I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə35/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



174

keçirilməsinə çalışmaqdır. A.Axundov yazır: “İlk axtarışlar, araşdırmalar göstərir ki, həmin 

prinsiplər tarixi-ənənəvi  və morfoloji prinsiplər əsasında aparılmalıdır” (1,100). 

Türk dillərində  alınma sözlər müxtəlif mənbələr əsasında formalaşır. Onu da qeyd edək ki, 

türk dillərinin lüğət tərkibinin  alınma sözlər qatı bu dilləri  həm birləşdirən, həm də ayıran 

amillərdəndir. Çünki, bu məsələdə  vahid bir prinsip  olmadığına görə  bütün  türk dilləri lüğət 

tərkibinə görə  bir-birindən  uzaqlaşır. Fikrimizcə, ortaq türk dili probleminin  uğurlu həlli, yəni söz  

birliyində iki prinsip önəmlidir. 

1.

  Türk dillərində alınma leksikanın  mənbələrini müəyyənləşdirmək və ən uğurlarını seçmək; 



2.

  Terminlərin yazılmasında tarixi ənənəvi prinsipə əsaslanmaq. 

Dillərdə müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayı gündən-günə artır. Anlayışı dəqiq ifa-

də edən terminlər ortaq türk dilləri üçün qəbul olunmalıdır. Bütün bunlar müstəqil türk dilli dövlətlərin 

ortaq elmi terminologiyasının yaradılmasını şərtləndirir. Belə bir məsələnin həlli terminologiyanın 

standartlaşdırılması və  bu prosesi həyata keçirmək üçün standartlaşma üçün tələb olunan normaları 

müəyyənləşdirmək zərurəti yaradır. Bütövlükdə, elmi dili işləyib hazırlayan, terminləri qeydiyyata 

alan və terminologiyanı sistemləşdirmək üçün türkdilli ölkələrinin hər birində Terminologiya 

Komissiyası, eləcə də ümumtürk Terminologiya Komitəsi yaradılmalıdır. 

 

ƏDƏBİYYAT 



1. A.Axundov Seçilmiş əsərləri, II cild , Bakı, 2012, 

2. Bəxtiyar Kərimov və Şoəhməd Mutalov “Urtatürk dili”, Toşkent, 1992.   

3. Первый Всесоюзный Тюркологический съезд, 26 февраля – 5 марта 1926 г. 

(Стенографический отчет),             Баку, 1926. 

4. Б.Чобанзаде.“О системе научной терминологии” (Стенографический отчет, Баку, 

1926, стр.190-191). 

5. S.A.Sadıqova “Azərbaycan dilinin terminologiyası”, Bakı, Elm, 2011. 

 

 



S.A.Sadiqova 

The principles creation of the common terminology 

 of Turkic language          

Summary 


 

The article is about the problem of common terminology of Turkic language. Here were 

explained “common Turkic language” common terminology, and the principles of creation of 

common terminology were identified. 

 

The principles  creation of common terms in Turkic language was based on two sources: 



common Turkic and international base.         

 

Key words: term, terminology, topologic, tendency, common language, general meaning. 



 

 

 



 Zemfira Əliyeva, fil.ü.e.d. 

AMEA Nəsimi adına Dilçilik İnstitutu 

 

RUS-TÜRK DİL ƏLAQƏLƏRİNİN NƏZƏRİ PROBLEMLƏRİ 



Slavyan və türk dilləri arasında əlaqələr çox qədim dövrlərdən məlumdur. Slavyan-türk 

dil əlaqələrinin tarixində bir neçə tarixi dövrü qeyd etmək lazımdır. Ən qədim dövr bizim 

eranın ilk illərinə, Kiyev-Rus dövlətinin yaranmasından əvvəlki dövrə təsadüf edir. Bizim 

eranın VI-VII əsrlərindən slavyanlar türk avarlarla, Volqa bulqarları ilə, xəzərlərlə və digər 

türk xalqları ilə ticarət əlaqələrinə girirlər. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



175

Lap qədimdən türk və slavyan xalqlarının qonşu ərazilərdə yerləşməsi, ticarət əlaqələri 

bu xalqların nümayəndələrini bir-birinin dilini öyrənməyə vadar edirdi. Bu artıq həyatı 

məcburiyyətə çevrilmişdi. Rus knyazlarının Qızıl Ordaya gediş-gəlişləri ilk tərcüməçilərin 

meydana gəlməsinə səbəb olurdu. 

