ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə36/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

Sərkar vilayət 

Kürur 

Lek 

Təngə 

1. Sətlücün o biri üzü, Bxirə, Lahor,  

Siyal-qut, Dibalpur v.s. 

33 



15.989 

2. Sihrind 

29 


31.985 

                                                           

1

 Bu cümlə türkcə nəşrdə buraxılmışdır.  



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



308 

3. Hisari-Firuzə 

30 


75.174 

4. Paytaxt Dehli və Miyan-Duab 

60 


50.254 

5. Mivat (İskəndər zamanında  

bizim mülklərimizə daxil deyildi) 

deyildi) 

69 


81.000 

6. Biyanə 

44 


14.930 (292 b) 

 292 


 

7. Aqra 


29 


76.919 

8. Miyan vilayəti 

91 


19.000 

9. Güvalyar 

29 


57.450 

10. Kalpi, Sehəndə və başqaları 

28 


55.950 

11. Kanuc 

36 


63.358 

12. Sənbəl 

38 


44.000 

13. Ləknur və Bəkəsər 

39 


82.433 

14. Xeyrabad 

12 


65.000 (293 a) 

15. Ud və Bəhrac 

17 


1.369 

16. Cunpur 



88.333 



17. Kərrə və Manikpur 

63 



27.282 

18. Bəhar 



60.000 



19. Sərvar  

55 



175.062 

2/1


 

20. Sarən 

10 


18.373 

21. Çəparən 

90 


86.080 

22. Kəndlə 

43 


30.300 

23. Racə Rup-Nərindən işlənməmiş 

gümüş və qara təngə 



55.000 

24. Rətənbur (Buli, Çatsu, Məlanə) 

20 


25. Naqur 





26. Racə Bikrəmacit (Rətənburdan) 



27. Racə Kələncəri 





28. Racə Sing-Div 



29. Racə Bikəm-Div 





30. Racə Bikəm-Çənd 



(293 b) 

 

Hindistan vilayətlərinin  yerinin  və elinin  xüsusiyyət  və  keyfiyyətləri-



nin nə qədəri məlum və müşəxxəs idi, hamısı zikr edildi və yazıldı. Bundan 

sonra  da  yazılası  bir  şey  gözə  çarpsa  yazacağam,  eşidiləsi  bir  şey  eşidilsə 

onu da bildirəcəyəm. 

 

AQRADA XƏZĠNƏNĠN BÖLÜġDÜRÜLMƏSĠ 

 

Bazar ertəsi günü, rəcəb ayının iyirmi doqquzunda [=12 may] xəzinəni 



görmək  və  bölüşdürmək  işiylə  məşğul  olduq.  Hümayuna  xəzinədən  yetmiş 

lek verildi, bir də bilinməyən və incələnib sayılmamış olan bir xəzinəni ona 



BABURNAMƏ 

 

309 



ehsan  edim. Bəzi bəylərə on lek, bəzilərinə iyirmi,  yeddi və altı lek verildi. 

Orduda olan bütün əfqan, həzarə, ərəb və bəluclara, hər camaata mövqelərinə 

uyğun  şəkildə  nəqd  ənamlar  verildi.  Yenə  ordu  ilə  birlikdə  olan  hər  tüccar, 

elm əhli və digər hər kəs ehsan və bəxşişdən bol-bol qismət və tam nəsib aldı. 

Orduda  olmayanlara da bu xəzinədən bir çox ehsan və  bəxşiş  göndə-

rildi. Məsələn, Kamrana [Mirzə] on yeddi lek, Məhəmməd Zaman Mirzəyə 

on  beş  lek,  Əsgəriyə,  Hindala,  hətta  bütün  qohumlara  altından,  gümüşdən, 

qumaşdan, cövhərdən və kölədən bir çox şeylər göndərildi. Digər tərəfdəki 

bəylərə  və sipahilərə  çox hədiyyələr  göndərildi. Səmərqənd, Xorasan,  (294 

a) Kaşğar və İraqa qohumlar üçün hədiyyələr göndərildi. Səmərqənd və Xo-

rasandakı  məşhur  şəxslərə  və  Məkkə  ilə  Mədinəyə  də  nəzirlər  göndərildi. 

Kabil vilayəti ilə Vərsək həvalisinə kişi və qadın, kölə və sərbəst, böyük və 

kiçık hər adam başına birər şahruxi ehsan edildi.  

Aqraya ilk gələndə bizimkilərlə  yerli xalq arasında çox ayrılıq və so-

yuqluq  vardı.  Əsgəri  və  xalqı  bizimkiləri  görəndə  dörd  bir  tərəfə  qaçırdı. 

Dehli ilə Aqranın dışında bütün kurqanlı yerlər öz kurqanlarını gücləndirə-

rək itaət edib təslim olmadılar. 

Sənbəldə Qasım Sənbəli, Biyanədə Nizam xan, Mivatda isə Həsən xan 

Mivati olurdu və bu qarışıqlığın səbəbkarı məhz bu dinsiz hərifdi. Dulpurda 

Məhəmməd Zeytun, Güvalyarda Tatar xan Sarənghani, Rabiridə Nuhani xan 

oğlu  Hüseyn  xan,  Ətavədə  Qütb  xan  Sərvani  və  Kalpidə  Aləm  xan  [Cəlal 

xan  Cighetin  oğlu]  vardı.  Kanuc  və  Qanqın  o  tərəfi  isə  Nasir  xan  Nuhani, 

Məruf  Fərmüli  və  digər  bir  çox  əmirlər  kimi  tamamən  müxalif  əfqanların 

əlində idi. Biz İbrahimi məğlub etdiyimiz zaman bunlar Kanuc və o tərəfdə-

ki bütün vilayətləri əllərinə keçirərək Kanucdan bir-iki mənzil bu tərəfə gə-

lib  mövqe  tutmuşdular.  Dərya  xanın  oğlu  Behar  xanı  (294  b)  padşah  edib 

ona  Sultan  Məhəmməd  ləqəbini  vermişdilər.  Mehavində  Mərğubqul  hakim 

idi. Bu qədər yaxınlığımızda olduğu halda uzun zaman gəlmədi. 

 

BƏYLƏR ARASINDAKI NARAZILIQ 

 

Biz Aqraya  gələndə  isti  fəsil  idi.  Əhali qorxudan tamamilə  qaçmışdı. 



Özümüzə və atlara azuqə və yem tapılmırdı. Kəndlər ayrılıq və aradakı zid-

diyyətlər üzündən düşmənliyə, oğruluğa və yol kəsməyə başlamışdılar. Yol-

lardan keçmək mümkün deyildi. Biz də xəzinəni bölüşdürməklə məşğul ol-

duğumuz üçün ayrı-ayrı pərgənələrə və digər yerlərə möhkəm adamlar təyin 

edə bilməmişdik. 

O il çox  isti idi.  Bir çox adam  səmum  küləyinin  təsiri  ilə  birdən-birə 

yıxılıb öldü. Bu üzdən də bəylərin və yaxşı igidlərin bir çoxu buradan soyu-

muşdu. Hindistanda qalmağa razı deyildilər, hətta getməyə belə üz tutmuş-

dular. Belə sözləri yaşlı və təcrübəli bəylər söyləsəydilər, ayıb olmazdı, am-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



310 

ma onlar bu cür sözləri az söylədilər. Bir adamda bir az ağıl və məntiq olsa, 

izahatdan sonra doğrunu və əyrini anlayar, pisi və yaxşını ayırd edər. Lakin 

bir adam düşünüb-daşınıb bir qərara görə hərəkət edərkən, söylənmiş sözlə-

rin təkrarlanmasında nə məna var? Gənclərin və kiçıklərin belə sözləri, belə 

(295 a) mənasız fikirləri söyləməsinin harası uyğundur? Qəribədir ki, bu də-

fə Kabildən hərəkət etəndə bu adamların bir neçəsi hələ yenicə bəy olmuşdu. 

Mən  oda,  ya  da  suya  girsəm  və  çıxsam,  bunların  da  heç  çəkinmədən  mə-

nimlə girib-çıxacaqlarını və hansı tərəfə üz tutsam, onların da mənimlə bir-

likdə gələcəklərini ümid edirdim. Mən inanmırdım ki, bunlar mənim niyyə-

timin əleyhinə çıxacaqlar, hamısı ilə danışıb məsləhətləşdikdən sonra birlik-

də qərar verilən bir işə qarşı çıxacaqlar. 

Gərçi bunlar pis hərəkət  etdilər, lakin Əhmədi Pərvanəçi ilə Vəli Xə-

zinə[çi]  bunlardan  da  pis  hərəkət  etdilər.  Kabildən  çıxıb  İbrahimi  məğlub 

edərək  Aqranı  zəbt  edincəyə  qədər  Xoca  Kəlan  yaxşı  hərəkət  etmiş,  cəsur 

sözlər söyləyib faydalı fikirlər irəli sürmüşdü. Lakin Aqranı aldıqdan bir ne-

çə gün sonra bütün düşüncəsi dəyişdi və getməyə çalışanlardan biri də Xoca 

Kəlan oldu. 

Adamlarımın bu tərəddüdünü öyrənincə, bütün bəyləri çağıraraq danı-

şıb məsləhət etdik. Mən dedim ki: «Səltənət və cahangirlik vasitəsiz olmaz, 

padşahlıq və əmirlik nökərsiz və vilayətsiz mümkün deyil. Neçə ildir qeyrət 

edir, çətinliklər içində uzaq məsafələr qət edərək əsgərlə yürüyür, özümüzü 

və əsgəri savaş və ölüm təhlükələrinin (295 b) içinə atırıq. Biz Allahın ina-

yəti ilə bu qədər çoxsaylı düşməni məğlub edib belə geniş məmləkətləri al-

dıq.  İndi  isə  hansı  çətinlik  və  hansı  zərurət  üzündən  belə  zəhmət  hesabına  

zəbt  etdiyimiz  vilayətləri  səbəbsiz  yerə  buraxmalıyıq.  Əgər  Kabilə  dönsək, 

təkrar sıxıntıya məruz qalacağıq. Xoş niyyəti olan heç kim bundan sonra be-

lə sözlər söyləməsin. Dayana bilməyib getmək istəyən isə getsin və bir daha 

geri qayıtmasın». 

Belə məqbul və uyğun sözləri xatırladaraq bu sıxıntıları uzaqlaşdırdıq. 

 

XOCA KƏLANIN HĠNDĠSTANDAN GETMƏSĠ 

 

Xoca  Kəlanın  qalmağa  niyyəti  olmadığı  üçün  «Xoca  Kəlanın  əsgəri 

çoxdur,  hədiyyələri  o  götürsün.  Kabildə  və  Qəznədə  də  adam  azdır,  onları 

bir nizama salsın» deyə qərar verdik. Qəznə, Gərdiz və Sultan-Məsudi həza-

rəsini  Xoca  Kəlana  ehsan  etdim.  Hindistandan  da  üç-dörd  leklik  Kühram 

pərgənəsi verildi. 

Xoca  Mir  Miranın  da  Kabilə  getməsi  qərarlaşdırıldı.  Hədiyyələr  də 

onun məsuliyyətinə verildi, əmanətçi olaraq da Molla Həsən Sərraf və Tükə 

Hindu təyin olundu. Xoca Kəlan Hindistanı sevmədiyi üçün gedərkən evinin 

divarına bu beyti yazdırmışdı: (296 a) 



BABURNAMƏ 

 

311 



Əgər be xeyri-səlamət güzər zi Sind kunəm, 

Siyahru şəvəm, gər həvayi-hind kunəm. 



Əgər sağ-salamat keçsəm bu Sindi

Üzüm qara olsun bir də istəsəm hindi. 

Biz  Hindistanda  ikən  belə  gülməli  bir  beyt  söyləmək  və  yazmaq  nə-

zakətsizlikdir. Getməsi  üzündən bir buruqluq  yaranmışdı,  bu  beyt bunu bir 

qat  daha  artırmışdı.  Mən  də  içimə  doğduğu  kimi  o  anda  söyləyərək  bu  rü-

baini yazıb göndərdim: 

Yüz şükr de, Babur ki, kərimü qaffar 

Verdi sana Sindü Hindü mülki-bisyar

İstiliyinə gər sana yoxdur taqət, 

Soyuq üzün görək desən, Qəznə var. 

Bu əsnada əskidən rütbəsi çox kiçık olan və iki-üç ildən bəri böyük və 

kiçık qardaşlarını yığıb bir dəstə təşkil edən Molla Apağ oruq-zeyi və Sind 

sahilindəki bəzi əfqanlara başçı təyin edilərək Külə göndərildi. O civardakı 

oxçulara və sipahilərə təsəlli fərmanları göndərildi.  

Şeyx Gürən etiqad və imanla gəlib bizə qoşuldu və Miyan-Duab oxçu-

larından da iki-üç min sipahi gətirdi. 

Yunus Əli Dehli ilə Aqra arasında yolu çaşıb Hümayundan ayrılanda 

Əli xan Fərmülinin oğullarına və ailəsinə rast gəlir. Bir az vuruşandan sonra 

onları  məğlub  edib  Əli  xanın  oğullarını  əsir  alaraq  gətirmişdi.  Bu  fürsətlə, 

Dövlət-Qədəm  Türkün  oğlu  Mirzə  Moğol  vasitəsilə  (296  b)  Əli  xanın  əsir 

oğullarından biriylə birlikdə bu qarışıqlıqda Mivata getmiş olan Əli xana tə-

səlli fərmanları göndərildi. Mirzə Moğol Əli xan ilə birlikdə qayıtdı. Əli xa-

na hörmət göstərib öz pərgənələrindən iyirmi beş lek verildi. 

Sultan İbrahim Mustafa Fərmülini və Firuz xan Sarənghaninin idarə-

sindəki bir neçə əmiri Purabdakı asi əmirlərin üstünə göndərmişdi. Mustafa 

bu  asi  əmirlərlə  yaxşı  savaşaraq  onları  bir  neçə  dəfə  möhkəm  məğlub  et-

mişdi. Mustafa bu İbrahimin məğlubiyyətindən bir az öncə öldü. Şeyx Bə-

yazid onun kiçık qardaşı idi, İbrahim vacib işlə məşğul olduğu üçün böyük 

qardaşının idarəsindəki vilayət və əhalini dərhal o, əlinə  almışdı. Firuz xan, 

Şeyx Bəyazid, Mahmud xan Nuhani və Qazı Ciya qulluğa gəldilər. Bunlara 

da umduqlarından daha artıq etibar və şəfqət göstərib Firuz xana Cunpurdan 

bir  kürur,  qırx  altı  lek  və  beş  min  təngə,  Şeyx  Bəyazidə  Uddan  bir  kürur, 

qırx səkkiz lek və əlli min təngə, Mahmud xana Qazipurdan doxsan lek və 

otuz beş min təngə, Qazı Ciyaya Cunpurdan iyirmi lek ehsan edildi. 

 

SULTAN ĠBRAHĠMĠN SARAYINDA KEÇƏN MƏCLĠS 

 

Şəvval bayramının üstündən bir neçə gün keçmişdi. Sultan İbrahimin 



hərəm sarayının ortasındakı daş sütunlu eyvanlı kümbəzdə böyük bir məclis 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



312 

qurduq.  

Hümayuna işləməli bir köynək, kəmərli  bir qılınc və  altın  yəhərli  bir 

cins at, Çin Teymur Sultan, Mehdi Xoca və Məhəmməd (297 a) Sultan Mir-

zəyə işləməli köynək, kəmərli qılınc və kəmərli xəncərlər ehsan edildi. Di-

gər bəylərə və igidlərə də mövqelərinə görə kəmərli qılınc, kəmərli xəncər-

lər, xələtlər bağışlandı. Hamısının siyahısı burada  yazılıdır:  yəhərli  iki cins 

at, qəbzəsi qiymətli daşlarla bəzənmiş iyirmi beş ədəd xəncər, yenə qiymətli 

daşlarla bəzənmiş iki qılınc kəməri, səkkiz qumaş çəkmən, qiymətli daşlarla 

bəzənmiş on altı ədəd qəmə, altın qəbzəli bir ədəd hind bıçağı, qiymətli daş-

larla bəzənmiş iki ədəd geniş ağızlı xəncər və əlli bir parça qumaş. 

Bu söhbət günündə olduqca çox yağış yağdı. On üç dəfə  yağdı. Bəzi-

ləri yer çatmadığı üçün dışarıda oturmuşdular, hamısı islandılar.  

Məhəmmədi Göyəldaşa Samanə vilayətini ehsan edib Sənbələ ilqar tə-

yin  etdik.  Hisari-Firuzə  mükafat  olaraq  Hümayuna  verilmişdi,  Sənbəli  də 

Hümayuna ehsan etdim. 

Hindu bəy Hümayunun yanına təyin edilmişdi,ona görə də Məhəmmə-

dinin  yerinə  Hindu  bəy,  Kəttə  bəy,  böyük  və  kiçık  qardaşları  ilə  birlikdə 

Məlik Qasım Baba-Qaşqa, Molla Apağ və Miyan-Duab oxçularıyla birlikdə 

Şeyx Gürən ilqar olaraq Sənbələ göndərildi. 

Qasım Sənbəli üç-dörd dəfə  (297 b) «Alçaq Bibən Sənbəli mühasirə-

yə alıb hücum edir, ora ilqar getsin» deyə adam göndərmişdi. Bibən bizdən 

qaçdıqdan  sonra  vaxt  itirmədən  dağ  ətəyindən  yürüyərək  irəliləmiş  və  pə-

rən-pərən düşən əfqanları və hindistanlıları  yığıb  bu qarışıq dönəmdə mey-

danı boş görərək gedib Sənbəli mühasirəyə almışdı. 

Ahar  keçidinə  çatan  Hindu  bəy,  Kəttə  bəy  və  təyin  edilən  ilqar  qolu 

suyu keçəndə böyük və kiçık qardaşları ilə birlikdə Məlik Qasım Baba-Qaş-

qanı  irəliyə  göndərirlər.  Məlik  Qasım  suyu  keçdikdən  sonra  qardaşları  və 

yüz-yüz əlli  igidlə birlikdə sürətlə çapıb günorta  vaxtı Sənbələ  çatır. Bibən 

isə adamlarını düzüb ordugahından hərəkət edir. Məlik Qasım sürətlə gedib 

kurqanı  arxasına alır və  hücum  edir.  Bibən müqavimət  göstərə bilməyərək 

qaçır. Məlik Qasım onun xeyli adamının başını kəsib bir neçə fil, bir çox at 

və qənimət ələ keçirir. 

Ertəsi gün digər ilqar bəyləri də yetişirlər. Qasım Sənbəli gəlib onları 

görür, lakin «kurqanı bunlara təslim etmək yaxşı olmaz» deyə düşünür. Bir 

gün Şeyx Gürən, Hindu bəy [Koçin] və digərləri ilə danışıb qərarlaşdıraraq 

bir bəhanəylə Qasım Sənbəliyi bu bəylərin yanına gətirir və bizim adamları 

Sənbəl  kurqanına  buraxır.  Qasım  Sənbəlinin  köçünü  və  ailə  üzvlərini  sağ- 

salamat çıxarıb yolladılar. 

Qələndər Piyada vasitəsilə Biyanədə bulunan Nizam xana vəd və təh-

did fərmanlarıyla (298  a) birlikdə o anda içimdən gəldiyi kimi söylənən bu 

qitə yazıb göndərdim: 



BABURNAMƏ 

 

313 



Ba türki siteza məqun, ey miri-Biyanə

Çalaki-yo mərdanəgine türk əyan əst, 

Gər zud nəyaiyü nəsihət naquni quş, 

Anca ki əyan əst, çi hacət bə bəyan əst. 

 

Ey miri-Biyanə, türklər ilə oyun oynama

Türklərin çevikliyi və qəhrəmanlığı əyandır.  

Əgər tez gəlməsən və öyüd dinləməsən, 

Əyan olanın  bəyana nə lüzumu  var. 

Biyanə  kurqanı  Hindistanın  məşhur  qalalarındandır.  Axmaq  hərif  qa-

lasının  möhkəmliyinə  güvənib  başından  böyük  iddialarda  bulunaraq  adam 

göndərmişdi.  Göndərdiyi  adama  yaxşı  bir  cavab  vermədən  qala  zəbti  üçün 

lazım olan şeylərin hazırlanmasıyla məşğul olduq. 

Babaqulu  bəy  də  vəd  və  təhdid  fərmanlarıyla  Məhəmməd  Zeytunun 

yanına göndərildi. O da bəzi bəhanələr göstərərək hiylə yoluna sapmışdı. 

Rana Sanka kafir biz Kabildə ikən elçisini göndərib sədaqətini açıqlamış 

və  «Əgər  padşah  o  tərəfdən  Dehli  civarına  gəlsə,  mən  də  bu  tərəfdən  Aqra 

üstünə  yürüyərəm»  deyə  qərar vermişdi. Mən  İbrahimi məğlub edib Dehli  və 

Aqranı aldım. Bugünə qədər bu kafirdən heç bir hərəkət görünməmişdi, amma 

bir  müddət  sonra  Məkənin  Həsən  adlı  oğlunun  olduğu  Kəndar  kurqanını 

mühasirəyə aldı. Həsən Məkəndən bir neçə dəfə adamlar gəldi. Məkən özü isə 

hələ  gəlib  görünməmişdi.  O  civardakı  (298  b)  Ətavə,  Dulpur,  Güvalyar  və 

Biyanə  kimi  kurqanlar  da  hələ  ələ  keçməmişdi.  Şərq  tərəfdəki  əfqanlar  da 

inadkarlıq  və  sərkəşlik  edirdilər  və  Kanucdan  Aqraya  doğru  iki-üç  mənzillik 

yerdə  əsgərləri  ilə  mövqe  tutmuşdular.  Ətrafdaki  itaət  etməyənlərdən  hələ 

tamamən əmin olmadığımız üçün ona yardıma getməyə adamlar ayıra bilmədik. 

İki-üç ay sonra Həsən çarəsiz qalıb şərtlə Kəndar kurqanını təslim etdi.  

Rabiridəki Hüseyn xan [Nuhani] da qorxusundan Rabirini buraxıb çıx-

dı. Rabiri Məhəmməd Əli Cəng-Cəngə verildi. 

Qütb xan Servani Ətavədə idi. Neçə dəfə ona vəd və təhdid fərmanları 

göndərildi, nə gəlib bizi gördü, nə də Ətavəni buraxıb çıxdı. Ətavəni Mehdi 

Xocaya  ehsan    edib  Məhəmməd  Sultan  Mirzə,  Sultan  Məhəmməd  Dulday, 

Məhəmməd  Əli  Cəng-Cəng  və  Əbdüləziz  Miraxur  idarəsində  olan  bəylər-

dən və içkilərdən bir dəstə adamı yardıma verib Ətavə üzərinə göndərdik. 

Kanuc da Sultan Məhəmməd Duldaya verildi. Firuz xan, Mahmud xan 

Nuhani, Şeyx Bəyazid və Qazı Ciyaya da fövqəladə etibar göstərilib Purab 

tərəfindən pərgənələr verilmişdi, onlar da Ətavəyə təyin edildilər.  

Məhəmməd Zeytun (299  a) Dulpurda olur və hiylə  yoluna sapıb  gəl-

mirdi. Dulpuru Sultan Cüneyd Barlasa ehsan edib Adil Sultan, Məhəmmədi 

Göyəldaş, Şah Mansur Barlas, Qutlu-Qədəm, Abdullah [Kitabdar], Vəli Xə-

zinə[çi], Can bəy [Can Məhəmmədi], Pirqulu və Şah Hüseyn Yaregi idarə-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



314 

sində olanları Dulpuru zorla alıb Sultan  Cüneydə təslim etdikdən sonra Bi-

yanə üzərinə yürümələri üçün təyin etdik. Bu əsgərləri təyin etdikdən sonra 

türk və hind əmirlərini məşvərətə çağırıb bu sözü təklif etdik: 

«Purabdakı asi əmirlər -Nasir xan Nuhani və Məruf Fərmüli- qırx-əlli 

min adamla Qanqdan keçərək Kanucu ələ keçirmiş və bu tərəfə doğru iki-üç 

mənzil gəlib mövqe tutmuşlar. Kafir Rana Sanka da Kəndarı alıb fitnə və fə-

sadla  məşğuldur.  Yağmur  mövsümü  də  sona  yaxınlaşdı.  Ya  asilərin,  ya  da 

kafirlərin  üstünə  hərəkət  etmək  gərəkli  və  labüd  görünür.  Bu  civardakı  və 

ətrafdakı kurqanların işi asandır. Bu böyük düşmənlər dəf edildikdən sonra 

bunlar nə edə bilərlər? Rana Sankanın belə hərəkət edəcəyi ağla gəlmirdi». 

Hamısı da yekdil şəkildə belə dedi: «Rana Sanka bir az uzaqdadır, ya-

xınlaşa biləcəyi də məlum deyildir. Madam ki, bu düşmənlər bu qədər yaxı-

na gəlmişlər, bunların dəf edilməsi önəmli və zəruridir». 

Biz bu düşmənlərin üzərinə hərəkət etməyə qərar verəndə (299 b) Hü-

mayun belə dedi: «Padşahın səfərə çıxmasına lüzum yoxdur, bu işi mən gö-

rərəm». Bu, hamının xoşuna gəldi. Türk və hind əmirləri bu fikri bəyəndilər. 

Hümayun Puraba təyin edildi, Dulpura təyin edilmiş olan əsgərlərin yanına 

Kabili  Əhməd  Qasım  göndərildi,  onların  da  Çəndvara  gələrək  Hümayuna 

qoşulmaları əmr edildi. Mehdi Xoca ilə Məhəmməd Sultan Mirzənin idarə-

sində Ətavə üzərinə göndərilən əsgərlərə də Hümayuna qatılmaları üçün fər-

man göndərildi. Cümə axşamı günü, zülqədə ayının on üçündə [=21 avqust] 

Hümayun səfərə çıxıb Aqradan üç küruh məsafədə  yerləşən Cəlisir adlı ki-

çık bir kəndə endi. Orada bir gün qaldıqdan sonra qalxıb mənzil-mənzil irə-

lilədi. Cümə axşamı günü, ayın iyirmisində [=28 avqust] Xoca Kəlanın Ka-

bilə getməsinə izin verildi.  



 

BABUR BĠR BAĞ  SALMAQ ĠSTƏYĠR 

 

Hindistanın  böyük  bir  qüsuru  axarsularının  olmamasıdır.  Yaşanacaq 

hər yerdə çarxlardan istifadə edərək su çıxarmaqla planlı və müntəzəm bağ-

lar  salmaq  barədə  düşünürdük.  Aqraya  gəlişimdən  bir  neçə  gün  sonra  bu 

məqsədlə  Cun  çayından  keçib  bağ  salınacaq  yerləri  araşdırdım.  Elə  səfasız 

və  xarab  yerlərdi  ki,  oralardan  iyrənmə  və  diksinmə  ilə  keçdim.  Bu  yerin 



(300 a) iyrəncliyi və pisliyi üzündən çarbağ xəyalını ağlımdan çıxardım. 

Amma oradan başqa Aqraya bu qədər yaxın olan bir yer də yoxdu. Bir 

neçə  gün  sonra  istər-istəməz  eyni  yerdə  işə  başladıq.  Hamamın  suyunu  tə-

min edən o böyük quyu qazıldı, ənbəli ağaclarıyla səkkiz guşəli hovuzun ol-

duğu  bir  yer,  onlardan  sonra  da  böyük  hovuz  və  saray  tikildi.  Daha  sonra 

daş binanın önündəki hovuz və talvar inşa edildi. Sonra xəlvətxana bağı ilə 

evləri, ondan sonra da hamam tikildi. Beləcə səfasız və nizamsız hinddə gö-

zəl, planlı və müntəzəm bağlar salındı. Hər guşəsi gözəl çəmənliklər və hər 



BABURNAMƏ 

 

315 



çəmənlik də uyğun güllər və nərgizlərlə bəzəndi. 

Hindistanın üç şeyindən şikayətçi idik: istisi, küləyi və tozu. Hamam 

hər üçünün də çarəsi imiş. Toz və külək hamamda nə gəzir, ayrıca hamam, 

isti havalarda elə sərin olur ki, adam soyuqdan üşüyəcək dərəcəyə gəlir. Ha-

mamın  isti  hovuzunun  olduğu  otağı  bütünlüklə  daşdan  tikdilər.  Ağ  daşdan 

tikilən fəvvarə dışında bütün döşəmə və tavanı qırmızı Biyanə daşındandır.   

Xəlifə, Şeyx Zeyn, Yunus Əli və çay sahilinə yerləşən hər kəs (300 b) 

düzgün və gözəl planlı bağlar, hovuzlar saldılar. Lahor və Dibalpur üsulu ilə 

çarxlar qurub su çıxardılar. Hindlər belə planlı və düzgün  yer  görmədikləri 

için Cunun bu tərəfindəki gözəl binalı yerlərə «Kabil» adını vermişlər. 



 

BÖYÜK BĠR QUYUNUN QAZILMASI 

 

Kurqanın içində İbrahimin imarətiylə divar arasında boş bir yer vardı, 



oraya  da  böyük  bir  vayin,  hövzi-kəbir  düzəldilməsini  əmr  etdim.  Pilləlı  və 

böyük quyuya hindlər vayin deyirlər. Bu vayin çarbağdan öncə düzəldilmiş-

di.  Həmin  yağmur  mövsümündə  qazmaqla  uğraşdılar.  Bir  neçə  dəfə  çökdü 

və  işçilər  altında  qaldı.  Rana  Sanka  müharibəsindən  sonra  tamamlandı. 

Tarixinin yazıldığı daşda bunun tamamlanmasının müharibədən sonra [1527 

martından sonra] olduğu göstərilmişdir. Gözəl bir vayin oldu. 

Bu vayinin içində üç qatlı bir bina, onun ən aşağı qatında üç eyvan var. 

Quyuya  pilləlar  vasitəsilə  enmək  olur.  Hər  üç  eyvana  eyni  yoldan  gedilir. 

Hər  eyvan  digərindən  üç  pillə  yüksəkdir.  Su  çəkildiyi  zaman  su  xətti  ən 

aşağıdakı eyvandan bir pillə alçaq olur. Yağmur mövsümündə su yüksəldi-

yi zaman isə su bəzən ən yuxarı eyvana qədər çıxır.  

Orta  qatda  oymalı  bir  eyvan  var.  Bu  eyvanın  yaxınlığıında  su  çarxını 

çevirən öküzün olduğu bir kümbəz var. (30l a) Ən üst qatı da eyvandır. Quyu-

nun üzərindəki dış səhndən bu eyvana, beş-altı pillə daha aşağıya hər iki tərəf-

dən pillələrlə bir yol gedir. Sağ tərəfə gedən yolun qarşısında tarix daşı vardır. 

Bu quyunun  yanına bir quyu daha qazılmışdır. Bunun dibi digərinin ortasın-

dan bir az daha yuxarıdadır. Bəhs etdiyim kümbəzdəki öküzün çevirdiyi çarx 

vasitəsilə su o quyudan bu quyuya keçir. Bu quyuya da bir çarx qoyulmuşdur. 

Su bu çarxla yer üzünə çıxır və oradan da yuxarıda yeləşən bağa gedir. 

Quyu nərdivanının qarşısına  daşdan bir bina  tikilmişdir. Quyunun  ət-

rafındakı divar dışında isə daş bir məscid vardı, lakin gözəl deyildi və hind 

tərzində tikilmişdi.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin