Çöl camıĢı: bu heyvan camışdan xeyli böyükdür. Buynuzu camışın
buynuzu kimi arxaya bükük deyil. Çox müzür və yırtıcı bir heyvandır.
Niləgav (mavi öküz): hündürlüyü at qədərdir və atdan bir az incədir.
Erkəyinin rəngi mavidir, hər halda buna görə niləgav deyirlər [nilə: mavi,
gav: öküz]. Bir az kiçık iki buynuzu var. Boğazında bir qarışdan bir az uzun
tükləri var. Dəniz öküzünə bənzəyir. Dırnağı öküz dırnağı kimi haçadır. Di-
şisi buğu-maral
1
rəngindədir. Buynuzu və boğazında tükü yoxdur. Erkəyinə
nəzərən cins bir ata bənzəyir.
Gödəkpa: böyüklüyü ağ geyik qədərdir. Bunun qabaq və arxa ayaqla-
rı bir az qısadır və bu üzdən gödəkpa deyirlər [gödək: qısa; pa: ayaq]. Buy-
nuzu buğu buynuzu kimi şaxəli və ondan bir az kiçıkdir. Bu da eynən buğu
kimi hər il buynuz dəyişdirir. Qaçmaqda bir az zəifdır və onun üçün cəngəl-
likdən çıxmır.
Kəlhərə: erkəyi hunaya
2
bənzəyən bir geyikdir. Beli qara, qarnı ağdır.
Bunun buynuzu hunanınkından (276 b) daha uzun və daha şaxəlidir. Hindis-
tanlılar buna kəlhərə deyirlər. Əsli kalahran, yəni «qara geyik»dir, ancaq qı-
saldaraq kəlhərə (kəlhərn) yazırlar. Dişisinin rəngi ağdır.
Bu kəlhərə ilə geyik ovlayırlar. Kəlhərənin buynuzuna tələnin halqası-
nı və ayağına isə topuqdan bir az böyük bir daş asırlar ki, vəhşi geyik yaxa-
landıqdan sonra uzağa getməsinə əngəl olsun. Ondan sonra vəhşi bir kəlhərə
görününcə onun qarşısına buraxırlar. Bu geyik vuruşmağa çox həvəslidir və
dərhal vuruşmağa girişir. Buynuzlarıyla döyüşərək toqquşub irəli-geri gedib
gələndə vəhşi geyiyin buynuzu bu geyiyin buynuzuna bağlanmış tələyə ilişir.
O qaçmaq istəyəndə isə əhliləşdirilmiş geyik qaçmır, hər halda ayağına
bağlanmış olan daş da buna mane olur. Bu üsulla çox geyik ovlayırlar. Ov-
ladıqdan sonra onları əhliləşdirib təkrar geyik ovlamaqda istifadə edirlər. Bu
əhliləşmiş geyikləri evdə döyüşdürürlər. Yaxşı döyüşürlər.
Hindistanın dağ ətəklərində daha kiçık bir geyik növü də var. Böyük-
lüyü arxarqulçanın
3
bir yaşındakı balası qədərdir.
Gini öküz: kiçık bir öküzdür. Bizim tərəflərin böyük qoçu qədər olar.
Əti olduqca yumşaq və ləzzətlidir.
Meymun: hindistanlılar buna bandər deyirlər. Bunların növü çoxdur.
Bunlardan biri bizim tərəflərə gətirdikləri növdür. Kəndirbazlar ona oyun
(277 a) öyrədirlər. Dəreyi-Nur dağlarında, Kuhi-Səfidin Xeybər civarındakı
ətəklərində və oradan aşağıda, Hindistanın hər yerində olur, daha yuxarıda
1
Buğu: geyik, ren geyiyi. Baburda bəzən buğu-maral şəklində birlikdə və tək bir ad ki-
mi keçir, lakin bu iki təbirlə geyiyin erkəyi və dişisi nəzərdə tutulur.
2
Huna: bir geyik növü, dişisinə ceyran, erkəyinə huna deyilir.
3
Arxarqulça: qızıl geyik.
Zəhirəddin Məhəmməd BABUR
294
olmur. Tükü sarı, üzü ağdır. Quyruğu o qədər də nuzun deyildir.
Bir cür meymun da var ki, Bəcur, Sevad və o civarlarda buna təsadüf
edilmir. Bizim tərəflərə gətirilən meymunlardan xeyli böyükdür, quyruğu da
çox uzundur. Tükü bir az ağ, üz qismində qapqaradır. Bu cür meymun Hin-
distanın dağlarında və cəngəlliklərində olur, bizim tərəflərdə olmur.
Bir cür meymun da var ki, üzü, tükü və bütün orqanları qapqaradır.
Nul: sincabdan bir az daha kiçıkdir. Ağaca çıxır. Bəziləri buna muşi-
xurma deyir və mübarək sayırlar.
Gəlahri: bir siçan növüdür. Amma daim ağaclarda yaşayır. Ağacların
üsütündə böyük bir cəldliklə aşağı-yuxarı qaçır.
QUġLAR
Tovuz: çox rəngli və süslü bir quşdur. Rəng və süs baxımından ol-
masa da, cüssə baxımından durna boydadır, lakin durna qədər hündür deyil-
dir. Erkək və dişisinin başında iyirmi-otuz tük var, uzunluğu iki-üç barmaq
qədərdir. Dişisinin başqa bir süsü və rəngi yoxdur. Erkəyinin başında süslü
bir mavi halqa olur. Boynu parlaq mavi rəngdədir. (277 b) Boynundan aşağı
arxası sarı, yaşıl, mavi və bənövşəyi rənglərlə naxışlıdır. Beli kiçık xallarla
bəzənmişdir. Belindən bir az aşağıda eyni rənglərlə naxışlı iri xallar quyru-
ğunun ucuna qədər gedir.
Bəzi tovuzların quyruğu bir qulaç olur. Bu xallı tüklərinin altında bir
az qısa və digər quşların quyruğuna bənzəyən bir quyruğu daha vardır. Bu
quyruğu və qanadları qırmızıdır.
Tovuz Bəcur, Sevad və daha aşağıda olur, ondan yuxarıda, Künərdə
və Ləmqanatda heç bir yerdə olmur. Uçuşda qırqovuldan daha acizdir, bir-
iki dəfədən artıq uça bilmir və bu üzdən dağda, ya da cəngəllikdə olur. Qəri-
bədir ki, tovuzun olduğu cəngəlliklərdə çaqqal çox olur. Bir qulaç quyruğu
ilə çaqqaldan zərər görmədən cəngəllikdən-cəngəlliyə necə gəzə bilir? Hin-
distanlılar ona mor deyirlər.
Əti imam Əbu Hənifə məzhəbində halaldır. Əti dadsız deyil və turac
ətinə bənzəyir. Lakin dəvə əti kimi ikrahla yeyilir.
TutuquĢu: bu da Bəcur və aşağısındakı vilayətlərdə olur. Bahar möv-
sümündə tut yetişəndə Nigənxar və Ləmqanata gəlir, digər zamanlarda ora-
da olmurlar. Müxtəlif növləri var. Biri bizim tərəflərə götürdükləri növdür,
ona danışmaq öyrədirlər.
Biri də bu tutuquşundan bir az kiçık (278 a) olur, ona da danışmaq öy-
rədirlər. Bu növə cəngəli deyirlər. Bu növ Bəcur, Sevad və o civarda fövqə-
ladə çoxdur, o dərəcədə ki beş-altı minlik sürü halında uçurlar. Bu iki növ
tutuquşu cüssəcə bir-birindən fərqli, rəngcə eynidir.
Bir növ tutuquşu da var ki, cəngəli tutuquşundan bir az kiçıkdir. Başı
BABURNAMƏ
295
qıpqırmızı, qanadlarının üstü də qırmızıdır. Quyruğunun ucunda iki barmaq
qədər yeri ağdır. Bu növün bəzilərinin başı mavi olur. Bu növə danışmaq
öyrətmək olmur. Buna Kəşmir tutuquşusu deyirlər.
Cəngəli tutuquşuna bənzəyən kiçik bir növ də var, bunun dimdiyi qa-
radır, boynunda isə böyük qara bir halqa olur. Qanadlarının altı qırmızıdır.
Danışmağı yaxşı öyrənir.
Biz belə zənn edirdik ki, tutuquşu və şarek nə öyrədilsə onu söyləyir,
lakin özü bir şey düşünüb söyləyəməz. O zamanlar yaxın mülazimlərimdən
biri olan Əbülqasım Cəlair qəribə bir şey söylədi. Bu növ bir tutuquşunun
qəfəsi bağlı imiş və tutuquşu demiş ki: «Ruyi məra ba kon ki dəmgir şo-
dəm» (üzümü aç, boğuluram). Bir dəfə isə onu daşıyanlar dincəlmək üçün
oturarkən yanlarından yolçular keçib gedirmuş; tutuquşu demiş ki: «Mər-
dom rəftənd, şomayan nəmirəvəd?» (hamı gedir, siz niyə getmirsiniz?).
Vəbalı deyənin boynuna. İnsan öz qulağıyla eşitməsə inanmaz.
Bir növ tutuquşu da var ki, rəngi parlaq və qıpqırmızıdır. Digər bəzi
rəngləri isə (278 b) xatirimdə yaxşı qalmadığı üçün bu anda müfəssəl yaza
bilmirəm. Qırmızı və fövqəladə göstərişli bir tutuquşudır. Ona danışmaq da
öyrədirlərmiş. Qüsuru səsinin qırıq bir çininin mis bir tabağa sürtüldüyü za-
man çıxardığı səs kimi pis və sərt olmasıdır.
ġarək: Ləmqanatda və Hindistanın daha aşağılarında lap çox olur. Bu
da növ-növdür. Ləmqanatda çox olan bir növün başı qara, qanadları alaca, vü-
cudu sığırçından bir az böyük, ondan daha qabadır. Ona danışmaq öyrədirlər.
Şarəkin bir növünə mina deyirlər. Benqaldan gətirirlər. Tamamən qa-
radır. Bədəni bu şarəkdən xeyli böyük, ayağı sarıdır. Qulaqlarında sarı dəri-
ləri var, asılıdır. Bunun görünüşü pisdir. Danışmaq öyrədilir, yaxşı və aydın
şəkildə danışır.
İlk bəhs edilən şarəkdən bir az incə olan bir növ şarek də var. Gözləri-
nin ətrafı qırmızıdır. Bu növ danışmağı bacarmır. Buna vin-şarek deyirlər.
Körpü quraraq Qanq çayını keçib düşmənlərı qaçırdığımız zaman
Leknur və civarında döşü ağ, başı alaca, beli qara bir şarək növü də gördüm.
O günə qədər heç görməmişdim. Bu növ də, deyəsən, danışmağı bacarmır.
Lüçə: bu quşa buqələmun da deyirlər. Başından quyruğuna qədər beş-
altı müxtəlif rəngi var və göyərçin boynu kimi parlaqdır. Göyərçin (279 a)
boyda olur. Hər halda o da Hindistanın göyərçinidir. Göyərçin dağların tə-
pəsində yaşadığı kimi, o da dağın təpəsində yaşayır.
Kabilin Nicrav vilayətində və daha aşağıdakı dağlarda olur, oradan
yuxarıda olmur. Oranın əhalisi qəribə bir şey söylədi. Qış gəlincə, lüçə da-
gın ətəklərinə enirmiş. Əgər uçursalar, üzüm bağından keçsə belə daha irəli
əsla uça bilmir və dərhal yaxalanırmış. Əti yeyilir və olduqca ləzzətlidir.
Turac: bu, Hindistana xas bir quş deyil, isti iqlimə daxil vilayətlərdə
olur. Lakin bəzi növləri Hindistandan başqa yerdə olmadığı üçün ondan da
Zəhirəddin Məhəmməd BABUR
296
bəhs etməyi lazım bildim.
Kəklik boydadır. Erkəyinin beli dişi qırqovulun rənginə bənzəyir.
Boynu və döşü qaradır. Bəmbəyaz tükləri var. Gözünün hər iki tərəfində qır-
mızı çizgi var. Səsi gözəldir, adama elə gəlir ki, qışqırarkən belə deyir: «Şir
darəm şəkərək» (şəkər kimi südüm var). Bu zaman «şir» sözünü qısa, «da-
rəm şəkərək» qismini isə aydın tələffüz edir. Əstərabad turacları belə
qışrırlar: «Bat məni tutdular» (məni tez yaxaladılar). Ərəbistanın və o civa-
rın turacları isə qışqıraraq belə deyirlər: «Biş-şükri tədumun ən-nəum» (şükr
etsən, firavanlıq uzun sürər).
Dişisi qırqovul kimi rənglidir. Bunlar Nicravdan aşağıda olur.
Kəncəl: turac cinsindən olan bir quşdur. Turac boydadır. Səsi kəklik
səsinə bənzəyir. Lakin bunun səsi (279 b) çox sərtdir. Erkəyi ilə dişisi ara-
sında fərq azdır. Pərşavərdə, Heşnəgarda və daha aşağıdakı vilayətlərdə olur,
oralardan yuxarıda olmur.
Pül-peykər: göyərçin boydadır. Vücudu ev toyuğuna bənzəyir. Rəngi
də toyuq rəngindədir. Boğazından döşünə qədər qismi parlaq və qıpqırmızı-
dır. Pül-peykər Hindistan dağlarında olur.
VəhĢi toyuq: ev toyuğundan fərqi bunun qırqovul kimi uçmasındadır
və ev toyuğu kimi hər yeri eyni rəngdə deyildir. Bu toyuq Bəcur dağlarında
və daha aşağıdakı dağlarda olur, Bəcurdan yuxarıda olmaz.
Cəlsi: bədəni pül-peykər kimidir, lakin pül-peykarın rəngi daha xoş-
dur. Bəcur dağlarında olur.
ġam: ev toyuğu boydadır. Qeyri-adi rəngləri var. Bu da Bəcur dağla-
rında olur.
Bildirçin: Hindistana xas deyil, lakin Hindistana xas olan dörd-beş
növ bildirçin var. Biri bizim vilayətlərə gedən bildirçindir. Biri isə bizim tə-
rəflərə gedəndən daha kiçikdir, qanadı və quyruğunun rəngi daha qırmızıdır.
Bu növ bildirçin çir
1
kimi sürü halında uçur. Bunun başqa bir növü isə bizim
tərəflərə gedən bildirçindən bir az kiçıkdir, boğazıyla döşündə qarası daha
artıqdır. (280 a). Biri də Kabilə çox az gedən kiçicik bir bildirçindir. Qarça-
dan bir az böyükdür. Kabildə ona qaratu deyirlər.
Xərçəl: böyüklüyü doğdaq qədərdir. Hər halda o da Hindistanın doğ-
dağı olmalıdır. Əti fövqəladə ləzzətlidir. Bəzi quşların bud əti yaxşı olur, bə-
zilərinin isə döş əti yaxşı olur, xərçəlin isə hər tərəfi ləzzətlidir.
Çərz: cüssəcə toğdarıdan bir az kiçıkdir. Erkəyinin beli toğdarınınkı
kimidir, döşü qaradır. Dişisi bir rəngdədir. Çərzin əti də olduqca ləzzətlidir.
Xərçəl necə doğdağa bənzəyirsə, çərz də toğdarıya o cür bənzəyir.
Bağrıqara: Hindistan bağrıqarası bağrıqaradan bir az kiçık və daha
incədir. Bağrının qarası da azdır. Səsi də ondan daha incədir.
1
Çir: kiçik bir quş növü.
BABURNAMƏ
297
SUDA VƏ SU KƏNARINDA OLAN QUġLAR
Bir də suda və su kənarlarında yaşayan quşlar vardır.
Ding: yaxud piri-ding. Böyük cüssəli bir quşdur. Hər qanadı bir qu-
laçdır. Başının və boynunun tükü yoxdur. Boğazında cib kimi bir şey asılıdır.
Beli qara, döşü ağdır. Bəzən Kabilə gedir. Bir il Kabildə bir ding tutub
gətirmişdilər. Yaxşıca əhliləşmişdi. Ət atsalar, heç yanılmadan dimdiyi ilə
tuturdı. Bir dəfə nalçalı bir ayaqqabı udmuşdu. Bir dəfə isə bütöv bir toyuğu
(280 b) qanadları və tükləriylə birlikdə uddu.
Sarəs: Hindistanda yaşayan türklər ona dəvə-durna deyirlər. Bu quş
dingdən bir az kiçıkdir. Boyu da onunkundan bir az yüksəkdir. Başı qıpqır-
mızıdır. Bunu evdə bəsləyirlər və yaxşı əhliləşir.
Mənik: sarəs boydadır. Bədəni bir az kiçıkdir. Leyləkdən xeyli bö-
yükdür. Leyləyə bənzəyir. Dimdiyi leyləyinkindən bir az uzun və qaradır.
Başı mavi, boynu ağ, qanadları alacadır. Qanadlarının ucları və dibləri ağ,
ortası isə qaradır.
Leylək: boynu ağ, başı və hər tərəfi qaradır. Bizim o tərəflərə gedən
leyləkdən bir az kiçıkdir. Bu leyləyə hindistanlılar yek-rəng deyirlər. Bir nö-
vü də var ki, rəngi və şəkli bizim tərəflərə gedən leyləklərin eynisidir, lakin
dimdiyi daha qara və o tərəflərin leyləyindən xeyli kiçıkdir.
Uqar ilə leyləyə bənzəyən bir quş da var. Dimdiyi uqarınkından bir az
daha böyük və uzundur. Cüssəsi leyləkdən daha kiçıkdir.
Böyük büzək: sığırçın boydadır. Qanadlarının arxası ağdır. Yüksək
bir səsi vardır.
Ağ büzək: başı və dimdiyi qaradır. Bizim tərəfə gedən büzəkdən xeyli
böyük, Hindistan büzəyindən bir az kiçıkdir. (28l a)
Gərmpa: bir ördək növü olub sona-bürçindən
1
daha böyükdür. Erkəyi
və dişisi eyni rəngdədir. Heşnəgarda olur, bəzən Ləmqanata gedir. Əti ol-
duqca ləzzətlidir.
ġahmürğ: Bir tür ördək olub qazdan bir az kiçıkdir. Dimdiyinin üs-
tündə bir çıxıntı var. Döşü ağ, beli qaradır; əti ləzzətlidir.
Zümməc: şahin boydadır. Rəngi qaradır.
Sar (sığırçın): beli və quyruğu qırmızıdır.
Hindistan alaqarğası: bizim tərəflərin alaqarğasından bir az daha ki-
çık və incədir. Boynunda bir qədər ağ vardır.
Mürği-cəngəl: qarğa ilə saxsağana bənzəyən bir quşdur. Ləmqanatda
buna mürği-cəngəl deyirlər. Başı və döşü qara, qanadları və quyruğu bir az
qırmızı, gözləri qıpqırmızıdır. Uça bilmədiyi üçün cəngəldən çıxmaz və bu
üzdən ona mürği-cəngəl deyirlər.
Çəmgədər: böyük bir yarasa olub bayquş boydadır. Başı it küçüyünü
1
Sona: erkək çöl ördəyi, dişisinə bürçin deyilir.
Zəhirəddin Məhəmməd BABUR
298
başına bənzəyir. Ağaca qonmaq istəyəndə bir budağa yapışıb başı aşağı və-
ziyyətdə durur. Çox qəribədir.
Məta: Hindistan saxsağanıdır, saxsağandan bir az kiçıkdir. Saxsağan
ağ alacadır; məta isə alacadır.
Sanduvaç
1
böyüklüyündə kiçicik bir quş daha vardır ki, (281 b) rəngi
parlaq qırmızıdır, qanadlarında bir azca qarası var.
Kərcə: qaranquşa bənzəyir və ondan xeyli böyükdür. Hər tərəfi qap-
qaradır.
Kuyəl: kiçık qarğa boydadır, ondan xeyli incədir. Gözəl ötür. Hindis-
tan bülbülü bu imiş. Hindistan əhalisinin gözündə bülbül qədər mötəbərdir.
Çox ağaclı bağlarda olur.
Şaqraq kimi ağaclara yapışaraq yürüyən bir quş da var. Şakrak boyda-
dır və tutuquşu kimi yaşıl rəngdədir.
SU HEYVANLARI
ġiri-abi [su aslanı]: yığılmış sularda olur. Timsaha bənzəyir. Deyilənə
görə, insanı, hətta camışı belə qapırmış.
Sisar: bu da timsah şəklindədir. Hindistanın bütün çaylarında olur. Bir
dəfə yaxalayıb gətirmişdilər, uzunluğu dörd-beş kariyə yaxındı, yoğunluğu
isə qoyun qədərdir. Bundan daha böyükləri də varmış. Ağzı yarım karidən
bir az daha uzundur. Üst və alt çənələrində sıra-sıra incə-incə dişləri vardır.
Su kənarlarına çıxıb yatır.
Xuki-abi [hərfən: su donuzu, əslində: Qanq delfini]: bu da bütün Hin-
distan çaylarında olur. Sudan birdən-birə çıxar, başı görünər-görünməz tək-
rar suya dalır və yalnızca quyruğu gözə dəyir. Bunun ağzı da (282 a) sisarın
ağzı kimi uzundur, sıra-sıra kiçık dişləri var. Başının digər qismi və gövdəsi
balıq kimidir. Suyun içində oynayanda tuluq kimi görünür.
Saru çayındakı xuki-abilər oynayan zaman suyun üstünə çıxırlar. Ey-
nən balıq kimi heç bir zaman sudan dışarı çıxmırlar.
Qaryal: böyükdür, Saru çayında əsgərin bir çoxu onu gördü, insana
hücum edir. Saru sahilində olan zaman bir-iki köləni qapmışdı. Qazipur ilə
Benares arasında da ordudan üç-dörd adamı qapdı, o civarda qaryali mən də
bir az uzaqdan gördüm, lakin yaxşı və müfəssəl şəkildə görə bilmədim.
Kəkkə balığı: iki qulağının önündə iki sümük çıxır, uzunluğu üç bar-
maq qədərdir. Yaxalananda bu sümükləri oynadır və bundan gözəl bir səs
çıxır. Hər halda ona bu səsinə görə bu adı qoymuşlar.
Hindistan balıqlarının əti ləzzətlidir; qılçığı yoxdur. Çox çevik balıq-
lardır. Bir dəfə adamlarımız bir suyun iki tərəfindən tor atıb gəldilər. Torun
hər tərəfi yarım karidən artıq suyun üstündəydi. Balıqların bir çoxu toru bir
1
Sanduvaç: bülbül, yaxud kanarya növündən bir quş.
BABURNAMƏ
299
kari daha yuxarı sıçrayaraq aşdılar.
Hindistanın bəzi sularında kiçik balıqlar var ki, bunlar qüvvətli bir səs
və ya gurultu olunca (282 b) birdən-birə sıçrayaraq sudan bir və ya bir ya-
rım kari yuxarı tullanırlar.
Hindistan qurbağaları: bildiyimiz qurbağalar kimidirlər, lakin suyun
üstündə yeddi-səkkiz kari qaçırlar.
HĠNDĠSTANA XAS BĠTKĠLƏR
Ənbə: Hindistan xalqı be hərfini hərəkəsiz tələffüz edir və bu söyləniş
pis səsləndiyi üçün bəziləri ona nəğzək demişlər. Necə ki Xoca Xosrov belə
demişdir:
Nəğzəki ma nəğz koni bustan,
Nəğztərin meyveyi-Hindustan.
Ey bizim nəğzəkimiz, bağları bəzərsən,
Sən Hindistanın ən gözəl meyvələrindənsən.
Yaxşısı gözəldir, çox yeyilə bilir, lakin yaxşısı az olur. Əsasən kal
ikən yığırlar, evdə dəyir. Kalından yemək üçün gözəl ədviyyat düzəldirlər.
Kalından düzələn mürəbbə də gözəl olur. Gerçəkdən də, Hindistanın ən yax-
şı meyvəsi budur.
Ağacı çox hündür olur. Bəziləri deyir ki, ənbə qovundan sonra bütün
meyvələrdən üstündür. Lakin xalqın təriflədiyi qədər deyil. Şaftalının kərdi
növünə bənzəyir. Yağmur mövsümündə dəyir.
İki şəkildə yeyilir: biri sıxıb yumşaldaraq hər tərəfini dəlib əzmək su-
rətiylə suyunu içirlər. Bir də kərdi-şaftalı kimi qabığınu soyaraq yeyirlər.
Yarpağı bir az şaftalı yarpağına bənzəyir. Gövdəsi çirkin və biçimsizdir.
Benqalda və Quceratda daha yaxşıları olurmuş.
Kilə: ərəblər buna muz [yəni banan] deyirlər. Ağacı o qədər hündür
deyil, (283 a) hətta ona ağac demək olmaz, kol ilə ağac arasında bir şeydir.
Yarpağı aman-qara yarpağına bənzəyir, amma banan yarpağının uzunluğu
iki karidir, eni isə bir kariyə yaxındır.
Ortasından ürəyə bənzəyən bir zoğ çıxar. Qönçəsi bu zoğdadır. Böyük
qönçəsi qoyun ürəyi şəklindədir. Qönçəsinin hər yarpağı açıldıqca yarpağın
dibində sıra halında altı-yeddi çiçək çıxır. Bu sıra-sıra çiçəklər sonra banan
olur. Ürəyə bənzəyən bu zoğ uzandıqca, o böyük qönçənin yarpaqları da
açılır və sıra halındakı banan çiçəkləri görünür.
Hər banan ağacı yalnız bir dəfə meyvə verir. Bananın iki gözəl xüsu-
siyyəti var: qabığı asan soyulur, çəkirdəyi və puşası yoxdur. Badımcandan
bir az daha uzun və daha incədir. Çox şirin deyil. Benqal babanı fövqəladə
şirin imiş. Olduqca xoş görünən bir ağacı var. Geniş və parlaq yaşıl yarpaq-
larının görünüşü çox gözəldir.
Zəhirəddin Məhəmməd BABUR
300
Ənbuli: hind xurmasına bu adı verirlər. Kiçicik yarpağı var və ümu-
mən hind quzu (buya) yarpağına bənzəyir, lakin bunun yarpağı hind qozu
yarpağından daha kiçikdir. Ağacı çox gözəl görünür. Kölgəsi çox olur. Ağa-
cı olduqca yüksəkdir. Yabanısı da çoxdur.
Mehvə: gül-çikan da deyirlər. Bunun ağacı da olduqca hündürdür.
Hindistan əhalisinin evləri (283 b) əksərən mehvə ağacındandır. Mehvənin
çiçəyindən şərbət düzəldirlər. Çiçəyini qurudaraq kişmiş kimi yeyirlər. Araq
də düzəldirlər. Ümumən kışmişə bənzəyir. Pis bir tadı var. Çiçəyinin təzəsi
pis deyil. O da yeyilir. Bunun da yabanısı var. Meyvəsi şirin deyil. Dənəsi
bir az böyük, qabığı incədir. İçindən yağ da çəkirlər.
Kirni: ağacı çox hündür olmamaqla birlikdə kiçık də deyil. Meyvə-
sinin rəngi sarıdır. İnnabdan (çiydə) bir az incədir. Dadı ümumən üzümə
bənzəyir. Bir az dadsız olsa da pis deyildir. Fövqəladə çox olur. Dənəsinin
qabığı incədir.
Cəman: yarpağı ümumən söyüd yarpağına bənzəyir, ondan daha də-
yirmi və daha yaşıldir. Ağacının görünüşü pis deyil. Meyvəsi qara üzümə
bənzəyir, bir az turş dadı var. O qədər yaxşı deyildir.
Kəmrək: meyvəsi beş guşəlidir. Şaftalı boydadır, uzunluğu dörd bar-
maq qədər olar. Dəyəndə saralır. Bunun da çəkirdəyi yoxdur. Kal ikən qopa-
rılanı çox turş olur. Dəymişinin turşuluğu meyxoşdur, pis deyil. Gözəllik ba-
xımından o qədər də yaxşı deyildir.
Dostları ilə paylaş: |