ZƏHĠRƏDDĠn məHƏMMƏd babur


ÇƏNDĠRĠ KURQANININ ALINMASI



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

 

ÇƏNDĠRĠ KURQANININ ALINMASI 

 

Çəndirinin ərki dağın üstündə yerləşir. Dış kurqanıla şəhər isə dağ ara-



sındadır. Arabaların keçdiyi düz yol kurqanın dibindən keçir. 

Burxanpurdan qalxıb arabalar üzündən Çəndiridən bir küruh aşağıdan 

gəldik. Bir mənzil sonra çərşənbə axşamı günü, ayın iyirmi səkkizində Bəh-

çət xan hovuzunun kənarındakı bəndin üstünə endim. 

Ertəsi  gün  hərəkətə  keçərək  kurqanın  ətrafı  mərkəzimizlə  sağ  və  sol 

qollarımız  arasında  paylaşdırıldı.  Ustad  Əliqulu  daş  atmaq  üçün  bir  bağda 

düz  bir  yer  seçdi.  Topları  yerləşdirmək  üçün  yer  hazırlamaq  üzrə  çavuşlar 

ilə  istehkamçılar  təyin  edildi.  Bütün  əsgərə  qalanın  zəbti  üçün  gərəkli  olan 

qalxanlar, nərdivanlar və nökəri qalxanları hazırlamaları əmr edildi. 

Çəndiri  əvvəllər  (333  b)  Mendav  padşahlarına  aid  imiş.  Sultan  Nəsi-

rəddinin  ölümündən  sonra  hələ  Mendavda  olan  oğullarından  Sultan  Mah-

mud  Mendava və o civara sahib olur. Məhəmməd şah adlı bir oğlu da Çən-

diriyi  əlinə    keçirərək  kömək  üçün  Sultan  İskəndərə  müraciət  edir.  Sultan 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



352 

İskəndər  də  çox  əsgər  göndərərək  onun  hamisi  olur.  Sultan  İskəndərdən 

sonra Sultan İbrahim zamanında Məhəmməd şah ölür və Əhməd şah adlı ki-

çık bir oğlu qalır. Amma Sultan İbrahim Əhməd şahı uzaqlaşdırıb oraya öz 

adamlarını  qoyur.  Rana  Sanka  İbrahimin  üzərinə  qoşun  çəkərək  Dulpura 

gələndə  isə    İbrahimin  bəyləri  müxalifət  edirlər.  Çəndiri  o  vaxt  Sankanın 

əlinə  keçir və bu da onu Midni Rav adlı çox etibarlı bir kafirə verir. 

İndi o Midni Rav dörd-beş min kafirlə birlikdə Çəndiri kurqanında idi. 

Arayiş xanın onunla tanışlığı varmış. Arayiş xan ilə Şeyx Gürən oraya gön-

dərilərək  inayət  və  şəfqət  sözləri  söylənərək  ona  Çəndiri  yerinə  Şəmsabad 

vəd edildi. Etibarlı adamlarından bir-ikisi buna qarşı çıxdı. Bizə etimad  et-

mədi, yoxsa kurqanına güvəndi, bilmirəm, barış təşəbbüsü nəticə vermədi. 

Çəndiri  kurqanını zorla almaq niyyətilə  çərşənbə  axşamı günü sabah, 

cəmadiyüləvvəl  ayının  altısında  [=28  yanvar]  Behçet  xan  hovuzundan  at-

lanıb kurqanın yaxınlığında yerləşən (334 a) ortadakı hovuzun kənarına en-

dik. 


O  sabah  yolda  gedərkən  Xəlifə  bir-iki  məktub  gətirdi.  Məktubda  Pu-

raba göndərilmiş əsgərin ehtiyatsız hərəkət edib savaşda yenildiyini və Lək-

nuyu buraxıb Kanuca gəlmiş olduğu yazılmışdı. Xəlifənin bu üzdən olduqca 

qərarsız  və  çox  təlaşlı  olduğunu  gördüm  və  dedim  ki:  «Tərəddüd  və  təlaş 

yersizdir, Allahın təqdirindən başqa heç bir şey ola bilməz. Madam ki bu iş 

önümüzdədir,  başqa  bir  şey  düşünməmək  lazımdır,  sabah  qalaya  hücum 

edəcəyik və ondan sonra nə olacağını görərik».

1

 



Düşmən ərki gücləndirmiş, lakin dış kurqanda ehtiyatda bir-iki adam 

qoymuşdu. O axşam bizim  əsgər hər tərəfdən dış kurqana çıxdı. Düşmənin 

orada bir az adamı vardı, gerçək bir savaş belə etmədən qaçıb ərkə çəkildilər. 

Çərşənbə günü, cəmadiyüləvvəl ayının yeddisində [=29 yanvar] əsgə-

rin silahlanaraq  yerlərinə  gedib  savaş  hazırlıqlarını  görməsi,  sonra mən na-

ğaralar  və  bayraqlarla  hərəkətə  keçəndə  hər  kəsin  olduğu  yerdən  hücuma 

keçməsi əmr edildi.  

Savaş qızışmağa başlayanda nağara və bayrağı buraxıb Ustad Əliqulu-

nın daş atmasını şəxsən görməyə getdim. Üç-dörd daş atdı. Olduğu yer ya-

maçsız və qala bəndi (334 b) çox möhkəm və tamamən daşdan olduğu üçün 

ciddi təsir etmədi. 

Söz  etdiyim  kimi,  Çəndirinin  ərki  dağ  üstündə  yerləşir.  Bir  tərəfində 

su üçün iki yanı divarlı bir yol düzəltmişlər, bunun divarları dağdan aşağıdır. 

Bizim hücum edəcəyimiz yer bura idi. Mərkəzin sağ və sol qolları ilə xassə  

alayının payına bura düşmüşdü. Daha çox buradan zorladılar. Kafirlərin yu-

xarıdan atdığı daşlara və oda aldırmadılar. Axırda Şahım yüzbəyi dış kurqa-

nın divarıyla su  yolu divarlarının birləşdiyi  yerdən dırmandı, iki-üç yerdən 

daha  igidlər  dırmanaraq  çıxdılar.  Su  yolundakı  kafirlər  qaçıdılar  və  bura 

                                                           

1

 Baburun bu sözləri farscadır.  



BABURNAMƏ 

 

353 



zəbt edildi. 

Yuxarıdakı  kurqanda  isə  bu  qədər  də  vuruşmadılar,  tez  qaçdılar.  Bir 

çox adam  dırmanaraq  yuxarıdakı  kurqana  çıxdı. Qısa  bir müddət  sonra ka-

firlər tamamən çılpaq bir halda gəlib vuruşmağa başladı. Bir çox əsgəri qo-

varaq divardan aşağı tökdülər. Bir neçə adamı vurub öldürdülər. 

Divarın üzərindən təcili uzaqlaşmalarının səbəbi bu imiş: yeniləcəklə-

rini  kəsdirərək,  qadınlarını  tamamən  doğrayıb  özləri  üçün  ölümü  gözə  ala-

raq çılpaq bir halda vuruşmağa gəlmişlər. 

Axırda bizimkilər hər tərəfdən zorlayaraq (335  a) onları divar üstün-

dən qaçırtdılar. İki-üç yüz kafir Midni Ravin olduğu yerə girdi. Orada çoxu 

bir-birini öldürmüşlər. Belə etmişlər: birisi əlinə bir qılınc almış, digərləri də 

bir-bir və özləri istəyərək boyunlarını uzatmışlar. Çoxu bu şəkildə cəhənnə-

mə getdi. 

Allahın inayətilə belə məşhur bir kurqan bayraq və nağara gətirmədən 

və ciddi bir müharibə belə etmədən iki-üç geri içində [bir saatdan daha qısa 

bir  müddətdə]  fəth  edildi.  Çəndirinin  şimal-qərb  tərəfindəki  dağın  üstündə 

kafirlərin başından bir minarə düzəldildi. 

Bu fəthin tarixi üçün «Fəthi-darül-hərb»

1

 sözünü tarix düşürmüşdülər. 



Mən də bunu belə bağladım: 

Bud çənde məqami Çəndiri 

Pür zi küffarü darül-hərb, 

Fəth kərdəm bə hərb qəleyi u, 

Gəşt tarix «fəthi-darül-hərb». 

 

Bir müddət Çəndirinin olduğu yer  



Kafirlər ilə doldu və hərbü zərb sahəsı oldu.  

O qalanı hərblə fəth etdim, 

«Fəthi-darül-hərb» də bunun tarixi oldu. 

           



ÇƏNDĠRĠNĠN TƏRĠFĠ 

 

Çəndiri gözəl bir vilayətdir. Ətrafında və civarında xeyli axarsu vardır. 



Ərki dağın üstündədir. İçərisində daşdan üç böyük hovuz qazmışlar. Bir bö-

yük hovuz da kurqanın zorlanaraq alındığı su yolundaydı. 

Aşağı və yüksək təbəqənin evləri bütünlüklə daşdandır. Böyüklərinin 

evlərini səliqə ilə yonulmuş daşdan tikmişlər, xalqın evləri də daşdandır, la-

kin heç yonulmuş deyil. Damın üstünə kirəmit yerinə (335  b) düz və yastı 

daşlar qoymuşlar. 

Kurqanının  önündə  üç  böyük  hovuz  var.  Ətrafında  və  civarında  əski 

hakimlər bəndlər qurub hovuzlar meydana gətirmişlər. Bir az yüksəkdə Bit-

                                                           

1

  Fəthi-darül-hərb: kafir diyarının fəthi deməkdir. Əbcəd hesabı ilə 934 (=1527) edir. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



354 

vi deyilən kiçik bir çay axır. Bu çay Çəndiridən üç küruh məsafədədir, özü 

də dadı və ləzzətiylə məşhurdur; gözəl bir çaydır. Ortasında parça-parça qa-

yalar var. Bunlar bina üçün əlverişlidir. 

Çəndiri  Aqradan  güneyə  doğru  doxsan  küruh  məsafədədir.  Çəndiridə 

Qütb ulduzunun yüksəkliyi iyirmi-iyirmi beş dərəcədir. 

Ertəsi sabah, cümə axşamı günü kurqanın  yanından qalxıb Mellu xan 

hovuzunun kənarına endik. Çəndirinin fəthindən sonra buraya kafir Səlahəd-

dinə  aid  olan  Ray-Sing,  Bhilsan  və  Sarəngpur  üzərinə  yürümək  niyyətilə 

gəlmişdik. Buraları da zəbt etməmizin ardından Sankanın üzərinə doğru Çi-

tura yürüyəcəkdik. Amma o qarışıq xəbərləri alınca, bəyləri çağırdıq və da-

nışıb məsləhətləşdikdən sonra bu fitnəçilərin və asilərin fitnəsini və fəsadını 

dəf etmək üçün hərəkətə keçməmiz daha uyğun və münasib sayıldı. 

Çəndiri Sultan Nəsirəddinin nəvəsi Əhməd Şaha verildi, yuxarıda on-

dan bəhs etmişdim. Çəndiridən əlli lek xassə mülkü üçün ayırdım, şikdarlığı 

da Molla Apağın sərəncamına verdim və o da üç bin türk və hindistanlı ilə 

birlikdə Əhməd şaha köməkçi olaraq burada qaldı. 

 

ASĠLƏRĠN ÜSTÜNƏ YÜRÜġ 

 

Bu işləri həll etdikdən sonra (336 a) bazar günü, cəmadiyüləvvəl ayı-



nın on birində [=2 fevral] geri dönmək niyyətilə Mellu xan hovuzundan qal-

xıb Burxanpur çayının sahilinə endik. Yekə Xoca ilə Cəfər Xoca Kalpi gə-

milərini  Kənar  keçidinə  gətirmələri  üçün  Bandirdən  Yekşənbehiyə  göndə-

rildilər.  Şənbə  günü,  ayın  iyirmi  dördündə  Kənar  keçidinə  enərək  əsgərin 

suyu keçməyə başlamasını əmr etdim.  

O günlərdə ilqar gedənlərin, Kanucu da buraxaraq Rabiriyə gəldikləri 

xəbəri  alındı.  Şemsabad  kurqanını  EbülMəhəmməd  Nəyzəbaz  qapatmış; 

lakin qalabalık qüvvətlər gəlib kurqanı zorlayaraq zəbt etmişlər. 

Əsgər çaydan keçincəyə qədər üç-dörd gün boyunca çayın hər iki tə-

rəfində  qaldıq.  Çaydan  keçdikdən  sonra  Kanuc  tərəfinə  doğru  mənzildən- 

mənzilə  yürüyüb  düşməndən  xəbər  bilmək  üçün  irəliyə  qazax  igidləri  gön-

dərdik. Bunlar da Kanuca  iki-üç mənzil  qalanda geri dönüb Mərufun  oğlu-

nun dil yaxalamaq üçün gedənlərin qaraltısını görərək Kanucdan çıxdığı xə-

bərini gətirdilər. 

Bəyazid  ilə  Məruf  bizim  xəbərimizi  alaraq  Qanqdan  keçib  Kanucun 

qarşısında Qanqın şərq tərəfindəki keçidi tutmaq niyyətilə oturmuşlar. 

Cümə  axşamı  günü,  cəmadiyülaxır  ayının  altısında  [=27  fevral]  Ka-

nucdan  keçərək  Qanqın  qərb  sahilinə  endik.  Bizim  igidlər  gedib  düşmənin 



(336 b) bir neçə gəmisini ələ keçirdilər. Yuxarıdan və aşağıdan böyüklü- ki-

çıkli otuz-qırx gəmi gətirdilər. 

Mir Məhəmməd Caleban körpü qurmaq üçün uyğun bir yer seçib kör-


BABURNAMƏ 

 

355 



pü ləvazımatını hazırlamaq üzrə göndərildi. Ordunun endiyi yerin bir küruh 

qədər aşağısında bir yer seçib gəldi. Ora yaxşı çavuşlar təyin edildi. 

Körpünün  salınacağı  yerə  yaxın  bir  nöqtəyə  də  Ustad  Əliqulu  topu 

yerləşdirib daş atmaq üzrə yer seçərək daş atmaqla uğraşdı. 

Körpünün bağlanacağı  yerdən bir az aşağıda isə Mustafa Rumi zərb-

zənli  arabalarını  bir  adaya  keçirdi  və  bu  adadan  zərbzən  atmağa  başladı. 

Körpünün yuxarı tərəfinə sipər qurulmuşdi və tüfəngəndazlar da bu sipərin 

üzərindən isabətli atışlar gerçəkləşdirdilər. 

Bir-iki dəfə  Məlik Qasım Moğol və digər igidlər çayı  gəmiylə keçə-

rək adamları çox az olmasına baxmayaraq yaxşı vuruşdular. Baba Sultan və 

Dərviş bir axşam on-on beş adamla birlikdə cəsarət göstərərək, amma yaxşı 

hesablamadan çayı gəmiylə keçdi, lakin savaşmadan və heç bir şey edə bil-

mədən qayıdıb gəldi. Bunun üçün onu çox danladım. 

Axırda  Məlik Qasım adamı az  olmasına baxmayaraq coşub düşmənə 

hücum  etdi,  onu  düşərgəyə  qədər  sürdü,  lakin  düşmənlər  çoxlu  adamla  və 

bir  fillə  hərəkətə  keçib  bunları  qaçmağa  məcbur  etdilər.  Gəmiyə  minib  hə-

rəkət edənə qədər (337  a) fil yetişdi və gəmini batırdı. Məlik Qasım bu sa-

vaşda öldü. 

Körpü bağlanıncaya qədər keçən bu bir neçə gün içində Ustad Əliqulu 

çox dəqiq atışlar elədi, ilk günü səkkiz daş, ikinci günü on altı daş atdı. Üç-

dörd gün bu şəkildə daş atdı. Bu daşları Qazi topuyla atırdı. Bu, kafir Sanka 

müharibəsində daş atan top idi, o üzdən də ona Qazi ismi verilmişdi. 

Ustad Əliqulu ondan başqa böyük bir top daha tökmüşdü. Bu top yal-

nızca bir daş atdı və sonra qırıldı. 

Tüfəngəndazlar da bir çox adamı və atı tüfənglə vurdular.  Qaçan işçi 

və yolçulardan da bir neçə adamı və bir çox atı yerə sərdilər. 

Körpünün qurulma işinin tamamlanması  yaxınlaşanda çərşənbə günü, 

cəmadiyülaxırın on doqquzunda hərəkətə keçərək körpünün üzərinə gəldik. 

Əfqanlar körpünün qurula biləcəyinə ehtimal verməyərək bizə istehza 

edirdilər.  Cümə  axşamı  günü  körpü  hazır  oldu.  Piyadalardan  və  lahorlular-

dan ibarət kiçık bir dəstə qarşıya keçdi və önəmsiz bir çarpışma gerçəkləşdi. 

Cümə günü mərkəzdən xassə  alayı ilə mərkəzin sağ və sol qol igidləri 

və  tüfəngəndazları  piyada  olaraq  körpüdən  keçdilər.  Əfqanlarm  hamısı  si-

lahlanaraq,  filləri  ilə  gəlib  onları  sıxışdırdılar  və  bir  dəstə  sol  qol  adamını 

qaçırtdılar. Amma mərkəz və sağ qol adamları yerlərində qalıb (337 b) düş-

məni geri oturtdular. 

Düşmənin  adamlarından  ikisi  kütlədən  ayrılaraq  hücum  etdi.  Birini 

dərhal vurub ələ keçirdilər, digərini isə atıyla birlikdə o qədər çox yerindən 

vurdular ki, atı şahə qalxaraq geri döndü və öz güruhunun arasında yerə yı-

xıldı. O gün yeddi-səkkiz baş gətirdilər. Bir çox adamları ox və tüfəng yara-

sı  aldı.  İkindi  vaxtı  keçənə  qədər  çarpışma  davam  etdi.  O  axşam  körpünü 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



356 

keçənlərin hamısı geri qayıtdı. Halbuki adamların hamısı o şənbə axşamı ke-

çirilmiş olsaydı, düşmənin çoxunun ələ keçirilməsi ehtimali vardı. Lakin ağ-

lıma  bu  gəldi:  keçən  il  çərşənbə  axşamı  günü,  Novruz  günü,  Sankayla  sa-

vaşmaq niyyətilə Sikridən hərəkət edib şənbə günü düşməni yenmişdik. Bu 

il də çərşənbə günü, Novruz günü, bu düşmənlərə qarşı savaşmaq niyyətilə 

hərəkət etmişdik. Bazar günü düşmənə galib gəlsək bu, qəribə hadisələrdən 

biri olacaqdı. 

Bu  üzdən  adamlar  keçirilmədi.  Onlar  da  şənbə  günü  çarpışmağa  gəl-

mədilər və hazır olaraq uzaqda dayandılar. O gün arabalar keçirildi və səhər 

vaxtı əsgərin keçməsi əmri verildi. Nağara vaxtında bizim avanqarddan düş-

mənin qaçıb getmiş olduğu xəbəri gəldi. 

Cin-Teymur Sultana əsgəri götürüb düşməni təqib etməsi əmri verildi. 

Məhəmməd Əli Cəng-Cəng, Hüsaməddin Əli Xəlifə, Mühib Əli Xəlifə, Ku-

ki Baba-Qaşqa, (338 a) Dost Məhəmməd Baba-Qaşqa [Dost eşik-ağa], Baqi 

Daşkəndi və Vəli Qızıl idarəsində olanlar təqibçi təyin edildi. Bunlar Sultan 

ilə birlikdə olub onun əmrlərinə itaət edəcəkdilər.  

Sünnət  vaxtında  mən  də  körpünü  keçdim.  Dəvələrin  bir  az  aşağıda 

yerləşən  keçiddən  keçirilmələri  əmr  edildi.  O  gün,  bazar  günü,  Bəngərma-

vudan bir küruh məsafədə yerləşən durğun su sahilinə endik. 

Təqib üçün göndərilmiş olanlar yavaş hərəkət etmişlər, Bəngərmavuya 

enmişlər və o gün günorta vaxtı oradan hərəkət etmişlər. 

Ertəsi gün Bəngərmavunun önündəki gölün kənarına endik. O gün ki-

çık xan dayımın oğlu Toxta Buğa Sultan gəlib mülazimət etdi. 

Şənbə günü, cəmadiyülaxır ayının iyirmi doqquzunda [=21 mart] Lək-

nuyu gəzdikdən sonra Guy çayından keçərək endik. O gün Guy çayında qüsl 

etdim. Qulağıma su girdi, yoxsa soyuğa verdim, bilmirəm, sağ qulağım eşit-

məz oldu, lakin bir neçə gün ağrısı yoxdu. 

Uda bir-iki mənzil qala Çin Teymur Sultandan bir adam gəlib düşmə-

nin Saru çayının o biri tərəfində oturmaqda olduğunu bildirərək kömək istə-

di. Mərkəzdən minə yaxın igidi Qaraca komandanlığında yardıma ayırdıq. 

Şənbə  günü,  rəcəb  ayının  yedisində  [=28  mart]  Uddan  iki-üç  küruh 

daha yuxarıda yerləşən Gəgər ilə Sarunun (338 b) birləşdiyi yerə endik. 

Şeyx Bəyazid o günə qədər Ud qarşısında və Sarunun o biri tərəfində 

olurmuş  və  Sultana məktub  göndərərək  danışıq  aparmaq istəyirmiş.  Amma 

onun  bu  hiyləsini  anlayan  Sultan  günorta  vaxtı  Qaracaya  adam  göndərərək 

çayı  keçməyə  qərar  verir  və  Qaraca  ona  qoşulanda  dərhal  suyu  keçirlər. 

Düşmənin əlliyə yaxın atlısı və üç-dörd fili varmış, savaşa bilmədən qaçırlar. 

Bir neçə adamını ələ keçirərək başlarını kəsib göndərdilər. 

Bixub Sultan, Turdu bəy, Baba Çöhrə, Qoç bəy və Baqi Şiğavul çayı 

Sultandan sonra keçirlər. Bunlar hələ keçmədən ilk keçənlər Şeyx Bəyazidi 

axşama qədər təqib edirlər. Şeyx Bəyazid özünü cəngəlliyə ataraq qurtulur. 



BABURNAMƏ 

 

357 



Cin  Teymur  Sultan  gecə  Qara  su  sahilinə  enib  gecə  yarısı  təkrar  hə-

rəkətə keçərək düşməni təqibə başlayır və qırx küruh yol qət edib onun ailə-

sinin və həlayiqlərinin olduğu  yerə çatır, amma düşmənin qaçdığı anlaşılır. 

Oradan hər tərəfə axınçılar göndərilir. Baqi Şiğavul bir neçə igidlə birlikdə 

düşmənin  arxasından  gedib  ailəsinə  və  həlayiqlərinə  yetişərək  əfqanların  

bəzilərini yaxalayıb gətirdi. 

Ud  və  civarını  ələ  keçirib  nizam  qurulması  üçün  orada  bir  neçə  gün 

qaldıq.  Uddan  yeddi-səkkiz  küruh  yuxarıda  olan  Saru  çayının  sahili  ovlaq 

yeri kimi tərif edildiyi üçün Mir Məhəmməd Caləban oraya göndərildi. Gə-

gər çayı ilə Saru çayının keçidini (339 a) tədqiq edib gəldi.  

Cümə  axşamı  günü,  ayın  on  ikisində  [=2  aprel]  ov  etmək  niyyətilə 

oraya hərəkət ettim

1



  



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                           

1

 Burada 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş yarım ayı əhatə edən və açıq-



lanmayan bir qopma vardır. 

 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



358 

 

 



 

 

 



 

 

 



 

HİNDİSTAN - 935 (15 SENTYABR 1528 - 5 SENTYABR 1529) 



 

DOQQUZ YÜZ OTUZ BEġĠNCĠ ILĠN HADĠSƏLƏRĠ 

 

Cümə günü, məhərrəm ayının üçündə [=18 sentyabr] Çəndiri səfərinə 



çıxmazdan bir az öncə Multan işi üçün çağırtmış olduğum Əsgəri [Baburun 

oğlu] gəlib mənə xəlvətxanada mülazimət etdi. 

Ertəsi gün isə Yunus Əlinin yaxın adamlarından olan tarixçi Xandəmir, 

Mövlana  Şəhab  Müəmmai  və  Mir  İbrahim  Qanuni  -bunlar  da  mülazimət 

niyyəti ilə uzun bir müddət öncə Heratdan çıxmışdılar- gəlib mülazimət et-

dilər. 


Bazar günü, ayın beşində [=20 sentyabr] ikindi vaxtı kitablarda Galyur 

şəklində yazılan Güvalyarı gəzmək üçün Cundan keçib Aqra qalasına girə-

rək -o iki-üç gün ərzində Kabilə getmək istəyən Fəxricahan bəyim  ilə Xədi-

cə Sultan bəyimə  yaxşı yol dilədikdən sonra- hərəkət etdim. [Bədiüzzaman 

Mirzənin oğlu] Məhəmməd Zaman Mirzə izin istəyərək Aqrada qaldı. 

 

BABURUN DULPUR ÜZƏRĠNDƏN 



GÜVALYARI GƏZMƏYƏ GETMƏSĠ 

 

O gecə üç-dörd küruh yol qət edərək bir göl sahilinə enib uyuduq. Na-



mazı bir az erkən qılıb atlandıq. Gembir çayının sahilində yemək yedikdən 

sonra  günorta  vaxtı  oradan  qalxıb  yolda  Molla  Rəfinin  hazırladığı  toz  ha-

lındakı  dərmanı  nəşə  verməsi  üçün  buğda  əzməsi  ilə  qarışdırıb  içdik.  Çox 

dadsız idi. İkindidən bir az sonra Dulpurdan qərbə doğru bir küruh məsafədə 

tikilməsini əmr etdiyim bağ ilə binaya (339 b) gəldim. 

Bu bağla binanın tikilməsini əmr etdiyim yer bir dağ çıxıntısının ucun-

da yerləşir. Bu dağ çıxıntısının ucu yekparə qırmızı inşaat daşı olduğu üçün 

bu dağı dibinə qədər qazmalarını bina qazıla biləcək böyüklükdə yekparə bir 

daş çıxsa o daşdan bir bina qazmalarını, o qədər böyük bir daş çıxmasa düz 

qalan meydanda  yekparə daşdan bir hovuz qazılmasını əmr etmişdim. Am-

ma bina qazıla biləcək qədər böyük bir daş çıxmamışdı. 


BABURNAMƏ 

 

359 



Əmrimə  görə  daşçı  Ustad  Şah  Məhəmməd  yekparə  bir  meydan  olan 

bu  daşın  üzərinə  üstü  qapalı  səkkiz  guşəli  bir  hovuzun  planını  hazırladı. 

Daşçıların da sürətlə bu işlə məşğul olmalarını əmr etdim. 

Həmən  yerin  şimal  tərəfində  içində  hind  gilası,  ənbə,  camən  və  hər 

növ başqa ağaclar olan böyük bir ağaclıq var idi. Bu ağacların arasında bir 

böyük  hovuz  salınmasını  əmr  etmişdim.  Bu  hovuz  tamamlanmaq  üzrəydi. 

Bunun suyu o hovuza gedir.  

Bu hovuzun şimal-qərbində Sultan İskəndər bir bənd, bəndin də üstün-

də binalar tikdirmişdir. Bəndin  yuxarı tərəfində  yağmur mövsümündə sular 

yığılaraq böyük bir göl əmələ gətirir. Bu gölün şətq tərəfləri bağlıqdır. 

Gölün  bu  (340  a)  tərəfinə  də  yekparə  daşdan  taxtlar  oyulmasını  və 

qərb tərəfində bir məscid tikilməsini əmr etdim. Çərşənbə axşamı və çərşən-

bə günləri bu işlər üzündən Dulpurda qaldım. 

Cümə axşamı günü hərəkət edib Çənbəl çayından keçərək günorta na-

mazını çay sahilində qıldıqdan sonra iki namaz arasında Çənbəl sahilindən 

yenidən  atlanıb  axşamla  yatsı  arasında  Kevari  çayından  keçib  dincəldik. 

Yağmurlardan su yüksəlmişdi, atlar üzdürüldü və biz də gəmiylə keçdik. 

Ertəsi  cümə  günü  aşura  idi.  Oradan  hərəkət  edib  yoldakı  bir  kənddə 

yemək yedikdən sonra yatsı vaxtı Güvalyardan şimala doğru bir küruh mə-

safədə olan və keçən il salınmasını əmr etdiyim çarbağa gəlib endim. Ertəsi 

gün günortadan sonra atlanaraq Güvalyarın şimal təpələrini gəzdikdən sonra 

gəlib Güvalyarin Racə Man-Singin sarayının bitişik olduğu Hati-Pul adlı qa-

pısından girdim və ikindi vaxtı Rəhimdadin iqamət etdiyi Racə Bikermacitin 

sarayına gəlib endim. 

O gecə  qulağımdakı ağrı  üzündən acı  çəkdiyim üçün  tiryək  çəkdim  - 

mehtab  da buna səbəb oldu.  Ertəsi  gün  tiryəkin  yaratdığı  baş ağrısı və  sər-

səmlik çox iztirab verdi. Çox qusdum. Halıma aldırmadan Man-Sing ilə Bi-

kermacitin evlərinin hamısıni gəzib baxdım. (340 b)  



 

GUVALYARDA BĠR GƏZĠNTĠ 

 

Parça-parça və ahəngsiz olmalarına baxmayaraq qəribə binalardır. Bu 



binaların hamısı yonulmuş daşdandır. Man-Singin binaları bütün racə bina-

larından daha  yaxşı  və  daha  hündürdür. Man-Singin  binasının divarının bir 

yanı şərgə tərəfdır. Bu cəhətinə digərlərinə nəzərən daha artıq diqqət göstər-

mişlər. Hündürlüyü təxminən qırx-əlli karidir və bütünlüklə yonulmuş daş-

dandır. Üzü kirəclə  ağardılmışdır. Bəzi  yerləri dörd qatlıdır. Aşağı iki  qatı 

çox qaranlıqdır, bir müddət oturduqdan sonra bir azcıq aydınlıq yaranır. Bu-

raları  şamla  gəzdik.  Bu  binanın  hər  yanında  beş  kümbəz  və  kümbəzlərin 

aralarında da Hindisdan tərzində dördbucaq kiçık kümbəzlər vardır. Bu bö-

yük beş kümbəzi altın suyu çəkilmiş mis təbəqələrlə örtmüşlər. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



360 

Divarların  dış  qismi  yaşıl  çinilərlə  qaplanmışdır.  Divarlara  yaşıl  çini 

ilə  banan  ağacları  rəsm  etmişlər.  Şərq  tərəfindəki  bürcündə  «hati»  vardır. 

Buralılar filə «hati», qapıya da «pul» deyirlər. Bu qapının çıxışına üzərində 

iki filçi olan bir fil heykəli qoymuşlar, gerçək fil kimidir, çox bənzətmişlər. 

Bu üzdən də oraya Hati-Pul deyirlər (34l a)

Dörd  qatlı  binanın  ən  aşağı  qatının  bu  fil  heykəli  tərəfinə  baxan  bir 

pəncərəsi  var,  buradan  fil  çox  yaxından  görünür.  Üst  qatı  isə  söz  etdiyim 

kümbəzlərdir.  İkinci qatında  yaşayış  mənzilləri var.  Bu  mənzillər  çuxurlar-

dadır.  Bunlar  Hindistan  tərzində  mükəmməl  sayılacaq  şəkildə  tikilmiş  ol-

maqla birlikdə bir az havasız yerlərdir. 

Man-Singin oğlu Bikermacitin [Hindu] binaları isə kurqanın şimal tə-

rəfində,  ortada  yerləşir.  Oğlunun  binaları  atasınınkılar  qədər  deyil.  Tikdiyi 

böyük kümbəz çox qaranlıqdır və ancaq bir müddət qaldıqdan sonra göz alı-

şır. Bu böyük kümbəzin  altında ondan bir az kiçık  bir bina daha vardır və 

ona heç bir tərəfdən ışiq düşmür. 

Bu  böyük  kümbəzin  üstündə  isə  Rəhimdad  bir  az  kiçık  bir  köşk  tik-

dirmiş, özü də Bikermacitin evlərinə yerləşmişdir. 

Bikermacitin bu binalarından atasının binalarına gedən bir yol çəkmiş-

lər, dışarıdan heç bəlli  deyil,  içəridən də  heç bir yer  görünmür. Bəzi  yerlə-

rindən işıq düşür, qəribə bir yoldur. 

Bu binaları gəzdikdən sonra Rəhimdadın tikdirdiyi mədrəsəni və kur-

qanın  güney tərəfində böyük bir hovuzun kənarında  yenə Rəhimdadın sal-

dırdığı bağı gəzdik, gec vaxtda (341 b) ordunun endiyi çarbağa gəldik. 

Bu bağa bir çox çiçək əkilmişdi. Parlaq qırmızı kənir bu bağda lap çox 

idi. Bu tərəflərin kəniri şaftalıçiçəyi rəngindədir.  Güvalyarın kəniri isə qıp-

qırmızı  və  parlaqdır.  Güvalyardan  bir  qədər  qırmızı  kənir  gətirtərək  Aqra 

bağlarına əkdirdim. 

Bu  bağın  cənubunda  böyük  bir  göl  var.  Yağmur  mövsümünün  suları 

burada  yığılır. Bu gölün  qərbində  yüksək bir bütxana  yerləşir. Sultan Şəm-

səddin Eltutmuş bu bütxananın yanına böyük bir cami tikdirmişdir. Bütxana 

çox hündürdür, kurqanda ondan daha hündür bina yoxdur. Dulpur dağından 

baxanda Güvalyar kurqanı və bu bütxana çox yaxşı görünür. Bu bütxananın 

daşlarının hamısını oradakı böyük göldən qazıb gətirdiklərini söyləyirlər. 

Bu bağda ağacdan bir köşk tikmişlər, bir az alçaq və formasızdır. Ba-

ğın qapısında Hindistan tərzində zövqsüz eyvanlar düzəltmişlər.  

Ertəsi gün günorta vaxtı Güvalyarın hələ görümədiyimiz yerlərini gəz-

mək  niyyətilə  çıxaraq,  Man-Singin  kurqan  dışındakı  Badəlgər  adlı  binasını 

gəzdik və Hati-Pul qapısından girib Urva deyilən yerə getdik. 

Bu Urva deyilən  yer kurqanın  qərb  tərəfində  yerləşən bir vadidir.  Bu 

vadi dağın üstündə tikilən divar bəndinin dışında olsa da, onu çevrələyən iki 

sıra hündür divar çəkmişlər. Divarların hündürlüyü otuz-qırx kari qədər var. 



BABURNAMƏ 

 

361 



İç divar bir az daha uzundur. (342 a) Bu divar düzlüyün hər iki tərəfindəki 

kurqan divarıyla birləşdirilmişdir. Bu divarın ortasında və ondan bir az alçaq 

bir  divar  daha  çəkmişlər,  bu  divar  başdan-başa  çəkilmiş  deyil,  bunu  suya 

yön vermək üçün çəkmişlər. Bu duvarın içində də su almaq üçün bir vayin 

[quyu]  qazmışlar.  On-on  beş  pillə  enərək  suya  çatırlar.  Bu  böyük  divarın 

vayinli divara çıxan qapısının üstündə  bir daşa Sultan  Şəmsəddin  Eltutmu-

şun adını həkk etmişlər, üstündəki tarix «səneyi-səlasinə və sittə miə»dir.

1

   



Bu dış divarın altında, kurqanın dışında, böyük bir göl vardır. Anlaşıl-

dığına görə, suyu azalan bir göl deyil. Bunun suyu məcraya axır. Urva de-

yilən bu  yerin içində  iki böyük  göl  daha vardır.  Kurqan  əhalisi  bu  göllərin 

suyunu digər sulara tərcih edir. 

Urvanın üç tərəfi yekparə bir dağdır. Daşının rəngi Biyanə daşları qə-

dər qırmızı olmayıb onlardan bir az daha rəngsizdir. Ətrafındakı yekparə qa-

yaları qazıb böyük və kiçık bütlər oymuşlar. Güney tərəfində böyük bir büt 

var  ki,  hündürlüyü  təxminən  iyirmi  kari  qədərdir.  Bu  bütlərin  hamısı  çıl-

paqdır, ayıb yerləri belə örtüsüzdür, görünür. 

Urvanın  içindəki  (342  b)  iki  böyük  gölün  ətrafına  iyirmi-iyirmi  beş 

quyu qazmışlar.  Bu quyulardan su çəkib bağbanlıq edərək  çiçək və ağaclar 

yetişdirmişlər. Urva gözəl bir yerdir. Qüsuru çevrəsindəki bütlərdir. Bütlərin 

yıxılmasını əmr etdim. 

Urvadan  çıxıb  təkrar  kurqana  girərək  kafirlərin  zamanından  bəri  qa-

palı duran Sultan-Pulu  gəzdikdən sonra axşam  vaxtı  Rəhimdadın  saldırdığı 

bağa gəldim və gecəni o bağda keçirdim.  

Çərşənbə axşamı günü, ayın on dördündə [=29 sentyabr] Rana Sanka-

nın  Bikermacit adlı ikinci oğlunun yanından adamlar gəldi. Özü anası Ped-

mavəti ilə  birlikdə  Rətənbur qalasında  olurdu. Biz Güvalyarı  gəzməyə  get-

mədən öncə Bikermacitin Esuk adlı çox etibarlı nökəri tərəfindən göndərilən 

adamlar gəlmiş, qulluq və xidmətlərini təqdim edərək yetmiş leklik təxsisat 

verilmək şərtilə Rətənburu təslim etməyə hazır olduğunu bildirmisti. Biz də 

onun arzu etdiyi kimi pərgənələr ehsan edib adamlarına izin vermiş və Gü-

valyara  gəzməyə  gedəcəyimiz  üçün  orada  yenidən  görüşmək  üzrə  bəlli  bir 

vaxt təyin etmişdik. Təyin olunan vaxtdan bir neçə gün gecikərək gəldilər. 

Esuk  deyilən  bu  hindu  Bikermacitin  anası  Pedmavətinin  yaxın  qohu-

mu (343 a) imiş. O, bu vəziyyəti ana ilə oğula izah etmiş, onlar da bu Esuk 

ilə birlikdə sədaqət və xidmətkarlığı qəbul etmişlər. 

Sanka Sultan Mahmudu məğlub edib əlinə keçirəndə tac, küllah ilə al-

tın kəmərini alıb özünü sərbəst buraxmışdı. O tac, küllah ilə altın kəmər Bi-

kermacitdə imiş. Atasının yerinə rana

2

 olaraq Çituru hələ əlində tutan böyük 



qardaşı Retensi tac, küllah ilə altın kəməri kiçık qardaşındən istədiyi halda 

                                                           

1

 Hicri tarixlə 630-cu ildir (=1232/3). 



2

 Rana: Hindistandakı yerli hökmdarların titulu. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



362 

bu vermirmiş. Bu gələn adamlar vasitəsilə tac, küllah ilə altın kəməri mənə 

verəcəyinə  söz  vermiş  və  Rətənbura  qarşılıq  olaraq  Biyanəni  istəmişdi. 

Onları  Biyanə  sözündən  vaz  keçirərək  Rətənburun  əvəzinə  Şəmsabadı  vəd 

etdik. Yenə həmin gün gələn bu adamlara xələtlər geydirilərək doqquz gün 

içində Biyanəyə gəlmələri söylədik və getmələrinə izin verildi.  

Bu bağdan hərəkət edib Guvalyarın bütxanalarını gəzdik. Bütxanaların 

bəziləri iki, bəziləri da üç qatlı idı. Qatları bir az alçaq və əski tərzdə idı. Ət-

raflarına  daşdan  heykəllər  qazmışdılar.  Bəzi  bütxanalarda  -mədrəsələrdə 

olduğu kimi- taxtında böyük və hündür kümbəzlər ilə mədrəsə hücrələrinə 

bənzəyən  hücrələr  vardı.  Hər  hücrənin  üstündə  yonulmuş  daşdan  çoxlu 

kümbəz tikmişlər. Aşağı (343 b) hücrələrində daşdan heykəllər yonmuşlar. 

Bu binaları gəzdikdən və Guvalyarin qərb tərəfindəki qapısından çıxıb 

kurqanın  cənub  tərəfindən  dönərək  oranı  da  gördükdən  sonra  Hati-Pulun 

önündə Rəhimdadın saldırdığı çarbağa gəldim. 

Rəhimdad  çarbağda bir  ziyafət  hazırlamışdı. Gözəl  yeməklərin  ikram 

edilməsindən sonra bir çox hədiyyə də təqdim etdi. Maldan və nəqddən dörd 

lek hədiyyə verdi. Sonra da bu çarbağdan hərəkət edərək gec vaxt öz bağıma 

gəldim. 

Çərşənbə günü, ayın on beşində [=30 sentyabr] Guvalyarın cənub-şərq 

tərəfində olan və ondan altı küruh məsafədə yerləşən şəlaləni görməyə get-

dim. Yola bir az gec çıxmışdıq, şəlaləyə günorta vaxtından az sonra vardıq. 

On beş-on altı urğamçı

1

 qədər hündür bir qayadan bir dəyirman işlədə bilə-



cək  qədər  su  şırıltıyla  tökülürdü.  Töküldüyü  yerin  bir  az  aşağısında  böyük 

bir göl yaratmışdı. Bu su şəlaləyə gəlmədən öncə yekparə bir qayanın üstün-

dən axır. Suyun yatağı  yekparə bir daşdır. Müxtəlif yerlərdən tökülərək göl 

olmuşdur. Bu suyun kənarlarına da oturulacaq böyüklükdə parça-parça daş-

lar düşmüşdür. Lakin bu su daimi deyilmiş. 

Şəlalənin yuxarısında oturaraq məcun yedik. Suyun başladığı nöqtəyə 

qədər  yuxarı  gedib  buraları  gəzdikdən  sonra  dönüb  bir  təpənin  üstündə  bir 

müddət  oturduq. Sazəndələr saz çaldılar,  xanəndələr  (344  a)  də bəzi  şeylər 

oxudular. Hindlərin  tindu  dediyi  abnus  ağacı  görməyənlərə  göstərildi.  Ora-

dan dönüb dağdan enərək axşamla yatsı arasında yola qoyulduq. İkinci pasa 

doğru bir yerə gəlib uyuduq. Günün ilk pəhəri olanda da çarbağa gəldik. 

Cümə günü, ayın on yeddisində Səlahəddinin doğulduğu Suhcənə de-

yilən kəndi və kəndin yuxarı tərəfində dağ arasında yerləşən bir vadidəki li-

mon və sədafəl bağlarını gəzdikdən sonra ilk pəhərdə gəlib çarbağa endim. 

Bazar günü, ayın on doqquzunda [=4 oktyabr] dan ağarmadan bir az 

öncə çarbağdan hərəkət edib Kevari çayını keçərək yemək yedik və günorta 

vaxtı  oradan  qalxıb  günəş  batarkən  Çənbəl  çayından  keçmək  surətiylə  ax-

şam  ilə  yatsı  arasında  Dulpur  kurqanına  girdik.  Əbülfəthin  [Türkmən]  tik-

                                                           

1

  Urğamçı və ya ərğəmçi: Baburda yüksəklik ölçüsü kimi işlədilir. 



BABURNAMƏ 

 

363 



dirmiş  olduğu  hamamı  məşəllə  gəzdikdən  sonra  oradan  hərəkət  edib  yeni 

çarbağm salındığı yerə, bənd başına gəlib endik. 

Ertəsi  gün  tikilməsini  əmr  etdiyim  yerləri  dolaşdım.  Yekparə  daşdan 

tikilməsı əmr olunan üstü qapalı hovuzun üzünü bir dəfə belə tam cilalama-

mışdılar. Daşçıların sayını artıraraq əvvəlcə hovuzun içini tamamən oymala-

rını əmr etdim. İkindidən sonra hovuzun içini bir dəfə də tamamən cilaladı-

lar. Su doldurmalarını əmr etdim. (344 b) Ətrafını su ilə ölçərək meylliliyi 

düzəltmək  işiylə  uğraşdılar.  Bir  də  abdəstxana  tikilməsini,  onun  döşəməsi-

nin və içindəki kiçık hovuzun da yekparə daşdan qazılmasını əmr etdim. 

Bazar ertəsi günü məcun söhbəti keçirdik. Çərşənbə axşamı gecəsi də 

orada qaldım. Çərşənbə günü, iftar açaraq bəzi şeylər yedikdən sonra Sikri-

yə getmək niyyətilə yola çıxdim. İkinci pəhərə doğru bir yerə enib uyuduq. 

Qulağım, deyəsən, soyuğun təsiri ilə o gecə yaman ağrıdı, uyuya bilmədim. 

Dan ağararkən oradan atlanaraq ilk pəhərdə Sikridə salılan bağa endik. 

Bağın divarı və quyu arzu etdiyim kimi olmadığı üçün çalışanlar təhdid edil-

di və cəzalandırıldı. 

Sikridən ikindi ilə axşam arası hərəkət edib Medhakurdən keçərək bir 

yerə enib uyuduq. Oradan da ilk pəhərə doğru Aqraya gəldim və bəzi işləri 

üzündən Fəxri-Cahan bəyim ilə birlikdə  gedə bilməmiş olan Xədicə Sultan 

bəyimi qalada ziyarət etdikdən sonra Cunu keçib Həşt-Behişt bağına getdim. 

Şənbə günü, səfər ayının üçündə [=17 oktyabr] ikindi  ilə axşam  ara-

sında Tutədən keçib məhəllələrin kənarında, çay sahilinə enmiş olan böyük 

xalalarımdan üç bəyimi – Gövhərşad bəyim, Bədiülcamal bəyim, Ağ bəyim  

və  kiçık  bəyimlərdən  Xanzadə  bəyim,  Sultan  Məsud  Mirzənin  qızı  Sultan-

bəxt  bəyimin  qızı  və  yengə  çiçəmin,  yəni  Zeynəb  Sultan  bəyimin  nəvəsini 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin