I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə27/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   23   24   25   26   27   28   29   30   ...   94

-čy/-či происходит либо из кит. 

职业 zhíyè «профессия», либо  人 rén «мужчина, человек, 

лицо». 


 

 

                                                                                                         Səadət Məmmədova, sosiol.ü.f.d. 



AMEA-nın Fəlsəfə İnstitutu, a.e.i. 

amea-saadet@rambler.ru 

 

TÜRKİYƏ DÖVLƏTİNİN MÜASİR İNKİŞAF MEYLLƏRİ 



 

Qloballaşma prosesinin sürətlənməsi, o cümlədən qlobal siyasi idarəçiliyin formalaşması 

Türkiyə kimi ölkələrin mədəni özünümüəyyənləşdirməsi və siyasi təsir imkanlarını təsdiq etməsi 

prosesini mürəkkəbləşdirir [14]. Müasir Türkiyə patriotizm (vətənpərvərlik) və kosmopolitizm, 

lokal müstəqillik və müasir idarəçilik arasında düzgün tarazlıq tapmağa çalışan, öz keçmişi ilə fəxr 

edən və qlobal gələcəyə istiqamətlənən dövlət kimi çıxış edir. Türkiyə vətəndaşlarının böyük 

əksəriyyətinin müsəlman olması dövlətin uğuru kimi çıxış edir. Türkiyənin Avropaya meylli olması 

bir tərəfdən avropalılarla mədəni və dini fərqliliklə bağlı yaranan münaqişə və ayrıseçkiliyin 

zəifləməsinə, digər tərəfdən isə Türkiyənin özünəməxsusluğunu qoruyub saxlamasına, milli 

təhlükəsizliyi təmin etməsinə və cəhd etdiyi inkişafa nail olmasına şərait yaradır [6, s.8]. 

Hələ 1963-cü ildə Avropa Birliyinə daxil olan Türkiyə belə demək olarsa, Avropa inkişaf 

modelinə uyğun dövlət quruculuğuna yönəlmişdir [1]. Ərazi və millilikdən üstün təşkilat kimi AB 

millətlərarası sülh və sabitliyin qorunması və davamı, iqtisadi, siyasi və sosial haqlar və azadlıqlar, 

demokratiya və hüququn üstünlüyü kimi məsələlərlə bağlı təkliflər verir [8, s.4]. AB-nin qəbul 

etdiyi müxtəlif istiqamətli qanun və bəyannamələr bilavasitə üzv ölkələrində tətbiq edilir. AB-nin 

ideoloji fəaliyyətinin əsas istiqaməti üzv ölkələrin sosial siyasətlə bağlı fəaliyyətinin ümumi 

əsaslarda müəyyənləşdirilməsidir. Hazırda hər sahədə, o cümlədən sosial siyasətdə də Türkiyənin 

AB-nin təsiri altında olduğu görünür. Onu da qeyd etmək olar ki, bir çox tarixi və ictimai amillər 

Türkiyənin həyata keçirdiyi sosial siyasətdə bəzi fərqliliklərin olmasına şərait yaradır. Belə güman 

etmək olar ki, sosial dövlətə – rifah cəmiyyətinə yönəlmə Türkiyənin gələcək inkişaf modelini 

müəyyənləşdirəcək. Tədqiqatçılar Türkiyənin müasir inkişaf modelini Cənubi Avropa Sosial Dövlət 

modelinə aid edirlər [2, s.8]. Cənubi Avropa modeli daha gec və Şimali Avropanın təsiri altında 

modernləşməsi ilə fərqlənir. Əlbəttə ki, Güney Avropa ölkələri arasında da fərqli inkişaf imkanları 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



135

müşahidə edilir, sosial-iqtisadi oxşarlıq olsa da mədəni və gündəlik həyat tərzində daimi fərqlilik 

nəzərə çarpır. Bu modelə daxil olan ölkələrdə bir qism sosial müdafiə sistemləri mövcuddur, 

ölkələrin Konstitusiyalarında modern rifah dövləti ilə bağlı vədlər olsa da tam həyata 

keçirilməmişdir. Keyderə görə bu ölkələrin ortaq xüsusiyyətləri fərqli qruplar üçün fərqli və 

iyerarxik hüquqlar olması, bəzi qrupların islahatlara açıq olmamasıdır [2, s.47-49].   

Daniel Grütjenə görə, Cənubi Avropa modeli beş əlamətə əsasən xarakterizə olunur: 

- Birincisi, qütbləşmiş sosial təhlükəsizlik sistemi tərəfindən müdafiəyə ehtiyacı olan sosial 

qrupların və digər təbəqələrin himayə edilməsi;  

- İkincisi, ümumi və vergi gəlirlərinə əsaslanan səhiyyə sistemi; 

- Üçüncüsü, sosial sahədə dövlətin zəif iştirakı;  

- Dördüncüsü, özəl sahə ilə ictimai sahənin yüksək səviyyədə qarışması və sosial siyasət 

sahəsində qeyri-mərkəzləşmə;  

- Beşincisi, sosial siyasət modelində ailənin dövlətin əsas elementi kimi qəbul edilməsi.   

Cənubi Avropa sosial dövlət modelinə daxil edilən Türkiyədə bir qədər özünəməxsusluq 

nəzərə çarpır. Belə ki,  

- ilk növbədə burada sosial təhlükəsizlik dövlət tərəfindən mərkəzləşmiş şəkildə təşkil edilir, 

sosial sığorta institutları mühüm rola malikdir.  

- İkincisi, ailənin əhəmiyyətli sosial funksiyası vurğulanır.  

- Üçüncüsü, rufah halının yaxşılaşdırılmasında özünüidarə orqanları, qeyri-hökumət 

təşkilatları və özəl sığorta müəssisələri kimi uyğun aktorlar əhəmiyyətli təsirə malikdir [4, s.112, 

113].  


Dr. Süleyman Özdəmir Rifah dövlətinin təməl sosial vəzifələrini aşağıdakı kimi təsnif edir: 

- sosial təhlükəsizlik; 

- sosial sığorta; 

- sosial təhlükəsizliklə bağlı xərclər məcmusu; 

- sosial yardım; 

- sosial xidmətlər; 

- sosial təzminat və sosial həvəsləndirmə; 

- dövlətin təhsillənməni təmin etmə vəzifəsi; 

- səhiyyə xidmətləri; 

- dövlətin gəlirləri yenidən bölüşdürmə bacarığı [5, s.11-12]. 

Türkiyə Konstitusiyasında  sosial təhlükəsizliyin hər bir kəsin haqqı olduğu göstərilir. Burada 

qeyd edildiyi kimi “Dövlət bu müdafiəni təmin edən gərəkli tədbirlər həyata keçirir və təşkilatlar 

yaradır”, o cümlədən hər kəsin “sosial müdafiə haqqı qorunur” (maddə 60) [12]. 

Türkiyə Konstitusiyanın 61-ci maddəsində - “müharibə iştirakçılarının, şəhidlərin dul qalmış 

həyat yoldaşı və uşaqlarının layiqli həyat şəraiti ilə təmin edilməsi, əlillərin cəmiyyətə inteqrasiyası, 

yaşlıların yardım və sağlamlıqlarının qeydinə qalınması, müdafiəyə ehtiyacı olan uşaqların 

cəmiyyətə adaptasiyası məqsədilə dövlətin hər cür tədbirlər həyata keçirdiyi  və bilavasitə bu işlə 

məşğul olacaq təşkilat və təsisatlar yaratdığı” göstərilir [12]. 

Süleyman Özdəmirə görə, “Türkiyənin sosial müdafiə sisteminin sığortalar baxımından 

təşkilatlanması başa çatmışdır. Bununla belə dövlət sosial sığorta sistemində idarəetmə və texniki 

boşluqlar olmasını nəzərə alaraq əlavə sosial təhlükəsizlik xərcləri də müəyyən edir.  Bu zaman əsas 

məqsəd sosial sığortaya malik olmayan qrupların, həmçinin sosial sığortaya daxil olmayan digər 

risklərə qarşı vətəndaşların qorunması, kifayət qədər qorunmaya malik olmayan və sosial 

sıgortalardan faydalanma haqqını itirmiş şəxslərin, yaşlılar, əlillər və iş qabiliyyətini həmişəlik 

itirənlərin və s.  sosial müdafiəsinin nəzərə alınmasıdır” [5, s.93, 95].

 

Dövlətin sosial təhlükəsizlik 



sahəsinə ayrıdığı xərclər 2001 – 2009-cu illərdə 7% - 7,3% arasında dəyişmişdir [11, s.115-136].  

 Sosial müdafiənin əsas istiqamətlərindən biri də sosial yardımdır. Türkiyədə sosial yardımın 

təmin edilməsi məqsədilə aşağıdakı qanunlar qəbul edilmişdir: “65 yaşından yuxarı möhtac, gücsüz 

və kimsəsiz türk vətəndaşları haqqında Qanun”, “Sosial yardımlaşma və həmrəyliyə təşviq 

Qanunu”, “Əsgər ailələrindən ehtiyacı olanlara yardım haqqında Qanun”, “Sosial xidmətlər və 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



136

Uşaqları müdafiə qurumu haqqında Qanun” və s. Ölkədə bələdiyyələr, fondlar və dərnəklər də 

sosial yardım xidmətləri həyata keçirirlər” [5, s.96-99, 102, 104]. 

 

Ramazan Kılıç Türkiyədə tətbiq edilən sosial yardımın –  tibbi yardım, qida yardımları, 



yaşayışla təmin etmə,  yanacaq yardımı, yaşlılara yardım, qüsurlu insanlara yardım, geyim və ev 

əşyası ilə yardım, işsizlərə yardım formalarını fərqləndirir. Ölkədə sosial yardım xidmətlərini yerinə 

yetirən qurumlar sırasında – Baş nazirlik Fondu Ümumi Müdirliyi, Ailə və Sosial siyasət Nazirliyi, 

Daxili İşlər Nazirliyinin Birliklər Sədrliyi qeyd edilə bilər. 2012-ci ilin məlumatlarına görə 

Türkiyədə 91860 qurum fəal şəkildə sosial yardımla məşğul olur. Onlardan 460-ı ictimai 

əhəmiyyətli birliklərdir. İcazə almadan yardım toplamaq hüququ olan 18 birlik mövcuddur. Sosial 

yardım məqsədli birliklərin ümumi sayı aşağıdakı kimi dəyişir: 

- Dini birliklər – 15821; 

- Yardımlaşma birlikləri – 15040; 

- Sosial həyat birlikləri – 6548; 

- Xeyriyyə işləri ilə məşğul olan birliklər – 632 [9, s.93-112]. 

Türkiyədə sosial xidmətlərin planlanması, tətbiqi, əlaqələndirilməsi və nəzarət edilməsi 

“Sosial xidmətlər və uşaqların müdafiəsi qurumu ümumi müdürlüyü” tərəfindən  həyata keçirilir. 

Artan sənayeləşmə, şəhərləşmə, ailə ilə bağlı meydana gələn dəyişikliklər və 60 yaşdan yuxarı 

əhalinin sayca artmağa başlaması Türkiyədə qocalar evləri və yaşlılarla bağlı məlumat 

mərkəzlərinin açılmasını, yaşlılara qayğı və reabilitasiya xidmətlərinin genişlənməsi tələbatının 

artdığını göstərir”.    

Sosial təzminat təzminatla bağlı yardım formasıdır. Lakin sosial yardımlar birtəfəfli olaraq 

dövlət tərəfindən həyata keçirildiyi halda, sosial təzminat dövlətin həyata keçirmək 

məcburiyyətində olduğu vəziyyəti ifadə edir. Məsələn, əsgərlərin, sosial işçilərin, eyni zamanda 

vətəndaşların ictimai vəzifələrini yerinə yetirərkən məruz qaldıqları zərərin qarşılığının ödənməsi 

ilə bağlı vəziyyətdir.  Əsgər və zabitlərin dul qalmış qadınlarına və yetim qalmış uşaqlarına, hərbi 

xidmət və müharibə veteranlarına, şəhidlərin ailə və uşaqlarına, ehtiyacı olan əsgər ailələrinə, milli 

mübarizə,  Koreya və Kipr müharibəsi iştirakçılarına aylıq pul verilir və tibbi xidmət göstərilir [5, 

s.96-99, s.102, 104].  

Dövlətlər sosial ədalətin, ictimai və iqtisadi inkişafın təmin edilməsində təhsilə böyük önəm 

verir. Sosial ədaləti təmin etmək və sosial imkanlarda bərabərlik yaratmaq üçün dövlətlər təhsil 

xidmətlərini pulsuz təqdim edərək hər kəsin faydalanmasına imkan yaradır. Bununla da mədəniyyət 

səviyyəsi yüksək, səriştəli, iqtisadiyyata faydalı insan ehtiyatlarının meydana gəlməsi təmin edilir. 

Sosial siyasətin bir hissəsi olan təhsil siyasəti iqtisadi inkişafda əhəmiyyətli təsirə malikdir [5, 

s.106-108].  Türkiyənin təhsil sahəsinə ayrıdığı xərclər 2001-2009-cu illərdə 4,05% arasında 

dəyişmişdir [11, s.115-136]. 

Rifah dövlətinin digər bir vəzifəsi isə tibbi xidmətlərin təmin edilməsidir. Tibbi xidmətlər 

rifah halının yaxşılaşdırılması ilə bağlı tədbirlərin əhəmiyyətli bir hissəsini təşkil edir. Tibbi 

xidmətlər ya sığorta daxilində,  ya da milli tibbi xidmətlər  çərçivəsində təqdim edilir. Birinci halda 

sığortalı olmaq və müəyyən şərtlərin reallaşması (müddət, mükafat və s.) kimi şərtlərə diqqət 

yetirilir. İkinci halda isə, pulsuz tibbi xidmətlərdən istifadə edilir [5, s.106, 108, 112]. Türkiyə  

hökuməti 2001-2009-cu illərdə büdcədən səhiyyə sahəsinə təxminən 4% pul ayırmışdır [11, s.115-

136]. 

S.Özdəmirə görə, rifah dövlətinin əsas göstəricilərindən biri də gəlirlərin bölüşdürülməsi ilə 



bağlıdır. Gəlirlərin bölüşdürülməsi deyərkən, iqtisadiyyatda müəyyən bir dövrdə əldə edilən  gəlirin 

adamlar, sosial qruplar və  istehsal amilləri arasında bölüşdürülməsi nəzərdə tutulur. Rifah 

dövlətlərində "daha yaxşı ictimai nizama" nail olmaq və cəmiyyətdə bərabərsizliyi və yoxsulluğu 

azaltmaq məqsədilə müxtəlif vasitələrlə gəlirin yenidən bölüşdürülməsinə müdaxilə edilir [5, s. 106, 

108, 112].  

Ümumilikdə, 2001 – 2009-cu illər arasında Türkiyədə tibbi, təhsil və sosial təhlükəsizliklə 

bağlı dövlət xərcləri artmışdır [11, s.115-136].  

Türkiyə hökuməti nə zaman  olacağı bilinməyən, lakin ehtimali və ya mümkün olan sosial 

risklərin qarşısını almaq məqsədilə  ILO 102 saylı Razılaşmaya qoşulmuş və burada sosial sığorta 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



137

ilə bağlı 9 istiqaməti qəbul etmişdir. Razılaşmaya əsasən hər bir dövlət 9 istiqamətdən ən azı 3-nü 

özündə birləşdirən sosial sığorta sistemi qurmalıdır. Belə ki, son illərdə baş verən hadisələr, iqtisadi 

güvənsizlik şəraiti yaradan yeni keyfiyyətli sosial risklər meydana gəlmişdir [9, s.93-112].  

Betül Altuntaşın fikrincə, “Qloballaşma, liberallaşma, qaydasızlaşma və çevikliyə yönəlmiş 

yeni iqtisadi siyasətlər ictimai nizamda daha çox sosial güvənsizlik, işsizlik və yoxsulluğa səbəb 

olmuşdur. Modern sosial rifah sistemlərinin məqsədi cəmiyyətin bir üzvü kimi sosial xidmətdən 

yararlananların sosiuma inteqrasiyasına nail olmaq, eyni zamanda müdafiə və qabaqlayıcı tədbirləri 

tətbiq etməkdir” [3, s.165-173].     

Şərq əyalətlərində sosial vəhdətə və sosial inteqrasiyaya nail omaq məqsədilə Türkiyə 

hökuməti 2008-ci ildə sosial müdafiə ilə bağlı yeni proqram qəbul etmişdir. Proqram əsasında 

həyata keçiriləcək layihələr yoxsulluq nəticəsində sosial təcriq olunmaya məruz qalmış  uğursuz 

vətəndaşların ölkənin iqtisadi və sosial həyatında iştirakının genişləndirilməsinə yönəlib. Bu 

layihələrin əsas məqsədi kasıb ərazilərdə işsizliyin aradan qaldırılması, həmçinin gənc kişi və 

qadınların mədəni, bədii və idman tədbirlərində özünü ifadə etməsinə şərait yaratmaqdır. Bu, sadə 

türk ailələrinin həyatında irəliləmələrə səbəb olur, ölkə vətəndaşlarının insan inkişafının əsas 

məqsəd və prinsiplərinə uyğun olaraq daha sağlam, təhlükəsiz və dolğun həyata inamlarını artırır 

[13, s.83]. 

Ümumi analiz əsasında deyə bilərik ki, müasir Türkiyənin sosial inkişaf modeli bir tərəfdən 

sosial, iqtisadi, siyasi, elmi, mədəni yeniliklərə açıq olan və bu sahələrdə dünya təcrübəsinə öz 

töhfəsini vermək iqtidarında olan, digər tərəfdən isə öz milli və dini özünüməxsusluğunu israrla 

qoruyub saxlayan xüsusi bir modelidir. Türkiyəli tədqiqatçı Meryem Koray müasir Türkiyənin 

inkişaf modelini liberal-sosial sintez kimi xarakterizə edir. Müəllifin fikrincə, “bu sintezin bir 

tətəfində kapitalist inkişaf modeli, digər tərəfində rifah dövləti və rifah siyasəti dayanır. Belə ki, 

Türkiyə kapitalist iqtisadiyyatı, plüralist demokratiya və rifah dövlətinə söykənən üç istiqamətli bir 

model yaşayır. Bu modeldə kapital öz mülkiyyət haqqını və azad sahibkarlığı müdafiə edir və 

bunun qarşılığında dövlətin ictimai rifaha yönələn, yəni dövlətin gəlirin yenidən bölüşdürülməsi 

kimi bazardan kənar fəaliyyətini qəbul edir. Digər tərəfdən fəhlə sinfi kapitalist sərmayə 

toplanmasını qəbul edir, lakin buna qarşılıq olaraq siyasi qərarlara təsir etmə imkanı əldə edir. 

Sosial və iqtisadi haqlar sosial dövlətin və rifah dövlətinin qanuni əsaslarını təşkil edir” [7].  

   

ƏDƏBİYYAT  



1.Avrupa Birligi’nin sosyal politikası  

2.Avrupa Birliği’nin Sosyal Politikası Çerçevesinde Güney Avrupa Sosyal Devlet Modeli ve 

Türkiye. Sosyal Yardım Uzmanlık Tezi. Hazırlayan Pınar Günal. Ankara, 2010, s.8 

3.Betül Altuntaş “Sosyal haklar ve sosyal adalet bağlamında Türkiye’de kurumsal sosyal 

hizmetler ve yardımların değerlendirilmesi”. Muğla Üniversitesi, 2009, s.165-173 

4.Daniel Grütjen “The Turkish welfare regime: an example of the Southern European model? 

The role of the state, market and family in welfare provision”.  “Turkish policy quarterly”, Volume 

7, Number 1,  p.112, 113. 

5.Doç. Dr.Süleyman Özdemir “Küreselleşme sürecinde refah devleti”. İTO Çağrı Merkezi, 

İstanbul, 2007, s. XI-XII 

6.Kemal Derviş, Michael Emerson, Daniel Gros, Sinan Ülgen “The European transformation 

of modern Turkey”, © Copyright 2004, Centre for European Policy Studies. p.8 

7.Meryem Koray “Avrupa Toplum Modeli”, İmge Kitabevi, 2011 

8.Muharrem Gürkaynak “Avrupa Birliği’nin Ulusçuluk ve Bütünleşme Paradoksu”. SDÜ Fen 

Edebiyat Fakültesi, Sosyal Bilimler Dergisi Aralık 2011, Sayı:24, s.4 

9.Ramazan Kılıç “Türkiye’de yoksullukla mücadelede sosyal yardım stratejileri ve bir model 

önerisi”. Dumlupınar Üniversitesi 10.Sosyal Bilimler Dergisi, Sayı 34, Aralık 2012, s.93-112 

11.Senem Kurt Topuz “Türkiye’de sosyal devlet harcamalarinin genel eğilimi: 2001–2009 

yılları arasında yapılan eğitim, sağlik ve sosyal koruma harcamaları” Alternatif Politika, 2009, Cilt. 

1, Sayı. 1, s.115-136 

12.Türkiye Cumhuriyeti Anayasasi. Kabul Tarihi: 7.11.1982 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



138

13.Доклад о человеческом развитии 2013 Возвышение Юга: человеческий прогресс в 

многообразном мире. Опубликовано для Программы развития Организации Объединенных 

Наций (ПРООН) New York, NY 10017,  С.83 

14.Кудряшова Ю. Взаимодействие Турции со странами Центральной Азии. 2009. 

http://www.centrasia.ru/newsA.php?st=1257485520 

 

Summary 


The model of social development of modern Turkey on the one hand is open for social, 

economic, political, cultural innovations and has opportunities to give the preconditions to world 

practice, on the other hand this model steadily keeps the national and religious originality. Some 

researchers characterize modern model of development of Turkey, as "liberal-social synthesis". "On 

the basis of this synthesis there is a model of capitalist development and the welfare state, the 

welfare policy". Turkey defined the main goal of the state to enter into the list of 10 developed 

states and intends to spend a certain part of the income for strengthening of social safety of citizens 

of the country and on the basis of it to provide social stability.  

In article it is made attempt to analyze the directions of social and economic development of 

Turkey on the basis of scientific works of certain researchers. 

Key words: Turkish model of social development, social policy, EU and social policy of 

Turkey, social service, social safety.

 

 

 



Sədaqət Səlimova, dissertant 

Bakı Slavyan Universiteti 

             

XVI-XIX ƏSRLƏRDƏ FRANSADA TÜRKOLOJİ FİKRİN İNKİŞAFI 

     Ümumən Avropada olduğu kimi, Fransada da ilkin olaraq türkoloji fikrin inkişafı 

müharibələrdə əsir düşmüş  zabitlər, missionerlər və səfirlik nümayəndələri tərəfindən  yerinə 

yetirilmişdir. XVI əsr  Avropada türklərin dilinin  geniş vüsətlə öyrənilməyə başlanılması  əsridir. 

Bu dövrdə təkcə türk dili deyil, həm də onların dini inancları da dövrün aktual məsələsinə çevrilir.  

Onların ən görkəmli nümayəndələrindən  biri   Sultan Süleyman Qanuninin dövründə müharibələrin 

birində əsir düşən Bertalan Georgievitsdir. O, əsir bazarlarında satılmış, bir çox Şərq ölkələrini 

gəzdikdən sonra  əsirlikdən qaça bilmişdir.  Türklərin dini inancları və adətləri barədə onun iki 

kitabı vardır.1553-cü ildə  Parisdə onun” De Turcarum moribus” adlı əsəri çap olunur. Bu kitabda 

əvvəlcə iki risalə, sonra isə latın hərfləri ilə türkcə şerlər verilib.  Eləcə də, bunların ardınca  

xristianla müsəlman mübahisəsi və türkcə yazılmış xristian duaları   özünə yer almışdır. Digər  bir 

fransız missionerinin  türkoloji fəaliyyətini də qeyd edə bilərik. Bu Andre dü Ryerdir.  Andre dü 

Ryer quranı fransızcaya çevirən ilk müəllifdir.  Onun tərcüməsində “ Türklərin  dini üzerine bir 

özet” də yer almışdır. XV I əsr Fransası siyasət, elm, mədəniyyət sahəsində böyük nailiyyətlər əldə 

etmişdir. Təbii ki, türk dillərinə olan praktik ehtiyac  onun  müxtəlif  istiqamətlərdə inkişafını zəruri 

etmişdir: Türk dilinin tədrisi məsələsi: XVII əsrdə Fransada türkologiyanın    tədris istiqamətində də 

inkişafının dərin kökləri var idi; bu səbəbdən  də türk  dilinin  öyrənilməsinin elmi-metodiki  

əsaslarını hazırlamaq  zərurəti meydana çıxmışdı. Bu ehtiyacı ödəmək üçün  1669-cu ildə  

İstanbulda  “L’Ecole des Jeunes des  Langueues”  açılır.  1700-cü ildə bu məktəb Parisə köçürülür  

və 1795-ci ildə “L‘ecole spesiale des Langues Orientales  Vivantes ” adı ilə adlandırılır.1915-ci 

ildən isə “Des langues  Orientales  Vivantes”, müasir dövrdə isə  “L’İnstitut  Nastional des Langues 

et Civilizations Orientales(Paris)” kimi fəaliyyət göstərir.  Avropada belə proqramlı şəkildə türk 

dilini öyrənməkdə məqsəd türkdilli xristian missionerləri hazırlamaq  idi. XVII əsrin sonu XVIII 

əsrin əvvəllərindən  türk dilinin  tədrisi Fransada xüsusi təmayüllü  məktəblərdə genişləndirilir. 

Bu sahədə ən qətiyyətli addım  1795-ci ildə atılır ki, bu da Krım-Tatarlarının dilinin 

öyrənilməsi ilə bağlıdır. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



139

Fransada Krım-tatarlarının dilinin öyrənilməsi  tarixi 1795-ci il martın 30-na təsadüf edir; 

Krım-tatarları  bu  dövlətin maraqları dairəsində olduğundan Fransa   Respublikasının parlamenti 

tərəfindən həmin tarixdə  qəbul edilmişdir. Bu  qərara görə, Fransada Şərq dilləri üzrə  xüsusi 

məktəb açılır ki, onda da  əsas məqsəd Fransa dövlətinin maraqlarına cavab verən canlı Şərq 

dillərinin öyrənilməsi  idi; xüsusən diplomat korpuslar  üzrə mütəxəsisslərin hazırlanması  diqqət 

mərkəzində dururdu (1). Türk dillərinə  belə bir mükəmməl siyasi-tarixi və elmi –metodiki yanaşma 

yeni-yeni qrammatika kitablarının meydana gəlməsi ilə nəticələndi. Deyilənləri  nəzərə alararaq 

növbəti məcmuələri  nəzərdən kecirək. 

Türk dillərinə aid qrammatika kitablarının  hazırlanmağa başlanması:1790-cı ildə  

M.Vigüyer”in qrammatikası (6)    fransız dilində Türk dilində yazılmış  ilk ətraflı bir qrammatika 

kitabıdır. Kitab “Ön söz” və “Giriş”lə birlikdə 10 bölmədən  ibarətdir. “Ön söz”də içindəki 32-ci 

səhifəyə qədər olan hissədə nümunələrlə birlikdə isim və felin şəkilləri verilmişdir. “Giriş” 

hissəsində, “Türk dilinin tədrisi problemləri, cəmiyyətin hər yerində danışılan Türk dili, Türk 

dilinin musiqiyə dayanan kökü, kitabın metodu, nə məqsədlə yazıldığı və kimlərə ithaf edildiyi kimi 

mövzular yerləşdirilmişdir” (3, 39-64). Bu hissədən sonra gələn 10 bölümdə sıra ilə aşağıdakı 

məsələlər verilmişdir: 1. Türk dilindəki səslər 2. İsmin kareqoriyaları. 3.Fel  düzəldən şəkilçilər 4. 

Bağlayıcılar  5. Ədatlar 6. Zərflər və ünləmlər 7. Söz 8. Ərəb əlifbası ilə türk dilindəki səslər  9. 

Türk dilindəki hərflərlə fransız əlifbasındakı hərflər. 10. Mükalimə. Bu hissələrdən sonra “Nəticə” 

və “Lüğət” hissələri gəlir (3, 53). 

Bu əsərin mahiyyətini Gümüşkılıç bu cür izah edir: 

1.M.Viguierin əsəri, o vaxta qədər yazılmış olan Türk dili qrammatika kitablarından istər 

mövzuları işləməyi , istərsə də gətirdiyi yeni öyrətmə metoduyla seçilir. 

2.Kitab, Türkcədə işlədilmiş bütün sait və samitləri göstərilmiş və Türk əlifbasında olan 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin