səsləri ifadə etməkdə çətinləşdirən heç bir əlavə işarəyə yer verməmişdir.
3.Əsər, Latın hərfləri ilə yazılıdığından Türkcə sözlərin XVIII yüzildəki tələffüzlərini, yəni
danışıq formaları göstərmişdir. Ayrı –ayrı fərdlərin və xalqın işlətdiyi dilin fərqli olduğu əsərdə
vurğulanmışdır.
Kitab, XVIII yüzildəki səs uyğunluğu – xüsusilə sait uyğunluğu- ətraflı şəkildə göstərməsi
baxımından çox önəmlidir (3, 53-62).
Əsərdə türkcədəki sait və samitlər asanlıqla başa düşülən, ayrı-ayrı işarələrlə göstərilmişdir.
Burada 9-cu hissənin içində Ərəb əlifbası ilə atalar sözlərindən nümunələr verilmişdir; sonra bunlar
əvvəl fərdlər, daha sonra isə xalqın tələffüzunə görə, Latın əlifbası ilə yazılmışdır; onlara aid
nümunələr aşağıdakı şəkildə qarşılaşdırılmışdır.Fərd tələffüzü : Bir infan Haqden guilen derdlere
mihnetlere adjilere fabr edub chukrini artdirise Tanrinin qhas qouli der. Xalq tələffüzü: Bir infah
Haqden guilen derdlere, mihnetlere, adjelere fabr edib chukrunu artdererfa, Tanrenen has qoulou
dour.
1833-cü ildə Parisdə A.Joberin “qrammatika “sı nəşr olunur. Türk dilinin qrammatikasına
həsr olunmuş bu əsər üç bölmədən ibarətdir. Əsərin girişində A.Joberin dövründəki Türk əlifbası
və kitabın sonunda isə hər hərfə aid cümlələri verilmişdir. Burada ismin halları “eşitlik və vasita
halı” da izah olunmuşdur. İsmin hallarına aid cümlələr həm latın, həm də ərəb əlifbası ilə
verilmişdir. Bu da ona imkan vermişdir ki, sözün imlası ilə tələffüzü arasındakı oxşar və fərqli
cəhətləri müəyyənləşdirsin. Əsərdə saylar və onlara dair şəkilçilər də izah olunmuşdur. Kitabda
feilə daha geniş yer verilmişdir. Əsərin sonunda cümlədən bəhs olunur. Sonda dialoq və lüğətin,
atalar sözləri və mətnə aid misalların verilməsi əsərin dəyərini daha da artırmışdır. Əsərdə ahəng
qanunu ilə bağlı misallar da vardır (2, 36).
V. Redhuz qrammatikası Fransızca yazılmış bir Türk dili kitabı olmaqla geniş şöhrət
qazanmışdır (5). Bu əsər əsas etibarı ilə “Yazı, Etimologiya, Söz yaradıcılığı hissəsindən ibarətdir.
Əsərdə ərəb əlifbası ilə yazılan sözlər təmamilə hərəkələrlə və bəzilərinin latın əlifbası ilə
qarşlıqları da verilmişdir. Buna görə də əsər həmin dövrün fonoloji, morfonoloji və morfologiyası
haqqında geniş məlumatlar verir. V.Redhuzun əsərində ərəb hərfləri ilə qəlibləşən imlaya görə,
yazılan Türkcə sözlərin Latın əlifbası ilə yazıldığından danışığa təsiri hiss olunur. Bununla bir daha
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
140
XIX yüzilin ortalarında dildə bir çox elementlərin dəyişdiyini, amma bunların yazıya çox da təsir
etmədiyi aydın ifadə edilmişdir (2, 37).
Lüğətçilik: Fransada türkoloji fikrin inkişafının bir istiqaməti də lüğətçilik idi. Onların çox
mühüm olanlarını nəzərdən keçirək. Fransız Türkoloqu B.Meynard türkcə, Ərəbcə və farsca
öyrənmiş, Fransa Xarici işlər Nazirliyində vəzifədə olmuşdur. 1854-cü ildə İrana gedən B. Meynard
Tehranda tərcüməçi işləmiş və 1863-cü ildə Parisdə Şərq Dillər Məktəbində L.Duböksun yerinə
Türk dili professorluğuna seçilmişdir.1876-cı ildə Fransada Farsca professorluğa gətirilən Barbier
de Meynard 1898-ci ildə Şərq Dilləri məktəbi müdürlüyünə yüksəlmişdir.
Barbier de Meynard, Yaxın Şərq ölkələrinə, xüsusilə İrana aid olan bir çox mətnlərin
tərcüməsini dərc etmişdir. Türkologiya elmi sahəsində “Supplément aux dictionnaires publiés
jusqu`a ce jour renferment les mots d`origine turque et les mots arabes et persans employés en
osmanli avec leur signification particulière...” (Paris 1881-1886, ) adlı lüğəti ona böyük şöhrət
gətirir. Barbier de Meynard, bu lüğətdə Ahmet Vakıf Paşanın “Lehçe-i Osmanı” adlı lüğətindən və
Türkiyədə otuz il qalan misyoner Atoine Arcere-in Parisdə “Bibliotheque Nationale”də saxlanan
Fransızca-Türkcə lüğətindən də dəyərlənmişdir.
Digər lüğətçi B.Xavyer Fransada leksikoqrafiya sahəsində böyük işlər görmüşdür; səfirlik
işçiləri, tacir, turist və dənizçilər üçün vəsaitlər hazırlamışdır.” O, lüğətçi olaraq “Vocabulaire
français - turc” (Paris 1829-1831.); “Le guide de la conversation en Français et un Turc” (Paris
1839) adlı lüğətlər hazırlamışdır. Daha sonra J.D.Kiefferlə birlikdə “Dictionnaire turc-français a
l`usage des agents diplomatiques et consulaires, des commerçants” (Paris 1835-1837) adlı bir lüğət
hazırlamağa başlamış və Bianchi tərəfindən tamamlanmışdır.Bilanşinin “Dictionaire français-turc”
(Paris 1843-1846) başlıqlı lüğəti A. Handjerinin “Dictionnaire français-arabe-oersan et turc”
başlıqlı lüğətinin qısa variantıdır. Bilanşi, 1863-cü ildə L.Düböksün ölümündən sonra Parisdə
mövcud olan Şərq Dilləri Məktəbi Türkcə professorluğuna namizəd göstərilsə də, seçkidə
C.A.Babier de Meynard keçmişdir (4, 105).
Cığatay dillərinə aid tədqiqatlar: Orta Asiya türklərinin dillərinin, xüsusilə cağatay dilinin
öyrənməsi sahəsində Quatremere Etyennin böyük xidmətləri vardır. E.Quatremer ixtisasca ərəb və
fars dili üzrə mütəxəsis olsa da, sonradan türk dili ilə də məşğul olmuşdur. Müasiri olduğu bəzi
fransız türkoloqlarından fərqli olaraq, Orta Asiya, Cağatay türklərinin dili ilə də məşğul olmuşdur.
Onun “Chrestomathike en turk oriental” (1841) əsəri ilə Qərbi Avropada Cığatay dilinin
öyrənilməsinin başlanğıcını qoymuşdur və onun ardınca bu işi fransada A.J.B.Pavet de Kurtel
davam etdirmişdir (4, 262).
P.Kurtel fransız türkoloqu və şərq dilləri mütəxəsissidir. Parisde Şərq Dilləri məktəbi “Ecole
des langues orientales”da oxumuşdur. P.Kurtel 1855-ci ildə “College de France”da Türk dili
professorluğuna qədər yuksəlmişdir. Türkcədən Fransızcaya bir sıra tərcümələr etmişdir. Nümunə
olaraq, Kamal Paşazadənin tarixindən bir hissəni fransız dilinə tərcümə ermişdur (“Histoire de la
Campagne de Mohacz”). Ancaq P. Kurtel yalnız Osmanlı Türkcəsi ilə kifayətlənməmiş,
Çağataycaya aid əsərlərlə də məşğul olmuşdur. Baburun xatirələrini Fransızcaya tərcümə etdiyi
kimi (“Les Mümoires du Sultan Baber”. 1871) böyük bir Çağatayca lüğət də hazırlamışdır.
(“Dictionnaire turk-oriental, destiné à faciliter la lecture des ouvrages de Baber, d'Aboul-Gazi et
de Mir-Ali-Chir-Nevai” Paris 1870). Babur, Ebulgazi Bahadır xan və Əlişir Nəvai kimi yazıçı və
şairlərin əsərlərinə əsaslanan bu lüğət dəyərini bu günə qədər itirməmişdir. Çağatayca sözlər yalnız
ərəb hərfləri ilə göstərilmişdir və onda bir sıra yanlışlıqlar vardır. Bu cür yanlış nümunələr sonra
yazılan bütün Çağatayca lüğətlərdə nəzərə çarpır .
Fransada türkologiyanın inkişafında Pavet de Kurtel xüsusi bir yer tutmuşdur. Onun yazmış
olduğu Çağatayca lüğətdən W.Radloff da bəhrələnmişdir (4, 245).
Fransız Sinologu, ixtisasca botanik olan R.J.Abel çincə öyrənmiş, “1811-ci ildə “Essai sur la
langue et la litterature chinoises” adlı bir əsər yazmışdır. Fransada sinologiya sahəsində yeni bir
yol açan Remusat, 1814-cü ildə” Collage de Franceta” professorluğuna qalxdığı kimi, 1816-cı ildə
“Academie des inscriptions et belles-letters” namizədliyinə seçilmişdir. Nəhayət, 1824-cü ildə
“Bibliotheque royaleté” şərq yazmaları konservatoriyasına gətirilmişdir. Remusat 1822-ci ildə
Parsdə “Asiatiqik” dərnəyini təsis etmişdir. Bu dərnək Avropada Şərq dillərinə aid
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
141
araşdırmalarının inkişafında böyük bir rol oynamışdır. Remusatın “Eléments de la grammaire
chinoise”(1822), “Melanges asiatiques” (1825),“Nouveaux melanges asiatiques” (1828) bir sıra
əsərləri də onu məcmuəsində dərc edilmişdir. Remusat Türkologiya sahəsində “Recherches sur
les langues tartares” (1820) adlı əsəri ilə tatnınmışdır (4, 283).
Fransadan kənarda fəaliyyət göstərən fransız türkoloqlar: Fransız mənşəli isveç, D.
Danyel Piterburqda “İngilis yaradıcılıq evin”də işləmişdir. Rusiya Elmlər Akademiyasının
mühüm numayəndəsi seçilmişdir “Vocabulaire comparatif des langues orientals ve Comparative
Vocabulaire of the Eastern Languages” başlığı altında lüğət müəlifi olaraq tanınmışdır. Ancaq, bu
lüğətin mətnin üzrə sağlam bir məlumat əldə edilməmişdir (4, 152).
D.J.Pierre Fransız
mənşəli Rus türkoloqudur. Kazan Universitetində
şərq ədəbiyyatı
namizədi adını almış, Orenburg hərbi məktəbində ərəb və fars dilləri müəllimi işləmiş və
tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Türk dillərini və məişətini öyrənməyə çox zəhmət sərf
etmişdir. 1834-cü ildə Buxaraya göndərilən Desmeson 1835-ci ildə geri qayıtmışdır. Bundan sonra
Rusiya Xarici İşlər Nazirliyində işləmiş, Şərq Dilləri fakültəsində türk və fars dili dərslərini tədris
etmişdir. Eləcə də uzun müddət Asiya departamentində tərcüməçi olaraq işlımişdir.
D. Pyer türkologiya sahəsində Ebülgazi Bahadır Xanın” Şecere-i Türki” adlı əsərinin
Fransızca tərcüməsi ilə tanınmışdır ( Histoire des Mogols et des Tatrea par Aboul-Ghazi
Behadour Khan, publiee, traduite et annotée par le Baron Desmaisons. I.Texte St. Peterburg 1871;
II. Traduction. St. Peterburg 1874; yeni nəşr.1970)
Desmeson böyük bir Türkcə-Fransızca lüğət də yazmışdır. Bu lüğət yazıçının ölümündən
sonra dərc olunmuşdur (“Dictionnaire persan-français par le Baron Jean Jacques Pierre
Desmaisons”, publié par ses neveux. 1-4, Rome 1908-1914) (4, 138).
ƏDƏBİYYAT
1.
avdet.orq/node/1319
2.
Dr.Yavuz Karatallıoğlu. Klasik Osmanlı Türkçesinde Eklerin Ses Düzeni. Ankara Türk
Dilm Kurumu Yayınları 2011.
3.
Gümüşkılıç M. Vigüyerin “Eléments de la lange Turque” Türk Dilinin qaydaları adlı
əsərinin Ses uyumları bakımından incelenmesi: İstanbul Ün Yayımlanmamış Yüksek lisans Tezi,
1992.
4.
Türklük bilimi sözlügü. Prof. Dr. Hasan Eren. Ankara 1998.
5.
V.Redhouse grammaire raisonnee de la langue Ottomane. Paris. 1846
6.
Viguier M. Eléments de la langue turque ou tables analytikes de la langue turke usuelle,
avec leur developpement, Constantinople 1790.
Summary
The article "Development of Turkological mindset in France in XVI-XVIII centuries,"
describes the process of establishment of Turkological mindset at the time. The paper highlights
various dimensions of Turkological mindset and studies the works of famous Turkish scientists who
worked in this science field and provides some interesting facts about their life and work. In
conclusion the history of Turkological mindset in France is so deep that Türkology history serves a
political purpose.
Keywords: France, specialist in Turkic philology, missionary training, vocabulary, grammar.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
142
Zülfiyyə İsmayil, fil.ü.f.d., dos.
Rəşad Zülfüqarov, fil.ü.f.d., dos.
AMEA Naxçıvan Bölməsi
I TÜRKOLOJİ QURULTAYDAKI DİL MƏSƏLƏLƏRİNİN
C.MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA ƏKSİ
Ümummilli lider Heydər Əliyev 1926-cı ildə Bakıda Birinci Beynəlxalq Türkoloji Qurultay
çağırılmasını “Türk dünyası üçün böyük tarixi əhəmiyyətli hadisə” kimi dəyərləndirmişdir. XXI
əsrdə müstəqil Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi milli-mənəvi dəyərlərini
çağdaş beynəlxalq aləmə inteqrasiya etmək yolunda inamlı addımlar atmaqdadır. Azərbaycan
xalqının milli dövlətçilik prinsipləri içərisində prioritet təşkil edən milli-mənəvi dəyərlərin qorunub
saxlanılması, gələcək nəsillərə ötürülməsi və ümumbəşəri dəyərlərə inteqrasiya olunması yolunda
mühüm tarixi-siyası addım sayılan Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 18 fevral 2016-cı il Sərəncamı
müstəsna əhəmiyyət kəsb edir.
Üstündən 90 il keçən Birinci Türkoloji Qurultayda Azərbaycan ədəbi dilinin əsasən 3
məsələsi müzakirəyə çıxarılmışdı: əlifba, orfoqrafiya və terminologiya məsələləri. Professor
R.Məhərrəmova bu məqsədlə yazırdı ki, Sovet hakimiyyəti qurulduqdan sonra ədəbi dilin yazısında
əsaslı dəyişiklik etmək, ədəbi dilin yeni əlifbasını düzəltmək, yazıdan ərəb əlifbasını çıxarmaq
Azərbaycan ictimai fikri qarşısında çox mühüm bir məsələ kimi durdu. 1920-1929-cu illərdə ədəbi
dilin digər məsələlərinə nisbətən əlifba məsələsi çox müzakirə edilmişdir (4, 8). Bu da təbiidir,
çünki əlifba məsələsi həll olunmayınca, ədəbi dilin digər məsələlərini düzgün həll etmək, ana
dilinin tədrisini qaydaya salmaq mümkün olmurdu. Professor T.Hacıyev isə belə qeyd edir:
“Ümumiyyətlə, heç bir xalqda və heç bir zamanda dil məsələsi XX əsrin əvvəllərində Azərbaycan
bədii və bədii-publisist ədəbiyyatında olduğu qədər bədii fikri məşğul etməmişdir” (3, 85).
Xüsusilə, XX əsrin və Yaxın Şərqin ən böyük simalarından olan C.Məmmədquluzadənin ümumi
yaradıcılığında Ana dili məsələsi əsas xətt kimi keçir.
Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist, naşir,
tənqidi rеalist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və allеqоrik dram əsərinin müəllifi,
dramaturgiyanın nəhəng simalarından biri, yeni tipli ictimai satiranın yaradıcısı, bütün dünyada
məşhur olan yeni üslublu “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı,
milli mücadilə ədəbiyyatımızın sərkərdəsi böyük ədib Cəlil Məmmədquluzadənin (1869-1932)
irsində və fəaliyyətində mənsub olduğu xalqının ana dilinin qorunması, onun savadlanması və yeni
tipli əlifbanın yaradılması məsələsi başlıca yer tutur. Təsadüfi deyil ki, böyük azərbaycançı ədib
Mirzə Cəlil Azərbaycan ədəbiyyatında həm də ana dilinin təəssübkeşi kimi tanınır.
Qeyd olunduğu kimi Azərbaycan xalqının mədəni tərəqqisində, milli oyanışnda,
maariflənməsində əvəzsiz xidmətləri olan Cəlil Məmmədquluzadəni Birinci Türkoloji Qurultayda
da geniş müzakirə obyekti olan Azərbaycan ədəbi dilinin əsasən əlifba, orfoqrafiya, terminologiya
və digər məsələləri daha çox narahat edirdi. Məlumdur ki, həmin dövrdə yeni əlifba yaratmaq və ya
ərəb əlifbasını Azərbaycan (və digər türk xalqlarının) dilinin səs sisteminə uyğunlaşdırmaq ictimai
fikir qarşısında çox mühüm bir məsələ kimi dururdu. Bu baxımdan, Azərbaycan xalqının görkəmli
oğlu, ana dilinin böyük təəssübkeşi və mücahidi, yeni əlifba mücadiləçisi və islahatçısı Cəlil
Məmmədquluzadənin “Ana dili”, “Dil”, “Lisan bəlası” və digər əsərləri milli-mənəvi dəyərlərimizin
əsas atributu olan ana dilinin saflığının qorunması uğrundakı mübarizəsinin və onun ictimai
mahiyyətinin dərk olunması nəticəsində qələmə alınmışdır. Onun ədəbi yaradıcılığında bu problem
xüsusi mahiyyət qazanır, daha doğrusu, 1920-ci ildə yazılan “Anamın kitabı” əsərində
azərbaycanşünaslıq donuna girir və onun mahiyyətinə çevrilir. M.Cəlil bu dövrdə Azərbaycan
ictimai reallığında müşahidə etdiklərini obrazlar üzrə paylamış, bu barədəki mövqeyini obrazların
dili ilə demişdir. “Anamın kitabı” əsərində Ana dilimizə zərərli təsir mənbələri çox ustalıqla, bədii
yolla ifadə edilmişdir. Prof. T.Hacıyev bu xüsusda yazır: “Ədəbi dilin saflığını korlayanlar vahid
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
143
mənbə üzərində dayanmır, üç ada ayrılırlar, bir qrup ərəb-fars mənbəyinə, ikinci qrup-türk osmanlı,
üçüncü qrup isə rus-Avropa dillərinə meyl edirdilər” (3, 85).
Ədibin yaradıcılığında ədəbi dilin digər məsələlərinə nisbətən əlifba məsələsi daha çox yer
almışdır. Bu da təbiidir, çünki əlifba məsələsi həll olunmayınca, ədəbi dilin digər məsələlərini
düzgün həll etmək, ana dilinin tədrisini qaydaya salmaq mümkün olmazdı. Ədibin böyük arzusu
olan xalqın kütləvi savadlanması və milli oyanışı məsələsi məhz hamı üçün yazılması asan olan
yeni əlifbanın yaradılması zərurətinə dayanırdı. Elə yazıçının “Kürk”, “Nöqtələr”, “Molla
Nəsrəddin”, “Ərəb əlifbası”, “Behişt əlifbası” əsərindəki əsas qayəsi də odur ki, bu əlifba ədəbi
dilimizin sözlərinin, xüsusilə ərəb-fars sözlərinin yazılışının ərəb və fars dilləri orfoqrafiyasında
olduğu kimi saxlanılmasına səbəb olmuş, beləliklə də, sözlərin yazılışı və deyilişi arasında böyük
fərq doğurmuş, Azərbaycan dilində düzgün yazmaq və oxumaq işini çətinləşdirmiş, kütləvi ünsiyyət
və ictimai əlaqə işini həll etməyə müvəffəq ola bilməmişdir.
Cəlil Məmmədquluzadə 1926-cı ilin mart ayında “Molla Nəsrəddin” jurnalının №9
seriyasında “Ölmək ölməkdir, xırıldamağa nə var” epiqrafı ilə başlayan “X” hərfi” adlı məqaləsini
“Mozalan” imzası ilə yazır. Bu məqalə həmin ildə Bakıda keçiriləcək I Türkoloji Qurultaya həsr
olunmuşdur. Bu məqalənin məğzi onsuz da məqalənin adında öz əksinin tapmışdır. “X” hərfini
əlifbada saxlanıb, saxlanmayacağı məsələsindən irəli gələn narahatlığının qocaman müəllim
dostunun dialoqu ilə mübahisə məxrəcinə gətirir. Həmin Türkoloji Qurultayda da bu məsələnin
gündəmə gələcəyini və nigarançılığını belə dilə gətirir: “Ola bilər ki, həmin qurultay “X” hərfini
türk hərfinin içindən bilmərrə çıxardıb tullaya” (11, 380). Klassik ədəbiyyatı dərindən bilən
qocaman müəllim “X” hərfinin əlifbadan uzaqlaşması fikrindən bərk məyus olur. Və bütün “x”
hərfi olan sözlərdə “q” hərfini işlətmək ağılalmazdır. Sadəcə, ərəb və fars mənşəli sözlərdə “x” hərfi
işlənir dilimizdə ümumişləklik hüququ qazanmış xoruz, xiyar, xəbər və qeyri sözlərimiz var ki, bu
sözlərdə “x” hərfinin əvəzinə “q” hərfini işlətmək olmaz.
Xarakteri bir az da baməzə olan müəllim hər hansı yolla olursa olsun qurultaya getmək üçün
yol axtaracağını və həmin qurultayda “x” hərfini əlifbadan çıxartmaq fikrinə düşənləri ələ salaraq
inandıracağına and içir və “... elə ki, gördüm bəli, söhbət o yerə gəlib çıxdı ki, guya türk dilində
“x” səsi yoxdur, onda mən özümü yatmışa oxşadıb, başlayacağam xoruldamağa. Məclisə səs
düşəcək ki, ədə, o xoruldayan kimdir? Yanımdakı adamlar deyəcək ki, burda qocaman bir müəllimi
yuxu tutub, yatıbdı. Onda mən birdən gözümü açıb, qurultay üzvlərinə deyəcəyəm: Hey, nə
deyirdiniz? Türk danışığında “x” səsi yoxdur. Bəs bu saat mənim xoruldamağımı eşidib, özünüz
soruşdunuz ki, burda xoruldayan kimdir?” (11, 381), əgər bu fəndi tutdura bilməsə xırıldayacağını
deyir və “indi hünəriniz varsa mənim xırıldamağıma “qırıldamaq” deyiniz görüm” (11, 381).
C.Məmmədquluzadə “X” hərfi”, “Yeni əlifba nə istəyir”, “Yeni əlifba komitəsinin görmüş və
görəcəyi işlər”, “Xala xətrin qalmasın” və digər məqalələrində yazıda və danışıqda vahid bir
qaydanın olmamasının yazıçıların çaş-baş saldığını vurğulayır. Sabit dilçilik nizam-intizamına,
riyazi qayda-qanuna tabe olmayan qaydasızlığı və “özbaşınalığı” ifşa edərək “neçə yazıçımız varsa,
bir o qədər də yazı qaydamız var”, - deyirdi. Ədib yazı zamanı yaranmış qaydasızlığı aradan
qaldırmaq üçün müxtəlif prinsiplər müəyyənləşdirirdi. “Belə ki, bu əlifba ədəbi dilimizin
sözlərinin, xüsusilə ərəb-fars sözlərinin yazılışının ərəb və fars dilləri orfoqrafiyasında olduğu kimi
saxlanılmasına səbəb olmuş, beləliklə də, sözlərin yazılışı və deyilişi arasında böyük fərq
doğurmuş, Azərbaycan dilində düzgün yazmaq və oxumaq işini çətinləşdirmişdir” (2, s.19).
Azərbaycan dili imlası 20-ci illərdə daha da pərakəndə şəklə düşür; ikiəlifbalılıq şəraitində bu, təbii
idi. Bir tərəfdən, ərəb qrafikalı yazımız inqilabdan əvvəlki qarışıq nizamını davam etdirir, o biri
tərəfdən, latın qrafikalı əlifbada yazı özünü qaydaya sala bilmir (1, 262). Bu qaydasızlıq bir sıra
ağızlara aid canlı nitqin eynilə yazıda əks olunması, ərəb qrafikalı yazının üzünün köçürülməsi və s.
ilə əlaqədar bir müddət davam etmişdir. 1920-ci illərin imlası və fonetikası o dövrün tarixi imlası və
tarixi fonetikası idi. Bu baxımdan Azərbaycan dilinin orfoqrafiya tarixində 1920-1930-cu illər
xüsusi bir yer tutur.
Cəlil Məmmədquluzadənin C. imzası ilə “Yeni yol” qəzetində çap etdirdiyi “Yeni əlifba nə
istəyir” məqaləsində yazıda və danışıqda vahid bir qaydanın olmamasının yazıçıların çaş-baş
saldığını vurğulayır. Sabit dilçilik nizam-intizamına, riyazi qayda-qanuna tabe olmayan dil qayda və
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
144
qanununlarının olmamasını, açıq məntiqlə qaydasızlığı və “özbaşınalığı” ifşa edərək “Neçə
yazıçımız varsa bir o qədər də yazı qaydamız var” - deyirdi. Yazı zamanı yaranmış qaydasızlığı
aradan qaldırmaq üçün 4 prinsip müəyyənləşdirir.
Ədib bir kəlməsinin dəyişilməsi nəticəsində yazıda baş verən fəsadlara nümunə olaraq
göstərir ki, oluram, alıram, aluram, almıram, olmuram, olmayıram, almayıram, almadım, olmadım,
ölmədim, almacağam, ölməyəcəyəm, almayacağam, ölməgəm, alınmışdır, alunmuşdur, alınarsa,
almar sə, alunur sə, alunurse (11, 372). Müəllif fikirlərini əsaslandırmaq üçün “odun” kəlməsini də
dəyişdirdik də yenə o halların baş verdiyini nümunələrlə sübut edərək qeyd edir ki, “yeni əlifba
hökm edir ki, yazıda bu qarışıqlıqlara axır verilsin, çünki bu əlifbada dilimizdə olan səslərin hamısı
vardır” (11, 372).
Bəllidir ki, heç bir dil sabit qalmır. Zaman irəliyə gedir. Elm və texnika inkişaf edir və digər
dillərdən hər bir dil yeni söz alır. Maarifpərvər və uzaqgörən yazıçı qələm dostlarının həmin “özgə
millətlərdən aldığı kəlmələri türkləşdirə bilmirlər, çünki ərəb əlifbası bu işə mane olur” fikrini ikinci
hal kimi müəyyənləşdirir. Məsələn: nəmaz, kol, koloft, kələft, bolbol və yüzlərcə belə kəlmələri
türkün tələffüz etdiyi namaz, qul, külfət, bol-bol kimi yaza bilmirdi. “Çünki belə yazanlara
“savadsız” deyirdilər” (11, 372). Onun fikrinə görə yeni əlifba bu kimi kəlmələri həm
Dostları ilə paylaş: |