ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   40   41   42   43   44   45   46   47   48

a) keçidi yoxdu. O tərəfdəki əsgər gəmi, sal və atla üzərək keçirdi. 

Cunpur çayının birləşdiyi yerdən bir küruh daha aşağıya gedib keçən 

il Cunpura getdiyimiz zaman qaldığımız yurdu gəzdim. Çayın yuxarısından 

səmt küləyi əsdi. Benqal gəmisinin yelkənini açıb böyük gəmini ona bağla-

dılar və xeyli sürətlə gəldi. Benaresdən bir küruh daha yuxarıya enmiş olan 

ordugahdan buraya günün iki gerisi qalanda gəldik. Heç bir yerdə durmadan 

arxamızdan gələn gəmilərin ən sürətlisi isə yatsı vaxtında gəldi. 

Moğol bəyə Çünardan başlayaraq hər yürüşdə ölçü ipiylə doğru yolu, 

Lütfi  bəyə  isə  gəmiyə  minəndə  çay  sahilini  ölçməsi  əmr  edilmişdi.  Doğru 

yol on bir, su sahili də on səkkiz küruh imiş. 

Ertəsi gün o yurdda qaldıq. Çərşənbə günü də gəmi ilə Qazipurdan bir 

küruh daha  aşağıya  endik.  Cümə axşamı günü biz o  yurdda ikən Mahmud 

xan Nuhani gəlib mülazimət etdi. O gün Behar xan Beharinin oğlu Cəlal xan, 

Nasir xan oğlu Fərid xan, Şir xan Sur, Adil xan Sur və digər bir neçə əfqan 

əmirinin ərzi-halları (365 b) gəldi. 

Eyni  gün  Əbdüləziz  Miraxurun  da  ərzi-halı  gəldi.  Lahordan  cəmadi-

yüləvvəl  ayının  iyirmisində  [=29  fevral]  yazılmışdı.  Bu  ərzi-hal  yazıldığı 

gün Kalpi civarından Qaraçanın göndərdiyi hindistanlı bir nökəri də Lahora 

varmışdı.  Əbdüləzizin  ərzi-halında  bunlar  yazılmışdı:  Əbdüləziz  və  digər 

təyin edilənlər cəmadiyülaxır ayının doqquzunda [=18 fevral] Nilabda ailəni 

qarşılamağa gedirlər. Əbdüləziz Çanaba qədər birlikdə gəlib oradan ayrıla-


BABURNAMƏ 

 

383 



raq bir az öncə Lahora getmiş və bu ərzi-halı göndərmişdi. 

Cümə günü hərəkət etdik. Mən yenə gəmiylə gedib Çüsənin qarşısında 

keçən il günəşin tutulduğu və oruclu olduğumuz yurdu gəzdikdən sonra tək-

rar  gəmiyə  mindim.  Məhəmməd  Zaman  Mirzə  də  gəmiylə  gəldi.  Mirzənin 

təşviqi ilə məcun yedik. 

Ordu Kərmnas çayının sahilinə enmişdi. Hindular bu Kərmnas çayın-

dan çox çəkinirdilər, ona görə də bunlar bu sudan keçməyərək gəmiyə minib 

bu suyun qarşısındakı Qanq çayından keçdilər, etiqadlarına görə, bu su in-

sana  dəysə,  onun  ibadəti  batil  olurmuş.  Bu  adın  verilməsinin  səbəbini  də 

buna uyğun şəkildə açıqladılar. 

Kərmnas  çayının bir az yuxarı tərəfinə gedib  təkrar döndükdən sonra 

Qanqın (366 a) şimal tərəfinə keçdik və suyun sahilində gəmiləri durdurduq. 

İgidlər bir az əyləndilər və güləşdilər. Saki Möhsün dörd-beş adamla güləşə 

biləcəyini iddia etdi. Bir adamla güləşdi, az qala yıxılırdi, ikincisi Şadiyandı 

və Möhsünü yıxdı. Məhcub və mütəəssir oldu. Pəhlivanlar gəlib güləşdilər. 

Şənbə günü Kərmnas çayının keçidini aramaq üzrə adam göndərildiyi 

üçün ilk pəhərə doğru hərəkət etdik. Mən ata minib keçidə doğru bir küruh 

qədər çayın  yuxarı tərəfinə getdim. Keçid uzaq olduğu üçün təkrar geri dö-

nərək gəmiylə endiyimiz yerə gəldim. 

Ordu  Çusədən  bir  küruh  daha  irəlidə  düşərgə  salmışdı.  O  gün  təkrar 

qarabibər  dərmanı  düzəltdim.  Bir  az  isti  oldu,  bədənim  qabardı  və  çox  iz-

tirab çəkdim. İrəlidə bataqlı kiçık bir çay vardı; yol salmaq üçün ertəsi gün 

də orada qaldıq. 

Bazar  axşamı  Əbdüləziz tərəfindən  gələn hindistanlı  piyadanın  gətir-

diyi  məktuba  cavab  yazıb  göndərdim.  Bazar  ertəsi  sabahı  gəmiylə  gəldim. 

Külək  üzündən  gəmiləri  çəkərək  gətirdilər.  Keçən  il  uzun  müddət  qaldığı-

mız  Bəksər  önündəki  yurdun  qarşısına  gəlib  (366  b)  suyu  keçərək  buranı 

gəzdim. 


Çay sahilinə enmək üçün pillələr düzəldilmişdi, qırxdan artıq, əllidən 

az olardı. Yalnız üstdəki pillə qalmış, digər pillələri su yuyub aparmışdı. 

Gəmiyə  minib  məcun  yedik.  Ordugahın  bir  az  yuxarısında  bir  adada 

gəmini  dayandıraraq  pəhlivanları  gürəşdirdik.  Yatsı  vaxtı  ordugaha  gəldik. 

Keçən  il  ordunun  endiyi  bu  yurdda  Qanq  çayını  özüm  üzərək  keçmişdim. 

Bəziləri at, bəziləri da dəvə üstündə olduqları halda buraya gələrək gəzmiş-

dik. O gün tiryək qəbul etmişdim. 

Çərşənbə axşamı günü Kərimverdi, Məhəmməd Əli Heydər Riqabdar 

və  Baba  Şeyx  iki  yüzə  qədər  yaxşı  igidlə  birlikdə  düşmənlərdən  xəbər  bil-

mək üçün göndərildilər. 

Buradan  Benqal  elçisinə  bəhs  edilmiş  üç  maddəni  ərz  etməsi  əmr 

edildi. 


Çərşənbə  günü  Yunus  Əli  Behara  dair  müsbət  bəzi  şeylər  öyrənmək 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



384 

üçün Behardakı Məhəmməd Zaman Mirzənin yanına göndərildi. Bir az süst 

cavab  gətirdi.  Behar  şeyxzadələrinin adamı  ərzi-halla  birlikdə  Beharı bura-

xıb çıxdıqları xəbərini gətirmişdi. 

Cümə axşamı günü Turdu Məhəmmədlə Məhəmməd Əli Cəng-Cəngə 

türk  və  hind  əmirlərindən  və  oxçularından  iki  minə  yaxın  adam  verildi. 

Behar əhalisinə (367a) vəd fərmanları yazılıb getmələrinə izin verildi. Xoca 

Mürşid  İraqini  də  Behar  sərkarına  divan  təyin  edib  Turdu  Məhəmməd  ilə 

birlikdə göndərdik. Ertəsi gün də Məhəmməd Zaman Mirzə Behara getməyi 

qəbul edərək Şeyx Zeyn və Yunus Əli vasitəsilə bəzi şeylər ərz edib kömək 

üçün  bir  dəstə  adam  istəmişdi.  Bəzi  igidləri  Məhəmməd  Zaman  Mirzəyə 

köməkçi təyin edib bəzilərini da xidmətinə verdik. 

Şaban ayının birinci şənbə günü [=9 aprel] üç-dörd gündür oturduğu-

muz  bu  yurddan  hərəkət  etdik.  Mən  o  gün  ata  minib  Bucpur  ilə  Bihiyəni 

gəzdikdən sonra ordugaha döndüm. 

Xəbər bilmək üçün Məhəmməd Əlinin komandanlığında göndərilənlər 

bir dəstə kafiri məğlub edib Sultan Mahmudun [Ludi] oturduğu yerə varırlar. 

Sultan Mahmudun iki minə yaxın adamı varmış, bizim avanqardın xəbərini 

alınca vahiməyə düşmüş və iki filini öldürüb getmişdir. Bir filini də önçüləri 

ilə qoyubmuş. Bu igidlərdən iyirmiyə yaxın adam önçülərə yetişir, onlar da 

müqavimət  göstərmədən  qaçırlar.  Bizimkilər  bir  neçə  adamı  öldürdükdən 

sonra birinin başını kəsib, bir-iki adamı da diri olaraq yaxalayıb gətirdilər. 

Ertəsi gün hərəkət edib gəmiylə getdim. Bu arada Məhəmməd Zaman 

Mirzə də çaydan keçdi. Mirzənin keçməsini gözləmək üçün iki-üç gün (367 



b) orada qaldıq. Çərşənbə axşamı günü, ayın dördündə, Məhəmməd Zaman 

Mirzəyə bir dəst xas paltar, kəmərli bir qılınc, cins bir at və şəmsiyyə [çətir] 

inayət  edərək  Behar  vilayətini  ehsan  etdim.  Behar  sərkarından  bir  kürur 

iyirmi  beş  lek  xassə  mülkü  elan  edildi,  divanlığı  da  Xoca  Mürşid  İraqinin 

öhdəsinə verildi. 

Cümə axşamı günü o yurddan gəmiylə hərəkət etdim. Mən gəlincə bü-

tün gəmiləri dayandırdım. Sonra onları üzdürərək səf halında bir-birinə bağ-

lamalarını  əmr etdim.  Bütün  gəmilər  yığılmamış olduğu halda çayın  geniş-

liyindən  çox  artıq  idi.  Bəzi  yerin  dayaz,  bəzisinin  dərin,  bəzi  yerin  axıntılı 

və bəzi yerin də sakit olması üzündən bu şəkildə çox gedilə bilmədi. 

Gəmilərin  səfində  bir  timsah  görünür.  Bir  balıq  timsahdan  qorxaraq 

elə hündürə sıçrayır ki, bir gəminin içinə düşür, tutub gətirdilər. 

Yurda  gəldiyim  zaman  gəmilərə  ad  qoydum.  Aqrada  Sanka  savaşın-

dan  bir  az  öncə  tamamlanmış  olan  əski  əməkdar  böyük  gəmiyə  Asayiş  adı 

verildi. Bu il səfərə çıxmadan bir az əvvəl (368 a) Arayiş xan bir gəmi dü-

zəltdirib hədiyyə  etmişdi. Bu dəfə  ona da bir talvar düzəltdirdim  və  bu gə-

miyə  Arayiş  adı  verildi.  Sultan  Cəlaləddin  də  hədiyyə  etdiyi  gəmiyə  bir  az 

böyük bir talvar düzəltdirmişdi, onun üzərinə bir talar da düzəldilməsi  əmr 



BABURNAMƏ 

 

385 



edildi. Bu gəmiyə Güncayiş adı verildi. Bir də ön qismi qıvrıq kiçık bir qa-

yıq vardı və hər cür iş üçün o göndərilirdi, bu qayığa da Fərmayiş adı verildi. 

Ertəsi  sabah  cümə  günü  hərəkət  etmədik.  Məhəmməd  Zaman  Mirzə 

Behara  getmək  niyyətilə  hazırlığını  bitirərək  ordudan  bir-iki  küruh  aralıda  

düşərgə salmışdı. O gün gəlib izin aldı. 

Benqal  əsgərindən iki  casus  gəlib Məxdum  Aləm  komandanlığındakı 

benqaların Qanq çayının sahilini iyirmi dörd hissəyə bölərək sipər qazmaq-

da  olduqlarını,  Sultan  Məhəmməd  komandanlığında  olan  və  ailələrini  və 

köçlərini keçirmək istəyən əfqanları keçməyə qoymayaraq özlərinə qatdıqla-

rını söylədilər. Bu xəbəri alınca savaş ehtimali olduğu üçün Məhəmməd Za-

man Mirzənin getməsinə engəl olduq. Şah İskəndər üç-dörd yüz adamla bir-

likdə Behara göndərdik. 

Şənbə  günü  Dudunun  və  onun  oğlu  (368  b)  Cəlal  xan  Behar  xanın 

adamı gəldi. Benqallar bunları göz bəbəkləri kimi qoruyurlarmış. Mənə qa-

tılmaq üçün benqallarla vuruşub zorla ayrılaraq suyu keçmiş və Behar civa-

rına gəlmişlər. Mülazimət üçün gəlirlərmış. 

Həmin gün benqal elçisi İsmayıl Mitaya belə bir əmr verildi: əvvəlcə 

göndərdiyimiz üç maddənin cavabı gecikir. Onlara yazın ki, əgər səmimi bir 

şəkildə anlaşmaq istəyirlərsə, bizə tez cavab versinlər. 

Bazar günü axşam üstü Turdu Məhəmməd ilə Cəng-Cəngin bir adamı 

gəldi. Bunların önçüləri çərşənbə günü, şaban ayının beşində [=13 aprel] sa-

bah  tezdən  bu  tərəfdən  yaxınlaşınca,  Behar  şikdarı  da  digər  qapıdan  çıxıb 

qaçmışdı. 

Bazar günü o yurddan qalxıb Ari pərgənəsinə endik. Burada ikən Xa-

rid əsgərinin yüz-yüz əlli gəmiylə gəlib Saru ilə Qanqın birləşdiyi yerə, Saru 

çayının digər sahilinə yerləşdiyi xəbəri çatdı.. Benqallar ilə sülhə bənzər bir 

şey bağlanmış olduğu için belə işlərdə daima uğurlu sayıldığı üçün sülh yolu 

tərcih edilmişdir. Ədəbsizlik edərək gəlib yolumun üstündə yerləşmiş olma-

larına  baxmayaraq  əski  qaydaya  uyaraq  və  əvvəlki  üç  sözü  söyləyərək 

Molla Məhəmməd Məzhəb ilə birlikdə benqal elçisi İsmayıl Mitanın (369 a) 

getməsinə izin verilməsi qərarlaşdırıldı. 

Bazar  ertəsi  günü  benqal  elçisi  mülazimətə  gəlmişdi,  getməsinə  izin 

verildiyi  söylətdirildi  və  deyildi  ki:  düşməni  dəf  etmək  üzrə  oraya-buraya 

hərəkət etməkdəyik. Sizlərə  aid  yer və suya zərər və ziyan dəyməyəcəkdir, 

necə  ki  üç  şərtin  biri  də  bu  idi:  Xarid  əsgərinə  söylə,  yolumuzdan  çəkilib 

Xaridə gəlsin. Türkdən  bir neçə  adamı ona verək.  Xarid əhalisinə  vədlərdə 

bulunaraq onları yerlərinə götürsünlər. Keçid üzərindən getməz və bu qəribə 

iddiadan  vaz  keçməzlərsə  başlarına  gələcək  hər  yamanlığı  və  önlərinə  çı-

xacaq hər bəlanı özlərindən və sözlərindən bilsinlər. 

Çərşənbə günü, adət olduğu üzrə, benqal elçisi İsmayıl Mitaya bir xə-

lət geydirilərək ehsanlarla getməsinə izin verildi. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



386 

Cümə axşamı günü Şeyx Camal da vəd fərmanları və inayət sözləri ilə 

Dudu ilə oğlu Cəlal xanın yanına göndərildi. O gün Mahım bəyimin adamı 

gəldi, o, Baği-Səfanın digər tərəfindən məktublar gətirdi. 

Şənbə günü İraq elçisi Murad Qurçu Qacarı qəbul etdim. 

Bazar günü, adət olduğu üzrə, Molla Məhəmməd Məzhəbə hədiyyələr 

təqdim edilərək getməsinə izin verildi. 

Bazar  ertəsi  günü  Xəlifə  (369  b)  ilə  bəzi  bəylər  çayın  keçilə  biləcək 

yerini  təsbit  etməyə  göndərildi.  Çərşənbə  günü  Xəlifə  iki  suyun  arasındakı 

bölgəni tədqiq etməsi üçün təkrar göndərildi. 

Cənub  tərəfdə  Ari  pərgənəsinin  yaxınlığında  yerləşən  nilufər  çiçəkli-

yini gəzməyə getdim. Gəzinti əsnasında Şeyx Gürən nilufərin təzə toxumla-

rından gətirdi. Fıstığa çox bənzəyir və olduqca gözəl bir şeydir. Onun çiçə-

yinə, yəni nilufərə hindistanlılar kəvəl-kəkri, toxumuna isə dudə deyirlər. 

Sunun oradan  yaxın olduğunu söylədilər, gedib  seyr etdik. Sun çayı-

nın aşağı tərəfində çoxlu ağac gördüm. Oranın Münir olduğunu və Şeyx Şə-

rafəddin Münirinin atası Şeyx Yəhyanın məzarının orada olduğunu söylədi-

lər. Bu qədər yaxınına gəlmiş olduğumuz üçün Sunu keçərək, Sundan aşağı 

iki-üç  küruh  gedib  Müniri  seyr  etdik  və  bağlarının  arasından  keçib  məzarı 

ziyarət etdikdən sonra Sun sahilinə gəlib qüsl etdik və günorta namazını da 

bir az erkən qılıb ordugaha doğru hərəkət etdik. 

Atlar  kök  olduğu üçün bir neçə at  geridə  qaldı, bir neçə at  isə  yorul-

muşdu. Bir neçə adamı orada qoyub xəstələnən atları yığaraq su və yem ve-

rib yavaş-yavaş gətirmələrini əmr etdim. Əks təqdirdə, bir çox at tələf olardı.  

Münirdən  dönərkən,  bir  adama  Sunun  sahilindən  ordugaha  qədər  atı-

nın hər addımını saymasını tapşırdım. İyirmi üç min yüz (370 a) addım say-

mış ki,  bu da qırx altı min iki  yüz  qədəm,  yaxud on bir  yarım küruh edir. 

Münirdən Suna da yarım küruh qədər olar. Dönüşdə beləcə on iki küruh qət 

etmiş olduq. Gedərkən hər tərəf seyr edilərək gedildiyi üçün on beş-on altı 

küruh qədər olmuşdur. Bu surətlə o gün otuz küruha yaxın gəzdik. Gecənin 

ilk pəhərindən altı geri keçəndə ordugaha gəldik. 

Ertəsi  cümə  axşamı  günü  Cunpurdan  Sultan  Cüneyd  Barlas  ilə  Cun-

purdakı igidlər gəldilər. Gecikdikləri üçün onları bir az danlayaraq görüşmə-

dim. Qazı Ciyayı çağırıb söhbət etdim. 



 

SAVAġ PLANLARI 

 

O  gün  türk  və  hind  əmirləri  məşvərətə  çağrılaraq  suyu  necə  keçmək 

haqqında danışdıq və buna qərar verdik: «Qanq ilə Saru çayının aralığındakı 

yüksək bir yerdə Ustad Əliqulu top-frəngi qurub, bir çox zərbzən və tüfəng-

əndazla oradan savaşacaq. İki çayın birləşdiyi yerdən bir az aşağıda yerləşən 

adada benqalların bir fili və bir çox gəmisi vardı, onun qarşısında Qanq ça-



BABURNAMƏ 

 

387 



yının Behar tərəfində də Mustafa ləvazaimatını hazırlayıb tamamlayaraq sa-

vaşa  girəcək,  bir  çox  tüfəngəndaz  da  onunla  birlikdə  olacaq.  Məhəmməd 

Zaman Mirzə və yanındakılar da Mustafanın arxasında olub ona kömək edə-

cəklər. Ustad Əliqulu ilə Mustafanın  əmrinə  zərbzən  atıb, (370  b)  top  qur-

maq üçün yer hazırlamaq üzrə bir çox istehkamçı, işçi və çavuş verildi. Si-

lah-sursatı toplayıb hazırlamaqla məşğul oldular. 

Sultanlar,  əmirlər və  xanlar sürətlə  yürüyüb  Həldi  keçidindən Sarunu 

keçərək hazırlıqlı  olacaq və  bəlli bir zamanda o tərəfdən düşmənin  üzərinə 

yürüyəcəkdilər. 

Bu  zaman  Sultan  Cüneyd  ilə  Qazı  Ciya  səkkiz  küruh  yuxarıda  daha 

bir  keçidin  olduğunu  bildirdilər.  Gəmicilərdən  bir-ikisinə  Sultan  Cüneyd, 

Mahmud xan və Qazı Ciyanm adamlarıyla birlikdə gedib keçidi araşdırma-

ları, əgər keçid tapılrsa, o keçiddən keçmələri əmr edildi. Benqalların Həldi 

keçidinə də adam təyin etmək təklif olundu. Mahmud xan Nuhaninin Sikən-

dər-purdakı şikdarının ərzi-halı gəldi: Həldi keçidində əlli qədər gəmi topla-

yıb  gəmiçilər tutduğunu, lakin gəmiçilərin benqalların gələcəyi  xəbərindən 

fövqəladə qorxduqlarını bildirirdi. 

Saru  çayından  keçid  axtarmağa  vaxt  qalmadığı  üçün  keçid  aramağa 

gedən  adamları  gözləmədən  şənbə  günü  bəyləri  məşvərətə  çağırıb  belə  de-

dim: «Saru çayının keçidləri Sikəndərpur Çetürmükdən Ud və Behrayicə qə-

dər  hər  yerdə  vardır.  Beləcə  oturmaqdansa,  iri  bir  hərbi  hissə  ayıraq  və  bu 

hissə  (371  a)  Heldi  keçidindən  gəmilərlə  keçərək  düşmən  üstünə  yürüsün. 

Bunlar  yetişincəyə  qədər  Ustad  Əliqulu  ilə  Mustafa  top-tüfəng,  zərbzən  və 

frəngiylə savaşaraq düşmənin başını qatsın. Bu arada biz də Qanq çayını ke-

çərək Ustad Əliquluya köməkçilər verib hazırlıqlı olaq. Keçiddən keçən his-

sə yaxınlaşanda biz də buradan savaşa qoşularaq. Məhəmməd Zaman Mirzə 

və o tərəfə təyin olunanlar isə Qanq çayının Behar tərəfində Mustafanın ya-

nında savaşsınlar». 

Buna qərar verib Qanqın şimalındakı əsgəri dörd qitəyə ayrılaraq Əs-

gərinin  komandanlığında  Heldi  keçidinə  göndərdik:  bir  qitə  Əsgərinin  ko-

mandanlığında olub onun öz nökərlərindən ibarətdi, bir qitə Sultan Cəlaləd-

din Şərqi, bir qitə özbək sultanlarından Qasım Hüseyn Sultan, Bixub Sultan, 

Tan-Atmış  Sultan,  Mahmud  xan  Nuhani  Qazipuri,  Kuki  Baba-Qaşqa,  Tol-

muş  Özbək,  Qurban  Çərxi  və  Hüseyn  xanın  [Dəryaxani]  idarəsində  olan 

dəryaxanilərdən,  bir  qitə  də  Musa  Sultan  [Məruf  Fərmüli],  Sultan  Cüneyd 

və təxminən iyirmi min qədər Cunpur adamından ibarət idi.  

Həmin  bazar  gecəsi  (371  b)  əsgəri  sövq  etmək  üçün  çavuşlar  təyin 

edildi.  Bazar sabahı  da  əsgər Qanqdan keçməyə  başladı. Mən ilk pasta  gə-

miylə çayı  keçdim. Üç pəhər olanda  iss  keçid  aramağa  gedən adamlar  geri 

gəldilər, keçid tapa bilməmişdilər. Gəmilərə və qitələrə yolda rast gəlmişlər.  

Çərşənbə axşamı günü suyu keçdiyimiz yerdən qalxıb savaş meydanı 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



388 

olan suların birləşdiyi yerə bir küruh qala düşərgə qurduq. Özüm gedib Us-

tad Əliqulunın firəngi və zərbzən atmasını seyr etdim. O gün Ustad Əliqulu 

firəngi  daşıyla  iki  gəmini  vurub  batırdı.  Digər  tərəfdən  Mustafa  da  firəngi 

daşıyla  iki  gəmini  vurub  suya  qərq  etdi.  Böyük  topu  savaş  səfinə  götürüb 

yerini düzəltmək üçün Molla Qulam ilə çavuş, yasavul və seçmə igidlərdən 

bir dəstəni ona köməkçi olaraq verdikdən sonra dönüb ordugahın qarşısında 

bir adada  məcun  yedik.  Məcun  yedikdən sonra  gəmini çadıra  yaxınlaşdıra-

raq gəmidə uyudum. 

O axşam qəribə bir hadisə oldu. Gecənin üçüncü pasına yaxın gəmidə 

savaş nərələri atıldı, gurultu çıxdı. Çöhrələrdən hər kəs gəminin bir ağacını 

alıb bir-birinə «Vur! vur!» deyə bağrışırdu. Fərmayiş gəmisi mənim uyudu-

ğum Asayiş gəmisinin yanındaydı. (372 a) Mühafizlərdən biri də orada idi. 

Yuxudan gözünü açıb baxanda bir adamın Asayiş gəmisinə dırmanaraq çıx-

mağa təşəbbüs etdiyini görür və özünü onun üzərinə atır. Suya dalıb təkrar 

çıxdıqlarında adam mühafizin başına qılıncla vurur və bir az yaralayır. Son-

ra özü suya doğru qaçır. Gurultu bu üzdən qopmuşdu. Münirdən gəldiyimiz 

gecə də bir-iki mühafiz gəminin yaxınlığıında bir neçə hindi qovaraq bir-iki 

qılınc və bir xəncərlərini gətirmişdilər. Tanrı təala saxladı. 

Əgər tiği-aləm becünbəd zi ca

Nəbürrəd rəgi tu nəxahəd xuda.  

Qılınc dünyanı yerindən oynada bilsə də,  

Allahın izni olmadan, bir damar belə kəsməz. 

Ertəsi çərşənbə günü Güncayiş gəmisinə minib daş atılan yerin bir az 

yaxınına getdim və hər gəmiyə ayrı-ayrı vəzifələr müəyyən etdim. 

Uğanverdi  Moğolun  komandanlığında  minə  yaxın  igid  hər  hansı  bir 

şəkildə suyu keçmək üçün iki-üç küruh daha yuxarıya göndərilmişdi. Bunlar 

gedərkən  Əsgərinin  ordugahının  qarşısındakı  benqallar  iyirmi-otuza  qədər 

gəmiylə  suyu  keçərək  izdihamlı  bir  piyada  qrupu  halında  hücum  etmək  is-

təyirlər. Bunlar da onların üzərinə atla saldırıb qaçırır, bir neçəsinı  yaxala-

yıb başlarını kəsir, bir çoxunu da oxla vurur, yeddi-səkkiz gəmini ələ keçi-

rirlər. 


Həmin  gün  benqallar  Məhəmməd  Zaman  Mirzə  olan  tərəfdən  də  bir 

neçə gəmiylə suyu keçərək (372b) savaşmaq istəyirlər. Mirzə də öz tərəfin-

dən sıxışdıraraq benqalları qaçırır və üç gəminin adamları suda boğulur. Bir 

gəmini ələ keçirib mənim hüzuruma gətirdi. Orada Baba Çöhrə yaxşı vuru-

şub şücaət göstərir. 

Onların  ələ keçirdiyi  yeddi-səkkiz gəmini gecə  qaranlıqda  yuxarı çə-

kib  daha  öncə  keçmələrinə  qərar  verilmiş  olan  Məhəmməd  Sultan,  Yekə 

Xoca, Yunus Əli, Uğanverdi ilə adamlarının bu gəmilərlə keçmələri haqqın-

da Uğanverdiyə əmrlər verdim. 

O gün Əsgəridən bir adam gəlib hamısının suyu keçdiklərini və ertəsi 



BABURNAMƏ 

 

389 



günü sabah tezdən -ki cümə axşamı günü olur-  düşmənin üzərinə gedəcək-

lərini  bildirdi.  Bu  keçənlərin  də  Əsgəriyə  qoşularaq  düşmən  üzərinə  yürü-

mələri əmr edildi. 

Günorta  üstü  Ustadın  yanından  bir  adam  gəlib  daşın  hazır  olduğunu 

bildirdi. O daşı atmasını və mən gəlincəyə qədər bir daş daha hazırlamasını 

əmr  etdim.  İkindi  üstü  kiçık  benqal  qayığına  minib  topların  yerləşdirildiyi 

yerə getdim. Ustad Əliqulu böyük bir daş və bir neçə firəngi atdı. 

Benqallar  atəş  atmaqla  məşhurdu.  Bu  dəfə  yaxşı  təcrübə  etdik:  onlar 

bir yeri nişan alıb atmır, rastgələ atırlar. 

İkindi  çağı  Saru  çayıyla  onların  qarşılarından  bir  neçə  gəmini  çəkib 

keçirmələrini əmr etdim. Gəmini çəkən adamlar heç çəkinmədən (373 a) və 

saxlanmadan  bir  neçə  gəmini  çəkib  keçirdilər.  İsən  Teymur  Sultan,  Toxta 

Buğa  Sultan,  Baba  Sultan,  Arayiş  xan  və  Şeyx  Gürənə  gəmilərin  keçdiyi 

yerdə qalaraq gəmini qorumalarını əmr etdim. 

Oradan dönüb ilk pasda ordugaha gəldim. Gecə yarısına yaxın bir sa-

atda  yuxarıya çəkilən gəmilərdən  «Qitələr daha irəliyə getdilər. Gəmini çə-

kirdik ki, benqallar gəmilərin bizim tərəfimızdən çəkildiyini duyaraq savaş-

mağa girişdilər. Bir gəmiçinin ayağına daş dəydi, ayağı qırıldı, keçə bilmə-

dik» xəbəri gəldi. 

Cümə axşamı sabahı sipərdəkilərdən də «Yuxarıdakıların hamısı gəldi. 

Düşmənin atlıları atlara minərək bizim gəlməkdə olan qitələrimizə qarşı hə-

rəkətə keçdilər» xəbəri gəldi. Dərhal ata minərək axşamüstü suyun bu tərə-

finə  keçirdiyimiz  gəmilərə  gəldim.  Məhəmməd  Sultan  Mirzə  komandanlı-

ğında  suyu  keçmələri  qərarlaşdırılan  birliklərə  dərhal  suyu  keçib  Əsgəriyə 

qoşulmaları üçün adam yolladım. İsən Teymur Sultan ilə Toxta Buğa Sultan 

bu  gəmilərdə  idi,  keçməyə  başlamalarını  əmr  etdim.  Baba  Sultan  isə  təyin 

edildiyi yerə hələ gəlməmişdi. 

İsən Teymur Sultan dərhal bir gəmiyə minib otuza qırx qədər adamıy-

la birlikdə atlarını (373 b) gəminin yanında yedəkdə tutaraq keçdi. Bunların 

arxasından təkrar bir gəmi yola çıxdı. Bunların keçdiklərini görən benqallar-

dan izdihamlı bir piyada taqımı üstlərinə yürüdü. İsən Teymur Sultanın yed-

di-səkkiz  adamı  atlara  minərək  bu  piyadaların  qarşısına  gedib  Sultan  ata 

minincəyə qədər qılınc-qılınca savaşaraq piyadaları başqa tərəfə çəkdi. İsən 

Teymur Sultan da ata mindi. İkinci gəmi də keçdi. Otuz-otuz beş atlı adamla 

izdihamlı  piyadalara  qarşı  mücadilə  edərək  onları  tamamən  məğlub  etdi. 

Çox yaxşı iş gördü. İlk öncə çevik və qətiyyətli davranaraq hər kəsdən öncə 

keçdi, sonra da izdihamlı piyadaların üstünə az adamla yaxşı yürüyüb onları 

məğlubiyyətə uğratdı. 

Toxta Buğa Sultan da keçdi və digərləri də arxa-arxaya keçməyə baş-

ladı. Lahorlu və hindistanlılar öz üsullarına görə, kimisi dəstəklə, kimisi də 

qamış dəmətiylə keçməyə başladılar. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



390 

Bunu görən sipər qarşısındakı izdihamlı benqal gəmiləri də suyun aşa-

ğısına doğru qaçmağa başladı. Dərviş Məhəmməd Sarban, Dost eşik-ağa və 

digər  bəzi  igidlər  sipərin  qarşısından  keçdilər.  Sultanlara  adam  göndərərək 

keçənləri  yığıb o tərəfdəki qitəyə  yaxınlaşınca  yanlardan yürüyüb düşmənə 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin