ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə45/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   40   41   42   43   44   45   46   47   48

(374  a) hücum etmələrini söylədim. Sultanlar da keçənləri özlərinə qataraq 

düşmən tərəfinə üç-dörd topa halında hərəkət etdilər. 

Bunlar  yaxınlaşınca  düşmən  piyadaları  qabağa  keçirib  səfini  pozma-

dan yürüməyə başladı. Əsgəriylə birlikdə yürümələri qərarlaşdırılan qitədən 

olan Kuki adamlarıyla birlikdə gəlib yetişdi. O tərəfdən Kuki, bu tərəfdən də 

sultanlar yetişərək hücum edir və düşməni vurub pozurlar. 

Kukinin adamları Bəsənt Rav adlı mötəbər bir kafiri ələ keçirib başını 

kəsirlər.  Bəsənt  Ravın  on-on  beş  adamı  bunların  üzərinə  atılır  və  onları  da 

kəsirlər. 

Toxta  Buğa  Sultan  isə  düşmənin  ön  tərəfindən  gedib  qılınc  çəkərək 

yaxşı vuruşur. Moğol Əbdülvəhhab ilə kiçık qardaşı də düşmənlə qılınc qı-

lınca gəlirlər. Moğol suyu bilmədiyi halda özü zirehli və atı yedəkdə olaraq 

keçir. 

Mənim gəmilərim geridəydi. Gəmilərə adam göndərdim. Fərmayiş gə-



misi  bir  az  irəli  gəldi.  Fərmayiş  gəmisinə  minib  suyu  keçərək  benqalların 

düşərgəsini  gəzdikdən  sonra,  Güncayiş  gəmisinə  minib  çayın  yuxarı  qismi 

haqqında bilgi aldım. 

Mir Məhəmməd Caleban Saru çayının bir az yuxarısının keçmək üçün 

daha yaxşı olduğunu bildirdi. Onun söylədiyi yerdən əsgərin keçməyə başla-

ması əmr edildi. Məhəmməd Sultan Mirzə komandanlığında olanlara keçmə 



(374  b) əmri verilmişdi. Suyu keçərkən Yekə Xocanın gəmisi batdı və özü 

də Allahın rəhmətinə qovuşdu. Adamlarını və vilayətini kiçık qardaşı Qasım 

Xocaya ehsan etdim. 

Günorta  üstü  qüsl  əsnasında  sultanlar  gəldi.  Özlərini  yaxşı  qarşılayıb 

təvəccühüm barədə ümid verdim. Əsgəri də o sırada gəldi. Bu, Əsgərinin sa-

vaş  meydanında  ilk  işi  idi.  Uğurlu  oldu.  O  axşam  ordugah  hələ  təzə  yerə 

nəql edilməmiş olduğu üçün bir adada Güncayiş gəmisində uyudum. 

Cümə günü Saru çayının şimalında Xaride tabe olan Nirhün pərgənə-

sinin Kündbə adlı kəndinə endik. Bazar günü isə Kuki adamlarıyla birlikdə 

xəbər bilmək üçün Hacipura göndərildi.  

Keçən il gələndə böyük etibar göstərərək Sarən vilayətini vermiş oldu-

ğumuz Şah Məhəmməd Məruf bir neçə yaxşı hərəkətdə bulundu. Öz atasıyla 

iki dəfə çarpışaraq onu məğlub və əsir etmişdi. Sultan Mahmud [Ludi] xain-

lik  edərək  Beharı  zəbt  edəndə  Bibən  ilə  Şeyx  Bəyazid  üzərinə  yürüyüncə 

məcburən  onlara  qoşulmuşdu.  O  günlərdə  də  neçə  dəfə  ərzi-halı  gəlmişdi. 

Xalq  arasında  onun  haqqında  qarışıq  sözlər  söylənirdi.  Əsgəri  Heldi  keçi-

dindən  keçər-keçməz,  adamlarıyla  birlikdə  gəlib  Əsgərini  (375a)  gördü  və 


BABURNAMƏ 

 

391 



onunla birlikdə benqalların üstünə yürüdü. Bu yurdda ikən də gəlib bizə mü-

lazimət etdi. 

