ZƏHĠRƏDDĠn məHƏMMƏd babur


RANA SANKA ÜZƏRĠNƏ SƏFƏR HAZIRLIĞI



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə38/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

 

RANA SANKA ÜZƏRĠNƏ SƏFƏR HAZIRLIĞI 

 

Bazar  ertəsi  günü,  cəmadiyüləvvəl  ayının  doqquzunda  [=11  fevral] 



müharibə üçün yola çıxaraq məhəllələrin dışındakı ovaya endik. Əsgər yığ-

maq və əsgərin təchizatını tamamlamaq üçün burada üç-dörd gün qaldıq. 

İnanmadığımız  üçün  hindu  əmirləri  çeşitli  yerlərə  ilqar  təyin  etdik. 

Aləm  xan  [Təhəngəri]  (309  b)  Rəhimdada  köməkçi  olaraq  Güvalyara ilqar 

göndərildi. Məkən, Qasım bəy Sənbəli, Məhəmməd Zeytun, böyük və kiçık 

qardaşları ilə Həmid [xan Sarənghani] də Sənbələ ilqar təyin edildilər. 

Bu yurdda alınan xəbərlərə görə, Rana Sanka bütün əsgəriylə Biyanə-

nin yaxınına qədər axın edir. Önçülüyə gedənlər xəbər verə bilməmiş, hətta 

kurqana  belə  girə  bilməmişlər.  Kurqandakılar  da  düşmənə  qarşı  kurqandan 

bir az uzağa, həm  də bir az  ehtiyatsız davranaraq çıxmışlar. Düşmən daha 

qüvvətli olduğu üçün bunları məğlub edərək qaçırmış. 

Səngər xan Cəncuhə orada şəhid oldu. Döyüşün qaynar çağında Kəttə 

bəy zirehsız olduğu halda qoşaraq irəli çıxır. Bir kafiri atından salıb tam ələ 

keçirəcəyi əsnada o kafir Kəttə bəyin qılıncını qapıb Kəttə bəyin düz çiyninə 

vurur.  Kəttə  bəy  çox  iztirab  çəkdi  və  Rana  Sanka  ilə  savaşa  gələ  bilmədi. 

Bir müddət sonra bir az yaxşılaşdı, lakin şikəst qaldı. 

Qəsəmtay, Şah Mansur Barlas və Biyanədən gələn digər hər kəs qorx-

duqları üçünmü, yoxsa xalqı qorxutmaq istədiklərindənmi, bilmirəm, kafirin 

əsgərini cürət və cəsarət baxımından möhkəm öydülər. 

Səfərə  çıxdığımız  yurddan  Medhakur  pərgənəsində  ordunun  enəcəyi 

yerə  qədər  bir  çox  quyunun  qazılması  üçün  istehkamçılarla  birlikdə  Qasım 

Miraxur  göndərilmişdi.  Şənbə  günü,  cəmadiyüləvvəl  ayının  on  dördündə 

[=16  fevral]  Aqra  civarından  qalxıb  quyuların  qazıldığı  yurda  gəlib  endik. 

(310 a) 

Ertəsi gün də oradan qalxıb bu civarda suyu bol olan və orduya yetərli 

                                                           

1

 Ser/sir: indi qarşılığı tam olaraq bilinməyən bir ağırlıq ölçüsüdür. 



BABURNAMƏ 

 

325 



gələcək  yerin Sikri olduğunu, lakin oranın kafir tərəfindən zəbt edilmiş ola 

biləcəyini düşünərək sağ və sol qollarımızı və mərkəz səflərimizi döyüş ni-

zamına salaraq hərəkət etdik. 

Dərviş  Məhəmməd  Sarban  ilə  Qəsəmtay  Biyanəyə  gedib  gəlmiş  ol-

duqları üçün ərazini tanıyırdılar. Onlar Sikri gölünün sahilində düşərgə yeri 

tapmaq üçün irəli göndərildilər. Gedib o yurda enər-enməz, Mehdi Xoca və 

Biyanədəkilərə dərhal gəlib bizə qoşulmaları üçün çapar göndərdik. 

Hümayunun nökəri Bəy Mirək Moğol kafirdən xəbər bilmək üçün bir 

neçə igidlə birlikdə irəli göndərildi. Gecə getdilər və sabah düşmənin Büsa-

vərdən bir küruh daha irəliyə enmiş olduğu xəbərini gətirdilər. O gün Mehdi 

Xoca, Məhəmməd Sultan Mirzə və Biyanədəki ilqar gəlib bizə qoşuldu. 

Bəylər növbə ilə önçülüyə təyin edildilər. Əbdüləziz [Miraxur] önçü-

lük növbəsində irəlini-gerini düşünmədən birbaşa Sikridən beş küruh məsa-

fədə yerləşən Qanvahəyə getmişdi. Kafir bir az irəliyə köç etmiş imiş. Bun-

ların belə dördnala irəlilədiklərini öyrənərək dörd-beş min düşmən gəlib ye-

tişirlər. Əbdüləziz ilə Molla Apağın yanında min-min beş yüzə qədər adam 

vardı. (310 b) Düşmənin sayını nəzərə almadan bunlar da savaşa girirlər, la-

kin izdihamlı əsgər hücuma keçincə qaçırlar. 

Bu xəbəri alınca nökərləri ilə birlikdə Mühib Əli Xəlifəni dərhal oraya 

göndərdik.  Molla  Hüseyni  və  digər  bəzilərini  də  arxa-arxaya  bunlara  kö-

məkçi göndərdik. Sonra Məhəmməd Əli Cəng-Cəng də göndərildi. 

Amma kafirlər Mühib  Əli  yetişincəyə  qədər  Əbdüləziz və  yanındakı-

ları qaçıraraq bayrağını alıb Molla Nemət, Molla Davud, Molla Apağın ki-

çık  qardaşı  və  digər  bir  neçə  adamı  yaxalayıb  şəhid  edirlər.  Bizimkilər  də 

yetişir və Mühib Əlinin dayısı Tahir Təbəri dərhal hücum edir. Lakin digər 

yardım gücləri hələ yetişmədiyi üçün kafirlər Tahiri də orada ələ keçirirlər. 

Mühib Əli də savaş zamanı  yerə düşür, amma Baltu  yandan girərək Mühib 

Əlini  qurtarır.  Kafirlər  bir  küruh  məsafəyə  qədər  bizimkiləri  təqib  edir  və 

Məhəmməd Əli Cəng-Cəngin qaraltısı görününcə dayanırlar. 

Bizə düşmənin yaxınlaşdığı xəbərləri ard-arda gəlirdi. Zireh geyib, at-

lara da zireh  örtüb  silahlanaraq sürətlə  hərəkət  etdik.  Top arabalarını  çəkib 

gətirmələrini əmr etdim. Bir küruh qədər irəlilədik. Düşmənin adamları geri 

dönmüşdü. 

Yaxınımızda böyük bir göl vardı. Su üçün oraya endik. Arabaları ön 

tərəfdən qorunaqlı bir hala gətirib onları zəncirlərlə bir-birinə bağladıq. Hər 

iki arabanın arası yeddi-səkkiz kari qədərdı və buraya zəncir çəkilirdi. Mus-

tafa Rumi rum (311  a) tərzində arabalar düzəltmişdi. Çox  yüngül, funksio-

nal və gözəl arabalardı. 

Ustad Əliqulu ilə yola getmədiyi üçün Mustafa sağ qola, Hümayunun 

yanına təyin edildi. Araba yetişməyən yerlərə xorasanlı və hindistanlı isteh-

kamçılara xəndəklər qazdırıldı. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



326 

Kafirin  bu  qədər  tez  gəlməs,  Biyanədəki  savaş,  Şah  Mansur,  Qəsəm-

tay  və  Biyanədən  gələn  digərlərinin  anlatdıqları  və  öygüləri  üzündən  əs-

gərlərin  cəsarəti  qırılmışdı.  Əbdüləzizin  yenilgisi  də  bunu  büsbütün  artırdı. 

Xalqın əndişəsini azaltmaq və əsgərin istehkam hazırlığı üçün arabaların ye-

tişmədiyi yerlərə ağacdan səhpa kimi şeylər qoyuldu, yeddi-səkkiz kari olan 

hər səhpanın arası da öküz dərisindən düzəldilmiş qayışlarla bir-birinə möh-

kəmcə bağlandı.  

Bu hazırlıq tamamlanıncadək iyirmi-iyirmi beş gün keçdi. 

O  əsnada Kabildən Sultan Hüseyn Mirzənin  qızının oğlu  olan  Qasım 

Hüseyn  Sultan,  Seyid  Yusifun  oğlu  Əhməd  Yusif,  Qivam  bəy  Orduşah  və 

oradan-buradan yığılmış beşbyüzə qədər adam daha gəldi. 

Məhəmməd Şərif Münəccim uğursuz da bunlarla birlikdə gəldi. Şərab 

gətirmək üzrə Kabilə getmiş olan Baba Dost Suçu da Qəznənin məqbul şə-

rablarından üç qatar (311 b) dəvə yüküylə bunlarla birlikdə gəldi. 

Söylədiyim kimi, meydana gələn olaylar və durumlar, saçma sözlər və 

dedi-qodular  üzündən  əsgərin  təlaşının  və  qorxusunun  artdığı  bir  zamanda 

bu uğursuz Məhəmməd Şərif Münəccim də -gərçi mənə söyləyəcək faydalı 

bir  sözü  yoxdu-  rast  gəldiyi  hər  kəsə  sürəkli  olaraq  bugünlərdə  Mərrixin 

qərb  tərəfində  olduğunu  və  bu  tərəfdə  savaşan  hər  kəsin  məğlub  olacağını 

söyləyirdi. Bunu belə bir uğursuzdan kim xəbər almış ki. Bu vəziyyət cəsa-

rətsiz xalqın gözünü daha artıq qırdı. Onun bu saçma sözlərinə qulaq vermə-

dən,  görəcəyimiz  işləri  dayandırmadan  savaş  hazırlığı  ilə  uğraşaraq  səfləri 

nizamlamağa qeyrət etdik. 

Bazar günü, ayın iyirmi ikisində [=24 fevral] Şeyx Cəmalini, Miyan-

Duab oxçularını və Dehlidən yığa bildiyi qədər əsgər yığıb bunları digər tə-

rəfdən düşmənə narahatlıq yaratmaq üzrə Mivat kəndlərinə axın etmələri və 

əllərindən gələn hər şeyi etmələri üçün göndərdik. Kabildən gəlməkdə olan 

Molla Türk Əliyə də Şeyx Cəmaliyə qoşularaq Mivata axın etməsi və düş-

məni vahiməyə çalışması əmr edildi. Məğfur Divana da eyni əmr verildi.  

Bunlar da gedib Mivatın bir neçə kənar kəndlərinə axın edərək yağma-

lamış və əsirlər almışlar. Lakin bu surətlə düşmən umduğumuz qədər da na-

rahat olmadı.  

 

BABURUN ĠÇKĠYƏ TÖVBƏ ETMƏSĠ 

 

Bazar  ertəsi  günü,  cəmadiyüləvvəl  ayının  iyirmi  üçündə  [=25  fevral] 



(312 a) bir az gəzmək üçün ata mindim. Gəzinti əsnasında [içkiyə] tövbə et-

mə  sıxıntısını  düşünürdum  və  məşru  olmayan  bir  işi  görməyə  davam  etdi-

yim üçün sürəkli vicdan əzabı duyurdum. Dedim ki: «Ey nəfs, 

 

 


BABURNAMƏ 

 

327 



Çənd başi zi məasi məzəkəş, 

Tövbə həm biməzə nist bi çəş

1

. 

 

Necə üsyan



2

 ilə aludəliyin, 

Necə hirman

3

 ara asudəliyin,  



 

Necə nəfsinə olursan tabe,  

Necə ömrünü qılırsan zaye? 

 

Niyyəti-qəzv



4

 ilə kim, yürübsən, 

Ölməyini özünə görübsən, 

 

Kim ki, ölmək özünə cəzm



5

 edər, 


Uşbu halətdə bilirsənmi nedər? 

 

Dur



6

 edər bütün mənahidən

7

 özün, 


Arıdar cümlə günahından özün, 

 

Xoş qılıb öznü bu keçməklikdən, 



Tövbə qıldım çaxır içməklikdən, 

 

Altunü nüqrə,



8

 sürahiyü əyağ

9



Məclis aləti tamamın ol çağ 



 

Hazır edib, hamısın sındırdım, 

Tərk edib meyi, könül dindirdim. 

Bu  qırılmış  altın  və  gümüş  sürahilər  və  taqımlar  ehtiyacı  olanlara  və 

dərvişlərə paylandı. Bu tövbədə məni dəstəkləyən ilk adam Əsəs oldu. Saq-

qal buraxmağa da razı olmuşdu

10



  O gecə və ertəsi sabah bəylər, içkilər, sipahi və sipahi olmayanlardan 



üç yüzə (312 b) yaxın adam tövbə etdi. Əldəki şərabları tökdürdüm və Baba 

                                                           

1

 Nə vaxtadək günah işlərdən zövq alacaqsan, 



Tövbə həm biməzə deyil, ona bax. 

2

  Üsyan – şəriətə əməl etməmək. 



3

  Hirman – məhrum olma, əl üzmə; qovulma. 

4

  Qəzv – qəzavat, cahad. 



5

  Cəzm – əhd. 

6

  Dur – uzaq.  



7

  Mənahi – mən edilən, yasaq olunan şeylər.   

8

  Altunü nüqrə – qızıl və gümüş.   



9

  Sürahiyü əyağ – şüşə və qədəh.  

10

 Saqqal  buraxmaq:  kafirlərə  qarşı  səfərə  çıxanda,  qələbəyə  qədər  saç  və  ya  saqqalın 



kəsilməyəcəyi barədə içilən and.  

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



328 

Dostun gətirdiyi şərablara da duz qoyub sirkə düzəltməyi əmr etdim. 

Şərabların töküldüyü yerdə böyük bir vayin qazdırıldı. Bu vayini daşla 

hördürərək yanına imarət tikilməsinə qərar verdim. Doqquz yüz otuz beşinci 

ilin məhərrəm ayında [=sentyabr 1528] gedib Güvalyarı seyr edərək dönən-

də Dulpurdan Sikriyə getmişdim və bu vayin də bitirilmişdi. 

Daha  əvvəl  kafir  Sankaya  qalib  gəlsəm,  müsəlmanları  damğa  (göm-

rük) vergisindən azad etməyi qərara almışdım. Tövbə əsnasında Dərviş Mə-

həmməd  Sarvan  ilə  Şeyx  Zeyn  damğanı  bağışlama  vədini  də  xatırlatdılar. 

«Yaxşı  xatırlatdınız»  dedim  və  əlimizdə  olan  vilayətlərdəki  müsəlmanlar 

damğa vergisindən azad edildi. 

Katibləri çağırıb gerçəkləşən bu iki böyük hadisənin bildirilməsi üçün 

fərmanlar yazılmasını əmr etdim. Şeyx Zeynin inşası ilə fərmanlar yazılaraq 

bütün məmləkətə göndərildi. Bu inşa budur:  

 

ZƏHĠRƏDDĠN MƏHƏMMƏD BABURUN FƏRMANIDIR

1

 

 

Tövbə edənləri və təmizləri sevən tövbə qəbulediciyə həmd edirik. Gü-



nahkarlara doğru yolu göstərən və məğfirət istəyənlərin diləyini yerinə ye-

tirən bağışlayıcıya şükr edirik. Xəlq olunmuşların ən xeyirlisi Məhəmmədə, 

alihi-teyyibinə və tahir əshabına Allahdan rəhmət  diləyirik

2



Ağıl sahiblərinin, əsbabın surətlərinin məkəsi və sədaqət ilə doğruluq 

incilərinin məxzəni olan fikir aynaları bu fikrin parlaq cövhərlərinin (313 a) 

süsünü qəbul edəcəkdir, insanın təbiəti yaradılış icabı nəfsani ləzzətlərə ma-

ildir.  Şübhəli  şeylərə  qarşı  olan  istəyi  tərk  etmək  isə  Allahın  yardımına  və 

səmavi bir dəstəyə bağlıdır. İnsan pisliyə meyl etməkdən uzaq deyildir. 

Nəfsimi təmizə çıxarmıram. Çünki nəfis daima pis şeyləri  əmr edir

3

 və 

və ondan saqınmaq yalnızca bağışlayıcı padşahın inayəti ilə mümkündür. 

 Bu, Allahın dilədiyinə verəcəyi lütfdür. Allah böyük lütf sahibidir.

4

 

Bu yazını yazmaqdan və bu sözləri söyləməkdən murad budur: 



İnsanlığın icabı, padşahlıq mərasimləri və gərəkli olan şeylərin yerinə 

yetirilməsi, şah və sipahilərdən mövqe sahiblərinin adətləri dolayısıyla insan 

gənclik anlarında bəzi günahlar işləyir və bir sıra boş işlərlə məşğul olur. Bir 

neçə gün sonra tamamən həsrət və peşmanlıq gəlincə, bütün bu işlənən gü-

nahlar bir-bir  tərk  edilir  və  dönüş qapısı saf bir tövbə  ilə örtülürdu. Amma 

bu məqsəd yolunda istənilən şeylərin ən önəmlisi və hiss edilən ehtiyacların 

ən şiddətlisi olan şərab tövbəsi «işlər vaxtlarına bağlıdır» pərdəsi ilə örtülü 

qalmışdı. 

                                                           

1

 Bu fərmanın orijinalı farscadır. 



2

 Bu abzas ərəbcədir. Özbək nəşrində ərəbcə verilmişdir.  

3

 Quran, Yusif surəsi, 12:53. 



4

 Quran, Hədid surəsi, 57:21. 



BABURNAMƏ 

 

329 



Əskiksiz  bir  çalışma  ilə  cihad  ehramını  bağladığımız  və  islam  əsaslı 

əsgərlə birlikdə kafirlərə qarşı savaşa girişdiyimiz bu uğurlu anlarda, gözlə 

görünməyənin verdiyi ilham sayəsində şübhədən arınmış çağırıçıdan gələn 

İnananlar  üçün  hələ  vaxt  gəlmədimi  ki,  qəlbləri  Allahın  zikrinə  və  enən 

haqqa sayğı  duysun 

1

 kimi  incə  sözü  eşidərək,  günah səbəblərini  kökündən 

qazmaq  üçün  tam  bir  qeyrət  göstərərək  tövbə  qapılarını  çaldıq.  Müqəddəs 

köməyin bələdçi olan bir qapını çalmaqda inad edən içəri girər (313 b) sö-

zünün gərəyincə iqbal qapısını açdı və bu cihada başlamaqla birlikdə nəfsə 

müxalifətdən ibarət olan ən böyük cihadı da əmr etdi. Qısaca desək, Rəbbi-

miz, biz özümüzə zülm  etdik

ayəsini könüldən bağlılıq dilinə gətirərək, Sən 



ulusan, sənə tövbə etdim, mən inananların ilkiyəm 

3

 ilə könül lövhəsini süs-

lədik. Könüldə gizli bir istək olan şərab tövbəsini niyyətdən əmələ keçirdik. 

Zəfər ehtişamlı xadimələr sonu uğurlu olan bu hökm gərəyincə çoxluq 

və ziynət baxımından ulu səmanın ulduzlarına bənzəyən gözəl məclisin bə-

zəyi olan sürahiləri, qədəhləri, digər altın və gümüş alət və şüşələri şəriətin 

ucalığı  üçün  alçaqlığın  və  xor  görmənin  toprağına  çarparaq  –inşallah,  qır-

mağı bacaracağımız bütlər kimi- parça-parça etdilər və hər bir parçasını da 

bir yoxsula və bir çarəsizə verdilər. 

Bu  qəbulu  yaxın  tövbənin  uğuruyla  yaxınlarımın  çoxu  Xalq  padşa-

hının dinindədir sözünə uyğun olaraq, eyni məclisdə tövbə şərəfinə çatıb şə-

rab içmə həvəsindən tamamən vaz keçdilər. Beləcə saatdan-saata əmr və ya-

sağa baş əyənlər bölük-bölük bu səadətə yetişdilər. 

Xeyrə yol göstərən xeyir işləyən kimidir sözünə uyğun olaraq bu işlə-

rin səvabının falı uğurlu olan nəvvabımızın padşahlığı zamanına aid olması 

və bu səadətin uğurluluğuyla fəthlərin və uğurun gündən-günə artması ümid 

edilməkdədir. 

Bu niyyətin tamamlanmasının və bu əmniyyətin alınmasının ardından 

mühafizəmiz altındakı məmləkətlərdə -Allah buraları fəlakət (314 a) və bə-

lalardan qorusun- heç bir canlı fərdin şərab içməməsi, onu əldə etməyə ça-

lışmaması, şərab düzəldib satmaması və dəxi satın almaması, götürüb gətir-

məməsi, hətta evində belə saxlamamasını və Bunlardan qaçının ki, qurtulu-

şa çatasınız

anlamını da ehiva edən aləmin boyun əydiyi fərman əmr edildi. 

Bu fəthlərə təşəkkür və bu saf tövbənin qəbulunun sədəqəsi olaraq ve-

rilmək üzrə padşahın cömərtlik dənizi hərəkətə keçərək, cahanın abadlığına 

səbəb  olan  və  adəmoğullarının  üzünü  ağardan  lütf  dalğaları  ortaya  çıxdı. 

Bütün  məmləkətlərin,  öncəki  padşahların  almaqda  bir  an  belə  gecikmədik-

ləri həddən və hesabdan artıq vergilərini peyğəmbərlərin əfəndisinin yoluna 

                                                           

1

 Quran, Hədid surəsi, 57:16.  



2

 Quran, Əraf surəsi, 7:23. 

3

 Quran, Əraf surəsi, 7:143. 



4

 Quran, Maidə surəsi, 5:90. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



330 

zidd olduğu üçün müsəlmanlardan qaldırdı, heç bir şəhər, qəsəbə, yol, keçid, 

uğraq və limandan vergi alınmaması, bu  əmrin qaydalarını dəyişdirmək və 

başqalaşdırmaq  kimi  qanunsuzluqlara  yol  verilməməsi  xüsusunda  Kim 



eşitdikdən  sonra  vəsiyyətini  dəyişdirsə,  günahı  onu  dəyişdirənlərin  boynu-

nadır

1

 mənasını ehtiva edən fərman çıxdı. 

Türk, tacik, tatar, ərəb, əcəm, hindu, fars sipahi, rəiyyət və bütün mil-

lətlər ilə  padşahın  lütfünün kölgəsində  əmin olaraq  yaşamaq istəyən  adəm-

oğulları  bu  əbədi  ümidə  bel  və  ümid  bağlayaraq  əbədi  dövlətin  duasıyla 

məşğul  olsunlar,  bu  hökmlərin  gərəkdirdiyi  şeylərdən  ayrılmayıb  başqa  tə-

rəfə sapmasınlar. Bu fərmanın gərəklərinə görə hərəkət edib hökmlərini ye-

rinə yetirərək yüksək və şərəfli möhrünün olduğunu görüncə mütləq güvən-

sinlər. 


Doqquz  yüz  otuz  üçüncü  ilin  cəmadiyüləvvəl  (314  b)  ayının  iyirmi 

dördündə [=26 fevral 1527] onun ulu əmri ilə  yazıldı. Tanrı təala onu  yük-

səltsin və nüfuzunu əbədi qılsın». 

 

BABURUN ADAMLARINI CƏSARƏTLƏNDĠRMƏSĠ 

 

O  günlərdə,  bəhs  etdiyim  kimi,  meydana  gələn  olaylar  üzündən  bö-



yüklərdə və kiçıklərdə sıxıntı və təlaş çox idi. Heç kimdən mərdanə bir söz, 

cəsur bir rəy eşidilmirdi. Hekayət deyən vəzirlərin və vilayət deyən əmirlə-

rin nə sözləri mərdanə idi, nə tədbirləri, nə özləri himmət sahibi idi, nə təq-

rirləri. Amma Xəlifə bu səfər əsnasında da yaxşı hərəkət etdi, zəbt və isteh-

kam xüsusunda qeyrət və diqqət göstərməkdə qüsur etmədi. 

Elin belə cəsarətsizliyini və bu cür süstlüyünü görəndə, nəhayət, ağlı-

ma bir tədbir gəldi. Bütün bəyləri və igidləri çağıraraq onlara dedim ki: 

«Ey bəylər və igidlər! 

Hər ki aməd be cahan, əhli-fəna xahəd bud, 

An ki payəndeyi-baqist, xuda xahəd bud. 



Dünyaya gələn hər kəs əhli-fənadır, öləcək, 

Qalan və əbədi olan yalnız Allahdır. 

Həyat məclisinə girən hər kəs axırda əcəl qədəhindən içəcəkdir, dirilik 

mənzilinə gələn hər kəs, nəhayət, dünya deyilən bu qəm evindən keçəcəkdir. 

Yaman adla yaşamaqdansa, yaxşı adla ölmək daha yaxşıdır. 

Bə nami nikü gər bemirəm rəvast, 

Məra nam bayəd ki tən mərgrast

2



Yaxşı adla ölsəm, mənə yetər, 



Mənə nam lazımdır, çünki tən ölərgidir. 

Tanrı təala bizə elə bir səadət nəsib etmiş və elə bir dövlət vermişdir 

                                                           

1

 Quran, Bəqərə surəsi, 2:181. 



2

 Şahnamə əsərindən. 



BABURNAMƏ 

 

331 



ki, ölən şəhid və öldürən qazidir. Hamımızın Allahın kəlamıyla (315 a) and 

içməmiz lazımdıri, heç kimsə bu savaşdan üz çevirməyi düşünməsin və canı 

bədənindən ayrılıncaya qədər bu döyüşdən ayrılmasın». 

Bəylərin  və  nökərlərin,  böyüklərin  və  kiçıklərin  hamısı  bu  sözlərimə 

sayğı göstərib əllərinə Quranı alaraq bu şəkildə and içib yəmin etdilər. Gö-

zəl  bir  tədbir  idi.  Yaxından  və  uzaqdan,  dostların  və  düşmənin  görməsi  və 

eşitməsi üçün yaxşı oldu. 

 

HƏR TƏRƏFDƏ FĠTNƏ VƏ FƏSAD ÇIXIR 

 

O  günlərdə  hər  tərəfdə  fitnə  və  fəsad  hakim  idi.  Hüseyn  xan  Nuhani 

gəlib Rabirini zəbt  etdi. Qütb xan Sərvaninin adamı Çəndvarı aldı. Rüstəm 

xan deyilən bir hərif Miyan-Duabdakı oxçuları toplayaraq gəlib Külü aldı və 

Kiçık Əlini əsir etdi. Zahid Xoca Sənbəli buraxıb çıxdı. Sultan Məhəmməd 

Dulday Kanucu buraxıb qayıtdı. Güvalyarlı kafirlər gəlib Güvalyarı mühasi-

rə  etdilər.  Güvalyara  yardıma  göndərilmiş  olan  Aləm  xan  da  oraya  getmə-

dən öz vilayətinə getdi. 

Hər  gün  hər  tərəfdən  yaman  bir  xəbər  gəlirdi.  Bəzi  hindistanlılar  əs-

gərlikdən  qaçmağa  başladılar.  Heybət  xan  Görkəndaz  qaçıb  Sənbələ  getdi, 

Həsən xan Barival qaçıb kafirlərin tərəfinə keçdi. 

Bunlara baxmayaraq irəliləməyə davam etdik, arabalar, təkərli səhpa-

lar və hazırlanmış digər texnika ilə birlikdə çərşənbə axşamı günü, (315  b) 

cəmadiyülaxır ayının doqquzunda [=13 mart] Novruz günü hərəkətə keçdik. 

Sağ qol, sol qol və mərkəz səflərini nizamlayıb önümüzə arabaları və 

təkərli  səhpaları  aldıq,  bunların  arxasında  da  bütün  tüfəngəndazlara  Ustad 

Əliqulu  başçı  təyin  edildi.  Piyadalar  bir-birlərindən  ayrılmadan  arabaların 

arxasında səf halında yürüməli idilər. 

Səflər öz yerlərinin aldıqdan sonra bütün səflərə doğru sürətlə at çapıb 

sağ və sol qollar və mərkəzdəki bəylərə, igidlərə və sipahilərə yetişərək on-

lara cəsarət verdım, hər bölüyün harada duracağını, nə şəkildə yürüyəcəyini 

göstərib  vəzifələrini  bildirərək,  bu  nizam  və  cərgə  ilə  bir  küruh  qədər 

məsafə gət edib düşərgə saldıq. 

Kafirlər də bu durumdan xəbərdar olaraq bölük-bölük düzənlənmiş bir 

şəkildə qarşı tərəfdən gəldilər. 

Düşərgə saldıqdan sonra ordugah və ordugahın önü arabalarla və xən-

dəklərlə dəstəklənib qorunaqlı bir hala gətirildi. 

O  gün  savaşmaq  niyyətimiz  olmadığı  üçün  bir  dəstə  igid  irəli  gedib 

düşmənla çarpışaraq bəxtini sınadı. Bir neçə kafiri ələ keçirib başlarını kəsib 

gətirdilər.  Məlik  Qasım  [Baba-Qaşqa]  da  bir  neçə  baş  kəsib  gətirdi.  Məlik 

Qasım  yaxşı  hərəkət  etmişdi,  beləcə  əsgərin  mənəviyyatı  çox  yüksəldi  və 

özünə inamı qüvvətləndi. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



332 

Orduda  ruh  yüksəkliyi  yarandı.  Ertəsi  sabah  qalxıb  savaşmağı  düşü-

nürdük. Lakin Xəlifə və digər sadiq dostlar (316 a) gediləcək yurd yaxın ol-

duğu  üçün  əvvəlcə  oranı  xəndəklərlə  qorunaqlı  bir  hala  gətirdikdən  sonra 

getməyin daha doğru olacağını bildirdilər. Xəndək işi üçün Xəlifə oraya ge-

dib xəndək yerlərini istehkamçılara göstərərək çavuşlar təyin edib gəldi. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin