HÜMAYUNUN ÜSYANI YATIRMASI
Hümayun hərəkətə keçəndə Nasir xan Nuhani ilə Məruf Fərmüli ko-
mandanlığındakı asi əmirlər toplu bir halda Cacmavuda idilər. Hümayun on-
Zəhirəddin Məhəmməd BABUR
316
on beş küruh məsafəyə gələndə Mömin Atəkəni xəbər bilmək üzrə göndərir.
Amma o daha çox mala axın etmək istəyir və işə yarayan bir xəbər də gətirə
bilmir. Mömin Atəkənin gəldiyini xəbər alan asilər qaçıb gedirlər.
Mömin Atəkədən sonra xəbər bilmək üçün Qəsəmtay, Baba Çöhrə və
Böçkəni göndərir. Bunlar da düşmənin nizamsız halda qaçdığı xəbərini gə-
tirirlər. Hümayun hərəkətə keçib Cacmavunu aldıqdan sonra oradan keçib
Dilmavu (301 b) civarına gəlir və Fəth xan Sərvani gəlib onu görür. Hüma-
yun da Fəth xan Sərvanini Mehdi Xoca və Məhəmməd Sultan Mirzə ilə bir-
likdə bizim yanımıza göndərdi.
XORASANDA ÖZBƏKLƏRĠN MƏRVƏ SALDIRMASI
Bu il Übeyd xan Buxaradan qoşun çəkib Mərv üzərinə gəldi. Mərvin
ərkində on-on beş adamlıq rəiyyət varmış, onları öldürüb Mərvin bəndini
qırx-əlli gündə bağladıqdan sonra Səraxs üzərinə yürüdü. Səraxsda da otuz-
qırx qızılbaş varmış. Bunlar qapını bağlayıb kurqanı təslim etmirlər. Amma
kurqanın içindəki xalq üsyan edib qapını açır və özbəklər də girib bu qızıl-
başları doğrayır.
Səraxsı aldıqdan sonra Tus və Məşhədə doğru hücuma keçirlər. Məş-
həd əhalisi çarəsiz qalıb şəhəri təslim edir. Tusu səkkiz aylıq mühasirədən
sonra sülh yoluyla alır. Lakin sözündə durmayaraq bütün kişiləri öldürür,
qadınlarını isə əsir edir.
Bu il Sultan Müzəffər Quceratinin Bahadır xan adlı oğlu -indi atasının
yerinə Quceratda padşah olmuşdur- atasından şikayətçi olaraq Sultan İbra-
himin hüzuruna getmiş, lakin umduğu etibarı görməmişdi. Panipat civarında
olduğumuz günlərdə mənə ərzi-halı gəldi. Mən də inayət və şəfqət fərmanla-
rı göndərib çağırdım. Gəlmək niyyətində idi, lakin sonra fikrini dəyişdirib
İbrahimin ordusundan ayrılaraq Qucerat tərəfinə hərəkət etdi.
Bu zaman atası Sultan Müzəffər vəfat etdi və böyük qardaşı (302 a)
İskəndər şah -ki, Sultan Müzəffərin böyük oğludur- atasının yerinə Quce-
ratda padşah oldu. Pis rəftarından dolayı başqalarıyla birləşən İmadülmülk
adlı bir qulu İskəndər şahı boğaraq hələ yolda olan Bahadır xanı dəvət edir
və onu Bahadır şah ləqəbiylə atasının yerinə oturdur. Amma Bahadır şah da
yaxşı hərəkət edir və belə nankorluq edən İmadülmülkü öldürərək cəzasını
verir. Əlavə olaraq, atasından qalan bir çox bəyləri də öldürdür. Çox qan tö-
kən və qorxmaz bir igid olduğunu söyləyirlər.
BABURNAMƏ
317
HİNDİSTAN - 933 (8 OKTYABR 1526 - 27 SENTYABR 1527)
DOQQUZ YÜZ OTUZ ÜÇÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ
Bəy Veys məhərrəm ayında [=oktyabr 1526] Faruqun doğulduğu xə-
bərini gətirdi. Gərçi ondan öncə bu xəbəri bir piyada gətirmişdi, lakin Bəy
Veys o ay müjdə ilə birlikdə özü də gəldi. Uşaq şənbə günü, şəvval ayının
iyirmi üçündə [=2 avqust] doğulmuşdu və ona Faruq adı verildi.
ƏLĠQULU BÖYÜK BĠR TOP TÖKÜR
Biyanə və tabe olmayan digər bəzi kurqanlar üçün ustad Əliqulıya bö-
yük bir top tökməsi əmr edilmişdi. Ocağı və digər bütün lazım olan şeyləri
hazırladıqdan sonra mənə adam göndərdi. Bazar ertəsi günü, məhərrəm ayı-
nın on beşində [=22 oktyabr] ustad Əliqulunın top tökməsini görməyə get-
dik.
Topun töküldüyü yerin ətrafına səkkiz ocaq qazıb metalı əritmişdi.
Hər ocağın (302 b) dibindən bu topun qəlibinə bir arx gedirdi. Biz gəlincə
ocaqların dəliklərini açdı. Ərimiş metal hər arxdan su kimi şırıltıyla qəlibə
axırdı. Amma bir müddət sonra qəlib hələ dolmadan bu ocaqlardan ərimiş
melalın axışı bir-bir kəsildi. Ya ocaqda, ya da metalda bir əskiklik varmış.
Ustad Əliqulu çox dilxor oldu. Az qala özünü qəlibin içindəki ərimiş misin
içinə atacaqdı. Ustad Əliqulunun könlünü alıb xələt geydirərək bu üzüntü-
dən qurtardıq.
Bir-iki gün gözləyib qəlib soyuduqdan sonra açdılar. Ustad Əliqulu
fövqəladə sevincli bir şəkildə «Topun dış qəlibi qüsursuzdur, barıtxanasını
tökmək asandır» deyə adam göndərdi. Topun dış qəlibini çıxarıb adamlarına
onu təmir etməyi tapşırdı, özü də barıtxanasıni tökməklə məşğul oldu.
Mehdi Xoca Feth xan Sərvanini Hümayunun yanından gətirdi. Onlar
Humayundan Dilmavuda ayrılmışlar. Fəth xanı xoş qarşıladım, özünə atası
Əzəm Hümayunun pərgənələrini və əlavə olaraq başqa vilayətləri də ehsan
etdim. Bir kürur və altmış leklik pərgənə verdim.
Zəhirəddin Məhəmməd BABUR
318
Hindistanda çox etibar görən əmirlərə Əzəm Hümayun, Xani-xanan
(303 a) və Xani-xanan kimi müəyyən ünvanlar verirlərmiş. Onun atasının
unvanı Əzəm Hümayun idi. Öz oğlum Hümayuna görə bu ünvanı bir başqa-
sına vermək yaraşmazdı. Onun üçün də bu ünvanı ləğv etdim və Fəth xan
Sərvaniyə Xani-cahan ünvanı verildi.
Çərşənbə günü, səfər ayının səkkizində [=14 noyabr] ənbəli ağacları-
nın üst tərəfindəki hovuzun kənarında çadırlar qurub məclis keçirdik. Fəth
xan Sərvanini içki məclisinə dəvət etdim, ona şərab ikram edib əynimdəki
çalma və paltarlarımı ehsan etdim. Bu ehsan və iltifatlardan sonra yanımız-
dan ayrılıb vilayətinə getməsinə izin verdim. Oğlu Mahmud xan Sərvaninin
daima bizimlə qalması qərarlaşdırıldı.
BĠYANƏ KURQANININ TƏSLĠM OLMASI
Çərşənbə günü, məhərrəm ayının iyirmi dördündə [=31 oktyabr] Mə-
həmməd Əli Heydər Riqabdar bu təcili mesajla Hümayunun yanına göndə-
rildi: «Həmd olsun ki, Purab asiləri qaçmış, bu gedən adam varır-varmaz,
Cunpura bir neçə bəyi təyin etməli, özün isə əsgərini alaraq sürətlə bizə ye-
tişməlisin, çünki kafir Rana Sanka yaxındadır və qapıya gəlmişdir. Onun işi-
ni həll edək».
Əsgər Purab tərəfinə getdikdən sonra Biyanə civarına axın etmək və
kurqandakıları (303 b) bizə xoşluqla tabe etmək, yoxsa axın və yağma su-
rətilə düşmənə hücum etmək işi Turdu bəy Qoç bəyə və kiçık qardaşı Şir
Əfkənə, böyük-kiçık qardaşları və axtacıları ilə Məhəmməd Xəlil Axta bəyə,
böyük və kiçık qardaşları ilə Rüstəm Türkmənə və hindistanlılardan Ravuy
Sərvaniyə tapşırıldı.
Biyanədəki bu Nizam xanın böyük qardaşlarındən Aləm xan adlı biri
də Təhəngər kurqanında olurdu. Bunun adamları dəfələrlə gəlib qulluq və
sədaqətlərini bildirmişdilər. Bu Aləm xan «Padşah bir bölük göndərsə,
bütün Biyanə oxçularını vədlərlə öz tərəfimizə çəkməyi və Biyanə kurqanını
zəbt etməyi bacararam» deyərək işi öhdəsinə almışdı. Bu üzdən də bu iş
üçün ayrılmış Turdu bəyin komandanlığındakı ilqar igidlərinə «Aləm xan
müttəfiqimiz olduğu üçün bu qulluğu və xidməti öz üstünə alıb, Biyanə
işində onun fikri və rəyi ilə hərəkət edin» deyə əmr edildi.
Hindistanlıların bir qismi qılınc oynatmağı bacarsa da, lakin çoxu əs-
gərlikdən və komandanlıqdan bixəbər və binəsibdir. Bizim ilqar da gedib bu
Aləm xana qoşulunca, o da başqa heç kimin sözünə baxmadan, işin yaxşı-
pis tərəfini düşünmədən ilqarı Biyanə yaxınlığına aparır.
Bizim oraya gedən ilqarda türklərdən iki yüz əlli-üç yüz, hindistanlılar
ilə civardan alınan əsgərdən də iki mindən bir az artıq adam vardı. Nizam
xan və Biyanədəki əfqan və sipahi qüvvələri isə dörd mindən artıq, atlı ilə
BABURNAMƏ
319
on mindən çox piyadadan ibarət idi.
Nizam xan bizim ilqarı görüb (304 a) sayını öyrənincə, bəhs etdiyim
bu atlı və piyada əsgəriylə dərhal bunlara qarşı çıxır. Atlarına minib sürətlə
saldıran bu izdiham ilqar adamlarımızı qaçırır və böyük qardaşı Aləm xan
Təhəngərini ələ keçirir. Ondan başqa beş-altı adam və bir qədər də sursat ələ
keçirirlər.
Bu hərəkətinə baxmayaraq Nizam xana vədlərdə bulunaraq, bundan
öncəki günahlarını bağışlayıb fərmanlar göndərdik. Kafir Rana Sankanın ya-
xınlaşdığı xəbərini alınca çarəsiz qalıb Seyid Rəfini çağıraraq onun vasitə-
silə kurqanı bizim adamlara təhvil verməsindən sonra yenə Seyid Rəfi ilə
birlikdə gəlib mülazimət şərəfinə nail oldu. Ona Miyan-Duabda iyirmi lek-
lik bir pərgənə ehsan etdim.
Dost eşik-ağa da müvəqqəti olaraq Biyanəyə göndərildi. Bir neçə gün
sonraysa Biyanəni Mehdi Xocaya ehsan edib gəlirini yetmiş lekə çıxararaq
oraya getməsinə izin verdim.
RƏHĠMDADIN GÜVALYARI ALMASI
Güvalyarda olan Tatar xan Sarənghaninin adamı da gəlib qulluq və sə-
daqətini bildirmişdi. Kafir [Rana Sanka] Kəndarı alıb Biyanəyə yaxınlaşan-
da isə Güvalyar racələrindən Dərmənket ilə Xani-cahan adlı kafirlər Güval-
yar civarına gəlib qalanı ələ keçirmək ümidiylə qarışıqlıq çıxarmağa başla-
dılar.
Tatar xanın adamı gəlib Güvalyarı təslim edəcəklərini söylədi. Bəy-
lərin, içkilərin və yaxşı igidlərin böyük bir qismi səfərlərə və hər tərəfə il-
qara getmişdi. (304 b) Böyük və kiçık qardaşları ilə birlikdə Həstiçi Tünqa-
tar, bir neçə bxirəli və lahorlu adamla birlikdə Rəhimdad pərgənələri Güval-
yarda olmaq üzərə oraya göndərildi. Molla Apağ ilə Şeyx Gürən də Rəhim-
dadı Güvalyarda yerləşdirib qayıtmaq üzrə göndərildi.
Bunlar Güvalyara yaxınlaşanda Tatar xanın fikri dəyişmiş və bunları
kurqana buraxmamışdı. O zaman dünya ləzzətlərindən əl çəkməsilə tanın-
mış, müridi və dostları çox bir dərviş olan Şeyx Məhəmməd Qövs Güvalyar
kurqanının içindən Rəhimdada adam göndərərək «Nəyin bahasına olsa kur-
qana girin, çünki bu adamın fikri dəyişmişdir. Pis niyyətləri vardır» deyir.
Rəhimdad bu xəbəri alınca «Dışarısı kafirlər üzündən təhlükəlidir,
mən bir neçə adamla kurqana girim, digərləri dışarıda qalsın» deyə xəbər
göndərir və israr edir, Tatar xan da buna razı olur. Bir neçə adamıyla içəri
girincə də «Bu qapıda bizim adamlar dursun» deyə Hati-Pülə öz adamlarını
qoyur və o gecə bütün adamlarını Hati-Püldən içəri buraxır. Ertəsi gün də
Tatar xan çarəsiz qalıb kurqanı istər-istəməz təslim edir. Sonra da gəlib Aq-
rada bizə qoşuldu. Onun təxsisatı Biyanə pərgənəsindən iyirmi lek olaraq
Zəhirəddin Məhəmməd BABUR
320
müəyyənləşdirildi.
Məhəmməd Zeytun da çarəsiz qalarq Dulpuru (305 a) təslim edərək
gəlib mülazimət etdi. Ona bir neçə leklik pərgənə ehsan edildi. Dulpur xas-
sə əmlak siyahısına alındı və şikdarlığı Əbülfəth Türkmənə ehsan edilərək
oraya göndərildi.
Hisari-Firuzə civarındakı Həmid xan Sarənghani də pani əfqanlarının
bir qismiylə o tərəfdəki əfqanlardan üç-dörd min adamı yığıb fitnə və fəsad
çıxarmaqla uğraşırdı. Çərşənbə günü, səfər ayının on beşində [=21 noyabr]
Əhmədi Pərvançı, Əbülfəth Türkmən, Məlikdad Kərani (Kərərani) və Mü-
cahid xan Multani idarəsində olanlarla birlikdə Cin-Teymur Sultana bu əf-
qanlara hücum etməyi tapşırdım. Bunlar gedib öndən sürətlə yürüyərək bu
əfqanları möhkəm məğlub etdikdən sonra adamlarından çoxunu öldürüb bir
çox baş kəsib gətirdilər.
Səfər ayının sonlarında İraqa, şahzadə Təhmasibin yanına elçiliyə get-
miş olan Hacəgi Əsəd yanında Süleyman adında bir türkmənlə birlikdə gəlib
hədiyyə gətirdi. Bunlar arasında iki çərkəz qızı da vardı.
BABURU ZƏHƏRLƏMƏ TƏġƏBBÜSÜ
Cümə günü, rəbiüləvvəl ayının on altısında [=21 dekabr] qəribə bir
hadisə oldu. Bunu Kabilə göndərilmiş olan məktubda ətraflıca anlatmışam,
nə artıq, nə də əskik olaraq burada da eynən verirəm. O məktub budur:
«Cümə günü, rəbiüləvvəl ayının on altısında, doqquz yüz otuz üçüncü
ildə meydana gələn böyük olayın təfsilatı belədir: İbrahimin [Sultan İbrahim
Ludi] anası, bu bədbəxt qadın mənim (305 b) hinduların əliylə bişirilən
yeməkləri yediyimi eşidir.
Bu hekayə də bundan ibarətdir: bundan üç-dörd ay əvvəl Hindistan
yeməklərini görməmiş olduğum üçün İbrahimin aşçılarını (bavurçu) gətir-
mələrini söylədim. Əlli-altmış qədər aşçıdan dördünü yanıma aldım. O da
bunu eşidərək Ətavəyə adam göndərib dördə qatlanmış bir kağız içində gə-
tirtdiyi bir tülə zəhəri bir cariyənin casitəsilə Əhməd Çeşnigirə -hind eli bə-
qavula çeşnigir deyir- verir, tülə iki misqaldan bir az artıqdır.
Əhməd də bizim aşxanadakı hindistanlı aşçıya dörd pərgənə verəcə-
yini vəd edib mənim yeməyimə hər hansı bir şəkildə qatması üçün zəhəri
verir. Zəhəri Əhməd Çeşnigirə aparan cariyənin arxasından digər bir cariyə
də gönrərir ki, bunu verib-vermədiyini öyrənsin.
Yaxşı ki, aşçı zəhəri qazana deyil, boşqaba qoyur. Qazana qoymama-
sının səbəbi bu idi: bəkavullara hindular yemək bişirəndə daima orada olma-
larım möhkəm-möhkəm əmr etmişdim və onlar da yemək bişiriləndə yemə-
yi aşçılara daddırırdılar.
Yeməyi daddıqları zaman bizim bədbəxt bəkavullar qəflətə düşürlər.
BABURNAMƏ
321
Aşçı çini boşqab üzərinə çörək dilimini qoyanda, dilimin üzərinə o kağızda-
kı zəhərin yarısından bir qədər azını səpir. Zəhərin üstünə yağda qızardılmış
əti qoyur. (306 a) Zəhəri ət üzərinə səpsə, ya da qazana töksəydi, pis olardı.
Çaşqınlıqla zəhərin yarısından artığını ocağa atır.
Cümə günü, axşam üstü, ikindi vaxtında yemək verdilər. Dovşan ye-
məyindən xeyli yedim. Qızardılmış yerkökü də yedim. Bu zəhərli hind ye-
məyindən bir-iki loxma aldım, qızardılmış ət də yedim. Dadından heç bir
şey bəlli deyildi. Qurudulmuş ətdən bir-iki tikə aldım. Midəm bulandı. Ke-
çən gün qurudulmuş ət yediyim vaxt dadı pis idi. Mədə bulantısının ondan
olduğunu zənn etdim. Təkrar mədəm bulandı. Süfrədə iki-üç dəfə mədəm
bulandı. Az qala qusurdum. Axırda gördüm ki olmur, yerimdən qalxdım.
Ayaq yoluna gedincəyə qədər yolda da az qala qqsurdum. Ayaq yolu önünə
gedib çox qusdum. Yeməkdən sonra heç qusduğum olmamışdı, hətta içdi-
yim zaman da qusmazdım.
İçimə şübhə girdi. Aşçını mühafizə altına alaraq, o qusmuğu köpəyə
verib köpəyi də nəzarət altına almalarını əmr etdim. Ertəsi gün bir pəhərə
yaxın köpək bir az xəstələnib qarnı şişən kimi oldu. Nə qədər ətrafını çevirib
daşla vursalar da qımıldanmadı. Bu halı günortaya qədər davam etdi. Ondan
sonra qalxdı. Ölmədi.
Bir-iki çöhrə də bu yeməkdən yemişdi. Ertəsi gün onlar da çox qusdu-
lar. (306 b) İçlərindən birinin halı xarabdı. Axırda hamısı qurtuldu.
«Rəsidə bud bəlayi, vəli bəxeyr güzəşt» (bir bəla yetişdi, lakin xeyrlə
keçdi). Allah mənə təkrar can verdi. O dünyadan qayıtdım, sanki yenidən
doğuldum, can qədrini, billah, indi bildim.
Sultan Məhəmməd Bəxşiyə aşçını nəzarət altına almasını əmr etdim.
Aşçı işkəncə nəticəsində sizə söylədiyim şeyləri tək-tək uzun-uzadıya anlat-
dı. Bazar günü divan günüydü. Əkabirrin və əşrafin, üməra və vüzəranın di-
vanda iştirak etmələrini, iki kişi ilə iki qadını gətirib sorğuya çəkmələrini
əmr etdim. Hadisənin necə olduğunu bütün təfsilatı ilə danışdılar.
O çeşnigiri parçalatdırdım. Aşçının da diri-diri dərisini soydurdum.
Qadınlardan birini filin altına atdırdım, birini güllələtdim. Birini mühafizə
altına aldırdım, o da öz etdiyinə giriftar olub cəzasını çəkəcəkdir.
Şənbə günü bir fincan süd içdim. Bazar günü də bir fincan süd içdim.
Gili-məxdumla
1
güvvətli tiryəki əzib içdim. Süd içimi təmizlədi. İlk gün öd
kimi qara-qara şeylər çıxdı. Şükür ki, artıq heç bir sıxıntım yoxdur.
Can belə əziz bir şeymiş, bu qədər əziz olduğunu bilməzdim. Bir mis-
ra var:
Kim ölər həlakətə yetsə, ol bilir can qədrini.
Bu qorxunç hadisəni nə zaman xatırlasam, istəmədən ağlım başımdan
(307 a) çıxır. Tanrı təala öz inayəti ilə mənə yenidən can bağışladı. Bunun
1
Gili-məxdum: bir cür torpaqdır, zəhərlənməyə qarşı dərman olaraq işlədilir.
Zəhirəddin Məhəmməd BABUR
322
şükrünü hansı dillə ifadə edim. Ağlınızda bir tərəddüd qalmasın deyə ger-
çəkləşən hər şeyi bütün təfərrüatı ilə yazdım. Gərçi dilə və ağıza sığmaya-
caq qorxunc bir hadisə idi. Allaha şükür ki, əcəlim gəlməmişdi, axırı xeyir
oldu.
Ağlınıza heç bir sıxıntı və tərəddüd gətirməyin deyə çərşənbə axşamı
günü, rəbiüləvvəl ayının iyirmisində [=25 dekabr] çarbağda ikən yazıldı».
Bunlardan qurtulunca yazılan bu məktubu Kabilə göndərdim.
O bədbəxt qadından belə böyük bir günah zühur etdiyi üçün sahib ol-
duğu əmlak Yunus Əli ilə Hacəgi Əsəde yağmalatdırıldı. Nəqd, əşya, qul və
cariyələri alındıqdan sonra, özü də nəzarət altında saxlanmaq üzrə Əbdür-
rəhim Şiğavula təhvil verildi. Onun nəvəsi, yəni İbrahimin oğluna çox sayğı
və hörmətlə davranılırdu. Lakin belə bir qəsd bu ailədən ortaya çıxdığı üçün
onun da burada qalması uyğun görülməyərək, cümə axşamı günü, rəbiüləv
-
vəl ayının iyirmi doqquzunda [=3 yanvar 1527] Kamranın yanından bəzi
işlərin həlli üçün gəlmiş olan Molla Sərsan ilə birlikdə Kamrana göndərildi.
YENĠDƏN HÜMAYUNUN SƏFƏRĠ HAQQINDA
Hümayun Purabdakı asilərin üzərinə getmişdi. Cunpuru (307 b) fəth
etdikdən sonra sürətlə Qazipura, Nasir xanın üstünə yürüdü. Nasir xan da
bunu xəbər alaraq Qanq çayını keçdi. Buna görə də Hümayun Qazipurdan
Harid üzərinə doğru yürüdü. Oradakı əfqanlar da bunu eşidib Saru çayını
keçdilər. Əsgər Haridi yağmaladıqdan sonra oradan geri döndü.
Daha öncədən müəyyən etdiyim şəkildə Şah Mir Hüseyn ilə Sultan
Cüneyd bir dəstə yaxşı igidlə birlikdə Cunpurda qaldı. Qazı Ciya da onların
yanına təyin edildi. Uda isə Şeyx Bəyazid təyin edildi. Bu işləri düzənləyib
tamamlayandan sonra Hümayun da Kərrə-Manikpur civarından Qanqı keçə-
rək Kalpi yoluyla hərəkət edir.
Cəlal xan Cighetin oğlu Aləm xan Kalpidə olurdu. Ərzi-halı gəlir, la-
kin özü gəlmirdi. Hümayun Kalpi qarşısına gedin onun qorxusunu könlün-
dən çıxarıb özü ilə birlikdə gətirdi. Hümayun bazar günü, rəbiülaxır ayının
üçündə [=6 yanvar] Həşt-Behişt bağında gəlib mülazimət etdi. O gün Xoca
Dost Xavənd də Kabildən gəldi.
RANA SANKA HƏRƏKƏTƏ KEÇĠR
O günlərdə Mehdi Xocanın adamları da tez-tez bu barədə xəbər gəti-
rirdilər: «Rana Sankanın hərəkətə keçəcəyi məlum oldu. Həsən xan Mivati
də Ranaya qoşulmaq fikrindədir. Bunların işini həll etmək lazımdır. Əs-
gərdən bir az əvvəl Biyanəyə bir az kömək gəlsə, daha (308 a) yaxşı olar».
Qoşun çəkməyə qərar verib ordunun hərəkətə keçməsindən bir az əv-
BABURNAMƏ
323
vəl Məhəmməd Sultan Mirzə, Yunus Əli, Şah Mansur Barlas, Kəttə bəy,
Qəsəmtay və Böçkə idarəsində olanlar Biyanəyə ilqar olaraq göndərildi.
Həsən xan Mivatinin Nahir xan adlı oğlu İbrahimlə müharibədə mənə
əsir düşmüşdü, onu girov olaraq saxlamışdım. Bu üzdən də atası Həsən xan
zahirən mənimlə münasibət saxlayır və oğlunu daim geri istəyirdi. Bəziləri
«Həsən xanı bu tərəfə çəkmək üçün oğlu göndərilirsə, ona daha çox təsir
edər və vəzifəsini daha yaxşı ifa edər» fikrini irəli sürdülər. Həsən xanın
oğlu Nahir xana xələt geydirilib atasına vədlərdə bulunaraq getməsinə izin
verildi. Bu münafiq hərif isə oğlunun izin ala bilməsi üçün hərəkətsiz du-
rurmuş, oğluna izin verildiyini xəbər alar-almaz, daha oğlu oraya çatmadan
Əlvardan çıxıb Tudəyə gedib Rana Sankaya qoşuldu. Onun oğluna o zaman
izin vermək doğru bir iş deyilmiş.
O arada çox yağış yağırdı. Daima söhbət məclisləri qurulur və Hüma-
yun da bu söhbətlərdə iştirak edirdi. İçkidən uzaq dursa da, bu bir neçə gün
içdi.
BƏLXĠN ÖZBƏKLƏRĠN ƏLĠNƏ KEÇMƏġĠ
O günlərdə baş verən qəribə hadisələrdən biri də budur: Hümayun Qa-
leyi-Zəfərdən Hindistan səfərinə gəldiyi vaxt (308 b) yolda Molla Baba Pə-
şağari və onun kiçık qardaşı Baba Şeyx qaçıb Kitin-Qara Sultanın yanına
getmişdilər. Bəlxdəkilər də aciz qaldılar və Bəlx Kitin-Qara Sultanın əlinə
keçdi. Bu boş adam kiçık qardaşları ilə birlikdə bu civarın idarəsini öz üzə-
rinə alaraq Aybək, Xürrəm və Sarbağ civarına gəlir. Şah İskəndər də Bəlxin
istilasından qorxub Quri qalasını özbəklərə təslim edir. Molla Baba ilə Şeyx
bir neçə özbəklə birlikdə Quri kurqanına gəlib girirlər.
Mir Həmə kurqanı yaxın olduğu üçün başqa çarə tapmayaraq o da öz-
bəklərə tabe olur. Bir neçə gün sonra Mir Həməni adamlarıyla birlikdə kö-
çürdüb Bəlx tərəfinə götürmək işini həll etmək üçün Baba Şeyx bir neçə öz-
bəklə birlikdə Mir Dərhalin kurqanına gəlir. Mir Həmə Baba Şeyxi kurqan-
da endirir və digərlərinə ayrı-ayrı yerlərdə otaq verir, Baba Şeyx ilə çarpışır
və bir neçə adamıyla birlikdə onu da yaxalayıb həbs edir; sonra Tanrıver-
diyə, Qunduza adam göndərir. Tanrıverdi də bir neçə yaxşı adamla birlikdə
Yarəli ilə Əbdüllətifi [Bəxşi] oraya göndərir.
Bunlar yetişincəyə qədər Molla Baba özbəklərlə birlikdə Mir Dərhalin
kurqanına gəlib savaşmaq istəyir, lakin heç bir şey edə bilmir. Tanrıverdinin
adamlarıyla birlikdə Qunduza gəlirlər. Baba Şeyxin yarası ağırmış, onun
üçün Mir Həmə o günlərdə onun başını kəsib gətirdi. (309 a) Ehsan və şəf-
qətlərlə onun mövqeyini yüksəldərək tay-tuşları arasında seçkin qıldım.
Baqi Şiğavul geən zaman bu iki əski bədbəxtin hər birinin başı üçün
bir ser altın vəd etmişdim. Amma indi bu ehsanların dışında, belə bir vəddə
Zəhirəddin Məhəmməd BABUR
324
bulunduğum üçün o bir ser
1
altın da Mir Həməyə verildi.
Bu sıralarda Biyanəyə ilqar kimi göndərilən Qəsəmtay ilə Böçkə bir
neçə qazax igidlə birlikdə dil yaxalamaq üçün gedəndə kafirin iki bölük
axınçısını məğlub edib yetmiş-səksən qədər adamını ələ keçirirlər. Həsən
xan Mivatinin dəqiq olaraq gəlib düşmənə qoşulduğı xəbərini Qəsəmtay gə-
tirdi.
Bazar günü, ayın səkkizində [=10 fevral] Ustad Əliqulunun topla daş
atmasını seyr etməyə getdim. Əvvəlcə tökdüyü böyük topun lüləsin heç bir
nöqsan yoxdu və barutxanasını də sonradan tökərək tamamlamışdı, ikindi
vaxtı daş atdı, daş min altı yüz qədəm məsafəyə getdi. Ustada kəmərli bir
xəncər, xələt və cins bir at ehsan etdim.
Dostları ilə paylaş: |