O  günlərdə  Şeyx  Bəyazid  ilə  Bibəndən  arxa-arxaya  xəbərlər  gəlird: 

onlar Saru çayını keçmək niyyətində imişlər. 

Bu zaman Sənbəldən qəribə bir xəbər gəldi. Əli Yusif [Riqabdar] Sən-

bəldə qalıb, oranı  yaxşıca ələ keçirib nizama salmışdı. Özü və yaxın adamı 

olan bir təbib eyni gündə Allahın rəhmətinə qovuşmuşlar. Sənbəlin zəbt və 

rəbti üçün Abdullahın [Kitabdar] oraya getməsinə qərar verildi. Cümə günü, 

ramazan ayının beşində [=13 may] Sənbələ getməsi üçün Abdullaha izin ve-

rildi. 


O günlərdə  Çin  Teymur  Sultanın  ərzi-halı  gəlmişdi. Kabildən  mənim 

ailə  üzülərimlə  gələn  bəylər  ona  qoşula  bilməmişlər.  Məhəmmədi  və  digər 

bəziləri  onunla  birlikdə  yüz  küruh  qədər  məsafəni  aşıb  bəlucları  tamamən 

məğlub  etmişlər. Abdullah [Kitabdar] vasitəsilə Cin-Teymur Sultan, Sultan 

Məhəmməd  Dulday,  Məhəmmədi  və  orada  olan  digər  bəylərə  fərmanlar 

göndərərək onların  da  Cin-Teymur  Sultan ilə  birlikdə  Aqrada toplaşmaları, 

hazırlıqlı olmaları və düşmənlər hansı tərəfə getsələr, oraya hərəkət etmələri 

əmr edildi. 

Bazar  ertəsi  günü,  ayın  səkkizində  [=l6  may]  yanına  Şeyx  Camaliyi 

göndərdiyimiz Dərya xanın (375 b) nəvəsi Cəlal xan bütün mötəbər əmirləri 

ilə birlikdə gəlib mülazimət etdi. Bir müddət əvvəl qulluğunu göstərmək üz-

rə Yəhya Nuhani də kiçık qardaşını göndərmiş və məndən fərman almışdı, o 

da həmin gün gəlib mülazimət etdi. 

Yeddi-səkkiz  min  nuhani  və  əfqan  bəzi  ümidlərlə  gəlmiş  olduqları 

üçün  onların  ümidlərini  qırmayaraq  Behardan  bir  kürur  xassə  mülkü  edib 

bundan  əlli  lek  də  Mahmud  xan  Nuhaniyə  ehsan  etdim.  Qalan  qismi  Cəlal 

xana verildi, o da bağlılığının işarəsi olaraq bir kürur verməyi qəbul etdi. Bu 

pulun  yığımı  üçün  Molla  Qulam  yasavul  göndərildi.  Məhəmməd  Zaman 

Mirzəyə Cunepur vilayəti verildi. 

 

NÜSRƏT ġAH ĠLƏ SÜLH BAĞLANMASI 

 

Cümə axşamı günü, Xəlifənin [Nizaməddin Əli Barlas] Qulam Əli ad-



lı adamı yanıma gəldi. O, İsmayıl Mitadan bir az əvvvəl şahzadə Müngirin 

Əbülfəth  adlı  adamıyla  birlikdə  haqqında  danışılan  üç  şərtı  götürmüşdü. 

Qulam Əli bu Əbülfəth ilə birlikdə şahzadə Müngir ilə vəzir Həsən xan Lən-

gərin Xəlifəyə yazmış olduqları məktubları da gətirdi. O, üç şərti kabul edib 

Nüsrət şah işini öz üzərinə alaraq sülh təklifində bulunurdu. Bu səfər asi əf-

qanlarm dəf edilməsi üçün gerçəkləşmişdi. Bu asilərin bəziləri başlarını alıb 

getdilər,  bəziləri  də  gəlib  xidmətkarlıq  və  qulluğu  (376  a)  qəbul  etdilər. 

Qalan önəmsiz bir qismi isə benqalın köməkçiləri idi. Onları da benqallar öz 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



392 

öhdələrinə aldılar. 

Yağmur  mövsümü də  yaxınlaşmışdı.  Onun üçün biz də onun qarşılı-

ğında bəhs edilən şərtlər daxilində sülhü qəbul etdiyimizi bildirdik. 

Şənbə  günü  İsmayıl  Cilvani,  Adil  xan  Nuhani  və  Övliya  xan  İşraqi  

beş-altı əmirlə birlikdə gəlib mülazimət etdilər. 

Yenə həmin gün İsən Teymur Sultan ilə Toxta Buğa Sultana mükafat 

olaraq  kəmərli  qılınc,  kəmərli  xəncər,  zirehli  paltar,  xələtlər  və  cins  atlar, 

İsən Teymur Sultana Narnul pərgənəsindən otuz altı lek, Toxta Buğa Sulta-

na isə Şəmsabad pərgənəsindən otuz lek ehsan edilərək yükündürüldülər. 

Bazar ertəsi günü, ayın on beşində [=23 may] Behar və benqal tərəfini 

təskin  etdikdən  sonra  Saru  çayının  sahilində  yerləşən  Kündbə  civarındakı 

yurddan  haramxor  Bibən  ilə  Şeyx  Bəyazidi  dəf  etmək  niyyətilə  əzm-cəzm 

edib  yürüdük.  Arada  iki  dəfə  dincəldikdən  sonra  çərşənbə  günü  Sikəndər-

purun  Çetürmük  Çuparə  adlı  keçidi  üzərinə  endik.  Əsgər  də  o  gündən  eti-

barən keçməyə başladı. 

Bu  alçaqların  Saru  ilə  Gəgərdən  keçib  Leknuya  doğru  hərəkət  etdik-

ləri haqqında arxa-arxaya xəbərlər gəlməyə başladı. Bunların irəliləmələrini 

əngəlləmək üçün türk və hind əmirlərindən Sultan Cəlaləddin Şərqi, Əli xan 

Fərmüli,  Turdukə  və  Nizam  xan  Biyani,  Tolmuş  Özbək,  Qurban  Çərxi  və 

Hüseyn  xan  (376  b)  Dəryaxani  komandanlığında  olan  qüvvələr  təyin 

edilərək cümə axşamı axşamı yola düşmələri üçün onlara izin verildi.  



 

BĠR MÖVSÜM YAĞMURU FIRTINASI 

 

O axşam təravihdən sonra bir pas və beş geri olmuşdu. Mövsüm yağ-

muru  buludları  boşanıb  bir  anda  elə  bir  tufan  oldu,  elə  müdhiş  bir  fırtına 

qopdu ki, hardasa yıxılmayan heç çadır qalmadı. 

Mən  çadır  içində  yazı  yazırdım,  kağızlarımı  və  kitablarımı  ylğmağa 

vaxt  qalmadı,  çadır  üst  qismiylə  birlikdə  başıma  uçdu.  Çadırın  pəncərəsi 

parça-parça oldu, tanrı qorudu, heç bir zərəri toxunmadı. İslanan yazı və ki-

tablar  çətinliklə  yığıla  bildi.  Bunları  qırmızı  xalçanın  içinə  qoyub  dürdük,  

stolun altına qoyaraq üstünü kilimlə örttük. 

İki geri sonra yağmur dindi. Yataq çadırını qurdurub şam gətirtdim və 

çətinliklə od qalayaraq sabaha qədər uyumadan kağızları və kitabları qurut-

maqla uğraşdım.  

Cümə axşamı günü çayı keçdim. Cümə günü ata minərək Harid və Si-

kəndərpuru  gəzdik.  O  gün  Abdullah  [Kitabdar]  ilə  Baqi  mənə  Leknurun 

düşmən  tərəfindən  zəbt  edildiyini  yazmışdılar.  Şənbə  günü  gedib  Baqiyə 

[Şiğavul] qatılmaq üzərə Kuki adamlarıyla birlikdə öndən göndərildi. 

Bazar  günü  Baqiyə  qoşulub  mən  yetişincəyə  qədər  əllərindən  gələni 

əsirgəməmələri  üçün  Sultan  Cüneyd  Barlas  ilə  Həsən  Xəlifəyə  və  (377  a) 



BABURNAMƏ 

 

393 



Molla Apağın camaati ilə Mömin Atəkənin böyük və kiçık qardaşlarına izin 

verildi. O gün ikindi üstü Şah Məhəmməd Mərufa xassə  xələt və cins bir at 

ehsan edilib getməsinə izin verildi. Ona keçən ilki üsula uyğun olaraq Sarə-

ni təxsisat və Kündləyi də oxçulara maaş olaraq ehsan etdik. 

Yenə o gün İsmayıl Cilvaniyə Sərvardan yetmiş iki lek təxsisat, xassə  

xələt  və  cins  bir  at  ehsan  edilərək  getməsnə  izin  verildi.  Adil  xan  Nuhani 

başda  olmaq  üzrə  onunla  birlikdə  gələnlərə  də  Sərvardan  təxsisatlar  təyin 

edilib  getmələrinə  izin  verildi.  Hər  birinin  bir  kiçık  qardaşının  və  ya  oğlu-

nun Aqrada daimi mülazimətdə bulunmasına qərar verildi. 

Güncayiş və Arayiş gəmiləri ilə birlikdə yeni ələ keçən benqal gəmilə-

rindən  seçilmiş  olan  iki  gəmini  Tirmühani  yoluyla  Qazipura,  Asayiş  ilə 



Fərmayiş gəmilərini də Sarunun yuxarısına doğru orduyla birlikdə götürmək 

işi benqallar tapşırıldı. 

Behar ilə Sərvar tərəfini sakitləşdirdikdən sonra bazar ertəsi günü Çe-

türmukün  Çupara  keçidindən  Saru  sahilini  təqib  edərək  Ud  tərəfinə  doğru 

hərəkət edildi. On küruh məsafə gedib Fəthpura tabe olan və Kilirə deyilən 

(377 b) bir kəndin yanında Saru sahilinə endik. Erkən hərəkət edənlər yolu 

çaşaraq Fəthpurun böyük gölünə varmışlar. Yaxındakı əsgərləri geri qaytar-

maq üçün bir neçə adam göndərildi. Göl sahilində dincəldikdən sonra oraya 

enmiş olan əsgərləri ertəsi gün ordugaha gətirməsi üçün Kiçık Xocaya mək-

tub göndərildi. 

Ertəsi  gün oradan qalxıb  yarı  yoldan  Asayiş  gəmisinə  mindim və  yu-

xarıdakı yurda qədər gəmini çəkdirərək gəldim. Yolda Xəlifə mənim, yanı-

ma Baqinin yanından gələn Şah Məhəmməd Divanənin oğlunu gətirdi. Lek-

nu  xəbərini  dəqiqləşdirdim:  şənbə  günü,  ramazan  ayının  on  üçündə  [=23 

may]  düşmən  hücum  edir,  lakin  heç  bir  şey  edə  bilmir.  Savaş  zamanı  bir 

araya  yığılmış  olan  quru  otlar  və  qamış  od  tutur.  Kurqanın  içi  təndir  kimi 

qızır. Divar üzərində yürümək mümkün olmur və beləcə düşmən kurqanı ələ 

keçirir. Amma iki-üç gün sonra bizim geri qayıtdığımızı xəbər alınca çəkilə-

rək Delmut tərəfinə doğru hərəkət edir. 

O gün də on küruh qədər yol alıb Sikri pərgənəsinin Cəlisir adlı kəndi-

nin yanına, Saru sahilinə endik. 

Çərşənbə günü heyvanların dincəlməsi üçün o yurdda qaldıq. Bəziləri 

Şeyx  Bəyazid  ilə  Bibənin  Qanqdan  keçərək  (378  a)  Çünar  və  Cun  civa-

rından irəliləyərək özlərini sipahilərinə doğru çatdırmaq niyyətində olduqla-

rını söylədilər. Bəyləri çağırdım və onlarla danışıb məsləhətləşərək Gunepur 

vilayəti qarşılığında Çünar və digər bəzi pərgənələri almış olan Məhəmməd 

Zaman  Mirzə  ilə  Sultan  Cüneyd  Barlasın  Mahmud  xan  Nuhani,  Qazı  Ciya 

və Tac xan Sarənghani ilə birlikdə gedib Çünarda düşmənlərin  yolunu kəs-

mələrinə qərar verildi. 

Cümə  axşamı  günü  erkəndən  qalxıb  Saru  çayından  ayrılaraq  on  bir 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



394 

küruh  irəliləyib  Persərudan  keçdik  və  eyni  çayın  sahilində  düşərgə  saldıq. 

Bəyləri  dəvət  edib  məsləhətləşdikdən  sonra  İsən  Teymur  Sultan,  Məhəm-

məd Sultan Mirzə, Toxta Buğa Sultan, Qasım Hüseyn Sultan, Bixub Sultan, 

Müzəffər  Hüseyn  Sultan,  Qasım  Xoca,  Cəfər  Xoca,  Zahid  Xoca,  Can  bəy 

[Can Məhəmməd] və Əsgərinin adamlarıyla birlikdə Kiçık Xoca, hind əmir-

lərindən  [Cəlal  xan  Cighetin  oğlu]  Aləm  xan  Kalpi,  Məlikdad  Kərrani  və 

Ravuy Sərvani  komandanlığındakılar  ordunun ana qismindən ayrılaraq Bə-

yazid  ilə  Bibənin  arxasından  Dəlmut  tərəfinə  sürətlə  yürümələri  üçün  tap-

şırıq aldılar. 

Bu Persəruda abdəst alırdım ki, şam ışığına çoxlu balıq toplanaraq su 

üstünə çıxdı. Mən və yanımdakılar əllə xeyli balıq tutduq. 

Cümə günü Persərunun qollarından birinin basma endik. Çox kiçık bir 

çaydı.  Əsgərlərin  gedib  gəlməsindən  bulanmaması  üçün  üst  tərəfində  (378 



b) hövzi-kəbirlik bir yerini abdəst üçün düzəltdirdim. Ayın iyirmi  yeddinci 

gecəsini [=3 iyun] bu yurdda keçirdik. Ertəsi gün buradan qalxıb Tus çayını 

keçərək endik. Bazar günü də bu çayın sahilinə endik. 

Bazar ertəsi günü, ayın iyirmi doqquzunda da [=6 iyun] bu Tus çayı-

nın  sahilində  güşərgə  saldıq.  O  axşam  havanın  o  qədər  açıq  olmamasına 

baxmayaraq  bir  neçə  adam  ay  gördülər  və  qazı  önündə  şəhadət  etdilər.  Ay 

başı  sabit  oldu.  Çərşənbə  axşamı  gününün  sabahı  bayram  namazını  qılıb 

hərəkət etdik. On küruh gedib Tayikdən bir küruh uzaqlıqda Guy çayının sa-

hilinə  endik.  Günortaya  yaxın  məcun  yedik.  Şeyx  Zeyn,  Molla  Şəhab  və 

Xandəmirə yalnızca bu beyti göndərib çağırdıq: 

Şeyx, Molla Şəhabü  Xandəmir

Gəlin üç-üç, iki-iki, bir-bir..  

Dərviş  Məhəmməd  [Sarban],  Yunus  Əli  və  Abdullah  [Kitabdar]  da 

orada idilər. İkindi üstü güləşçilər güləşdilər. 

Çərşənbə günü də o yurdda qaldıq. Çeşdə yaxın bir vaxtda məcun ye-

dik. Tac xanı Çünardan çıxarmaq üçün getmiş olan Məlik Şərq o gün gəldi. 

O gün də pəhlivanlar güləşdilər. Daha öncə gəlmiş olan Udi Pəhlivan o gün-

lərdə gələn (379 a) bir hind pəhlivanı ilə güləşərək onu yıxdı. Yəhya Nuha-

niyə Sərvardan təxsisat olaraq on beş leklik yer verilib bir dəst libas geydiri-

lərək getməsinə izin verildi. 

Ertəsi gün on bir küruh gedib Guy çayını keçərək o çayın sahilinə en-

dik. İlqar gedən sultan və bəylərin Dəlmuta çatdıqları, lakin Qanq çayını hə-

lə  keçmədikləri  xəbəri  alındı.  Buna  əsəbiləşdim;  Qanq  çayını  dərhal  keçib 

düşməni təqib etmələri və Cundan da keçərək Aləm xanı [Cəlal xan Cighet] 

özlərinə qoşub sürətlə asilərə hücum etmələri üçün fərmanlar göndərildi. 

Guydan qalxdıq və arada bir dəfə  dincəldikdən sonra Dəlmuta gəldik. 

Həmin gün  əsgərin böyük bir qismi Qanq üzərindəki keçiddən keçdi. Ordu 

keçdikdən sonra keçiddən aşağıda yerləşən adada məcun yedik. 



BABURNAMƏ 

 

395 



Suyu  keçərək  endiyimiz  yurdda  əsgərin  gecikənləri  üzündən  bir  gün 

qaldıq. O gün əsgəriylə birlikdə Baqi Daşkəndi də gəlib mülazimət etdi. 

Qanq çayından hərəkət etdik və arada bir dəfə dincəldikdən sonra Gü-

varənin  yanında  Erind  çayının  sahilinə  endik.  Dəlmutdan  Güvarəyə  qədər 

iyirmi  iki  küruh  tutdu.  Cümə  axşamı  günü  də  o  yurddan  qalxıb  Adəmpur 

pərgənəsinin önünə endik. 

Müxalifləri  təqib  məqsədilə  çayı  keçə  bilmək  üçün  (379  b)  mövcud 

gəmiləri gətirmək üzrə gəmicilərdən bir-ikisi daha öncədən Kalpiyə göndə-

rilmişdi.  Orada  dincəldiyimiz  axşam  bir  neçə  gəmi  gəldi.  Çayda  keçid  də 

tapıldı. Yurd tozlu olduğu üçün mən adada oturdum. Orada olduğumuz bir 

neçə gün boyunca mən adada qaldım. 

Müxaliflər  haqqında  dəqiq  bir  məlumat  alına  bilmədiyi  üçün  Baqi 

Şiğavul Uddakı igidlərlə birlikdə sudan keçirilərək düşməndan xəbər tutmaq 

üçün göndərildi. Ertəsi cümə günü ikindi üstü Baqi bəyin nökəri gəldi. Şeyx 

Bəyazid  ilə  Bibənin  önçülərini  məğlub  edərək  Mübarək  xan  Cilvani  adlı 

yaxşı  bir  adamıyla  digər  bir  neçə  adamını  öldürüb  bir  neçə  baş  və  bir  əsir 

göndərmişdi. Sabah olanda isə Baqi [Şiğavul] ilə birlikdə gedən Şah Hüseyn 

Bəxşi gəldi, düşmənin önçüsünün yenildiyini və oradakı xəbərləri müfəssəl 

bir  şəkildə  anlatdı.  O  gecə,  yəni  bazar  gecəsi  ayın  on  üçündə  Cun  çayı 

yüksəldi, sabah bu adanı tamamilə su basdı. Bir ox atımı daha aşağıda yerlə-

şən başqa bir adaya gedərək çadır qurdurub oturdum. 

Bazar  ertəsi  günü  Cəlal  Daşkəndi  ilqar  gedən  sultan  və  bəylərin  ya-

nından  gəldi.  Şeyx  Bəyazid  ilə  Bibən  ilqar  xəbərini  alınca  Məxubə  pərgə-

nəsindən qaçmışlar. (380 a) 

Yağmur mövsümü yaxınlaşmışdı. Beş-altı ay boyunca fasiləsiz səfər-

de olan əsgər və heyvanlar da yorulmuşdular. Onun üçün ilqar gedən sultan 

və  bəylərə  Aqra  və  civarından  təzə  və  qüvvətli  ilqar  gəlincəyə  qədər  ol-

duqları yerdə qalmaları əmr edildi. O gün ikindi üstü Baqi Şiğavul ilə ud əs-

gərinə  getmək  üçün  izin  verildi.  Əsgərin  dönüb  Saru  çayından  keçdiyi  za-

man gəlmiş olan Musa Məruf Fərmüliyə də təxsisat üçün Əmərxardan otuz 

leklik pərgənə təyin edilib bir dəst xassə paltar və yəhərli bir at ehsan  edi-

lərək Əmərxara getməsinə izin verildi. 



 

AQRAYA QAYIDIġ 

 

Bu tərəflərdəki əndişə ortadan qalxınca çərşənbə axşamı gecəsi üç pas 



bir geri sonra sürətlə Aqraya hərəkət etdik. Ertəsi gün on altı küruh yol gəlib 

çeştə yaxın bir vaxtda Kalpiyə tabe olan Bəladər deyilən pərgənədə yemək 

yeyib  atlara  da  arpa  verdikdən  sonra  axşam  üstü  oradan  hərəkət  etdik.  O 

gecə on üç küruh yol yürüyüb üçüncü pasta Kalpi pərgənələrindən Sugend-

purda  Bahadır  xan  Sərvaninin  məzarının  yanında  uyuduqdan  sonra  sabah 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



396 

namazını qılıb oradan təkrar atlandıq. On altı küruh gedib günortaya doğru 

Ətavəyə gəldik. Mehdi Xoca qarşılamağa çıxdı. Gecənin ilk pasında oradan 

hərəkət etdik və yolda bir az uyuduqdan sonra on altı küruh (380 b) yol alıb 

Rabirinin  Fəthpuruna  endik.  Günorta  namazından  bir  az  əvvəl  Fəthpurdan 

hərəkət edərək on yeddi küruh yol alıb gecənin ikinci pasında Aqranın Həşt-

Behişt bağına endik. 

Ertəsi cümə günü, Məhəmməd Bəxşi ilə digər bəziləri gəlib mülazimət 

etdilər. Günortaya yaxın Cundan keçib Xoca Əbdülhaqa mülazimət etdikdən 

sonra qalaya gedib xalalarımı gördüm. 

Bəlxli bir bostancını qovun əkməsi üçün burada qoymuşduq. Bir neçə 

qovunu qoruyub saxlamışdı, gətirdi. Olduqca yaxşı qovunlardı. Həşt-Behişt 

bağında bir-iki üzüm meynəsi əkdirmişdim. Onun da gözəl üzümləri olmuş-

du.  Şeyx  Gürən  də  bir  səbət  üzüm  göndərmişdi,  pis  deyildi.  Hindistanda 

qovun və üzümün bu qədər yetişməsi məni çox sevindirdi. 

Bazar  gecəsi  iki  pas  olmuşdu  ki,  [Hümayunun  anası]  Mahım  bəyim  

gəldi. Biz cəmadiyüləvvəl ayının onunda [=21 yanvar] səfərə çıxmışdıq. Qə-

ribə bir təsadüf əsəri o da eyni gündə Kabildən hərəkət etmişdi. 

Cümə  axşamı  günü,  zülqədə  ayının  ilk  günündə  [=7  iyul]  böyük  di-

vanxanada bir divan toplantısında ikən Hümayun ilə Mahımın hədiyyələrini 

gətirdilər. O gün Məğfur Divanın bir adamına bu məqsəd üçün tutulmuş yüz 

əlli  adam  verilərək  qovun,  üzüm  (381  a)  və  meyvə  gətirmək  üzərə  Kabilə 

göndərildi. 

Şənbə günü, ayın üçündə, mühafiz olaraq Kabildən gələn və Əli Yusi-

fin [Riqabdar] ölümü dolayısıyla Sənbələ göndərilmiş olan Hindu bəy [Ko-

çin]  gəlib  mülazimət  etdi.  Hüsaməddin  Əli  Xəlifə  də  eyni  gün  Əlvardan 

gəlib  mülazimət  etdi.  Ertəsi  gün  də  Əli  Yusifin  ölümü  dolayısıyla  Sənbələ 

göndərilmiş olan Abdullah [Kitabdar] Tirmühanidən gəldi. 



 

LAHORDAKI ĠTAƏTSĠZLĠK HADĠSƏLƏRĠ 

 

Şeyx  Şərif  Qarabağinin  Əbdüləzizin  [Miraxur]  təşviqi  ilə  və  ya  ona 



bağlılığından edilməyən zülm və olmayan zalımlıqları bizim etdiyimizz ifti-

rasında bulunaraq sənədlər tərtib ediib Lahor mollalarının adlarını da zorla 

yazdırıb surətlərini digər şəhərlərə göndərərək oralarda da bir hərəkət oyan-

dırmaq niyyətində olduğu və Əbdüləzizin də bir neçə əmrə itaət etməyərək 

hər  cür  nalayiq  sözlər  söyləyib  hərəkətlərdə  bulunduğu  Kabildən  gələnlər-

dən eşidilmişdi. 

Bu üzdən bazar günü, ayın on birində [=17 iyul] Şeyx Şərif ilə Əbdül-

əzizi və Lahorun mollalaryla irəli gələnlərini hüzura gətirməsi üçün Qənbər 

Əli Lahora göndərildi. 

Cümə axşamı günü, ayın on beşində [=21 iyul] Ticarədən Çin Teymur 



BABURNAMƏ 

 

397 



Sultan gəlib mülazimət etdi. O gün pəhlivan  Sadiq ilə böyük Udi pəhlivan  

(381 b) güləşdilər. Sadiq Udini yarı yarıya yıxdı, amma çox zəhmət çəkdi. 

Bazar ertəsi günü, ayın on doqquzunda [=25 iyul] qızılbaş elçisi Mur-

ad Qurçu Qacara dəyərli daşlarla işlənmiş kəmərli bir xəncər və münasib bir 

xələt geydirilərək iki lek təngə ehsan edilib getməsnə izin verildi.  



 

GÜVALYARDA DÜġMƏNÇĠLĠK FĠTNƏSĠ 

 

O günlərdə Güvalyardan Seyid Məşhədi gəlib Rəhimdadın düşmənlik 

fitnəsini  ərz  etdi.  Xəlifənin  nökəri  Şah  Məhəmməd  Möhürdar  bir  çox  nə-

sihətli sözlər yazılaraq onun yanına göndərildi. Getdi və bir neçə gün sonra 

Rəhimdadın  oğlunu  da  özü  ilə  gətirərək  gətirərək  döndü.  Gərçi  oğlu  gəl-

mişdi, lakin özünün gəlməyə niyyəti yoxdu. 

Onun  qorxusunu  rəf  etmək  üçün  çərşənbə  axşamı  günü,  zilhiccə  ayı-

nın beşində [=11 avqust] Nur bəy Güvalyara göndərildi. Bir neçə gün sonra 

Nur bəy gəlib Rəhimdadın istəklərini ərz etdi. İstədiyi tərzdə fərmanlar ha-

zırlayıb göndərmək üzərəykən bir adamı gəlib «Məni oğlunu qaçırmaq üçün 

göndərdi, gəlmək niyyətində deyildir» deyə ərz etdi. 

Bu  xəbər  gəlincə  biz  dərhal  Güvalyar  üzərinə  hərəkət  etmək  istədik. 

Amma  Xəlifə  «Mən  də  bir  dəfə  nəsihətamiz  bir  məktub  yazıb  göndərim, 

bəlkə yola gələr» deyə ərz etdi. Bu iş üçün Şəhabəddin Xosrov göndərildi. 

Cümə  axşamı  günü,  ayın  on  yeddisində  [=13  avqust]  (382  a)  Mehdi 

Xoca Ətavədən gəldi. Bayram günü Hindu bəyə bir dəst xassə libas, qiymət-

li daşlarla işlənmiş kəmərli bir qılınc və cins bir at ehsan edildi. Türkmənlər 

arasında  Çağatay  deyə  məşhur  olan  Həsən  Əliyə  bir  dəst  paltar,  qiymətli 

daşlarla işlənmiş kəmərli bir xəncər və yeddi leklik pərgənə ehsan  edildi.  

Çərşənbə  axşamı  günü,  məhərrəm  ayının üçündə  [=3  sentyabr] Şəha-

bəddin Xosrov ilə birlikdə Şeyx Məhəmməd Qövs Rəhimdada şəfaət diləyi 

ilə Güvalyardan gəldi. Dərviş və əziz bir adam olduğundan onun xətrinə Rə-

himdadın  günahını bağışlayıb  Şeyx Gürən ilə  Nur bəyi Güvalyara  göndər-

dim ki, Güvəlyarı bunlara tapşırıb... 

1



 



 

 

 



 

 

 



                                                           

1

 Baburun  xatirələri  936-cı  il    məhərrəm  ayının  3-də  (3  sentyabr  1529)  kəsilir.  Ondan 



sonra yaşadığı on beş ay yarım boyunca ya bir şey yazmamış, ya da yazdıqları itmişdir. Ba-

bur 937-ci ilin 5 cümadüyüləvvəl günü (25 dekabr 1530) vəfat etmişdir.  

 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



398 

 

 



 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin