I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə23/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

tələbləridir. Əgər gənc ata-babalarının mental dəyərlərini saxlamış olsa da, Almaniyanın qarışıq 

mühitində alçaldılır, təhqir olunur, müxtəlif tənələrə məruz qalmalıdır. Yox əgər özünü cəmiyyətdə 

tapmaq istəyirsə, ətraf aləmin qanunlarına uymalı, zəngin türk mənəvi tərbiyəsindən uzaqlaşmalı 

idi. Ancaq köhnə ata-baba mənəvi dəyərləri ilə böyüyən valideyn pul qazancı üçün Almaniya 

mühitində yaşamağa məcbur olsa da, vətənə olan bağlılığını itirmir: “Gərçi İstanbulda iki ev satın” 

aldım. Bir az da param var. Amma nəyə yarar? Şimdiki aklım olsaydı. Gedib yad ellərdə, el 

kapılarında çalışmazdım” (5, s.141). 

Digər publisist Əli Səmədli atasının təsiri ilə Tofiq Fikrət, Nazim Hikmət,Rəşad Nuri 

Güntəkinin yaradıcılığına qarşı rəğbəti onda Türkiyə sevgisini formalaşdıran əsas elementdir. 

Ə.Səmədlinin “Mən bir ceviz ağacıyam Gülxanə parkında” əsəri Nazim Hikmət sevgisinin ən 

böyük bəhrəsidir. Müəllif yaddaşında canlandırdığı Nazim qəbri ilə Nazimi Gülhanə parkındakı 

ceviz ağacı anologiya yaradır. Müəllif hər iki analogiyanın əyani fakt kimi canlı şahididir: 

“Nəhayət, tapdım bir ceviz ağacı. Mərmər lövhəsiz, altı skamyasız. İnandırdım özümü ki, budur 

Nazimin ceviz ağacı. Əllərimi mehribanlıqla sürtdüm cadarlanmış gövdəsinə. Tamaşa etdim 

“şehram-şehram” olmuş budaqlarına, toxundurdum əllərimi “ipək mendil gibi tiril-tiril” olmuş 

yarpaqların, gözlərimin yaşını sildim bu yarpaqlarla” (8, s.155). 

Aybəniz Əliyevanın “Ziya Göyalp” və “Türklüyün fədaisi. İsmayıl bəy Qaspiralı-150” 

məqaləsində araşdırma obyekti türkçülük uğrunda savaşan konkret adı çəkilən şəxslərdir. Aybəniz 

Əliyevanın (Kəngərli) “Ziya Göyalp” (2000, №3) məqaləsində Atatürkün ideoloqu Ziya Göyalpı 

yetişdirən türkçülük məfkurəsinin səbəbkarları və qaynaqları açıqlanır. Müəllif Ziya Göyalpı 

yetişdirən mühitə aydınlıq gətirir: “Ziya Göyalp türk ruhundan qopmuş, türk millətinin 

ehtiyaclarından doğulmuşdu. Zaman və tarix, türk dünyasının böyük mənəvi ehtiyacları onu Ziya 

Göyalp eləmişdi” (3, s.147). Əvvəl turançı olan Z.Göyalpın “Türkçülüyün əsasları” (1923) elmi 

əsərində türkçülüyün elmi əsaslarını işləyib hazırlamışdı. Z.Göyalpın türkçülük görüşlərində 

publisist Ə.Ağaoğlu, Ə.Hüseynzadə təsirindən bəhs açır: A.Əliyevanın nəzərində Z.Göyalp 

türkçülüyün müasir təmayüllərini doğru dərk edib aydınlaşdırırdı: “Bu gün bizim üçün 

müasirləşmək avropalılar kimi zirehli gənclər, avtomobillər, təyyarələr hazırlayıb istifadə etmək 

deməkdir. Müasirləşmək şəkilcə və yaşayış tərzi etibarı ilə  avropalılara bənzəmək deyildir” (3, s. 

150). Müəllif tək Türkiyənin deyil, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın 

müstəqillik əldə etməsini Ziya Göyalp ideyalarının təntənəsi ilə bağlayır. 

Aybəniz Əliyevanın (Kəngərli) “Türklüyün fədaisi” (2010, №10) məqaləsini ümumdünya 

türklərinin maariflənməsində böyük rolu olan, türk dünyasının atası İsmayıl bəy Qaspıralının 150 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



115

illik yubileyinə həsr eləmişdi. Müəllifin İ.Qaspıralıya qarşı olan məhəbbətini, rəğbətini 

Ə.Topçubaşovun, M.Ə.Rəsulzadənin, Yusuf Akçuranın mətbu nümunələrdə söylədiyi yüksək fikirli 

sözləri ilə aydınlaşır. Onun “Tərcüman” qəzetinin dilini xarici dildən təmizləyib İstanbul ləhcəsinə 

uyğunlaşdırması, bütün türk dünyası üçün göstərdiyi mədəni xidmətlərini təqdir edir. A.Əliyevanın 

fikrincə, İ.Qaspıralı yaşadığı dövrdə baş verən ictimai-siyasi hadisələrə, türk milli özünüdərk 

prosesinin güclənməsi, türkçülük ideyalarının qabardılması publisistikanın həm mövzu dairəsinin, 

həm də sənətkarlıq keyfiyyətlərini yüksəkliklərə qaldırdı. 

Osman Sarıvəllinin “Ən dəyərli hədiyyə” (1960, №3) əsərində qeyd olunur ki, Əli Əliyev, 

Məmməd Rahim, Süleyman Rüstəm, Qabil İmanverdiyev və bir sıra aktyorlarla birlikdə ədəbi 

əlaqələri genişləndirmək məqsədi ilə Özbəkistana səyahət edirlər. Əsər publisistin ümumi görüş 

təəssüratlarını əks etdirən informativ xarakter daşıyır. Onlar Daşkənddə Nəvai adına Akademik 

teatrda Voroşlov, Kozlov, Furtseva yoldaşlarının şərəfinə təşkil olunmuş konsertdə, ədəbiyyat 

həftəliyində, kənd təsərrüfatı maşınları ilə məşhur olan “Taşselmou” zavodunda, Səmərqənddə 

özbək astronomu Uluğbəyin rəsədxanası, qədim abidələri, qaragül cinsli qoyunların yetişdirilməsi 

ilə məşğul olan elmi-tədqiqat İnstitutunda, Qaraqalpaq Muxtar Respublikasının Nuqus şəhərində 

ədəbi - bədii gecə, Xoceli rayonundakı elektrik stansiyası, Xivə şəhərindəki  Xivə muzeyində 

olurlar, Özbəkistan Yazıçılar İttifaqının katibi Həmid Qulam, şair Qafur Qulam, S.Rüstəm, özbək 

alimi Məqsud Şeyxzadə, şair M.Rahim, qaraqalpaq şairi İbrahim Yusupov, Q.İmamverdiyev və s. 

birgə ədəbiyyat həftəliyində iştirak edirlər.  

  Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından Azərbaycan xalqına ən yaxın 

olan xalqlardan biri türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. 

“Azərbaycan” jurnalında çap olunmuş Məmməd Orucun “Buxara əsirinin sirri” (1999, №2), 

Fəxrəddin Əliizinin “Maxtumqulu vətənində” (2000, №7) adlı səyahət oçerkləri Türkmənistan 

mövzusundadır. “Azərbaycan” jurnalında çap olunan Məmməd Orucun “Buxara əsirinin sirri” 

(1999, №2) Türkmənistan haqqında məlumat əldə etməklə bağlı əhəmiyyətli əsərdir. 1980-ci il 

may-iyun aylarında Asiya və Afrika ölkələrində həmrəylik komitəsinin məsul katibi işləyən Hamlet 

Qoca 1998-ci ilin avqustunda Sara Oğuzla birgə Türkmənistana səyahətə çıxırlar. Səyahətnamədə 

məkan səyyahın 2-ci dəfə nəzərində canlananda həmin yerin təsvirçiliyindən daha çox yazıçının 

oxşar və müqayisəli təhlil metodu əsərdə üstünlük təşkil edir. Çünki müəllifin gördüyü hadisələrin 

bir hissəsi şüurda qalır, müəyyən vaxt keçdikdən sonra insan həmin olayları dərk edir. Müəllifin 

görmədikləri zaman keçdikcə açılır, əvvəlki məlumatların təhlili qarşılıqlı əlaqələrin assosiyasını 

yaradır. Əlbəttə, bu müəllifin təkrarçılıqdan qaçmaq istəyi ilə bağlıdır. Məmməd Oruc “Buxara 

əsrinin sirri” səyahət oçerkini hər hansı elementlə ikinci dəfə qarşılaşmaqla vizual dərketmə ilə 

deyil, ikinci tərəfdən doğma vətən ilə müqayisəli təhlil etməyə üstünlük verir. Belə ki, Türkmənbaşı 

bazarında sayca çoxluq təşkil edən azərbaycanlıların doğma mühiti xatırlatması, Türkmənbaşı 

şəhərinin özülünü azərbaycanlı neftçilərinin qoyması, Aşqabad şəhərinin Mingəçevirə bənzərliyi, 

Orta Asiya çöllərinə həyat verən Amurdərya çayının suyunun Arazın suyuna bənzətməsi, doğma 

vətən–səyahət ölkəsi ilə bağlı oxşar və müqayisələrdir. Müəllifin Türkmənistana ilkin səyahətindən 

18 il keçməsinə baxmayaraq bu vaxt ərzində toponimlərin (yer adları) dəyişdiyini qeyd edir: “Bəli 

bağımsızlıq (müstəqillik-A.P.) Türkmənistanda da çox şeyləri dəyişib. Dəyişməyən özünə “Türk-

mən” deyən türkmənin nur dolu üzüdür, yalan bilməyən dilidir” (6, s. 165). 

Türküstanın qədim və gözəl şəhərlərindən biri olan Buxara şəhərinin 209-cu ildə ərəblər, XII 

əsrin ortalarında aqra kitaylar, Çingiz xan (1220), Teymurun (1370) türklərin (1868) hücumuna 

məruz qalması, İpək yolunun üzərində yerləşən, panaqlarla zəngin, hər qarışında bir tarix yaşadan, 

M.Orucla, H.Qocanın “Moskviçinin” nə qədər çalışsa da, sata bilmədiyi qarabazarı, şəhərin 

qalalarla “Kuhəndiz”, qədim tikililərlə zəngin “Şəhristan” hissəsi, “Cümə məscidi” (1221), “Kəlan” 

minarəsi (1127), “Uluqbəy” mədrəsəsi, “Mir ərəb”, “Əbdüləziz xan” mədrəsəsi haqqında 

məlumatlar əsərdə tarixizm elementləridir. 

Fəxrəddin Əliizinin “Maxtımqulunun vətənində” (2000, №7) məqaləsində müəllif türkmən 

şairi Məxtumqulu Fəraqinin 266 illik yaşı münasibəti ilə poeziya günlərində iştirak edir, 

Türkmənistanın ümumi ictimai və siyasi mənzərəsi haqqında məlumat verir. Əsərdə publisistin 

mühakimələrində müəllif təsvirçiliyi daha çox öndədir. Aşqabadda Yazıçılar birliyinin katibi, xalq 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



116

yazıçısı, F.Əliizinin şair dostu Atamurad Atababayevlə, “ədəbiyyat və sunqat”, “ədəbiyyat və 

incəsənət” qəzetinin baş redaktoru Annamurad Poladovla görüşü, Azərbaycanda çıxan “Ekspress”, 

“Respublika”, “ədəbiyyat” qəzetlərində M.Fəraqinin poeziya günləri ilə bağlı məlumat çap edilərək 

Türkmənistan prezidentinə çatdırılması, M.Fəraqinin qəbrinin Gürgən şəhəri yaxınlığındakı 

Ağtokay qəbiristanlığında ziyarət edilməsi, ölkədə hökm sürən əmin-amanlıq, şair və yazıçılara 

verilən yüksək qiymət, sağlamlıq zonaları olan Qızılqum səhrası, Aşqabadın “Firuzə” qəsəbəsi, 

türkmən dilində çap olunan “Qalkınış” qəzeti, “Siyasi mühasib” jurnalında birpartiyalılığın hökmü, 

mətbuat üzərində senzura əsərin informativ xarakteri zənginləşdirir. 

Gələcəkdə türk dünyası mövzusunda daha çox publisistik əsərlərin yazılmasına və üzərində 

daha geniş tədqiqatlar aparılmasına böyük ehtiyac var. 

ƏDƏBİYYAT 

1.Araslı Həmid. Yaxın, uzaq Türkiyə. “Kommunist” qəzeti, 1981, 13 mart, s.4. 

2.Elçin. Yaxın, uzaq Türkiyə. // “Azərbaycan” jurnalı, 1980, №6, s.99-160. 

3.Əliyeva (Kəngərli) Aybəniz. Ziya Göyalp// “Azərbaycan” jurnalı, 2000, №3, s.146-151. 

4.Hüseyn Mehdi.  Bir ay və bir gün // “Azərbaycan” jurnalı, № 8,1963, s.101-175. 

5.Məmməd Aslan. Ərzurumun gədiyinə varanda...// “Azərbaycan” jurnalı, 1984, №7, s.110-

148. 


6.Oruc Məmməd. Buxara əsirinin sirri // “Azərbaycan” jurnalı, 1999, №2, s.164-184. 

7.Rəfibəyli Nigar.Sağlıqla qal, yaxın qonşu. // “Azərbaycan” jurnalı,1970, №3, s. 146-166. 

8.Səmədli Əli. Mən bir ceviz ağacıyam Gülxanə parkında// “Azərbaycan” jurnalı, 2000, 

№12,s.137-156. 

 

Turkic world “Azerbaijan” journal publicity 



Summary 

After 1960 year woke up great interest in the Turkic world theme for Azerbaycan publicists. 

“Azerbaijan” journal which one of the Azerbaijan active literary media outlet were published Mehdi 

Huseyn’s “A month and a day” (1964, №8), Elchin’s “Near, far Turkey” (1980, №6), Mammad 

Aslan’s “When arrive Erzurum coast” (1984, №7), Ali Sametli’s “I am nut tree in Gulkhane park” 

(2000, №12), Aybeniz Aliyeva’s (Kengerli) “Ziya Gokalp” (2000, №3), “Turks bouncer. Ismail 

Gasprinski” (2001,№10)  were about Turkey republic, Osman Sarivelly’s “The most valuable gift” 

(1960, №3) was about Uzbekistan, Mammad Oruc’s “Secret to Bukhara prisoners” (1999, №2), 

Phakhraddin Alizi’s “In Makhtumgulu homeland” (2000, №7) were about Turkmenistan. 

Key words: Turkish, Turkey, Turkmenistan, Elchin, Ziya Gokalp, Ismail Gasprinski 

 

 

                                                                                                   Aytək Məmmədova, fəl.ü.f.d.  



AMEA Fəlsəfə İnstitutu, aparıcı elmi işçi 

a.z.m-9@mail.ru

  

 

TÜRKİYƏLİ MÜTƏFƏKKİR HİLMİ ZİYA ÜLKƏN  



BİRİNCİ TÜRKOLOJİ QURULTAY HAQQINDA 

Türkiyənin tanınmış mütəfəkkiri Hilmi Ziya Ülkən (1901-1974) zəngin yaradıcılıq irsinə 

malikdir. Türk düşüncəsi və Türkçülük tarixi haqqında da araşdırma aparan alimin əsərlərində 

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay haqqında məsələlər geniş şəkildə 

işıqlandırılmışdır. Hilmi Ziya Ülkənin Qurultay haqqında əsərləri Türk dünyasının böyük şəxsiyyəti 

Əli bəy Hüseynzadənin (Əli Turan) (1864-1940) qeydləri əsasında yazılmışdır. Belə ki, Əli Turanın 

qurultay haqqında qeyd dəftəri Hilmi Ziya Ülkənin şəxsi kitabxanasındadır [1, 269]. Bu qeydlər 

mütəfəkkirin daha çox "Prof. Əli Turanın (Hüseynzadə) 1926-cı ildə Bakıda toplanan I Türkoloji 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



117

Konqresində yazdığı qeydlərdən", "Türkçülüyün və Türk sosializminin atası Əli Turan" 

məqalələrində öz əksini tapmışdır [2; 3].  

Bir faktı göstərmək lazımdır ki, Hilmi Ziya Ülkənin atası - professor, kimyaçı və təbib 

Mehmet Ziya Ülkən (1870-1951) Tibbiyyədə Əli Turanın tələbə yoldaşı olmuş və mütəfəkkir 

yaradıcılığının ilk dövrlərində Əli bəy Hüseynzadə ilə məsləhətləşdiyini  yazmışdır.    

Birinci Türkoloji qurultayda dövrün görkəmli türkoloqları, şərqşünasları iştirak etmişlər. 

Şərqşünas və islamşünas alim, Sankt-Peterburq Elmlər Akademiyasının akademiki Vasili 

Vladimiroviç Bartold (1864-1930), Etnoqrafiya Muzeyinin müdiri, macar mədəniyyət tarixçisi 

Gyula Mesaroş (Meszaros) (1883-1957), Strasburqdan professor Theodor Menzel, şərqşünas, 

Rusiya Elmlər Akademiyasının akademiki Sergey Fyodoroviç Oldenburq (1863-1934), tarixçi, 

şərqşünas alim, professor İlya Nikolayeviç Borozdin (1883-1959), Sankt-Peterburqda Etnoqrafiya 

Muzeyinin şöbə müdiri Sergey İvanoviç Rudenko (1885-1969), şərqşünas və türkoloq alim, SSRİ 

Elmlər Akademiyasının akademiki Aleksandr Nikolayeviç Samoyloviç  (1880-1938), Ukrayna  

Elmlər Akademiyasının akademiki, şərqşünas, türkoloq alim Aqafangel Yefimoviç Krımski (1871-

1942), Sankt-Peterburqda Rus imperatoru III Aleksandrın Rusiya Muzeyinə başçılıq etmiş 

Aleksandr Aleksandroviç Miller (1875-1935), dilçi, filoloq, professor Bəkir Çobanzadə (1893-

1938) və başqa alimlər qurultayda məruzələr etmişlər. Birinci Türkoloji Konqresində Türkiyə 

tərəfdən Əli bəy Hüseynzadə və ədəbiyyatçı, tarixçi, türkoloq  Fuad Köprülü (1890-1966) də yer 

almışlar.  

Əli bəy Hüseynzadə Birinci Türkoloji konqres ilə əlaqədar yazmışdır: 16 fevral 1926-cı ildə 

İstanbuldan hərəkət etdik. Fuat Köprülü, Etnoqrafya muzeyi müdiri Gyula Mesaroş, V.V.Bartold, 

Strasburqdan professor Menzel bərabərdik. 26 fevral 1926-cı il cümə günü. Azərbaycan Mərkəzi 

İcraiyyə Komitəsinin başçısı Səməd Ağamalıoğlu Əliyev (1867-1930) Qurultayı açdı. Bir neçə 

nəfər çıxış etdi. Məclisdən sonra Sovet dövlət adamı Əliheydər Qarayevlə (1896-1938) görüşdüm 

[2, 10]. 

Hilmi Ziya Ülkən Birinci Türkoloji Qurultayın iştirakçıları haqqında  yazmışdır: 

Hüseynzadənin qeydlərinə görə "Qurultayda 127 üzv olmuş, onlardan 82-si türkdür. Türk üzvlər də 

bu zümrələrə görə sıralanır: 18 Azərbaycan, 3 Anadolu türkü, 6 Krım türkü, 4 Türkmən, 13 Kazan 

türkü, 1 Mişer, 5  Başqırt, 1 Nogay, 1 Balkar, 1 Karaçay (Qıpçak), 2 Komik, 1 Oyrat, 1 Uygur, 1 

Hakaz, 3 Yakut, 3 Çuvaş. İkinci qrup: Moğol, Fino ve Uğur zümrəsidir: 1 Kalmuk, 1 Macar, 1 

Estoniyalı. Üçüncü qrupa Ali Turan Yafes deyir. Buraya türk olmayan qafqazlıları daxil edir. Ən 

sonra iranlılar və avropalılar gəlir. Bu son qrupda 3 alman, 16 rus, 3 ukraynalı vardı" [3, 146-147].    

 Əli bəy Hüseynzadə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay haqqında 

qeydlərində türk xalqlarının tarixi, yaşayış tərzi, kültürü ilə bağlı danışan alimlərin görüşlərini geniş 

şəkildə işıqlandırmışdır. Azərbaycan mütəfəkkiri Bartoldun ərəbcə və farsca qaynaqlara əsaslanaraq 

Teymur tarixindən bəhs edib. VII əsrdə Orxon yazılarıyla özlərinə türk deyən bir qövm meydana 

çıxdığını yazmışdır: Bartolda görə, türklər İslamiyyəti öz arzularıyla heç bir məcburiyyət olmadan 

qəbul etdilər. Çin, Cava, Somatra və Afrikada İslamiyyətin yayılması da belə olmuşdur. İslamı hər 

qövm qəbul edə bilir. Bartold burada "türkmən" sözünün etimologiyası ilə məşğul oldu [2, 10].  

Türk xalqlarının iştirak etdiyi Birinci Türkoloji Qurultayda ruscanın türkcəyə və türkcənin 

ruscaya tərcüməsinə ehtiyac olmadığına əksəriyyətlə qərar verilmişdi.  

Qeyd etmək lazımdır ki, Əli bəy Hüseynzadə türk xalqının ilk öncə özünü tanımasının 

zəruriliyini yazmış, "Türklüklə iftixar etdiyi halda türkün kimlərdən ibarət olduğunu bilməyən nə 

qədər yazarımız var" fikrini irəli sürmüşdür. Mütəfəkkir tarixdəki böyüklərimizə dair həqiqəti 

meydana çıxarmaq üçün öncə özümüzü tanımalıyıq, aramızda özbəklərin, qırğızların, başqırdların 

türk olduğunu bilməyənlərin olduğunu bildirmişdir. Bu məsələ ilə bu gün deyil, əsrlərlə məşğul 

olmaq lazımdır. Keçmişdə etinasızlıq edilmiş bir məsələni gələcəyə buraxmayıb indi araşdırmalıyıq 

[2, 11].    

 

Bu mənada Birinci Türkoloji Qurultay böyük tarixi əhəmiyyət daşıyırdı. Əli bəy 



Hüseynzadə qurultay haqqında qeydlərində həmin məsələni ətraflı şəkildə göstərmişdir. Mütəfəkkir 

oyrat qövmindən olan Savaşkinin çıxışı barədə yazırdı ki, diqqətə dəyər sözləri arasında başlıca 

bunları söylədi: "Bilmirdim hansı millətdənəm. Başqalarıyla təmasa gəldikdən sonra anladım ki, nə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



118

kalmıkam, nə monqolam, dosdoğru bir türkəm". Əli bəy Hüseynzadə konqresdə Savaşkinin çıxışını 

oyratca təkrar etdiyini, Alim Yunusovun özbəkcə, Şakirovun başkırdca, kazanlı Nimet Hakimin 

tatarca, əslən çovaş olan Petrov Tovariçin əvvəlcə rusca, sonra isə çovaşca, krımlı Bəkir 

Çobanzadənin həm türkcə, həm də rusca danışdığını bildirmişdir. Petrov Tovariç çovaşların 

ölkəsinin ruslarla tatarlar arasında döyüşlərə səhnə olduğunu, bu sırada aydınların məhv olub, orta 

təbəqənin aradan qaldırıldığını, yalnız xalq təbəqəsinin qaldığını göstərmişdir [2, 11].  

Hilmi Ziya Ülkən yazmışdır: Əli Turan, A.N.Samoyloviçin Türk ulusları və ləhçələri ilə 

əlaqədar, incəliklərə girən uzun bir məruzə etdiyini bildirmişdir. Divardakı xəritədə yerlərini 

göstərərək yakutlar, tonguzlar, karakazlar, salinqurlar, Tobolsk tatarları, qırqızlar, xarəzmlər, 

özbəklər və başqalarından ətraflı  söz edir  [3, 147].  

Azərbaycan mütəfəkkiri konqresdə Sankt-Peterburqda Etnoqrafiya  Muzeyinin şöbə müdiri 

olan S.İ.Rudenkonun oyratlar haqqında danışdığını, "Altay dağları türklüyün qaynağıdır" fikrini 

söylədiyini qeyd etmişdir   [2, 11].  

Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadənin qeydi əsasında göstərmişdir: Türkoloq 

A.N.Samoyloviç qurultayda rusca canlı Türk şivələri haqqında  danışmış, Cami bəy Noqani noqay 

türklərindən bəhs etmişdir. Aqam Əliyev "Osmanlı" təbiri yerinə "Anadolu Türkü" təbirini 

işlətməyi təklif etmişdi [2, 23].  

Əli bəy Hüseynzadə bir toplantıda Azərbaycan SSR Xalk Maarif rəhbəri Mustafa Quliyevin 

(1893-1938) nitq söylədiyini, Fuat Köprülünün onu tamamladığını yazmışdır: Şərqdə ilk opera olan 

Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnunun ilk ifaçısı olmuş Hüseynqulu 

Sarabski (1879-1945) musiqi ilə Mustafa Kamal Paşa mahnısını oxudu. O sırada mən də öz 

məruzəmi etdim. A.N.Samoyloviç türkçə çıxış etdi. Gyula Mesaroş danışdı: "Özünün yad 

olmadığını söylədi, belə deyənlərə etiraz etdi. Macar milləti bu torpaqdan getmişdir" dedi [2, 23].  

Əli Turan qurultayda iki məqamın çox yaxından maraq çəkdiyini yazmışdır: Qurultayda 

məruzələrdən iki məqam bizi çox yaxından maraqlandırmışdı. Birisi latın hərflərinin alınması 

məsələsindəki çıxışlar, digəri ortaq ədəbi türk dilinin mənimsənməsi məsələsindəki müzakirələrdi. 

Krımlı Çobanzadə belə deyir: Birinci qurultay dil və  ədəbiyyat məsələləri ilə əlaqədar çağrılmış bir 

qurultaydır [3, 143].  

Azərbaycan mütəfəkkiri Əli Turanın Birinci Türkoloji Qurultay haqqındakı qeydlərində 

ortaq əlifba və ortaq ədəbi dil məsələləri ətrafında da müzakirələrin aparıldığını qeyd etmişdi. Türk 

xalqlarının ümumi əlifbası ilə əlaqədar məsələni  işıqlandıran Əli bəy Hüseynzadə konqresdə ərəb, 

kiril və latın hərfləri ərtafında müzakirələrin aparıldığını bildirərək, Türk qövmləri arasında ortaq 

hərflərin latın əlifbası olmasına daha çox üstünlüyünü göstərmişdir [2, 23].  

 Əli Turan Ord. Prof. Fuad Köprülünün ümumi türk dili ilə əlaqədar qurultayda bunları 

söylədiyini yazmışdır: Xalq ədəbiyyatı müqayisəli bir şəkildə tədqiq ediləcək olarsa müxtəlif Türk 

qövmləri arasındakı yaxınlıq meydana çıxar. Dilin farscadan, ərəbcədən qurtulub Türkçülüyə 

getməsi gerilik deyil, öz ruhunu, mənliyini tapmış bir dilin irəli hərəkətidir, mədəni bir addım və 

tərəqqidir. Ədəbi dilin türk qövmləri arasında ortaq olmasının səbəbləri siyasi deyildir, millətin 

özündən, kültüründən gəlmişdir. Yad sözlər töküləcək, ancaq xalqın vicdanında yer etmişsə 

qalacakdır. Bütün insanlar elm sayəsində dağılmaya doğru deyil, birliyə doğru gedirlər.   

Əli Turan bəzi danışanların ortaq türk dilinin yaranması üçün aşağı təbəqənin bir araya 

gəlməsini önəmli saydıqlarını bildirmişdir: Rusca danışan Umadova görə ümumi ədəbi dil 

məsələsində birləşmək mümkündür. Ancaq bu həmlə yuxarı təbəqələrindən deyil, aşağı 

təbəqələrdən gəlməlidir. Çünki məhdud sayda olan aydınların eyni ədəbi dillə yazması məsələni 

həll etməz. Xalq yenə öz ləhçələriylə bir-birindən ayrı qalırlar. Qazi Alim Yunus bu diskussiyada 

oldu: "Azəri Türk şairi Sabiri Türkistanın hər tərəfində oxuyarlar, anlarlar, dad alır və gülərlər. 

Demək ki, xalqa yaxınlaşdıqca anlaşma imkanı artır. Nəvaini nədən anlayırıq? Çünki xalq dilinə 

yaxın yazmışdır. Bu halda ümumi ədəbi dildə həmlənin aşağıdan gəlməsi ehtimalı qüvvətlidir. Dilin 

özü birləşməni və  yaxınlaşmanı təmin edir. Buna heç bir şey, heç bir kimsə mane olmaz. Bunun 

üçün ümumi bir mərkəz lazımdır. Xalq dilindən nə qədər söz gəlir və ədəbi dil onlarla nə qədər 

zənginləşərsə türklər arasında ortaq dil o qədər daha asan hazırlanmış olar" [2, 24].  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



119

Qeyd edildiyi kimi, Türkiyə yazı dilinin Türk dünyasında ümumi və ortaq dil halına 

gətirilməsi Birinci Türkoloji Qurultayda müzakirə edilən məsələlərdən idi. İstanbul türkcəsini bütün 

türklər tərəfindən milli dil olaraq qəbul edilməsi məsələsi XX əsrdə bəzi mütəfəkkirlər tərəfindən 

irəli sürülmüşdür. Böyük mütəfəkkir Ziya Gökalp bu mövzunu açıqlarkən İstanbulun bir paytaxt 

kimi yalnız Osmanlı  türklərinin deyil, Türk Xaqanlığının "paytaxtı" olduğunu bildirmişdir: Buna 

görə, bütün türklərin yönəldiyi qiblədir. Bundan başqa İstanbul, İslam xilafətinin də mərkəzidir. Elə 

isə İstanbulun, milli ruhdan başqa, dini bir müqəddəsliyi də vardır. İstanbul türkcəsinin bütün 

türklərə milli dil olması, bu ruhu və müqəddəsliyi dilə keçməsinə görədir. Əlavə olaraq İstanbul 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin