etdirilməlidir. Türkiyə türkcəsində yad dillərdən alınma sözlər çıxarılmalı, həmin sözlərin dildən
çıxması ilə yaranan boşluq isə digər Türk ləhcələrindən olan sözlə doldurulmalıdır.
Bizə elə gəlir ki, bu kimi təkliflər mütəxəssislər tərəfindən əsaslandırılmış şəkildə müzakirə
olunub öz düzgün həllini tapacaqdır.
ƏDƏBİYYAT
1.
Hacıyev T. Türklər üçün ortaq ünsiyyət dili, Bakı, 2013, s.4.
2.
Rufat Rustamov
The way to the common Turkish language
Summary
In the article is investigated the process of forming of common Turkish language. It is noted
that Turkish language is one of the most development and richest language in the wgild and these
languages are and very close to one another in genealogical and tepological point of views. Their
common point is common vocabulary so, creation common Turkish language is the wast important
problem.
Key words: Turkish language, development, problem, topologic, tendency, common
language, general meaning.
Sayalı Sadıqova, fil.ü.e.d., prof.
AMEA Nəsimi adına Dilçilik İnstitutu
sayalisadiqova@yahoo.com
TÜRK DİLLƏRİNDƏ ORTAQ TERMİNOLOGİYA VƏ
ORTAQ ÜNSİYYƏT PROBLEMİ
Qloballaşma şəraitində dilin terminoloji qatında özünü göstərən daimi dəyişikliklər,
yeniləşmə və zənginləşmə prosesi dillərin terminoloji sisteminə təsir göstərir. Terminologiyanın
inkişafı cəmiyyətin inkişafı ilə sıx şəkildə bağlı olduğu üçün cəmiyyətdə baş verən hər bir dəyişiklik
bu və ya digər şəkildə dilin leksik tərkibində öz izlərini qoyur, burada müəyyən şəkildə öz əksini
tapır. Çünki elmi-texniki tərəqqi, ictimai-siyasi dəyişikliklər dildə anlayışlar vasitəsi ilə öz əksini
tapır və dilin terminoloji leksikasını zənginləşdirir. Bütün dünya dillərində olduğu kimi türk
dillərində elm və texnikanın inkişafı, yeni anlayışların meydana çıxması terminlərin sayca artımı
terminologiyanın daha sürətlə artmasına şərait yaradır. Türkdilli ölkələrin müstəqillik əldə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
170
etməsindən və xarici aləmlə birbaşa təmasından sonra dilin lüğət tərkibinə beynəlxalq termin –
sözlərini axını güclənir. Bu tipli terminlərin türk mənşəli milli terminlərlə əvəzlənməsi, yeni
terminlərin dilin daxili imkanları hesabına yaranması, dilin arxaik mövqedə dayanan terminlərin
fəallaşması da diqqəti cəlb etdi. Yeni dövlət sisteminin yaranması, müstəqilliyin əldə edilməsi
milli respublikalar qarşısında yeni imkanlar açdı. İctimai-siyasi həyatda baş verən dəyişikliklər
dilə, dilin lüğət tərkibinə, xüsusilə onun terminologiyasına təsirini göstərir və ortaq terminologiya
probleminin həlli istiqamətində mühüm işlərin görülməsi zərurəti yaradır. Bu baxımdan
tədqiqatlarda “ortaq türk dili”, “ortaq terminologiya” anlayışı ilə bağlı ümumi bir fikir yoxdur.
Bəziləri “ortaq türk dili” dedikdə, türk dilləri əsasında yaradılan yeni bir dilin yaradılmasının
ictimai səbəblərini əsaslandırmağa çalışırlar. Bəxtiyar Kərimov və Şoəhməd Mutalov ortaq türk
dilini yaratmağın riyazi formulunu verdikdən sonra göstərirlər ki, “dil problemlərinin təqdim
edilən həllinin üstünlüyü bundadır ki, 1) etnosların dilləri əsasında yaradıldığından, koyneni (ortaq
türk dilini –S.S) onların yaradıldığı dialektlərin nümayəndələri xüsusi öyrənmə olmadan bu və ya
digər dərəcədə anlayırlar; 2) o, hər hansı bir etnik birliyin dili olmadığı üçün onlardan heç birinə
üstünlük vermir və beləliklə, dil siyasəti üzrə ixtilafın güclənməsinə yardım göstərmir; 3. yerli
dillərdən birinin ümumməhəlli dil kimi seçilməsində özbaşınalığı və bundan irəli gələn etnik
çəkişmələri aradan qaldırır; 4) keçmiş müstəmləkəçilərin dillərinin ümumməhəlli dil kimi tətbiqi
məsələsini və bununla da keçmiş metropolidən mədəniyyət və təhsil sahəsindəki asılılığı aradan
qaldırır” (2,47).
Tədqiqatçıların bir qismi isə ortaq türk dili dedikdə, bütün türk dillərinin vahid, ümumi
prinsiplər əsasında qurulmasını - ortaq əlifba, orfoqrafiya, terminologiya məsələlərini nəzərdə
tuturlar. Göründüyü kimi, ortaq türk dili anlayışı iki mənada işlənir. 1. ortaq türk dili - türk dilləri
arasında ümumünsiyyət vasitəsi olan bir dil kimi 2) ortaq əlifbası, orfoqrafiyası, terminologiyası
olan ortaq türk dili kimi. Lakin bu o demək deyildir ki, bütün türk dillərinin lüğət bazası əsasında
vahid ortaq türk dili yaradılsın. Bu kökündən yanlış fikirdir. Ortaq türk dili dedikdə, türk xalqları
arasında vahid ünsiyyət vasitəsi kimi işlənə bilən dil nəzərdə tutulur. Türk dillərində
terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında
terminlərin yaradılmasıdır. Ona görə də elm və texnikanın müxtəlif sahələrində yeni anlayışların ifadəsi
üçün terminlər yaradılarkən ən əvvəl milli dilin lüğət tərkibinə nəzər salmaq, onun daxili imkanlarından
səmərəli istifadə etmək zəruridir. Çünki terminlərin yaradılması hər bir dilin özünəməxsus müstəqil söz
yaradıcılığı prosesidir. Milliliyi təmin edən milli elmi terminologiya dilin daxili imkanları əsasında ter-
min yaradıcılığı prinsiplərinə uyğun yaradılmalıdır.
Türk dillərinin daxili imkanları əsasında, dilin bilavasitə özünəməxsus söz yaradıcılığı üsulları ilə
müəyyən anlayışın ifadəsi üçün müvafiq termin yaratmaq mümkün olmadıqda başqa dildən həmin
anlayışı ifadə edən termin alınıb işlədilir. Buna görə də terminologiyada başqa dillərdən (rus və Avropa
dillərindən) alınmış terminlər üstünlük təşkil edir. Belə terminlərin işlədilməsinə ehtiyatla yanaşmaq la-
zımdır. Son dövrlərdə elmin, texnikanın, iqtisadiyyatın, ictimai fəaliyyətin, daha geniş mənada ictimai
quruluşla bağlı meydana gələn məfhumların ifadəsi üçün yeni-yeni terminlər alınır və bu zaman dilin
ən fəal və ən mütəhərrik bir qolunu təşkil edən terminoloji leksika daim zənginləşir. Xüsusən türk
dillərinin funksional inkişafında baş verən belə dəyişikliklər birbaşa onun terminologiyasına təsir edir.
Bu baxımdan ortaq terminologiya məsələsi öz həllini gözləyən problemlərdəndir. Çünki türk
xalqlarının bir-birinə yaxınlaşması, bir-birini asan başa düşməsi üçün türk dillərində termin
yaradıcılığının yeni istiqamətləri müəyyənləşdirilməlidir.
Türk dillərində ortaq terminologiyanın yaradılması üçün birinci növbədə ortaq abidələrin lüğət
tərkibini əhatə edən lüğətlər tərtib edilməlidir. Qədim türk yazılı abidələrinin bütün türk xalqlarına
aid olduğunu, onların hələlik elmə məlum olan ilk yazılı kitabələri hesab edildiyini, qədim türk
dillərinin əsasında durduğunu, çağdaş türk xalqlarının ictimai-siyasi həyatını əks etdirən leksik
tərkibə malik olmasını nəzərə aldıqda çağdaş türk dillərinin leksik qatını bu abidələrdən kənarda
təsəvvür etmək mümkün deyil. Abidələrin dilinin təhlili türk dillərinin leksik qatının
formalaşmasının qədimliyini, hətta Orxon-Yenisey abidələrinin yarandığı dövrdən də əvvəl
mövcud olduğunu bir daha təsdiqləyir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
171
Burada adlandırma, normativlik ifadəsi və onun xüsusiyyətləri o qədər incə leksik-
semantik fərqlərlə bildirilir ki, bu abidələrin tam sabitləşmiş, formalaşmış, fonetik-qrammatik və
üslubi normalara malik olan bir dildə qələmə alındığına heç bir şübhə yaranmır. Ona görə də türk
dillərinin leksik tərkibinin formalaşmasında bu abidələr xüsusi rol oynayır. Ümumtürk yazılı
abidələrin təhlili göstərir ki, bu abidələrin yarandığı ilk dövrlərdən başlayaraq türk dilləri öz inkişa-
fının yüksək səviyyəsi ilə fərqlənmiş, zənginliyi ilə seçilmiş və bu xüsusiyyətlərinə görə də qonşu
xalqların bir çoxunun dilinə bu və ya digər dərəcədə təsir göstərmişdir. Bu təsirin reallaşması
müxtəlif dildaxili proseslər və dilxarici-ekstralinqvistik faktorlarla bağlı olmuşdur. Belə ki, inkişaf
etmiş dillərin qonşu dillərə və ictimai-siyasi, iqtisadi, mədəni əlaqələrlə bağlı olduğu xalqların
dillərinə təsiri təbii proses kimi qəbul edilir. Təbii ki, leksik-qrammatik cəhətdən inkişaf etmiş türk
dillərinin areal baxımdan qonşu olan dillərə təsiri izsiz qalmamış, onun özü də əks təsirə məruz
qalmışdır. Buna görə də hələ qədim dövrlərdən türk dilləri ilə qonşu olan dillərin qarşılıqlı təsiri
müşahidə olunmuş, onun izlərinə müxtəlif dillərdə yazıya alınmış abidələrdə təsadüf edilmişdir.
KDQ dastanlarının dili ilə ortaq türk abidələrinin dili arasındakı ən böyük dil fərqlərinin üzə
çıxması isə KDQ dastanlarının artıq nisbətən diferensiasiya olmuş, nisbətən ayrılmış oğuz qrupu
dilləri elementlərinin üstünlük kəsb etməsidir. Dastanların dilində sırf oğuz mənşəli, o cümlədən
Azərbaycan dil xüsusiyyətlərini daha çox özündə əks etdirən, müasir dövrdə də çoxlu sayda hərbi
məzmunlu leksik vahidlərə rast gəlmək olur. Belə sözlər işləndiyi dövrdən uzun əsrlər keçməsinə
baxmayaraq səslənməsinə, semantikasına və quruluşuna görə müasir dilimizlə uyğunluq təşkil
edir. Məsələn, alay, gözçü (müşahidəçi), yaraq, yağı, sancaq (bayraq mənasında), çavuş (gözətçi),
ağın (yürüş, hücum), aqınçı (döyüşçü, hücuma keçən əsgər), oxçu, çəribaşı (qoşun başçısı) və s.
Lakin abidələrin dilində öz dövrünün inkişaf səviyyəsinə uyğun olan bir çox döyüş, savaş
anlayışlarını bildirən sözlər də vardır ki, onlar müasir dilimiz üçün qanunauyğun və məntiqi olaraq
arxaikləşmiş terminlərdir. Çünki həmin terminlərin ifadə etdiyi anlayışların- denotatların özləri
arxaikləşmiş, həmin döyüş alət və vasitələri cəmiyyətin inkişafı nəticəsində istifadədən qalmış,
sıradan çıxmışdır. Ona görə də ortaq terminologiyanın yaradılması zamanı abidələrdə işlənən,
müasir dövrlə səsləşən ortaq sözlərdən istifadə edilməlidir.
Məlumdur ki, dilimizin lüğət tərkibi tarix boyu müəyyən dəyişikliklərə məruz qalmış,
amma öz nüvəsini qoruyub saxlaya bilmişdir. Ümumtürk kontekstində götürülmüş Azərbaycan
dilinin sahə terminləri də türk dünyasında ayrı-ayrı baxışlar sisteminin hakimiyyət uğrunda
mübarizənin ilkin və mükəmməl formalarının yaranmasına və inkişafına söykənir. Türkdilli
ölkələrdə gedən ictimai-siyasi proseslər dilin lüğət tərkibinə yeni terminlər daxil olmasına və bu
terminlərin geniş işləklik qazanmasına şərait yaratmışdır. Türk dünyasının tarixi inkişafı qonşu
xalqları da bu inkişafa biganə qoymamışdır. Qonşu xalqlar türklərdən dövlət, idarəetmə, milli
maraqlar üstündə qurulmuş xarici əlaqələr və digər sahələrdən az şey mənimsəməmişlər. Bu
gerçəklik mənimsənildiyi kimi həmin anlayışların ifadəsi olan terminlər də digər xalqların dilinə,
o cümlədən də ərəb, fars, rus və Avropa dillərinə də keçmiş, müəyyən fonetik fərqlər bu gün də
işlənməkdədir. Bu terminlərin semantikasında baş verən dəyişiklikləri, reterminləşməni -
terminin yenidən mənbə dilə qayıtmasını izlədikdən sonra belə bir qənaət yaranır ki, türk dillərinin
yayıldığı arealda ilkin semantikasını bütün türk dillərində qorumuşdur. Türk dillərində yeni
yaranan anlayışların ifadə edilməsi üçün sözdüzəltmə vasitələrinin bütün arsenallarının
terminologiyada istifadə olunması ilə yanaşı, bu sahədə özünəməxsus termin yaradıcılığı üsulları
da vardır. Bu üsulların müəyyən qismini bir sıra əlamətlər əsasında təyin etmək olduğu halda, bir
qisminin ümumi şəkildə izahı çətinlik törədir və onlar istisnalar şəkilində qeydə alınır. Termin
yaradıcılığının spesifik cəhətlərini öyrənmək məqsədilə müxtəlif xarakterli tədqiqat işləri
aparılmışdır. Belə tədqiqatların böyük bir hissəsi termin və söz yaradıcılığının müqayisəli şəkildə
öyrənilməsinə həsr olunmuşdur. Terminləşmə prosesi dilin terminoloji qatında özünü göstərən
mühüm semantik hadisə hesab edilir. Belə ki, cəmiyyətin sürətli inkişafı ilə bağlı olaraq çoxlu
sayda yeni-yeni elmi texniki anlayışlar meydana çıxır ki, onların hamısını xüsusi dil vahidləri ilə
operativ şəkildə ifadə etmək bəzən mümkün olmur. Ona görə də çox vaxt dildə artıq hazır şəkildə
mövcud olan dil vahidlərinə yeni məna verməklə onlardan yeni yaranan anlayışların adlandırılması
məqsədilə istifadə olunur. Bu proses xüsusilə bu və ya digər terminoloji sahənin yenicə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
172
formalaşdığı dövrdə daha fəal şəkildə özünü göstərir. Dünya dillərinin əksəriyyətində, o cümlədən
müasir türk dillərində sözlərin yeni mənalar kəsb edərək - terminləşərək digər anlayışları da
adlandıra bilmə prosesi yeni formalaşan bir çox terminoloji sahələrdə daha aydın şəkildə müşahidə
edilir. Yəni dildə mövcud olan sözlərin mənasında baş verən dəyişmələrlə bağlı terminin əsas
mənasının qalması ilə yeni məna qazanaraq elm sahələrində işlənir. Məsələn, informatika,
aviasiya, logistika, hərbi sahə, hərb işi, hərbi maşın və mexanizmlər, hərbi-sənaye kompleksi müasir
cəmiyyətin ən sürətli inkişaf edən sahələrindən olduğu üçün bu sahədə yaranan çox müxtəlif
funksiyalı anlayışları ifadə etmək üçün dilin daxili imkanları, xüsusən semantik üsulla söz
yaradıcılığı öz aktuallığı və fəallığı ilə seçilir. Müasir türk dillərində onlarla yeni yaranan anlayışları
ifadə etmək üçün dilimizin tarixi boyu fəal leksik qatda işlədilən söz və ifadələrə yeni məna
çalarları verməklə yeni yaranmış anlayışları ifadə etmək üçün istifadə olunur. Bu, bir də onunla
bağlıdır ki, çoxlu sayda yeni yaranan müxtəlif elmi-texniki anlayışları ifadə etmək üçün dilin digər
terminyaratma üsulları kifayət etmir və dildə hazır şəkildə mövcud olan leksik vahidlərin ifadə
etdiyi mənalar əsasında anlayışların adlandırılması məqsədyönlü hala çevrilir. Bu zaman
motivləşmə yolu ilə sözlərin ifadə etdiyi mənalardan biri əsasında terminlər yaradılır. Məsələn,
hərbi terminologiyada ayrı-ayrı hərbi anlayışları ifadə etmək üçün dildə hazır şəkildə artıq mövcud
olan ağız, bölük, bölmə, açar, yuva, göz, daraq və s. sözlər terminləşmiş və müvafiq anlayışların
adına çevrilmişdir.
İstər qrammatik, istərsə də leksikoqrafik baxımdan ən çox araşdırılan ortaq türk ədəbi dili
üçün ümumi terminoloji bazaların yaranmasında terminoloji tədqiqatların xüsusi rolu var. Tarixilik
baxımından araşdırılan əsərlərə nəzər yetirdikdə ümumtürk arealının ümumi termin bazasının
olduğu müşahidə edilir.
Müasir dövrdə yeni nəzəri baxışların, konsepsiyaların inkişafı, inteqrasiya, qarşılıqlı əlaqələrin
güclənməsi elm sahələrində terminoloji bazanın dinamikliyinə təsir göstərir. Cəmiyyətin bir çox
fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsiri nəticəsində leksikanın əsasını təşkil
edən terminologiya dəyişir, yeniləşir. Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı
terminologiyanın fasiləsiz olaraq dəyişməsini və inkişafını şərtləndirir. Cəmiyyətdə baş verən yeniliklər
ictimai ünsür olan dildə əks olunur. Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş
verən yeniliklərlə bağlıdır. Bu yenilikləri, elmi-texniki tərəqqini ifadə edən terminlər isə bütün türk
dillərində həm dilin daxili imkanları, həm də alınmalar hesabına formalaşır. Yəni dilimizdə mövcud
olan terminlərin heç də hamısı ümumtürk ümumi bazası əsasında yaranan sözlər deyil, onlarla
yanaşı ərəb-fars və rus-Avropa ümumi bazaları əsasında yaranan xeyli sayda terminlər
işlənməkdədir. I Türkoloji Qurultayda Bəkir Çobanzadə termin yaradıcılığında əsaslanmalı
olduğumuz üçüncü baza kimi Avropa ümumi bazasını göstərir və qeyd edir ki, “Terminologiya
yaradarkən diqqət yetirməli olduğumuz üçüncü baza elmi anlayışlar, elmi nəzəriyyələr sahəsində
ümumi istiqamət tutmağımız və bununla yanaşı, onların adlarının, terminlərinin Avropa tərzinə
əsaslanmağımızdır” (3,180). Müasir dövrdə də terminlər yaradarkən ümumtürk söz bazasını nəzərə
almaq yəni, bunun üçün türk xalqlarının bir-birinə ümumi yaxınlığı olan dialektlərinə və
ümumiyyətcə, xalq dilinə əsaslanmaq zəruridir. Dilimizdə mövcud olan terminlərin heç də hamısı
ümumtürk bazası əsasında yaranmamış, onlarla yanaşı ərəb-fars və rus-Avropa bazaları da əsas
mənbələrdir . Hətta bu tendensiya müasir dövrümüzdə də aktualdır. Bunun isə müəyyən səbəbləri
vardır. Buna görə də Bəkir Çobanzadə dildə işlənən əcnəbi terminlərin zəruriliyini “ümumiyyətlə,
elm bir xalqın həyatı içərisində qapanmadığı kimi, elmi istilahlar da yalnız bir dilin çərçivəsi içində
qalamaz” (4, 218) fikrini söyləyərək təsdiq edib əsaslandırır. Alim onu da qeyd edir ki, elmi və
mədəni əlaqələr nəticəsində bir dilin başqa dillərdən termin alması yaxşı haldır, hətta elmin,
mədəniyyətin nisbi üstünlüklərini göstərən hallardan birisidir. Bu tendensiya müasir dövrümüzdə də
aktualdır. Birinci mənbə kimi qonşu türk dillərindən, ikinci mənbə kimi Qərbi-Avropa və rus
dillərindən terminlər alınır. Bir şərtlə ki, söz əvvəlində diftonq olmasın və bütün alınmalar ahəng
qanununa tabe etdirilsin: Ümumiyyətlə isə türk xalqları birlikdə elmi terminologiyanı
hazırlamalıdırlar. Bunun üçün 3 mənbə - fars, ərəb, ümumtürk və Avropa sözlərini əsas
götürməlidir. Avropa mənşəli sözlərlə bağlı deməliyik ki, hamı bir mənbəyə əsaslanmalıdır. Yəni,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
173
eyni siyasi, sosial və iqtisadi məziyyətlərə malik olan türk dilləri üçün alınma termin mənbələri
təxminən eyni olmalıdır.
Müasir Azərbaycan dili lüğət tərkibində ərəb-fars, rus dillərindən alınmış terminlərlə yanaşı,
Avropa mənbəli terminlərin də müxtəlif kəmiyyət göstəricilərinə malik olduğunu müşahidə etmək
mümkündür. Cəmiyyətimizdə baş verən bir sıra ictimai-siyasi, tarixi hadisələr, xüsusilə əsrin
müqaviləsi-neft kontraktları və s. təbii olaraq Avropa mənşəli terminlərin dilimizə gəlməsini
gücləndirmişdir. Maraqlı cəhət odur ki, həmin terminlərin bir qismi vasitəsiz alınmalardır. Yeni
ictimai-siyasi və köklü dəyişikliklərlə bağlı terminologiyamıza, dilimizin lüğət tərkibinə yeni
terminlər daxil olur və xalq tərəfindən mənimsənilir. Bütün bunlar beynəlmiləl xarakterlidir .
Beynəlmiləl elmi terminlərin müasir dilimizdə artması, çoxalması, hər şeydən öncə, müxtəlif
sistemli dillərdə yaranıb inkişaf edən elmlərin qarşılıqlı əlaqəsini və inteqrasiyasını təmin edir ki,
bu prosesdə də əvvəllər rus dili, indi isə Qərb konteksti, o cümlədən, ingilis dili mühüm rol oynayır.
Deməli, türk dillərində terminoloji sistemin zənginləşməsində əsas mənbə olan rus dilinin təsir
dairəsi azalmış, Qərbi Avropa dilləri, xüsusən ingilis dili əsas mənbə olmuşdur. Azərbaycan dilində
elmi terminlərin semantik sahəsinin təhlili göstərir ki, bu elmin son illərdəki inkişafı ilə əlaqədar
onun müxtəlif sahələrinə aid terminlər sistemi yaranmışdır. Bu isə terminologiya daxilində semantik
diferensiallaşma prosesi ilə nəticələnmiş, müxtəlif sahələrlə bağlı terminlər digər sahələr ilə
ortaqlı-müştərək terminləri sisteminin sabitləşməsi yolunda mühüm addım atılır. Məsələn: internet,
menecer, bank, bankomat, referendum, ratifikasiya, plüralizm, qrant, sammit, bonus, investisiya,
konsorsium, konvensiya və s. Ümumiyyətlə, türk dillərində işlənən terminləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Türk dillərinin hər birinin sırf özünəməxsus terminləri.
2. Türk dilləri üçün ortaq olan terminlər.
3. Başqa dillərdən alınan terminlər.
Deməli, ortaq terminologiyanın yaranması üçün birinci növbədə termin yaradıcılığında ortaq
mənbələr müəyyənləşdirilməlidir. Bu mənbələrdə dillərin daxili imkanları hesabına yaranan
terminlər, alınmalar və onun mühüm hissəsini təşkil edən beynəlmiləl terminlər əsas
götürülməlidir. Belə alınmalar isə dillərin fonetik sisteminə və qrammatik quruluşuna uyğunlaşdırıl-
malıdır. Göründüyü kimi, türk dillərində ortaq terminlərin yaranma prinsipləri müəyyənləşdirilərkən iki
mənbə əsas götürülməlidir:
1. Ümumtürk bazası
2. Beynəlxalq baza
Ümumtürk bazası əsasında terminlər yaratmaq üçün birinci növbədə türk dillərində çoxdilli
terminoloji lüğətlər tərtib olunmalıdır. Bu gün bu məsələ türk dillərində ən önəmli məsələlərdən biridir.
Bununla yanaşı sahə terminlərinin lüğəti tərtib edilən zaman hansı dillərin əhatə olunması problemi də
həll olunmalıdır. Lüğətlərin tərtibi zamanı ayrı-ayrı sahə terminologiyalarının elmi-konseptual, nəzəri
əsasları hazırlanır, terminlərin dəqiqliyinin, konkretliyinin və təkmənalılığın qorunmasına nəzarət edilir.
Ona görə də ortaq terminoloji lüğətlərin hazırlanması zərurəti yaranmışdır. Təyin edilmiş dillərin hər
birinin müvafiq sahəyə aid terminləri seçilməlidir. Bunun üçün müəyyən elmi mərkəzdə ayrı-ayrı
sahələr üzrə bütün türk dillərində istifadə olunan terminlər qeydə alınmalı və onların yazılış prinsipləri
müəyyənləşdirilməlidir. Hazırda müəyyən sahələr üzrə Azərbaycan, türk, qazax, qırğız, özbək, qaqauz
və türkmən dillərində dörd və beş dilli lüğətlər tərtib olunmalıdır. Bunlar ortaq bazanın formalaşması
üçün zəmin yaradır. Bu lüğətlər tərtib olunan zaman terminlərin beynəlxalq variantları da nəzərə
alınmalıdır. Məsələn, bu gün bütün türk dillərində Avropa dillərindən alınan ekspress, prasodiya,
izomorfizm, kommunikasiya, disfemizm və s. terminləri uğurla işlənir. Ona görə də, türk dillərində or-
taq terminoloji lüğətlər tərtib edilən zaman ortaq beynəlxalq terminlər də əsas götürülməlidir. Ortaq
terminologiya problemi işığından yanaşdıqda, orfoqrafiya sahəsindəki problemlər daha çoxdur.
Hazırda ən önəmli problemlərdən biri Türk xalqlarının əlifba problemini həll etməkdir. Təbii,
bütün türk xalqlarının latın əsaslı əlifbaya keçmələri ortaq türk dili probleminin həlli yolunda
atılmalı olan addımların yalnız birincisidir. Ortaq terminologiya baxımından ən mühüm vəzifə türk
dilləri üçün çox vacib olan orfoqrafiya prinsiplərini müəyyənləşdirmək və onların həyata
Dostları ilə paylaş: |