III. HĠNDĠSTAN
HİNDİSTAN - 932 (18 OKTYABR 1525 - 8 OKTYABR 1526)
DOQQUZ YÜZ OTUZ ĠKĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ
932-ci il səfər ayının birində, cümə günü [=17 noyabr 1525] günəş ox-
atan bürcündə ikən Hindistan üzərinə yürümək niyyətilə hərəkət etdik, Yek-
Ləngə təpəsini aşaraq Dih-Yaqub çayının qərb tərəfindəki çayıra endik.
Biz bu yurdda ikən yeddi-səkkiz ay öncə Sultan Səid xanın hüzuruna
elçi olaraq göndərilmiş Əbdülmüluk Qurçu xanın Yengibəy Göyəldaş adlı
bir adamıyla birlikdə gəldi, xanımlardan və xandan məktublar və bəzi hədiy-
yələr gətirdi.
Əsgərin səfərə hazırlaşması üçün bu yurdda iki gün qaldıqdan sonra
hərəkət etdik, bir mənzildə dincələrək Badam-Çeşməyə endik. Burada mə-
cun yedik.
Çərşənbə günü Barik-Aba enəndə Xoca Hüseyn Divanın Lahorun gə-
lirindən göndərmiş olduğu iyirmi min şahruxi dəyərində altın, əşrəfi və tən-
gələri
1
Hindistanda qalan Nur bəyin kiçık qardaşlarındən biri gətirdi. Bunun
böyük bir qismini Bəlxin işləri üçün Bəlx ərbabından olan Molla Əhmədə
göndərdim.
Cümə günü, ayın səkkizində (252 a) Gəndəməkə enəndə şiddətli nəz-
ləyə tutuldum. Həmd olsun ki, asan keçdi.
Şənbə günü Baği-Vəfaya endik. Hümayun Mirzəni və o tərəfin əsgəri-
ni gözlədiyimiz üçün bir neçə gün Baği-Vəfada qaldıq. Baği-Vəfanın bö-
yüklüyü, səfası və gözəlliyindən bu əsərdə bir neçə dəfə söz edilmişdir. Ol-
duqca səfalı bir bağdır. Alıcı gözüylə baxan hər kəs onun necə bir yer oldu-
ğunu anlayar. Orada olduğumuz bu bir neçə gündə içki və səbuhi məclisləri
qurduq, içməyən günlərdə də məcun söhbəti keçirdik. Gecikdiyi üçün Hü-
mayuna çox sərt məktublar və şiddətli xitablar göndərdim.
Bazar günü, səfər ayının on yeddisində səbuhi məclisi keçirdik. Hü-
1
Əşrəfi: altın sikkələrə verilən ümumi ad. Təngə: gerçək dəyəri bu gün dəqiq bilinmə-
yən bir pul vahidi.
Zəhirəddin Məhəmməd BABUR
270
mayun gəldi. Çox gec gəldiyi üçün onu danladım. Xoca Kəlan da Qəznədən
elə o gün gəldi.
O bazar ertəsi axşamı Sultanpur ilə Xoca Rüstəm arasında salınmış
Yengi-Bağa [yeni bağ] endik.
Çərşənbə günü də oradan qalxıb sala mindik və Quş Künbəzə qədər
şərab içərək gedib Quş Künbəzdə saldan çıxıb ordugaha gəldik.
Ertəsi gün də orduya səfər əmri verib sala minərək məcun yedik. Hər
zaman endiyimiz yer Qırx Arx idi. Qırx Arxın qarşısına gələndə ətrafa nə
qədər baxsaq da, ordudan (252 b) bir əsər görünmədi. Atlar da meydanda
yoxdu. Gərm-Çeşmə yaxın olduğu üçün «bəlkə ordu oraya enmişdir» deyə
düşünərək buradan keçib getdik. Gərm-Çeşməyə çatanda gec olmuşdu. Ora-
da da qalmayaraq, gecə boyu yola davam etdik. Bir yerdə salı dayandırıb bir
az uyuduq. Sübh çağı Yadabirə çıxdıq. Sabah erkəndən qoşun gəlməyə baş-
ladı. Sən demə, ordu Qırx Arx civarına enibmiş, biz görəməmişik.
Salda Şeyx Əbülvəcd, Şeyx Zeyn, Molla Əlixan, Turdu bəy Xaksar
kimi şeir oxuyan çox adam vardı. Söhbətdə Məhəmməd Salihin
1
bu beyti
oxundu:
Məhbubiyi hər işvəkarira çi künəd kəs,
Caye ki tu başe digərira çi künəd kəs.
Hər işvəkarın məhbubluğunu insan nə etsin,
Sən olan yerdə başqa birinə nə lüzum var.
Bu örnəyə dair başqa beytlər söyləmələrini əmr etdim. Şeir yazanlar
söyləməyə başladılar. Molla Əlixana çox sataşırdılar. Sataşma qəblindən bu
beyt bədahətən ağlıma gəldi:
Manəndi tu mədxuşu qərira çi künəd kəs,
Hər gavquni madə xərira çi kunəd kəs.
Sənin kimi huşsuz bir axmağı insan nə etsin,
Hər öküz doğan dişi eşşəyi insan nə etsin.
Bu vaxta qədər yaxşı və pis, ciddi şəkildə və zarafatla, ağlıma gələn
hər şeyi dilxoşluq üçün nəzm edirdim, hər cür çirkin və qaba nəzmi də ya-
zırdım. O zamanlar Mübəyyin
2
əsərini nəzmə çəkirdim, halım sıxıntılı idi və
həzin könlümə belə bir fikir gəlmişdi: (253 a)
Heyf bulğay ol dildin kim, mundağ əlfəzni dərc qılğay,
Yana fikrini qəbih sözlərgə xərc qılğay,
Dariğ bulğay ol könqüldin kim, mundağ məani zühur etgəy,
Yana zişt xəyallar anda xütur etgəy.
O zamandan bəri də həcv və zarafat vadisində şeir və nəzm söyləmək-
dən vaz keçmişdim və tövbəli idim. Ona görə də bu beyti söyləyən zaman
1
Məhəmməd Salih: «Şeybaninamə» əsərinin müəllifi.
2
Mübəyyin: Baburun hüquqi səciyyə daşıyan, iqtisadiyyat və vergi siyasəti haqqında
nəzmlə yazılmış əsəri.
BABURNAMƏ
271
bunlar heç ağlıma gəlmədi və bu anlam da heç bir vaxt könlümə doğmadı.
Bir-iki gün sonra Biqrama enəndə nəzləyə tutuldum və isitdim. Sonra
bu nəzlə öksürəyə çevirdi. Hər öksürəndə qan tüpürürdum. Hərarətim heç
aşağı düşmürdu. Birdən bunun haradan gəldiyini və iztirabımın səbəbini an-
ladım: «Kim əhdini pozsa, öz əleyhinə pozmuş olar. Və kim Allaha verdiyi
sözə əməl etsə, Allah ona böyük bir mükafat verər»
1
.
Nə qılayın sənin bilə, ey dil,
Cəhətindən mənim içim qandır.
Neçə yaxşı desən bu həzl ilə şeir
Birisi föhşü, biri yalandır.
Gər desən qoymayın bu cürm bilə,
Cilovunu bu ərsədən yandır (bu yoldan çevir).
Dedilər: «Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan
və bizə acımasan, mütləq ziyana uğrayanlardan olarıq».
2
Bir bir daha bağışlanmağı diləyib tövbə edərək, bu cür batil fikirlərdən
və belə nalayiq alışqanlıqlardan könlümü çevirib qələmimi sındırdım. Bu
cür tənbehlər asi qullar üçün o dərgahdan gələn böyük bir dövlətdir və bun-
lar sayəsində ağıllanan hər qul üçün böyük bir xoşbəxtlikdir.
O axşam oradan hərəkət edib Əli-Məscidə endik. Bu yurd (253 b) dar
olduğu üçün mən daima bir təpənin üzərinə enirdim, əsgərin hamısı da mə-
nim endiyim təpənin uçurum tərəfinə baxan bir dərəyə enirdi. Gecə olanda
əsgərlərin tonqalları çox gözəl bir mənzərə yaradırdı. Buna görə də buraya
enəndə mütləq içərdik. Bu dəfə də içdik. Sabah olmadan öncə məcun yedik
və atlandıq. O gün oruc da tutdum. Gəlib Biqramın yanında düşərgə qurduq.
Ertəsi gün o yurdda qalaraq kərgədan ovuna çıxdıq. Biqramın önündə-
ki Siyah-Abdan keçib çayın aşağısına doğru bir halqa yaratdıq. Bir müddət
getdikdən sonra arxa tərəfdən bir adam gələrək, Biqramın lap yaxınında ki-
çık bir cəngəlliyə bir kərgədanın girdiyini və ətrafını mühasirəyə aldıqlarını
söylədi. Dərhal dördnala oraya getdik. Cəngəllikdə halqa qurub gurultu qo-
paranda kərgədan dışarı çıxıb ovaya doğru qaçdı. Hümayun və o tərəfdən
gələnlərdən heç kim kərgədan görməmişdi. Hamısı doyunca seyr etdi. Bir
küruha yaxın qovalayıb çoxlu ox vuraraq yerə sərdilər. Bu kərgədan adama
və ata hücum etmədi.
İki kərgədan daha vurdular. «Görəsən, kərgədan bir fillə qarşılaşsa,
əcəba, nə edər» deyə daim düşünürdüm. Bu dəfə filçilər filləri gətirirmişlər
və bir kərgədan (254 a) da onların tam qarşısına çıxıbmış. Filçilər bir az irə-
liləyincə kərgədan onlara qarşı dura bilməyib başqa bir tərəfə qaçıbmış.
Biqramda ikən bəzi bəylər və içkilər, bəxşilər və divanlarla birlikdə
altı-yeddi qismə ayrılaraq bütün əsgərin adlarını tək-tək yazıb saylarını he-
1
Quran, Fəth surəsi, 48:10.
2
Quran, Əraf surəsi, 7:23.
Zəhirəddin Məhəmməd BABUR
272
sablamaq üçün Nilab keçidində gəmilərə təyin edildilər.
Axşam nəzləyə tutuldum və təkrar isitdim. Bu nəzlə öksürüyə çevirdi.
Hər öksürəndə qan tüpürürdum. Çox ağır keçirdim, iki-üç gün sonra keçdi.
Biqramdan qalxıb yağmur altında Kabil çayının sahilinə endik. Hin-
distandan Dövlət xanla Qazi xanın [Ludi] iyirmi-otuz min əsgər toplayıb
Kəlanuru aldıqları və Lahor üzərinə yürümək istədikləri xəbəri gəldi. Orada-
kılara «Mənzil-mənzil irəliləyirik, biz gələnə qədər müharibə etməsinlər»
deyərək, Mömin Əli Tavaçını qasid olaraq göndərdik.
İki mənzildən sonra cümə axşamı günü, ayın iyirmi səkkizində Sind
sahilinə endik.
Şənbə günü, rəbiüləvvəl ayının ilk günü [=16 dekabr] Sind və Keçə-Qut
sularından keçib çayın sahilinə endik. Gəmilərə minən bəylər, bəxşilər və
divanlar səfərə qatılan əsgərin saysını bildirdilər. Böyük və kiçık, yaxşı və pis,
nökər və nökər olmayan, hamısı on iki min adam olaraq qeyd edilmişdi.
Bu il buralarda mövsüm yağmuru az, dağ ətəyindəki vilayətlərdə isə
(254 b) çox olmuşdu. Azuqə işi üçün dağ ətəyindən Siyal-Qut yoluyla hərə-
kət etdik.
Hati Kəkərin vilayətinin qarşısına gələndə bir çayın bəzi yerlərində
çoxlu su yığıldığını bu suların hamısının donduğunu gördük. Buz o qədər
qalın deyildi. Hindistan vilayəti üçün belə bir buz qəribədir. Buzu yalnız bu-
rada gördük, Hindistanda olduğumuz bu bir neçə il içində qar və buzdan heç
bir əsər-əlamət görünməmişdi.
Sinddən beş mənzil yürüdükdən sonra altıncı mənzildə Cud dağına bi-
tişik olan Balnat-Cugi dağının dibinə, bügiyalların yurdu olan çaya gəlib en-
dik. Əsgərin azuqə alması üçün ertəsi gün də o yurdda qaldıq. O gün mey
içdik. Molla Məhəmməd Pərgari çox hekayə danışdı, o qədər çox danışdığı
heç olmamışdı. Molla Şəms isə əskidən bəri masqaraçılığı ilə məşhur idi,
masqaralığa başlasa, axşama qədər bitirməzdi.
Azuqə üçün gedən qullar, xidmətçilər və digər adamlar ərzaqdan baş-
qa şeylər də axtararaq dağınıq və hesabsız şəkildə cəngəlliyə, dağlara, sarp
və yolsuz yerlərə getdikləri üçün onlardan bir neçəsi itdi, Kiçkinə Tünqatar
isə orada öldü.
Oradan qalxıb Ciləmdən bir az aşağıdakı keçid üzərindən Bəxət çayını
keçdik. Bimrugiri və Əkriya pərgənəsinin hakimi, Siyal-Qut bölgəsinə köməkçi
olaraq təyin edilən Vəli Qızıl biz burada ikən gəlib məni gördü. Siyal-Qutu
mühafizə etmədiyi (255 a) üçün onu azarladım. «Mən pərgənəyə gəlmişdim.
Xosrov Göyəldaş Siyal-Qutdan çıxdığı zaman mənə xəbər dəxi vermədi» deyə
söylədi. Bundan xəbərim vardı. «Madam ki Siyal-Qutu mühafizə edə bilmədin,
nə üçün gedib Lahorda bəylərə qoşulmadın» dedim. Susmaq məcburiyyətində
qaldı, iş zamanı yaxınlaşdığı üçün onun bu qüsuruna göz yumdum.
Bu yurddan Lahordakılara «Müharibə etməyin, Siyal-Qutda və ya Per-
BABURNAMƏ
273
srurda gəlib bizə qoşulun» xəbərini götürməsi üçün Seyid Tufan ilə Seyid
Laçın yedek atlarla birlikdə təcili göndərildi. Hər kəs bu fikirdə idi: Qazi
xan otuz-qırx min adam yığmış, Dövlət xan isə qocalığına baxmayaraq beli-
nə iki qılınc bağlamışdır. Bunlar şiddətli bir şəkildə vuruşacaqlar. Bir atalar
sözü vardır: «Gah yəzdəh bəh, gah noh» (on dost doqquzdan yaxşıdır). Əl-
dəki vasitələri cəmləmək üçün Lahordakıları da özümüzə qoşub sonra vu-
ruşaq deyə düşündük.
Bəylərə adam göndərib arada bir dəfə dincəldikdə sonra Çanab çayı-
nın kənarına endik. Yoldan ayrılıb xassə əmlakdan olan Bəhlulpuru seyr et-
dik. Kurqanı Çanab çayının kənarında yüksək bir qayalığın üzərində idi, çox
xoşuma gəldi. Siyal-Qutu buraya nəql etməyi düşündüm. İnşallah, fürsət
olan kimi dərhal buraya nəql ediləcəkdir.
Bəhlulpurdan ordugaha qədər gəmiylə gəldik. (255 b) Məclis quruldu,
bəziləri mey, bəziləri boza içdi, bəziləri də məcun yeddi. Yatsı vaxtından bir
az gec bir saatda gəmidən çıxıb çadırda da bir az içdik. Bu çayın sahilində
bir gün qaldıq ki, atlar dincəlsin.
Cümə günü, rəbiüləvvəl ayının on dördündə [=29 dekabr] Siyal-Quta
endik. Hindistana hər səfərimiz zamanı öküzlərimizi və camışlarımızı yağma-
lamaq üçün dağdan hədsiz-hesabsız sayda cet və gücür aşağı enirdi. Qul-
durluq və zülm edənlər də bu səfillər idi. Əvvəllər bu vilayətlər düşmən idi və
biz onları o qədər möhkəm sıxmırdıq. Bu dəfə isə bu vilayətlərin hamısı bizə
tabe olduğu halda yenə belə rəftar etməyə başladılar. Siyal-Qutun ordugaha
gələn bu acları və çılpaqları, fəqir və miskinləri birdən qovğaya tutuşub
yağmağa girişdilər. Quldurluq edənləri tapdıraraq iki-üçünü parçalatdırdım.
Şahım Nur bəyi Siyal-Qutdan Lahordakı bəylərin yanına göndərdim ki,
düşmənin harada olduğunu məlumatlı adamlardan öyrənsin, bəylər bizə
harada qoşulacaqlarını bildirsinlər.
ALƏM XANIN SULTAN ĠBRAHĠM XAN
TƏRƏFĠNDƏN MƏĞLUB EDĠLMƏSĠ
Bu yurdda ikən bir tüccar gəlib Aləm xanın [yəni Sultan Bəhlul Ludi-
nin oğlu və Baburun xidmətində olan hind əmirlərindən Sultan Əlaəddin
Ludinin] Sultan İbrahim xan tərəfindən məğlub edildiyini söylədi.
Bu belə olmuşdur: Aləm xan bizdən izin aldıqdan sonra belə bir isti
havada yoldaşlarına baxmadan iki mənzili bir edib Lahora gəlir. Aləm xana
izin verildiyi günlərdə özbəklərin (256 a) xanlarının və sultanlarının hamısı
gəlib Bəlxi mühasirəyə almışdılar. Bu üzdən də Aləm xanın Hindistana get-
məsinə izin verildikdən sonra biz də Bəlx üzərinə hərəkət etdik. Aləm xan
Lahora çatdıqdan sonra Hindistandakı bəyləri toplayır və «Padşah sizi mənə
köməkçi təyin etmişdir, mənimlə birlikdə hərəkət edin. Qazi xanı özümüzə
Zəhirəddin Məhəmməd BABUR
274
qoşub Dehli və Aqra üzərinə yürüyək» deyir.
Onlar da «Biz Qazi xana güvənərək qoşula bilmərik. Padşahın əm-
rində də deyilir ki, Qazi xan öz kiçık qardaşı Hacı xanı oğlu ilə birlikdə sa-
raya göndərsə, yaxud onları Lahora göndərib girov olaraq qoysa, o zaman
qoşulun, yoxsa ona qoşulmayın. Siz daha dünən onunla vuruşaraq məğlub
olmusunuz, onunla təkrar necə birləşəcəksiniz. Sizin birləşməniz məsləhət
deyil» deyirlər.
Belə söyləyərək mane olmağa çalışsalar da, Aləm xan onları dinləmir.
Oğlu Şir xanı göndərərək Dövlət xan və [oğlu] Qazi xan ilə görüşüb danışır.
Xeyli müddətdən bəri məhbus olan [Dövlət xanın kiçık oğlu] Dilavər xan həbs-
dən qaçaraq Lahora gələli iki-üç ay olmuşdu. Onu da özü ilə birlikdə aparır.
Lahorda pərgənə sahibi olan Mahmud xan Xani-Cahanı da yanında götürür.
Hər halda belə qərar vermiş olacaqdır: Dövlət xan ilə Qazi xan Hin-
distanda buraxılmış olan bəyləri, hətta bütün bu civarı özlərinə alıb [oğul-
ları] Dilavər xan ilə Hacı xanı Aləm xana qatar, onlar da (256 b) Dehli və
Aqra tərəfini özlərinə alarlar. İsmayıl Cilvani və digər bəzi əmirlər gəlib
Aləm xana qoşulur və heç durmadan mənzildən-mənzilə keçərək Dehliyə
doğru hərəkət edirlər. İndriyə gələndə Süleyman Şeyxzadə Fərmüli də gəlib
onlara qatılır. Bunların sayı otuz-qırx minə çatır və Dehlini mühasirə edirlər.
Amma savaşa bilmir və kurqandakılara heç nə edə bilmirlər.
Sultan İbrahim bunu eşidib onların üzərinə hərəkət edir. O yaxınlaşın-
ca bunlar xəbərdar olub kurqan üzərindən qalxaraq ona qarşı çıxmaq istəyir
və belə düşünürlər: «Əgər gündüz savaşsaq əfqanlar bir-birlərindən utanaraq
qaçmazlar. Əgər gecə basqını təşkil etsək, qaranlıq gecədə adam-adamı gör-
məz və hər kəs öz bildiyi kimi hərəkət edər». Bu düşüncə ilə təxminən altı
küruhluq bir məsafədən qalxaraq gecə basqınına gəlirlər. Gecə basqını üçün
iki dəfə gündüz günorta hərəkət edir, iki-üç pasa qədər at üstündə qalıb nə
geri dönəcəklərini, nə də irəli gedəcəklərini qərarlaşdıra bilmədən irəliləyir
və nəhayət, üçüncü dəfə sabaha bir pəhər qalmış basqına gəlirlər.
Bunların basqını çadırlara və otaqlara od vurmaqmış. Bir başdan od vu-
rub qovğa qoparırlar. Cəlal xan Cighet və digər bəzi əmirlər gəlib Aləm xana
qatılırlar. Sultan İbrahim öz köşkündə bir neçə xas süvarisi ilə birlikdə olduğu
yerdə qalır. Bu zaman dan ağarır. Aləm xanın bütün adamları xalqı yağma-
lamaq və qənimət toplamaqla məşğuldur. (257 a) Sultan İbrahimin əsgəri
bunların çox az olduğunu görüncə bir dəstə əsgər və bir fillə dərhal onların
üstünə yürüyür. Fil irəliləyincə bunlar müqavimət göstərə bilmədən qaçırlar.
Aləm xan bu şəkildə qaçdıqdan sonra Miyan-Duab tərəfinə, sonra Pa-
nipat civarından təkrar Panipat tərəfinə keçir. İndriyə gələndə bir bəhanə ta-
paraq Miyan-Süleymandan üç-dörd lek qoparır. İsmayıl Cilvani və Aləm
xanın böyük oğlu Cəlal xan bunlardan ayrılaraq Miyan-Duab tərəfinə gedir.
Aləm xanın yanında yığılan əsgərin Seyif xan Dərya xan, Mahmud xan Xa-
BABURNAMƏ
275
ni-Cahan, Şeyx Cemal Fərmüli və digər bəzilərinə tabe olan qismi savaşdan
bir az öncə qaçıb İbrahimə qoşulur.
Aləm xan, Dilavər xan və Hacı xan Sihrinddən keçəndən sonra bizim
gəlib Milvəti aldığımızı öyrənirlər. Dilavər xan bizim üçün üç-dörd ay həbs-
də qaldığı halda hələ bizə sadiq olduğu üçün onlardan ayrılaraq köçünün
yanına Sultanpura gəldi və biz Milvəti aldıqdan üç-dörd gün sonra da Milvət
civarında gəlib bizə qatıldı.
Aləm xan ilə Hacı xan isə Şetlut çayını keçərək Dun ilə Dəst arasında-
kı dağda Gingutə adlı möhkəm bir kurqana girirlər. Bizə tabe əfqan və həza-
rələr (257 b) gələrək bunları mühasirəyə alırlar. Belə möhkəm bir kurqanı
tam ələ keçirmək üzrə ikən axşam olur. Kurqandan çıxmaq istəyənlər də
[Aləm xan və Hacı xan] atların qapıya yığılması üzündən çıxa bilmirlər. Fil-
ləri varmış, onları qabağa verirlər. Fillər də atların çoxunu ezib öldürür. Atla
çıxa bilmədikləri üçün qaranlıqda piyada çıxır, ancaq Milvətə də girə bilmir,
dağ tərəfinə qaçmış olan Qazi xana min çətinliklə qoşulurlar. Qazi xan isə
onları o qədər yaxşı qəbul etmir. Axırda Aləm xan məcbur olub dərənin
sonundakı Pəhlur civarında bizə qoşuldu.
Biz Siyal-Qutdaykən Lahordakılardan bir adam gəldi və ertəsi gün ha-
mısının gəlib bizə qoşulacağını bildirdi. Ertəsi gün Persrurə enəndə Məhəm-
məd Əli Cəng-Cəng, Xoca Hüseyn və digər bəzi igidlər də gəlib orada bizə
qoşuldular.
Düşmənin ordugahı Ravi çayının Lahor tərəfində imış. Oradakı vəziy-
yəti öyrənmək üçün Böçkəni bir dəstə adamla oraya göndərdik. Gecənin üç
pəhəri yaxınlaşanda xəbər gətirdi ki, düşmənin bizim gəldiyimizi xəbər alıb
bir-birinə baxmadan nizamsız halda qaçır.
Sabah Şah Mir Hüseynlə Can bəyi [Can Məhəmməd bəy] yüklərin və
sursatın yanında qoyaraq özümüz sürətlə hərəkət etdik. İki namaz arasında
Kəlanura gəlib endik. Məhəmməd Sultan Mirzə, Adil Sultan və digər bəylər
burada (258 a) gəlib bizə qoşuldular.
Sabah qalxıb yolda gedərkən Qazi xanla digər qaçanların xəbərini gə-
tirdilər. Məhəmmədi, Əhmədi, Qutlu-Qədəm və Vəli Xəzinə[çi]nin koman-
danlığında olanları və bu səfər üçün Kabildə bəyliyə yüksəldilmiş olan bəy-
lərin böyük qisminı qaçanları təqib etmələri üçün ayırdık. Qərara görə bun-
lar düşmənə yetişə bilsələr yetişəcək, yetişə bilməsələr kurqandakıların qa-
çıb getməmələri üçün Milvət kurqanın ətrafını mühsirəyə alacaqlar. Belə bir
tədbir almaqdan əsas məqsəd Qazi xandı.
Bu bəyləri irəli göndərdikdən sonra Kanvəhinin qarşısından Biyah ça-
yını keçib endik. Oradan qalxıb arada iki dəfə istirahətdə sonra Milvət kur-
qanının olduğu dərənin ağzına endik. Öncədən gəlmiş olan bəylər və Hin-
distandakı bəylərə kurqanı yaxından mühasirəyə almaq əmri verildi. Dövlət
xanın nəvəsi -böyük oğlu Əli xanın oğlu- olan İsmayıl xan burada yanımıza
Zəhirəddin Məhəmməd BABUR
276
gəldi. Bir çox vədlər və təhdidlərlə onu da kurqana geri göndərdik.
Cümə günü ordunu irəli götürüb kurqana yarım küruh məsafədə endik.
Şəxsən gedib kurqanı gördükdən sonra sağ və sol qollarla mərkəzin yerlərini
müəyyənləşdirərək ordugaha qayıtdım.
Dövlət xan adam göndərib (258 b) «Qazi xan qaçıb dağa getdi, mənim
günahımı bağışlasa, qulluğa gəlib kurqanı təslim edərəm» deyə bildirdi. Xo-
ca Mir Miran oraya göndərildi, qorxusunu bərtərəf edib onu da özü ilə gətir-
di. Dövlət xanla birlikdə oğlu Əli xan da gəldi. Bizimlə vuruşmaq üçün beli-
nə bağladığı iki qılıncını boynuna asmağı əmr etdim, iş bu dərəcəyə gəldiyi
halda hələ də bəhanə arayacaq qədər qaba və abdal bir adam olurmu? Bir az
irəli gətirdilər. Qılıncları boynundan almalarını əmr etdim. Qarşıma görüş-
mək üçün gələndə yükünməkdə gecikmişdi. Ayağından çəkdirərək qarşımda
yükündürülməsini əmr etdim.
Qarşıma oturdub hind dilini bilən bir adama belə buyurdum: «Bu söz-
ləri bir-bir onun zehninə nəqş edərək söylə və de ki: mən sənə ata dedim,
könlün istəyəndən daha artıq təzim və ehtiram göstərdim. Özünü və oğlunu
bəluclardan sədəqə dilənməkdən qurtardım. Arvad-uşağınızı İbrahimin kölə-
liyindən xilas etdim. Tatar xanın [Yusif-Heyl] üç kürur vilayətini sənə ehsan
etdim. Sənə nə pislik etdim ki, döşünə və belinə iki qılınc bağlayıb qoşun
çəkərək bizim vilayətlərin üstünə yürüyüb fitnə və fəsad çıxarırsan».
Axmaq qoca ağzında bir-iki söz (259 a) gəvələdi, cavab verə bilmədi.
Hərəmlərini və uruğunu özünə verib digər bütün əmlakının zəbt edilməsinə
qərar verildi. Özünün də Xoca Mir Miranın yanında qalması əmr edildi.
Şənbə günü, rəbiüləvvəl ayının iyirmi ikisində [=6 yanvar 1526] bun-
ların uşaqlarını və hərəmlərini sağ-salim olaraq çıxarmaq üçün şəxsən gəlib
Milvət kurqanının qapısının qarşısındakı təpəyə endim. Əli xan çıxıb bir qə-
dər əşrəfi hədiyyə etdi. İkindəyə doğru bunların uşaqlarını və hərəmlərini çı-
xarmağa başladılar.
Gərçi Qazi xanın kurqandan çıxıb getmiş olduğunu söyləyirdilər, lakin
bəziləri onun da kurqanda olduğunu və orada gördüklərini söylədilər. Buna
görə bəzi içkilər və çöhrələr Qazi xanın hiylə ilə çıxmaması üçün şübhəli
adamları araşdırmaq üzrə qapıya qoyuldu. Bütün məqsəd bu idi. Bundan
başqa bəzi cəvahir və qiymətli daşları gizlicə çıxarmaq istəsələr, onları da
zəbt edəcəkdilər.
Qapının önündəki təpəyə çadır qurduraraq gecəni orada keçirdim. Sa-
bah Məhəmmədi, Əhmədi, Sultan Cüneyd, Əbdüləziz [Miraxur], Məhəm-
məd Əli Cəng-Cəng, Qutlu-Qədəm və bir neçə içki bəylərə içəri girib xəzi-
nələri və bütün əmlakı zəbt etmələrini əmr etdim. Xalq kurqan (259 b) qa-
pısında çox gurultu qoparırdı. Qorxutmaq üçün bir neçə ox atdım. Bir qəza
oxu təsadüfən Hümayunun hekayəçisinə isabət edib onu dərhal öldürdü.
Bu təpədə iki gecə qaldıqdan sonra, bazar ertəsi günü kurqana girib
BABURNAMƏ
277
ətrafı tədqiq edərək Qazi xanın kitabxanasına gəldim. Bir neçə nəfis kitab
çıxdı. Bir neçəsini Hümayuna verdim, bir neçəsini də Kamrana [Mirzə] gön-
dərdim. Mollayanə kitablar xeyli çox idi, lakin gözü cəzb edəcək nəfislikdə
kitablar yox idi.
Gecə orada qalıb sabah ordugaha gəldim. Qazi xanın kurqanda oldu-
ğunu zənn edirdik, lakin o qeyrətsiz adam atasını, böyük və kiçık qardaşları-
ni, anasını və bacılarını Milvətdə qoyaraq bir dəstə adamla birlikdə dağ tə-
rəfinə qaçıbmış.
Məbin an bihəmiyyətra ki hərgiz,
Nəxahəd did ruyi nikbəxti,
Tən asani guzinəd xiştənra
Zənü fərzənd begüzarəd be səxti
1
.
Xoşbəxtliyin üzünü əsla görməyəcək
O həmiyyətsizə baxma,
Özü üçün asan olanı seçər,
Arvad-uşağını sıxıntıya tərk edər.
Çərşənbə günü o yurddan qalxıb Qazi xanın qaçdığı dağa doğru hərə-
kət etdik. Milvətin ağzındakı yurddan bir küruh yol gedərək bir dərəyə en-
dik. Dilavər xan burada gəlib sədaqətini bildirdi.
Dövlət xan, Əli xan və İsmayıl xan ilə bir neçə böyüyü daha yaxalayıb
Bxirədəki Milvət kurqanına (260 a) götürərək mühafizə etməsi üçün Kəttə-
yə təhvil verdik. Çeşitli adamların mühafizəsinə verilmiş olan digərləri üçün
də Dilavər xanın məsləhəti ilə qurtuluş fidyələri müəyyənləşdirildi. Bəzilə-
rini kəfalətlə sərbəst buraxıb bəzilərini də zəncirə vuraraq mühafizə etdilər.
Kəttə əsirləri götürdü. Dövlət xan Sultanpura yaxınlaşdıqları zaman öldü.
Milvət kurqanı Məhəmməd Əli Cəng-Cəngin idarəsinə verildi. O da
öz tərəfindən böyük qardaşı Arğunu bir dəstə igidlə birlikdə orada qoydu.
Həzarə və əfqanlardan iki yüzə qədər adam kurqana köməkçi təyin edildi.
Xoca Kəlan Qəznə şərablarından bir neçə dəvə yüklətmişdi. Xoca Kə-
lanın yurdu kurqana və ordugaha baxan bir təpədə idi. Orada söhbət etdik,
bəziləri şərab, bəziləri də araq içdi. Gözəl bir məclis oldu.
Oradan qalxıb Milvətin keçidlərlə dolu kiçık dağlarından aşaraq Duna
gəldik. Hindistan dilində dərəyə «dun» deyirlər. Hindistanda bir axarsu bu
Dundadır və Dunun ətrafında bir çox kənd yerləşir. Bura Cesvalin pərgənəsi
imiş. Dilavər xan onların dayıları olur. Dun gözəl bir vadidir. İrmağın ətrafı
çayırdır. Bəzi yerlərində düyü əkilmişdir. Ortasından üç-dörd dəyirman işlə-
dəcək gücdə bir su axır. Vadinin genişliyi bir-iki küruh və bəzi yerlərində də
Dostları ilə paylaş: |