Görünür, bu cəhət onunla bağlıdır ki, izafət azərbaycanlı tərəfdən analitik şəkildə qavranılmır, söz
birləşməsi kimi yox, ümumən leksik vahid hüququnda alınır. Doğrudan, bu izafətlər müəyyən
ictimai-siyasi məzmunu, təşkilat və ya vəzifə adını və s. bildirməklə təsəvvürdə vahid anlayış
yaradır: füqərayi-kasibə, əvfi-ümumi, nöqteyi-nəzər (7,237). Xüsusilə dil-ifadə çətinliyi yaradan bu
tərkib terminlər, yad sintaktik vahidlərin dilimizdə işlənmə və istifadə imkanları məhdudlaşmış,
tədricən lüğət tərkibini tərk etmişlər. Öz işləkliyini qoruyub saxlamış izafət birləşməli terminlər isə
müasir dilimizdə müvafiq qarşılıq-əvəzetmələr, ümumxalq səciyyəsi daşıyan internasional sözlərlə
sinonimləşmiş, bəziləri leksikləşmiş, mürəkkəb sözlər yaradan leksik morfemlərə çevrilmişlər.
Bəzilərində semantik birləşmə baş vermiş, ikiüzvlü söz birləşməsinin mənası bir sözdə
cəmləşmişdir; bəziləri Azərbaycan dilinin qrammatik təbiətinə uyğunlaşaraq təyini söz birləşməsinə
çevrilmiş, tərkibləri ərəb yaxud fars mənşəli olsa da, sıraları dəyişmişdir. Məsələn, əfali-mürəkkəb –
mürəkkəb feil, heyəti-təhrir – redaksiya heyəti, ülumi-ictimaiyyə – ictimai elmlər və s.
Ərəb və fars mənşəli terminlərin böyük bir qismi ümumişlək xarakter daşısa da, bir qismi
Azərbaycan dilinin leksik-semantik və qrammatik təbiəti ilə uyğunluq təşkil etməmişdir. Ona
görə də bu qəbildən olan sözlər ədəbi dilimizin sonrakı mərhələlərinə gəlib çatmamışdır (4,168).
Əlbəttə, bunlardan bir qisminin köhnə anlayışlar bildirməsini də nəzərə alırıq.
2. Azərbaycancalaşmış, ədəbi dilimizin lüğət tərkibinə keçmiş və sabitləşmiş terminlər:
sərmayə, qərardad, divan, dava, tayfa, xalq, millət, asayiş, imtahan, sual, toxum, rütubət, təyin, sənəd,
fərman, ləqəb, ticarət, təbabət, iqlim, mədaxil, məxaric və s. Belə ərəb və fars terminləri dilimizin
milliləşməsi prosesi üçün xarakterikdir (5,193).
Ərəb və fars mənşəli leksik alınmalar təkcə ərəb və fars ədəbi dillərindən deyil, şifahi şəkildə də
keçmişdir. Ona görə də ərəb və fars mənşəli terminlərin alınmasının iki yolunu da qeyd etməliyik:
1.İqtisadi, mənəvi, mədəni əlaqələr və ərazi yaxınlığı ilə əlaqədar danışıq dilindən şifahi
alınmalar (1,8).
2.Dinin təsiri ilə ədəbi dillərdən yazılı alınmalar.
Azərbaycan ədəbi dilində milli terminlərin yaranması XIX əsrin II yarısına təsadüf edir. O
vaxta qədərki elmi terminlər, əsasən ərəb mənşəli olmuş, tərcümə əsərlərində ərəb dilində olduğu
kimi saxlanmışdır (3,141).
Ötən əsrin əvvəllərində, xüsusilə terminologiya sahəsi ideoloji-mübarizə cəbhəsinə çevrilmişdi.
Terminoji sistemdə ərəb və fars mənşəli sözlərə ikili münasibət yaranmışdı. Bəziləri qəliz, dilimizin
qrammatik qayda-qanunlarına cavab verə bilməyən, bəziləri isə bütün, hətta vətəndaşlıq hüququ
qazanmış, mənimsənilmiş ərəb, fars mənşəli söz və terminləri dildən çıxarmağı təklif etmişlər.
Məsələn, F.Ağazadə «Türkcəni zənginləşdirmək yolları» adlı məqaləsində ərəb və fars kəlmələrinin
əleyhinə olduğunu və onların «türkləşdirmə üsullarını» açıqca bildirir, bu üsullar faydasız olduqda
başqa tədbirlər təklif edirdi: «Əvvəla, türkləşə bilməyən kəlmələrin əski türkcəsi varsa, həmin əski
kəlmələri bulub canlandırmalı; ikincisi, hərgah türkləşə bilməyən kəlmələrin əski türkcəsi yoxdursa,
başqa türk şivələrindən qarşılıqlarını almalı» (2,6-7).
Beləliklə, termin yaradıcılığında ziddiyyətli – dilin lüğət tərkibinin zənginləşməsi,
təkmilləşməsinə təsir göstərən purizm cərəyanı əmələ gəlmişdir. Puristlər ərəb və fars terminlərinə
birtərəfli münasibət göstərmişlər. Onlar Azərbaycan terminologiyasında nöqsanları aradan
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
165
qaldırmağın əsas yolunu bütün ərəb və fars sözlərini «qovub», yerinə hər necə olursa-olsun
«azərbaycanca sözlər» qoyulmasına yaxud sözlərin sonunu Azərbaycan dili şəklinə salınmasına
cəhd edirdilər (8,70). Həmin nümunələri 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi
yanında təşkil edilmiş İstilah Komissiyasının hazırladığı lüğətlərdə görmək olar. «Maarif və
mədəniyyət» jurnalının 1923-cü il 3-cü sayında Ə.Cövdət ərəb və fars mənşəli terminləri dilimizdən
tamamilə təmizləmək şüarı ilə çıxış edən İstilah Komissiyasının hazırladığı terminoloji lüğətlərə
tənqidi münasibətini bildirən məqalə ilə çıxış edir. Həmin lüğətlərdən bəzi nümunələr gətirək:
градус– dərəcə – bölki
землятресение – zəlzələ – titrənmə
карта – xəritə – taslaq
круг – dairə – girdola
материк – qitə – parçaquru
масштаб – miqyas – özölçüm
население – əhali – yaşaq
промыщленность – sənaye – törədiş
порт – liman – qapı
артерия – şəryan – qızıl damar
вена – vərid – kök damar
вьюшиеся – sətləq – sarmaşanlar
дыхание – tənəffüs – hək alma
природа – təbiət – varış
количество – kəmiyyət – nancalıq
решение – həll – çürüş
сумма – məcmu – tupal
уравнение – moadelə – tartış
геометрия – həndəsə – biçimbil
конус – məxrut – incik
мера – mizan – ölçək
ограничение – məhdudiyyət – çitli
пирамида – ehram – inciktay
количество – kəmiyyət – buyur köçür
Termin yaradıcılığında purizmin zərərli hadisə olduğunu göstərən B.Çobanzadə «Trükcə sərf və
nəhv istilahları» adlı məqaləsində «Əcəba, Azəri türk sərf və nəhvində hanki tədbirləri işlətməli?»
sualına 3 «dürlü cavab» verir: « 1.Avropa istilahlarını almalı; 2.Türkcədən istilahlar yapmalı; 3.
Əski ərəb istilahlarını mümkün olduğu qədər sadələşdirərək indilik braqmalı » (6,54).
Əlbəttə, terminologiyamızın çətin anlaşılan ərəb və fars sözlərindən təmizlənməsində, ədəbi
dilin xalq danışıq dilinə yaxınlaşmasında puristlərin xidmətini inkar etmək olmaz. Hətta yaratdıqları
terminlərin bir çoxu indi də dilimizdə işlənməkdədir: fırlanma, yığılma, durum, sıxac, tıxac, biçim,
itki, bildiriş, görkəm, uduş və s.
I Bakı Türkoloji Qurultayda Odabaş öz çıxışında purizmin müsbət meyillərinə toxunur. Onun
fikrincə, purizm ərəb və fars dili qanunlarının Azərbaycan dilinə təsirini zəiflətdi, eləcə də bu
dillərdən söz axınının qarşısını aldı (9,190). Yeri gəlmişkən, qeyd edək ki, Odabaş qurultaydakı
əksər məruzəçilərdən fərqli olaraq ərəb və fars sözlərinə o qədər də mühafizəkar yanaşmır.
Məsələn, türk xalqları üçün elmi terminologiya yaradılarkən ılkin prinsiplər kimi təklifi belə olur:
«Sosial-tarixi səbəblər üzündən türk dillərinə ərəb və fars dillərindən daxil olan elmi terminləri
araşdırdıqdan, onlara eyni yazılış formaları verdikdən və bütün türk xalqları üçün eyni məna
verdikdən sonra saxlamalı. Bəzi ayrı-ayrı türk tayfalarının bu ləhcələrdə müəyyən mənada
vətəndaşlıq hüququ almış və bir növ, beynəlmiləl sayılan bir sıra ərəb və fars terminlərini yerli
sözlərlə əvəz etmək meylini məqsədəuyğun saymamaq; ..yeni terminologiya yaradılarkən, ərəb
dilinin bəzi şəkilçiləri elə həmin dildən alınan sözlərdə tətbiq edilə bilər.. » (9,190) Həmin
qurultayda «Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri» mövzusunda çıxış edən
Zifeld-Simumyagi, ümumiyyətlə, ərəb və fars alınmalarının əleyhinə olduğunu gizlətmir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
166
Məruzəçiyə görə, türk dillərində yalnız dini anlayışları bildirən ərəb və fars sözləri işlənməlidir :
“Mən bu sözlərin (ərəb və fars sözləri nəzərdə tutulur – N.M.) əleyhinəyəm. Hesab edirəm ki,
bunlar dini mirasdan başqa bir şey deyil, odur ki, türk dilində yalnız dini anlayışları ifadə edən
terminlərin saxlanmasını mümkün sayıram. Elə məhz kilsələri bağlamadığımız, adamlara etiqad
etməyi qadağan etmədiyimiz üçün ərəb dilindən alınmış “Allah”, “şeytan”, “molla”, “axund”,
“namaz”, “hacı”, fars dilindən alınmış “dərviş”, “abdəst”, “aftaba” kimi sözləri dini anlayışlar
üçün saxlamaq olar.» (9,178) Nəticədə alınma terminlərə münasibəti belədir : “..ümumi bir qayda
əsasında – əcnəbi dillərdən terminləri yalnız ən zəruri hallarda, dilin özünün bütün imkanları
istifadə edildikdə götürmək lazımdır.” (9)
Zifeld-Simumyagi ərəb və fars mənşəli alınma terminlərin «canlı xalq sərvətləri» ilə əvəz
edilməsi yollarından danışır, maraqlı fikirlər irəli sürür: «Canlı xalq şivələrinin yerlərdə ən yaxşı söz
materiallarının toplayıcıları qismində kənd müəllimlərinin iştirakı ilə dilçi alimlər tərəfindən tərtib
edilən izahlı lüğətlər xalq kütlələrinə yaxın olan ədəbi dilin yaradılmasında böyük kömək göstərə
bilər… Anatomiya və tibb üçün terminləri hazır şəkildə, xeyli dərəcədə, qəssablar, baytar və
türkəçarələrdə, aqronomiya və botanika üçün terminləri əkinçi və bağbanlarda, zoologiyaya aid
terminləri isə ovçular və balıqçılarda tapmaq olar və i.a. (9,177) Müəllif fikrini davam edərək bildirir
ki, ərəbşünasların gülüş hədəfinə çevirdikləri yer-bil tipli terminləri rədd etmək yox, onları yer-bilik
(coğrafiya), yulduz-bilik (astronomiya), su-bilik (hidrologiya), daş-bilik (petroqrafiya) və s. şəklində
təshih etmək lazımdır. (9) Lakin Simumyagi etiraf edir ki, xalq dilinin bütün dialekt sərvətlərindən
istifadə etdikdən sonra da onda boşluqlar qalacaq, bunları yalnız başqa dillərdən alınmalar doldura
bilər. Bu zaman o, aşağıdakı qaydalara riayət etməyi vacib bilir:
alınan söz iqtibas edən dilə xas olan müəyyən səslər sərhəddini aşmamalıdır (məsələn, onda ü
affrikatı olmamalıdır);
alınan sözdə yalnız iqtibas edən dilə xas olan müəyyən səs uyuşmaları və sıraları ola bilər
(məsələn, söz samit diftonqu ilə başlamamalıdır);
alınma söz ahəng qanununa uyğun gəlməlidir;
danışanın qüvvələrinin psixo-fiziki qənaəti baxımından, dilin ümumi üslubunu ciddi şəkildə
saxlamaq zəruridir. (9,177)
Qurultayda B.Çobanzadə «Elmi terminologiya sistemi haqqında» adlı məruzəsində ərəb və fars
sözlərinin türk dilinə xas olan aqqlütinasiya və sinharmonizmi pozmasını bildirir, lakin bu dillərlə
bağlı başqa bir əsası olduğunu qeyd edir: «..Əlişir Nəvainin, XV – XVI əsrin istənilən osmanlı
klassikinin, Baki, Nəbi, Nadəmin dilini götürsək, onların dilləri oxşardır və bizim üçün anlaşıqlıdır
ki, bunun da səbəbi, qismən, terminologiyalarındakı ərəb və fars sözləridir.» (9,180) Hənəfi
Zeynallı türk dilləri üzrə elmi terminologiyanın əsasında “xalqın özünün yaradıcılığı durmalıdır”
fikrini irəli sürsə də, “ərəb və fars mənşəli terminlərin də dilimizdə mövcud olmaq hüququnu
hələlik qüvvədə saxlamağ”ı vacib bilir. Belə qənaətə gəlir ki, “..ərəb və fars terminlərindən yalnız
kütlə üçün anlaşıqlı olanlarını saxlamalı.» (9,184)
Terminologiya sistemlərində ərəb, fars sözlərinin sayı Azərbaycan dilinin keçdiyi mürəkkəb tarixi
proseslə üzvi əlaqədə daim dəyişkən olmuşdur. Azərbaycan milli dilin təşəkkül mərhələsinədək elmi
üslubun əsas terminoloji mənbəyi olmasını, ictimai gərəkliyini nəzərə alaraq I Bakı Türkoloji
Qurultay dilimizin normalarına tabe olan, mənimsənilən ərəb və fars sözlərinin seçmə yolu ilə
götürülməsini düzgün hesab etmişdir. Nəticə bu gün də özünü doğruldur. Əsrin əvvəllərindən
başlayaraq Azərbaycan dilinin ictimai və kommunikativ funksiyası dəyişmiş, genişlənmiş, ictimai
həyatda baş verən irəliləyiş, elmin, mədəniyyətin inkişafı dilin lüğət tərkibinə və sözlərin mənasına
da öz təsirini göstərmişdir. Cəmiyyətin yeni quruluşda, mühitdə formalaşması ilə bağlı olaraq
sözalma obyekti də dəyişmiş, ictimai-siyasi proseslər fonunda yeni anlayışlar və bu anlayışları
ehtiva edən söz və terminlər yaranmış, bir sıra leksik vahidlər arxaikləşmiş, dildən çıxmış yaxud
yenisi ilə əvəz olunmuşdur. XX əsrin ilk onilliklərindən etibarən ərəb və fars dilləri yeganə
terminoloji mənbə rolu funksiyasını tamamilə itirmiş, kəmiyyət və keyfiyyətcə yeni məfhum və
anlayışları ifadə etmək üçün yerini rus və Avropa dilləri terminlərinə vermişdir. Rus və müasir
Qərbi Avropa dilləri terminlərinin güclü təsirinə baxmayaraq, ərəb və fars mənşəli terminlər
Azərbaycan dili terminologiya sistemlərində mövqeyini saxlamaqda, bünövrə rolu oynamaqdadır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
167
Hal-hazırda ərəb və fars dillərindən terminlərin alınmamasına baxmayaraq, dilimizdə ümumişləklik
qazanmış bu sözlərin terminləşməsi prosesi bu gün də davam etməkdədir.
ƏDƏBİYYAT
1. Аль-Аббаси Х.Н. Лексико-грамматические изменение арабских заимствований в
современном азербайджанском литературном языке. Автореф. дисс. канд. филол. наук,
Баку, 1983, с.8.
2. Ağazaдя F. Mяktяb kitablarы vя istilahlar. «Maarif iшчisi» jurn., 1926, N8, с.6-7.
3. Azяrbaycan яdяbi dili tarixi (Sovet dюvrц). III c., Bakы, “Elm”, s.41.
4. Budaqova Z., Hacıyev T. Azərbaycan dili. Bakı, “Elm”, 1992, s. 168.
5. Cahangirov M. Milli tяшяkkцl mяrhяlяsindя Azяrbaycan яdяbi dilinin aparıcı üslubları.
II h., Bakı, “Elm”, 1989, s.192-193.
6. Чobanzadя B. Tцrkcя sяrf vя nяhv istilahlarы. “Maarif iшчisi” jurn., Bakы, 1927,
№ 5, с.54.
7. Hacıyev T. Azяrbaycan яdяbi dili tarixi. II hissя. Bakı, “Maarif” , 1987, s.237.
8. Qasыmov M.Я. Azяrbaycan dili terminologiyasыnыn яsaslarы. Bakы, “Elm”,1973, s.70.
9.1926-cı il I Bakı Türkoloji Qurultayı (stenoqram materialları, biblioqrafiya, foto-
sяnяdlяr). Bakı, 2006.
Nadir Memmedli,
Doctor of Philology, professor
In the lectures of i baku turkish congress and the attitude to the terms of arab and persian origin at
the beginning of xx century
Summary
The number of the words from Arab and Persian origion has always been changeable due to the
complex historical process that the Azerbaijani language spent.
Being the main terminological source of the scientific style of Azerbaijan in the development stage of a
national language, I Baku Turkish Congress considering the social necessity which obeys to the rules of our
language, has considred to be right the words from Arab and Persian origin by choosing in the selected
way.
Key words: the terms of the Arab and Persian origin, purism, religious concepts, borrowed word,
dialects and accents, social and historical reasons
Rüfət Rüstəmov, fil.ü.e.d., prof.
Bakı Dövlət Universiteti, kafedra müdiri
ORTAQ TÜRK DİLİNƏ GEDƏN YOL
Genealoji və tipoloji cəhətdən bir-birinə çox yaxın olan dillər qrupundan olan türk dilləri
dünyanın ən inkişaf etmiş və zəngin dillərindəndir. Onları bir qrupda birləşdirən əsas əlamət lüğət
fondlarının ümumi olmasıdır. Elə bu ümumiliyə görədir ki, dünyanın müxtəlif yerlərinə yayılmış
türk xalqları bir-birini bu və ya digər dərəcədə başa düşürlər. Əlbəttə, indi mövcud olan türk dilləri
çox zəngin, mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçib. Türk dillərinin quruluşunun
sabitliyindən çıxış edərək müasir türk dillərinin materiallarını ümumiləşdirərək fikir söyləmək elmi
cəhətdən özünü doğrultmuş olar. Türk dillərinin quruluşu türk dillərinin fonetik, leksik, morfoloji
və sintaktik quruluşlarını əhatə edir.
Təbii ki, müasir türk dillərində özünü göstərən qanunauyğunluqların hamısı tarixi səciyyə
daşıyır. Bu məqalənin “Ortaq Türk dilinə gedən yol” adlandırılması heç də təsadüfi deyildir. Bu
türk dünyasını maraqlandıran çox vacib məsələlərdən biridir.
Hörmətli toplantı iştirakçıları! İstəyirəm, hörmətli prezidentimiz zati-aliləri İlham Əliyevin
birliyimiz (Ortaq Türk dili) haqda söylədiyi fikri diqqətinizə çatdırım. O, belə demişdir: “Türk
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
168
dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün
bütün imkan vardır. Əslində tarix bizə bir şans verib. Daşkənddə, Ankarada, Astanada, Aşqabadda,
Bakıda, Ufada, Kazanda, Naxçıvanda, Çimkənddə, İstanbulda keçirilən beynəlxalq-uluslararası
mədəni tədbirlərdə, iş adamlarının bir araya gəlməsində, türk dövlət başçılarının sammitlərində,
hamının anlayacağı bir türk dili işlənsə, gözəl olar, ürəkaçan bir atmosfer yaranar.
Hörmətli prezidentimizin bu müdrik kəlamları alimlərimizin bu istiqamətdə çalışmalarına
qol-qanad verir, düzgün yol göstərir. Burada əsas məqsəd Türk birliyi deyərkən, türkdilli xalqların
bir-birinin dilinə hörmətlə yanaşmaları və ortaq terminlər yaratmalarıdır ki, milli xüsusiyyətlərimizi,
dünya türkləri arasında paylaşa bilmək üçün Ortaq Türk dilinin olması vacibdir. Mahmud Kaşğari
deyərdi ki, “Türkün ürəyinə girmək üçün onunla onun dilində danışmaqdan başqa yol yoxdur.”
Məlumdur ki, dil canlı bir varlıqdır və bu ortaq dil yaratma müddətinin də canlı şəkildə olması
lazımdır. Bu baxımdan da Ortaq Türk dilinin yaradılması müddətini təbii qarşılamaq lazımdır.
Azərbaycan xalqının böyük oğlu ulu öndərimiz Heydər Əliyevin türkdilli xalqlar üçün
dediyi kəlamları nəzərinizə çatdırırıq: Müasir türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu
gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı addımları türk dünyasının
xoşbəxt sabahından xəbər verir.
Ulu öndərimizin işlətdiyi çox qiymətli kəlamlardan, belə qənaətə gəlmək olur ki,
qloballaşma dövründə siyasi, iqtisadi, mədəni əlaqələri türkdilli xalqlarla bərabər inkişaf etdirmək
üçün ortaq dilə ehtiyac var.
IX əsrin 80-ci illərində Krım-tatar ideoloqu İsmayıl bəy Qaspıralı Türk birliyi üçün “işdə,
fikirdə, dildə bir” ideyasını irəli sürdü. XX əsrin əvvəllərində Azərbaycanda Əli bəy Hüseynzadə,
Türkiyədə Ziya Göyalp bu ideyanı yaşatdılar və inkişaf etdirdilər.
Qeyd etmək istərdik ki, bu məsələnin 1926-cı il Bakı Türkoloji qurultayında gündəliyə
düşməsinə baxmayaraq, istənilən nəticənin əldə olunmasına repressiya mane oldu. Sovet İttifaqı
dağıldıqdan sonra müstəqil türk dövlətlərinin yaranması ilə Türkiyədə Uluslararası Türk dili
qurultaylarında bu mövzu yenidən qaldırıldı.
Bu məsələnin müsbət nəticə verməsi üçün təşkil olunan və olunacaq qurultaylara türkdilli
mütəxəssislərin dəvət olunması məqsədə uyğun olardı.
Məlumdur ki, bəzi problemlərin həllində insan dilinə güc verir, danışıqlar aparır, söz
xəzinəsindən bəhrələnməklə ünsiyyət fəaliyyətinə qatılır, hadisələri cilovlayıb öz istəyinə tərəf
yönləndirməyə çalışır.
İnsan fəaliyyətinin bütün sferalarını özündə əks etdirən danışıqdır. İstər beynəlxalq, istərsə
də bəzi peşə sahələrində aparılan danışıqlar dillə bağlıdır.
Dövlətlərarası münasibətlərin qurulmasında və inkişaf etdirilməsində də canlı danışıqlar ən
əhəmiyyətli vasitələrdən biri, daha doğrusu ən başlıcasıdır ki, bu proses dilin imkanları ilə
formalaşır.
Biz də düşünürük ki, türkdilli dövlətlərlə danışıqların aparılmasında Ortaq türk dilinə ehtiyac
vardır. Ortaq türk dili dedikdə yeni bir dilin yaranmasını düşünmək doğru olmazdı. Bu ünsiyyət dilini
elmi cəhətdən əsaslandırmaq üçün kökləri çox-çox qədimlərə gedən türk dillərinin tarixi
qanunauyğunluqlarını və onların əsas inkişaf xəttinin müəyyənləşdirilməsi üçün orijinal yazılı abidələrin
dil xüsusiyyətlərinin monoqrafik və sistemli şəkildə öyrənilməsinin əhəmiyyəti olduqca böyükdür.
Ümumtürk yazılı abidələrinin fonetik, leksik və qrammatik xüsusiyyətlərinin öyrənilməsi
diaxronik tədqiqatlarda hələ də öz həllini gözləyir. Bu problemin həlli qarşıda duran ortaq türk
dilinin yaradılması istiqamətində önəmli rol oynayacaq.
Məlumdur ki, türk dillərinin inkişafında və müasir mərhələyə çatmasında onlara mane olan
yad elementlərin mövcud olmasına baxmayaraq, onların qarşısı vaxtında alınmalıdır.
Fəxrlə qeyd etmək olar ki, çox illər keçdikdən sonra müstəqillik qazanmış türkdilli dövlətlər
gün-gündən güclənməkdədir. Onlar öz müqəddəratlarını özləri həll edirlər.
Tarix göstərir ki, türk xalqlarının öz aralarında anlaşmaları heç vaxt problem yaratmamışdır.
Bu anlaşma türkdilli ölkələrin Rusiya tərəfindən işğalına qədər rahat, maneəsiz davam etmişdir.
Tam əminliklə deyə bilərik ki, yuxarıda qeyd olunan çətinliklər bir daha təkrar
olunmayacaqdır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
169
Ortaq türk dilinin yaradılması istiqamətində çalışan mütəxəssislər qarşıya çıxan hər bir
çətinliyə hörmətlə yanaşmalı, onlara öz münasibətlərini bildirməlidirlər.
Türkiyənin Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalın qeyd edir ki, hazırda
ortaq türk dilində bütün sahələr üzrə 1300 ortaq termin yaradılıb. Daha sonra alim qeyd edir ki, 150
il ərzində dilimizə fransız, rus və alman dillərindən daxil olan alınma sözlər ortaq türk dilinin
inkişafına mane olur. Yadda saxlamaq lazımdır ki. Dünya dövlətləri bir-biri ilə iqtisadi, siyasi,
mədəni, elmi və s. əlaqələrini gün-gündən inkişaf etdirirlər. Bunların içərisində türkdilli dövlətlər də
xüsusi yer tutur. Belə əlaqələrin inkişafında alınma sözlər həmişə olub, indi də olacaqdır. Biz
düşünürük ki, mütəxəssislər bu sahədə hələ öz tutarlı fikirlərini irəli sürməyiblər.
Qeyd etmək istərdik ki, türk dilli dövlətlərin hamısında terminologiya komitələri fəaliyyət
göstərir. Bu gün adı çəkilən komitələr bir-biri ilə öz aralarında birgə termin məsələsinin həlli
yolunda fikir mübadiləsi etsələr, çox çətinliklərə imza atmış olarlar.
Məlumdur ki, Türk dünyasında Oğuzlar saylarına görə çoxluq təşkil edirlər. Bəzi
mütəxəssislər Ortaq Türk dilinin Oğuz ləhcələrindən birinin olmasını təklif edirlər.
Səbuhi ismində (Turançı) biri yazır ki, Oğuz ləhcələri arasında da istər dünya xalqları,
istərsə də türk xalqları tərəfindən ən çox bilinən və mənimsənilən dil isə Türkiyə türkcəsidir. Ortaq
Türkcə Anadolu türkcəsi olmalıdır. Yəni Ortaq Türkcə Anadolu ləhcəsinin üzərində inkişaf Dostları ilə paylaş: |