ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə40/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

KANVA SAVAġININ SONRASI 

 

Düşməni məğlub etdikdən sonra vura-vura təqib etdik. Kafirin düşər-



gəsindən bizim ordugaha iki küruh qədər məsafə  vardı.  Ordugahlarına  get-

dik. Məhəmmədi, Əbdüləziz, Əli xan [Fərmüli] və başqa adamlar kafiri ar-

xadan təqib üçün göndərildi. Lakin bir az diqqətsizlik göstərdilər. Gərək bu 

işi başqasına tapşırmayıb özüm gedəydim. Kafirlərin düşərgəsindən bir kü-

ruh qədər irəliləmişdim, lakin artıq gec olduğu üçün dönüb yatsı zamanı or-

dugaha gəldim. 

O  qədər  uğursuzluq  etmiş  olan  Məhəmməd  Şərif  Münəccim  dərhal 

təbrik üçün gəldi. Ağzıma gələni deyib içimi boşalttım. Gərçi bu kafir uğur-

suz, özünü hədsiz bəyənən və çox itaətsiz bir adamdı, lakin əski xidmətləri 

vardı. Bir lek pul ehsan edib mənim (325 b) məmləkətimi tərk edərək get-

məsinə izin verdim. 

Ertəsi  gün  də  həmin  yerdə  qaldıq.  Məhəmməd  Əli  Cəng-Cəng,  Şeyx 

Gürən və Əbdülməlik Qurçuya böyük bir qüvvə verdim, Miyan-Duabda üs-

yan  edib  Külü  alaraq  Kiçık  Əlini  əsir  edən  İlyas  xanın  üstünə  göndərdim. 

Bunlar gedəndə düşmən vuruşmadan hər tərəfə dağılır. Mən Aqraya gəldik-

dən bir neçə gün sonra özünü ələ keçirib gətirdilər. Diri-diri dərisini üzdür-

düm. 

Ordugahın önündə bir təpə vardı, savaş da bu təpənin önündə cərəyan 



etmişdi.  Bu  təpənin  üstünə  kafirlərin  başından  bir  minarə  dikilməsini  əmr 

etdim. 


Bu yurddan qalxıb iki dəfə dincəldikdən sonra Biyanəyə gəldik. Biya-

nəyə, hətta  Əlvar və Mivata qədər  yerdə  yatan kafirlərin və islam dinindən 

dönənlərin  cəsədləri  saysız-hesabsızdı.  Gedib  Biyanəyi  gəzdim.  Ordugaha 

dönüb türk və hind əmirlərini çağırdım, bu kafirin vilayətinə qoşun çəkmək 

haqqında danışıb məsləhətləşdik. Lakin yollarda suyun azlığı və istinin şid-

dəti üzündən bu səfərdən vaz keçdik. 

Mivat  vilayəti Dehlinin  yaxınındadır və təqribən  üç-dörd kürur qədər 

gəliri var. Həsən xan Mivatinin babaları yüz-iki yüz ilə yaxın bir müddətdən 

bəri Mivatı müstəqil bir şəkildə idarə etmişlər. Dehli sultanlarına (326 a) bir 

qədər  itaət  edirlərmiş.  Hind  sultanları  isə  ya  öz  vilayətlərinin  genişliyi,  ya 

imkanlarının darlığı, ya da Mivatın dağlıq olması üzündən bu vilayətin zəbt 

edilməsinin dalısınca düşməmiş, bu qədər itaəti kafi sayaraq vilayəti onların 

idarəsində qoymuşdular. 

Biz də Hindistanın fəthindən sonra əski sultanların düsturuyla hərəkət 

edərək Həsən xanın etibarını saymaqda davam etdik. Lakin o, haqq tanımaz 

kafir və mülhid bizim lütf və inayətimizi heçə sayaraq, ona tərbiyə və etibar 

göstərməmizə  şükr etmədən, daha öncə bəhs  etdiyim  kimi,  bütün  fitnələrin 

başı və bütün pisliklərin səbəbi idi. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



344 

Bu  səfər  tamamlanınca  Mivatı  zəbt  etmək  üçün  hərəkət  etdik.  Dörd 

dəfə dincəldikdən sonra Mivatın mərkəzi olan Əlvar kurqanından altı küruh 

məsafədə yerləşən Manəsni çayının sahilinə endik. 

Həsən xandan əvvəl onun babaları Ticarədə otururlarmış. Mən Hindis-

tana gəlib Pehar xanı məğlub edərək Lahor və Dibalpuru aldığım il [=1524] 

məndən qorxduğu üçün gələcəyi düşünərək bu kurqanın möhkəmləndirilmə-

ilə məşğul olmuşdu. 

Həsən xanın  Kərmçənd  adlı mötəbər bir  adamı  -oğlu  Aqrada ikən  də 

gəlmişdi-  yenə  oğlunun  yanından  Əlvardan  (326  b)  gəlib aman  dilədi.  Əb-

dürrəhim  Şiğavul  vəd  fərmanlanyla  və  onunla  birlikdə  oraya  göndərildi.  O 

da gedib Həsən xanın oğlu Nahir xanı alıb gəldi. Təkrar inayət göstərildi və 

bir neçə leklik pərgənə təxsisat olaraq verildi. 

Xosrovun  savaşda  yaxşı  işlər  görmüş  olduğunu  zənn  etdiyim  üçün 

təxsisatını  əlli  lek  edib  Əlvara  təyin  etdik,  amma  bəxtsizliyi  üzündən  naz-

lanaraq  qəbul  etmədi.  Sonradan  anlaşıldı  ki,  işi  Cin-Teymur  Sultan  görüb-

müş. Mükafat Sultana verilib Mivatin paytaxtı olan Ticarə şəhəri ona ehsan  

edildi və təxsisatı da əlli lekə çıxarıldı. 

Sanka  müharibəsində  sağ  qolun  pusquçusu  olan  Turdukə,  digərlərinə 

nəzərən daha yaxşı vuruşmuşdu, onun təxsisatı on beş lekə çıxarılaraq, özü-

nə  də  Əlvar  kurqanı  ehsan  edildi.  Əlvar  kurqanının  xəzinələri  isə  içindəki-

lərlə birlikdə Hümayuna verildi. 

O yurddan rəcəb ayının birinci çərşənbə günü [=3 aprel] qalxıb Əlva-

rın iki küruh məsafəsinə gəldik. Gedib Əlvar kurqanını gəzdim və o gecəni 

orada keçirərək ertəsi gün ordugaha gəldim. 

 

HÜMAYUNUN KABĠLƏ QAYITMASI 

 

Kafirlərlə savaşın başlamasından bir az əvvəl, bəhs etdiyim kimi, bö-

yüklər və kiçıklər and içəndə (327 a) bu fəthdən sonra heç kimə vəzifə təklif 

edilməyəcəyi və getmək istəyən hər kəsə izin veriləcəyini də söyləmişdim. 

Hümayunun nökərlərinin əksəriyyəti Bədəxşan civarındakı xalqdandı. 

Daha öncə heç biri bir, ya da iki ay qədər davam edən səfərdə iştirak etmə-

mişdi. Hələ savaş başlamadan taqətsiz düşmüşdülər. Belə bir vəddə bulun-

duğum  və  Kabil  də  boş  qaldığı  üçün  Hümayunun  Kabilə  qayıtmasına  izin 

verməyi qərarını aldım. 

Bu qərarla birlikdə Əlvardan cümə axşamı günü, rəcəb ayının doqqu-

zunda hərəkət edib dörd-beş küruh gedərək Manəsni çayının sahilinə endik. 

Mehdi Xocanın  da çox iztırabı vardı, onun da Kabilə getməsinə izin verildi. 

Biyanənin şikdarlığı Dost eşik-ağaya verildi. Mehdi Xocaya daha öncə Əta-

və verilmişdi. Amma Qütb xan Sərvani Ətavəni buraxıb qaçınca oraya Meh-

di Xocanin  yerinə oğlu Cəfər Xoca göndərildi. 


BABURNAMƏ 

 

345 



Hümayuna izin verdiyim üçün iki-üç gün boyunca bu yurdda qaldım. 

Mömin Əli Tavaçı da bir fəthnaməylə birlikdə bu yurddan Kabilə göndərildi. 

 

FĠRUZPUR ÇEġMƏSĠNƏ VƏ KUTĠLƏNĠN 

BÖYÜK GÖLÜNƏ GƏZĠNTĠ 

 

Firuzpur  çeşməsinin  və  Kutilənin  böyük  gölünün  tərifini  eşitmişdim. 

Həm Hümayunu yola salmaq, həm də bu yerləri gəzmək üçün ordugahı bu-

rada qoyub bazar günü (327 b) hərəkət etdim. 

O gün Firuzpuru və çeşməsini sey redib məcun yedik. Çeşmənin suyu-

nun gəldiyi dərədə tamamiln kənir çiçəkləri açmışdı. Tərif edildiyi qədər ol-

masa belə, xoş bir yerdi. Bu dərənin içinə, suyun bir az geniş olduğu bir ye-

rə daşları yontub hövzi-kəbir tikilməsini əmr etdim.  

Gecəni  o  dərədə  keçirib  ertəsi  gün  Kutilə  gölünü  gəzdim.  Gölün  hər 

tərəfinə  bir  dağın  ətəyi  uzanır.  Manəsni  çayı  bu  gölə  axır.  Olduqca  böyük 

bir göldü. Bir sahilindən digər sahili yaxşı görünmürdu. Gölün ortasında bir 

yüksəklik, onun ətrafında bir çox kiçık qayıqlar vardı. Civarındakı kəndlilər 

qarışıq  zamanlarda  qayıqlara  minərək  oraya  gedib  özlərini  qurtarırlarmış. 

Biz gələndə də xeyli adam qayıqlara minib gölün içərisinə doğru getdi. 

Gölü seyr etdikdən sonra gedib Hümayunun ordugahına endik. Orada 

dinclənib  yemək  yedikdən sonra Mirzəyə  və bəylərə  xələtlər  geydirib  yatsı 

vaxtı Hümayuna vida etdik. Oradan hərəkət etdik və yolda bir yerdə uyuyub 

təkrar hərəkət edərək dan ağaranda Kühri pərgənəsindən keçib yenə qısa bir 

müddət uyuduqdan sonra Tudəyə enmiş olan ordugaha döndük. 

Tudədən qalxıb Sunkara enəndə Əbdürrəhimə [Şiğavul] təslim edilmiş 

olan Həsən xan (328 a) Mivatinin oğlu Nahir xan qaçdı. 

Oradan qalxıb arada bir dəfə dincəldikdən sonra Büsavər ilə Çusə ara-

sındakı  dağın  çıxıntısında  yerləşən  bulağa  enib  çadırlar  qurduraraq  məcun 

yedik. Orduyla birlikdə buradan keçərkən Turdu bəy Xaksar bu bulağı tərif 

etmişdi, orada gəlmiş və at üstündə seyr edib keçmişdik. Gözəl bir bulaqdır. 

Hindistanda axarsu heç yoxdur, bulaq da azdır. Nadir olaraq rastlanan 

bulaqlar da yerdən sızıntı kimi sızaraq çıxır, bizim tərəflərin bulaqları kimi 

fışqıraraq çıxmır. Bu bulağın suyu isə bir dəyirmanı işlədəcək suyun yarısı 

qədər  vardı  və  dağın  ətəyindən  fışqıraraq  çıxırdı.  Ətrafı  tamamilə  çayırdı. 

Çox  xoşuma  gəldi.  Bulağın  üstünə,  yonulmuş  daşlardan  səkkiz  guşəli  bir 

hovuz tikilməsini əmr etdim.  

Bulağın yanında otururkən məcunun təsiri altında ola Turdu bəy öyü-

nərək, durmadan belə təkrar edirdi: «Çün çaye xoş kərdəəm, name mibayəd 

mand»  (Madam  ki  bir  yeri  gözəlləşdirdim,  bir  ad  verilməsi  lazımdır).  Ab-

dullah [Kitabdar] da dedi ki: «Çeşmeyi-padişahi-Turdu bəy xoşkərdə» (Tur-

du bəy tərəfindən gözəlləşdirilən padşah bulağı demək lazımdır). 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



346 

Onun bu sözü xeyli gülüşməyə və zarafata səbəb oldu. 

Dost eşik-ağa, Biyanədən gəlib bu bulaq başında mülazimət etdi. 

Buradan  (328  b)  gedib  təkrar  Biyanəni  gəzdim.  Oradan  da  Sirkiyə 

gələrək salınması əmr edilən bağın yanında iki gün qaldım. Bağa diqqət ye-

tirdikdən sonra, cümə axşamı günü, rəcəb ayının iyirmi üçündə [=25 aprel] 

səhər vaxtı Aqraya çatdım.  

Bəhs  etdiyim  kimi,  düşmənlər  bu  qarışıqlıq  zamanında  Çəndvar  ilə 

Rabirini də əllərinə keçirmişdilər. Məhəmməd Əli Cəng-Cəng, Qoç bəy oğ-

lu  Turdu  bəy,  Əbdülməlik  Qurçu  və  dəryaxaniləri  ilə  birlikdə  Hüseyn  xan 

Çəndvar ilə Rabirinin üstünə göndərildilər. 

Çəndvara  yaxınlaşdıqlarında  orada  olan  Qütb  xan  Sərvaninin  adamı 

bunların  gəldiyini  eşidərək  qaçıb  gedir,  bunlar  da  Çəndvarı  zəbt  etdikdən 

sonra Rabiriyə keçirlər. 

Hüseyn  xan  Nuhaninin  adamları  küçələrə  barrikadalar  quraraq  bir  az 

savaşmaq niyyətilə qarşı çıxırlar, amma bizimkilər üstlərinə yüklənincə qar-

şı dura bilməyib qaçırlar. Hüseyn xan filə minərək bir neçə adamıyla birlik-

də çaya girir və suda boğulur. 

Bu  xəbəri  duyunca,  Qütb  xan  Sərvani  də  Ətavəni  buraxıb  bir  dəstə 

adamıyla birlikdə qaçdı. Ətavə öncədən Mehdi Xocaya vəd edilmiş olduğu 

üçün Ətavəyə onun yerinə oğlu Cəfər Xoca göndərildi. 

 

DĠGƏR TƏYĠNATLAR 

 

Bəhs  etdiyim kimi,  kafir  Sankanın üsyanında  hindistanlılar ilə əfqan-

ların  çoxu  bizdən  üz  çevirərək  bütün  pərgənə  və  vilayətləri  əllərinə  keçir-

mişdilər.  Sultan  Məhəmməd  Dulday  Kanucu  buraxıb  gəlmiş  olduğu  üçün 



(329  a)  qorxusundan  və  ya  xəcalətindən  Kanuca  getməyi  qəbul  etmədi  və 

Kanucun otuz lekini Sihrindin on beş lekinə dəyişdi. Kanuc da Məhəmməd 

Sultan Mirzəyə ehsan edilib təxsisatı otuz lek oldu. 

Bedaunu Qasım Hüseyn Sultana verildi. Onu türk əmirlərindən böyük 

və  kiçık  qardaşları  və  moğollarıyla  birlikdə  Məlik  Qasım  Baba-Qaşqa, 

Əbülməhəmməd  Nizəbaz,  atasıyla  Müəyyəd,  dəryaxaniləri  ilə  və  Sultan 

Məhəmməd  Duldayın  nökərləri  ilə  birlikdə  Hüseyn  xan,  hind  əmirlərindən 

Əli xan  Fərmüli,  Məlikdad  Kərərani,  Şeyx  Məhəmməd  Şeyx  Nikari,  Tatar 

xan Xani-cahan ilə birlikdə Məhəmməd Sultan Mirzəyə qoşub kafir Sanka-

nın yaratdığı qarışıqliq dönəmində gəlib Ləknuru zəbt etmiş Bibənin üstünə 

göndərdim. Bu ordu Qanq  çayından keçdiyi  zaman  Bibən  onların  gəldiyini 

xəbər alaraq əşyalarını buraxıb qaçdı. Əsgər arxasından Xeyrabada gedib bir 

neçə gün qaldıqdan sonra, oradan geri qayıtdı. 

Xəzinələr bölüşdürülmüşdü. Vilayətlər ilə pərgənələri təqsim edincəyə 

qədər bu kafir işi araya girmişdi. Kafirlə savaşdan sonra isə vilayət və pər-


BABURNAMƏ 

 

347 



gənələr paylaşdırıldı. (329 b) Yağmur mövsümü yaxınlaşdığı üçün hər kəsin 

öz pərgənəsinə gedib hazırlığını görməsinə və yağmur mövsümü keçər-keç-

məz də hərəkətə hazır olmasına qərar verildi. 

Bu əsnada Hümayunun Dehliyə gedib oradakı xəzinələrin bir neçəsini 

icazəsiz zəbt etdiyi xəbəri gəldi. Ondan heç bir zaman belə bir hərəkət göz-

ləmirdim. Bu mənə çox ağır gəldi. Ağır xəbərdarlıq məktubu göndərdim. 

İraqa elçi olaraq gedib oradan Süleyman Türkmən ilə birlikdə dönmüş 

olan Hacəgi Əsəd, cümə axşamı günü, şaban ayının on beşində [=16 may], 

yenə Süleyman ilə birlikdə və müvafiq hədiyyələrlə şahzadə Təhmasibin ya-

nına elçi olaraq göndərildi. 

Turdu  bəy  Xaksarı  dərvişlikdən  çıxarıb  sipahi  eləmişdim.  Bir  neçə  il 

mülazimətdən sonra, dərvişlik dərdi təkrar oyanaraq izin istədi, izin verib el-

çi olaraq Kamran [Mirzə]nin yanına göndərildi. 

Keçən  il  Hindistanı  tərk  edib  gedənlər  haqqında  tək  bir  qitə  yazmış-

dım. Molla Əlixana xitabən yazılmış bu qitə Turdu bəy vasitəsilə ona gön-

dərildi. O qitə budur:  

Ey olar kim, bu hind kişvərindən 

Vardınız anlab özgə rəncü sitəm. (330 a) 

 

Kabilə, xoş havasına darıxıb, 



Hinddən uzaq getdiniz ol dəm. 

 

Gördünüz, tapdınız ikən onda – 



İşrətü eyş bilə nazü neəm. 

 

Biz dəxi ölmədik bihəmdülla, 



Gərçi çox rənc yedik, bihəd qəm. 

 

Xətti-nəfsi məşəqqət bədəni



Sizdən ötdiyü ötdü bizdən həm. 

Bu ramazanı Həşt-Behişt bağında keçirdik. Hər təravih qüsl ilə qılındı. 

On  bir  yaşımdan  bəri  iki  ramazan  bayramını  arxa  arxaya  eyni  yerdə  keçir-

məmişdim. Ötən ramazan bayramı Aqrada olduğum zamana təsadüf etmişdi. 

Bu  qaydaya  xələl  gətirməmək  üçün  ayın  sonuncu  bazar  günü  axşamı  bay-

ramı qeyd etmək üzrə Sikriyə getdim. 

Sikridə  salınan  Baği-Fəthin  şimal-qərb  tərəfindəki  daş  taxt  hazır  ol-

muşdu. O taxtın üzərində ağ çadır qurub bayramı orada qeyd etdik. Aqradan 

hərəkət etdiyimiz axşam Mir Əli Qurçu da Şah Həsənin yanına Təttəyə gön-

dərildi. Şah Həsənin karta çox düşkün idi, bir dəst istəmişdi, onunla bir dəst 

də kart göndərdim. 

Bazar  günü,  zülqədə  ayının  beşində [=4  avqust] xəstələndim, xəstəli-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



348 

yim on yeddi gün davam etdi. 

Cümə  günü,  həmin  ayın  iyirmi  dördündə  [=23  avqust]  Dulpura  gəz-

məyə getdik. Gecə yarı yolda uyuyub (330 b) sabah tezdən Sultan İskəndə-

rin bəndinə gəlib endim. Bənddən bir az aşağıda, dağın bittiyi  yerdə, tikin-

tidə işlənən qırmızı  daşdan  böyük  bir parça düşmüşdü.  Ustad  Şah Məhəm-

məd daşçını gətirdib əgər yekparə bir ev düzəltmək mümkünsə  yekparə bir 

ev  düzəltməyi,  əgər  alçaq  gəlsə,  həmin  daşdan  yekparə  bir  hovuz  qazmağı 

əmr etdim. 

Dulpurdan Bari tərəfinə getdim. Ertəsi gün Baridən hərəkət edib Bari 

ilə  Çənbəl  arasındakı  dağı  keçərək,  Çənbəl  çayını  seyr  etdikdən  sonra  geri 

döndüm. Bu aradakı dağda abnus ağacı gördük. Sən demə, bu ağacın bəyazı 

da olurmuş. Bu dağdakıların çoxu ağ abnus ağacıydı. Baridən gedib Sikrini 

gəzdikdən sonra çərşənbə günü, ayın iyirmi doqquzunda [=28 avqust] Aqra-

ya gəldim.  

O  günlərdə  Şeyx  Bəyazid  haqqında  çox  da  yaxşı  olmayan  xəbərlər 

söyləyirdilər. Sultan Əli Türk iyirmi günlük möhlət ilə Şeyx Bəyazidin  ya-

nına göndərildi. 

Cümə günü, zilhiccə ayının ikisində [=30 avqust] qırx bir dəfə oxunan 

virdə


1

 başladım. 

Yenə o günlərdə 

Gözü qaşü sözü telinimi de,  

Qəddü xəddü saçü belinimi de 

beytimi beş yüz dörd vəzndə təqti etdim

2

. Bu xüsusda bir risalə yazdım. 



O  gün  təkrar  (331  a)  xəstələndim  və  bu  dəfə  xəstəliyim  doqquz  gün 

davam  etdi.  Cümə  axşamı  günü,  zilhiccə  ayının  iyirmi  doqquzunda  [=25 

sentyabr] gəzmək üçün Kül və Sənbələ hərəkət etdim. 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

                                                           

1

 Vird: müəyyən zamanlarda oxunması adət olan Quran cüzləri, duaları. 



2

 Təqti: ədəbiyatda mənzuməni vəzn parçalarına görə ayırıb aralıqlı oxuma. 



BABURNAMƏ 

 

349 



 

 

 



 

 

 



 

 

 



HİNDİSTAN - 934 (27 SENTYABR 1527 - 15 SENTYABR 1528) 

 

DOQQUZ YÜZ OTUZ DÖRDÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ 

 

Məhərrəm ayının birinci şənbə günü [=28 sentyabr] Külə endik. 

Hümayun Dərviş Əli ilə Yusifi [Riqabdar] Sənbəldə buraxmışdı, onlar 

da çaydan keçərək Qütb Sərvani ilə bir neçə racəni möhkəm məğlub etmiş-

lər. Bir çox adamı öldürmüş, xeyli baş və bir də fil göndərmişlər, biz Küldə 

ikən gətirdilər. 

İki gün Külü seyr edib Şeyx Gürənin xahişi ilə onun evinə düşdük. Zi-

yafət verib hədiyyələr təqdim etdi. Oradan hərəkətlə Ötrüliyə endik. Çərşən-

bə günü Qanq çayından keçib Sənbəl kəndlərində dincəldik və cümə axşamı 

günü  Sənbələ  endik.  Sənbəldə  iki  gün  gəzdikdən  sonra,  şənbə  günü,  səhər 

vaxtı geri qayıtdıq. 

Bazar günü Sikəndərədə Rav Sirvaninin [Ravuy Sərvani] evinə endik. 

Yemək  verib  xidmət  etdi.  Oradan  dan  üzü  hərəkət  etdik.  Yolda  bir  bəhanə 

ilə  məiyyətimdəkilərdən  ayrılıb  atımı  dördnala  çaparaq,  Aqradan  bir  küruh 

məsafəyə  qədər  təkbaşıma  gəldim.  Məiyyətimdəkilər  sonra  arxadan  gəlib 

yetişdilər. Günorta Aqraya endik. 

Bazar günü, məhərrəm ayının on altısında [=13 oktyabr] isitdim, titrət-

dim,  xəstəlik  iyirmi  beş-iyirmi  altı  gün  çəkdi,  dərman  içdim,  axırda  yaxşı-

laşdım. Yuxusuzluq və susuzluq üzündən çox iztirab çəkdim. 

Xəstə olduğum o günlərdə üç-dörd (331  b) rübai söylədim. Onlardan 

biri də budur:  

Cismimdə isitmə gündə möhkəm oladır, 

Gözdən uçadır uyğu, çü axşam oladır, 

Hər ikisi qəmim bilə səbrim tək 

Hey dəyişər; bu artadır, ol kəm oladır. 

Şənbə  günü,  səfər  ayının  iyirmi  səkkizində  [=23  noyabr]  xalalarım 

Fəxri-Cahan bəyim ilə Xədicə Sultan bəyim gəldilər. Gəmiylə gedib Sikən-

dərabaddan bir az yuxarıda mülazimət etdim. 

Bazar  günü Ustad  Əliqulu böyük topla bir daş  atdı. Gərçi  daşı  uzağa 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



350 

getdi,  amma  top  parça-parça  oldu.  Bir  parçası  xalqın  üstünə  düşdü,  səkkiz 

adam həlak oldu. 

Bazar ertəsi  günü, rəbiüləvvəl  ayının  yeddisində  [=2  dekabr]  gəzmək 

üçün Sikriyə getdim. Gölün içində tikilməsini əmr etdiyim səkkiz guşəli taxt 

tamamlanmışdı. Gəmiylə oraya gedib çadır qurduraraq məcun yedik. 



 

BABUR ÇƏNDĠRĠ SƏFƏRĠNƏ ÇIXIR 

 

Sikri  gəzintisindən  sonra  bazar  günü  axşamı,  rəbiüləvvəl  ayının  on 

dördündə savaşmaq niyyətilə Çəndiri tərəfinə hərəkət edib üç küruha qədər 

getdikdən  sonra  Cəlisirə  endik.  Orada  əsgərin  hazırlıqlarını  tamamlaması 

üçün  iki  gün  qaldıqdan  sonra  cümə  axşamı  günü  atlanaraq  Ənvara  vardıq. 

Ənvardan  gəmiyə minərək Çəndvara çıxdıq. Oradan da  mənzil-mənzil irə-

liləyərək bazar ertəsi günü, ayın iyirmi səkkizində Kənar keçidinə endik. 

Cümə  axşamı  günü,  rəbiüləvvəl  ayının  ikisində  [=26  dekabr]  çaydan 

keçdim. Əsgər suyu keçincəyə qədər dörd-beş gün (332 a) orada qaldıq. Bu 

bir  neçə  gün  içində  arxa-arxaya  gəmidə  məcun  yedik.  Çənbəl  çayının  bu 

nəhrə töküldüyü yer Kənar keçidindən bir-iki küruh daha yuxarıdadır. Cümə 

günü  Çənbəl  çayında  gəmiyə  minib  iki  çayın  birləşdiyi  yerdən  keçərək  or-

dugaha gəldik. 

Gərçi Şeyx Bəyaziddən  açıq bir müxalifət  görünmürdu, lakin hərəkət 

və  tövründən  müxalifət  niyyətində  olduğu  bəlliydi.  Bu  işlə  maraqlanması 

üçün  Məhəmməd  Əli  Cəng-Cəngi  ordudan  ayıraraq  Kanucdan  Məhəmməd 

Sultan  Mirzəni  və  o  civardakı  Qasım  Hüseyn  Sultan,  Bixub  Sultan,  Məlik 

Qasım, Kuki, Əbülməhəmməd Nizəbaz, böyük və kiçık qardaşları və dərya-

xaniləri  ilə  birlikdə  Mənuçöhr  xan  kimi  sultan  və  əmirləri  toplayıb  Sər-

vardakı  asi  əfqanlarm  üsyünə  hərəkət  etmək  üçün  göndərdik.  Bunlar  Şeyx 

Bəyazidi də çağıracaqdılar. O, səmimiyyətlə gəlib qoşulsa birlikdə gedəcək, 

gəlməsə əvvəlcə onu bərtərəf edəcəkdilər. Məhəmməd Əli bir neçə fil istədi, 

ona qədər fil verildi. Məhəmməd Əliyə izin verdikdən sonra Baba Çöhrəyə 

gedib onlara qoşulması əmr edildi. 

Kənardan bir neçə gəmiylə irəlilədik. Çərşənbə günü, rəbiülaxır ayının 

səkkizində [=l yanvar 1528] Kalpidən bir küruh məsafədə endik. Sultan Səid 

xanın  kiçık  qardaşı  Sultan  Xəlil  Sultanın  oğlu  Baba  Sultan  bu  yurdda  ikən 

gəlib  bizə  mülazimet  etdi.  O,  keçən  il  böyük  qardaşlarındən  qaçıb  (332  b) 

Endərab  sınırına  gəlincə  peşman  olmuş  və  təkrar  dönərkən  Kaşğara  yaxın-

laşdığı sırada, xan Heydər Mirzəni göndərib onu geri qaytarmışdı. 

Ertəsi gün Kalpidə Aləm xanın [Cəlal xan Cighetin oğlu] evinə endik, 

Hindistan tərzində yeməklər ikram edib hədiyyələr verdi. 

Bazar ertəsi günü, ayın on üçündə [=6 yanvar} Kalpidən hərəkət etdik. 

Cümə günü İricə, şənbə günü də Bəyazidə endik. 



BABURNAMƏ 

 

351 



Bazar günü, ayın on doqquzunda Cin-Teymur Sultan komandanlığın-

da altı-yeddi min adam bizdən bir az irəliyə, Çəndiri üstünə göndərildi. Ge-

dən  ilqar  bəyləri  Baqi  minbəyi,  Turdu  bəy,  Qoç  bəy,  Aşiq  Bəkavul,  Molla 

Apağ, Möhsün Dulday və Hindistan bəylərindən Şeyx Gürəndi. 

Cümə günü, ayın iyirmi dördündə [=17 yanvar] Keçvə sahilinə endik. 

Keçvə xalqına vədlərdə bulunduq və Keçvə bölgəsi Bədrəddinin oğluna ve-

rildi. 

 

KEÇVƏNĠN TƏRĠFĠ 

 

Keçvə olduqca gözəl bir yerdir. Ətrafında kiçık-kiçık təpələr var. Keç-



vənin  cənub-şərqi  yönündəki  dağ  arasına  bir  bənd  düzəltmişlər,  böyük  bir 

göl olmuş. Ətrafı beş-altı küruh olar. Bu göl Keçvənin üç tərəfini əhatə edir. 

Şimal-qərb tərəfində kiçık bir çayır var, şəhərin qapısı da bu tərəfdədır. 

Gölün  içində  üç-dörd  adam  sığacaq  kiçık  qayıqlar  vardır.  Əgər  xalq 

qaçmağa məcbur olsa, bu qayıqlara minib (333 a) suyun içinə doğru gedir-

miş. 


Keçvəyə qədər yenə iki yerdə dağ arasında belə bənd düzəldib Keçvə 

gölündən bir az daha kiçık göllər yaratdıqlarını görmüşdük.  

Keçvədə  bir  gün  qaldım,  arabalar  və  topun  zəhmətsizcə  keçə  bilməsi 

üçün  yoldakı  çuxurları  doldurub  cəngəllikləri  kəsmək  üzrə  çavuşlar  və  bir 

çox istehkamçı təyin edildi. 

Keçvədən  qalxıb  arada  bir  dincəldikdən  sonra  Çəndiridən  üç  küruh 

məsafədə yerləşən Burxanpur çayını keçib endik. 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin