ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə28/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

b)  dağlarından  ayrılaraq  cənub-qərbə  uzanmaq  surətilə  Dinqutun  ayağında 

Sind  çayında  sona  çatır.  Bu  dağın  bir  yarısında  Cud,  digər  yansında  isə 

Cəncuhə xalqı yaşayır. Bu dağa Cuda nisbətlə Kuhi-Cud demişlər. 

Bunlar arasındakı ən etibarlı olan böyüyə ray deyə xitab edilir, digər 

kiçık qardaşa və oğluna da məlik deyirlər. Cəncuhələr Ləngər xanın dayıları 

olur. Suhan çayının civarındakı qəbilələrin hakiminin adı Məlik Həstdi. Əsil 

adı Əsəddir. Hindistanlılar belə hərəkələri bəzən sükunla oxuyurlar, xəbərə 

xəbr dedikləri kimi, əsədə də əsd deyirlər və bu söz zamanla həst olmuşdur. 

Biz enər-enməz Ləngər xanı Məlik Həst Cəncuhənin yanına göndədik. 

Sürətlə  gedib  onu  inayət  və  şəfqətimizə  əmin  edərək  yatsı  vaxtı  özünü  də 

götürüb  gətirdi.  Bir  zirehli  at  gətirib  mülazimət  etdi.  Özü  iyirmi  iki-iyirmi 

üç yaşlarında vardı. Bu xalqın heyvan sürüləri ordugahın ətrafında və civa-

rında xeyli çox idi. 

Hələ Hindistanı ələ keçirmək niyyətindəydik. Bxirə, Xoşab, Çanab və 

Cenyut kimi bir neçə vilayət nə müddətdir türk idarəsindəydi və bunları öz 

mülkümüz  kimi  düşünürdük;  zorluqla,  ya  xoşluqla  idarəni  ələ  alacağımıza 

əmindik. Bu səbəblə bu dağ xalqıyla  yaxşı  münasibətlərdə olmaq vacib və 

gərəkli idi.  (224  a)  Onun üçün  də  «Heç  kəs bunların  heyvan sürülərinə,  ip 

ucu və iynə ulduzu qədər belə zərər və ziyan vurmasın» deyə fərman oldu. 

Sabah oradan qalxıb günorta vaxtı Kəldə-Kəhara gəlib endik. Ətraf və 

civarı bol otluq idi. Bu Kəldə-Kəhar çox gözəl bir yerdədir. Bxirənin on kü-

ruh məsafəsində, Cud dağlarının arasında bir düzlük və bu düzlüyün ortasın-

da böyük bir göl var. Bu göl ətrafındakı dağlardan  yığılan  yağış sularından 

yaranmışdır. Çevrəsi  üç  küruha  yaxındır və şimal tərəfində  gözəl  bir  çayır 

vardır. Qərbində isə dağın təpəsində bir çeşmə vardır. Bu su gölə baxan tə-

pələrdə yaşamaq imkanı verdiyi üçün buraya Baği-Səfa adında bir bağ  sal-

dırdım. Çox gözəl, havalı və səfalı bir yerdədir. Daha sonra təfsilatıyla nəql 

ediləcəkdir. 

Kəldə-Kəhardan səhər vaxtı atlandıq. Hemtatu keçidinin başında yer-

lilərdən  bir  neçə  adak  kiçik  hədiyyəylə  gəlib  sədaqətlərini  bildirdilər.  Əb-

dürrəhim Şiğavulu da bu gələn adamlarla birlikdə Bxirə xalqını öz tərəfim-

izə  çəkməyə  çalışaraq  «Bu  vilayətlər  əskidən  bəri  türkün  olmuşdur,  saqın 

ola ki qorxu və təlaşa yol verib xalqı təlatümə salmasınlar; bu vilayətin xalqı 

ilə  səmimiyyətimiz  vardır  və  heç  bir  yağmalama  olmayacaqdır»  deyə 

söyləməsi üçün Bxirəyə göndərildi. 

Çeşt vaxtı keçidin dibinə enib (224  b) Qurban Çərxi və Əbdülmüluk 


BABURNAMƏ 

 

241 



Həstinin rəhbərliyi altında yeddi-səkkiz adamı xəbər bilmək üçün irəli gön-

dərldik. İləri gedənlərdən biri olan Mir Məhəmməd Mehdi Xoca yanında bir 

adam gətirdi. Bu əsnada əfqanların böyüklərindən bir neçəsi də hədiyyələrlə 

gəlib mülazimət etdilər. Xalqı öz tərəfimizə çəkmək üçün Ləngər xanla bir-

likdə bunları da Bxirə xalqının yanına göndərdik. 

Keçidi aşıb  cəngəllikdən çıxaraq, sağ və sol  qollar ilə  mərkəz səfləri 

nizamla düzərək  Bxirəyə  doğru hərəkət  etdik.  Bxirəyə  yaxınlaşanda  Bxirə-

nin  böyükləri  ilə  birlikdə  Dövlət  xan  Yusif-Heylin  oğlu  Əli  xanın  adamla-

rından Siqdu oğlu Divə Hindu yanımıza gələrək bir at hədiyyə edib mülazi-

mət etdi. Günortaya doğru Bxirə əhalisinə zərər və ziyan vurmadan Bxirənin 

şərqindəki Bəhət çayının kənarında bir otluqda düşərgə qurduq. 

 

BXĠRƏNĠN SON DÖNƏMĠNƏ AĠD TARĠXĠ BĠLGĠLƏR 

 

Teymur bəyin Hindistan səfərindən bəri



1

 Bxirə, Xoşab, Çanab və Cen-

yut kimi bir neçə vilayət Teymur bəyin övladlarının və onların soyundan gə-

lənlərin və onlara tabe olanların hakimiyyəti altında idi. [Teymur bəyin oğ-

lu] Şahrux Mirzənin  nəvəsi və Suyurqatmış Mirzənin  oğlu Sultan Məsud 

Mirzənin  -ki, Kabil və Zabil vilayətinin idarəsini o zamanlar əlində tutduğu 

üçün ona Sultan Məsud Kabili deyirdilər-  yetirmələrindən olan Mir Əli bə-

yin üç oğlu -Baba Kabili, Dərya xan (225 a) və sonraları Qazi xan dedikləri 

Apağ  xan-  Sultan  Məsud  Mirzənin    oğlu  Əli  Əsgər  Mirzənin    ölümündən 

sonra Kabil, Zabil və bəhs edilən bu Hindistan vilayət və pərgənələrinə

2

 zor-


la sahib olmuşdular. [Baburun babası] Sultan Əbu Səid Mirzənin zamanında 

Kabil ilə Qəznə bunların əlindən çıxdı, amma Hindistandakı vilayətlər bun-

ların əlində qaldı. 

Doqquzyüz onuncu ildə [=1504] Kabilə ilk gəldiyim il Hindistana gir-

mək  niyyətilə  Xeybərdən  keçərək  Perşavəra  gələndə  Baqi  Çağanyaninin 

qeyrətiylə  aşağı  Bəngəş  tərəfində  yerləşən  Kühətə  yürüyərək  Əfqanistanın 

bir çox yerlərinə axın edib Bennu və Dəst  yağmalandıqdan sonra Düki  yo-

luyla çıxmışdıq. 

O günlərdə Bxirə, Xoşab və Çanabin idarəsi Mir Əlinin nəvəsi və Qa-

zi xanın  oğlu  olan Seyid  Əli xanın  əlində  idi. O da  İskəndər  Bəhlul [Ludi] 

adına xütbə oxutdururdu və ona tabe idi. Bu səfərdən şübhələnib Bxirəyi bu-

raxaraq Bəxət çayından keçib Bxirənin Şirqut kəndinə yerləşmişdi. 

Bir-iki il sonra bizə görə Seyid Əli xanla əfqanların arası dəydi. O da 

bu üzdən qorxu və təlaşa qapılaraq bu vilayətləri o günlərdə Lahorun hakimi 

                                                           

1

 Teymur bəy Hindistan səfərinə 1398-ci ilin martında başlamış və Dehli kimi uzaq yer-



lərə qədər axın edib yağmaladıqdan sonra 1399-cu ilin aprelində Səmərqəndə dönmüşdü. 

2

 Pərgənə: Hindistanda böyük vilayətlərə tabe olan daha kiçık ərazi-inzibatı vahidlərinə 



verilən ad. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



242 

olan  Tatar  xan  Yusif-heylin  oğlu  Dövlət  xana  [Ludi]  (225  b)  təhvil  verdi. 

Dövlət  xan  da  Bxirəni  ən  böyük  oğlu  Əli  xana  vermişdi.  O  vaxt  Bxirə  Əli 

xanın hakimiyyəti altında idi. 

Dövlət xanın atası Tatar xan Hindistanı ələ keçirdikdən sonra Bəhlulu 

[Ludi] padşah edən altı-yeddi sərdardan biri idi və Setlüc çayının şimal tə-

rəfindəki vilayətlərin hamısı bu Tatar xanda idi. Bu vilayətlərin gəliri üç ku-

rurdan


1

 bir az artıqdır. Tatar xanın vəfatından sonra Sultan İskəndər öz pad-

şahlığı zamanında bu vilayəti Tatar xanın övladından almış və mənim Kabil 

vilayətinə gəlişimdən bir-iki il əvvəl Dövlət xana yalnızca Lahoru vermişdi.  

Ertəsi gün bəzi lazımi yerlərə axınçılar göndərildi. O gün Bxirəni gəz-

dim, həmin gün Səngər xan Cəncuhə gələrək at hədiyyə edib sədaqətini bil-

dirdi. 

Çərşənbə  günü,  ayın  iyirmi  ikisində  [=23  fevral]  Bxirənin  böyükləri 



ilə tüccarlarını çağırıb dörd yüz min şahruxi asayiş fidyəsi alınmasına qərar 

verildi  və  bu iş  təhsildarlara  tapşırıldı. Təkrar hərəkət  edib  ətrafı  gəzdik  və 

bir gəmiyə minərək məcun yedik. 

Bxirə və Xoşabda  yaşayan bəlucların  yanına Heydər Ələmdar göndə-

rilmişdi.  Onlar  cümə  axşamı  sabahı  badam  çiçəyi  rəngində  cins  bir  at  hə-

diyyə edərək sədaqətlərini bildirdilər. 

Əsgərin Bxirə əhalisini taladıqları və soyduqları bildirildi. (226 a) Tez 

adamlar  göndərib belə  hərəkət ədənlərin  bəzilərini  edam  etdirdim,  bəziləri-

nin da burunlarını dəldirib ordugahd a gəzdirtdim. 

Cümə günü xoşablıların ərzi-halı gəldi. Xoşaba getməyə Şah Şüca Ar-

ğunun oğlu Şah Həsən məmur edildi. Şənbə günü, ayın iyirmi beşində [=26 

fevral] Şah Həsən Xoşaba göndərildi. 

Bazar günü elə  yağış  yağdı ki, bütün düz yerlər su oldu. Bxirə ilə or-

dugahın yerləşdiyi bağlar arasında kiçık bir su vardı. Günortaya qədər onun 

genişliyi böyük bir çay qədər oldu. Bxirənin yaxınlığında bir ox atımından 

artıq yerdən keçid yoxdu, at üzdürərək keçirdilər. Günortadan sonra yüksə-

lən suyu görmək üçün hərəkət etdim. Yağış və fırtına o qədər arttı ki, dönüb 

ordugaha gəlmək belə təhlükəli oldu.  

Günortadan sonra bu daşan sudan, at üzdürərək keçdim. Əsgərdə föv-

qəladə bir vahimə yarandı. Çoxu çadırlarını və ağır yüklərini buraxıb zireh-

lərini  və  silahlarını  çiyinlərinə  alıb  çılpaq  atlarını  üzdürərək  keçdilər.  Düz 

yerlərin hamısı su altında qalmışdı. Sabah tezdən gəmilər gətirib əsgərin ça-

dırlarım və əşyalarını gəmiylə keçirdilər. Günortaya yaxın Qoç bəyin adam-

ları suyun bir şeri qədər yuxarı tərəfinə gedib bir keçid tapdılar. Geridə qa-

lanlar da keçiddən keçdilər. 

Cahannüma  dedikləri  Bxirə  kurqanının  içində  (226  b)  bir  gün  qaldıq 

və  çərşənbə  axşamı  sabah  hərəkət  edilib  yağmurun  və  selin  qorxusundan 

                                                           

1

 Kurur: Hindistanda on milyona uyğun gələn bir rəqəm. 



BABURNAMƏ 

 

243 



Bxirənin şimal tərəfindəki təpələrin üzərinə endik. 

Bu arada təyin olunan pulu vaxtında ödəmirdilər. Vilayəti dörd hissə-

yə  ayırdım  və  bəylərə  bu  pulu  diqqətlə  yıqmalarını  əmr  etdim.  Bir  hissəyə 

Xəlifə  [Nizaməddin  Əli  Barlas],  bir  hissəyə  Qoç  [bəy],  bir  hissəyə  [Dost] 

Nasir, bir hissəyə isə Seyid Qasım ilə Mühib Əli Qurçu təyin edildi. Türk-

lərin yaşadıqları vilayətləri özümüzünkü saymışdıq. Bu üzdən də oralar yağ-

malanmadı. 

Xalq arasında danışırdılar ki, türkə aid olan vilayətlərə sülh üçün elçi 

getsə,  onların  hakimləri  problem  yaratmayacaqlar.  Beləliklə,  rəbiüləvvəl 

ayının ilk günü, cümə axşamı günü [=3 mart] atası Sultan İskəndərin bu son 

beş-altı  ay  içində  ölməsindən  sonra  Hindistan  səltənətinı  əlinə  alan  Sultan 

İbrahimin yanına elçi olaraq getməyi Molla Mürşidə tapşırdım və bir şahin 

göndərib əskidən türkə aid olan vilayətləri istədik. Dövlət xana və Sultan İb-

rahimə yazılmış məktubları təslim edib ağızdan söylənəcək sözləri də söylə-

yərək Molla Mürşidin getməsinə izin verildi. 

Bu Hindistan əhalisi və ələlxüsus da əfqanlar çox axmaq, düşüncədən 

və tədbirdən uzaq insanlarmış. Nə düşmənçilik göstərərək vuruşmaq və qar-

şı çıxmaq, nə də dostluq yolunu (227 a) seçə bilirdilər. Dövlət xan göndər-

diyimiz adamı uzun müddət Lahorda saxlamış, nə özü görüşmüş, nə də İbra-

himin yanına göndərmişdi. Göndərdiyimiz adam da heç bir cavab ala bilmə-

dən bir neçə ay sonra Kabilə qayıtdı. 

Cümə günü, ayın səkkizində Şeybani Piyada ilə indi tüfəngəndaz olan 

Dərviş  Əli  Piyada  Kabildən  məktublarla  birlikdə  Hindalin  doğum  xəbərini 

gətirdilər. Bu xəbər hindin ələ keçirilməsi zamanı gəldiyi üçün bunu uğurlu 

əlamət sayaraq ona Hindal adını verdim. 

Qənbər  [Əli]  bəy  də  Bəlxdən  gələrək  [Bədiüzzaman  Mirzənin  oğlu] 

Məhəmməd Zaman Mirzənin məktublarını gətirdi. 

 

BABURUN ĠÇKĠ VƏ MƏCUN MƏCLĠSLƏRĠ 

 

Ertəsi  gün  divan  dağıldıqdan  sonra  gəzməyə  çıxaraq  bir  gəmidə  mey 



içdik. Məclisdəkilər Xoca Dost Xavənd, Xosrov [Göyəldaş], Mirim [Nasir], 

Mirzəqulu  [Göyəldaş],  Məhəmmədi  [Göyəldaş],  Əhmədi,  Gədai,  Numan 

[Çöhrə],  Ləngər  xan,  Ruhdəm, Qasım Əli  Tiryaki, Yusif Əli  və  Tanrıqulu-

dan ibarət idi. 

Gəminin  baş  tərəfində  bir  talvar  vardı,  üstü  düz  idi,  bir  neçə  adamla 

birlikdə  mən  burada  oturmuşdum.  Bir  neçə  adam  da  talvarın  altında  otur-

muşdu. Gəminin arxa tərəfində da oturulacaq yer vardı; Məhəmmədi, Gədai  

və Numan orada oturmuşdular. İkindəyə qədər araq içdik. Arağın pisliyndən 

nifrət  edib  bu  tərəfdəkilərin  də  razılığı  ilə  məcuna  keçdik.  Gəminin    o  biri 

ucundakılar bizim məcun yediyimizi (227 b) bilmədilər və araq içməyə da-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



244 

vam etdilər. 

Yatsı vaxtı gəmidən qalxıb gecə ordugaha gəldik. Məhəmmədi ilə Gə-

dai məni mey içən zənn edərək yaxşı bir xidmətdə bulunaq deyə mey kuzə-

sini at üstündə növbə ilə daşıyaraq, çox nəşəli və gülər üzlə gəldilər və «Be-

lə qaranlıq bir gecədə kuzəni özümüz növbə ilə daşıyaraq gəldik» dedilər. 

Bu arada onlara məclisin və keflənmənin fərqli şeylər olduğunu anlat-

dılar,  bir  tərəfdə  məcun  yeyilmiş,  digər  tərəfdə  isə  içki  içilmişdi.  Məcun 

söhbəti ilə içki söhbəti heç bir zaman bir-birinə uymadığı üçün çox mütəəs-

sir oldular. 

Mən də  «Məclisi pozmayın, mey içmək istəyən  adam mey içsin, mə-

cun istəyən adam da məcun yesin, amma heç kimsə bir-birinə sataşaraq dil 

uzatmasın» dedim. Bəziləri mey içdi və bəziləri da məcun yedi. Məclis bir 

müddət daha güclüklə davam etdi. 

Babacan Qanbuzi məclisdə yoxdu, ağ çadıra gələndə onu da çağırtdıq. 

Mey içmək  arzu etdi.  Turdu  Məhəmməd Qıpçaqı da çağırdaraq sərxoşlarla 

söhbət arxadaşı elədik.  

Məcun  söhbəti  ilə  içki  və  şərab  söhbəti  heç  bir  zaman  bir-birinə  uy-

maz.  Sərxoşlar  hər  tərəfdən  pis  sözlər  söyləməyə  başladılar,  sataşmaların 

çoxu  məcuna  və  məcun  yeyənlərə  tuşlanmışdı.  Babacan  da  lülqənbər  olub 

çox  pis  sözlər  söylədi.  Sərxoşlar  dolu-dolu  qədəhləri  arxa-arxaya  verərək 

Turdu  Məhəmmədi  də  qısa  bir  müddətdə  tam  sərxoş  etdilər.  Vəziyyəti  nə 

qədər düzəltməyə (228 a) çalışsaq da, fayda etmədi. Çox rəzalət oldu. Söh-

bətin dadı qaçdı və axırda hamı dağıldı. 

Bazar  ertəsi  günü,  ayın  beşində  [=7  mart]  Bxirə  vilayəti  Hindu  bəyə 

[Koçin]  verildi.  Çərşənbə  axşamı  günü  də  Çanab  vilayətini  Hüseyn  İgrəkə 

[Həsən İgrək] ehsan  edib oraya getməsinə izin verdik. 

Bu vaxt Seyid Əli xanın Mənuçöhr xan adlı oğlu gəlib sədaqətini bil-

dirərək  bizə  qoşuldu.  O,  Hindistandan  yuxarıkı  yolla  bizə  gələrkən  Tatar 

Kəkərə  təsadüf  edir.  O  da  bunu  buraxmadan  saxlayıb  qızını  verərək  özünə 

kürəkən edir, buna görə də bir müddətdir onun yanında imiş. 

Nilab ilə Bxirə dağlarının arasında cud və cəncuhə qəbilələrindən baş-

qa, Kəşmir dağlarına bitişik yerlərdə cet, gücür və o tayfalardan bir çox qə-

bilə  vardır  və  onlar  hər  dərədə-təpədə  kəndlər  salıb  yaşayırdılar.  Bunların 

hakimi və böyükləri kəkər qəbiləsidir. 

Bunlardakı hakimiyyət də cud və cəncuhənin hakimiyyətinə bənzəyir. 

Bu dağın ətəyindəki qəbilələrin hakimiyyəti o zamanlarda eyni atanın oğul-

ları olan Tatar Kəkər ilə Hati Kəkərin əlindəydi. Bunlar əmioğlu idilər. Bun-

ların  möhkəm  yerləri  uçurumlar  və  qayalıqlardır.  Tatarın  olduğu  yerin  adı 

Piralə  idi  və  qarla  örtülü  dağdan  olduqca  aşağıda  idi.  Hatinin  vilayəti  isə  

dağa bitişik idi.  Qələncər isə  Babu  xan  (228  b)  Bisuta  aid  idi.  Hati onu da 

özünə tabe etmişdi. 



BABURNAMƏ 

 

245 



Tatar Kəkər Dövlət xanı görmüşdü və ona itaət edən kimiydi. Hati isə 

getmirdi, fitnə-fəsadla məşğul idi. Tatar Hindistan bəylərinin sözü və ittifaqı 

ilə gəlib bir az uzaqdan Hatini mühasirə edir kimi bir mövqe tutmuşdu. 

Bizim Bxirədə olduğumuz dönəmdə Hati ov bəhanəsi ilə gizlicə Tata-

rın üstünə hücum edib onu öldürdü, vilayətini, arvadlarını və nəyi varsa ha-

mısını ələ keçirdi. 

Günorta vaxtı gəzmək üçün atlanaraq gəmiyə girib araq içdik. Məclis-

də  Dost  [Nasir]  bəy,  Mirzəqulu,  Əhmədi,  Gədai,  Məhəmməd  Əli  Cəng-

Cəng, Əsəs [Xoca Məhəmməd Əli Tağayi], Uğanverdi Moğol, çalğıcılardan 

Ruhdəm, Babacan, Qasım Əli [Tiryaki], Yusif Əli, Tanrıqulu, Əbülqasım və 

Ramazan  Luli  vardı.  Yatsıya  qədər  gəmidə  içib  yatsı  vaxtı  tam  sərxoş  bir 

halda çıxaraq ata  minmiş,  məşəli əlimə  almış,  çay  sahilindən ordugaha qə-

dər gah atın bir tərəfinə, gah digər tərəfinə əyilərək və çılğınca at qoşduraraq 

gəlmişəm. Çox sərxoş imişəm. Ertəsi gün bu şəkildə əlimə məşəl alıb qərar-

gaha  gəldiyimi  danışdılar.  Heç  xatırlaya  bilmədim.  Evə  gəldikdən  sonra 

xeyli qusmuşam. 

Cümə günü  gəzmək üçün hərəkət edib  gəmiylə suyu keçdik. O tərəf-

dəki bağları, çiçəkləri və şəkər qamışı əkilən yerləri dolaşıb vedrə və çarxla-

rı tədqiq edərək su çəkmə üsulunu soruşub (229 a) bir neçə dəfə su da çək-

dik. Bu gəzinti zamanı məcun yedik. 

Oradan dönəndə təkrar gəmiyə mindik. Mənuçöhr xana da məcun ve-

rilmişdi. O, məcunun təsiri altında o qədər qaldı ki, iki adam qoltuğuna girib 

qaldırdı. Bir müddət su ortasında lövbər atıb durduq. Ondan sonra da suyun 

aşağısına doğru xeyli getdik. Bir müddət sonra gəmini yuxarıya sürdürdük. 

O gecə gəmidə uyuyub səhərə doğru ordugaha gəldik. 

Şənbə günü, rəbiüləvvəl ayının onunda [=12 mart] günəş həməl bürcü-

nə girdi. O gün günorta vaxtı gəzmək üçün atlanaraq gəmiyə girib araq içdik. 

Məclisdə  Xoca  Dost  Xavənd,  Dost  [Nasir]  bəy,  Mirim  Nasir,  Mirzəqulu, 

Məhəmmədi,  Əhmədi,  Yunus  Əli,  Məhəmməd  Əli  Cəng-Cəng,  Gədai    Ta-

ğayi, Mir Hurd, Əsəs, çalgıcılardan Ruhdəm, Babacan, Qasım [Əli Tiryaki], 

Yusif Əli, Tanrıqulu ilə Ramazan [Luli] vardı. 

Çayın qollarından birinə girib bir müddət suyun aşağısına doğru get-

dik. Bhirənin bir az aşağısından çıxıb gec vaxt ordugaha gəldik. O gün Şah 

Həsən Xoşabdan gəldi. Elçi göndərib əskidən türkə aid olan vilayətləri istə-

yərək  uzlaşmaya  varıldığı  üçün  müəyyən  edilən  qədər  axça  da  bizə  təhvil 

verildi. 

İstilər də bir az yaxınlaşdı. Hindu bəyə köməkçi olaraq Şah Məhəm-

məd Möhürdar, onun kiçık qardaşı Dost Möhürdar və digər bəzi uyğun igid-

lər seçilərək hər birinə vəziyyətlərinə görə (229 b) yerlər təsbit və təyin edil-

di. Bu yürüşlərə qeyrət edən və səbəb olan Ləngər xana Xoşabı əta edib tuğ 

verərək, onu da Hindu bəyə köməkçi təyin etdik. Bxirədə olan türk və yerli 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



246 

sipahiləri də yer və ülufələrini artırıb Hindu bəyə köməkçi təyin etdik. Bun-

lardan biri adından yuxarıda da bəhs etdiyim Mənuçöhr xan, digəri isə Nə-

zərəli  Türk  idi  (o,  Mənuçöhr  xanın  qohumu  idi),  biri  Səngər  xan  Cəncuhə, 

digəri də Məlik Həst Cəncuhə idi. 

Vilayətin işini yoluna qoymaq ümidilə bu şəkildə qərar verdik və ba-

zar  günü,  rəbiüləvvəl  ayının  on  birində  [=13  mart]  Bxirədən  qalxıb  Kabilə 

doğru hərəkət  etdik. Kəldə-Kəhara  gəlib endik.  O gün də çox  yağış  yağdı. 

Yapınçılı adamla  yapınçısız adam arasında fərq qalmadı. Əsgərin ardı gecə 

yatsıya qədər gəlməkdə davam etdi. 

Bu  yerin və  məmləkətin havasını və suyunu bilən adamlar,  ələlxüsus 

da  Kəkərin  əski  bir  düşməni  olan  [Məlik  Həst]  Cəncuhə  «Buralarda  pis 

adamlardan biri Hati Kəkərdir, yolu kəsən və camaatı pozan odur. Elə etmə-

li ki, ya o, buralardan gitsin, ya da ona yaxşı bir dərs verilsin» deyə bildirdi. 

Biz  də  belə  davranmağa  qərara  alıb  ertəsi  gün  əsgəri  Xoca  Mir  Miran  ilə 

Mirim Nasırin idarəsinə verərək özümüz günortadan sonra əsgərdən ayrıla-

raq, bəhs edildiyi kimi, bu bir neçə gün içində Tatarı öldürüb onun vilayəti 

Piraləni alaraq orada olan Hati Kəkərin üstünə (230 a) göndərdik. 

İkindi vaxtı bir yerə enib atlara yem verdikdən sonra yatsı vaxtı ora-

dan təkrar atlandıq. Bələdçi Məlik Həstin Sürpa adlı gücürlü bir nökəri idi. 

Gecə  yolu  itirib  səhərə  yaxın  endik.  Bəy  Məhəmməd Moğol  ordugaha  geri 

göndərildi. Sabah erkəndən hərəkətə keçildi. Quşluq vaxtında zirehlər geyib 

sürətlə yürüdük. Bir şeri məsafə qalanda Piralənin qaraltısı göründü. Axınçı-

lar  irəli  göndərildi.  Sağ  qol  alayında  olan  Qoç  bəy  Piralənin  şərq  tərəfinə 

vardı.  Sağ  qolun  arxasından  köməkçi  qüvvələr  göndərildi.  Sol  qol  ilə  mər-

kəz adamları Piralənin tam üstünə çıxdılar. Dost bəy kömək üçün Piralənin 

üzərinə yürüyən sol qolun arxasına göndərildi. 

Piralə uçurumların üzərində yerləşir və iki yolu vardır. Biri bizim gəl-

diyimiz  cənub-şərq  yönündədir  ki,  uçurumların  üstündən  keçir.  Yolun  hər 

iki tərəfində sıldırımlar və uçurumlar var. Piraləyə yarım küruh qala qapısı-

na varıncaya qədər dörd-beş yerdə yolun hər iki tərəfinə uçurumlar düzəldib 

yolu tək bir adam keçə biləcək qədər daraltmışlar. Bir ox atımı qədər məsa-

fəni tək-tək və arxa-arxaya yürümək gərəkdir. 

İkinci yol isə şimal-qərbindədir və geniş bir dərənin içindən gəlib Pi-

raləyə çıxır. Bu yol da ancaq tək bir adam keçə biləcək qədər dardır. Bunlar-

dan başqa heç bir tərəfdən yol yoxdur. Piralədə divar və mazğal olmasa da, 

onun zorla alınacaq yeri də yoxdur. Ətrafı yeddi-səkkiz və ya on kari dərin-

liyində (230 b) sarp qayalıqdır. 

Öncə  sol  qol  adamları  boğazlardan  keçib  qapıya  soxuldular.  Hati  öz-

ləri və atları zirehli otuz-qırx qədər süvarisi və çoxlu piyadası ilə axınçıları 

geri oturtdu. Axınçıların arxasınca köməyə göndərilən Dost bəy də yetişərək 

düşmənin bir çox adamını öldürüb məğlub etdi. Hati Kəkər o tərəflərdə cə-



BABURNAMƏ 

 

247 



sarəti  ilə  məşhurdur,  lakin  nə  qədər  mücadilə  etsə  də,  bir  şey  çıxmadı  və 

qaçdı. Bu boğazlarda müqavimət göstərə bilmədiyi üçün kurqanına gedincə, 

onu  da  qapada  bilmədi.  Axınçılar  da  onun  arxasından  dərhal  kurqana  gir-

dilər və Piralə kurqanının boğaz və uçurumundan şimal-qərb tərəfinə qoşdu-

lar. Hati isə tək başına qaçıb çıxdı. Dost [Nasir] bəy burada da çox yaxşı hə-

rəkət etdi və qəhrəmanlıq payəsi Dost bəyə verildi. 

Mən də dərhal Piralə kurqanına girib Tatarın evlərinə endim. Axınçı-

lar  hərəkətə  keçəndə  mənim  yanımda  qalmalı  olan  adamların  bir  qismi  də 

axına getmişdi. Bunların arasında Emin Məhəmməd Tarxan Arğun ilə Qara-

ca bu itaətsizlikləri üzündən  əsgərin  gözü önündə çırılçılpaq  bir halda  çölə 

göndərildi, Sürpa adlı gücürlü də onlara bələdçi olaraq verildi. 

Ertəsi  gün  şimal-qərb  tərəfdəki  uçurumdan  keçib  otluğa  endik.  Vəli 

Xəzinəçi bir neçə yaxşı igidlə birlikdə ordunun yanına göndərildi.  

Cümə axşamı günü, ayın on beşində [=17 mart] oradan hərəkət edərək 

Suhan  çayının  sahilində  bulunan  Əndərabəyə  endik.  (231  a)  Bu  Əndərabə 

kurqanı əskidən bəri Məlik Həstin atasına məxsus imiş. Hati Kəkər Həstin 

atasını öldürdükdən sonra xarab olmuşdu. O zaman da xarab idi. 

O gün yatsı vaxtında Kəldə-Kəharda qalan ordu da gəlib bizə qoşuldu. 

Hati biz Tatarı alan vaxt Pərpət adlı bir qohumunu zirehli bir at və digər hə-

diyyələrlə  birlikdə  mənim  yanıma  göndərmişdi.  Bizə  təsadüf  etmədən,  ge-

ridə  qalan  orduya  rast  gəlmiş  və  uruğu  ilə  birlikdə  gəlib  hədiyyələrini  təq-

dim edərək sədaqətini bildirdi. 

Ləngər xan da bəzi işləri həll etmək üçün geridə qalan uruqlarla birlik-

də Bhirədən gəlmişdi. İşini həll etdikdən sonra bəzi yerli adamlarla birlikdə 

yenidən Bhirəyə getməsinə izin verdik. 

Oradan  təkrar  hərəkət  edərək  Suhan  çayını  keçib  bir  təpənin  üzərinə 

endik.  Hatinin  qohumu olan Pərpətə  xələt  geydirib  cazib  fərmanlar və  Mə-

həmməd Əli Cəng-Cəngin bir adamıyla birlikdə Hatiyə göndərdik. 

Baba Dost ilə Xəlaxilin başçılığı altıında Hümayunun bir neçə nökəri 

Hümayuna verilmiş olan nilab və qarluq həzarəsinə gəlmişdilər. Baba Dost 

darğa təyin olunması münasibətilə mənim qəbuluma gəlmişdi. Səngər Qar-

luq  ilə  Mirzə  Məlvi  Qarluq  özləri  ilə  birlikdə  otuz-qırx  qarluq  əyanını  gə-

tirdilər, onlar zirehli bir at hədiyyə edib sədaqətlərini bildirdilər. Diləzaq əf-

qanlarından da bir dəstə əsgər gəldi. 

Ertəsi  gün  oradan  qalxıb  iki  şeri  yürüyərək  təkrar  endik.  Bir  yüksək-

liyə çıxıb ordunu təftiş etdim. (231 b) Ordudakı dəvələri saymalarını əmr et-

dim, beş yüz yetmiş dəvə vardı. 

Sünbül  bitkisinin  tərifi  eşitmişdim,  bu  yurdda  ikən  gördüm.  Bu  dağ 

ətəyində sünbül  bitkisi çox deyil,  tək-tük  olur. Bir az irəlidəki  Hindistanın 

dağ  ətəyində  sünbül  lap  çox  olur.  Hindistanın  heyvanları  və  bitkilərindən 

bəhs edərkən onda da danışacağam. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



248 

Buradan  nağara  vaxtı  qalxıb  çeşdə  doğru  Səngdəki  keçidinin  dibinə 

endikdən sonra günorta üstü təkrar hərəkət edib keçid və çaydan keçərək bir 

yüksəklikdə dayandıq. Oradan da gecə  yarısı qalxıb Bxirəyə  gedərkən keç-

diyimiz keçidi seyr etmək üçün atlanmışdıq. 

O keçiddə azuqə daşıyan böyük bir çərşənbə axşamı çamura batıb qal-

mışdı,  sahibləri  uğraşdıqları  halda  hərəkətə  gətirə  bilmirdilər.  Bu  azuqəni 

alıb bizimkilərə paylaşdırdıq. Tam zamanında önümüzə çıxan azuqə idi. 

Günortaya yaxın gəlib Kabil çayı ilə Sind çayının birləşdiyi yerdən bir 

az aşağıda və əski Nilabdan bir az yuxarıda iki çayın arasına endik. Nilab-

dan altı gəmi gətirilib sağ və sol qollar ilə mərkəz arasında paylaşdırıldı və 

dərhal çayı keçməyə başladılar. 

Bizim  gəldiyimiz  bazar  ertəsi,  çərşənbə  axşamı  və  çərşənbə  gününə 

qədər çayı keçməyə davam etdilər. Cümə axşamı günü belə xeyli adam hələ 

çayı keçməkdə davam edirdi. 

Əndərabə  civarında  ikən  Məhəmməd  Əli  (232  a)  Cəng-Cəngin  bir 

adamıyla  birlikdə  Hatinin  yanına  göndərilmiş  olan  Pərpət  adlı  qohumu  bu 

çayın  sahilində  ikən  gəldi  və  Hatidən  zirehli  bir  at  hədiyyə  gətirdi.  Nilab 

əhalisi də zirehli bir at hədiyyə gətirib mülazimət etdi. 

Məhəmməd  Əli  Cəng-Cəngin  Bxirədə  qalmağ  həvəsi  vardı.  Bxirə 

Hindu bəyə [Koçin] əta edilmiş olduğu üçün Bxirə ilə Sind çayı arasındakı 

vilayətləri və elləri (Qarluq həzarəsi, hati, qiyas, al və kitib) Məhəmməd Əli 

Cəng-Cəngə  ehsan  edildi.  Qulluğu  qəbul  edən  qulluq etsin,  əgər hər hansı 

bir vilayət boyun əyməsə 

Hər kim ki, boyunu qoymasa onu tiygəy

Çapğay, talağay, müntiyü münqəd etgəy.  



Kim boyun əyməsə ona yetişsin, 

Çapsın, talasın, müti və münqəd etsin.  

Bu  ehsanlardan  sonra  Məhəmməd  Əli  Cəng-Cənge  xas  siyah  qədifə-

dən bir has başlıq və zirehli bir paltar da verdim. Tuğ da ehsan  etdim. 

Hatinin qohumunun getməsinə də izin verib Hatiyə bir qılınc, bir dəst 

paltar və təsəlli edici fərmanlar göndərdim.  

Cümə axşamı günü, günəş doğarkən, çayın sahilindən hərəkət etdik. O 

gün  məcun  yeyərək  nəfis  gül  bağlarıni  seyr  etdik.  Ayrı-ayrı  yerlərdə  toplu 

halda  ərğuvani  güllər  açılmış,  bəzi  yerlərə  də  qarmaqarışıq  səpələnmişdi. 

Ordugahın yanındakı bir təpənin üzərində oturub gülzara tamaşa etdik. (232 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin