ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə33/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

a) verdik. Digər bəylərə də ayrıca pərgənələr verildi. 

Cümə  axşamı  günü,  rəcəb  ayının  iyirmi  səkkizində  [=10  may]  ikindi 

vaxtı Aqraya girərək Sultan İbrahimin sarayına endik. 

Doqquz  yüz  onuncu  ildə  [=1504/5]  Kabil  vilayətinin  zəbt  edilməsin-

dən bəri daim Hindistana yürümək arzusunda idik. Bəzən bəylərin dargörüş-

lülüyündən, bəzən də qardaşlarımın müxalifətindən Hindistan səfəri gerçək-

ləşmir  və  məmləkətləri  də  ələ  keçirilə  bilmirdı.  Axırda  əngəllər  ortadan 

qalxdı. Böyük və kiçık bəylərdən heç kim məqsədə zidd söz söyləmədi. 

Doqquzyüz iyirmi beşinci ildə [=1519] qoşun çəkib Bəcuru zorlayaraq 

iki-üç geridə [otuz ilə qırx beş dəqiqə arasında] zəbt edib əhalisini qılıncdan 

keçirdikdən  sonra  Bxirəyə  gəlmişdik.  Buranı  yağmalamadan  əhalisinə  bir 

qurtuluş fidyəsi təyin edib nəqd və ya mal olaraq dörd lek şahruxi alıb əsgə-

rin sayına görə paylaşdırdıqdan sonra Kabilə geri dönmüşdük.  

O  tarixdən  doqquz  yüz  otuz  ikinci  ilə  [=1525/6]  qədər  də  Hindistana 

əsgər  yeritməyi  sürdürmüşdük.  Bu  səfərlərin  beşincisində  də  tanrı  təala  öz 

fəzl  və  inayətiylə  Sultan  İbrahim  kimi  bir  düşməni  qəhr  və  pərişan  edərək 

Hindistan kimi məmləkəti ələ keçirməmizi asanlaşdırdı.  

Həzrəti peyğəmber zamanından bu tarixə qədər Hindistan vilayətlərini 

dışarı padşahlardan üç adam ələ keçirərək orada səltənət sürmüşdür. 

Biri Sultan Mahmud Qazi [Qəznəvi] və övladlarıdır, Hindistan məm-

ləkətində uzun müddət hökmdarlıq taxtında oturmuşlar

1



İkincisi Sultan Şahabəddin (269 b) Quri ilə qulları və xidmətində olan 

şəxslərdir, çox illər bu məmləkətlərdə padşahlıq sürmüşlər

2



Üçüncüsü  də  mənəm,  lakin  mənim  işim  o  padşahlarınkına  bənzəmir, 



çünki  Sultan  Mahmud  Hindistanı  zəbt  edəndə  Xorasan  taxtı  onda  idi,  Xa-

rəzm və Darülmürz sultanları ona itaət edərək boyun əymişdilər. Səmərqənd 

padşahı da onun himayəsindəydi. Əsgəri iki lek olmasa da, bir lekdən heç az 

deyildi. Düşmənləri də racələrdi və bütün Hindistan tək bir padşahın idarə-

sində deyildi. Hər bir racə öz başına bir vilayətdə padşahlıq edirdi. 

Sultan  Şəhabəddin  Quriyə  gəlincə,  Xorasan  səltənəti  onda  deyil,  bö-

yük qardaşı Qiyasəddin Quridə idi. Təbəqəti-Nasir yazıldığına görə, Hin-

distana bir səfərində bir lek və iyirmi min zirehli sipahi sövq etmişdir. Onun 

düşmənləri  də  ray  və  racələrdi,  bütün  Hindistan  yalnızca  tək  bir  adamın 

                                                           

1

 963-1187-ci illər arasında hökm sürən Qəznəvi türk dövlətinin başına 998-ci ildə ke-



çən Sultan Mahmud  hakimiyyətini Hindistana qədər genişlətmiş və Lahoru Bəlxdən sonra 

üçüncü dövlət mərkəzi etmişdir. 1031-ci ildə öldükdən sonra oğulları taxta keçərək 1186-cı 

ilə qədər Pəncab bölgəsində hökm sürmüşlər. 

2

 Əfqanistanda hökm sürən Quri xanədandan olan Sultan Şəhabəddin Quri qəznəvilərin 



son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə bu xanədana son vermiş və Hindistan iç-

lərinə  səfərlər  edərək  burada  Quri  hakimiyyətini  qurmuşdur.  Onun  xanədanından  gələnlər 

Şimali Hindistanda 1206-cı ilədək hakimiyyət sürmüşlər. 


BABURNAMƏ 

 

287 



əlində deyildi. 

Bxirəyə  gələndə  mənim min beş  yüz,  ən çoxu iki min  adamım vardı. 

Beşinci  dəfə  gəlib  Sultan  İbrahimi  yenərək  Hindistanı  fəth  etdim.  Heç  bir 

zaman  Hindistana  bu  qədər  az  əsgərlə  gəlməmişlər.  Əsgər,  tüccar  və  xid-

mətçilər daxil olmaq üzrə orduyla birlikdə olanların hamısı on iki min adam 

olaraq qeyd edildi. Mənə bağlı vilayətlərsə (270  a) Bədəxşan, Qunduz, Ka-

bil  və  Qəndəhardan  ibarətdi.  Lakin  bu  vilayətlərdən  də  önəmli  bir  yardım 

gəlmirdi.  Tam  tərsinə,  düşmənə  yaxın  olduqları  üçün  bəzi  vilayətlərə  heç 

durmadan  yardım  etmək  lazım gəlirdi.  Bütün  Mavəraünnəhr  vilayətləri öz-

bək xanlarının və sultanlarının idarəsindəydi. Onların yüz minə yaxın əsgəri 

vardı və əski bir düşmən idilər. 

Hindistan  məmləkəti  isə  Bxirədən  Behara  qədər  əfqan  idarəsindəydi, 

padşahı  da  Sultan  İbrahimdi.  Vilayət  hesabıyla  beş  lek  əsgəri  olmalı  idi.  O 

günlərdə əmirləri özünə müxalif etdiyi üçün mövcud əsgərini bir lek qədər təx-

min edirdilər. Özünün və əmirlərinin əlində minə yaxın fil olduğu söylənirdi. 

Bu vəziyyətdə və bu qədər bir qüvvə ilə təvəkkül edib yüz min adam-

lıq bir qüvvəyə sahib olan özbəklər kimi əski bir düşməni arxada qoyaraq, 

Sultan İbrahim kimi çox əsgərli və geniş məmləkətli bir padşahla qarşılaşdıq. 

Bu  təvəkkülümüz  nisbətində  tanrı  təala  əziyyət  və  zəhmətimizi  boşa  çıxar-

mayıb belə güclü bir düşməni məğlub edərək Hindistan kimi geniş bir məm-

ləkəti  fəth  etdirdi.  Bu  dövlətə  öz  güc  və  qüvvətimizdən  deyil,  sırf  Allahın 

lütf və şəfqətindən, bu xoşbəxtliyə isə öz qeyrət və səylərimizdən deyil, Al-

lahın eyni kərəm və inayəti sayəsində çatdıq deyə bilərik.  

 

HĠNDĠSTANIN TƏRĠFĠ 

 

Hindistan, məmləkətləri geniş, xalqı və məhsulu çox olan bir ölkədir. 



(270  b)  Şərqi, cənubu və hətta qərbi də Hind dənizinə qədər uzanır. Şimali 

dağlıq  olub  Hinduquş,  Kafiristan  və  Kəşmir  dağlarıyla  bitişikdir.  Yenə  şi-

malında Kabil, Qəznə və Qəndəhar yerləşir. 

Bütün Hindistan vilayətlərinin paytaxtı Dehli sayılır. Sultan Şəhabəd-

din Quridən sonra Sultan Firuz şahın son günlərinə qədər Hindistanın böyük 

bir qismi Dehli sultanlarının idarəsi altmdaymış. Mənim Hindistanı fəth et-

diyim  dönəmdə  beş  müsəlman  və  iki  kafir  Hindistanda  səltənət  sürürdu. 

Dağlarda və cəngəlliklərdə böyüklü-kiçıkli xeyli ray və racə də vardı, lakin 

etibarlı və müstəqil olanları bunlardı. 

Bunlardan  biri  əfqanlar  olub  paytaxt  Dehli  onlarda  idi.  Bxirədən  Be-

hara qədər olan  yerlər onların idarəsindəydi. Əfqanlardan  əvvəl isə Cunpur 

Sultan Hüseyn Şərqinin idarəsindəydi

1

.  Bu  sülaləyə  Purebi  deyirlər,  bunla-



                                                           

1

 Sultan Hüseyn Cunpurdakı Şərqi sultanlarının sonuncusudur, 1458-79-cu illər arasında 



hökm sürmüşdür. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



288 

rın ataları Sultan Firuz şah və soyunun yanında saqi imiş, Firuz şahdan son-

ra Cunpur məmləkətini əllərinə keçirmişlər. 

Dehli isə Sultan Əlaəddinin əlindəydi və bu sülalə də seyidlərdəndir

1



Teymur bəy Dehlini aldığı zaman [=1398 dekabr] Dehlinin idarəsini bunla-



rın  atalarına  vermişdi.  Sultan  Bəhlul  Ludi  Əfqan  və  oğlu  Sultan  İskəndər 

paytaxt Dehli ilə paytaxt Cunpuru əllərinə keçirdilər və beləcə hər iki pay-

taxta tək bir padşah oturdu. 

İkincisi  Quceratdakı  Sultan  Müzəffərdi

2

.  Sultan  İbrahimin  məğlubiy-



yətə uğramasından bir neçə  gün öncə dünyadan  (27l  a) köçdü. Şəriətə föv-

qəladə vaqif bir padşah idi. Elmlə uğraşır, hədis oxuyur və durmadan Quran 

yazaraq  çoxaldırdı.  Bunların  sülaləsinə  Tank  deyirlər.  Bunların  ataları  da 

Sultan Firuz və soyunun şərabdarlarıymış, Firuz şahdan sonra Qucerat vila-

yətini əllərinə keçirmişlər. 

Üçüncüsü  Dəkkəndəki  Bəhmənilərdir

3

.  Lakin  bu  dövrdə  Dəkkən  sul-



tanlarının gücləri və iqtidarları qalmamışdı, bütün vilayətlərini böyük bəylər 

əllərinə almışdılar. Bir şeyə möhtac olunca bəylərindən diləyirdilər. 

Dördüncüsü  Mendav  da  dedikləri  Malvə  vilayətindəki  Sultan  Mah-

muddur


4

. Bu sülaləyə xilçi deyirlər. Rana Sanka adlı kafir onu məğlub edib 

vilayətinin  böyük  bölümünü  əlinə  keçirmiş,  o  da  zəif  düşmüşdü.  Bunların 

ataları  da  Firuz  şahın  yetişdirdiyi  adamlardanmış.  Onun  ölümündən  sonra 

Malvə vilayətini əllərinə keçirmişlər. 

Beşincisi isə Benqal vilayətindəki Nüsrət şahdır. Atası Benqal vilayə-

tində padşah olmuşdu  və  seyidlərdəndi.  Sultan  Əlaəddin  ləqəbini daşıyırdı. 

Səltənət ona mirasla keçmişdi.

 

Qəribə bir adətdir ki, Benqalda mirasla səltənət çox az olur. Padşahın 



müəyyən bir taxtı, əmirlər, vəzirlər və digər məqam sahiblərinin hər birinin 

müəyyən  yerləri vardır. Benqal xalqının gözündə mötəbər olan taxtdır. Hər 

birinin özünə tabe olan və itaət edən əsgərlərinin və xidmətçilərinin hamısı 

özəl və sadiqdir. Padşah birini təyin etmək və ya əzl etmək (271 b) istəsə və 

o məqama hər hansı bir adamı təyin etsə, o məqama bağlı olub itaət edən əs-

gərlərin və qulluqçuların hamısı o adamın olur. Hətta padşahlıqda da belədir. 

Kim padşahı öldürərək taxta keçmək imkanını tapsa, padşah olur, əmirlərin 

və vəzirlərin, sipahilərin və xalqın hamısı ona itaət edərək boyun əyir. Onu 

eynən əski padşah kimi padşah olaraq tanıyır və əmirlərinə itaət edirlər. 

Benqal əhalisinin sözü şudur:  «Biz taxtın kölələriyik, taxta keçən hər 

kəsə  itaət  edirik».  Necə  ki  Nüsrət  şahın  atası  Sultan  Əlaəddindən  öncə  bir 

                                                           

1

 Seyidlər sülaləsindən olan Sultan Əlaəddin [Ludi] 1446-51-ci illər, Bəhlul Ludi 1451-



89-cu illər, oğlu Sultan İskəndər isə 1489-1517-ci illər arasında hökm sürmüşdür. 

2

 Sultan Müzəffər 1512-26-cı illər arasında hökmdarlıq etmişdir. 



3

 Bəhmənilər xanədanı Dəkkən bölgəsində 1347-1527-ci illərdə hökmdarlıq etmişdir. 

4

 Sultan Mahmud 1512-31-ci illər arasında hökm sürmüşdür. 



BABURNAMƏ 

 

289 



həbəş  padşahı  öldürərək  taxta  keçdi  və  bir  müddət  səltənət  sürdü

1

.  Sultan 



Əlaəddin  də  həbəşi  öldürmək  surətilə  taxta  keçmişdi.  Sultan  Əlaəddindən 

sonra da miras yoluyla oğlu padşah olmuşdur

2



Benqalda bir də bu adət vardır: bir adam padşah oldumu onun əvvəlki 



padşahların xəzinələrini sərf edib  və  xərcləməsi çox ayıb  və  utanılacaq bir 

şey sayılır. Padşah olan hər kəs yenidən xəzinə yığmalıdır. Xəzinə yığmaq o 

əhalinin gözündə iftixar və sevinc vəsiləsidir. 

Adətlərindən biri də budur: Xəzinə, axır, hətta sultanlarının bütün bi-

nalarının  əskidən  bəri  qərarlaşdırılmış  və  müəyyənləşdirilmiş  gəlirləri  və 

pərgənələri vardır, bunlar başqa yerlərə heç bir şəkildə xərclənə bilməz. 

Müsəlmanlar arasında böyük və mötəbər olan, çox əsgərə və çox vila-

yətə sahib olan padşahlar burada bəhs etdiklərimdir. 

Kafirlər arasında isə vilayət və əsgər baxımından böyük olanlardan bi-

ri (272 a) Bicangər racəsidir

3



Bir  də  bu  yaxınlarda  özünün  cürəti  və  qılıncıyla  böyümüş  olan  Rana 



Sanka vardır. Əsl vilayəti Çiturdu. Mendav sultanlarının səltənəti  yıxılanda 

Mendava bağlı olan Rətənbur, Sarəngpur,  Bhilsan və Çəndiri kimi  bir çox 

vilayəti  ələ  keçirdi.  Doqquz  yüz  on  dördüncü  ildə  [=1528]  Allahın  inayəti 

ilə neçə ildir savaş alanı olan Çəndirini -Rana Sankanın Midni Rav adlı bö-

yük və etibarlı bir adamı dörd-beş min kafirlə birlikdə orada olurdu- bir-iki 

geridə [yarım saat içində] zorla aldım və kafirləri qılıncdan keçirərək oranı 

islam yurdu elədim. Təfsilatı irəlidə söylənəcəkdir. 

Hindistanın ətrafında və civarında bir çox ray və racə vardır. Bunların 

bəziləri islama itaət etmişdi. Bəziləri isə uzaqda olduqlarından, ya da yerlə-

rinin qorunaqlı olması üzündən müsəlman padşahlara itaət etmirdi.  

Hindistan birinci, ikinci və üçüncü iqlimdədir. Hindistan dördüncü iq-

limə daxil deyil. Qəribə bir ölkədir. Bizim vilayətlərlə müqayisədə başqa bir 

aləmdir. Dağları, suyu, cəngəllikləri, ovası, toprağı, vilayəti, heyvanları, bit-

kiləri, xalqı, dili,  yağmuru, rüzgarı, hamısı tamamən başqadır. Kabilə bağlı 

isti  ölkələr bəzi xüsuslarda Hindistana bənzəyir,  bəzi xüsuslarda  isə bənzə-

mir. Sind çayını keçincə yer və su, ağac və daş, el və ulus, adət və örf (272 



b) tamamən Hindistandakı kimidir. 

Söyləndiyi kimi, şimal yönündəki dağlar və bu dağların Sind çayının o 

biri tərəfində yerləşən vilayətləri Kəşmirə tabedir. Hal-hazırda Pekli və Şəh-

məng  kimi  bu  dağdakı  vilayətlərin  çoxu  Kəşmirə  itaət  etməsə  də,  əskidən 

Kəşmirə daxil imiş. 

                                                           

1

 Bu həbəşin adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə padşah olmuşdur. 



2

 Sultan  Əlaəddin  1497-1519-cu,  oğlu  Sultan  Nüsrət  şah  isə  1519-32-ci  illər  arasında 

hökmdar olmuşdur. 

3

 Bicangər  racəliyi  Dəkkəndə  1336-cı  ildə  qurulmuşdur  və  bu  sülalədən  gələn  racələr 



1565-ci qədər, yəni güclərini birləşdirən digər Dəkkən racələri tərəfindən yenilib Bicangər 

şəhəri yıxılanadək hökm sürmüşlər. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



290 

Kəşmirdən keçdikdən sonra bu dağda sayısız el və ulus, pərgənə və vi-

layət vardır. Benqala, hətta Hind dənizi sahilinə qədər bu dağda sıx bir xalq 

kütləsi  yaşayır.  Hindistan  xalqı  bütün  araşdırma  və  incələmələrə  baxmaya-

raq  bu  qəbilələr  haqqında  dəqiq  məlumat  verə  bilmədi,  yalnızca  bu  dağın 

xalqına Kas dediklərini söylədilər. Hindistanlılar «ş»ni «s» şəklində tələffüz 

etdikləri və bu dağda ən böyük şəhər Kəşmir olduğu və Kəşmirdən başqa o 

dağda digər bir şəhərin varlığı da bilinmədiyi üçün bəlkə bu üzdən Kəşmir 

demiş ola bilərlər deyə düşündüm. 

Bu  dağ  əhalisinin  ticarət  malı  müşk,  kutasi-bəhri  (dəniz  öküzü),  zə-

fəran, qurğuşun və misdir. Hindistan əhalisi bu dağa Seva-Lek-Perpet deyir. 

Hind dilində seva  «dörddə bir», lek  «yüz min», perpet isə «dağ» deməkdir. 

Yəni dörddə bir və yüz min dağ ki, yüz iyirmi beş min dağ edir. Bu dağlarda 

qar  heç  əskik  olmaz,  bu  dağların  qarla  örtülü  bəyaz  zirvələri  Hindistanın 

Lahor,  Sihrind  və  Sənbəl  kimi  bəzi  vilayətlərindən  də  görünür.  Bu  dağlar 

Kabildə  Hinduquş  adıyla  anılır  və  Kabildən  bir  qədər  günəyə  meyl  edərək 

şərqə doğru uzanır. Güney tərəfi tamamən Hindistandır. Bu dağların (273 a) 

və Kas dedikləri bu məchul qəbilələrin şimali Tibet vilayətidir. 

Bu dağlardan bir çox çay  çıxaraq Hindistanın içindən keçir. Sihrind-

dən şimala doğru Sind, Bəxət, Çanab, Ravi, Biyah və Setlücdən ibarət olan 

altı  çay  bu  dağdan  çıxaraq  Multan  civarında  bir  yerdə  birləşir.  Hamısı  bir 

yerdə birləşəndə ona Sind deyirlər. Qərbə doğru axan bu çay Tatta vilayəti-

nin içindən keçdikdən sonra ümman ilə birləşir. Bu altı çaydan başqa Cun, 

Qanq,  Rəhəb,  Qumti,  Gəgər,  Sem  və  Gəndək  kimi  bir  çox  digər  çaylar  da 

vardır.  Bunların  hamısı  Qanq  çayıyla  birləşir  və  Qanq  adıyla  şərqə  doğru 

axaraq  Benqal  vilayətinin  içindən  keçmək  surətiylə  axırda  dənizə  tökülür. 

Hamısının qaynağı bu Seva-Lek-Perpet dağıdır. 

Çənbəl,  Bənas,  Bitvi  və  Sun  kimi  bəzi  çaylar  da  Hindistandakı  digər 

dağlardan çıxır, amma bu dağlarda qar heç olmur və bu çaylar da Qanq çayı 

ilə birləşir. 

Hindistanda  da  dağlar  vardır.  Bunlardan  biri  şimaldən  cənuba  doğru 

uzanan bir dağdır. Bu dağ Dehli vilayətində və [Sultan] Firuz şahın kiçık və 

qayalıq  bir  dağın  üstündə  tikdirdiyi  Cahannüma  adlı  imarətindən  başlayır. 

Buradan keçincə Dehli civarında parça-parça, ufaq-ufaq və ara-sıra qayalıqlı 

kiçık dağlar ortaya çıxır. Mivat vilayətinə varınca bu dağlar bir az daha bö-

yüyür və Mivatdan keçib (273 b) Biyanə vilayətinə uzanırlar. Sikri, Barı və 

Dulpurun dağları da bitişik olmamalarına baxmayaraq bu dağ silsiləsindən-

dir.  Kalpur  dedikləri  Güvalyarın  dağları  da  bu  dağla  bağlantılıdır.  Bundan 

başqa, Rətənbur, Çitur, Mendav və Çəndiri dağları da bu dağın qollarından-

dır. Bəzi yerlərdə araları yeddi-səkkiz küruh qədər kəsikdir. Bu dağlar alçaq

sarp, qayalı və cəngəllikli dağlardır. Bu dağlara qar heç yağmaz. Hindistan-

dakı bəzi çayların mənbəyi bu dağlardadır. 



BABURNAMƏ 

 

291 



Hindistan  vilayətlərinin  çoxu  düz  yerdir.  Bunca  şəhər  və  vilayətlərin 

heç birində axarsu yoxdur. Tək axarsu böyük çaylardır. Bəzi yerlərdə yığıl-

mış sular vardır. Bəzi şəhərlərdə arx açaraq su çıxarmaq mümükün olduğu 

halda bunu etmirlər. Bunun üçün bir neçə səbəb ola bilər. Biri əkin və bağ-

ları  üçün suya heç ehtiyacları yoxdur: payız məhsulu mövsüm yağmuruyla 

yetişir və bu qəribədir ki,  yaz məhsulu yağmur olmasa da yetişir. Ağacların 

fidanına bir-iki il su daşıyır, ya da çarx və dəsti ilə su verirlər. Ondan sonra 

su  verməyə  gərək  qalmır.  Bəzi  səbzələrə  su  verirlər.  Lahor,  Dibalpur,  Sih-

rind və o civarlarda su çarxla verilir. Quyu dərinliyində iki ipin uclarını bağ-

layaraq halqa düzəldir, bu iki ipin arasına ağaclar və bu ağaclara da dəstilər 

bağlayırlar.  Bu  vedrələrin  bağlandığı  (274  a)  ipi  quyunun  üstündəki  çarxa 

qoyur və onun yanında mili dik duran ikinci bir çarx daha düzəldirlər. Öküz 

bu  ikinci  çarxı  çevirəndə  onun  dişləri  dəstilərin  bağlandığı  birinci  çarxın 

dişlərinə girib onu döndərir. Suyun töküldüyü yerə holuq qoyurlar və bu ho-

luqdan suyu hər tərəfə aparırlar. 

Aqra, Çəndvar, Biyanə və o civarlarda suyu vedrə ilə verirlər. Bu mə-

şəqqətli və çirkli bir işdir. Quyunun kənarına bir çəngəl ağac dikir və çəngə-

lin  dişləri  arasına  diyircək  yerləşdirirlər.  Vedrəni  uzun  bir  ipə  bağlayıb  bu 

diyircək  üzərinə  qoyur  və  ipin  bir  ucunu  da  öküzə  bağlayırlar.  Bir  adamın 

öküzü sürməsi və birinin də vedrədəki suyu boşaltması lazımdır. Bu öküz bu 

ipi çəkıb təkrar geriyə döndüyü zaman hər dəfə ip öküzün sidiyi və axbunu 

ilə kirlənmiş olan yolun üzərinə sürtünüb təkrar quyuya düşür. 

Bəzi  əkin  sahələrində  əgər  su  lazım  olsa,  kişi  və  qadın  su  daşıyaraq 

suvarırlar. 

Hindistanın şəhər və vilayətləri fövqəladə səfasız yerlərdir. Bütün şə-

hər  və  ərazi  birbirindən  fərqsizdir.  Bağlarında  divar  yoxdur.  Ərazi  əsasən 

dümdüzdür. Bəzi  çay və  çayırlarının  sahilləri  mövsüm  yağmurları üzündən 

su altında qalır (274 b) və hər yerdən keçmək mümkün olmur. Bəzi yerlərdə 

tikanlı  cəngəllikləri  var,  pərgənələrin  əhalisi  bu  cəngəlliklərdə  gizlənərək 

inad edib vergilərini vermirlər. 

Hindistanda  çaylardan  başqa  axarsu  azdır.  Bəzi  yerlərdə  yığılmış  su-

lara nadir hallarda təsadüf edilir. Bunca şəhər və vilayətlər quyu, ya da möv-

süm yağmurundan yığılmış olan hovuz suyu ilə keçinir. 

Hindistanda binaların və kəndlərin, hətta şəhərlərin dağılması və tikil-

məsi  bir  anda  baş  verir.  Hətta  böyük  şəhərlərdə  illərcə  yaşayan  əhali  əgər 

qaçsa, elə qaçır ki, bir, ya da bir yarım gündə ortada o şəhərdən nə bir əsər,  

nə də bir əlamət qalır. Tikmək istədikləri vaxt isə arx qazmağa və bənd dü-

zəltməyə lüzum  yoxdur, əkinləri daim  yağmurla  suvarılır. Əhali də  fövqəl-

adə  çoxdur,  hamısı  yığılaraq  bir  hovuz  düzəldir,  ya  da  bir  quyu  qazır.  Ev 

tikmək və ya divar çəkmək də yoxdur. Qamış və ağac boldur, buna görə də  

koma düzəldirlər. Dərhal bir kənd, ya da bir şəhər olur. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



292 

HĠNDĠSTANA XAS VƏHġĠ HEYVANLAR 

 

Fil:  hindistanlılar  ona  hati  deyirlər.  Fil  Kalpi  vilayətinin  sınırlarında 

olur.  Oradan  yuxarıya  və  şərqə  doğru  getdikcə  daha  çox  vəhşi  filə  təsadüf 

edilir. O tərəflərdən fil tutub gətirirlər. Kərrə və Manikpurda otuz-qırx kən-

din işi (275 a) fil tutmaqdır. Vergilərini də fillə ödəyirlər. 

Fil  nəhəng  və  çox  ağıllı  bir  heyvandır.  Nə  söylənsə  anlayır,  nə  əmr 

edilsə yerinə yetirir. Qiyməti böyüklüyü ilə düz mütənasibdir və onu ölçüsü-

nə görə satırlar. Nə qədər böyük olsa, qiyməti də o qədər artıq olur. Deyilə-

nə görə, bəzi adalarda on kari böyüklüyündə fil varmış. Buralarda isə dörd-

beş karidən daha yüksək olanlara təsadüf edilmir. 

Fil  xortumu  vasitəsilə  yeyib-içir.  Xortumu  olmasa,  yaşaya  bilməz. 

Xortumun iki tərəfində üst çənəsində iki böyük dişi var, bu dişləri vasitəsilə  

divarları və ağacları zorlayıb yıxır. Dişləri ilə vuruşur, hər hansı çətin bir işi 

də bu dişləri ilə görür. Bu dişlərə ac deyirlər. Bu dişlər Hindistan əhalisinin 

gözündə çox qiymətlidir. Filin tükü yoxdur. 

Hindistanda  filin  etibarı  çox  böyükdür.  Hər  hərbi  hissədə  mütləq  bir 

neçə fil olur. Filin bəzi yaxşı məziyyətləri var: böyük, dərin və it axanı su-

lardan çoxlu yüklə asanca keçir, dörd-beş yüz adamın çəkdiyi top arabasını 

üç-dörd fil asanlıqla çəkib aparır. Lakin fil üçün çox yem lazımdır, tək bir fil 

iki qatar dəvənin yemi qədər yem yeyir. 

Kərgədan (qurk): bu da nəhəng bir heyvandır. (275 b) Cüssəsi üç ca-

mış qədər olar. O tərəflərdə belə bir söz məşhurdur: kərgədan fili buynuzuy-

la qaldırar. Bu, hər halda, yanlış sözdür. Burnunun üstündə tək bir buynuzu 

var, uzunluğu da bir qarışdan bir az artıqdır. İki qarış uzunluğunda buynuzu 

olanı  heç  görünməmişdir.  Böyük  bir  buynuzdan  bir  qədəh  və  bir  dənə  zər 

qutusu düzəldildi. Bundan başqa bəlkə də üç-dörd düymə qədər artıq qaldı. 

Dərisi fövqəladə qalındır. Sərt bir yay qoltuğa qədər çəkilərək atıldığı 

təqdirdə  və  yaxşı  saplananda  onun  bədəninə  dörd  barmaq  qədər  işlədiyini 

söylədilər. Dərisinin bəzi yerlərindən ox daha çox keçirmiş. İki çiyninin və 

iki budunun üstündə dəri qat-qatdır, uzaqdan bir çul kimi görünür. 

Digər  heyvanlardan  ən  çox  ata  bənzəyir.  Atın  qarnı  böyük  olmadığı 

kimi, bunun da  qarnı böyük deyil. Atın  aşıq  yerində  necə  bir  sümük varsa, 

bunun da aşıq yerində elə bir sümük var. Bunun ön ayaqlarındakı sümük də 

atın ön ayaqlarındakı sümüyə bənzəyir.  

Bu heyvan fildən daha vəhşidir, onun qədər itaətkar və dinc deyil. Pər-

şavər və Heşnəgar cəngəlliklərində çox olur. Bir də Sind çayı ilə Bxirə vila-

yətinin arasındakı cəngəlliklərdə olur. Hindistanda Saru çayının sahilində də 

çoxdur. 


Hindistan  (276  a) səfərlərinin  çoxunda Pərşavər  və  Heşnəgar cəngəl-

liklərində kərgədan ovladıq. Yaxşı buynuz vurur. Bu ovlarda bir çox adamı 



BABURNAMƏ 

 

293 



və atı buynuzuyla vurmuşdur. Bir ovda Maqsud adlı çöhrənin atını buynuzu 

ilə qaldırıb bir nizə boyu qədər atdı. Bu üzdən Maqsuda Qurk ləqəbi verildi. 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin