MƏTNƏ EDĠLƏN ƏLAVƏLƏR
Bədəxşanda olan Məhəmməd Hümayunu [Baburun oğlu] bir ildən bəri
görməmişdik. Bizim üçün darıxdığına görə Bədəxşanı qaynatası Süleyman
Mirzəyə tapşırıb bir gün Kabilə gəlir. Kamran Mirzə də Qəndəhardan Kabi-
lə gəlmişmiş. Bayram meydanında görüşüb heyrətlə bu gedişin səbəbini so-
ruşmuş. Məhəmməd Hümayun da bizim üçün darıxdığını söyləyərək Hindal
Mirzəni Kabildən Bədəxşana göndərdikdən sonra dərhal bizə doğru hərəkət
edir. Bir neçə gün sonra xilafət mərkəzi olan Aqraya gəlib anası ilə onun
haqqında danışıb oturarkən içəri girdi. Könüllər çiçək kimi açılaraq gözlər
işiq kimi parladı. Hər gün ziyafət verilirdi, lakin onun şərəfinə xüsusi olaraq
böyük bir ziyafət verib əyləncələr tərtib etdik. Uzun zaman birlikdə olaraq
səmimi ünsiyyət qurduq. Həqiqətən, söhbətdə misilsizdi, mükəmməl bir in-
san idi.
Məhəmməd Hümayunun Bədəxşandan gəldiyi zaman Kaşğar xanla-
rından olub bizə də qohumluğu çatan Sultan Səid xan [oğlu] Reşid xanı Yar-
kənddə qoyub boş bir xəyalla Bədəxşan tərəfinə hərəkət etmişdi. Lakin o
Bədəxşana varmadan az əvvəl Hindal Mirzə gedib Qaleyi-Zəfərə girmişdi.
Sultan Səid xan da üç ay mühasirədən sonra heç bir şey edə bilmədən geri
qayıtmışdı.
Bizə isə kaşğarlıların gəlib Bədəxşanı aldıqları şəklində xəbər gəlmiş-
di. Biz də Xoca Xəlifəyə Bədəxşana gedib nə etmək lazımsa elə də etməsini
əmr etdik. Amma o, düşüncəsizliyindən bunu qəbul etmədi. Məhəmməd
Hümayuna «Sənin getmən necə olar?» dedik. O da «Əmrə çarə yoxdur, la-
kin öz arzumla hüzurdan ayrılmamağa söz verdim» deyə cavab verdi. Onun
üçün Süleyman Mirzənin Bədəxşana getməsinə izin verildi.
Sultan Səidə də «Bizim sizdə bu qədər haqqımız olmasına baxmaya-
raq sizin belə iş görməyiniz bizə qəribə gəldi. İndilik Hindal Mirzəni yanı-
mıza çağıraraq [Hümayunun qaynatası] Mirzə Süleymanı göndərdik. Haq-
qıma riayət edərək Bədəxşanı bizim oğlumuz Mirzəyə təslim etsəniz, yaxşı;
yoxsa bizim günahı üzərimizdən atıb mirası varisinə təslim edəcəyimizi bil-
sinlər» deyə yazdıq.
BABURNAMƏ
399
Mirzə Süleyman hələ Kabilə varmadan düşmən Bədəxşandan əl çəkib
sükunət təsis etmiş, Mirzə Süleyman Bədəxşana vardıqdan sonra da Hindal
Mirzə şəhəri ona təslim edib Hindistana hərəkət etdi.
Məhəmməd Hümayuna qərargahı olan Sənbələ getməsinə izin verildi.
Altı ay qədər orada oldu. Belə görünür ki, oranın suyu və havası ona düşmə-
di. Qızdırmaya tutulurmuş. Get-gedə bu, uzun çəkməyə başlayır. Bunu du-
yunca mahir təbiblərə göstərib xəstəliyini tədavi etmək üzrə onu əvvəlcə
Dehliyə və oradan da gəmiylə buraya gətirmələrini əmr etdim. Çay yoluyla
bir neçə gündə gətirdilər.
Təbiblərin bütün tədavilərinə baxmayaraq yaxşılaşmadı. Böyük bir
adam olan Mir Əbülqasım «Belə xəstəliklərin əlacı budur: tanrı təalanın
səhhət verməsi üçün yaxşı şeylərdən birini nəzir demək lazımdır» deyə
söylədi. «Məhəmməd Hümayunun məndən başqa daha yaxşı bir şeyi yox-
dur; mən özümü nəzir edim, Allah qəbul etsin», deyə ağlıma gəldi.
Xoca Xəlifə və digər yaxınlar «Məhəmməd Hümayun necə olsa yaxşı-
laşar, siz bu sözü nə üçün ağzınıza alırsınız. Bunu etməkdə məqsəd dünya
malından yaxşı bir şeyi nəzir etməkdir. Məsələn, İbrahim savaşında ələ ke-
çən və Məhəmməd Hümayuna ehsan etdiyiniz almazı nəzir etmək lazımdır»
deyə danışdılar.
«Onun əvəzində dünya malı nədir ki? Onun vəziyyəti pis olduğu üçün
mən də özümü ona fəda edirəm. İş o dərəcə vahiməlidir ki, mən onun halsız-
lığına dözə bilmirəm» dedim. O vəziyyətdə gedib üç dəfə baş ucunda dola-
naraq «Nə dərdin varsa, mən öz üzərimə aldım» dedim.
Bundan sonra mən ağırlaşdım, o, yüngülləşdi. O sağalıb qalxdı, mən
isə xəstə olub yıxıldım.
Dövlətin irəli gələnlərini və məmləkət ərkanını çağırıb biət əllərini
Hümayunun əllərinə verib onu yerimə və vəliəhdliyə təyin etdim, taxtı ona
təslim etdim. Xoca Xəlifə, Qənbər Əli bəy, Turdu bəy, Hindu bəy və bu qə-
rarda hazır olan digər kimsələrin hamısı də qəbul edib bağlandılar.
Doqquz yüz otuz yeddinci ildə, cəmadiyüləvvəl ayının altısında, pad-
şah öz əliylə tikdiyi çarbağda bu vəfasız aləmlə vidalaşdı. Tarix, mərsiyə,
qəsidə və tərkiblər söyləyən böyük müasirlər arasından Mövlana Şəhab Mü-
əmmai bu misranı tarix düşürdü:
Hümayun bud varisi-mülkiyu
Hümayun məmləkətinin varisi oldu.
O qabiliyyətli padşahın məziyyətlərini söyləməklə və yazmaqla bitir-
mək mümkün deyil. Lakin qısaca budur. Bu səkkiz əsl sifət onun şəxsiınə
xasdı: 1. Yüksək mühakimə. 2. Müstəsna himmət. 3. Vilayət almaq. 4. İdarə
etmək. 5. Abadlıq. 6. Tanrı təala bəndələrinə rifah istəyi. 7. Əsgərin könlünü
qazanmaq. 8. Ədalətli olmaq.
Fəzilət babında əskiyi yoxdu. Türkcə və farsca nəzm və nəsir söylə-
Zəhirəddin Məhəmməd BABUR
400
məkdə misilsizdi. Bilxassə türkcə divanında təzə məzmunlar tapıb söylə-
mişdir. Bir də Mübin adında bir məsnəvi kitabı vardır, dil bilən oxumuş xalq
arasında onun qədər lətifi yoxdur. Xoca Əhrarın tərtib etdiyi Validəyyə adlı
bir risaləni bu padşah nəzmlə çevirmişdir. Baburiyə dedikləri bu kitabı türk-
cə bilməyənlərə asan olması üçün Bayram xanın oğlu Mirzə xana türkcədən
farscaya tərcümə etməsini əmr etdi.
O padşah musiqi elmindən də anlardı. Bu rübaini farsca söyləmişdir:
Dərvişanra əgər nə əz xoy-e-şanəm,
Leyk əz dilü can müqtəd işanəm,
Dur əst miquy şahi əz dərvişi,
Şahəm, vəli bəndeyi dərvişanəm.
Dərvişlərlə bir qohumluğum olmasa da
Onlara can və könüldən bağlıyam,
Sahlıqla dərvişlik bir-birindən uzaq deyil,
Mən şaham, lakin dərvişlərin bəndəsiyəm.
Farsca bu mətləni söyləmişdir:
Həlak mikondəm firqət tu danistəm,
Və gər nə rəftən əz in şəhr sitvanistəm
Bilirəm, səndən ayrılmaq məni həlak edir,
Elə olmasaydı, bu şəhərdən gedə bilərdim.
Bu mətlə də onundur:
Ta bə zülfi siyahəş dil bəstəm,
Əz pərişani-ye aləm bəstəm.
Sənin qara zülfünə könül bağlayandan bəri
Cahanın pərişanlığından qurtuldum.
O padşahın əruz və qafiyə barədə də risalələri vardır. Bunlardan biri
Müfəssəl adında və bu elmin açıqlanması haqqındadır və fövqəladə də yaxşı
tərtib edilmişdir.
Tanrə təala o padşaha dörd oğul və üç qız ehsan etmişdi. Oğulları Mə-
həmməd Hümayun padşah, Kamran Mirzə, Əsgəri Mirzə və Hindal Mirzə-
dir, qızları isə Gülrəng bəyim, Gülçöhrə bəyim və Gülbədən bəyimdir. Bu
üç qız eyni anadandır.
Bu padşahın heç bir söhbətinin dışında buraxmadığı bir neçə təbiət
əhli bunlardır:
Əbülbəqa elmi-hikmət [fəlsəfə ilə əlaqəli mövzuları tədqiq edən elm]
babında misilsizdi. Şeyx Zeyn Sədr isə Zeynəddin Hafinin nəvəsiydi, işlək
bir zəkası vardı, nəzm və nəsrdə qabiliyyətli idi, Hümayun padşah zamanın-
da əmir də olmuşdu. Şeyx Əbülvahid Fariği Şeyx Zeyn Hafinin əmisidır,
zövq sahibiydi, şeir də söyləyirdi.
Sultan Məhəmməd Kosa Mir Əli Şirin müsahiblərindəndi və padşah
BABURNAMƏ
401
məclisində etibar görərək yüksəlmişdi.
Mövlana Şəhab Müəmmai isə Fəqiri təxəllüsünü işlədirdi, fəzl və şeir-
dən nəsibi vardı.
Mövlana Yusif təbibdi və Xorasandan çağırmışdı, nəbzə baxmaq və
təşhis qoymaq onun işiydi.
Sürx Vidal türkcə və farsca nəzm söyləyirdi.
Molla Bəqai də çox qabiliyyətli idi, Məxzən ül-əsrar vəznində padşah
adına bir məsnəvi söyləmişdi.
Xoca Nizaməddin Əli Xəlifənin xidmət, səmimiyyət və vəzirlikdə ağıl
və tədbiri vardı, padşahın hüzurunda hörmət və etibarı o qədər böyük idi ki,
sözü əksərən qəbul edilirdi. Tibdən də başı çıxırdı.
Mir Dərviş Məhəmməd Sarban Xoca Əhrarın yaxşı müridlərindəndi.
Xoşsöhbət bir adamdı və fəzilətindən dolayı hüzurda yaxınlıq və etibar qa-
zanmışdı.
Xandəmir tarixçi və mümtaz bir adamdı, əsərləri xalq arasında məş-
hurdur. Həbib üs-siyər, Xülasət ül-əxbar, Düstur ül-ənvar və digər əsərləri
vardır.
Xoca Kəlan bəy əmirlərindəndi və padşahın özəl xidmətində çalışırdı,
fəziləti və yüksək qabiliyyətilə tanınmışdı.
Onun kiçık qardaşı Kiçık Xoca da möhürdar və yaxın adamlarındandı,
o da padşahın özəl xidmətində idi.
Sultan Məhəmməd Dulday böyük əmirlərindən idi, xoştəbiət bir adam
idi.
Vallahü bikülli şeyin alim.
Zəhirəddin Məhəmməd BABUR
402
QEYDLƏR VƏ ĠZAHLAR
Bu qeydlər və izahlar «Baburnamə»nin türkcə, özbəkcə və rusca nəşr-
lərində verilən izahlar və bəzi məlumat-soraq mənbələri əsasında tərtib edil-
mişdir. Biz tərcümə boyu mətnaltı haşiyədə bəzi terminlərin mənası açıqla-
mış, şəxslər, coğrafi məntəqələr və s. haqqında kiçik bilgilər vermişdik. La-
kin ana mətni bu cür bilgilərlə çox yükləməməyə çalışdıq. Ona görə də bu-
rada bəzi ifadə və terminlərin geniş şəkildə açıqlanmasını münasib gördük.
Kitabın türkcə tərcüməsinin sonunda verilən və Timur Gürkan tərəfin-
dən hazırlanan Notlar həddindən artıq geniş və əhatəlidir. Baburda işlənmiş
bu və ya digər terminin izahı zamanı Orxon-Yenisey abidələrini, Kitabi-Də-
də Qorqud və Manas dastanlarını çıxmaq şərtilə Divanü lüğat-it-türk, Qu-
tadğu bilig, Turfan mətnləri, Kodeks Kumanikus kimi əski türk yazılı mətn-
lərindən, habelə Şəmsəddin Saminin Qamusi-türki, Şeyx Süleyman Əfəndi
Buxarinin Lüğati-çağatayi və türki osmani, V.V.Radlovun Versuch eines
Wörterbuches der Türk Dialecte lüğətlərindən, eləcə də ibn Mühənnanın və
Əbu Həyyanın, K.K.Yudaxinin, P.de Kurteylin, N.Poppenin, Y.T.Zenkerin,
S.L.Kingin lüğətlərindən və s. və i.a. mənbələrdən istifadə etmişdir.
Baburnamənin rusca nəşrinə M.Salyenin və D.Voronovskinin əlavə
etdikləri Qeydlər qismində izaha ehtiyac duyulan açıqlamalar həm fəsillərin
sonunda, həm də kitabın axırında eyni şəkildə verilmişdir. Biz isə bəzi
qeydləri hər səhifədə mətnaltı haşiyədə qısa, axırda isə daha geniş şəkildə
verməyi qərara aldıq. Biz buraya özəlliklə Hindistana xas olan heyvan, quş,
bitki və gül adlarının hamısını daxil etmədik, çünli Babur özü onları təsvir
və izah etmişdir.
Təbii ki, bu qeydlər və izahlar mükəmməllikdən uzaq və iddiasızdır.
Çünki bundan 500 il əvvəl çağatay türkcəsində hərbi, siyasi, ictimai, iqtisadi,
ərazi-inzibati, mədəni sahələrdə işlənmiş bir çox terminin müasir dildə qar-
şılığını tapmaq çətin, bəzən isə qeyri-mümkündür. Lakin Baburun işlətmiş
olduğu ifadə və terimlərin heç olmazsa qismən anlaşılması üçün bu qeydlər
və izahlar vacibdir. Oxucularımızın əfvinə sığınırıq.
BABURNAMƏ
403
Abdullah Hatifi: Əbdürrəhman Caminin qohumu, vəfatı: 927=1521-cu il.
Ağ axça: gümüş pul, sikkə. Bax: təngə və yarmaq.
Ağa, ağaça/ağaçə: yaşça böyük deməkdir. Sonralar siyasi məna qazana-
raq titula çevrilmiş, hər hansı bir quruma rəhbərlik edən şəxsin ünvanı ol-
muşdur. Məs.: Süleyman ağa (İraq elçisi), Hüseyn ağa (Sistan elçisi). Bu tə-
bir eyni zamanda nüfuzlu kişilərin adı və ya adının tərkib hissəsi kimi müşa-
hidə edilir. Məs.: Ağa Hüseyn. Qadınlarda isə sadə xalqdan olan, ailə qur-
maq yolu ilə ali zümrəyə girmiş olan xanımlar üçün işlənir. Məs.: Ağa bə-
yim, Ümid ağaçə, Minqli Bi ağaça və s.
Ağac (orijinalda: yığac): Baburun ağac ilə göstərdiyi məsafə bugünkü öl-
çülərə görə 4-8 ingilis mili arasında dəyişir. Orta qiyməti 6 km-dir.
Ağırlıq ölçüləri:
(Hindistanda):
8 reti = 1 maşə, təxminən 0,2 qram.
4 maşə = 1 tank = 32 reti, təxminən 0,8 qram.
5 maşə = 1 misqal = 40 reti, təxminən. 4,1 qram.
12 maşə = 1 tülə = 96 reti, təxminən 10,2 qram.
14 tülə = 1 sər, təxminən 143,5 qram.
40 sər = 1 batman, təxminən 5,74 kiloqram.
12 batman = 1 mani, təxminən 73 кг.
100 mani = 1 minasə, təxminən 729,8 кг.
Axtaçı: hökmdarın atlarıyla məşğul olanlar mehtər, veterinar.
Aqan: Hindistanda qış fəslinin ilk ayının adı. Bax: ay.
Aqra zəlzələsi: 911-ci il səfər ayının 3-də (15 iyul 1505-ci ildə) baş ver-
mişdir.
Almaz: 787 karatlıq məşhur almaz. Cilalandıqdan sonra 280 karat ol-
muşdur. Babur həmin almazı Hümayuna bağışlamışdır.
Amu-Dərya: orta Asiyanın iki əsas çayından (digəri Sır-Dərya) biri.
Barlas: Əmir Teymurun mənsub olduğu türk boyu..
Arça: şam və ardıc kimi izah edilir, bizcə, arçan ağacıdır.
Ardçı: bax: çağdavul.
Arğamcı/urğamçı: məsafə (hündürlük) ölçüsü. 70-90 sanntimetrdir. Bəzi
mütəxəssislərin fikrincə, 7-8 gəz, yaxud 20 zira uzunluğundadır [zira: dir-
səkdən orta barmaq ucuna qədər olan bir uzunluq ölçüsü].
Arğun: türk boyu.
Arxarqulça: qızılkeyik. Geyikin bir növü.
Arpa: bax: cev.
Asəfi: bu təxəllüsü vəzir oğlu olduğu üçün qəbul etmişdir. Burada şairin
öz atası deyil, Süleyman şahın əfsanəvi vəziri Asəf nəzərdə tutulur.
Aşçı/aşpaz: bax: bavurçu.
Zəhirəddin Məhəmməd BABUR
404
Aşçılıq/bavurçuluq: hökmdar sarayında mətbəxdə çalışanlara məxsus rüt-
bə. Bəkavulluqdan [yeməklərə nəzarət edən şəxsin ünvanı] aşağı dərəcədə
bir rütbə.
Ata-bəy: bax: atəkə, bəy-atakə.
Atakə: əslində ata və əkə «böyük qardaş» sözlərindən ibarət bir sözdür.
Gənc şahzadələrin tərbiyə edilməsi və onlar üçün ayrılmış vilayətlərin idarə-
si ilə məşğul olan şəxsin titulu. Bizdəki atabəy və lələ tituluna uyğundur.
Ay-balta: təbərzin, kəsən tərəfi, yəni ağzı aypara şəklində olduğu üçün
belə adlanır.
Ayı(ğ) otu: ayı otu; Fərqanədə mehr-giyah otuna verilən ad.
Aylar və fəsillər: Hindistandakı aylar və fəsillər bunlardır:
Yay fəsli ayları:
Çitar
–
hut [balıq bürcü]
– 21 fevraldan başlanır.
Bisaq
–
həməl [qoç bürcü]
– 22 martdan başlanır.
Çit
–
səvr [buğa bürcü]
– 22 apreldən başlanır, şiddətli isti olur.
Əsar
–
cövza [ekizlər bürcü]
–22 maydan başlanır, şiddətli isti olur.
Yağmur fəsli ayları:
Savən
–
sərətan [xərcəng]
– 22 iyundan başlanır, şiddətli yağış yağır.
Badun
–
əsəd [şir bürcü]
– 24 iyuldan başlanır, şiddətli yağış yağır.
Küvar
–
sünbülə [başaq, qız bürcü]
– 24 avqustdan başlanır.
Katik
–
mizan [tərəzi bürcü]
– 24 senytabrdan başlanır.
Qış fəsli ayları:
Aqan
–
əqrəb bürcü
– 24 oktyabrdan başlanır.
Pus
–
qövs [yay, oxatan]
–23 noyabrdan başlanır, şiddətli soyuq olur.
Maq
–
cədi [oğlaq]
– 23 dekabrdan başlanır, şiddətli soyuq olur.
Fagün
–
dəlv [dolça bürcü]
– 22 yanvardan başlanır.
Aymaq: xalq, uruğ, boy, qəbilə, tayfa, el-oba; bəzi məqamlarda: başqa
soydan olan, yad adam.
Baburi xətti: Baburun özü tərəfindən 910-cu ildə (1504/5) Kabildə icad
edilən, hərflərin ayrı-ayrı yazılış şəkilləri və qaydaları olan bir əlifbadır.
Türkcənin fonetikasına daha uyğun olan bu əlifba ilə Babur Quran yazdır-
mışdır.
Badrəng: Kabildə yetişən, formaca limona bənzəyən bir meyvə. Böyük
bir xiyar növünə də badrəng deyilir.
Bağlan qaz: vəhşi qaz, qarabataq quşu.
Bağrıqara: quşun rənginə görə verilən bir sifətdir, sonra quşun adı yerinə
keçmişdir.
Bahadırlıq ülüşü, culdu: savaşda göstərilən şücaətə görə hökmdarın hü-
zurunda verilən maddi mükafat üçün işlənən termin.
Balqabaq/balqabaq meydanı: təlim atışları üçün hədəf olaraq balqabağa
ox atılan meydan olmalıdır. İstanbulda da "Ox meydanı" adlı bir meydan
mövcuddur.
BABURNAMƏ
405
Bamyan: bu vadidən başlayan aşırımlar Hinduquş üzərindən keçir. Hin-
distanı işğal edən hər fateh buradan keçmişdir.
Baranğar: döyüş səfində olan ordunun sağ qolu.
Barin: türk boyu.
Batman: türklərdə və qonşu xalqlarda ağırlıq ölçüsü, 1 batman = 40 sir.
Bavurçu: aşçı, aşpaz. Hökmdar sarayında mətbəxdə çalışan bəkavuldan
aşağı dərəcədə bir rütbə.
Bazaraq: bir aşırım adı. Hündürlüyü 5.300 metrdir.
Bədəxşan: Amu-Dəryanın yuxarı axarında, onun Pənc, Göyçə və Bədəx-
şan adlı qolları üzərində yerləşən vilayət. Qunduz, Kaşğar və Kafiristanla
həmsərhəddir.XVI əsrə qədər özlərini Makedoniyalı İskəndərin soyuna bağ-
layan yerli şahlar tərəfindən idarə olunmuşdur.
Bədrəddin Həlai: şair, vəfatı: 939 = 1532-ci il.
Bəgi: əsasən özbək mənşəli qadınlara məxsus bir ünvan. Məs.: Bəgi Sul-
tan ağaçə, Zöhrə Bəgi ağa.
Bəhmənilər xanədanı: bu xanədan Dəkkən bölgəsində 1347-1527-ci illər-
də hökmdarlıq etmişdir.
Bəxşi: katib; uygur hərfləri ilə yaza bilən, bu yazının işləndiyi dilləri bi-
lən məmur; yazıçı; həkim, türkəçarəçi, cərrah; şaman; din xadimi; aşıq, şair,
çalğıçı.
Bəkavul: yemək dadan, dequstator, çeşnigir. Xassə bəkavul dərəsəsi bə-
kavuldan, bəkavul isə bavurçudan daha yüksəkdir. Bu həm də şəxs adı kimi
işlənmişdir: Aşiq Bəkavul, Hacı Pir Bəkavul, Qul-Bəyazid Bəkavul.
Bəlx: Əfqanıstanda eyniadlı çayın yanında yerləşən şəhər. Qədimdə onun
yerində Baktriananın paytaxti Baktra şəhəri olmuşdur.
Bəluclar: İran dilləri qrupunda danışan təqribən 30 milyonluq bir xalq.
İran, Əfqanıstan və Pakistanda yaşayırlar.
Bəy: türk dövlətçilik ənənəsində və hərbi təşkilatda əskidən bəri yüksək
vəzifə, səlahiyyət və məsuluyyət sahibi şəxslərin ünvanı. Baburda həmin
zümrəyə daxil olanlar bunlardır: içki, içki bəy, böyük bəy, habelə bəy-atəkə,
sahib ixtiyar, eşik ağa.
Bəy-atəkə: bax: atəkə.
Bəyim: hökmdar ailəsinə mənsub qadınların ünvanı.
Bi (< bəyailə qurma yoluyla ali zümrəyə girən özbək qadınların
daşıdığı ünvan. Məs.: Sultan Hüseyn Mirzənin özbək cariyəsi Minqli Bi
ağaçə. Kişilərdə də müşahidə olunur: Kibək Binin oğlu Qənbər Bi.
Bicangər racəliyi: Dəkkəndə 1336-cı ildə qurulmuşdur və bu sülalədən
gələn racələr 1565-ci qədər, yəni güclərini birləşdirən digər Dəkkən racələri
tərəfindən yenilib Bicangər şəhəri yıxılanadək hökm sürmüşlər.
Bikə: Baburda ad olaraq (məs.: Bikə Bəyim, Bikə Sultan bəyim) işləndiyi
də müşahidə olunur.
Zəhirəddin Məhəmməd BABUR
406
Bikramacit (Vikramaditya) Hindu: ulduz kataloqu tərtib etmişdir. Lakin
Nəsirəddin Tusinin və əl-Xarəzminin kataloqları qədər dəqiq deyil.
Bisak: Hindistanda yay fəslinin ikinci ayının adı.
Bismillah: Quranın, hər əsərin və işin başlandığı söz.
Boy: savaş nizamına girən ordunun mərkəzindəki özəl bir bölüyün adı.
Boza: bir türk içkisi; pivə (?).
Budvar: çərşənbə; Hindistanda həftənin günlərindən birinin adı.
Buğu: geyik. Baburda bəzən buğu-maral şəklində birlikdə və tək bir ad
kimi keçir, lakin bu iki təbirlə geyiyin erkəyi və dişisi nəzərdə tutulur.
Cavanğar: savaş nizamına girən ordunun sol qolu.
Cev: arpa, taxıl; uzunluq ölçüsü. 6 cev (arpa) = 1 əlik (barmaq).
Cikə: nə olduğu tam olaraq anlaşılmayan bir bitki.
Civə:ondan hazırlanan dərmanlar Şərqdə çox məşhur olmuşdur.
Çağdavul: hərəkət halındakı ordunun arxa qolu.
Çahargah nəqşi: musiqi əsərinin növü.
Çakər: bax: nökər .
Çarbağ: çahar bağ, dörd bağça. Bu sözlə bir qismi park, bir qismi üzüm-
lük, bir qismi meyvə ağacı, bir qismi də bostan olan hovuzlu bağlar nəzərdə
tutulur. Babur öz hakimiyyəti dövründə çoxlu bağ saldırmışdır.
Çar-piç/dəstar-piç:çalma sararkən parçanın dolaşma, bükülmə və ya qıv-
rılmalarına görə işlənilmiş terminlər olmalıdır.
Çeşnigir: bax: bəkavul.
Çəng: musiqi aləti.
Çərgə: dərəcə deməkdir.
Çərik: ordu, qoşun .
Çərşənbehi: sevimli qadın, cariyə, gözdə, favori qadın.
Çikin-tala otu: ot, yem, yaşıl ot.
Çil sütun: qırx sütun.
Çilgüzə: bir fıstıq növü.
Çin Teymur Sultan ibn Əhməd xan: dayısı oğlu olsa da, Babur ona “qar-
daş” deyirdi, çünki hər ikisi Yunus xanın törəməsi idi. Çin Teymur xan 936
= 1530-cu ildə ölmüşdür.
Çirçik (Çir, Paraq): Sır-Dəryanın sağ qolu. Daşkənd (əski adları: Şaş,
Çaç) Çirçik vadisində yerləşir.
Çit: Hindistanda yay fəslinin üçüncü ayının adı.
Çitar: Hindistanda yay fəslinin ilk ayının adı.
Çöhrə: üz, gözəl üz; oğlan.
Damğa: möhür; vergi rüsumu; nişan.
Daruğa: darğa; qalabəyi, hərbi qarnizon rəisi, vali, qubertator, xişnə.
Daş: qiymətli şeyləri çəkməkdə istifadə edilən bir ağırlıq ölçüsü.
BABURNAMƏ
407
Daşkənd: 2.500 illik tarixi olan bir şəhər. XV əsrdə Baburun ana babası
Yunus xanın hakimiyyəti altında idi.
Dəbusi: qədim bir qala. Xarabalıqları Səmərqənd yaxınlığındadır.
Dəstar-piç: çalma sarıyan çalmaçı, sarıqçı, çalmaçı, əmmaməçi.
Dəstur: vəzir, məsləhətçi.
Dəyirman suyu: axan suların miqdarını ölçmək üçün işlənən bir təbir.
Dəyirman suyu: axar suların miqdarını ifadə edən bir tabir.
Dirhəm: gümüş sikkə. Dinarın 1/20-nə bərabər oımuşdur.
Divan: dövlət dəftərxanası, ali hökumət orqanı və ayrı-ayrı idarələr; rəs-
mi qəbul; ən yüksək mülki amir, yəni sahib-divan; qəzəl toplusu.
Dizək/Çizək: Səmərqənd vilayətində yaşayış məskəni.
Ehram: zəvvarların geydikləri xüsusi paltar.
Eşik ağa: vəzifəsi dəqiq bilinməyən ünvan.
Teymurilər sarayında mühüm
bir məmuriyyət.
Ehtimal ki, təşrifatçı, hacib, seremonmeyster,
kamergerdir.
Eşik ixtiyarı: səlahiyyət dairəsi dəqiq bilinməyən bir ünvan. Saraydan k-
ənardakı bütün işlərə baxan adamın ünvanı olmalıdır.
Eşşək yükü: mətndə xarvar və ya xərvar olaraq keçən bu ağırlıq ölçüsü-
nün dəyəri dəqiq müəyyən deyil. 80 kilo ilə 300 kilo arasında dəyişir. Xal-
var sözü də bu sözdən olmalıdır.
Eytvar: bazar günü; Hindistanda həftənin günlərindən birinin adı.
Əbülqasım Babur: Baysunqur Mirzənin oğlu, Şahruxun nəvəsi. Vəfatı:
861 = 1459-cu il.
Ədədlər/saylar: Hindistanda:
1 lek = 100.000.
100 lek = 1 kürur və ya 10.000.000.
100 kürur = 1 ərb və ya 1.000.000.000.
100 ərb = 1 kərb və ya 100.000.000.000.
100 kərb = 1 nil və ya 100.000.000.000.000.
100 nil = 1 pədəm və ya 100.000.000.000.000.000.
100 pədəm = 1 sanq və ya 100.000.000.000.000.000.000.
Əfqanlar: adları ilk dəfə XI əsr tarixçisi Məhəmməd Ütbinin “Tarixi-
Ütbi” əsərində çəkilir. Əsər Mahmud Qəznəviyə ithaf edilmişdir.
Əhməd xan: Baburun “Kiçik xan”, “Alaca xan” adlandırdığı dayısı. 909-
cu ildə (1505) Kaşğarda ölmüşdür.
Əkə: böyük qardaş və ya bacı.
Əlik: barmaq; yan-yana düzülmüş altı arpa boyunda uzunluq ölçüsü.
Əməl: musiqi əsəri növü.
Əmlük: Kabilin bir bölgəsində olub digər yerlərdə olmayan bir meyvə.
Türklər ona "qara yemiş" deyirlər.
Əndəxud: Şimali Əfqanıstanda şəhər. İndi xarabalıqları qalır.
Əndican: Özbəkistanda vilayət mərkəzi. IX əsrdən bilinir.
Zəhirəddin Məhəmməd BABUR
408
Ərb: Hindistanda işlənən bir say. l ərb = 100 kürur. Bax: lek.
Ərəfə: zilhiccə ayının 9-u. Zəvvarların Ərəfat dağına gəldikləri gün.
Ərk: qala, içqla, bürc, daxili qala, qala içində qala. Ətrafı divarlarla əhatə
olunan, əksərən yüksəkdə və divarla təkrar hörülmüş qala. Hökmdarın və ya
həmin yerin ən böyük amirinin sarayı və mühafizlərinin olduğu məkan.
Əsar: Hindistanda yay fəslinin sonuncu ayı. Bax: ay.
Əsəs: gecə qarovulu.
Əshabi-fil: fil sahibləri. Həbəşistan kralı Nəcaşi Əshamə tərəfindən Yə-
mənə hökmdar təyin edilən Əbrəhə bin Səbbah ül-Əşrəm və ordusu fil sa-
hibləridir. Ziyarətçiləri Kəbə yerinə öz bölgəsinə çəkmək istəyən Əbrəhə
Sənada Qülleys deyilən bir kilsə tikdirir. Kinanə qəbiləsindən bir adam isə
bir gecə bu kilisəyə təcavüz və həqarətdə bulunur. Bundan qəzəblənən Əb-
rəhə Kəbəni yıxmağa and içir və ordusuyla birlikdə Məkkəyə gəlir. Yanında
ən qüvvətlisi Mahmud adını daşıyan bir sürü fil varmış. Əbrəhə bu fillərlə
Kəbəyə doğru getmək istədikdə heyvanlar diz çöküb hərəkətsiz qalır, başqa
səmtlərə yönəldildikdə isə qaçaraq gedirdilər. Allah Əbrəhənin ordusunun
və fillərinin təpəsinə sürülərlə quşlar göndərib hamısını öldürdü. Hz. Mə-
həmməd bu hadisənin baş verdiyi il içində doğulduğu üçün bu ilə "fil ili" adı
verilmişdir.
Əşəreyi-mübəşşirə: cənnətlik olduqlan sağlıqlarında özlərinə peyğəmbə-
rimiz tərəfindən müjdələnən on adam: hz. Əbubəkr, hz. Ömər, hz. Osman,
hz. Əli, hz. Talha, hz. Zübeyr, Əbdürrəhman bin Övf, Əbu Übeydə bin Cər-
rah, Səid bin Zeyd, Səd bin Əbu Vəqqas.
Əşrəfi: altın sikkələrə verilən ümumi ad.
Əvrad: vird sözünün cəmidir, oxunması adət halına gələn dualar.
Fagün: Hindistanda qış mövsümünün dördüncü ayı.
Fatihə: Quranın ilk surəsi, yeddi ayədən ibarətdir.
Fülus: mis pul, bir təngənin dörddə biri. Maaşlar və bəxşişlər fülusla ifa-
də edilirdi.
Geri: hindcə: ghari. Hindistanda zaman ölçüsü.
Geriyal: müəyyən fasilələrlə bürünc bir lövhəyə vurmaqla saatın bildiril-
məsi. Bu işlə xüsusi bir kasta məşğul olurmuş.
Gəmilərin adları: Baburun öz gəmilərinə verdiyi adlar bunlardır:
Asayiş – rahatlıq, sakitlik.
Arayiş – bəzək.
Gündəiş – tutumluluq.
Fərmayiş – əmr, fərman.
Gicək: simli musiqi aləti, skripkanın bir növü.
Gili-məxdum: zəhərlənməyə qarşı dərman kimi işlənən bir cür torpaq.
Göy saray: Səmərqəndin ən məşhur saraylarından biri.
Göyəldaş: süd qardaşı, süd bacısı. Bəzi alimlərin fikrincə, könüldaş sö-
BABURNAMƏ
409
zündən yaranmışdır.
Gümüş çəki daşı: = 250 misqal = 0,5 sir = təxminən 10,25 kiloqram.
Gürgən cədvəli: 847-ci ildə (=1444) Uluğ bəyin rəhbərliyi altında Rumi
Qazızadə, Qiyasəddin Cəmşid və Əli Quşçunun iştirakı ilə tərtib edilmişdir.
Uluğ bəyin şərəfinə onun titulu ilə (Gürgən) adlandırılmışdır.
Havaq: bir aşırım. Hündürlüyü 3.800 metrdir.
Herat: Heri-rud çayının sahilində yerləşən qədim şəhər. Teymurilər döv-
ründə böyük mədəniyyət mərkəzi olmuşdur.
Heydər Mirzə: Məhəmməd Heydər Mirzə Gürgan Duğlat (vəfatı: 958 =
1551). «Tarixi-Rəşidi» adlı xatirə kitabının müəllifi, Baburun silahdaşı və
xalası oğludur.
Heyət/elmi-heyət/nücum: astronomiya deməkdir.
Həbəş padşah: əsl adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə padşah
olmuşdur.
Həftənin günləri: Hindistanda bunlardır:
Şənbə = saniçer.
Bazar = eytvar.
Bazar ertəsi = somvar.
Çərşənbə axşamı = manqalvar.
Çərşənbə = budvar.
Cümə axşamı = prispatvar.
Cümə = sükrvarə
Hənəfilik: islamın dörd qolundan biri. Əsası Əbu Hənifə (vəfatı: 150=
767-ci il) tərəfindən qoyulmuşdur.
Hidayə: islam fiqhinin hənəfi qolu üzrə klassik məcmuə. Onu Bürhanəd-
din Əli ibn Əbubəkr əl-Fərqani əl-Mərginani əl-Riştani (vəfatı: 593 = 1197)
tərtib etmişdir.
Hindal: Baburun oğlu, 925-ci ildə (=1519) anadan olmuş, 958-ci ildə (=
1551) ölmüşdür.
Hinduquş: Himalayın qolları.
Hövzü-kəbir: çarbağ içində tikilən hovuz.
Huna: bir geyik növü, dişisinə ceyran, erkəyinə huna deyilir.
Hülakü xan:(654-668=1256-1265).Hülakülər adlanan sülalənin banisi.
Hüma: Hümayun, Feniks, əfsanəvi quş. İnama görə, onun qanadlarının
kölgəsi kimin üstünə düşsə, o, xoşbəxt olarmış.
Hürmüz: İranın cənubunda kiçik bir ada.
Xalçı/xilçi: 839-cu ildən (=1435) Malvidə hökm sürmüş bir sülalə.
Xandəmir Qiyasəddin ibn Hümaməddin: tarixçi. Vəfatı: 942 = 1535-ci il.
Xanım: Baburun ana tərəfdən qohumları olan, Kaşğar və Moğolistan
hökmdarları ailəsinə mənsub qadınlar üçün işlənir.
Xas(sə): hökmdara aid olan şey. Məs.: xas, xassə libas. Dövlətə, xəzinəyə
Zəhirəddin Məhəmməd BABUR
410
aid olan şey. Məs.: xassə mülk. Bu mülk hökmdara, şahzadələrə və ya başqa
heç bir şəxsə verilə bilməzdi.
Xassə bəkavul: hökmdarın şəxsi aşpazı. Bax: bəkavul.
Xassə tabın: qvardiya alayı. Bax: tabın.
Xeybər dağları: Makedoniyalı İskəndər, Mahmud Qəznəvi, Əmir Tey-
mur və Babur Hindistanı işğal etmək buradan keçmişlər.
Xəmsə: beş poemadan ibarət ədəbi əsər. Ən məşhurları Nizamı, Əmir
Xosrov Dəhləvi (XIV əsr) və Nəvai (XV əsr) tərəfindən yazılmışdır.
Xəzərilər:
mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Ad-
ları Xəzər sözündən deyil, farsca həzar (min) sözündəndir.
Xoca Xosrov: məşhur şair Əmir Xosrov Dəhləvi. Vəfatı: 725=1325.
Xoca Übeydüllah Əhrar: məşhur sufi. Vəfatı: 895 = 1498-ci il.
Xocənd: keçmiş Stalinabad, daha sonra Leninabad şəhəri. Xoca Bakırqan
çayının Sır-Dəryaya qarışdığı yerdə yerləşir. Fərqanə vadisinə açılan qapı
kimi Orta Asiya iqtisadiyyatında mühüm rol oynamışdır.
Xorasan: sərhədləri dəqiq bilinməyən coğrafi məkan. Müxtəlif dövrlərdə
Xorasana Herat vilayəti və qonşu ərazilər daxil olmuşdur. Hazırda İranın bir
vilayətidir, mərkəzi Məşhəd şəhəridir.
Xotən: Uyğuristanın Tarım bölgəsində şəhər və vahə.
Xuttalan: Pənc ilə Vəxş arasında vilayət. Taciksitanın ərazisindədir.
İçki: içə aid, içdə olan, səmimi. Hökmdarın şəxsi tapşırıqlar məmuru.
İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün
keçməsi lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmizlənənə
qədər keçəcək müddət (ərindən boşansa - 100 gün, əri ölsə - 130 gün).
İgid: hökmdarın və ya bəyin yanında və şəxsi xidmətləri məmuru; dö-
yüşçü.
İki namaz arası: günorta namazı ilə ikindi namazı arası.
İqlim: Ptolomeyin coğrafiyasına görə, dünya cənubdan şimala doğru
yeddi iqlimə ayrılır və üçüncüdən beşinciyə qədər olan iqlimlər yaşamağa
əlverişlidir.
İlbasun: bu söz yırtıcı quşlar və sərçə kimi kiçik quşlar xaricində bütün
ovlanan quşlara verilən ümumi addır.
İlqar: çox sürətlə hərəkət edən yüngül silahlı böyük, yaxud kiçik hərbi
dəstə, bölük və ya hissə.
İrəvül: önçü, önçü bölüyü, önçü qolu, irəli qol; döyüş nizamına girmiş
ordunun ən öndəki qismi.
İskəndər Feyləkus oğlu: Makedoniyalı İskəndərin Şərqdəki adı.
Kafiristan: indiki Nuristan. Bir vaxtlar əhalisi kafir olmuşdur.
Kari: altı tutam uzunluğunda bir uzunluq ölçüsü.
Karşi: (əski Nəxbəş, Nəsəf) Özbəkistanda vilayət mərkəzi.
Karvan: ümumi qaydaya görə, 7 dəvə bir karvan sayılır.
BABURNAMƏ
411
Kaşğar: qədimdən bəri Orta Asiya, Əfqanıstan və Hindistanla Uzaq Şərq
arasında ticarətin, mədəni əlaqələrin inkişafında mühüm rol oynayan uyğur
şəhəri. İndi Sincan-Uyğur Muxtar Rayonunun paytaxtıdır.
Katik: Hindistanda yağmur fəslinin son ayının adı.
Keş: Özbəkistanın Qaşqa-Dəyra vilayətində şəhər. Əmir Teymurun vətə-
ni. Bəlxlə Səmərqənd arasında mühüm ticarət mərkəzi olmuşdur.
Keyik/geyik: geyik, maral. Ağ geyik, ala geyik, qara geyik, qızıl geyik
növləri var. Ahu, antilop, sığın və maraldır.
Kəmaləddin Behzad: XVI əsrin məşhur miniatürçü rəssamı, Herat mini-
atür məktəbinin banisi. Vəfatı: 943 = 1537-ci il.
Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə.
Kərb: Hindistanda işlənən bir say. l kərb = 100 ərb.
Kibək: mis sikkə; ruscadakı kopek, kopeyka bu sözdən ola bilər.
Kim: bəzi yerlərdə boza mayası kimi işlənən bir meyvə.
Koçin: Teymur zamanında xanədanı qoruyan saray qvardiyasına verilən
addır. Bu ad zamanla atadan oğula keçmişdir. Koçinlər hər hansı bir bölgəyə
deyil, hökmdara bağlı idilər.
Köç: köç, köç-külfət; dağa-arana və ya başqa yerə köçən ailə üzvləri.
Kuxaq: Zərəfşan çayının əski adı.
Kurqan: əslində, qorurğan, qorğan, yəni içinə girən adamın qorunduğu
yer, qala, istehkam deməkdir.
Kutas: bir dağ öküzü növü.
Küruh: Hindistanda 4.000 qədəm (= 1 mil) uzunluğundakı məsafə ölçüsü.
Kürur: Hindistanda işlənən bir say. 1 kürur = 100 lek. Bax: lek.
Kütub: sufilərin işlətdiyi bir təsəvvüf deyimi olub mənəvi dərəcələrin
yeddincisi və ən yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsəvvüf qüdrəti ve-
rilmiş bir kütub olur.
Kütval: qalabəyi, qarnizon rəisi, dizdar.
Küvar: Hindistanda yağmur fəslinin üçüncü ayının adı.
Qanun: 36 simli kanon və ya ərğanun.
Qaravul: gözətçi, keşikçi; kəşfiyyat qolu; avanqard.
Qarış: gərilmiş halda baş barmağın ucundan çəçələ barmağın ucuna
qədər olan bir uzunluq ölçüsü.
Qazax: igid, cəsur adam, döyüşçü.
Qazaxlıq: köçərilik; əldə vilayət və hakimiyyət olmayan dövr.
Qazi: O dövrdə müsəlman olmayan şəxslərin idarə etdiyi torpaqlara hərbi
səfərlərdə iştirak edən hökmdarlara "qazi" ünvanı verilirdi.
Qədəmgah: Xızırın ayaq izi.
Qəndahar: Əfqanıstanda şəhər və vilayət. Əfqanıstan dövlətinin ilk pay-
taxtı (1747). Hazırda vilayət mərkəzi.
Zəhirəddin Məhəmməd BABUR
412
Qəsideyi-bürdə (Xirqə haqqında qəsidə) : VII əsri şairi Kəəb bin Zübeyr
tərəfindən hz. Məhəmmədin şərəfinə yazılmış bir əsərdir.
Qəznə: Kabildən 135 km cənub-qərbdə yerləşir. Onun yaxınlığında qəz-
nəvilərin paytaxtı tarixi Qəznənin xarabalıqları var.
Qılquyruq: çox incə quyruqlu bir cins ördək, çöl toyuğu, qır kəkliyi, fa-
zan. Quşun bir qədər də poetikləşmiş adı.
Qımız/kımız: qısraq südünü xüsusi qaydada mayalandıraraq hazırlanan
ənənəvi türk içkisi.
Qızıl çəki daşı: = 500 misqal = 1 sir = təxminən 20,5 kiloqram.
Qızıl söyüd: bax: tubulğu.
Qol: savaş nizamına girmiş ordunun mərkəzinə verilən ad.
Qövs:oxatan bürcü; yay.
Qunduz: Qunduz (Sürxab) çayının sağ sahilində şəhər.
Qurçu, qurbəyi: hərbi bir rütbə, cəbbəxana rəisi. Qur «silah» deməkdir .
Qurilər: Əfqanistanda hökm sürən Quri xanədandan olan Sultan Şəha-
bəddin Quri qəznəvilərin son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə
bu xanədana son vermiş və Hindistan içlərinə səfərlər edərək burada quri-
lərin hakimiyyətini qurmuşdur. Onun xanədanı Şimali Hindistanda 1206-cı
ilədək hakimiyyət sürmüşlər.
Quşbəyi: quşçubaşı, hökmdarın ov və ev quşlarına, göyərçinlərinə baxan
məmur.
Dostları ilə paylaş: |