Baytursunov 1907-ci ildə çar üsuli-idarəsini tənqid etdiyinə görə həbs olunur və iki ildən sonra
ikinci dəfə tutularaq məhkəməsiz-filansız 8 ay müddətinə azadlıqdan məhrum edilərək
Semipalatinsk həbsxanasına göndərilir. 1905-ci ildə siyasi fəaliyyətə başlayan Əhməd Baytursunov
bir müddətdən sonra məsləkdaşı ilə Orenburqda “Qazax” qəzetini açır və 5 il müddətində bu qəzet
əsas milli ictimai-siyasi və elmi-ədəbi nəşr kimi tanınır. 1917-ci ildə “Alaş” qazax partiyasının və
Alaş-Orda hökumətinin yaradıcılarından və rəhbərlərindən biri kimi tanınsa da, təşkilat
bağlandıqdan sonra sovet hakimiyyəti tərəfinə keçərək bir sıra vəzifələrdə çalışır.
Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul edilən Əhməd
Baytursunov 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı yanındakı Qırğız
(Qazax) bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin olunur. Bolşeviklər hakimiyyətə
gələndən sonra o, Qazaxıstan MSSR maarif naziri təyin olunur. Əhməd Baytursunov Mərkəzi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
95
Komitədə, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə və Türküstan
Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı “Ak jol” qəzetində işləyə-işləyə elmi-pedaqoji
fəaliyyətini də davam etdirir. 1926-ci ildə onu partiya üzvlüyündən və vəzifədən azad edirlər.
1929-cu ildə keçmiş siyasi fəaliyyətinə görə NKVD tərəfindən həbs olunaraq Arxangelsk vilayətinə
sürgün olunur, arvadı isə qızlığa götürdükləri Şolpanla birlikdə Tomska göndərilir.1934-cü ildə
Maksim Qorkinin arvadının müdaxiləsi ilə həbsdən azad edilir və sonradan yenə də ailəsi ilə birgə -
artıq övladlığa götürdüyü 3 uşaqla birlikdə Alma-Ataya köçür (burada yaşadığı ev sonradan muzeyə
çevrilmişdir – A.Ş.). 1937-ci ilin oktyabr ayında yenidən həbs edilən Əhməd Baytursunov iki aydan
sonra - dekabrın 8-də “xalq düşməni” adı ilə güllələnir. Yalnız ölümündən 51 il sonra - 1988-ci ildə
ona bəraət verilmişdir.
Əhməd Baytursunovun yaradıcılığı bir sıra mühüm hadisələrlə zəngindir. 1896-cı ildə qazax
çöllərini gəzərək folklor toplayan, qazax xalqının etnoqrafiyasını, dialektlərini öyrənən çuvaş araş-
dırıcısı Alektorovla tanışlıq gənc Əhmədin dünyagörüşündə böyük dəyişiklik yaradır. Vətənini
hədsiz məhəbbətlə sevən Əhməd xalqının yaşadığı çoğrafiyanı, millətinin yaşam tərzini öyrənir,
folklorunu toplayır, uşaqların daha yaxşı təhsil alması, biliklərə tez yiyələnməsi üçün forma və
metodlar axtarır. Yeniyetmə yaşlarında dombra çalmağa böyük maraq göstərən Əhməd həm də
qazaxların jır adlandırdığı xalq mahnılarının toplanması ilə məşğul olur. (4)
Baytursunov qazax əlifbasını ərəb qrafikası əsasında yenidən işləyərək tarixi islahat
aparmışdır. 1912-ci ildə qazax dilində işlənməyən ərəb hərflərini əlifbadan çıxararaq onları doğma
dilə uyğunlaşan hərflərlə əvəzləmişdir. “Jan emle” (“Yeni orfoqrafiya”) adını almış bu əlifba
indinin özündə də Çin, Əfqanıstan və İranda yaşayan qazaxlar tərəfindən istifadə olunur. (5)
2.Görkəmli xadim, parlaq maarifçi, qazax, rus, tatar dillərini səlis bilən Bilal Suleyev
Qazaxıstanda təhsil sisteminin əsas yaradıcılarından biridir. Bilal Suleyev Orenburqda müəllimlər
seminariyasını bitirdikdən sonra bir müddət müəllim işləmişdir. 1918-ci ildə dövrün görkəmli ziyalı
xanımı, maarifçi, pedaqoq, şair və yazıçı, rus, alman və fransız dillərinin gözəl bilicisi tatar qızı
Fatimə Qaibova ilə ailə həyatı qurmuşdur. Bilal Suleyev tanınmış maarif işçisi idi. 1923-cü ildə
kommunist partiyasına qəbul olunduqdan sonra təhsil və maarifçilik sahəsində məsul vəzifələrdə
işləmişdir. 1920-1929-cu illərdə Semireçye xalq təhsili şöbəsinin müdiri kimi vilayətin bütün
yaşayış məntəqələrində məktəb və internatların açılışını təşkil etmişdir. 1928-ci ildə Qazaxıstan
xalq maarif komissarlığının məsul işçisi kimi Bilal Suleyev Uraz Candosovla birlikdə Qazaxıstanda
ilk universitetin açılmasında böyük əmək sərf etmişdir. Bilal və Fatimənin 1919-cu ildə qızı Fəridə,
1923-cü ildə isə oğlu Janibek (Böyük Vətən müharibəsində 1943-cü ildə həlak olmuşdur) dünyaya
gəlmişlər. 1929-cu ildə Suleyevlər ailəsi Aktübinskə köçdükdən sonra Bilal vilayət xalq təhsili
şöbəsinin müdiri işləmişdir. 1930-cu ilin qışında 10 yaşlı Fəridənin dünyadan köçməsi ailəyə böyük
kədər gətirmişdir. Sonra ailə Seminapalatinskə köçmüş, Bilal Suleyev burada pedaqoji institutun
rektoru vəzifəsində çalışmışdır. 1930-cu ildə Azat adlı oğlu dünyaya gəlmişdir. 1931-ci ildə
millətçilikdə təqsirləndirilərək həbs edilən Bilal Suleyev 1932-ci ildə azadlığa buraxılmışdır.
Bundan sonra o, Moskvaya getmiş, istehsalatda çalışaraq maarifçilik fəaliyyətini davam etdirmişdir.
Məhz bu zaman Fatimə iki övladı ilə birlikdə Semipalatinskdən Alma-Ata şəhərinə köçmüşdür.
(Lakin onlar 1932-ci ildə boşanmışlar. Fatimə Qaibova sonradan şair, Qazaxıstan SSR Yazıçılar
İttifaqının sədri İlyas Cansuqurovla (o da iftira ilə 1937-ci ildə tutulmuş, 1938-ci ilin fevral ayında
“yapon casusu” adı ilə güllələnmişdir), üçüncü dəfə isə məşhur qazax yazıçısı Muxtar Auezovla ailə
qurmuşdur). 1934-cü ildə Qaraqalpak MSSR-in Nukus şəhərinə ali təhsil müəssisələri və orta
məktəblər şöbəsinə müdirlik etmək məqsədilə Moskvadan göndərilmiş Bilal Suleyev 1937-ci ildə
NKVD tərəfindən yenidən həbs edilmiş və repressiya olunmuşdur. Yalnız 1958-ci ildə Qazaxıstan
SSR Ali Məhkəməsi tərəfindən bəraət almışdır. (6)
3. Görkəmli ictimai xadim, publisist, tərcüməçi, alim-linqvist Eldes Omarov 29 fevral (bəzi
mənbələrdə 1mart) 1892-ci ildə Kustanay vilayətinin Semiozernıy rayonunun Kojay aulunda
anadan olmuşdur. Əvvəlcə aul mollaxanasında təhsil almış, sonra Kustanay ikisinifli rus-qazax
məktəbini fərqlənmə ilə bitirmişdir. Daha sonra Orenburq qırğız məktəbini bitirdikdən sonra
Komek volostunun Dobay aulunda müəllimlik etmişdir. 1917-ci ildə dərslik hazırlayan
komissiyanın üzvü seçilən Eldes Omarov Orenburqda nəşr edilən məşhur “Qazax” qəzetinin fəal
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
96
məlliflərindən biri kimi də tanınmışdır. Vətəndaş müharibəsi illərində Alaş-Ordanın Kustanay
uyezdi üzrə sədri və uyezdin komissarı olmuşdur. 1920-ci illərin əvvəllərindən Orenburq xalq
təhsili komissarlığının məktəb şöbəsində işləyən Eldes Omarov Qazax Xalq Təhsili İnstitutunda
dərs demişdir. Məktəblilər üçün dərslik yazmışdır. Alma-Ata şəhərində yaşayıb fəaliyyət
göstərmişdir. Alaş-Orda muxtariyyətinin yaradılması proqramının müəlliflərindən biri olmuşdur.
Sonradan özü kimi “vətən xaini” damğası vurulmuş Əhməd Baytursunov, Miryakıb
Dulatov, Muxtar Murzin, Jusibbek Aymautovla dostluq etmişdir. Doğma vətənini dərin məhəbbətlə
sevən Eldes Omarov qazax yazısının ərəb qrafikası əsasında işlənməsinin tərəfdarı olmuşdur. O, bu
barədə birinci türkiloji qurultayda da bildirmişdir. Qazax şifahi ədəbiyyatının mahir bilicisi kimi
tanınmış Eldes Omarovu müasirləri “qazaxların Lomonosovu” adlandırmışlar. Riyaziyyat, cəbr,
fizika, triqonometriya, həndəsə üzrə çoxsaylı dərsliklərin müəllifi olmuş Eldes Omarov balacalar
üçün özündə atalar sözləri və məsəllər, xalq yaradıcılığı nümunələrini əhatə edən əlifba (“Alippe”)
dərsliyi hazırlasa da nəşrinə nail ola bilməmişdir. O, görkəmli qazax yazıçısı Muxtar Auezovun
elmi fəaliyyətinin ilk tədqiqatçılarından biri olmuşdur.
Eldes Omarovun həyatı daima məhrumiyyətlərdə keçmiş, dəfələrlə həbs olunmuşdur.
Birinci dəfə ona 10 il həbs cəzası kəsilmiş, Kareliya meşələrində sürgün həyatı yaşamışdır. 1933-cü
ildə sürgündən vaxtından qabaq azad olunaraq bir müddət Tibb İnstitutunda, sonra isə Qazaxıstan
Dövlət Universitetində dərs demiş, yeni dərsliklər üzərində yorulmadan çalışmışdır. Həkimlər üçün
qazax dili dərsliyinin hazırlanması ona tapşırılmışdır. 22 noyabr 1937-ci ildə yenidən tutularaq
dekabrın 1-də barəsində ölüm hökmü çıxarılmış, 1937-ci ildə güllələnmişdir. 25 may 1989-cu ildə
qazax xalqının görkəmli oğlu Eldes Omarova Alma-Ata prokurorluğu tərəfindən bəraət verilmişdir.
4. Görkəmli ictimai-siyasi xadim, dilçi və diplomat, publisist, filoloq, keçmiş Sovet
İttifaqının Səudiyyə Ərəbistanında ilk səfiri olmuş Nazir Torekulov 1892-ci ildə Fərqanə
vilayətində anadan olmuşdur. Kokandda “Cədid” mədrəsəsində və rus-tuzem məktəbində ibtidai
təhsil almış, burada səkkizillik kommersiya məktəbində oxumuş, 1914-1916-cı illərdə Moskva
Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. O, çar Rusiyasının əsarətində olması
ilə Türküstanın nə qədər məhrumiyyətlərə düçar olduğunu gözəl anlayırdı. O, bu fikrini məruzə və
çıxışlarında, çap olunmuş kitablarında dəfələrlə açıq-açığına bildirirdi. Çar hökuməti və bolşeviklər
Türküstanı Rusiyanın xammal məkanı hesab edirdi. Bir sıra qəzet və jurnalların (Məsələn, “Xalık
qazetası”, “İnkilob” jurnalı və s.) yaradılmasında, eləcə də redaktə olunması və nəşrində fəal iştirak
etmiş Nazir Torekulov diyarın müsəlman bürosunun orqanı olan “İştrati-İyun” qəzetinin redaktoru
olmuşdur. Çoxmillətli Türküstan Respublikasının siyasi həyatında vacib post tutan Nazir Torekulov
Türküstan KP MK-nın birinci katibi seçilmiş (1920), respublikanın Mərkəzi İcraiyyə Komitəsinə
başçılıq etmişdir (1921-1922). Onun köməkliyi ilə Daşkənddə ilk qazax ali məktəbi açılmışdır.
Yüksək vəzifələrdə çalışdığı vaxt o, təkcə siyasi sahədə deyil, mədəniyyət sferasında da xeyli işlər
görmüşdü. 1920-ci illərin əvvəllərində müsəlmanların ən əziz bayramı olan Qurban bayramının
(Kurban-ayta) üç gün bayram edilməsi ilə bağlı fərman vermişdir. 1922-1926-cı illərdə Moskvada
işləmiş, SSRİ xalqlarının nəşriyyatına başçılıq etmiş, eyni zamanda Şərq Zəhmətkeşləri
Universitetində mühazirələr oxuyaraq elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O dövr üçün çox
nadir hadisə sayılan 36 yaşından Səudiyyə Ərəbistanının səfirliyində fəaliyyətə başlamış, cəmi iki
ildən sonra səfir kimi irəli çəkilmişdir. 8 il böyük SSRİ-ni bu ərəb ölkəsində təmsil etmiş Nazir
Torekulov keçmiş SSRİ-nin Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, İordaniya ilə dostluq
əlaqələrinin qurulmasında yaxından iştirak etmişdir. Ümumittifaq yeni türk əlifbası komissiyasının
sədri kimi türk yazı nümunələrinin ərəb əlifbasından latın əlifbasına tərcüməsi işində böyük səy
göstərmiş görkəmli maarifçi alim türk yazısının latınlaşdırılması problemi ilə məşğul olaraq yeni
türk əlifbası layihəsinin müəllifi olmuşdur.
Alaş-Ordaçıları dəstəklədiyinə görə millətçilikdə təqsirləndirilərək 3 oktyabr 1937-ci ildə
repressiya olunaraq güllələnmişdir. 28 yanvar 1958-ci ildə bəraət almışdır.
5. Əziz Bayseyidov 1893-cü ildə Semipalatinsk vilayətinin Zaysan uyezdində anadan
olmuşdur. Zaysan yeddiillik ibtidai-ali məktəbini və Türkiyədə səkkizillik müəllimlər
seminariyasını bitirmişdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
97
1924-cü ildən Kommunist partiyası sıralarına daxil olan Əziz Bayseyidov 26 yaşından
müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Daşkənd Qazax Maarif İnstitutunda (1919-20) və Birinci
dərəcəli Aul-Ata məktəbində (1920-21) müəllim, Aul-Ata kənd təsərrüfatı texnikumunun müdiri
(1921-22), Aul-Ata “Koşçi” yoxsullar ittifaqının katibi, sədri (1922-23), Aul-Ata Xalq təhsili
şöbəsinin müdiri (1923-24), Sırdərya maarif şöbəsinin inspektoru (1924-25), Qazaxıstan SSR Xalq
Maarif Komissarlığı Akademik Mərkəzinin diyar insruktor məktəbinin müdiri (1926-27)
vəzifələrində işləmişdir. O, Semipalatinsk şəhər avtoyol texnikumunu yartamış, 1935-ci ilədək
texnikumun direktoru olmuşdur.
Əziz Bayseyidov əksinqilabi millətçi qruplaşmaların təşkilində təqsirli bilinmiş,1935-ci il
dekabrın 28-də tutularaq 1937-ci ildə mühakimə olunmuşdur. Bu zaman hamilə olan həyat yoldaşı
üç qızı ilə birlikdə Karaqanda vilayətinin Ulutau kəndinə - ərinin qohumlarının yanına köçmüşdür.
5 il islah-əmək düşərgəsində cəza çəksə də müharibənin başlanması ilə əlaqədar olaraq həbs
müddəti 1945-ci ilədək uzadılmışdır. Yalnız 19 yanvar 1957-ci ildə əməlində cinayət tərkibi
olmadığına görə bəraət almışdır. 1949-cu ilədək Karaqanda vilayəti Ulutau rayon yol şöbəsində
işləmişdir. 1949-cu il mayın 3-də “xalq düşməni” kimi yenidən həbs edilərək 10 il həbs cəzası
almış, Kolıma və Maqadana sürgün olunmuşdur. Cinayəti sübuta yetirilmədiyinə görə 1954-cü ildə
Əziz Bayseyidov yenidən bəraət qazanmışdır. 1955-ci ildə azad olunaraq ailəsinin yanına qayıtsa da
bir neçə aydan sonra dünyasını dəyişmişdir. Yalnız 2003-cü ildə Şərqi Qazaxıstan vilayətinin
prokurorluğu əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar olaraq Əziz Bayseyidov kütləvi
repressiyaların qurbanı hesab edilmiş və bəraət qazanmışdır.
Göründüyü kimi, Birinci Türkoloji Qurultay nümayəndələrinin böyük əksəriyyəti kimi,
tədbirdə təmsil olunmuş və müxtəlif səpkili elmi müzakirələrdə yaxından iştirak etmiş 5 nəfər qazax
mütəfəkkiri də ağır repressiyaya məruz qalmış, yalnız ölümlərindən sonra bəraət qazanmışlar.
Beləliklə, Birinci türkoloji qurultayın ümumi fəaliyyətinə və bu mötəbər tədbirdə iştirak
etmiş qazax alimlərinin həyat yoluna nəzər saldıq. Qazax xalqının görkəmli ziyalıları Əhməd
Baytursunov, Bilal Suleyev, İldes Omarov, Əziz Bayseyidov, Nazir Torekulov nə qədər məşəqqətli
həyat sürsələr də, hər cür məhrumiyyətə düçar olsalar da, daima qazax xalqının maariflənməsi
yolunda əsl fədakarlıq göstərmiş, yorulub-usanmadan hər zaman öz məsləkləri uğrunda mübarizə
aparmışlar. Qısa ömürlərində bir sıra dövlət vəzifələrində az müddətdə fəaliyyət göstərsələr də onlar
öz əqidələrinə sadiq qalaraq xalqın maariflənməsi yolunda canlarını fəda etmişlər. Birinci Türkoloji
qurultaya gələndə də onların məqsəd və məramı aydın idi: öz aydınlıqlarını və ziyalılıqlarını qazax
xalqının maariflənməsinə yönəltməklə, ümumilikdə türk dünyasının aydınlığına xidmət göstərmək
və xalqın mənafeyini hər şeydən üstün tutmaq! Onlar bütün ömürləri boyu yalnız bu arzu ilə
yaşamış və ideallarına son nəfəslərinədək sadiq qalmışlar. Məhz elə buna görədir ki, Birinci
Türkoloji Qurultayın qazax millətindən olan nümayəndələri Əhməd Baytursunov, Bilal Suleyev,
İldes Omarov, Əziz Bayseyidov və Nazir Torekulovun adı bu gün qazax xalqının qəlbində fəxrlə
xatırlanaraq millətin yaddaşında uca mərtəbəyə yüksəlmiş, görkəmli maarifçi və eyni zamanda
vətənpərvər mütəfəkkirlər Türk dünyasının fəxri vətəndaşları zirvəsinə ucalmışlar. Belələrini isə nə
tarix, nə zaman, nə də ki, insanlar unudur! Onlar müqəddəs amallar uğrunda mübarizə aparan, bu
yolda ömrünü şam kimi zərrə-zərrə əridən azadlıq çarçılarına dönərək ölməzliyə qovuşurlar.
ƏDƏBİYYAT
1.
Первый Всесоюзный Тюркологический Съезд, (Стенографический отчет). Баку,
2011. “Нагыл Еви”, 522 стр.
2.
Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı. Bakı şəhəri, 9 noyabr 2005-ci il // “Azərbaycan” qəzeti, 2005, 10 noyabr
3.
Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 16 fevral 2016-cı il // “Azərbaycan” qəzeti,
2016, 17 fevral
4.
https://az.wikipedia.org/wiki/Əhməd_Baytursunov
5.
https://ru.wikipedia.org/wiki/Байтурсынов,_Ахмет
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
98
6.
http://www.zhensovet.kz/content/fatima-gabitova
7.
Кононов Андрей Николаевич. Современное тюркское языкознание в СССР. Итоги
и проблемы. Mосква, “Hаука”, “Вопросы языкознания”, №3, 1977.
8.
Şükürov Ağahüseyn. “Böyük Çöl Birinci Beynəlxalq Humanitar elmlər Forumu
(Azərbaycan elmi tədbirdə uğurla təmsil olunub)” // “Elm” qəzeti, №10, 27 may 2016, səh.4
Arzu Hacıyeva, fil.ü.f.d.
AMEA Nizami adına ədəbiyyat İnstitutu, böyük elmi işçi
arzuhaci@gmail.com
ABDULLA ŞAİQİN DƏRSLİKLƏRİNDƏ ÜMUMTÜRK MƏDƏNİYYƏTİNİN TƏHLİLİ
VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Görkəmli türk ədəbiyyatşünasi Yavuz Akpınar özünün “Azeri edebiyyatı araştırmaları”
əsərində ümumtürk mədəniyyətinin təbliği və tədrisində Abdulla Şaiqin tərtib etdiyi onlarla
dərsliyin əhəmiyyətindən söz açır:” “Aynı şekilde Türkiyedeki edebiyatı Azerbaycana ulaştıran ders
kitapları arasında Abdulla Şaik Talıbzadenin hazırlamış olduğu Kıraat Kitabı (Bakü, 1924), Türk
Edebiyatı (Bakü 1922) vs. gibi kitapları da saymak gerekir. Abdulla Şaikin kitaplarındakı bu “Türk”
sıfatı hem Azerbaycan türklüğünü, hem de Türkiye türklüğünü ifade etmektedir. Azerbaycanda
1930`lu yıllara kadar da hep bu manada kullanılmışdır” (7,281).
Həqiqətən də, Azərbaycan ədəbi-elmi və bədii fikir tarixində xüsusi xidmətləri və yeri olan
Abdulla Şaiq tərtib etdiyi 30-a yaxın dərslikləri (bəzilərinin müəllifi, bəzilərinin həmmüəllifidir) ilə
pedaqogika tarixində milli intibahın ilk tribunlarından hesab edilə bilər. Tədrisə dərsliklərilə milli
dil, milli düşüncə tərzi, folklor süjet və obrazlarını gətirən Abdulla Şaiqin bütün çoxcəhətli
fəaliyyəti onun apardığı ideoloji işin tərkib hissəsidir. Ədib ana dilində ilk sinif təşkil etməsi,
anadilli dərsliklər hazırlaması, uşaqlar üçün əsərlər yazması və tərcümələrilə böyük bir missiyanı
üzərinə götürmüş və bu işi uğurla həyata keçirmişdir.
Ümumiyyətlə, Azərbaycanda məktəb və maarif işinin yüksəlişində Abdulla Şaiqin müstəsna
xidmətləri vardır. İlk anadilli siniflərin açılması kimi böyük ictimai, eyni zamanda siyasi hadisənin
baş tutması bir neçə həmkarı ilə birlikdə Abdulla Şaiqin çətin və ardıcıl əməyinin nəticəsidir. 1917-
ci ildə çar hökumətinin sözdə "Məktəblərin milliləşdirilməsi" barədə verdiyi qərardan sonra A.Şaiq
onsuz da gizli şəkildə həyata keçirdiyi işi leqal şəklə sala bildi. Hökumətin milli dili və milli
mədəniyyəti bütün vasitələrlə gözdən salmağa çalışmasına baxmayaraq, Abdulla Şaiqin təşəbbüsü
ilə 3 aylıq Azərbaycan dili kursu açıldı. Kursa cəlb edilən 25 şagirdə dərsləri türk dilində A.Şaiq,
Q.R.Mirzəzadə, C.Cəbrayılbəyli, H.S.Səyyah kimi müəllimlər tədris edirdilər. Kursu bitirən
şagirdlər üçün 49 rus sinfi olan Bakı Birinci Realnı Məktəbinin nəzdində bir sinif açılır. 1924-cü
ildə həmin sinfi bitirən şagirdlər Azərbaycan maarifi tarixində ana dilində ilk orta təhsil alan
şagirdlər oldular. A.Şaiq tərəfindən əsası qoyulan milli siniflərin əsasında 20-ci illərin əvvəllərində
yaradılan Şaiq Nümunə Məktəbi Azərbaycanda milli kadr yetişdirilməsi sahəsində müstəsna işlər
gördü. Elm, mədəniyyət, ədəbiyyat sahəsində görkəmli yeri və xidmətləri olan T.Ş.Simurq,
R.Axundov, B.Talıblı, C.Cabbarlı, M.Müşfiq, Niyazi, A.Əfəndizadə, Ş.Bədəlbəyli, Ə.Bədəlbəyli,
S.Rüstəm kimi ziyalılar həmin məktəbin yetirmələridir.
Pedaqoq kimi böyük və səmərəli işlər görən Abdulla Şaiq tədrisdə başqa bir boşluğun aradan
qaldırılmasına nail oldu. İlk anadilli dərsliklərin tərtib edilməsində yaxından iştirak etdi. O, 30-a
yaxın dərsliyin bəzilərinin müəllifi, bəzilərinin həmmüəllifidir. A.Şaiqin yaradıcılığında didaktik-
əxlaqi motivli əsərlərin çoxluğu onun pedaqoji fəaliyyəti və dərslik tərtib etməsi ilə bağlıdır.
İlk dərsliyi “Uşaq çeşməyi”ndən (1907) (M.Mahmudzadə, S.Əbdürrəhmanzadə, S.Axundzadə
ilə birlikdə), son dərsliyi “ədəbiyyat dərsləri”nə qədər (1934) (H.Zeynallı, İ.Hikmət, A.Musaxanlı
ilə birlikdə) A.Şaiq ideoloji kursunu davam etdirmiş, ümumtürk mədəniyyətinin daşıyıcısı və
təbliğatçısı olmuşdur. Bu dərsliklər tarixi-ictimai dəyərə malik olması ilə bərabər, həm də müəllifin
şəxsiyyət olaraq, ictimai-siyasi mövqeyinin, peşəkarlığının, ədəbi-bədii zövqünün göstəricisidir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
99
Dərsliklər ümumtürk mədəniyyəti, ədəbiyyatı tarixinin tədqiqi və təbliği baxımından böyük
əhəmiyyətə malikdir. Burada türklərin qədim dövrlərdən başlamış ədibin öz dövrünə qədər olan
mədəni təkamülü əks olunur. Dərsliklərdə dünyanın yaranışı barədə mifoloji mətnlər, türklərin
etnogenezisi haqqında, türk mənəvi dəyərləri, əxlaqı və dili barədə bilgilər müxtəlif elmi və ədəbi
qaynaqlardan istifadə olunmaqla təqdim edilmişdir. Mətnlərin adlarından göründüyü kimi,
dərsliklərdə şagirdlərə türklərin etnik kmiliyi, coğrafi əraziləri, məişəti, mədəniyyəti haqqında
informasiya ötürülürdü: "Qamusi-əlam"dan "Türklər"(Gülzar,1912),"Türk aləmi” (Türk çələngi,
1919), Ə.Hüseynzadə "Türk dili" (Türk çələngi, 1919), Ə.Canib "Turanın yolu" (Türk çələngi,
1919), "Türk qanı" (Türk çələngi, 1919), Z.Göyalp "Türklük tufanı"(Türk çələngi, 1919), İ.Ələvi
"Türk obasına səyahət" (Türk ədəbiyyatı, 1920), Z.Göyalp "Dəli Domrul"(Türk ədəbiyyatı, 1920).
Göründüyü kimi, Abdulla Şaiq "Türk çələngi" dərsliyinə Əli bəy Hüseynzadənin "Türk dili"
məqaləsini daxil etmişdir. Onu da qeyd edək ki, bir sıra məsləkdşının bioqrafı olan A.Şaiq
Ə.Hüseynzadə şəxsiyyəti və yaradıcılığı haqqında ilk oçerkin müəllifidir. 1912-ci ildə çap edilən
"Gülzar" dərsliyində o, Ə.Hüseynzadənin həyat və yradıcılığı barədə məlumat vermiş, onun
Azərbaycan mədəniyyəti tarixində xüsusi yeri və xidmətləri barədə söz açmışdır.
Dərsliklərdə Abdulla Şaiqin təhsil və tərbiyəyə dair konsepsiyası əks olunur. Dərsliklərin
mündəricatı ilə tanışlıq göstərir ki, Abdulla Şaiq bir müəllif kimi şagirdlərə milli və dini dəyərləri
aşılamağa səy göstərir. A.Şaiq dərsliklərində uşaqların milli ruhda, soy-kökünə bağlı vətəndaş kimi
tərbiyə etmək məqsədini yaddan çıxarmırdı. Həm də şagirdlərin yaşaq və maraq dairəsini nəzərə
alırdı. 1919-cu ildə dərc edilən A.Şaiqin “Türk çələngi” dərsliyində türkçülüyün ideoloqu Ziya Dostları ilə paylaş: |