X-XII əsrlərdə Kiyev-Rus dövləti zamanı rusların oğuz və qıpçaq (polovets) qəbilələri 

ilə münasibətləri inkişaf edirdi. “Слово о полку Игорове” adlı dastan bu dövrə təsadüf edir. 

Dastanda çoxlu sayda qıpçaq (polovets) sözləri mövcuddur. XII-XV əsrlər tarixə monqol-tatar 

işğalı kimi daxil olmuşdur. Bu dövrdə rus və digər slavyan dillərinə çoxlu miqdarda türkizm 

keçmişdir. 

Bu dillər arasındakı münasibətlər Kazan, Həştərxan, Krım xanlıqlarının Rusiya 

imperiyasına birləşdiyindən sonra daha da gücləndi. Y.D.Deseriyevin fikrincə, başqa dillərdən 

keçən sözlərin müxtəlif tipli hecalarının fonetik strukturları bir çox ədəbi dillərin səs tərkibinə 

üzvi surətdə daxil oldu (). Slavyan dilləri leksikasının tədqiqatçıları bu dillərdə qədim yunan 

və latın sözlərinin habelə uqrofin, monqol, türk, iran və qərbi Avropa leksemlərinin 

mövcudluğunu qeyd edirdilər. 

Slavyan dillərinin leksikasının zənginləşməsində türk dillərinin rolu böyükdür. 

Türkoloq alimlərin fikrincə, əsil türk mənşəli sözlər türkizm hesab olunurdu. Bundan əlavə, 

sözdə ahəng qanununun mövcudluğu da əsas şərtlərdən biri idi. N.K.Dmitriyev mənşəyindən 

asılı olmayaraq türk dillərindən slavyan dillərinə keçən bütün sözləri türkizm hesab edirdi (). 

V.D.Arakinin fikrincə, əvvəlki tarixindən asılı olmayaraq, slavyan dillərinə türk dilləri 

vasitəsilə keçən sözlər türkizm hesab olunur (). 

Beləliklə, monqol, iran, ərəb və başqa dillərdən keçmiş din, hüquq, məişət  mövzusuna 

aid olan sözlər tədqiqatçılar tərəfindən türkizm kimi qəbul olunurdu. 

Tarixi faktlar ümumi slavyan dilində danışan qəbilələrin skiflərlə və sarmatlarla geniş 

əlaqələri olduğunu sübut edir. Əlbəttə, qonşu ərazilərdə yaşayan xalqların ictimai, siyasi, 

iqtisadi və mədəni əlaqələrinin olması təbiidir. Lakin nədənsə bir çox slavyan və rus alimləri 

türkdilli skifləri və sarmatları irandilli hesab edir və bu əlaqələri slavyan-türk əlaqələri deyil, 

slavyan-iran əlaqələri adlandırılar. 

Rus alimləri A.A.Şaxmatov, V.A.Boqoroditski və başqaları bunu dəfələrlə təkrar 

edirlər. Bu alimlərin fikrincə, skif-sarmat dialektləri iran dillərinə mənsub olub, iran dillərinin 

şimal-şərq qrupunu təmsil etmişlər. 

Antik mənbələrin verdiyi məlumatlara görə skif-sarmat qəbilələri Qara dəniz 

ətrafındakı ərazidə bizim eradan əvvəl VII əsrdən məskunlaşmışlar. Skif-sarmat elementləri 

müasir Rusiyanın cənub ərazilərini tutaraq bizim eranın II-III əsrlərinə qədər orada 

məskunlaşmışdılar. Təbii ki, 1000 il ərzində bu xalqlar və onların dilləri arasında geniş 

əlaqələr mövcud idi. Lakin bütün dünya alimlərinin: tarixçilərin, arxeoloqların, etnoqrafların 

slavyanlarla qonşu olan bu xalqları türkdilli hesab etmələrinə baxmayaraq, bəzi panslavistlər 

və paniranistlər onları ancaq irandilli saymışlar. 

Baltikdilli qəbilələr türkdillilərdən daha uzaqda yaşadıqları üçün onlar arasında heç bir 

dil əlaqəsi ola bilməzdi. 

Bu dövrdə ümumi slavyan dili mövcud idi və bütün slavyanlar bir-birinin başa 

düşəcəyi dildə danışırdılar. Antik müəlliflər Tasitin və Ptolomeyin yazdığına görə venedlər 

Visla çayı hövzəsində və Baltik sahillərində yaşayırdılar. Sonrakı əsrlərdə germanlar, 

romalılar və finlər onları slavyan adlandırmışlar. 

Ümumi slavyan dilinin faktlarına əsasən demək olar ki, slavyanlar cənubdan Dnepr 

ətrafındakı meşə-çöl zolağında məskunlaşmışdılar. Şərait slavyanların müasir cənubi Rusiya 

çöllərində məskunlaşmasına imkan vermirdi. Bu torpaqlarda türkdilli maldar qəbilələr 

hökmran idilər. Kimerlər, skiflər, sarmatlar, hunlar, avarlar, bolqarlar, xəzərlər, peçeneqlər bu 

torpaqlarda bir-birini əvəz edirdilər. 

Slov -, slav – kökləri ilə yaranmış toponimlərə Rusiya, Polşa, Çexiya və s. ərazilərdə 

rast gəlmək mümkündür. Polyane sözü  ilə çox böyük bir slavyan qəbiləsi adlanır. X əsrdən 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



176

başlayaraq bir çox salnamələrdə bu söz polani, poliam, poloni, poleni, polania və s. 

formalarda işlənir. 

O dövrdə (slavyan yazı mədəniyyətinin yarandığı dövr nəzərdə tutulur. – Z.Ə.) 

slavyanlar Elbadan Ona çayına qədər Ladoqa gölündən Yunanıstana qədər çox geniş bir 

ərazidə məskunlaşmışdılar. Bu isə öz növbəsində slavyan dilinin inkişafına çox böyük təsir 

göstərirdi. Balkan yarımadasında slavyanlar çoxdilli bir əhatəyə düşdülər. Burada yunan, 

roman fraksiya dilləri slavyan dillərinə öz böyük təsirini göstərirdi. 

Bəzi alimlərin fikrincə, ümumi slavyan dilinin parçalanması slavyan yazısının 

yaranmasından sonrakı dövrə təsadüf edir. N.S.Trubetskoyun yazdığına görə, slavyan dili X-

XII əsrlərdə hələ ümumi dil qanunları əsasında inkişaf edirdi. Hələ X-XII əsrlərə qədər qədim 

slavyan və qədim rus dilləri ümumi slavyan dilinin dialektləri hesab oluna bilərdi. 

A.Vаyyan «Руководство по старославянскому языку» əsərində yazırdı: “Qədim 

slavyan dilinin ilk təşəkkül dövründə bütün slavyanlar bir ümumi dildə danışırdılar. Bu dilin 

müəyyən dialekt fərqləri var idi. Lakin XI əsrdən başlayaraq bu fərqlər o qədər artdı ki, artıq 

qarşımızda tamamilə fərqli dillər dururdu. 

Antuan Meye «Общеславянский язык» əsərində qeyd edir ki, bizim dövrümüzə gəlib 

çatmış salnamələrin dilində (X-XI əsrlər) slavyan dilləri bir ümumi dilin müxtəlif dialektlərini 

xatırladırdılar. Ümumi slavyan dilinin parçalanmasının tərəfdarlarının fikirləri ilə tam 

razılaşmaq mümkün deyildir. Dil sistemində gedən dəyişiklikləri iki cür başa düşmək olar: 

birinci növ dəyişmələr dil sisteminin bütünlüklə hamısına ikinci növ dəyişmələr isə dil 

sisteminin ayrı-ayrı hissələrinə aid edirlər. 

Bu proseslər slavyan yazı sisteminin yarandığı dövrə qədər getmişdi. İsmin hallanması 

felin şəxsə və zamana görə dəyişməsi prosesləri bütün slavyan dillərində eyni cür gedirdi. Bu 

meyllər bütün slavyan dillərində təxminən eyni olsa da, hallanma və şəxsə-kəmiyyətə görə 

dəyişmənin konkret təzahürləri fərqli idi. 

Dilin inkişafı ayrı-ayrı tayfanın, qəbilənin və xalqın inkişafı ilə sıx surətdə bağlıdır. 

Ayrı-ayrı slavyan dillərinin inkişafı yalnız dil amilləri ilə ölçülə bilməz.  Dil tarixi linqvistik 

kateqoriya olub. İctimai formasiyaların inkişafı ilə əlaqədardır. Bir çox rus və slavyan alimləri 

skif-sarmat dillərini Hind-İran dilləri hesab etməkdə təbii ki, yanılırlar. 

Slavyanların türklərlə əlaqələrinin tarixizm eranın IV əsrindən başlanır. VI əsrdə avar-

türklərin bir hissəsi slavyanlarla ittifaqa girir, onlarla qardaşlaşır. Belə qəbilələrə antlar 

deyilirdi (Qədim türkcə “and” sözündən götürülmüşdür. Bu qəbilələr bir-birlərinə sadiq 

qalacaqlarına and içirdilər). VI əsrin 80-ci illərində bolqar qəbilələrinin böyük ittifaqı yaranır. 

Bu ittifaqın başında Kubrat dururdu. Bu qəbilələr Kubandan Don çayına qədər çox böyük 

torpaq sahələrini istila etmişdilər. Kubratın ölümündən sonra bu ittifaq parçalanır və 

bolqarların bir hissəsi Orta Volqaya və Aşağı Kamaya doğru irəliləyirlər. 

VII əsrin 60-70-ci illərində Asparuxun rəhbərlik etdiyi bolqar ordası Dunay 

slavyanlarını özünə tabe edərək öz sülaləsini yaradır. Bu sülalə iki əsr hakimiyyətdə qalır. 

Beləliklə, bizim eranın VI-VII əsrində slavyanlar əvvəl türk-avarlarla, daha sonra xəzərlərlə, 

Volqa bulqarları ilə sıx əlaqələr yaradır.  

Bu zaman slavyan dillərinin türk dillərinə böyük təsiri barədə bir söz demək çətindir. 

Bu dövrdə türk-bolqarlar slavyanlar tərəfindən assimilyasiya olunaraq öz dillərini itirdilər. XI 

əsrdə  бисер, болгарин, белег, белчук, бубреч, сани, шертог kimi sözlər ümumi slavyan 

dilinə türk-bolqarların dilindən keçmişdir. Rus dilində bu gün də işlənən бисер – mirvari, inci 

sözü bu dilə qədim slavyan dilindən keçmişdir. 

Qədim slavyan dilinə isə bolqar dilindən keçmişdir. Bu söz türk dillərinə büsra 

formasında ərəb dilindən keçmişdir. Bir çox rus alimlərinin “Боярин” sözünü slavyan kökü 

əsasında izah etmək cəhdləri təbii ki, heç bir nəticə vermədi. 

“Bəy, ər” sözlərindən yaranmış bu türk mənşəli sözü habelə beleq (bilik); bebrek 

(böyrək); san (şan-şöhrət); çertoq-çardaq (çar-dörd, taq-tağ). Həmin sözlərə yalnız rus dilində 

deyil, XII əsrə aid qədim slavyan abidəsi «Златоструй» salnaməsində, qədim rus, qədim 

slavyan, serb, sloven və xorvat dillərində də rast gəlmək olar. Lakin bu türkizmlərin heç biri 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



177

qərbi slavyan dillərinə keçməmişdir. Bir çox türkizmlər rus dilində lokal xarakter daşıyır. 

Məsələn, qədim rus dilində çox işlənən karan, koran (xaqan) sözləri VII əsrdə rus dilinə avar 

dilindən keçmişdir. 

Qədim Bertin salnamələrində yazılır ki, 839-cu ildə Şərəfli Lüdovikin sarayına rusların 

səfiri gəlir və onların çarı – Xaqandan namə gətirir. Ərəb coğrafiyaçısı İbn-Rustun əsərində 

rusların çarı “Xaqan rus” kimi təqdim olunur. “Xaqan” sözü salnamələrdə ilk dəfə VII əsrdə 

Avar xaqanına istinadən söyləmişdir. (Ф.П.Филин. Лесика русского литературного 

древневековой эпохи. Л., 1949. стр. 219-220). Xaqan sözündən başqa X əsrdə slavyan 

dillərinə yaruq, yar, örtmə, xoryuq (bayraq), bilinc, koşey (əsir, qul); alasa (ar); braqa (evdə 

hazırlanmış pivə); sayqat, sayqa (hədiyyə, töhfə); jemçuq, zendzu (inci) ifadələri də 

keçmişdir. 

Bizim eranın əvvəllərində artıq vahid slavyan dili parçalanmağa başlamışdı. Bu hadisə 

hələ slavyanların Şərqi və Mərkəzi Avropa torpaqlarında Balkan yarımadasında 

məskunlaşması prosesi başlamışdı. Artıq o dövrlərdə vahid slavyan dilinin tərkibində 

dialektlərə parçalanma prosesi başlamışdı. Lakin bu proseslər o dövrdə lokal xarakter 

daşıyırdı. 

Bizim eranın VI-VII əsrlərində slavyan dilləri artıq başqa istiqamətdə inkişaf edirdi. 

Slavyan dillərində yeniliklər vahid slavyan dilinin ümumi bazası əsasında formalaşırdı. Bu 

zaman fenoloji və morfoloji sistemdə gedən dəyişikliklər leksik yeniliklərlə tamamlanırdı. 

Vahid slavyan dili artıq parçalanmağa öz əvvəlki vəhdətini itirməyə doğru gedirdi. Dil 

diferensiasiyasının inkişafı dilxarici amillərlə səciyyələnirdi. Bu slavyan qəbilələrinin böyük 

ərazidə səpələnəcək, bir-birindən uzaq düşməsi ilə izah olunurdu. 

Ümumi slavyan vəhdətinin parçalanması çox mürəkkəb bir proses idi. Tarixən slavyan 

dil qrupları birdən-birə yaranmamışdı. Leksik dialektizmlər arasında şimali slavyan zonasının 

sözləri xüsusi yer tutur və vahid slavyan dilinin parçalanması dövrünə təsadüf edir. Bu sözlər 

şimali slavyanların ictimai fəaliyyətinin bəzi cəhətlərini ifadə edir. 

Bu zaman müxtəlif dialekt zonaları yaranır. Lakin bu zaman ayrı-ayrı slavyan dilləri 

mövcud deyildi. Bunun nəticəsində də ayrı-ayrı slavyan xalqları hələ formalaşmamışdı. Bu 

dövrdə slavyanlar müxtəlif qəbilələrdə və qəbilə birləşmələrində birləşərək sinifli cəmiyyətin 

və dövlətçiliyin ilkin rüşeymlərini yaradırdılar. Bunun nəticəsində etnodil və ictimai 

dəyişikliklər üçün zəmin hazırlanırdı. Bu baxımdan, “şərqi slavyanlar”,  “cənubi slavyanlar”, 

“şərqi slavyan dili”, “qədim rus dili” ifadələri şərti hesab olunmalıdır. VI-VII əsrlərdə bu 

ifadələr etnodil anlayışlarından daha çox coğrafi mənalarda işlənirdi. 

X əsrin sonlarında bu ərazilərdə artıq xristianlıq yayılmağa başlamışdı. Bu dövrdə 

Rusiyada artıq yazı inkişaf etməyə başladı. Bütün bu dəyişikliklər slavyanların etnodil 

inkişafında əks olunmaya bilməzdi. Vahid slavyan dilinin parçalanmasına dilxarici amillər də 

təsir göstərirdi. Qeyd etdiyimiz kimi, müxtəlif slavyan qəbilələri fərqli təbii və ictimai 

şəraitdə yaşayırdılar. 

VII əsrdə müasir Bessarabiya çöllərində köçəri türkdilli bolqarlar yaşayırdı. Bu zaman 

bu bolqarlar bir çox slavyan qəbilələrini özlərinə tabe etmişdilər. Bir neçə əsr keçdikdən sonra 

bu türkdilli bolqarlar slavyan qəbilələri arasında ərimiş, lakin öz adlarını Balkan slavyanlarına 

yadigar qoymuşdular. X əsrdə Cənubi Rusiya çöllərində peçeneqlər, daha sonra isə 

polovetslər hökmranlıq edirdilər. Bu dövrdə slavyan dillərinə güclü təsir göstərən dillərdən 

biri də Xəzər xaqanlığının türk dili idi. 

Zəngin tarixi, qəhrəman keçmişi olan türk xalqları haqqında çox az yazılmışdır. Sovet 

imperiyası dövründə bütün orta və ali məktəb dərsliklərində türk xalqlarının tarixindən çox az 

söhbət açılırdı. Bu dərslikləri oxuyarkən türk xalqlarının tarixi  

haqqında 

heç 


bir 

məlumat almaq mümkün deyildi. 

Qeyd etmək lazımdır ki, XIX əsrin sonlarına qədər türk xalqlarının tarixi, dili, 

mədəniyyəti, ədəbiyyatı, demək olar ki, öyrənilmirdi. Müstəmləkə xalqlarının tarixi, dili, 

ədəbiyyatı və mədəniyyəti rus elmini çox az maraqlandırırdı. Əksinə, I Pyotrun dövründən 

xalqlarının qədim kitabları, yazılı abidələri, salnamələri məxsusi olaraq məhv edilirdi. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



178

Türk xallarının tarixinin, dilinin və mədəniyyətinin öyrənilmək istənilməməsinin 

səbəbləri çoxdur.  

Başqa xalqların tarixi mədəniyyəti, dili hərtərəfli tədqiq olunduğu, dünyada qədim bir 

xalq kimi tanıdıldığı halda, türk xalqlarını öz kökündən uzaqlaşdırmaq üçün onların ümumi 

tarixində qəsdən ağ səhifələr yaradılır, ayrılmış, təcrid olunmuş halda tədqiqata cəlb edilirdi. 

XIV əsrdə yaşamış Nizaməddin Şaminin “Zəfərnamə” adlı əsərində də dövrün ən 

mühüm tarixi hadisələrdən ətraflı bəhs olunmuşdur. Rus mənbələri də türk xalqlarının 

tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Bu mənbələrdə Krım, Volqaboyu, 

Xəzərətrafı bölgələrdə yaşayan türk xalqları haqqında məlumatlar verilmişdir. 

ƏDƏBİYYAT 

1.

  Дешериев Ю.Д. Закономерности развития и взаимодействия языков в советском 



обществе. М., «Наука», 1966. 

2.

  Дмитриев Н.К. О тюркских элементах русского словаря. В кн.: 



Лексикографический сборник. Вып. 3, М., 1958. 

3.

  Аракин В.Д. Тюркские лексические элементы в памятниках русского языка 



монгольского периода. В кн.: Тюркизмы в восточнославянских языках. М., 1974. 

4.

  Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm”, 1991. 



5.

  Гумилев Л.Н. «Тысятилетия вокруг Каспия», Баку, 1991. 

6.

  Ф.П.Филин. Лексика русского литературного древневековой эпохи. Л., 1949, 



стр.219-220. 

 

The theoretical problems of Russian-Turkic language relations 



Summary 

The relation between Slavic and Turkic languages is known from ancient times. It is 

significant to note some historical periods in the history of Slavic and Turkic language relation. The 

most ancient period met in first years of our century, in the beginning of Kiev-Russia states. The 

second period included the the relation of Russia State between the Oghuz and Polovtsians tribes. 

The third period include XII-XV centuries. In this period many turkisms transformed into Russian 

and other Slavic languages. The forth period concerns the times of uniting of Crimea, Kazan and 

Astrakhan khanates into Russia empire. 

Key words: writing sources, history of Turkic people, economic and military view, ancient 

Slavic chronicle, ancient Slavic language, Turkic sources 

                  

   Həcər  Hüseynova, fil.ü.e.d.                   

ADPU, Azərbaycan dilçiliyi kafedrası,        

                                                                                                                   hacerhuseynova@mail.ru                   

                    

ETRUSKLAR  VƏ  YA  LATIN  ƏLIFBASININ  SİRRİ 

       Etrusklar  İtaliyanın    Tiber  və  Arno  dənizləri arasında yerləşən Etruria bölgəsində yaşamış, 

e.ə. 6-cı yüzilliyə qədər yaşamış bir xalq olaraq antik romalılar tərəfındən etrusci, bəzən də tusci 

adlandırılmışlar. Yunanlar onları Turrhen, Tursen adlandırmışlar. Özlərinə Rasena deyən etrusk 

xalqının  bir hissəsi və mədəniyyəti sonralar Roma  imperatorluğu içərisində ərimişdir. Onlar İtaliya 

ərazisindəki bir çox xalqlardan daha çox inkişaf etmişlər. Roma mədəniyyətinin öz başlanğıcını 

etrusk kokündən alması artıq isbat edilmişdir. Etruskların dini vəhy edilmiş bir din olmuş və xüsusi 

bir təşkilatlanmaları olmuşdur. 

       Yunan tarixçisi Heredota görə, etrusklar Anadoludan İtaliyaya (Lidyaya) köç etmişlər. Digər 

tarixçilər də bu xalqı adət-ənənəsinə görə Anadolu ərazisindəki xalqlarla oxşarlıqların olduğunu 

qeyd etmişlər. Bütün bunlar etruskların Doğu Anadolu və Orta Asiya kökənli olduğunu söyləməyə 

əsas verir. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



179

      Bəzi alimlər Heredotun fikirlərinə tərəddüdlə yanaşmış, belə bir köçün dənizdən gələ 

biləcəyinə inanmamışlar. Buna görə də 2004-cü ildə Turin Universitetinin alimi Alberto Piazza 

tərəfindən yenidən genetik araşdırmalar aparılmış, e.ə.VII-III əsrlər arasında yaşamış etrusklara 

məxsus 80 skeletdən DNK nümunələri götürülmüş, Avropada yaşayan bir çox millətlərin DNK-sı 

ilə qarşılaşdırılmış, nəticə olaraq hesab edilmişdir ki, etruskların genetik kodu bugünkü Anadolu 

türklərinin genetik kodu ilə daha yaxındır. Deməli, etrusklar antik dövrdə bugünkü Türkiyədən- 

Anadoludan  İtalyaya köc etmişlər. 

Etrusklarla türklərin eyni kökənli olmalarını isbat edən bir çox dəlillər vardır: 

1.Soyunu qurdla(canavarla-H.H.) bağlayan bütün dünyada bir neçə xalq vardır: etrusklar, türklər, 

moğollar. 

2.Etrusk və türk dillərindəki sözcüklərdəki oxşarlıqlar. 

3.DNK testlərinin eyni olması (Etrusk skiletləri və Anadoluda aparılan yoxlamalara görə). 

4. Yalnız Anadoluda rast gəlinən qulplu qazan nümunələrinin etrusklarda da olması. 

5. Hər iki dilin aqqlütinativ olması. 

6. Etrusk yazı işarələrinin Anadoluda və Orta Asiyada tapılan əski türk runik yazılarla eyni 

olması və s. (12,88) 

        Etruskların dili və əlifbası haqqında da müxtəlif, fərqli fikirlər yürüdülmüşdür. Bu 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin