I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
159
mədəni inqilab amili olan yeni əlifbaya Moskva dostluq yardımını göstərəcəkdir. Buna əmin
olunuz. Mərkəzin ağzı ilə bu inqilaba qarşı çıxmaq istəsəniz, çox böyük səhv edərsiniz”. (4,
s.61)Bunların hamısı onu göstərirdi ki, yeni əlifbaya keçməklə bağlı o dövrdə olan qaranlıq
məqamlar, tarixin qaranlıq səhifələri hələ də açılmamışdır. Daşkənddə yeni əlifba ilə bağlı
söhbətlərdən belə məlum olur ki, özbək və türkmən mütəxəssisləri yeni əlifbanın tərəfində olublar,
ancaq qazaxlar yeni əlifbanı qəti surətdə qəbul etməyəcəklərini bildirmişlər. Bununla belə, qazaxlar
məsələnin türkoloji qurultayda həll edilməsinin də əleyhinə olmamışlar.
Ancaq Aşxabadda məsul şəxslərin Moskvaya getmələri və yeni əlifba ilə bağlı yığıncaqlarda
iştirak etməmələri də sual doğurur. Bunu Xalid Səid Xocayevin yazdıqları bir daha təsdiq edir. O
yazır: “... o zaman Türküstan Cumhuriyyətinin başında olanlar, daha doğrusu, cümhuriyyətin
başında olanların yerində qalanlardan bir çoxu (Moskvaya getməyənlər – B.X.) yeni əlifba
barəsində xalq və ictimai müəssisələr ilə əlaqədə bulunmamağı az istəyirlər və yaxud heç
istəməyirlər. Bununla bərabər bizim, bilxassə Səməd Ağanın bu məsələdən dolayı xüsusi olaraq
Türküstana gəlməsi bir çox ziyalıların nəzəri-diqqətini yeni əlifba üzərində cəlb etmiş, yeni əlifba
tərəfdarlarını da xeyli canlandırmışdı. Bunun nəticəsi Birinci Türkoloji Qurultayda açıq, aydın hiss
edildi”. (4, s.75). Daşkənddəki vəziyyət Səməd Ağamalıoğlunun rəhbərlik etdiyi heyətə məlum
olduqdan sonra orada qalıb vaxt keçirməyə ehtiyac qalmır. Qarşıda heyəti yeni-yeni görüşlər
gözlədiyi üçün Orenburq yolu ilə Qazaxıstan, Başqırdıstan, Tatarıstan ellərinə yollanmaq lazım
gəlirdi. Bu barədə Xalid Səid Xocayev yazır: “Mən əfsus ki, bu səyahətdə (Qazaxıstan,
Başqırdıstan, Tatarıstan ellərinə olan səyahətdə - B.X.) iştirak edə bilmədim. Çünki oktyabrın
yeddisi idi (1924-cü ilin oktyabr ayının 7-si – B.X.), məktəblərdə artıq dərslər başlamışdı. Səməd
ağadan izn alaraq Krasnovodsk yolu ilə Bakıya dönməyə məcbur oldum. Yuxarıda göstərilən üç
cümhuriyyətdə görülən işlər ilə nəticələri barəsindəki məlumatı qeyd etmək vəzifəsini Xuluflu (Vəli
Xuluflu – B.X.) yoldaş öz öhdəsinə aldı”. (4, s.75) Qazaxıstan, Başqırdıstan, Tatarıstan cümhuriy-
yətlərində yeni əlifba ilə bağlı görüləcək işlər və onların nəticələri barədə Vəli Xuluflunun
yazdıqlarını əldə edə bilmədik. Yəqin ki, bu cümhuriyyətlərdə də yeni əlifba ilə bağlı maraqlı
müzakirələr aparılmışdır.
ƏDƏBİYYAT
1.
Aşmarin N. Çağırılacaq türkoloji qurultay haqqında bir neçə kəlmə. – “Kommunist”,
№256 (1550), 9 noyabr, 1925
2.
Bartold V.V. Türkoloji qurultay münasibətilə. – “Kommunist”, №256 (1550), 9 noyabr,
1925
3.
Çobanzadə B. Türkoloji qurultay. – “Kommunist”, №256 (1550), 9 noyabr, 1925
4.
Xocayev X.S. Yeni Əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929
5.
Xəlilov B. Birinci Beynəlxalq Türkoloji Qurultay. Bakı, Elm, 1999
6.
Xəlilov B. Türkologiyanın intibah dövrü. Bakı, “Adiloğlu” nəşriyyatı, 2001
7.
Xəlilov B. Türkologiyaya giriş. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013
Buludkhan Khalilov
Struggle for a new alphabet on the eve of the first Turkological Congress:
notions of Grimea and Turkistan in 1924
Summary
The major points of discussions, advices and campaign works organized by the “New
Alphabet Committee” on the eve of the first Turkological Congress among the people of Grime and
Turkistan are reflected in the article.
The author analyzes worthy deeds of Khalid Said Khojayev, Samad Agamalioglu, Bakir
Chobanzadeh for the adoption of alphabet based on Latin seript for uniting Turkic nations,
researches all factors of the allitude for alphabet reform existing among Turkic nations/
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
160
Here, definite standpoints of Turkic people in favor and against the adoption of a new
alphabet on latin seript are given special analysis.
Key words: New Alphabet Committee, Khalid Said Khojayev, Samad Agamalioglu, Bakir
Chobanzadeh, the first Turkological Congress.
Nizami Xudiyev, fil.ü.e.d., prof.
ADPU, Azərbaycan dilçiliyi kafedrası
TÜRK DİLİ QURULTAYI
(iştirakçının qeydlərı; 1992-ci il)
Türkiyə Kültür bakanlığının (mədəniyyət nazirliyinin) keçirdiyi sürəkli (daimi) Türk dili
qurultayına Azərbaycandan akademik Bəkir Nəbiyev, professorlar Ağamusa Axundov, Firudin
Cəlilov, filologiya elmləri namizədi Lətif Kərimov və bu sətirlərin müəllifi dəvət olunmuşdu.
Ankarada bizə daha üç həmyerlimiz – professorlar Türkan Əfəndiyeva, Kamil Vəliyev və filologiya
elmləri namizədi Ələddin Əliyev qoşuldu. Onlar Türkiyənin müxtəlif universitetlərində mühazirələr
oxuyurdular.
Bakıdan təyyarə ilə Naxçıvana uçduq. Naxçıvandan Türkiyəyə keçmək təsəvvür elədiyimiz
qədər də asan olmadı, gömrükxana rəsmiləşmədiyinə görə Naxçıvan Ali Məclisinin sədri Heydər
Əliyevə müraciət etməli olduq. H.Əliyev bizi qəbul elədi və üç saata qədər davam edən
söhbətimizdə Azərbaycanın bu günü, sabahı və gələcəyi ilə bağlı problemlər, elm və mədəniyyətin
inkişafına aid aktual məsələlər ətrafında canlı fikir mübadiləsi keçirildi. Etiraf etməliyəm ki, Ali
Məclisin sədrinin elmi-siyasi məlumatının genişliyi, məntiqinin dərinliyi hamımızı heyran qoydu.
Türk xalqları arasında son zamanlar getdikcə güclənən yaxınlaşma, müxtəlif xarakterli əlaqələrin
yaranması və inkişafı söhbətin əsas mövzusu idi. Və bu baxımdan qurultay bizim üçün elə bil
Naxçıvandakı səmimi, işgüzar görüşdən başlandı.
Nəhayət, Heydər Əliyevin köməyi ilə mayın 2-də səhər tezdən sərhədi keçdik… Türkiyə
tərəfdə bizi xalqımızın dostlarından biri İbrahim Bozyel qarşılayıb İqdıra qədər müşayiət etdi.
Sədərəklə Türkiyəni birləşdirən Ümid körpüsündən Türkiyənin Aralıq yaşayış məntəqəsinə qədər
təxminən 25-30 km ikixətli yol çəkilirdi. Mayın 28-nə kimi qurtarması nəzərdə tutulan bu iş o qədər
sürətlə, həm də keyfiyyətlə görülürdü ki, adam istər-istəməz öz bərbad yollarımızı göz önünə
gətirirdi. Ankaraya səhər tezdən çatdıq. Kültür bakanlığının nümayəndələri bizi otelə gətirdilər.
Mən gündən-günə inkişaf edən, gözəlləşən Türkiyəni necə təsəvvür edirdimsə, o cür, hətta ondan da
artıq gördüm. Tarixi yazmaqdan daha çox yaratmağa meyili olan türkün keçmişi, bu günü, gələcəyi
məni bir daha düşündürdü və xocamız, görkəmli türk filoloqu, eyni zamanda şairliyi olan Orhan
Şaiq Gökyayın aşağıdakı misralarını xatırladım:
Bu vatan – torpağın
kara bağrında,
Sıra dağlar kibi
duranlarındır.
Bir tarix boyunca
onun uğrunda
Kəndini tarixə
verənlərindir…
Qurultayda dünyanın bütün türk ölkələrindən, o cümlədən keçmiş ittifaqın Türk
respublikalarından 400-dək dilçi alim iştirak edirdi.
Türk dili qurultayı açış konuşmaları (plenar iclas) ilə başlandı: kültür bakanı Fikri Sağların
çıxışını dinlədik. Başbakan Süleyman Dəmirəlin və Cümhurbaşkanı Turqut Özalın proqramda
nəzərdə tutulmuş çıxışları üzürlü səbəbdən olmadı. Azərbaycandan B.Nəbiyev, K.Vəliyev və
F.Cəlilov danışdılar. Burada söhbət əsasən türk xalqlarının mədəniyyətlərinin və dillərinin
qarşısında duran aktual problemlər və onları həll etməyin ümumi prinsipləri barədə getdi. Bütün
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
161
çıxışlarda belə bir fikir öz əksini tapdı ki, türklər bu gün qarşısıalınmaz bir ünsiyyətə, sıx əlaqələrə,
birləşməyə can atırlar və bu elə ehtiyacdır ki, bilavasitə gur bulaq kimi etnik təfəkkürdən çağlayıb
gəlir.
Sonra isə söhbətlər aşağıdakı üç bölmədə daha konkret mövzular ətrafında davam etdirildi:
əlifba, orfoqrafiya və yazı dili (ədəbi dil). A.Axundovla F.Cəlilov əlifba, L.Kərimov orfoqrafiya,
qalanlarımız isə yazı dili (ədəbi dil) bölməsində iştirak etdik.
Əlifba bölməsində diqqət, ümumiyyətlə, bir məsələyə verilmişdi ki, bu da hazırda müxtəlif
mübahisələrin, rəsmi qərar və göstərişlərin mövzusu olan ümumi türk əlifbası yaratmaq məsələsi
idi. Həmin məsələ ətrafında gedən söhbətlər, aparılan polemikalar nəticəsində xüsusi qərar
imzalandı. Burada qeyd olundu ki, 34 işarədən ibarət ümumi türk qrafik fondu qəbul edilsin və hər
bir türk dili bu fond əsasında öz əlifbasını yaratsın. Eyni zamanda məsləhət görüldü ki, əgər bu və
ya digər türk dilində iki səs arasında fonematik fərq yoxdursa (yəni onlar sözü sözdən
fərqləndirmirsə), onlar ayrı-ayrı işarələrlə deyil, bir işarə ilə ifadə olunsun; bundan başqa ə-ö, sağır
nun, h-x və s. səslərlə, onların bir-birinə münasibəti, işarələnməsi ilə bağlı müəyyən nəticələrə
gəlindi.
Görünür, təkcə Azərbaycandan gələn nümayəndələrin deyil, ümumiyyətlə, qurultayın gücü
daha çox yazı dili (ədəbi dil) bölməsinə verilmişdi. Ümumi əlifba, ümumi orfoqrafiya məsələləri nə
qədər mühüm əhəmiyyətə malik olsa da, ümumi ədəbi dil məsələsi bütün bunların hamısını ehtiva
etdiyinə görə daha mühümdür. Bu bölmədə azərbaycanlı türkoloqlardan, artıq qeyd olunduğu kimi,
əksəriyyəti iştirak edirdi: B.Nəbiyev, T.Əfəndiyeva, K.Vəliyev, Ə.Əliyev və mən.
Məlum olduğu kimi, son illərdəki türkoloji qurultaylarda, yığıncaqlarda ümumi türk ədəbi dili
məsələsi ya ümumiyyətlə, qoyulmamış, ya da bu məsələyə ötəri toxunulmuşdur. Odur ki, müzakirə
olunası problemlər çox idi.
Mübahisələrdən biri termin üzərində idi: necə deyilməlidir – «türk yazı dilləri (dili)», ya «türk
ədəbi dilləri (dili)»? Müəyyənləşmiş ənənəyə görə, bizdə «ədəbi dil» terminindən istifadə olunur və
bu zaman normalaşmış, üslub diferensiallığına malik həm şifahi, həm də yazılı dil (əslində, nitq)
təzahürü başa düşülür; «yazı dili»ni isə biz, ümumiyyətlə, «yazının dili» mənasında işlədirik.
Halbuki qurultayın sənədlərində sonuncu termin az qala «ədəbi dil»i əvəz edilir, eyni zamanda
«ədəbi dil» anlayışı bizim adət etdiyimiz təsəvvürü müəyyən mənada dəyişdirir. Məsələ o qədər də
sadə deyil. Türk dili tarixinin görkəmli tədqiqatçısı mərhum professor Əhməd Cəfəroğlu həmin
terminlərdən heç birinə üstünlük vermir və arabir «mədəni dil» anlayışından istifadə edirdi.
Görünür, burada söhbət məhz normalaşmış, az və ya çox üslub diferensiallığı olan həm yazılı, həm
də şifahi dildən getməlidir.
Yazı dili (ədəbi dil) bölməsində çox maraqlı məruzələr, çıxışlar oldu, məzmunlu mülahizələr
söyləndi, bununla belə həmin sahənin bu cür ümumtürkoloji planda ilk dəfə diqqət mərkəzində
durması özünü hiss etdirirdi, belə ki, bir sıra məsələlərdə qəti rəyə gəlmək hələ tez idi, polemikaları
davam etdirməyə ehtiyac duyulurdu.
Türk ədəbi dillərinin tarixi, eləcə də müasir problemləri ilə bağlı müəyyən məsələlər var idi ki,
məni çoxdan düşündürürdü və çıxışımda məhz bu barədə bəhs etməyi qərara aldım. Hər şeydən
əvvəl göstərdim ki, ümumi (ortaq) türk ədəbi dilinin həm nəzəri, həm də əməli ənənələri vardır –
XIX əsrin ortalarından etibarən müxtəlif mədəniyyət mərkəzlərində türk ziyalıları ümumi türk
dilində (ümumən türklər üçün) yazmağa çalışmışlar. Nəticə etibarilə İsmayıl bəy Qaspralının
məşhur «Tərcüman»ı meydana çıxmış və XIX əsrin sonu, XX əsrin əvvəllərini əhatə edən
mürəkkəb bir dövrdə nəşr olunub öz böyük tarixi missiyasını həyata keçirmişdi. Əlbəttə, ümumi
türk ədəbi dili ayrı-ayrı türk ədəbi dillərini inkar etmir. Ona görə ki, ayrı-ayrı türk ədəbi dillərinin
tarixi təcrübəsi, xüsusi mədəni-sosial bazası, coğrafi müəyyənliyi var və bütün bunlar türk ədəbi
dillərini mövcud keyfiyyətində mühafizə edir. Lakin ayrı-ayrı türk ədəbi dilləri də ümumi (ortaq)
türk ədəbi dilini inkar etmir, əksinə, onların inkişafına müxtəlif baxımdan təsir göstərir – müxtəlif
səviyyəli türk ədəbi dillərinin qarşılıqlı əlaqələrini bilavasitə təmin etməklə, bir tərəfdən ədəbi dilin
genetik əsaslarını möhkəmləndirir, ikinci tərəfdən müştərək zənginləşmə sferası açır… Mən təklif
etdim ki, məsələnin düzgün nəzəri dərkindən irəli gələrək, bir sıra anlayışları dəqiqləşdirək:
məsələn, azəri türk dili, qazax türk dili, özbək türk dili; yaxud, müvafiq olaraq, azəri türkcəsi,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
162
qazax türkcəsi, özbək türkcəsi yerinə Azərbaycan türk dili, Qazaxıstan türk dili, Özbəkistan
türk dili (yaxud, Azərbaycan türkcəsi, Qazaxıstan türkcəsi, Özbəkistan türkcəsi) işlədək
(Türkiyə türk dili, yaxud Türkiyə türkcəsi termininə uyğun şəkildə) ki, burada müxtəlif türk
xalqlarının vahid türk dili sisteminə, türk dil stixiyasına eyni hüquqla şərik olduqlarını hər dəqiqə
sübut etməyə ehtiyac olmasın. Digər tərəfdən, «türkdilli xalqlar» və «türki dili» ifadələri yayğın
və əslində, yanlış ifadələrdir və onların yerində, sadəcə olaraq, «türk xalqları» və «türk dili»
ifadələri işlədilməlidir…
Ümumi türk ədəbi dilinin tarixi zərurət olduğunu dərk etməklə yanaşı onun necə
formalaşacağını irəlicədən aydın təsəvvür etmək də, heç şübhəsiz, böyük maraq doğurur… Mənim
fikrimcə, ümumi türk ədəbi dilinin üç yolla formalaşması mümkündür:
1) müasir türk ədəbi dillərindən birinin (birinci növbədə, Türkiyə türkcəsinin) ümumtürk
ünsiyyəti vasitəsinə çevrilməsi ilə;
2) müxtəlif türk regionları üçün xarakterik olan bir neçə (oğuz, qıpçaq, karluq-uyğur və s.) türk
ədəbi dilinin variantının təşəkkül tapıb sonradan intensiv qarşılıqlı əlaqədə bir ədəbi dilə çevrilməsi
ilə;
3) türk xalqları arasında iqtisadi-mədəni əlaqələrin güclənməsi ilə əlaqədar olaraq türk
ictimaiyyətinin vahid ədəbi dil ehtiyacının meydana çıxması və müştərək nitq vərdişlərinə əsaslanan
ədəbi dil quruculuğu ilə.
Mənə belə gəlir ki, ümumi türk ədəbi dilinin reallaşması bu sahədə görüləcək konkret işlərdən
də bu və ya digər dərəcədə asılıdır. Hər şeydən əvvəl, bizə müştərək (bütün türklər üçün nəzərdə
tutulan) qəzetlər, jurnallar, radio, televiziya, məktəblər, müxtəlif şirkətlər və s. lazımdır ki, haqqında
danışılan ümumi nitq vərdişləri formalaşsın. Bilavasitə linqvistik məzmunlu məsələlərə gəldikdə
isə, burada heç şübhəsiz, elmi-nəzəri münasibət fəal olmalıdır: məsələn, türk ədəbi dillərində
işlənən ərəb-fars mənşəli sözləri ucdantutma milli sözlərlə əvəz etmək özünü doğrultmur, heç
olmasa ona görə ki, həmin sözlər türk ədəbi dillərinin müştərək leksik fondunun əhəmiyyətli
hissəsini təşkil edir. Lakin elə düşünülməsin ki, türk ədəbi dilləri məhz qeyri-milli leksika hesabına
«birləşir». V-X əsrlər qədim türk yazılı abidələrində alınma sözləri barmaqla saymaq olar, halbuki
həmin abidələri bütün türklər eyni dərəcədə anlamışlar və ümumiyyətlə, türk ümumxalq dilləri
arasındakı fərqdən daha azdır, müştərəklik isə əksinə çoxdur. Ona görə də ümumtürk ədəbi dilinin
formalaşmasında türk ümumxalq dillərinin rolu heç zaman unudulmamalıdır – xalq dilində biz bir-
birimizi daha yaxşı başa düşürük…
Ümumi (ortaq) türk ədəbi dili barədə qurultayın mövqeyi yazı dili (ədəbi dil) komissiyasının
xüsusi qərarında öz əksini tapdı. Həmin qərarı komissiyanın sədri professor Əhməd Ərcilasun,
sədrin müavini professor Bəkir Nəbiyev, katiblər doktor M. Fateh Kirişçioğlu, doktor Mehmet Gecə
və müxtəlif türk xalqlarından olan mütəxəssislər imzaladılar. Qərarda göstərilir ki, türk xalqlarının
qarşılıqlı əlaqələrinin güclənməsi, vahid məram və məqsəd müştərək ədəbi dilin formalaşmasına
gətirib çıxarır. Ancaq onun qısa zamanda gerçəkləşdirilməsi, zorla ümumi dil yaradılması da
mümkün deyil. Siyasət, iqtisadiyyat, turizm, təhsil kimi dil-xarici şərtlərin bu ehtiyacı özü-özündən
duyulacaq və sürətləndirəcəkdir qənaətindəyik… Və bu qənaətdən çıxış edərək komissiya bir sıra
konkret təkliflər verdi ki, bunlardan ən mühümü «bütün türklərə xitab edən» bir qəzet – «Türk dili»
qəzeti nəşr etməkdən ibarətdir; məktəbin həmin baxımdan çox mühüm amil olduğunu nəzərə alıb
«ümumiləşmə» hərəkatının, xüsusilə burada öz əksini daha intensiv tapıb «gənç türklərin»
təfəkküründə möhkəm yer tutmasına çalışmaq tövsiyə edildi. Ali məktəblərdə müxtəlif türk ədəbi
dillərindən seçilmiş, müxtəlif üslublara (xüsusilə bədii, elmi, rəsmi üslublara) aid mətnlərin
müqayisəli təhlilinə diqqət yetirilməsi məsləhət görüldü. Komissiya belə bir fikri müdafiə etdi ki,
türk dilləri üzərində çalışan mütəxəssislərin kəmiyyət və keyfiyyət yüksəlişinə nail olmaq, «bir
bilim ordusu» yaratmaq lazımdır ki, bunsuz professional təfəkkürün mövcud dil proseslərinə
nəzarətini həyata keçirmək mümkün deyil. Eyni zamanda gələcək türk dili qurultaylarında yazı dili
(ədəbi dil) bölməsinin də öz növbəsində lüğət tərkibi, qrammatika, terminologiya, üslublar və s.
sahələrə ayrılması qərara alındı. Bu da, şübhəsiz, daha konkret mövzular, problemlər ətrafında
söhbət aparmağa imkan verəcək.
Türk dili qurultayının qarşısına müzakirə olunan məsələlərlə bağlı, həmin qurultayın
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
163
sənədlərində qeyd olunduğu kimi, «ortaq həll yolları tapmaq və bu baxımdan dövlət siyasətinə
dayanacaq qərarlar qəbul etmək» vəzifəsi qoyulmuşdu. Müxtəlif türk dövlətlərindən gəlmiş
görkəmli mütəxəssislərin gərgin fəaliyyəti nəticəsində həmin vəzifə layiqincə yerinə yetirildi və
növbəti qurultayların mövzuları da praktik olaraq müəyyənləşdirildi.
Mən Azərbaycandan olan nümayəndələrin qurultaydakı işi ilə bağlı bir neçə kəlmə yazmağa
ehtiyac duyuram. Azərbaycanlı alimlər ən müxtəlif məsələlər ətrafındakı müzakirələrdə olduqca
aydın elmi mövqelərdən çıxış edir, ümumtürk marağını əks etdirirdilər. B.Nəbiyevin müdrikliyi,
ünsiyyət mədəniyyəti, A.Axundovun aydın və güclü məntiqi, F.Cəlilovun əsaslandırılmış elmi
mühakimələri, ümumiyyətlə, azərbaycanlı nümayəndələrin səviyyəli çıxışları dərhal diqqəti cəlb
etdi. Türk televiziyası ilə nümayəndə heyətimizin bütün üzvləri dəfələrlə çıxış etdilər.
Azərbaycanın etnik-kulturoloji mövqeyi elədir ki, Kiçik Asiya ilə Orta Asiya arasında keçid
mövqeyi tutmaqla mədəniyyət ötürücüsü rolunu oynayır. Odur ki, ümumtürk dil proseslərinin
«nizamlanma»sında azərbaycanlı türkoloqun üzərinə xüsusi vəzifələr düşür. Və mən əminəm ki, biz
həmin vəzifələrin öhdəsindən gələcəyik.
Ankaranı birinci dəfə idi ki, görürdüm. Möhtəşəm türk şəhəri məni heyran etdi, ürəyimi qürur
hissi ilə doldurdu: bu şəhərdə türklüyün əzəməti duyulurdu… Atatürkün məqbərəsində olduq,
Azərbaycan demokratik hərəkatının banilərindən biri M.Ə.Rəsulzadənin məzarını ziyarət etdik.
Müsavat partiyasının rəhbəri Azərbaycan türkü Məmməd bəy Kəngərli və onun məsləkdaşları ilə
həmsöhbət olduq, Türkiyədə müsavat partiyasının yaranması və M.Ə.Rəsulzadə haqqında onların
xatirələrini dinlədik. Türk qonaqpərvərliyinin, qardaş istiqanlılığının şahidi olduq…
Nəhayət, bütün bunlar sona çatdı və Kiçik Asiyanın Qərbindən Şərqinə yol başladıq – bir
zamanlar bu yolu səlcuqlar Şərqdən Qərbə bir neçə əsrə keçmişdilər, biz isə saatlarla ölçülən vaxta
gəldik.
Mən qətiyyən o fikirdə deyiləm ki, türk dili qurultayı hər şeyi həll etdi, türkləri bütünlüklə
birləşdirdi – belə deyil. Ancaq bu sahədə mühüm və zəruri, gözlənilən, ehtiyacdan irəli gələn bir
addım atıldı.
…Naxçıvana qayıdanda naxçıvanlıların bədnam qonşu ilə atışdığını gördük. Həmyerlilərimiz
vətənlərini igidliklə müdafiə edir, düşmənə öz mənfur tarixi planlarını həyata keçirməyə imkan
vermirdilər. Lakin Naxçıvandan Bakıya gedən yollar bağlanmışdı. Ona görə də bir neçə gün orada
qalmalı olduq. Ali Məclisin sədri Heydər Əliyev yenə də işə qarışdı və çox keçmədi ki, Naxçıvan-
Bakı təyyarə marşrutu yenidən açıldı. Bu dəfə o, İran ərazisindən keçirdi. Həmin marşrutla uçan ilk
təyyarə bizi Bakıya çatdırdı.
Və mən hiss etdim ki, biz Bakıdan Ankaraya hansı inamla getmişdiksə, Ankaradan da Bakıya
həmin inamla qayıtdıq – bu, türk xalqlarının birliyinə və gələcək xoşbəxtliyinə inam idi! Bu, vaxtilə
təkcə adı dünyanı lərzəyə salan türkə inam idi – özümüzün özümüzə inamımız idi!…
Summary
İn this article it is spoken about the congress of the Turkic languages. İn the same time the
importance of the congress is explained widely. Also it has been received an interesting result and
it has been given a wide scientific explanation of the congress.
Key words: Turkic languages, congress,culture, Haydar Aliyev,Orkhan Shaiq Kokyay,
president Suleyman Demrel.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
164
Nadir Məmmədli, fil.ü.e.d., prof.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
I BAKI TÜRKOLJİ QURULTAYIN MƏRUZƏLƏRİNDƏ VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ ƏRƏB
VƏ FARS MƏNŞƏLİ TERMİNLƏRƏ MÜNASİBƏT
XX əsrin əvvəllərindən başlayaraq ərəb və fars mənşəli terminlərin işlənməsində aşağıdakı
səciyyəvi əlamətlər müşahidə edilir:
1. Məhdud dairədə işlək olub, kəmiyyətcə üstünlük təşkil etməyən terminlər: nəfsi-əmmarə,
kümeyti-bənan, məxarici-kəsirə, rüsumi-siyasət, məvaddi-nəbatiyyə, maddeyi-əsliyyə, məfumi-
iləh, ismi-cins, ismi-əsas, müzaf, müzafün-iləyh, cümleyi-mötərizə, mübhəm zəmirlər, zəmir,
mizanül-hərarə(t), müvəllidül-hümuz, məzrubfih, bəhr, cəzirə, bəhri-mühiti-kəbir və s. T.Hacıyevin
fikrincə, ictimai-publisist anlayışın perifrastik ifadəsində izafət formasına daha çox yer verilir. Dostları ilə paylaş: |