ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   40   41   42   43   44   45   46   47   48

 Quşçu:  quş  ovlamağa,  habelə  göyərçin  və  xoruz  saxlamağa  çox  maraq 

duyan adam, quşbaz. 



Qüsəm  ibn  Abbas:  hz.  Peyğəmbərin  əmisi  oğlu.  56=676-cı  ildə  Səmər-

qənddə öldürüldüyü güman olunur. Şahi-Zindədə dəfn edilmişdir. 



Lek: Hindistanda işlənən, 100.000 rəqəmini ifadə edən bir say.  

Luli: qaraçı. 

Lüng: Hindistanda qadınların paltar yerinə istifadə etdikləri uzun bir par-

çanın adı; sari.  



Lüngutə: Hindistanlı kişilərin paltar yerinə bellərinə bağladıqları bez par-

çasının adı. 



Maq: Hindistanda qış fəslinin üçüncü ayına verilən ad.  

Mani: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 100 mani = 1 minasə. 

Manqıt: noqaylarla qohum olan türk boyu.  

Marağa: Urmiya gölündən 35 km şərqdə  yerləşən şəhər. Marağa rəsəd-

xanası burada tikilmişdir.  



Maşə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 5 maşə = 1 misqal = 40 reti.  

Mavəraünnəhr: Amu-Dərya ilə Sır-Dərya arasında yerləşən ərazinin tari-

xi adı. Ərəbcə “(Ceyhun) çayının arxasındakı ərazi” deməkdir.  



Meymənə: (ərəbcə) ordunun sağ qolu. 

Meysərə: (ərəbcə) ordunun sol qolu.  

BABURNAMƏ 

 

413 



Məcun: bədəni möhkəmləndirən dərman qarışığı, konfortativ.  

Məhəmməd Salih: şair, “Şeybaninamə” əsərinin müəllifi. 

Məhəmməd  Şeybani  xan:  Baburun  əsas  düşmənlərindən  biri.  906-cı  ildə 

Baburu Mavəraünnəhrdən tamamilə sıxışdırıb çıxarmışdır. Hakimiyyət döv-

rü:  906-915 = 1500-1510-cu illər. 

Məhfə: dəvə, fil kimi heyvanların belinə qoyulan, içində iki adamın qar-

şılıqlı olaraq üzbəüz otura biləcəyi şəkildə düzəldilmiş səbət. 



Məmun  cədvəli:  Klavdi  Ptolomeyin  (ərəbcə  adı:  Bitlimus)  “Almagest” 

əsəri əsasında dahi türk astronomu Məhəmməd Musa əl-Xarəzminin xəlifə 

Məmun  (198-218  =  813-833)  üçün  yenidən  işlədiyi  və  təkmilləşdirdiyi  ul-

duz kataloqu.   



Məngəlvar: çərşənbə axşamı; Hindistanda işlənən gün adlarından biri.  

Mərv:  Orta  Asiyadakı  ən  qədim  şəhərlərdən  biri.  Margiana  vilayətinin 

mərkəzi. Müasir Marı şəhərindən 30 km uzaqda xarabalıqları qalır.  



Mianqal:  Zərəfşanın  qolları  olan  Ağ  dərya  ilə  Qara  dəryanın  yaratdığı 

ada. Uzunluğu təxminən 100 km-dir. 



Mil: 4.000 qədəm uzunluğunda bir məsafə ölçüsü. 

Minasə: Hindistanda işlənən ağırlıq ölçüsü. l minasə = 100 mani 

Minbəyi: minbaşı; müasir mayor rütbəsi. 

Mir Əlişir Nəvai: dahi özbək şairi (9.02.1441 – 3.01.1501).  

Mir  Seyid  Əli  Həmədani:  sufizmin  məşhur  nəzəriyyəçisi.  Vəfatı:  786  = 

1384-cü il.  



Miraxur: mehtərbaşı. 

Miri-şikar: ovçuluq sahəsinə baxan saray məmuru, yegermeyster. 

Mirzə: (<əmirzadə) Baburda Əmir Teymurun oğlu Miranşahın soyundan 

olan  və  Baburun  babası  Əbu  Səidi  də  əhatə  edən  mirzələr.  Sultan  Hüseyn 

Mirzə isə Mirahşahın böyük qardaşı Ömər Şeyxin soyundandır. 

Misqal:  Hindistanda işlənən ağırlıq ölçüsü, 

təxminən 4,1 qram

 = 5 maşə 

= 40 reti.  



Moğolistan:  orta  əsrlər  Şərq  tarixçilərinə  görə,  Türküstanın  şimal-şərq 

hissəsində əsasən moğollarla/monqollarla məskun olan coğrafi məkan. 



Molla Cami: Nurəddin Əbdürrəhman Cami (817-898=1414-1492). Herat 

ətrafındakı Camda doğulmuş və Heratda vəfat etmiş böyük şair. 



Möhür,  damğa,  nişan:  yazılan  rəsmi  məktubların  başqaları  tərəfindən 

açılmaması üçün qoyulan işarəyə deyilir.  



Möhürdar:  hökmdarın  möhürünü  saxlayan  yüksək  rütbəli  məmur.  Ya-

zılan şəxsi və ya rəsmi məktublara möhür vururdu.  



Mübəyyin: Baburun hüquqi səciyyə daşıyan, iqtisadiyyat və vergi siyasəti 

haqqında nəzmlə yazılmış əsəri.  



Müctəhid:  islam  fiqhinin  bilicisi,  fiqhin  mürəkkəb  məsələlərini  izah  et-

məyə haqqı olan alim. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



414 

Müçə: rütbə deməkdir. 

Müəmmai: müəmma deyən. 

Mühafiz: qoruyan, qoruyucu, cangüdən. Bax: tünqatar. 

Möhtəsib: o dövrün əxlaq polisi, yaxud bələdiyyə işlərinə baxan məmur. 

O,  köməkçiləri  ilə  birlikdə  küçədə-bazarda  gəzərək  tacirlərin  alıcıları  al-

datmamasına  diqqət  edir,  özünü  yaxşı  aparmayan  adamları  yerindəcə  şal-

laqla cəzalandırırdı.  



Mülazimət:  bir  neçə  mənası  var:  yavər,  xidmət  etmək,  müşayiət  etmək, 

məiyyətdə olmaq deməkdir. Mülazim isə əski dönəmdə hərbi rütbə olub ley-

tenant deməkdir. 

Mürği-cəngəl: Ləmqanatda olan, qarğa ilə saxsağana bənzər bir quş. 

Mürid: sufi dərviş təkkəsinə daxil olmağa hazırlaşan gənc, mürşidin (pir, 

şeyx) ardıcılı.  



Nağara:  ənənəvi  olaraq  hökmdarın  qapısı  önündə  hər  alacaqaranlıq  və 

şəfəq vaxtında çalınan davul.  



Namazgah: əskidən şəhər kənarında düzəldilən və xalqın toplu halda na-

maz qıla bildiyi açıq bir meydan. 



Naşpati: Əndicanda yetişən və ən gözəl olduğu söylənən qovun və ya ar-

mud növü. 



Navək: bir silah adı. 

Nəcmi-Sani:  1512-ci  ildə  Babura  köməyə  gələn  səfəvi  qoşunlarının  sər-

kərdəsi Nəcməddin Yarəhmədin ləqəbidir.  



Nəqş: musuqi əsəri növü. 

Nəmənqan: Sır-Dəryanın sağ sahilində şəhər; indi vilayət mərkəzi. 

Nəsirəddin Tusi: məşhur alim və astronom. “Zici-Elxani” cədvəlini tərtib 

edərək  elxani  hökmdarı  Hülaküyə  ithaf  etmişdir.  Evklidin  “Başlanğıc”  və 

Ptolomeyin “Almagest” əsərlərini farscaya çevirmişdir.  

Nəstəliq: xətt növü.

 

Nil: Hindistanda işlənən saylardan biri. l nil = 100 kərb. 

Nökər: birinin əmri altına girərək onun xidmətində və məiyyətində olan, 

sıravi  əsgərdən  başlayaraq  bəyə  qədər  müxtəlif  dərəcəli  hərbi  və  mülki 

adamlar üçün işlənən ümumi termin. 

Nüsrət şah ibn Əlaəddin ibn Hüseyn: 899-cu ildən (=1493) Benqaliyada 

hökm sürmüş hakim. 



Ox atımı: məsafə ölçüsü üçün işlənən bir termin. 

Osman: üçüncü islam xəlifəsi (23 - 35 = 644 - 656). 

:  Orta  Asiyadan  Çinə  və  Hindistana  gedən  ticarət  yolu  üzərində  mü-

hüm şəhər. Altay dağlarının cənub qolları üzərində, Akbura çayının sağ və 

sol sahilində yerləşir. Hazırda Qırğızıstanın vilayət mərkəzidir.  

Otrar  (Yengi):  Arıs  çayının  Sır-Dəryaya qarışdığı  yerdə  salınmış  qədim 

Orta Asiya şəhərlərindən biri. Hazırda xarabalıqları qalır. 



BABURNAMƏ 

 

415 



Örçin:  Kaşğar  və  Əndicanda  ərazi-inzibati  bölgü  vahidi.  Səmərqənd  və 

Buxarada tümən, Hindistanda pərgənə olduğu kimi. 



Panipat: Pəncabda bir şəhər. Panipat müharibəsi burada olmuşdur.  

Pas:  günün  səkkizdə  birinə  və  ya  üç  saata  bərabər  olan  zaman  ölçüsü. 

Hindistanda buna pəhər deyilir. 



Pədəm: Hindistanda işlənən say. l pədəm = 100 nil.  

Pəhər: Hindistanda  günün  səkkizdə  birinə (üç saat) verilən ad; gecə və 

gündüzün hər birinin dörddə biri, yəni üç saat. 



Pəl:  Hindistanda  bir  zaman  vahidi,  gerinin  altmışda  birinə,  yəni  24  sa-

niyəyə verilən ad. 



Pəncgah nəqşi: musiqi əsərinin növü. 

Pərgənə: Hindistanda böyük əyayətlərə tabe olan kiçık vilayətlərə verilən 

ad; tümən 



Pərvançı: hökmdarın əmr və fərmanlarını yazan və bildirən məmur.  

Pişrov: prelüdiya.

 

Piyazi: bir silah növü. 

Prispatvar: Hindistanda cümə axşamı gününə verilən ad.  

Puli-Malan:  Malan  çayı  üzərində  körpü.  Malan  Heri-rud  çayının  əski 

adıdır, Herat bu çayın yanında yerləşir. 



Purabi: 796-cı ildən (=1394) Canpurda hökm sürmüş bir sülalə.  

Pus: Hindistanda qış fəslinin ikinci ayı.  

Racə: sanskritcə «knyaz» deməkdir, Hindistanda yerli bəylərin ünvanı. 

Rafizi: şiə deməkdir.  

Radəndaz: yüksək nəslə nərə cəkib düşməni vahiməyə salan dəstə. 

Ramazan: müsəlman hicri-qəməri təqviminin 9-cu ayı. 

Rana  Sanka:  tam  adı  Rana  Sanqram  Sinqh.  Baburun  Hindistandakı  ən 

güclü rəqibi. Onun haqqında yazmışlar: «Rana orta boylu, böyük fizki qüv-

vəyə malik,  təndürüst,  qeyri-adi  dərəcədə iri  gözləri olan bir adam  idi... O, 

ölümündən əvvəl  döyüşçüdən daha çox müqəvvaya  bənzəyirdi. Qardaşı  ilə 

dalaşanda  bir  gözünü,  dehlili  ludilərlə  vuruşanda  isə  bir  qolunu  itirmişdi, 

Yeriyəndə  axsayırdı,  çünki  başqa  bir  döyüşdə  top  gülləsi  ayağını  qırmışdı. 

Bədəninin müxtəlif yerlərində 80-ə yaxın qılınc və nizə yarası vardı”.  

Rana: Hindistanda yerli hökmdarların ünvanı. 

Ray: Bxirə ilə Sind çayı arasındakı dağlarda yaşayan cud qəbiləsinin rəi-

sinə verilən ünvan. 



Reti: Hindistanda işlənən bir ağırlıq ölçüsü vahidi. 1 reti = 8 düyü dənəsi 

= 64 xardal dənəsi = 512 xaşxaş toxumu ağırlığındadır.  



Riqabdar: üzəngibaşı, bir vəzifə adı. 

Rum: orta əsrlərdə Bizansın, ondan sonra Osmanlının rəmzi adı.  

Rübab: üçsimli musiqi aləti. 

Saçıq: hədiyyə saçma; bəxşiş vermə; comərdlik.  

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



416 

Sahibi-ixtiyar: bax: eşik ixtiyarı. 

Saqqal buraxmaq: kafirlərə qarşı səfərə çıxanda qələbəyə qədər saç və ya 

saqqalın kəsilməyəcəyi barədə içilən and.  



Samançı: sarayda hökmdarın şəxsi əşyalarına cavabdeh şəxs.  

Sanduvaç: bülbül, yaxud kanarya növündən bir quş. 

Sanigər: Hindistanda həftənin günlərindən birinə verilən ad, şənbə. 

Sanq: Hindistanda işlənən say. l sanq = 100 pədəm. 

Sart: türklər və moğollar tərəfindən bəzi gövmlərin ortaq adı olaraq işlə-

dilən termin. Sart adı Türküstanda moğol hakimiyyəti zamanı türk olmayan 

qövmlər üçün işlənmişdir. Buxara və Xokandda şəhərli və əkinçi xalqın dı-

şındaki köçəri qırğızlara da sart deyilirdi.  Qazaxlar isə türkcə və  ya farsca 

danışmalarına  baxmadan  oturaq  əhaliyə  sart  deyirdilər.  Rəsmi  yazı  dilində 

taciklər dışındakı türkləşmiş xalq bu adla anılırdı. 



Savən: Hindistanda yağmur fəslinin ilk ayı. 

Sayram:  Arıs  çayı  hövzəsində  yerləşən  məntəqənin  sonrakı  adı.  Yaxın-

lığında qədim İsficabın xarabalıqları yerləşir. 



Seva-lek-petpet: 125.000 dağ; Hindistanda Kəşmirin cənubunda yerləşən 

bir  dağ  adı.  Babur  bu  adın  seva  «dörddə  bir»  +  lek  «yüz  min»  +  perpet 

«dağ» sözlərinin birləşməsindən meydana gəldiyini bildirir. 

Seyhun: Sır-Dərya çayının orta əsrlər dövründəki adı. 

Seyidlər sülaləsi: bu sülalədən olan Sultan Əlaəddin [Ludi] 1446-51-ci il-

lər, Bəhlul Ludi 1451-89-cu illər, oğlu Sultan İskəndər isə 1489-1517-ci il-

lər arasında hökm sürmüşdür. 

Seyidlər: özlərini peyğəmbərə qohum sayan zümrə.  

Səbuhi:  sərxoşluğun  axşamdan  qalma  halını  ötürmək  üçün  səhər  vaxtı 

içki içmək. 



Səbuktəkin Qəznəvi: 366-387 = 977-997-ci illərdə hökm sürmüşdür. 

Səədəddin Məsud ibn Əhməd Təftəzani: məşhur alim, filosof (710-cu ildə 

Səmərqənddə vəfat etmişdir). 



Səhih  Buxari:  Əbu  Abdullah  Məhəmməd  əl-Buxarinin  tərtib  etdiyi  hə-

dislər toplusu. İslam aləmində ən səhih toplu sayılır. 



Səmərqənd  kağızı:  Orta  Şərqdə  ən  keyfiyyətli  kağız.  Bu  kağıza  yazılan 

əlyazmalar bu gün də öz keyfiyyəti və möhkəmliyi ilə seçilir. 



Səmərqənd: Orta Asiyanın ən qədim şəhərlərindən biridir, Əmir Teymu-

run və varislərinin paytaxtı olmuşdur. 



Səmizkənd: hərfən: «Kök şəhər». 

Sipahi  və  sipahilik:  atlı  əsgər  və  bu  hərbi  qrupa  mənsub  olanlar  və  on-

ların gördükləri işi ifadə etmək üçün işlənən termin.  



Sir/sər: bir ağırlıq  ölçüsü. 14 tülə = 1 sir və 40 sir = 1 batman. 

Siyaq elmi: maliyyə-hesab işləri. 

Somvar: bazar ertəsi; Hindistanda həftə günlərindən birinin adı. 

BABURNAMƏ 

 

417 



Sona: erkək çöl ördəyi, dişisinə bürçin deyilir. 

Sufi:  islamda mistik təlimin ardıcılı. 

Sux: Özbəkistanın Fərqanə vilayətində Sux çayının sahilində yerləşən ya-

şayış məntəqəsi. 



Sultan:

 kişilərdə əsasən adın əvvəlində (Sultan Mahmud Qəznəvi, Sultan 

Hüseyn Mirzə), özbək, qazax və moğol şahzadələrində adın sonunda (Qasım 

Sultan,  Boran  Sultan,  Ədik  Sultan,  Çin  Teymur  Sultan)  işlənir.  Baburda 

adın əvvəlində və sonunda gəlmək üzrə hökmdarın qızları üçün də işlənmiş-

dir: Sultan Nigar xanım, Fatma Sultan, Payəndə Sultan bəyim. 



Sultan Əlaəddin: 1497-1519-cu, oğlu Sultan Nüsrət şah isə 1519-32-ci il-

lər arasında hökmdar olmuşdur. 



Sultan Əli Məşhədi: XV əsrin məşhur xəttatı, Nəvainin müasiri. 

Sultan  Hüseyn:  Cunpurdakı  Şərqi  sultanlarının  sonuncusudur,  1458-79-

cu illər arasında hökm sürmüşdür. 



Sultan Mahmud Qəznəvi: 388-421 = 988-1030. Hindistana 17 dəfə yürüş 

etmişdir. 

Qəznəvi türk dövləti 963-1187-ci illər arasında mövcud olmuşdur.  

Sultan Müzəffər: 1512-26-cı illər arasında hökmdarlıq etmişdir. 

Sultan  Şəmsəddin  Eltutmuş:  607-633-cü  illərdə  (=1210-1236)  Dehlidə 

sultan olmuşdur. 



Sultanın məqbərəsi: Sultan Mahmud Qəznəvinin rövzə adlanan məqbərə-

si nəzərdə tutulur. 



Süheyl: Kil ulduz topasının alfa ulduzu, Siriusdan sonra ən parlaq ulduz. 

Onu görmək uğur sayılır. 



Süleyman şah ibn Əli ibn Sultan Mahmud inb Əbu Səid Bədəxşani: Babur 

ona  “oğlum”  deyirdi,  çünki  Sultan  Əbu  Səid  hər  ikisinin  babalarından  idi. 

Şüleyman şah 920=1514-cü ildə doğulmuş, 997=1589-cu ildə ölmüşdür. 

Şah İsmayıl Xətai: Səfəvi sülaləsinin banisi, böyük şair-hökmdar.  

Şahi-səadətmənd: əbcəd hesabı ilə 934 = 1528-cu il edir. 

Şahruxi: qızıl pul. 1 şahruxi 4,5 altın quruşdan bir az artıqdır. 

Şahruxiyyə: əskidən Finakət və ya Bənəkət adlanan bu şəhər monqol hü-

cumu zamanı xarabaya çevrilmişdi. Əmir Teymur onu bərpa etdirərək oğlu 

Şahruxun şərəfinə Şahruxiyyə adlandırmışdı. Hazırda xarabalıqları qalır. 

Şahzadə:  Baburun  yaxın  dostu,  əvvəllər  şahzadə,  sonra  şah  olan  I  Təh-

masib (930-984 = 1524-1576). 



Şeri: Hindistanda uzunluq ölçüsü. 1 şeri = 2 mil. 

Şeyx  Yəhya:  Şeyx  Şərafəddin  Münirinin  oğlu,  çiştiyyə  sufi  təkkəsinin 

başçısı. Vəfatı: 782 = 1381-ci il. 



Şəhabəddin Quri: 569-602 = 1173-1205. Qəznə ilə Herat  arasındakı vi-

layətlərdə hakim olmuşdur. 



Şibaq/göy  şibaq:  qulan  otu  ilə  birlikdə  suya  töküləndə  balıqları  səsəm 

edən ot. Balıq ovunda istifadə edilmişdir. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



418 

Şibertu: bir aşırım. Hündürlüyü 3.200 metrdir.

 

Şiğaul: səfirlərin hökmdarla görüşünü təşkil edən seremonmeyster. 

Şikdar: hərbi və mülki bir vəzifədir. İslam ölkələrində şikdar əvəzinə da-

ha çox təhsildar, yəni vergiyığan termini işlənmişdir. 



Şiraz: Səmərqəndin bir tüməni. 

Tabın: bölük. Savaş nizamındakı ordunun mərkəzinə (qol) daxil olan və 

hökmdarın yanında yer alan bir bölüyün adı. 



Tanıman/tanımal:  hökmdar  və  ya  idarə  amirinin  yanında  öz  qəbiləsini 

təmsil edən və qəbiləsinə ait xüsuslarda məsləhətçi olan adam. 



Tank: 799-cu ildən (=1396) Qucaratda hökm sürmüş bir sülalə. 

Tank: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tank = 4 maşə = 32 reti.  

Tarxan: iki sözdən ibarətdir: tar = hədiyyə və xan. Tarxanlar bəy və tacir 

olmaqla iki zümrədən ibarət idi. Tacir tarxanlar vergilərdən azad edilir, bəy 

tarxanlarlar isə savaşda qazandıqları qəniməti heç kimlə, o cümlədən hökm-

darla da paylaşmırdılar. 

 Tarix:  hər  hansı  hadisənin  baş  vermə  vaxtını  poetik  şəkildə  qeydə  alan 

xronoqram. Tarix sözlərdəki hərflərin əbcəd hesabı ilə qiymətlərinin cəmin-

dən ibarət olurdu.  

Tarnov: arx, kanal, su yolu, nov, novça. 

Tavaçı:  yüksək saray mənsubu;  hərbi komissar,  ordunun boy artımı ilə, 

canilərin edamı ilə və s. məşğul olurdu. 



Təbəqəti-Nəsiri:  Osman  ibn  Siracəddin  əl-Cüzcaninin  658-ci  (=1260) 

ildə yazdığı və Dehli sultanı I Nəsirəddin Mahmuda ithaf etdiyi ümumi tarix 

kitabı. Adı da buradan gəlir. 

Təqti: mənzuməni vəzn parçalarına görə ayırıb aralıqlı oxuma. 

Tənab: quş ovlamaq üçün işlənən ip; ölçü ipi. 1 tənab = 40 qədəm və 100 

tənab = 100 küruh uzunluğunda bir məsafə ölçüsü.. 



Tənab: məsafə ölçüsü; təxminən 24 metr.  

Təngə:  ağ  gümüş  sikkə,  gerçək  dəyəri  bu  gün  dəqiq  bilinməyən  bir  pul 

vahidi. 


Təvarid: iki şairin bir-birindən xəbərsiz eyni misra və ya beyti söyləməsi. 

Toqqay: çayın qıvrılması nəticəsində yaranan çıxıntıya verilən ad.  

Toy: ziyafət, məclis; toy-düyün.  

Törə (< törü): törə, qanun, qayda, gələnək, görənək, el adəti. 

Tubulğu: qızıl söyüd; Fərqanə dağlarında yetişən, qabığı qırmızı tamarisk 

ağacıdır. Əsa, qamçı sapı, quş qəfəsi və ox düzəltmək üçün işlənmişdir. 



Tuğ: bayraq, sancaq. 

Tuğçu: bayraqdar, ələmdar. 

Tuğra: hökmdarın gerbi. 

Tul: bir aşırım. Hündürlüyü 4.000 metrdir. 

Tulğama:  türk savaş taktikası. Düşməni döyüş zamanı sağdan və soldan 

BABURNAMƏ 

 

419 



mühasirəyə almaq, mərkəzdən vurub məhv eləmək. 

Tutam: dörd əlik (barmaq) enində bir uzunluq ölçüsü. 

Tülə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tülə = 12 maşə. 

Tümən: on min; pul, dinar. Kibəki isə Mavəraünnəhr bölgəsində 1308-26-

cı illər arasında hökm sürən Kibək xan tərəfindən qoyulmuş bir dinar stan-

dartıdır. Başqa bir mənası isə on min əsgər və ya on min dinar vergi verən 

qəza (rayon), bölgə deməkdir. 



Tünqatar:  keşikçi,  gözətçi,  qarovul;  xaqanın  cangüdəni,  özəl  mühafizi. 

Tünqatar sözü gecəni (tünü) gündüzə qatar, heç uyumaz mənasındadır. 



Türküstan: Orta və Mərkəzi Asiyada yerləşən, Xəzər dənizindən Monqo-

lustana,  Aral  dənizindən  Şimali  Əfqanıstana  qədər  uzanan,  təqribən  3  mil-

yon kv km-lik ərazini əhatə edən tarixi-coğrafi termin; Sır-Dəryanın sağ sa-

hilində yerləşən şəhərin adı (Qazaxıstan).  



Uluğ bəyin rəsədxanası: 1434-cü ildə Uluğ bəy tərəfindən tikilmişdir.  

Ulus: yer, məmləkət, diyar; el-oba, xalq; dövlət (Çağatay ulusu).  

Ura-Təpə: hazırda Tacikistanın Xocənd vilayətində rayon mərkəzidir.  

Uruq/uruğ: ailə üzvləri; tayfa; saray müxəlləfatı. 

Uyğur: Şərqi Türküstanda (Uyğuristan) qədim türk xalqı. 

Uzaqlıq və məsafə ölçüləri: Hindistanda:   

 

1 mil = 4.000 qədəm.  



 

1 qədəm = 1,5 kari = təxminən 90 sm.  

 

1 kari = 6 tutam =  təxminən 60 sm.  



 

1 tutam = 4 əlik (barmaq) = təxminən 10 sm.  

 

1 əlik = 6 arpa boyu = təxminən 2,5 sm.  



 

1 arpa boyu = təxminən 4 mm.  

 

1 tənab = 40 kari = təxminən 24 metr.   



 

1 kari = təxminən 60 sm. 



Özgənd: X əsrdə bir ara Qaraxanilərin paytaxtı olmuşdur. İndi Qırğızısta-

nın Oş vilayətində rayon mərkəzidir. 



Üstürlab:  ulduzların  dünyaya  görə  yüksəkliyini  tapmaqda  işlədilən  bir 

astronomiya aləti, astrolyabiya.  



Varuh:  Tacikistanın  Xocənd  vilayətində  İsfəra  çayının  sahilində  yaşayış 

məntəqəsi. 



Vayin: yer altında mərtəbələri, otaqları olan xüsusi quyu. 

Vird: müəyyən zamanlarda oxunması adət olan Quran cüzləri, duaları. 

Yadaçılıq: yağış, qar yağdırmaq, külək qoparmaq üçün yada daşından is-

tifadə edilməsi. Mahmud Kaşğari bu barədə geniş məlumat vermişdir. 



Yaqub Osman əl-Qəznəvi əl-Çərxi: məşhur sufi, Xoca Əhrarın müəllimi. 

Vəfatı: 851 = 1447-ci il. 



Yam: Səmərqənd vilayətində yaşayış məntəqəsi. 

Yam: poçt atı. 

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



420 

Yamçı: poçtalyon, qasid, çapar. 

Yarmaq: pul. 

Yasal: səf, savaş səfi, döyüş nizamı. Türk ordusunda əskidən bəri olduğu 

kimi, Babur zamanında da savaş nizamı belə idi:  

İrəvül (irəli qol, önçü qol).  

Cavanğar(sol qol).  

Baranğar  (sağ qol).  

Qol (mərkəz).  

Çağavul (geri qol, ardçı qol).  

Babur savaşların birində cavanğarı və baranğarı öz aralarında sol və sağ 

qollar  olmaqla  daha  iki  yerə  bölmüş,  mərkəzə  də  bir  xassə  tabın  yerləşdir-

məklə türk döyüş sənətinə yenilik gətirmişdir. 



Yasavul: yasaqçı, mühafizə məmuru, səflərin nizamını təmin edən zabit. 

Yengə: böyük qardaşın və ya əminin arvadı.  

Yəbrüh üs-sənəm: insan kökü adlanan bir bitki, adamotu, qanqurudan.  

Yəxni: kabab. 

Yurd: köçərilərin düşdükləri yer; hökmdar düşərgəsi, ordugah.  

Yükündürmək: Baburda hökümdarın oğullarına və ya bəylərinə hər hansı 

bir rütbə və ya mövqe verərkən keçirilən bir törəni göstərir. Digər bir məna-

sı hökmdar önündə sayğı ilə diz çökməkdir.  

Yüz atlı(ğ): yüzbaşı; bugünkü kapitan rütbəsinə uyğundur.  

Zəfərnamə:  Baburun  qələbələri  haqqında  Şeyx  Zeyn  tərəfindən  qələmə 

alınan zəfər məktubları. 



Zəfərnamə: Teymurun tarixçisi Şərafəddin əl-Yəzdinin 882=1419-cu ildə 

yazdığı məşhur əsər. Burada Əmir Teymurun zəfərlərindən danışılır.  



Zəmbərək:  holuqlu  taxtaya  bağlı  qurma  yaydan  və  dörd  guşəli,  baş  bar-

maq qalınlığında, ucu dəmirli, arxasında düz uçmağı təmin edən lələyi olan 

oxdan  meydana  gələn  atəşsiz  silah  növü.  Əsgərin  zirehlərini  dələcək  güc-

dədir. 


Zic:  yaxud  zeyr:  əskidən  ulduzların  yerlərini  və  hərəkətlərini  göstərmək 

üçün hazırlanmış cədvəl, ulduz kataloqu. 



Zünnar:  müsəlman ölkələrində xristianların  bellərinə  bağladıqları  xüsusi 

rəngdə qurşaq. 

 

 

 



 

 

 



 

 

 



BABURNAMƏ 

 

421 



 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin