ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə29/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

b) Sanki paylaşdırılmış kimi, təpənin alt tərəfində hər yanda bir sarı, bir ər-

ğuvani güllər sıra-sıra, müsəddəs bir şəkildə açılmışdı. İki tərəfdə gül o qə-

dər  çox  deyildi,  amma  göz  ala  bildiyi  qədər  belə  gülzar  idi.  Perşavər  civa-

rında bahar mövsümündə gözəl gülzar olur. 

Səhər  vaxtı o  yurddan qalxdıq. Gələrkən çay sahilində  nərildəyən  bir 

şir kənara doğru çıxdı. Atlar şirin səsini eşidib hürkdülər və özlərini qaya və 



BABURNAMƏ 

 

249 



çuxurlara atdılar. Şir qayıdıb yenə cəngəlliyə girdi. Bir camış gətirib cəngəl-

liyə salaraq şiri qırağa çıxarmalarını əmr etdim. Təkrar kənara doğru çıxdı. 

Hər  yandan oxla vurdular;  mən də bir ox  atdım. Halvi Piyadə  nizə  ilə vur-

maq istərkən nizənin dəmirini dişləri ilə qırdı. Pars bir çox ox dəydiyi halda 

kolluğun dibində büzülmüş  dururdu. Baba Yasavul  qılıncını çıxarıb  yaxın-

laşdı, şir həmlə edərkən başına vurdu, sonra da Əli Sistani belinə vurdu. Şir 

özünü  çaya  atdı.  Suyun  içində  ikən  öldürdülər.  Sudan  çıxarıb  dərisini  soy-

malarını əmr etdim. 

Ertəsi gün hərəkət edib Biqrama gedərək Kürə-Kətrini gəzdik. Burası 

zaviyə kimi, bir az dar, qaranlıq və kiçık bir binaydı. Qapısından girib iki-üç 

pillə  endikdən  sonra  sürünərək  girmək  lazımdır.  Şamsız  girmək  mümkün 

deyil. Qabaq tərəfində saç və saqqal qırxmışlar, hər yana tük yığılmışdı. Bu 



(233 a) Kürə-Kətrinin ətrafında mədrəsə və karvansara hücrələri kimi çoxlu 

hücrə vardı. Kabilə ilk gəldiyim il Kühet, Bennu və Dəştə axın edəndə Biq-

ramdakı böyük bir ağacı görməyə getmiş və Kürə-Kətrini görə bilmədiyimə 

təəssüf etmişdim. O qədər da təəssüf ediləcək bir yer deyilmiş. 

O  gün  Şeyxim  Mir-Sikarın  yetişdirdiyi  yaxşı  bir  şahinim  itdi.  Durna 

və kəkliyi çox yaxşı tuturdu. İki-üç dəfə tükünü tökmüşdü. Elə gözəl tuturdu 

ki, mənim kimi həvəssiz birini də quşbaz eləmişdi.  

Məlik Bu xan ilə Məlik Musa başda olmaqla diləzaq əfqanlarının bö-

yüklərindən altı adamın hərəsinə Hindistan ehsanı olaraq yüz misqal gümüş, 

bir  paltar,  üç  öküz  və  bir  camış,  digərlərinə  də  mövqelərinə  görə  ağ  axça, 

qumaş, öküz və camışlar ehsan  edildi. 

Əli-Məscidə enəndə diləzaq Yaqub-heyldən Məruf adında biri on qo-

yun, iki eşşək yükü düyü və səkkiz böyük baş pendir hədiyyə gətirdi. 

Əli-Məsciddən sonra Yedə-Birə endik, oradan da günorta vaxtı Cuyi- 

Şahiyə gəldik. O gün Dost bəyi qızdırma tutdu. 

Cuyi-Şahidən səhər vaxtı qalxıb Baği-Vəfada yemək yedik və günorta 

oradan hərəkət etdik. Gəndəməkin Siyah-Abından keçib axşamdan sonra bir 

otluqda  atları  doyurduq  və  bir-iki  geri  sonra  atlandıq.  Surxabdan  keçərək 



(233 b) Kərkə enib uyuduq. 

Dan  ağarmadan  öncə  Kərkdən  hərəkət  edib  Qaratu  yolunun  ayrıldığı 

yerə  gələndə  beş-altı  adamla  birlikdə  Qaratuda  salınan  bağı  seyr  etməyə 

getdim. Xəlifə, Şah Həsən bəy və digər adamları Quru sayda məni gözləmək 

üzərə  doğru  yoldan  göndərdim.  Qaratuya  gələndə  Şah  bəy  Arğunun  Qızıl 

adlı  xəbərcisi  Şah  bəyin  Kahanı  alıb  yağmalayaraq  geri  döndüyü  xəbərini 

gətirdi. 

Heç  kimsənin  irəliyə  xəbər  götürməməsi  əmri  verilmişdi.  Günortaya 

doğru Kabilə vardıq. Qutlu Qədəm körpüsünə varıncaya qədər heç kim xə-

bərdar olmadı. Ondan sonra [Baburun oğulları] Hümayun ilə Kamran xəbər 

tutmuşlar, lakin ata minmələrinə yetəcək qədər vaxt qalmamış, çöhrələri tə-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



250 

rəfindən  əldə  daşınaraq  şəhər  qapısıyla  ərk  qapısının  arasına  gəlib  mülazi-

mət etdilər. 

İkindi vaxtı Qasım bəy şəhərin qazısı və Kabildə qalmış olan dost və 

ərbablar gələrək ziyarət etdilər. 

Cümə günü, rəbiüləvvəl ayının ilk günündə [=2 aprel] ikindi vaxtı içki 

məclisi quruldu. Şah Həsənə öz paltarlarımdan bir dəst ehsan etdim. Şənbə 

günü  səhər  vaxtı  gəmiyə  minib  səbuhi

1

 keçirdik.  Nur  bəy  bu  məclisdə  ud 



çaldı,  o  günlərdə  hələ  tövbəli  deyildi.  Günorta  gəmidən  çıxıb  Külkinə  ilə 

dağ arasındakı bağı seyr edib ikindi vaxtı Baği-Bənövşəyə gəlib içdik. Ax-

şamüstü olanda Külkinə tərəfindən divardan çıxıb ərkə gəldim. 

 

DOST NASĠR BƏYĠN ÖLÜMÜ 



 

Çərşənbə axşamı günü, ayın beşində [=6 aprel], yolda (234 a) şiddətli 

bir qızdırmaya tutulmuş olan Dost [Nasır] bəy Allahın rəhmətinə qovuşdu . 

Buna çox mütəəssir oldum. Dost bəyin nəşini Qəznəyə götürüb Sultan-röv-

zəsinin qapısı önünə gömdülər. 

Dost bəy çox yaxşı bir igid idi. Bəylikdə hələ yüksəlirdi. Bəyliyindən 

öncə içkilik zamanı bir neçə dəfə böyük şücaət göstərmişdi. Bunlardan biri 

budur:  bir  dəfə  Əndicandan  bir  ağaclıq  məsafədə  yerləşən  Ribati-Zövrəqə 

Sultan  Əhməd  Tənbəl  bir  gecə  basqın  edəndə  mən  on-on  beş  nəfərlə  ona 

qarşı yürüyüb axınçılarını geri oturdaraq mərkəzə çatanda Tənbəl orada yü-

zə  yaxın  adamı  ilə  dururdu.  O  zaman  mənim  yanımda  üç  adam  qalmışdı. 

Onlardan  biri  Dost  Nasir,  biri  Mirzəqulu  Göyəldaş,  biri  də  Kərimdad  idi. 

Mən yalnız yayımı almışdım. Tənbəl də bir adamıyla birlikdə səfdən bir az 

irəlidə dururdu. Tənbəl ilə qarşı-qarşıya gəldim. Dəbilqəsinə bir ox vurdum, 

bir ox da atdım. Bu ox onun qalxanıyla oxdanını dəlib bir-birinə tikdi. Bu-

duma  bir  ox  isabət  etdirdilər.  Tənbəl  də  qılıncıyla  başıma  vurdu.  Başımda 

dəbilqə vardı və qəribədir ki, tək bir teli belə qırılmadı, lakin başımda dərin 

bir yara açıldı. Heç kimdən yardım gəlmədi və yanımda da heç kim qalmadı. 

Məcbur olaraq atın başını çevirdim. Məndən bir az arxada Dost bəy vardı və 

məndən sonra o vuruşdu. 

Bir də Axsidən (234 b) çıxdığımız vaxt Baqi Hız ilə qılıncla vuruşdu. 

Ona hız [ibnə, oğlan] deyirlər, lakin qılıncına çox hakimdi. Axsidən çıxar-

kən  yanımda  səkkiz  adamla  tək  başıma  qaldığım  zaman  da  Dost  bəy  mə-

nimlə birlikdəydi və atı vurulan üçüncü adam o idi. 

Bəy olduqdan sonra Süyünçük xan sultanlarla birlikdə gəlib Daşkənd-

də Əhməd Qasımı [Kuhbər] mühasirə edəndə onları məğlub edib içəriyə gir-

di. Mühasirə zamanı da yaxşı çarpışdı. Əhməd Qasım bunlara xəbər vermə-

dən  şəhəri  buraxıb  çıxanda  xanları  və  sultanları  məğlub  edib  Daşkənddən 

                                                           

1

 Səbuhi: sərxoşluğun axşamdan qalma halını ötürmək üçün səhər vaxtı içki içmək. 



BABURNAMƏ 

 

251 



çıxmağı bacardı. 

Sonra Şirim Tağayi, Məzid Tağayi və onların yanındakılar düşmən ol-

duqları zaman Qəznədən iki-üç yüz adamla sürətlə gələrkən bu moğollar üç- 

dörd  yüz  yaxşı  igidi  ona  qarşı  göndərdilər.  Şirukan  civarında  önünə  çıxan-

ları möhkəm məğlub edib bir çox adamını atdan salaraq bir çoxunun da ba-

şını kəsib gətirdi. 

Bəcur kurqanında da Dost bəyin adamları hər kəsdən daha öncə yeti-

şərək divara çıxdılar. Piralədə də Dost bəy irəlilədi, Hatiyi məğlub edib qa-

çırtdı və Piralə zəbt edildi. 

Dost bəyin ölümündən sonra onun vilayətini kiçık qardaşı Mirim Na-

sirə əta etdim.  

Cümə günü rəbilülaxır ayının səkkizində [=9 aprel] kurqandan çarba-

ğa çıxdım. Çərşənbə axşamı günü, ayın on ikisində [=13 aprel] Sultan Hü-

seyn Mirzənin  böyük qızı,  Məhəmməd Sultan Mirzənin  anası  Sultanım  bə-

yim Kabilə gəldi. O, iğtişaş zamanı Xarəzmə getmişdi. Yolbars (235 a) Sul-

tanın kiçık qardaşı İsənqulu Sultan bu bəyimin qızını almışdı. İqamət olaraq 

ona  Baği-Xəlvət  təyin  edildi.  Bağa  yerləşdikdən  sonra  gedib  onu  gördüm. 

Böyük bacı olduğu üçün yükündüm. O da  yükündü. Yeriyib orta bir yerdə 

görüşdük. Bundan sonra daima bu üsula riayət etdik. 

Bazar  günü,  ayın  on  yedisində  [=18  aprel]  uzun  bir  müddətdən  bəri 

həbsdə olan nankor Baba Şeyxin günahını bağışlayaraq həbsdən çıxardım və 

ona xələt ehsan etdim. 

Çərşənbə  axşamı  günü,  ayın  on  doqquzunda  [=20  aprel]  günortaya 

doğru Xoca-Seyaran tərəfinə hərəkət etdilm. O gün oruc tutmuşdum. Yunus 

Əli və digərləri buna təəccüb edərək «Çərşənbə axşamı günü gəzməyə çıx-

maq  və  oruclu  olmaq  çox  qəribədir»  dedilər.  Bihzadiyə  gəlib  qazısı  evinə 

endik. Gecə bir məclis düzəldi. Qazı «Mənim evində belə şeylər olmamışdır, 

lakin padşah hakimdir» deyə bıldirdi. Məclis ərbabı hazırlanmış olduğu hal-

da, qazının xatiri üçün süfrəyə içki qoyulmadı. 

Çərşənbə günü Xoca-Seyarana getdim. 

Cümə  axşamı  günü, ayın iyirmi  birində  [=22  aprel] bağ  saldırmış  ol-

duğum dağın çıxıntısına böyük bir yuvarlaq taxt tikdirdim. 

Cümə  günü  körpüdən  sala  mindik.  Ovçuların  evlərinin  qarşısına  gə-

ləndə ovçular tutduqları ding deyilən quşu gətirdilər. Bundan öncə ding gör-

məmişdim.  (235  b)  Görünüşü  qəribə  bir  quşdur.  Hindistan  heyvanlarından 

bəhs edəndə onun haqqında məlumat veriləcək. 

Şənbə günü, ayın iyirmi üçündə [=24 aprel] bu yuvarlaq taxtın üstünə 

çinar  budağı  və  söyüd  əkildi.  Günorta  içki  söhbəti  quruldu.  Səhər  vaxtı bu 

yeni  taxtın  üstündə  səbuhi  keçirdik.  Günortadan  sonra  atlara  minib  Kabilə 

hərəkət etdik. Xoca-Həsənə gələndə bir müddət sərxoş yatıb uyuduq. Xoca-

Həsəndən hərəkət edib gecə yarısı çarbağa gəldik. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



252 

Xoca-Həsəndə ikən Abdullah [Kitabdar] sərxoş bir şəkildə özünü pal-

tarlı suya atmışdı. Bir az gec hərəkət etdiyi üçün soyuqdan üşüyərək bizimlə 

gələməyib  gecəni  Qutlu  Xocanın  [Göyəldaş]  malikanəsində  keçirib  sabah, 

keçən  günün  ifrat  sərxoşluğundan  dərs  alaraq  tövbə  edib  gəldi.  «İndilik  bu 

tövbəyə əməl edib-etməməyi özün bilərsən, barı mənim məclisimdən başqa 

bir  yerdə  içməməyə  tövbə  et»  dedim.  Qəbul  etdi və bir neçə ay buna  əməl 

elədi, amma sonra dözə bilmədi. 

Bazar  ertəsi,  ayın  iyirmi  beşində  Bxirədə  və  ətraf  vilayətlərdə  asayiş 

yaratması ümidiylə orada qoyduğumuz Hindu bəy yanıma gəldi. Biz oradan 

qayıdan kimi bir çox əfqan və hindistanlı toplaşıb sülh və barışıq haqqında 

sözləri  heçə  sayaraq,  bizə  və  sözlərimizə  aldırmadan  Bxirəyə  Hindu  bəyin 

üstünə  yürümüşlər. Yerli əhali də əfqanlarm tərəfinə keçmiş, Hindu bəy də 

Bxirədə qalma bilməyərək Hoşaba gedib Dinqut vilayətindən Nilaba, oradan 

da  (236  a) Kabilə  gəldi. Siktunun oğlu  Divə  Hindunu  və  digər bir  hindusu 

da Bxirədən zəncirə vuraraq gətirtmişdi. Onlar bəzi şeylər verib azad oldular. 

Bu hinduslara at və paltar əta olunaraq getmələrinə izin verildi.  

Cümə günü, ayın iyirmi doqquzunda [=30 aprel] məni qızdırma tutdu. 

Qan  aldırdım.  Gün  aşırı,  bəzən  iki,  bəzən  də  üç  gündə  bir  hərarət  gəlirdi. 

Hər hərarət gələndə tərləyirdim. On-on iki gün sonra Molla Haceki nərgizlə 

qarışdırılmış şərab verdi. Bir-iki dəfə içdim, bir xeyri dəymədi. 

Bazar  günü,  cəmadiyüləvvəl  ayının  on  beşində  [=15  may]  Xoca  Mə-

həmməd  Əli  [Tağayi]  Hastdan  gəldi.  Bir  yəhərli  at  hədiyyə  edib  cizyə 

olaraq ağ axça da gətirdi. Məhəmməd Şərif Münəccim və Hast mirzələri də 

Xoca Məhəmməd Əli ilə birlikdə gəlib mülazimət etdilər. 

Bazar  ertəsi  günü  Molla  Kəbir  Kaşğardan  gəldi.  Məlik  Şah  Mansur 

Yusif-zeyi  Yusif-zeyinin  böyüklərindən  altı-yeddi  adamla  birlikdə  Sevad-

dan gəlib mülazimət etdi. 

Bazar ertəsi  günü,  cəmadiyülaxırın ilk günündə [=31 may] Şah Man-

surun  başçılığı  altında  gələn  Yusif-zeyi  əfqanlarının  böyüklərinə  xələtlər 

geydirildi.  Şah  Mansura  zireh  və  düyməsi  ilə  bir  ipək  paltar,  birinə  yeləkli 

ipək paltar, digər altı adama isə ipək paltar geydirib getmələri üçün izin ver-

dik. Əbuhədən  yuxarı Sevad vilayətinə müdaxilə etməmələri, bütün rəiyyət-

ləri (236 b) aralarından çıxarmaları, Bəcur və Sevadda əkinçi əfqanlarm di-

vana altı min eşşək yükü azuqə vermələri qərarlaşdırıldı. 

Çərşənbə  günü, ayın üçündə [=2 iyun] müshil içdim. Sonra təkrar iki 

gün müshil içdim. 

Şənbə günü, ayın altısında qəbz dərmanı içdim. 

Bazar  ertəsi  günü,  ayın  səkkizində  [=7  iyun]  Xəlifənin  böyük  qızına 

Qasım bəyin kiçık oğlu Həmzənin toy hədiyyəsi gəldi; min şahruhiydi. Bir 

də yəhərli at hədiyyə etdi. 

Çərşənbə  axşamı  günü  Şah  Həsən  Bəy  şərab  söhbətinə  izin  istəyib 



BABURNAMƏ 

 

253 



başda Xoca Məhəmməd Əli [Tağayi] olmaq üzərə bəzi bəyləri və içkiləri öz 

evinə apardı. Yunus Əli və Gədai  Tağayi mənim yanımda qaldılar. Mən hə-

lə şəraba pəhrizli idim. Mənim ağlım basımda ikən başqalarının içdiyini və 

mən  ayıq  olduğum  halda  bir  qisminin  sərxoş  olduğunu  heç  görməmişdim. 

«Gəlin, mənim yanımda üçün, bir az baxım. Ağlı başında olanlarla sərxoşla-

rın bir-birilə necə rəftar etdiklərini görüm» dedim. Çarbağın qapısında tik-

dirdiyim rəsm salonunun cənub-şərqində bir az kiçık və bəmbəyaz bir çadır 

qurulmuşdu, bəzən orada otururdum. Məclis orada quruldu. Sonra Masqara 

Qiyas  da  gəldi.  Bir  neçə  dəfə  zarafatla  məclisdən  çıxarılmasını  əmr  etdim. 

Axırda  səs-küy  salıb  masqaralıqla  məclisə  daxil  oldu.  Turdu  Məhəmməd 

Qıpçaq ilə Molla Kitabdarı da məclisə çağırdıq. Şah Həsənlə (237 a) onun 

evindəki məclisdə olanlara bədahətən söylənən bu rübaini yazıb göndərdim: 

Əhbab ki, bəzmində gülüstan xasdır, 

Bilməm, varmı bəzmində bizə dəstur, 

Gər sərdə hüzur birlə cəmiyyət var

Yüz şükür, bu cəm bihüzur ərməsdir. 

Bu rübaini İbrahim Çöhrə vasitəsilə göndərdim. Günortadan sonra bu 

məclisdəkilər sərxoş olub dağıldılar. 

Bu  xəstəlik  zamanı  məni  təxti-rəvanla  əldə  daşıyaraq  aparırdılar.  Bir 

neçə gün öncə qarışıq şərab içmişdim, amma bir faydası olmadığı üçün artıq 

içmırdım. Xəstəliyin axırına doğru talvarlı bağın cənub-qərb yönündə alma 

ağacı dibində bir məclis düzəldib qarışıq şərab içdim. 

Cümə günü, ayın on ikisində [=11 iyun] Bəcurda köməkçi olaraq qoy-

duğum Əhməd bəy [Yusif Oğlaqçı] ilə Sultan Məhəmməd Dulday gəldi. 

Çərşənbə günü, ayın on yeddisində [=16 iyun] Heydər Tağının bağın-

da Tanrıverdi bəzi bəylərə və igidlərə ziyafət verirdi. Mən də o məclisə ge-

dib içdim. Yatsı vaxtında oradan qalxıb gəldik və böyük ağ çadırda da içdik. 

Cümə axşamı günü, ayın iyirmi beşində [=24 iyun] Molla Mahmudun 

yanında fıqh dərsi oxunmasına qərar verildi.  

Çərşənbə axşamı günü, ayın sonuncu günündə Əbu Müslim Göyəldaş, 

Şah Şüca Arğunun hüzurundan elçi olaraq gəldi və hədiyyə olaraq cins bir 

at  gətirdi.  O  gün  Yusif  Əli  Riqabdar  Çinar-Bağdakı  hovuzda  üzərək  qulac 

atıb yüz dəfə dövrə vurdu. Bir dəst paltar, yəhərli bir at və ağ axça ehsan et-

dim. 


Çərşənbə  günü,  rəcəb  ayının  səkkizində  [=6  iyul]  Şah  Həsənin  evinə 

(237 b) gedib içdim. Bəylərin və içkilərin çoxusu orada idi. 

Şənbə  günü  ayın  on  birində  [=9  iyul]  məclis  vardı,  ikindi  ilə  axşam 

arasında  böyük  göyərçinxananın  damının  üstünə  çıxaraq  içdik.  Bir  az  gec 

vaxtda  bir  neçə  atlı  Dih-əfqan  yolundan  şəhərə  doğru  keçirdi.  Araşdırıldı. 

Dərviş Məhəmməd Sarban imiş, Mirzə xanın [Sultan Veys] hüzurundan elçi 

olaraq gəlirmiş. Dam üzərindən çağırdıq və «Mərasimlə elçilik eləməyi bu-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



254 

rax  və  dərhal  gəl»  dedik.  Dərviş  Məhəmməd  gəlib  söhbətdə  oturdu.  O  za-

man tövbəli olduğu üçün içmirdi. Sabaha qədər orada içdik. Ertəsi gün mən 

divanda  oturanda  isə  mərasimlə  və  üsula  uyğun  olaraq  gəlib  Mirzə  xanın 

göndərdiyi hədiyyələri təqdim etdi. 

Keçən il min cür çətinlik və dərd-bəla ilə o tərəfdəki bütün aymaqları 

Kabilə köçürmüşdük. Kabil dar bir yerdir. Aymaqların və türklərin heyvan-

larına  asanlıqla  qışlaq  və  yaylaq  tapılmır.  Köçəri  xalqı  öz  xoşuna  qoysan 

heç  bir  zaman  Kabili  istəməz.  Onlar  Qasım  bəyə  müraciət  edərək  o  tərəfə 

keçmək üçün onu minnətçi saldılar. Qasım bəy  çox israr etdi və axırda ay-

maqlara Qunduz və Bağlan tərəfinə keçmək üçün izin aldı. 

Hafiz Mir Katibin böyük qardaşı Səmərqənddən gəlmişdi. Səmərqən-

də getməsinə izin verib Polad Sultana divanımı göndərdim. Divanın arxası-

na yalnız bu qiəni yazdım: (238 a)  

Ol sərvin hərəminə gər yetsən, ey səba, 

Vergil bu hicr xəstəsindən yad könlünə. 

Rəhm eyləyib yad qılmadı Baburu, var ümid, 

Sala xuda rəhmi polad könlünə. 

Cümə  günü, ayın  on  yeddisində  [=15 iyul] Şah Məzid  Göyəldaş  Mə-

həmməd Zaman Mirzənin adından cizyə və hədiyyə olaraq bir at gətirib sə-

daqətini bildirdi. O gün Şah bəyin elçisi Əbu Müslim Göyəldaşa xələt gey-

dirlib ehsanlarda bulunularaq  getməsinə  izin  verdim. Xoca Məhəmməd Əli 

[Tağayi] ilə Tanrıverdiyə də vilayətləri olan Hast ilə Əndəraba getmələrinə 

o gün izin verildi. 

Cümə  axşamı, ayın  iyirmi  üçündə [=21 iyul] Keçə-Qut  və  Qarluq  ci-

varında  qoyaraq  o  vilayətlərin  məsuliyyətini  tapşırdığımız  Məhəmməd  Əli 

Cəng-Cəng Mirzə Məlvi Qarluqun oğlu Şah Həsən və Hatinin bir adamıyla 

birlikdə  gəldi.  O  gün  köçünü  gətirmək  üçün  Səmərqəndə  gedən  Molla 

Əlixan da gəlib bizə qoşuldu.  

 

ƏBDÜRRƏHMAN ƏFQANLARININ ÜSTÜNƏ AXIN 

 

Əbdürrəhman  əfqanları  Gərdiz  sərhəddində  yaşayırdılar.  Vergi  ver-



məkdən və  özlərini  yaxşı  aparmaqdan uzaqdılar.  Gedən və  gələn  karvanlar 

da onlardan zərər görürdü. Çərşənbə günü, rəcəb ayının iyirmi doqquzunda 

[=27  iyul]  bu  əfqanlara  axın  etmək  için  hərəkətə  keçdik.  Təngi-Vağcan  ci-

varında enib yemək yedik və günortadan bir az sonra oradan hərəkət etdik. 

Gecə  vaxtı  yolu  itirərək  Pəncab-Şahnənin  cənub-şərqindəki  təpə  və 

ovalarda  xeyli  avara  (238  b)  olduq.  Bir  müddət  sonra  təkrar  yolu  taparaq 

Çeşmeyi-Pərə keçidindən aşıb Gərdiz tərəfinə baxan dərədən çıxdıq və sa-

bah vaxtında düzlüyə çatıb axınçılar göndərdik. 

Əsgərin bir qismi Gərdizin cənub-şərqində yerləşən Kirmas dağı tərə-


BABURNAMƏ 

 

255 



finə  axın  etdi.  Axınçıların  arxasına  Xosrov  [Göyəldaş],  Mirzəqulu  [Göyəl-

daş] və Seyid Əli komandanlığında olan mərkəzin sağ qolu göndərildi. Əs-

gərin böyük hissəsi isə Gərdizin şərq tərəfinə, dərənin yuxarısına doğru axın 

etdi. Bu axınçıların arxasından da Seyid Qasım eşik-ağa, Mirşah Koçin, Qi-

yam bəy Orduşah, Hindu bəy, Qutlu Qədəm və Hüseyn komandanlığındakı 

əsgərlər göndərildi. 

Əsgərin böyük hissəsi dərənin yuxarısına doğru axın etdiyi üçün geri 

qalanları göndərdikdən sonra mən də onların arxasından getdim. Bu dərənin 

yuxarı tərəfindəki əhali uzaqda iymiş. Oraya gedən əsgərlərin atı qüvvədən 

düşdü. Əsgərin əlinə  ciddi  bir şey keçmədi. Qırx-əlliyə qədər əfqan piyada-

sı düzənlikdə göründü. Bu əsgərin arxasından gedənlər onlara doğru hücum 

edərək mənə adam göndərib xəbər verdilər. Mən də daha sürətlə çapdım. 

Mən gələnə qədər Hüseyn Həsən heç bir şeyi hesablamadan tək başına 

əfqanların içinə girib qılıncını çəkəndə atını oxla vurmuşlar, qalxan kimi də 

ayağını  kəsərək  yıxmışlar.  Hər  tərəfdən  bıçaqlayaraq  parça-parça  etmişlər. 

Bu arada da bizim igidlər sadəcə qarşıdan baxıb köməyə gedə bilməmişlər. 

Bu xəbər gəlincə Gədai  Tağayi, Payəndə Məhəmməd (239a) Qaplan, Əbül-

həsən Qurçu və Mömin  Atəkə komandanlığında olan igidləri dördnala irəli 

göndərib özüm də sürətlə irəlilədim.  

Hamısından əvvəl Mömin Atəkə bir əfqanı nizə ilə yıxıb başını kəsib 

gətirdi. Əbülhəsən Qurçu da zirehsız olduğu halda yaxşı hərəkət edib əfqan-

ların önünü kəsərək atını sürdü və bir əfqanı vurub başını kəsib gətirdi. Özü 

üç  yerindən, atı da bir  yerindən  yaralanmışdı. Payəndə Məhəmməd Qaplan 

da yaxşı hərəkət edib bir əfqanı qılıncla vuraraq başını kəsib gətirdi. Gərçi 

Əbülhəsən ilə Payəndə Məhəmməd Qaplanın igidlikləri bundan öncə də mə-

lum  idi,  bu  dəfə  isə  hünərlərini  daha  artıq  göstərdilər.  Bu  qırx-əlli  əfqanın 

hamısı ox və qılıncla parçalandı. Bunlar kəsildikdən sonra bir otluğa enib bu 

əfqanların başından bir minarə qurulmasını əmr etdim. 

Yolda gələrkən Hüseyn ilə birlikdə olan bəylər gəldilər. Sərt və qəzəb-

lə  danışaraq  belə  dedim:  «Bu  qədər  adam  qarşıdan  baxa-baxa  dümdüz  bir 

yerdə belə bir igidi bir neçə piyada əfqana necə qapdırırsınız. Sizin hamını-

zın rütbələrini və imtiyazlarını, əlinizdəki pərgənə və vilayətləri alıb saqqal-

larınızı qırxaraq sizi şəhərlərdə gəzdirmək lazımdır, ta ki hamı belə bir igidi 

düşmənin əlində qoyan və dümdüz bir yerdə əlləri qoynunda (239b) durub 

baxanların cəzasının nə olduğunu bilsin». 

Kirmaş tərəfinə gedən əsgər qoyun və qənimət alıb gəldi. Baba Qaşqa 

Moğol da Kirmaş tərəfinə gedən əsgərlərlə birlikdə getmişdi. Bir əfqan onu 

qılıncla vurmaq istəyəndə Baba Qaşqa daha  cəld tərpənərək  oxunu çəkmiş 

və bu əfqanı vurub yıxmışdı. 

Sabah tezdən qalxıb Kabilə doğru atlandıq. Məhəmməd Bəxşi, Əbdül-

əziz Miraxur və Mir Xurd Bəkavula Çeşmeyi-Pərədə qalıb xalqdan qırqovul 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



256 

yığmaları əmr edildi. Mən də bir neçə adamla birlikdə hələ görməmiş oldu-

ğum Meydani-Rüstəm yoluyla getdim. 

Meydani-Rüstəm dağların arasında yerləşir və dağın təpəsinə yaxın bir 

yerdədir. O qədər səfalı bir yer deyildir. İki dağın arasında bir az geniş dərə-

si, cənub tərəfində təpənin ətəyində bir az kiçık bir çeşməsi və böyük-böyük 

qovaq ağacları vardır. Bu Meydani-Rüstəmin Gərdiz tərəfinə çıxan yolunda 

da çeşmələr və ağaclardan xeyli var, lakin ağacları bir az daha kiçıkdir. Düz-

dür,  dərəsi  bir  az  dardır,  lakin  bu  ağacların  dibi  yamyaşıl  gözəl  çayırlardır 

və olduqca səfalı bir dərədir. 

Meydani-Rüstəmin  cənub  tərəfindəki  dağa  çıxdıq,  oradan  Kirmaş  və 

Bəngəş dağları ayaq altındakı kimi görünürdu. Kirmaş dağlarının o yanında 

mövsüm yağışı buludları tək-tük görünürdu. (240 a) Mövsüm yağışı olma-

yan bu vilayətlərdə isə  bulud heç görünmürdu. 

Günorta vaxtında Huniyə gəlib endik. Ertəsi gün Məhəmməd ağa kən-

dinin civarına enib məcun yedik və suya balıq otu atıb bir az balıq tutduq. 

Bazar günü, şaban ayının üçündə [=31 iyul] Kabilə gəldik. 

Çərşənbə  axşamı  günü,  ayın  beşində  [=2  avqust]  Dərviş  Məhəmməd 

Fəzli  ilə  Xosrovun  [Göyəldaş]  nökərini  çağıraraq  Hüseyn  yaxalandığı  za-

mankı  alçaqlıqlarının  səbəbini  soruşub  rütbə  və  imtiyazlarını  əllərindən  al-

dıq.  Günorta  üstü  çinar  dibində  içki  məclisi  quruldu.  Baba  Qaşqa  Moğola 

xələt ehsan edildi. 

Cümə  günü,  ayın  səkkizində  [=5  avqust]  Mirzə  xanın  [Sultan  Veys] 

yanına getmiş olan Kibək gəldi. 

Cümə axşamı günü, ikindi vaxtı Xoca-Seyaran, Baran və Damən-Kuh 

tərəflərini seyr etmək üçün getdim. Yatsı vaxtında Mama-xatuna endim. 

Ertəsi gün İstalifə gəlib endik. O gün məcun yedik. 

Şənbə günü İstafildə içki məclisi quruldu. 

Sabah İstafildən hərəkət edib Sincid-dərə arasından keçib Xoca-Seya-

ranın  yaxınına  gələndə  yoğunluğu  bilək  qədər  və  uzunluğu  bir  qulac  olan 

böyük bir ilan öldürüldü. Bu ilanın içindən ondan bir az incə başqa bir ilan 

çıxdı. Hər halda qısa bir zaman öncə udmuş olmalı, bütün orqanları tamam-

dı. İncə ilan o böyük ilandan bir az qısa idi (240 b). Bu incə ilanın içindən 

də böyük bir siçan çıxdı; o da tamdı və hələ heç bir yerinə zərər gəlməmişdi. 

Xoca-Seyarana gəlib içki məclisi qurduq. O gün Kiçkinə Tünqatar va-

sitəsilə  digər  tərəfdəki  bəylərə  əsgərin  toplanacağı  yer  müəyyənləşdirilərək 

ordunun  hərəkətə  keçəcəyi  bildirildi  və  təyin  olunan  yerə  vaxtında  gəlib 

çatmaları əmr edilərək fərmanlar göndərildi. 

Sabah hərəkətə keçib məcun yedik və Pərvan çayının qovuşduğu yerə 

gedib  o  civardakı  əhalinin  üsulu  ilə  Pərvan  çayına  balıq  otu  ataraq  bir  çox 

balıq tutduq. Mir-Şah bəy bizi yedirib içirdi. 

Buradan atlanaraq Gülbahara getdik. Axşamdan sonra içki məclisi qu-



BABURNAMƏ 

 

257 



ruldu. Bu söhbətlərdə Dərviş Məhəmməd Sarban da vardı. Gərçi igid və si-

pahiydi, lakin içki içmirdi, tövbəliydi. Qutlu Xoca Göyəldaş uzun zamandan 

bəri sipahiliyi tərk edib dərviş olmuşdu. Yaşı da xeyli çoxalmış, saqqalı ağ-

appaq olmuşdu. Lakin bu hərif bu söhbətlərdə daima içirdi. Dərviş Məhəm-

mədə  belə  dedim:  «Qutlu  Xocanın  saqqalından  utan,  özü  dərviş,  ixtiyar  və 

ağ saqqallı olduğu halda daim içki içir. Sənsə sipahi, igid və simsiyah saq-

qallı olduğun halda heç bir zaman içmirsən. Bunun səbəbi nədir?» İçməyən 

adama içki təklif etmək mənim adətim və üsulum deyildi. Beləcə bir zarafat 

etdik və ona içki təklif etmədik. Sabah səbuhi məclisi keçirdik. 

Çərşənbə (24l a) günü Gülbahardan hərəkət etdik. Əbun kəndinə enib 

yemək  yedikdən sonra təkrar atlanaraq  Bağati-xuma gedib düşərgə qurduq. 

Günortadan sonra içki söhbəti təşkil etdik. 

Ertəsi  gün  oradan  hərəkət  edərək  Xoca  Hand  Səidin  məzarını  ziyarət 

edib  dönərək Çinə  kurqanı  yanından sala  mindik.  Pənchir  çayının qarışdığı 

yerdə sal dağın çıxıntısına çarpdı və az qalsın batırdı. Ruhdəm, Tanrqulu və 

Mir  Məhəmməd  Caləban  salın  qayaya  çarpması  nəticəsində  suya  düşdülər. 

Ruhdəm ilə Tanrıqulunu zorla çəkib təkrar sala çıxardılar. Çini qədəhim, bir 

qaşıq və çalğı da suya düşdü. Oradan keçib Səngi-Bəndə doğrusuna gələndə 

sal suyun ortasındakı bir budağa, ya da bənd üçün çaxılmış bir qazığa çarpdı. 

Şah  Şüca  bəyin  oğlu  Şah  Həsən  [Arğun]  arxası  üstə  düşdü  və  Mirzəqulu 

Göyəldaşı  da  özü  ilə  birlikdə  götürdü.  Dərviş  Məhəmməd  Sarban  da  suya 

düşdü. Mirzəqulu yaxşı hərəkət etdi, yıxılanda əlində qovun kəsməkdə oldu-

ğu bıçağı sala döşənmiş həsirə sapladı, amma yenə də suya yıxıldı. Mirzə-

qulu  sala gəlmədən paltarlı  şəkildə  üzüb çıxdı. Saldan çıxıb  o axşam salçı-

ların evində qonaq olduq. Dərviş Məhəmməd mənə suya düşən yeddi rəngli 

qədəhin eynisi olan başqa bir qədəh hədiyyə etdi. 

Cümə günü çayın sahilindən hərəkət etdik. İnçkədən aşağıda olan Ku-

hi-Beçənin  təpəsinə  enib  öz  əlimizlə  (241  b)  xeyli  misvaq  yığdıq.  Oradan 

keçib xoca-xızırlılarla yemək yeyib təkrar atlandıq. Günorta vaxtı Qutlu Xo-

canın ərazisindən Ləmqan kəndinə endik. Qutlu Xoca hazır nə vardısa gətir-

di, yedik. Oradan qalxıb Kabilə gəldik. 

Bazar  ertəsi  günü,  ayın  iyirmi  beşində  [=22  avqust]  Dərviş  Məhəm-

məd Sarbana xassə  xələt və yəhərli bir at əta etdim, o da nökərliyə birlikdə 

yükündü. 

Dörd-beş aydır saçımı kəsmirdim. Çərşənbə günü, ayın iyirmi yedisin-

də saçımı kəsdirdim. O gün içki söhbəti yapıldı. 

Cümə günü, ayın iyirmi doqquzunda [=26 avqust] Mir Xurd Bəkavul, 

Hindalın atəkəliyinə yükündürüldü və min şahruxi hədiyyə verdi. 

Çərşənbə  günü,  ayın  beşində  [=31  avqust]  Tülək  Göyəldaşın  Barlas 

Ciki adlı bir nökəri onun məktubunu gətirdi. Özbək axınçısı o civara gəlmiş 

və Tülək də qarşılarına çıxıb vuruşaraq onları məğlub etmişdi. O qasid əsir 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



258 

bir özbəklə birlikdə digər bir özbəyin də başını gətirdi. 

Şənbə axşamı, ayın səkkizində [=3 sentyabr] Qasım bəyin evinə gedib 

iftar etdik, yəhərli bir at hədiyyə etdi. Bazar axşamı da Xəlifənin evində iftar 

edildi; o da yəhərli bir at bağışladı. 

Ertəsi  gün  hərbi  işlər  üçün  çağrılmış  olan  Xoca  Məhəmməd  Əli  ilə 

Can Nasir vilayətlərindən gəldilər. 

Çərşənbə günü, ayın on ikisində [=7 sentyabr] (242 a) daha öncə bəhs 

etdiyim  kimi,  mən  Hastdan  Kabilə  gedən  il  Kaşğara  getmiş  olan  [Baburun 

oğlu] Kamranın dayısı Sultan Əli [Mirzə Tağayi] gəldi.  



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin