CAMDAKI QIZILBAġ VƏ ÖZBƏK
SAVAġININ ġAHĠDĠNĠN SÖYLƏDĠKLƏRĠ
Çərşənbə axşamı günü, ayın on altısında [=29 dekabr] qızılbaş ilə
özbək savaşında olan Div Sultanın adamı gəldi və bu bilgiləri verdi: Cam və
Xırgird civarında aşura günü türkmənlər ilə özbəklər arasında səf hərbi olur.
Sabahd an günortaya qədər vuruşurlar. Özbəklərin üç yüz min olduğunu
söylədi, türkmənlər qırx-əlli min adammış, qaraltısını yüz min təxmin etdi.
Lakin özbəklər öz adamlarını yüz beş min olaraq göstərirlər.
Qızılbaşlar rum tərzində arabalar, zərbzən və tüfəngəndazla dəstə-dəs-
tə özlərini örtüb vuruşurlar. İki min araba və altı min tüfəngəndaz var imiş.
Şahzadə və Cüha Sultan iyirmi min yaxşı igidlə birlikdə arabaların qurduğu
sipərin içində durur, digər bəyləri isə arabaların dışında sağ və sol qolları
(354b) nizamlayır. Özbəklər gələndə dışandakı adamları məğlub edib vura-
vura sürür, arxadan mühasirəyə alıb dəvə və sursatı ələ keçirirlər. Axırda
arabaların içindəkilər zənciri açıb dışarı çıxırlar. Burada müdhiş bir savaş
olur. Özbəklər üç dəfə dönərək hücum edirlər. Tanrı təalanın inayəti ilə qı-
zılbaşlar özbəkləri məğlub edirlər.
Küçüm xan, Übeyd xan və Əbu Səid Sultan başda olmaq üzrə doqquz
sultan əsir düşür. Əbu Səid Sultan həyatda imiş; digər səkkiz sultan ölür.
Übeyd Sultanın başını tapa bilmirlər, amma bədənini tapırlar. Özbəkdən əlli
BABURNAMƏ
373
min və türkməndən isə iyirmi min adam tələf olur.
Həmin gün on altı günlük müddətlə Cunepura getmiş olan Qiyasəddin
Qurçu gəldi. Sultan Cüneyd və adamları Haridə əsgər sövq etmişlər, bu üz-
dən zamanında yetişə bilməzlərmiş. Sultan Cüneyd ağızdan bunları söylə-
miş: şükür ki, tanrı inayəti ilə bu tərəflərdə padşahın iştirakını vacıb qılan
bir iş görünmür. Mirzə gəlsə və bu civardakı sultan, xan və əmirlərə Mirzə
ilə birlikdə hərəkət etmələri fərman olsa, ümid edilir ki, bütün işlər asanlıqla
gerçəkləşəcəkdir. (355a)
Gərçi Sultan Cüneyddən belə bir cavab gəldi, lakin kafir Sanka müha-
ribəsindən sonra Molla Məhəmməd Məzhəb də Benqala elçi göndərilmişdi
və bugün-sabah gələcəyini söyləyirdilər. Onun xəbərini də gözlədik.
Cümə günü, ayın on doqquzunda [=l yanvar 1529] məcun yeyib bir
neçə yaxın dostla xəlvətxanada otururdum, Molla Məhəmməd Məzhəb, ax-
şam vaxtı, ki şənbə gecəsidir, gəlib mülazimət etdi. O tərəfdəki vəziyyəti
bir-bir soruşub öyrəndik: benqallar bizə itaət edir və bizə tərəfdardırlar.
Bazar günü [=3 yanvar] türk və hind əmirlərini xəlvətxanaya çağıraraq
danışıb məsləhətləşdik. Bu sözlər ortaya atıldı: benqallara elçi göndərərək
onların bizə itaət etdiklərini və tərəfdar olduqlarını öyrəndik. Benqala get-
mək faydasızdır; çünki oranın civarında əsgərin işinə yarayacaq xəzinə
yoxdur. Qərb tərəfində isə bəzi yerlər vardır ki, həm yaxındır, həm də xəzi-
nələri vardır.
Malı vafir, eli kafir, yol yavuq,
Şərq sarı gər iraqdır, ol yavuq.
Axırda buna qərar verildi: mən qərb tərəfinə gedəcəyəm, yolumuz ya-
xın olduğu üçün bir neçə gün burada qalıb şərq tərəfindən arxayın olduqdan
sonra (355 b) oraya yola düşəcəyəm.
Qiyasəddin Qurçuya iyirmi gün müddət verərək Qanq çayının digər
tərəfindəki bütün sultan, xan və əmirlərin əsgərini ətrafına yığaraq bu asi-
lərin üstünə yürümələrini bildirən fərmanlarla birlikdə təkrar Purab əmirlə-
rinə qasid kimi göndərildi. Bu fərmanları oraya götürəcək, sonra da oradan
xəbər alıb vaxtında gəlib bizə yetişəcəkdi.
BƏLUCLARIN ÜSTÜNƏ YÜRÜġ
O günlərdə bəluclarm gəlib bəzi yerləri yağmaladıqları haqqında Mə-
həmmədi Göyəldaşdan ərzi-hal gəldi. Bu işi Çin Teymur Sultana tapşıraraq
Sihrind və Samanənin o tərəfində olan Adil Sultan, Sultan Məhəmməd Dul-
day, Xosrov Göyəldaş, Məhəmməd Əli Cəng-Cəng, Əbdüləziz Miraxur, Se-
yid Əli, Vəli Qızıl, Qaraca, Həlahil, Aşiq Bəkavul, Şeyx Əli, Kəttə, Gücür
xan, Həsən Əli Səvadi kimi komandanların Cin-Teymur Sultanın ətrafında
yığılaraq altı aylıq sursatla bəluclarm üstünə yürümələri, bu zaman hamının
Zəhirəddin Məhəmməd BABUR
374
Cin-Teymur Sultanın bütün əmirlərinə tabe olması haqqında fərmanları gö-
türməklə də Əbdülqaffar Tavaçıya həvalə olundu.
Verilən qərara görə, o, bu fərmanları öncə Çin Teymur Sultana götü-
rəcək və ondan sonra adı çəkilən bəylərə (356 a) göstərəcəkdi. Bunların
hamısının əsgərləri ilə birlikdə Çin Teymur Sultan tərəfindən təyin olunacaq
toplanma yerinə gəlmələrini təmin edəcəkdi. Əbdülqaffar özü də səfərdə
onlarla birlikdə olacaq və hər hansı bir adamda süstlük və səhlənkarlıq görsə
bizə bildirəcəkdi, qüsur göstərənlər dərəcə və rütbələri alınaraq özləri vila-
yət və pərgənələrindən uzaqlaşdırılacaqdı.
Bu fərmanları verib ağızdan söylənəcək sözləri də söyləyərək Əbdül-
qaffarı yola saldıq.
Bazar gecəsi, ayın iyirmi səkkizində [=8 yanvar] saat üç pəhər və altı
geri olanda Cundan keçərək Dulpurdakı Baği-Nilüfərə hərəkət etdik. Bazar
günü, üçüncü pəhərə doğru bağa gəldik. Bağın ətrafında və civarında özləri-
nə bina və bağlar saldırmaları üçün bəy və elçilərə yer və yurd təyin edildi.
Cümə axşamı günü cəmadiyüləvvəl ayının üçündə [=14 yanvar] bağın
cənub-qərb tərəfində hamam üçün bir yer seçdik. Hamam tikiləcək yeri dü-
zəltdtilər. Bu düzəldilmiş yerdə hamamın təməlini qoyduqdan sonra hama-
mın inşa edilməsini və bir otağında bir hövzi-kəbir tikilməsini əmr etdim.
O gün Xəlifə Aqradan Qazı Ciya ilə Bir-Sing Divin ərzi-hallarını (356
b) göndərmişdi: Beharı İskəndərin oğlu Mahmud zəbt etmişdi. Bu xəbər gə-
lincə qoşun çəkmək niyyətilə ertəsi cümə günü, altıncı geridə Bağı- Nilufər-
dən atlanaraq axşam üstü Aqraya gəldik. Məhəmməd Zaman Mirzə də Dul-
pura gedirmiş, yolda bizə rast gəldi. Cin Teymur Sultan da o gün Agraya
gəlmişdi.
Şənbə günü, bəylər məsləhətə dəvət edildi və cümə axşamı günü, ayın
onunda [=21 yanvar] Puraba doğru hərəkətə keçilməsinə qərar verildi.
Həmin şənbə günü Kabildən məktub və xəbər gəldi: Hümayun o tərəf-
dəki əsgəri yığıb Sultan Veysi də yanına alaraq qırx-əlli minə yaxın adamla
Səmərqəndin üzərinə hərəkətə keçmişdi. Termizdən yürüyüb Qabadiyanı
alan Tursun Məhəmməd Sultan kömək istəmişdi. Hümayun da Tülək Göyəl-
daş ilə Mir Hurdu izdihamlı bir qüvvə və mövcud moğollarla birlikdə Tur-
sun Sultana yardıma göndərmiş, sonra, özü də arxasından hərəkət etmişdi.
BABUR ġƏRQ SƏFƏRĠNƏ HAZIRLAġIR
Cümə axşamı günü, cəmadiyüləvvəl ayının onunda [=21 yanvar]
üçüncü geridən sonra Puraba getmək üzərə yola çıxıb Cəlisir kəndindən bir
az yuxarıda (357a) Cundan gəmiylə keçərək Bağı-Zərəfşana gəldim.
Tuğ, nağara, axır və bütün əsgərin bağın qarşısına, suyun digər tərəfi-
nə enmələri və hüzura çıxacaq adamların suyu gəmiylə keçərək gəlmələri
BABURNAMƏ
375
əmr edildi.
Şənbə günü benqal elçisi İsmayıl Mita benqalların hədiyyələrini gəti-
rib Hindistan tərzində mülazimət etdi. Bir ox atımı yerə qədər gəlib sayğıla-
rını ərz etdikdən sonra geri döndü. Sir-muyinə dedikləri xələti geydirib gə-
tirdilər. Bizim tərzdə üç dəfə yükünərək gəlib Nüsrət şahın ərzi-halını verdi
və gətirdiyi hədiyyələri təqdim edib geri qayıtdı.
Bazar ertəsi günü Xoca Əbdülhaq gəldi, gəmiylə sudan keçərək Xoca-
nın çadırına gedib mülazimət etdim. Çərşənbə axşamı günü də Həsən Çələbi
gəlib mülazimət etdi.
Əsgərin hazırlıqlarını tamamlamaq üzrə bir neçə gün çarbağda qaldıq.
Cümə axşamı günü, ayın on yeddisində [=27 yanvar] üçüncü geridən sonra
oradan qalxıb atlandıq. Mən gəmiylə hərəkət etdim. Aqradan yeddi küruh
məsafədə yerləşən Ənvar kəndinə endik.
Bazar günü özbək elçilərinə qayıtmaları üçün izin verdim. Küçüm xa-
nın elçisi Əmin (357 b) Mirzəyə kəmərli bir xəncər, altın dibalı bir yelək və
yetmiş min təngə ehsan edildi. Əbu Səid Sultanın adamı Molla Tağayiyə və
Mehriban xanım ilə oğlu Polad Sultanın adamlarına düyməli yeləklər və qu-
maş xələtlər geydirildi. Bunlara da vəziyyətlərinə görə pul ehsan olundu.
Ertəsi gün, Xoca Əbdülhaqın Aqrada qalması, özbək xan və sultanları-
nın göndərdiyi Xoca Yəhyanın nəvəsi Xoca Kəlanın isə Səmərqəndə getmə-
si üçün izin verildi.
Hümayunun oğlunun doğulmasını və Kamranın evlənməsini təbrik et-
mək üçün on min şahruxi hədiyyə ilə birlikdə Mirzə Təbrizi və Mirzə bəy
Tağayi göndərildi. Hər iki Mirzəyə də öz geydiyim paltar və bağladığım kə-
mər göndərildi. Hindu Molla Behişti vasitəsilə dəyərli daşlarla işlənmiş kə-
mərli bir xəncər, yenə dəyərli daşlarla işlənmiş davat, sədəflə işlənmiş bir
qutu, öz geydiyim qısa bir paltar, qurşaq, Baburi xəttinin müfrədatı və bu
yazıyla yazılmış qitələr göndərildi. Hümayuna Hindistana gələndən bəri
yazdığım şeirlər və tərcümələr göndərildi. Hindal ilə Xoca Kəlana da tərcü-
mələr və şeirlər göndərildi. Kamrana da Mirzə bəy Tağayi vasitəsilə tərcü-
mə, Hindistana gələndən bəri söylənən şeirlər və Baburi xəttilə yazılan mək-
tub örnəkləri göndərildi.
Çərşənbə axşamı günü Kabilə gedəcək adamlara məktublar yazılaraq
izin verildikdən sonra Molla Qasım, Ustad Şah Məhəmməd Səngtraş, Mirək,
Mir Qiyas, (358 a) Mir Səngtraş və Şah Baba Bildara Aqra və Dulpurda ti-
kiləcək binalara dair izahatlar verilərək bu işlər onlara tapşırıldı və getmələ-
rinə izin verildi.
İlk pəhər yaxınlaşmışdı ki, Ənvardan atlandıq. Günorta sonuna doğru
Çəndvarın bir küruhunda yerləşən Əbapur adlı kəndə endik.
Cümə axşamı axşamı Əbdülmüluk Qurçunu Həsən Çələbiylə birlikdə
şahın [Şahzadə Təhmasib] yanına, [İbrahim] Çapıq isə özbək elçiləri ilə
Zəhirəddin Məhəmməd BABUR
376
birlikdə xanların və sultanların yanlarına göndərildi. Gecənin bitməsinə dörd
geri qala Əbapurdan qalxıb dan ağararkən gəlib Çəndvar qarşısından gəmiyə
mindim. Axşam üstü Rabiri önündə gəmidən çıxıb ordugaha gəldim. Ordu
Fəthpura enmişdi.
Fəthpurda bir gün qalıb şənbə günü səhər vaxtı abdəst alıb atlanaraq
sabah namazını Rabirinin yaxınında camaatlə qıldıq. Mövlana Mahmud Fə-
rabi imamdı. Günəş doğarkən Rabirinin böyük dirsəyinin aşağısından gəmi-
yə mindik. O gün tərkib xəttilə yazmaq istədiyim tərcümə üçün on bir sətrlik
bir mistar cızdım. O gün vəlilərin sözlərindən könlümə bir ilham doldu.
Rabiri pərgənələrindən olan Cakin adlı pərgənənin qarşısında gəmiləri
sahilə çəkib o axşam gəmidə qaldıq. Oradan da sabahdan bir az əvvəl (358
b) gəmiləri hərəkətə keçirib bu arada sabah namazını qıldıq.
Mən gəmidə ikən Sultan Məhəmməd Bəxşi yanıma Xoca Kəlanın ada-
mı olan Şəmsəddin Məhəmmədi gətirdi. Məktubdan və sözlərindən Kabildə-
ki vəziyyəti tam olaraq öyrəndim. Mehdi Xoca da mən gəmidə ikən gəldi.
Günortadan bir az əvvəl Ətavənin önündəki çayın digər tərəfində olan
bağa çıxaraq Cunda qüsl edib günorta namazını qıldım. Namaz qılınan yer-
dən bir az Ətavə tərəfinə gələrək həmin bağın ağaclarının kölgəsində çaya
baxan bir təpə üstündə oturub igidlərin çalıb-oxumasını dinlədik. Mehdi Xo-
canın ikram etdiyi yeməyi burada yedik. Axşam üstü çayı keçib yatsı vaxtı
ordugaha gəldim.
Əsgərin yığılması və Şəmsəddin Məhəmməd vasitəsilə Kabildəkilərə
məktublar yazılması üçün o yurdda iki-üç gün qaldıq.
Çərşənbə günü, cəmadiyüləvvəl ayının sonuncu günü [=9 fevral] Əta-
vədən hərəkət edib səkkiz küruh getdikdən sonra Muri və Edusəyə endik.
Kabilə gedəcək məktubların qalanlarından bəziləri orada yazıldı. Hü-
mayuna göndərilən məktubun məzmunu bu idi: əgər indilik uğraşacaq bir iş
yoxsa, oğurluğun və çapulçuluğun qarşısı alınmalı, heç kimin asayişi poz-
masına yol verilməməli, (359 a) Kabil vilayətini xassə mülkünə daxil etdi-
yim üçün uşaqlardan heç kim ona tamah salmamalıdır. Sonra Hindalı da ça-
ğırmışdım. Bundan başqa, Kamranın şahzadə ilə yaxşı münasibətlər qurma-
ğa çalışması, Multan vilayətinin ona ehsan edildiyi, Kabil vilayətinin xassə
mülkü elan oldunğu, ailəmlə saray ağırlıqlarının buraya gəlməsi yazılmışdı.
XOCA KƏLANA MƏKTUB
Bəzi keyfiyyətlər isə Xoca Kəlana yazılan məktubdan bəlli olacağı
üçün o məktubun bir surətini olduğu kimi burada verirəm:
«Xoca Kəlana salam dedikdən sonra söz budur: Şəmsəddin Məhəm-
məd biz Ətavədə ikən gəldi. Vəziyyəti öyrəndim. O tərəflərə getmək arzusu
sonsuzdur. Hindistan işləri də yoluna girməkdədir. Ulu tanrıdan diləyirəm ki,
BABURNAMƏ
377
buranın işi tanrı təalanın inayətilə tezliklə sona çatsın. Bu iş bitdikdən sonra
Allah nəsib etsə dərhal hərəkət edəcəyim. O vilayətlərin gözəlliyini insan
necə unuda bilər? Xüsusilə də belə tövbəli olunca, qovun və üzüm kimi
məşru zövqləri insan ağlından necə çıxara bilər? Bugünlərdə bir qovun gə-
tirmişdilər, kəsib yeyəndə mənə çox təsir etdi. Az qala ağlayacaqdım.
Kabilin heç cür zəbt və rəbt altına alına bilmədiyi (359 b) yazılmışdı.
Axırda könül bunda qərar buldu: əgər bir vilayətdə yeddi-səkkiz hakim olsa,
ora necə itaətkar və möhkəm olar? Buna görə də böyük bacımı və hərəmləri
Hindistana çağırdım.
Kabilin bütün vilayət və qəryələrini xassə mülkü elədim. Hümayun ilə
Kamrana da bu xüsusu izah edərək yazdım. Yaxşı bir adam o məktubları
mirzələrə götürsün. Bundan əvvəl də bu xüsusa dair mirzələrə məktub yazıb
göndərmişdim. Hər halda məlum olmuşdur. İndi o vilayətin idarəsı və abad-
lığı heç bir bəhanə və maneə qalmadı. Bundan sonra, əgər kurqan möhkəm
və xalq razı olmasa, azuqə tapılmasa, ya da xəzinə dolmasa, bu vəziyyətin
idarə edənin iqtidarsızlığı üzündən olduğu düşünüləcəkdir. Gərəkli olan bəzi
işlər yazılacaqdır. Bəzisi üçün fərman da getmişdir. Bu işlərdən artan para,
xəzinəyə yatırılsın.
Gərəkli olan işlər bunlardır: öncə kurqanın təmiri, azuqə, gələn-gedən
elçilərin məsrəfləri, caminin tikilməsi üçün pulu maldan alaraq sərf etsinlər.
Karvansara və hamamların təmiri, ərkdə Ustad Həsən Əlinin bişmiş kərpiclə
tikməyə başlayıb yarımçıq qalan binanın tamamlanması işi (360 a) onun özü
ilə danışılıb məsləhətləşərək uyğun bir plan içərisində davam etdirilsin. Us-
tad Həsən Əlinin çəkdiyi əski layihə uyğunsa, o şəkildə tamamlansın, yoxsa
fikir birliyiylə gözəl bir layihə üzrə tikilsin. Elə ki, onun döşəməsi divanxa-
na döşəməsi ilə bir səviyyədə olsun.
Xurd-Kabil bəndi boğazın Xurd-Kabil tərəfinə çıxdığı yerdə Büthaq
çayına bağlanmalıdır. Qəznə bəndini təmir edin. Baği-Xiıyabana gəlincə, bu
bağın suyu azdır, buraya da bir dəyirman işlədə biləcək qədər suyun tapılıb
gətirilməsi lazımdır.
Xoca-Bəstənin cənub-qərb tərəfində Tutum-Dərə çayını bir təpə üstü-
nə gətirtərək oraya hovuz tikib fidanlar əkdirmişdim. Güzərgahın qarşısında
yerləşdiyi, gözəl və geniş bir mənzərəsi olduğu üçün oraya Nəzərgah adı ve-
rilmişdi. Oraya da gözəl fidanlar əkmək və plan daxilində çəmənliklər yara-
dıb ətrafına gözəl rəngli, gözəl rayihəli gül və reyhanlar əkmək lazımdır.
Seyid Qasım da köməkçi dəstənin başçısı təyin edildi.
Tüfəngəndazlarla Ustad Məhəmməd Əmin Cəbəçinin əhvalından qafil
olmayın.
Bu məktub gələn kimi, dərhal böyük bacımı və hərəmləri yola çıxarıb
Nilaba qədər (360 b) qılavuzluq edin. Bu məktub gələn kimi, ən gec bir həf-
tə sonra mütləq yola çıxsınlar. Yoxsa Hindistandan gedən əsgər dar yerdə
Zəhirəddin Məhəmməd BABUR
378
sıxıntı çəkər, vilayət də xarab olar.
Sonra, Abdullaha [Kitabdar] yazılan məktubda tövbə işindəki uğurlar
haqqında çox mübaliğəyə yol verilmişdi. Bu rübai buna bir az engəl oldu.
Mey tərkini qılalı pərişandır mən,
Bilmən qılar işimiyü heyrandır mən,
El bütün peşiman olub tövbə qılar,
Min tövbə qılıb mənü peşimandır mən.
Bənnainin bir nüktəsi xatırimə gəldi. Bir gün Bənnai Əlişir bəyin [Nə-
vai] hüzurunda bir nüktə edir. Əlişir bəy düyməli bir yelək geyibşmiş. Bu
üzdən belə deyir: «Nəğz zərafəti kərdi, çəkmənra midadəm, vəli tügməha
nəmemand və mane əst» (Gözəl bir nüktə etdin. Sənə yeləyimi verərdim,
amma düymələri buraxmır və mane olur). Bənnai isə belə deyir: «Tügməha
çi mane əst, badigəha mane əst» (düymələr mane deyil, ilgəklər manedir).
Vəl üxdətü əlar-ravi (Günahı söyləyənin boynuna). Belə zarafatı mə-
zur görün və tanrı xatirinə, inciməyin.
Sonra, o rübaini keçən il söyləmişdim. Gerçəkdən də bu ötən iki il şə-
rab məclisinə duyduğum arzu və həsrət sonsuz idi. O dərəcədə ki, şəraba
duyduğum həsrətdən bəzən ağlamaq həddinə gəlirdim. Bu il, əlhəmdülillah,
o sıxıntı könlümdən tamamilə silindi. Hər halda tərcüməni nəzm etməyimin
(361 a) isabəti və bərəkətindəndir.
Siz də tövbə edin. Söhbət və şərab həmsöhbət və həmbadə ilə xoşdur
ki, söhbət edəsiniz və şərab içəsiniz. Əgər həmsöhbət və həmbadə Şir Əh-
mədlə Heydərqulu isə bu tövbə o qədər da ağır olmayacaq. Arzuməndliklə
salam.
Cümə axşamı günü, cəmadiyülaxır ayının ilk günündə [=10 fevral] ya-
zıldı».
Bu nəsihətamiz sözləri yazdığım zaman mənə fövqəladə təsir etdi. Bu
məktubları Şəmsəddin Məhəmmədə təslim edib ağızdan söylənəcək sözləri
də söylədikdən sonra cümə gecəsi getməsinə izin verdim.
Cümə günü səkkiz küruh qədər gedib Cüvaməndnaya endik. Kitin-Qa-
ra Sultan bir adamını elçi olaraq gələn Kəmaləddin Qıyaq adlı nökərin yanı-
na göndərmiş, sərhəd bəylərinin necə yaşayıb nələr etdikləri haqqında, oğru
və quldurlardan şikayət edən bəzi şeylər yazmışdı. Qıyaq da həmin adamı
buraya göndərmişdi. Qıyağa gərəkli izin verib sərhəd bəylərinə oğru və qul-
durları ram etmək, yaxşı yaşamaq və hərəkət etmək barədə fərmanlar gön-
dərdim. Bu fərmanları Kitin-Qara Sultandan gələn adama təslim etdikdən
sonra biz bu yurdda ikən onun getməsinə izin verdik.
Həsən Çələbidən Şahqulu adında bir adam gəlib [özbək-qızılbaş] sa-
vaşı haqqındakı keyfiyyətini ərz etmişdi. (361 b) Şahqulu vasitəsilə şaha
[şahzadə Təhmasib] məktub yazaraq Həsən Çələbinin gecikməsini üzrlü
sayıb cümə günü, ayın ikisində [=11 fevral] getməsinə izin verildi.
BABURNAMƏ
379
Şənbə günü səkkiz küruh yürüyüb yenə Kalpi pərgənələrindən olan
Kəkura və Çeçavəliyə endik.
Bazar günü, ayın dördündə [=13 fevral] doqquz küruh gedib Kalpi
pərgənələrindən olan Didəpur adlı pərgənədə başımı qırxdlm. İki aydan bəri
başımı qırxmamışdım. Səngər çayında qüsl etdim.
Bazar ertəsi günü on dörd küruh gedib Kalpi pərgənələrindən Çərkə-
dəyə endik.
Çərşənbə axşamı günü, ayın altısında Qaraçanın hindistanlı bir köləsi
Mahım bəyimin Qaraçaya yazdığı fərmanı gətirdi. Mahım gəlirmiş. Mənim
əvvəlcə öz əlimlə yazdığım üslubda pərvanə yazıb Lahor, Bxirə və o civar-
dan keçərkən qılavuz istəmişdi. Bu fərmanı cəmadiyüləvvəl ayının yeddi-
sində [=17 yanvar] Kabildən yazmışdır.
Çərşənbə günü yeddi küruh gedilərək Adəmpur pərgənəsinə endik. O
gün, dan ağarmadan tək başıma alanıb günorta üstü Cun çayına vardım. Cun
sahilindən aşağıya doğru getdim. Adəmpur qarşısına gələndə bir adada or-
dugahın yaxınlığıında çadırlar qurduraraq məcun yedim.
O gün (362 a) Sadiq ilə Külalı gürəşdirdik. Külal iddiayla gəlmiş və
Aqrada güləşmək üçün yorğunluğunu göstərərək iyirmi gün vaxt istəmişdi.
Artıq qırx-əlli gün keçmiş olduğu üçün güləşməyə məcbur oldu. Sadiq yaxşı
güləşdi və onu çox asanca yerə sərdi. Sadiqə on min təngə, yəhərli bir at, bir
dəst paltar və düyməli bir yelək ehsan edildi. Kəlali isə məğlub olmasına
baxmayaraq bir dəst paltaryla üç min təngə hədiyyə aldı.
Arabaları və topları gəmilərdən çıxarmağı əmr etdim. Yer düzəldərək,
yol çəkərək arabaları və topları çıxarana qədər bu yurdda üç-dörd gün qaldıq.
Bazar ertəsi günü, ayın on ikisində [=21 fevral] on iki küruh gedib
Kürrəyə endik. O gün təxti-rəvanla getdim. Kürrədən on iki küruh gedib
Kərrə pərgənələrindən Küryəyə endik. Küryədən də səkkiz küruh yürüyərək
Saray-Məndaya endik.
Buraya endiyimiz yatsı vaxtında Sultan Cəlaləddin gəlib mülazimət
etdi. İki kiçicik oğlunu da özü ilə birlikdə gətirmişdi.
Şənbə günü, ayın on yeddisində [=26 fevral] səkkiz küruh gedib Kərrə
pərgənəsindən Qanq sahilində Düydüyüyə endik. Məhəmməd Sultan (362
b) Mirzə, Qasım Hüseyn Sultan, Bixub Sultan və Turdukə biz orada ikən
gəldilər.
Bazar ertəsi günü, Əsgəri də bu yurdda ikən gəlib mülazimət etdi. Bu
gələnlərin hamısı Qanqın şərq tərəfindən gəlmişdilər. Əsgərinin adamlarıyla
birlikdə Qanqın qarşı sahilindən irəliləməsi və ordu harada güşərgə salsa,
onların da tam qarşı tərəfdə düşərgə salmaları əmr edildi.
Biz o civarda ikən irəlidən bir-biri ardına xəbərlər gəlirdi: Sultan Mah-
mudun yanında yüz min əfqan toplaşmışdı. Şeyx Bəyazid ilə Bibəni bir çox
əsgərlə birlikdə Sərvar tərəfinə göndərib özü və Fəth xan Sərvani də Qanq
Zəhirəddin Məhəmməd BABUR
380
sahilini təqib edərək Çünar üzərinə gəlirmiş. Keçən il bir çox pərgənə ve-
rərək bu civarda qoyduğumuz Şir xan Sur da əfqanlara qoşulmuşdu. Şir xan
ilə digər bir neçə əmiri çayın qarşı tərəfinə keçmişlər. Sultan Cəlaləddinin
adamları Benaresi müdafiə etməyərək qaçıb çıxmışlar. Benares kurqanında
qüvvə qoyaraq Qanq sahilinə gəlib vuruşacaqlarını söyləyirmişlər.
Düydüyüdən qalxıb altı küruh irəlilədikdən sonra Kərrədən üç-dörd
küruh məsafədə yrləşən Küsara endik. Mən gəmiylə gəldim. Sultan (363 a)
Cəlaləddinin ziyafəti ilə əlaqədar iki-üç gün bu yurdda qaldıq.
Cümə günü Kərrə qalasının içində Sultan Cəlaləddinin evlərinə endik.
Ev sahibi sifəti ilə bizə yemək və təam ikram etdi. Yeməkdən sonra özünə
və uşaqlarına tikışsiz libaslar geydirildi. Arzusuna uyğun olaraq böyük oğ-
luna Sultan Mahmud ünvanı verildi.
Kərrədən hərəkət edərək bir küruh qədər irəlilədikdən sonra Qanq sa-
hilinə endik. Orada ikən Mahım bəyim tərəfindən gəlmiş olan Şəhrək bəyə o
gün məktub verərək getməsinə izin verdim. Xoca Yəhyanın nəvəsi Xoca
Kəlan isə məndən yazmaqda olduğum Vəqayeni istəmişdi. Surətini çıxart-
dırmışdım, onu da Şəhrək vasitəsilə göndərdim.
Şənbə günü qalxıb dörd küruh gedərək dincəldik. Mən yenə gəmiylə
getdim. Enəcək yer yaxın imiş, erkən gəldik. Bir müddət sonra gəminin
içində məcun yedik. Xoca Əbdüşşəhid Nur bəyin çadırındaymış, dəvət etdik.
Molla Mahmudu da Molla Əlixanın çadırından çağırdıq. Bir müddət otur-
duqdan sonra gəmi ilə qarşı tərəfə keçib güləşçiləri gürəşdirdik. Dost Ya-
sinxeyrə pəhlivan (363 b) Sadiqlə deyil, digərləri ilə güləşməsi əmr edildi.
Qaydaya zidd olmasına baxmayaraq, onun daha qüvvətlilərlə güləşməsi əmr
edildi. Səkkiz adamla yaxşı güləşdi.
İkindi çağı Sultan Məhəmməd Bəxşi qayıqla o tərəfdən gəldi və asilə-
rin Sultan Mahmud dediyi Sultan İskəndər oğlu Mahmud xanın məğlubiyyət
xəbərini gətirdi. Günorta üstü buradan gedən casus da asilərin məğlubiyyət
xəbərini gətirdi. Günorta ilə ikindi arasında gələn Tac xan Sarənghaninin ər-
zi-halı də casusun xəbərinə uyğundu.
Sultan Məhəmməd gəlib təfsilatı nəql etdi. Düşmən gəlib Çünarı mü-
hasirəyə almış, bir az savaşmış, lakin bizim gəldiyimiz dəqiqləşən kimi ora-
dan getmişdir. Benaresə keçən əfqanlar da təlaşla geri dönüb suyu keçəndə
iki gəmi batmış və xeyli adamları boğulmuşdur.
Ertəsi gün altı küruh yürüyərək Piyaq pərgənələrindən Siravəliyə gəl-
dik. Mən gəmiylə gəldim. Çin Teymur Sultan ilə Toxta Buğa Sultan yarı
yolda hüzura qəbul edilmək üçün gözləmişdilər. Sultanları da gəmiyə dəvət
etdim. Toxta Buğa Sultan yada daşı ilə sehir etmişdi. Şiddətli bir külək qo-
pub yağmur yağmağa başladı. Gözəl bir hava oldu. Bu hava məcun yemə-
mizə səbəb oldu. Keçən gün məcun yediyimizə baxmayaraq bugün də yedik.
Yurda gedib ertəsi gün də orada qaldıq.
BABURNAMƏ
381
Çərşənbə axşamı günü təkrar atlandıq. Ordugahın qarşısında yaşıl və
böyük bir ada vardı. Gəmiylə oraya keçib adayı gəzdikdən sonra ilk pəhərdə
təkrar gəmiyə girdim.
At üzərində çay kənarında gedərkən bir qayanın üstündən keçdim. At
çatlamış qayanın üstünə çıxanda qaya uçdu. Mən dərhal sıçrayaraq özümü
kənara atdım. At isə uçmadı. Atın üzərində qalmış olsaydım, çox ehtimal ki,
atla birlikdə yuvarlanacaqdıq.
O gün Qanq çayını qulac ataraq keçdim. Hər qulacı saydım, otuz üç
qulacla keçdim və orada dincəlmədən geri üzərək təkrar bu tərəfə keçdim.
Bütün çaylari üzərək keçmişdim, bircə Qanq çayı qalmışdı.
Axşam üstü Qanq çayının Cun çayı ilə birləşdiyi yerə qədər gedib Pi-
yaq tərəfindən gəmini çəkdirərək ilk pəhərin dördüncü gerisində ordugaha
gəldim.
Çərşənbə günü, ikinci pəhərdən etibarən əsgər Cun çayından keçməyə
başladı. Dörd yüz iyirmi gəmi vardı.
Cümə günü, rəcəb ayının ilk günü [=11 mart] suyu keçdim.
Bazar ertəsi günü, ayın dördündə [=14 mart] Behara getmək niyyətilə
Cun sahilindən hərəkət etdik və beş küruh gedib Ləvayinə endik. Mən gə-
miylə getdim. O günə qədər əsgərlər hələ sudan keçirdi. Adəmpurda gəmi-
lərdən çıxarılmış olan zərbzənli arabaları Piyaqda təkrar gəmilərə qoyub gə-
miylə gətirmələri əmr edildi.
Endiyimiz yurdda güləşçiləri gürəşdirdik. Pəhlivan Lahori Kəşdiban
ilə Dost Yasinxeyr güləşdilər. Xeyli mücadilədən sonra Dost qələbə qazandı.
Hərəsinə bir dəst paltar ehsan edildi.
İrəlidə bataklıq və çamurlı pis bir çay varmdı, ona Tus çayı deyirdilər.
Keçid aramaq və yol tapmaq üçün burada iki gün qaldıq. Bir az yuxarıda at
və dəvələr üçün bir keçid tapıldı. Yüklü arabalar o keçidin uyğun olmayan
daşları üzündən keçə bilməzmiş. Yüklü arabaları da (364 a) oradan keçirmə-
yi əmr etdim.
Cümə axşamı günü oradan hərəkət edərək Tus çayının birləşdiyi yerə
qədər gəmiylə gəldim. Suyun birləşdiyi yerdə gəmidən çıxıb Tus çayından
yuxarıya doğru gedərək ikindi üstü suyu keçib enmiş olan ordugaha gəldim.
O gün altı küruh yürüdük. Ertəsi gün orada qaldıq.
Şənbə günü on iki küruh yürüdükdən sonra kəndin yuxarı tərəfinə en-
dik. Oradan da yeddi küruh gedərək Nanupura endik. Biz bu yurdda ikən
Çünardan oğullarıyla birlikdə Tac xan gəlib mülazimət etdi. O günlərdə Mə-
həmməd Bəxşinın ərzi-halı də gəldi: ailə və saray ağırlıqları Kabildən dəqiq
olaraq gəlirmiş.
Çərşənbə günü oradan qalxıb Çünar kurqanını gəzdikdən sonra Çünar-
dan bir küruh qədər keçərək endik.
Piyaqdan hərəkət etdiyimiz günlərdə bədənimdə qan çibanı çıxmışdı.
Zəhirəddin Məhəmməd BABUR
382
Bu yurdda ikən Rumdan gələn bir səyyah yeni kəşf edilən bir tədavi tətbiq
etdi. Qarabibəri gil qazanda qaynatdı və yaranı onun isti buxarına tutdum.
Buxar azalınca da isti su ilə yudum. Təqribən iki saata qədər dindi.
Yenə biz bu yurdda ikən bir nəfər ordugahın yanındakı adada aslan və
kərgədan gördüyünü söylədi. Sabah (364 b) o adayı mühasirə etdik. Fillər
də gətirilmişdi. Aslan və kərgədan çıxmadı, çıxa-çıxa bir çöl camışı çıxdı.
O gün şiddətli rüzgar qopdu və toz-torpaq çox iztirab verdi. Gəmiyə
minərək ordugaha gəldim.
Ordu Benaresdən iki küruh daha yuxarıya enmişdi. Çünar civarındakı
cəngəlliklərdə çox fil varmış. Oraya gedib fil ovlamaq niyyətində idim. Tac
xan mənə Mahmud xanın [Ludi] Sun çayının yanında olduğu xəbərini gə-
tirdi. Bəylər dəvət edildi və düşmən üzərinə sürətlə yürümək barədə danışıb
məsləhət etdik. Axırda uzun mənzillə və gecikmədən yürümək qərara alındı.
Oradan qalxıb doqquz küruh gedərək Bəlvə keçidinə endik.
Burada bazar ertəsi günü axşam, ayın on səkkizində [=28 martl Tahir,
Aqraya göndərildi və Kabildən gəlməkdə olanlara xərclik kimi ehsan edilən
pulların baratını götürdü.
O gün gəmiylə gəldim. Sabahdan bir az öncə gəmiyə minmişdim. Guy
çayının birləşdiyi Cunpur çayına qədər və oradan da Guy çayının bir az yu-
xarısına gedərək təkrar döndüm. Daracıq bir çay olmasına baxmayaraq (365
Dostları ilə paylaş: |