Kal ikən çox turş və dadsız bir
şeydir. Dəymişi pis deyil, yumşaqdır. Hər hansı bir yerini əllə qoparıb ye-
mək mümkündür. Dadı heyvanın tüklü halındakı dadına çox bənzəyir. Turş
və olduqca gözəl bir dadı var.
Bir: farsca künar deyirlərmiş. Bunun bir neçə növü var. Ərikdən azca
böyükdür. Hüseyni üzümü şəklində bir növü də var, o qədər də yaxşı olmur.
Bandirdə çox gözəl bir bir gördük. Bunun ağacı günəş səvr və cövza
bürcündə ikən yarpaqlarını tökür, sərətan və əsəddə, yəni yağmur mövsü-
mündə təkrar yarpaq açıb yaşıl olur. Meyvəsi dəlv və hutda dəyir.
Gərundə: bizim vilayətin cikəsi
1
(284 b) kimi koma-komadır. Cikə
dağlarda, bu isə ovalarda bitir. Dadı mərmincana bənzəyir, ondan bir az da-
1
Cikə: nə olduğu tam olaraq anlaşılmayan bir bitki.
BABURNAMƏ
301
ha şirin və daha az şirəlidir. Bundan kalyalı aş bişirirlər, çox gözəl olur.
Pənyalə: ərikdən bir az böyükdür. Qızıl almanın kalına bənzəyir. Turş
sayaq bir dadı var. Ağacı nar ağacından bir az böyükdür. Yarpağı isə badam
yarpağına bənzəyir.
Gülər: meyvəsi ağacın gövdəsindən çıxır. Əncirə bənzəyir və çox
dadsız bir meyvədir.
Amilə: bu da beşküncdür. Pambıq qozasına bənzəyir. Qatı və dadsız
bir şeydir. Mürəbbəsi pis olmur. Çox faydalı bir meyvədir. Ağacının gözəl
görünüşü vardır. Çox kiçık yarpaqlıdır.
Çirunçi: ağacı dağda yetişirmiş. Bizim bağlarda üç-dörd dənə varmış,
sonradan öyrəndim. Mehvəyə çox bənzəyir. İçi pis deyil, qoz ləpəsi ilə ba-
dam içi arasında bir şeydir. Pis deyil. İçi fıstıq içindən bir az kiçıkdir. Çi-
runçinin içi yuvarlaqdır. Pəludəyə və halvaya qoyurlar.
Xurma: düzdür, xurma Hindistana xas deyil, lakin bizim tərəflərdə
olmadığı üçün burada bəhs etdim. Xurma ağacı Ləmqanatda da var. Budaq-
ları ağacın ucunda bir yerdə olur. Yarpaqları budaqlarının dibindən ucuna
qədər iki tərəfindədir. Gövdəsi buruşuq və çirkindir. Meyvəsi isə üzüm (285
a) salxımı kimidir, lakin üzüm salxımından xeyli böyükdür.
Deyilənə görə, bitkilər arasında xurma ağacı iki xüsusda heyvanlara
bənzəyir: birincisi, heyvanların başı kəsilincə necə həyatları da bitirsə, xur-
ma ağacı da başı kəsilincə quruyur. İkincisi, heyvanlarda erkəksiz necə bir
nəticə hasıl olmursa, xurma ağacı da erkək xurmanın budağı gətirilib toxun-
durulmasa, yaxşı meyvə vermir. Bu sözün doğru olub-olmadığı bəlli deyil.
Xurmanın yuxarıda bəhs edilən başı bir pendirdən ibarətdir. Xurma
pendiri belədir: budaq və yarpağının çıxdığı yer pendir kimi ağdır. Bu ağ
pendir kimi şeydən budaq və yarpaq çıxır. Budaq və yarpaq böyüdükcə ya-
şıllaşır. Bu ağ bölümə xurma pendiri deyirlər. Gözəldir, pis deyil, qoz ləpə-
sinə çox bənzəyir.
Bu peynirin olduğu yeri dəlirlər və bu dəliyə oradan çıxan suyun üzə-
rindən axa biləcəyi şəkildə xurma yarpağı yerləşdirirlər. Yarpağı bir kuzənin
ağzına salıb kuzəni də ağaca bağlayırlar. Dəlikdən çıxan su kuzədə yığılır.
Bu su dərhal içilsə şirin bir sudur. Üç-dörd gün sonra içilsə adama kef verir.
Bir dəfə Barini seyr etməyə gedən zaman (285 b) Çenbəl çayı sahilində
yerləşən kəndləri də görməyə getmişdim. Yolda ovada bu cür xurma suyunu
yığanlar bizə təsadüf etdilər. Bu sudan xeyli içdim, lakin təsir etmədi. Təsir
etməsi üçün hər halda çox içmək lazımdır.
Nargil: ərəblər ərəbləşdirərək narcil deyirlər, hindistanlılar isə nalir
deyirlər. Hər halda qələti-məşhurdur
1
.
Nargilin meyvəsi Hindistan qozudur və qara qaşıqları ondan düzəldir-
lər. Böyüklərindən gəmi ipləri düzəldirlər. Ağacı xurma ağacı ilə eynidir,
1
Səhv olduğu hamı tərəfindən bilindiyi halda işlənən söz.
Zəhirəddin Məhəmməd BABUR
302
yalnız nargilin budağı daha yarpaqlı, yarpağının rəngi isə daha parlaqdır.
Eynən qozun olduğu kimi nargilin də dışında yaşıl bir qabığı var, lakin nar-
gilin qabığı yarıq-yarıqdır. Çay qayıqlarının hamısını və gəmilərin iplərini
bu nargilin qabığından düzəldir, qayıqların çatlarını da bunun ipiylə tikirlər.
Nargilin qabığı təmizlənincə bir başında üçbucaq şəklində üç dəlik ye-
ri meydana çıxır, ikisi sərt, biri yumşaqdır. Bu yumşaq yeri cüzi basdıqda
dəlinir. Dəyməzdən əvvəl nargilin içi su olur. Bu dəliyi açıb suyunu alırlar.
Dadı pis deyil, xurma pendirinin suda əzilmişi kimidir.
Tar: bunun budaqları təpəsində (286 a) olur. Tara da xurmada olduğu
kimi kuzə bağlayaraq suyunu alıb içirlər. Bu suya tari deyirlər, bunun kefi
xurma suyundan daha qüvvətli olurmuş.
Tar budaqlarının bir-bir yarım kariyə qədər heç yarpağı yoxdur. On-
dan sonra ucunda otuz-qırx yarpaq birdən çıxır. Bu yarpaqların uzunluğu bir
kari qədərdir. Hindlər öz yazılarını əsasən –eynən dəftər kimi- bu yarpaqlara
yazırlar. Hindistanlılar geniş dəlikli qulaqlarına taxmağa sırğa tapa bilmə-
yəndə bu tar yarpağından sırğa dzəldib qulaqlarına asırlar. Qulaq dəliyinə
qoymaq üçün tar yarpağından düzəlmiş sırğalar bazarlarda satılır.
Gövdəsi xurma ağacının gövdəsindən daha gözəl və daha düzdür.
Portağal və bənzərləri: portağal Ləmqanat, Bəcur və Sevadda çox
gözəl olur. Ləmqanatda bir az kiçık və oyuqludur. Fövqəladə gözəl, incə qa-
bıqlı və şirəlidir. Xorasan civarının portağalına bənzəmir. Qabığınun incəli-
yinə görə Ləmqanatdan on üç-on dörd ağac məsafədə olan Kabilə gətirilinə
qədər bəzi portağallar xarab olur.
Əstərabad portağalını iki yüz yetmiş-iki yüz səksən ağac məsafədə
olan Səmərqəndə qədər aparırlar, qabığı qalın və şirəsi az olduğu üçün (286
b) o qədər xarab olmur. Bəcur portağalları heyva boydadır, şirəsi çoxdur və
digər portağalların şirəsindən daha turşdur. Xoca Kəlan mənə dedi ki, Bə-
curda bu cins portağalı bir ağacdan dərib saymış və yeddi min dənə olduğu-
nu görmüşlər. Narınc sözünün ərəbcələşmişə bənzədiyini daima düşünür-
düm və elə imiş. Bəcur və Sevad əhalisi narınca daim narəng deyir.
Limon: fövqəladə çoxdur. Yumurta boyda və yumurta şəklindədir.
Zəhərlənmiş bir adam onun kökünü qaynadıb içsə, zəhərin təsirini yox edir.
Turunc: portağala bənzər bir meyvədir. Bəcur və Sevad əhalisi baling
deyir. Buna görə turunc qabığınun mürəbbəsinə mürabbeyi-baling deyirlər.
Hindistanda isə turunca bəcuri deyirlər.
Turunc iki növdür. Biri şirindir, lakin zövqsüz və mədə bulandıran bir
daddadır, yeməyə yaramır, lakin qabığı mürəbbəyə yarayır. Ləmqanatın tu-
runcu belə mədə bulandıran bir daddadır. Biri də Bəcur və Hindistan turunc-
larıdır ki, turşdur, lakin turşluğu xoş olur. Şərbəti fövqəladə gözəl və ləz-
zətlidir.
Turunc Xosrovi-qovun boydadır. Qabığı buruşuq və düzənsizdir. Ucu
BABURNAMƏ
303
incə və çıxıntılıdır. Turuncun rəngi portağalınkından bir az daha sarıdır.
Ağacı isə gövdəli bir ağac deyil, bir az kiçıkdir və koma-koma (287 a) olur.
Yarpağı portağalınkından daha böyükdür.
Səngtarə: portağala bənzər bir meyvədir. Rəngi və şəkli turunc kimi-
dir. Yalnız bunun qabığı buruşuq olmayıb düzdür və turuncdan bir az daha
kiçıkdir. Ağacı böyükdür, qaysı ağacı qədərdir. Yarpağı portağal yarpağına
bənzəyir. Gözəl bir turşluğu var. Şərbəti çox ləzzətli və dadı xoşdur. Bu da
eynən limon kimi qəbizliyə səbəb olur və portağal kimi yumşaldıcı deyildir.
Uluğ-limu [böyük limon]: portağala bənzər bir meyvədir. Hindistanda
qəlqəl limu deyirlər. Forması qaz yumurtasına bənzəyir, lakin onun əksinə,
iki ucu elə sivri deyil. Qabığı da səngtarəninki kimi düzdür. Çox şirəli olur.
Çənbiri: portağala bənzər bir meyvədir. Şəkli portağal kimidir, lakin
rəngi sarıdır və portağal rəngində deyildir. Ətri turunc ətrinə bənzəyir. Bu-
nun da turşluğu gözəldir.
Sədafəl: portağala bənzər, armud formasında bir meyvədir, rəngi hey-
va rəngi kimidir. Çox şirindir, lakin şirin portağal qədər mədə bulandıran
deyil.
Əmrədpəl: portağala bənzər bir meyvədir.
Kərnə: bu, qəlqəl-limu boydadır. Bu da turşdur.
Əməlbid: portağala bənzər bir meyvədir. Üç ildən sonra indi gözümə
dəydi. Deyilənə görə, içinə bir iynə (287 b) saplansa, turşuluğundan və ya
başqa bir özəlliyindən iynəni əridər. Turşuluğu portağal və limon qədərdir.
HĠNDĠSTANIN ÇĠÇƏKLƏRĠ
Hindistanda gözəl çiçəklər vardır.
Casun: bu çiçəklərdən biridir və bəzi hindistanlılar ona kərhəl deyir.
Bu, ot deyil, qızılgül fidanından bir azca hündürdür. Rəngi nar çiçəyindən
daha açıq yaşıldır. Qızılgül boydadır. Lakin qızılgül qönçə olduqdan sonra
birdən açılır, amma bu casun açıldıqdan sonra ortasından açılan yarpaqdan
incə bir zoğ çıxır və bir barmaq boyu uzandıqdan sonra təkrar casun yarpaq-
ları açılır. Nəhayət, üst-üstə qonmuş qətmərli bir çiçək olur. Qəribə bir şey-
dir desəm, səhv olmaz.
Ağacının üstündə fövqəladə dərəcədə möhtəşəm və gözəl görünür. Di
gəl ki, çox qalmır, bir günün içində solub gedir. Dörd ay sürən yağmur möv-
sümü boyunca fövqəladə gözəl və çox açılır. İlin böyük bir hissəsində açılır.
Çox olmasına baxmayaraq ətri yoxdur.
Kənir: ağı və qırmızısı da olur. Şaftalı çiçəyi şəklində beş yarpaqlıdır.
Qırmızı kənirin şaftalı çiçəyinə bənzərliyi vardır. Kənir çiçəyinin on dördü-
on beşi bir yerdə açılır və uzaqdan çox böyük bir çiçək kimi görünür. Bunun
koması də qızılgül fidanından bir az böyükdür. Qırmızı kənirin olduqca xoş
Zəhirəddin Məhəmməd BABUR
304
bir ətri vardır və gözəldir. Bu çiçək də yağmur mövsümündə çox və gözəl
açılır, (288 a) ilin böyük hissəsində görünür.
Kiyura: fövqəladə lətif bir ətri var. Müşkün çatışmayan cəhəti quru
olmasıdır, buna təzə müşk demək olar. Qəribə bir görünüşü var. Çiçəyinin
uzunluğu bir yarım-iki qarış olur. Yarpağının şəkli qamış yarpağı kimi uzun
və tikanlıdır. Qönçə kimi yığılmış olan dış ləçəkləri daha yaşıl və daha ti-
kanlı, daxili ləçəkləri isə yumşaq və ağdır, daxili ləçəklərinin arasında çi-
çəyin özəyi kimi bir şey olur və gözəl ətir buradan gəlir.
Yeni açılan və hələ kol təşkil etməyəni erkək qamış başağına bənzəyir.
Bunun yarpağı daha yastıdır. Tikanlı halda çox görkəmsizdir, kökləri dışarı-
dadır.
Yasəmən: ağdır. Buna cəmbuli deyirlər. Bizim tərəfin yasəmənlərin-
dən daha böyük və daha ətirlidir.
HĠNDĠSTANDA ZAMAN VAHĠDLƏRĠ
Bizim tərəflərdə dörd fəsil, Hindistanda isə üç fəsil var. Dörd ay yay,
dörd ay yağmur fəsli, dörd ay da qış olur. Aylarının başlanğıcını hilala görə
hesablayırlar. Hər üç ildə bir yağmur fəsli aylarına, üç ildə bir qış aylarına,
üç ildə bir də yaz aylarına bir ay əlavə edirlər. Bu aylar visokos
1
(288 b) ay-
ları sayılır.
Çitar, bisaq, çit və əsar yay aylarıdır. Bunlar hut [balıq], həməl [qoç],
səvr [buğa] və cövzaya [ekizlər bürcü] uyğun gəlir. Savən, badun, küvar və
katik yağmur mövsümü aylarıdır. Bunlar sərətan [xərcəng], əsəd [şir, aslan],
sünbülə [başaq, qız] və mizana [tərəzi bürcü] uyğundur. Aqan, pus, maq və
fagün qış aylarıdır. Bunlar isə əqrəb, qövs [yay, oxatan], cədi [oğlaq] və
dəlv [dolça] bürclərinə
2
müvafiqdir.
Hind eli dörd ay olaraq müəyyənləşdirdiyi fəsillərin hər birində iki ayı
istinin, iki ayı yağmurun, iki ayı da soyuğun şiddətli olduğu ay saymışdır.
Yay aylarının son iki ayı çit ilə əsardır şiddətli isti bu iki aydadır. Yağmur
fəslinin ilk iki ayı savən ilə badundur, şiddətli yağmur bu iki aydadır. Qış
fəslinin ortadakı iki ayı pus ilə maqdır, şiddətli soyuq da bu iki aydadır. Bu
münvalla bunların fəsillərinin sayı altı olur.
Həftənin günlərinə də adlar vermişlər: şənbə saniçer, bazar eytvar, ba-
zar ertəsi somvar, çərşənbə axşamı manqalvar, çərşənbə budvar, cümə axşa-
mı prispatvar, cümə isə sükrvar adlanır.
Bizim vilayətlərdə gecə-gündüzü iyirmi dördə bölüb hər birinə saat,
1
Orijinalda kəbisə adlanan bu aylara qriqori təqvimində visokos ay, yəni fevralı 29 gün
olan ay deyilir.
2
Şərq təqvim sistemləri, bürclər və aylar haqqında ətraflı bilgi üçün bax: Ramiz Əskər.
Təqvimdən-təqvimə, iqlimdən-iqlimə. Bakı, İşıq, 1987.
BABURNAMƏ
305
hər saatı da altmışa bölüb hər birinə dəqiqə demişlər. Bir gecə-gündüz min
dörd yüz qırx dəqiqə olur. Dəqiqənin uzunluğu təxminən altı (289 a) dəfə
Fatihə surəsini bismillah ilə birlikdə oxuyuncaya qədərdir ki, bir gecə-gün-
düzdə səkkiz min altı yüz qırx dəfə bismillah ilə birlikdə Fatihə surəsi oxu-
na bilər.
Hind elində isə gecə-gündüzü altmış qismə bölüb hər birinə geri, ge-
cəni və gündüzü ayrı-ayrı dörd qismə bölüb hər birinə pəhər demişlər ki, bu-
nun farscası pas olur.
Bizim tərəflərdə pas və pashan sözləri eşidilirdi, lakin belə bir özəlliyi
olduğu bilinmirdi. Bu iş üçün Hindistanın bütün böyük şəhərlərində geriyali
adlanan müəyyən və xüsusi bir icma var. Bürüncdən qab kimi yastı bir şey
qoymuşlar, böyüklüyü sini, qalınlığı isə iki barmaq qədər olar. Bu bürünc şe-
yə geriyal deyirlər. Bu geriyalı yüksək bir yerə asmışlar. Bir də tasları var:
cam-saat. Bunun altı dəlikdir, hər geridə bir dəfə dolur. Geriyalilər növbə ilə
bu tası suya qoyub gözləyirlər. Məsələn, gün doğarkən tası qoyurlar, tas bir
dəfə dolanda toxmaqlarıyla geriyala bir dəfə vururlar, iki dəfə dolsa iki dəfə.
Pəhər bitincəyə qədər belə edirlər. Hər pəhər başa çatanda toxmağı geriyala
tez-tez və qüvvətli bir şəkildə vururlar. Gündüzün ilk pəhəri olmuşsa, tez-tez
vurduqdan (289 b) sonra bir azca duraraq bir dəfə daha vururlar. Əgər ikinci
pəhər olmuşsa, tez-tez vurduqdan sonra iki dəfə vururlar. Üçüncüsündə üç,
dördüncüsündə dörd dəfə vururlar. Gündüzün dörd pəhəri tamam olunca gecə
pəhərindən başlayaraq bu şəkildə gecənin dörd pəhərini də tamamlayırlar.
Əvvəlcə geriyalilər hər dəfə gecə və gündüz pəhəri tamamlananda pə-
hər işarəsini vururdular. Amma gecə yuxudan oyananlar üç və ya dörd geri
üçün vurulan səsi eşidəndə ikinci və ya üçüncü pəhərdən hansısı olduğu ba-
şa düşmürdülər. Onun üçün mən əmr etdim ki, gecələr və buludlu gündüzlər
zamanı geriləri vurduqdan sonra pəhərin işarəsini də vursunlar. Məsələn, ge-
cənin ilk pəhərindən üç gerini vurduqdan sonra bir azca durub təkrar pəhərin
işarəsini də vursunlar ki, bu üç gerinin ilk pəhərə aid olduğu bəlli olsun. Ge-
cənin üçüncü pəhərindən dörd geri vurduqdan sonra bir azca durub pəhərin
işarəsi olan üçü vursunlar ki, bu dörd gerinin üçüncü pəhərə aid olduğu
bilinsin. Çox yaxşı oldu. Gecələr oyanan adam nə zaman geriyal səsi eşitsə,
bunun hansı pəhərdən və neçə geri olduğu bu şəkildə anlamış olurdu.
Bir də hər gerini altmışa bölüb hər birinə pel demişlər, hər gecə (290
a) və gündüz üç min altı yüz peldir. Hər pelin müddətini altmış dəfə gözü
açıb yumuncaya qədər keçən zaman olaraq müəyyən etmişlər ki, gecə və
gündüz iki yüz on altı min dəfə gözü açıb yumuncaya qədər sürür. Təcrübə
edildi və bir peldə səkkiz dəfə bismillah ilə birlikdə qulhuvallah surəsi oxu-
na bildi ki, gecə-gündüz ərzində iyirmi səkkiz min səkkiz yüz dəfə bismillah
ilə birlikdə qulhuvallah surəsi oxuna bilər.
Zəhirəddin Məhəmməd BABUR
306
HĠNDĠSTANDA ĠġLƏNƏN ÖLÇÜ VƏ ÇƏKĠ VAHĠDLƏRĠ
Bir də hind elində ölçüləri gözəl müəyyən etmişlər: səkkiz reti bir ma-
şə, dörd maşə bir tank, yəni otuz iki reti, beş maşə bir misqal, yəni qırx reti,
on iki maşə bir tülə, yəni doxsan altı reti, on dörd tülə bir sər deməkdir. Hər
yerdə qırx sər bir batman olaraq qəbul edilmişdir. On iki batman bir mani,
yüz mani bir minasədir. Qızıl və mirvarini tanq ilə çəkirlər
1.
Hind elində ədədləri də gözəl müəyyənləşdirmişlər: yüz min bir lek,
yüz lek bir kürur, yüz kürur bir ərb, yüz ərb bir kərb, yüz kərb bir nil, yüz nil
bir pədəm, yüz pədəm bir sanq deməkdir. Bu ədədlərin çoxluğu Hindistanın
zənginliyinə bir dəlildir.
Hindistan əhalisinin böyük bölümü kafirdir və hind xalqı kafirə hindu
deyir. Hinduların çoxu tənasühə inanır. İşçilər, muzdlular və xidmətçilər də
hamısı hindudur
1
.
Bizim vilayətlərdə köçəri xalqın öz qəbilələrinə görə xüsusi adları var.
Burada da vilayət və kəndlərdə yaşayan (290 b) əhalinin qəbilələrinə görə
adları var. Hər peşə sahibi o peşə ilə dədə-babadan bəri məşğuldur.
Hindistan lətafəti az olan bir yerdir. Əhalisində gözəllik, yaxşı rəftar
və tərbiyə, aralarında xoş münasibət, təb, idrak və ədəb, kərəm və mürüvvət
yox, hünər və işlərində üsul və intizam, qayda və düzən, yaxşı at və yaxşı ət,
üzüm, qovun və yaxşı meyvələr, buz, soyuq su, bazarlarında yaxşı yemək və
yaxşı çörək, hamam, mədrəsə, şam, məşəl və şamdan yoxdur.
Divti dedikləri çoxsaylı və kirli bir zümrə var ki, bunlar sol əllərində
şam və məşəl yerinə kiçicik bir üçayaq tuturlar. Bu üçayağın bir ayağının
ucundan şamdan başına bənzəyən bir dəmiri üçayağın ağacına bağlayır, baş
barmaq yoğunluğuda bir fitili də üçayağın ağaca saplı olan dəmir ayağına
bağlayırlar. Sağ əllərində isə dəliyi bir az dar açılmış olan bir çanaq tuturlar.
Yağ oradan sızır. Fitilə nə zaman yağ lazım olsa bu çanaqdan qoyurlar. Şam
və məşalə yerinə bundan istifadə edirlər. Böyük adamların bunlar kimi yüz-
iki yüz divtiləri var.
Padşahın və ya bəylərin gecə şama ehtiyacı olan bir işi olsa, bu çirkin
divtilər (291 a) bu lampanı gətirib onların yanında dururlar.
Çay və yeraltı suları ilə çuxurlarda yığılan suların dışında bağ və bi-
nalarında axarsu yoxdur. Binalarında səfa, hava, gözəllik və nizam yoxdur.
Qullar və aşağı təbəqə tamamilə çılpaq gəzir. Lüngutə deyilən bir şeyi
bağlayır və göbəkdən aşağı iki qarışlıq bir bez parçası asırlar. Bu asılan bez
parçasının üstündə bir bez parçası daha var. Bunun bir ucunu lüngutənin ipi-
nə bağlayır, digər ucunu isə iki budun arasından keçirərək lüngutənin arxa
bağından keçirib bərkidirlər. Qadınları uzun bir lüng bağlayır. Yarısını bel-
lərinə bağlayır, yarısını başlarına örtürlər.
1
Bu cümlə rusca nəşrdə yoxdur.
BABURNAMƏ
307
HĠNDĠSTANIN MƏZĠYYƏTLƏRĠ
Hindistanın məziyyəti böyük bir vilayət olmasıdır. Burada altın və ax-
ça çox olur.
Yağmur mövsümündə havaları fövqəladə gözəldir. Bəzi günlərdə on-
on beş dəfə yağır. Yağmur zamanı sellər yaranır. Heç su olmayan yerlərdə
çaylar axır. Yağış yağanda və yağışdan sonra hava çox gözəl olur. O dərəcə-
də ki, etidalının və lətafətinin bənzəri yoxdur. Qüsuru budur ki, havası çox
rütubətli olur. Yağmur mövsümündə bizim tərəflərin yaylarıyla əsla ox at-
maq olmaz, yay pozulur. (291 b) Rütubət yalnız yaylara deyil, zireh, kitab,
qumaş və mala da təsir edir. Bina da çox davam gətirmir.
Yağmur mövsümünün dışında qışda və yayda hava yaxşıdır, lakin dur-
madan şimal küləyi əsir və toz çox olur. Yayda yağmur mövsümünə yaxın
buğa və ekizlər ayında bu külək ildə dörd-beş dəfə fövqəladə şiddətli əsir və toz
o dərəcədə qatı olur ki, adamlar bir-birini görə bilmir. Bu külək andi adlanır
1
.
Ekizlər ayı isti keçir, lakin o qədər də bürkü olmur. Bəlxin və Qəndə-
harın istisinin yarısı qədər yoxdur.
Hindistanın başqa bir məziyyəti hər sinif və peşə ərbabının lap çox ol-
masıdır. Hər iş və hər şey üçün xüsusi olaraq seçilmiş insanlar var, bunlar
dədə-babadan bəri bu işi görürlər. Necə ki Molla Şərəf Zəfərnamə adlı əsə-
rində Teymur bəyin daş məscidi tikilərkən Azərbaycan, fars, Hindistan və
digər məmləkətlərin daş ustalarından hər gün iki yüz adamın məsciddə işlə-
diyini xüsusi qeyd etmişdir.
Mənim tikintilərimdə isə yalnızca Aqrada yerli daş ustalarından hər
gün altı yüz səksən adam çalışırdı. Bir də Aqra, Sikri, Biyanə, Dulpur, Gü-
valyar və Kulda min dörd yüz doxsan bir daş ustası hər gün mənim tikdirdi-
yim binalarda işləyirdi. Hindistanda bunun kimi hər peşə (292 a) və hər
məslək sahibi saysız-hesabsızdır.
Bxirədən Behara qədər mənim sərəncamımda olan vilayətlərin gəliri
əlli iki kürurdur. Bu, aşağıdakı müfəssəl cədvəldən də görünür. Bunun sək-
kiz-doqquz küruru ray və racələrin pərgənələrindən gəlir ki, onlar itaət edib
əskidən bəri bu pərgənələrə doğruluq yoluyla sahib olmuşlar.
Felən bizim müzəffər bayrağımızın hakimiyyəti altında olan Hindistan
vilayətlərinin təxmini gəliri (cədvəl farsca yazılmışdır – tərc.):
Dostları ilə paylaş: |