I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə22/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

lüğət hazırlama, yazma, onun qayda-qanunlarını inkişaf etdirmə və həyata keçirmə işinə 

sözlükçülük, leksikoqrafi deyilir ” (TDK,2009:1806) şəklində izah edilib.  

Biz bu məqalədə Türk xalqlarının müqayisəli lüğətçiliyinin hazırlanmasını Azərbaycan və 

Türkiyə Türkcəsi örnəklərində göstərməyə çalışacağıq. 

Türkcə, çox böyük bir coğrafi sahəyə yayılıb, Sarı çayın döngəsindən başlayıb Adriatik 

sahillərinə, Şimali Afrikaya kimi böyük bir coğrafiyada hökmran olub. Həm coğrafiyanın 

böyüklüyü, həm də bu coğrafiyalarda fərqli mədəniyyətlərlə olan ünsiyyətlər, tarixi, siyasi və 

coğrafi səbəblər bu dildə müxtəlif ləhcə və şivələrin yaranmasına da gətirib çıxarıb. Bundan asılı 

olaraq da şivələr arasında həm qrammatika, həm də leksik və fonetik yöndən bəzi fərqliliklər özünü 

göstərib. Ancaq bu fərqliliklər yaranmış olsa da şərqdəki bir türk ilə qərbdəki bir türkün bir-birini 

başa düşməsi on günlük və ya daha az bir zamanda öz həllini tapacaq özəllikdədir 

(xüsusiyyətindədir); çünki bəzi səslərə qulaqların öyrəşməsi ilə bu narahatçılıq nisbətən aradan 

götürülür. Nümunə olaraq Türkiyə Türkcəsində “yıl” sözü Azərbaycan Türkcəsində “il”, 

Özbəkistanda “yil”, Qazaxıstanda “jıl”, Qırğızıstanda isə “cıl” kimi səslənir. 

Güney Azərbaycan bölgəsi bu gün Türkcənin ən baki sahələrindən biridir, çünki burada 

Türkcənin ən qədim və nadir örnəkləri yaşadılmaqdadır. Fars təzyiqinin şiddətinə baxmayaraq 

onillərdən bəridir Cənubi Azərbaycan türklüyü dilimiz və mədəniyyətimiz yönündən alqışlanacaq 

bir qəhrəmanlığı nümayiş etdirərək milli dəyərlərimizi böyük bir həssasiyyətlə qoruyub-saxlayıb. 

Eyni təzyiq Kərkük, Uyğur, Rusiya Federasiyası hakimiyyətindəki türklər və qaqauzlarla birlikdə 

müstəqil türk cümhuriyyətlərinin xaricində yaşayan bütün türklər üçün qüvvədədir. 

Bunları nəzərə alaraq Türkcənin müqayisəli lüğətçiliyi üstündə işləmək xalqlarımızın və 

dilimizin taleyi üçün əsla nəzərdən yayındırılmaması vacib olan bir məsələ kimi qarşımızda 

dayanmaqdadır. 

Dil iki əsas ünsürdən təşkil tapır. Bunlardan biri o dildəki səs, şəkil və cümlə quruluşunu 

araşdıraraq müəyyən qaydalarını təyin edən qrammatika, digəri isə o dilin söz ehtiyatıdır 

(Eminoğlu, 2010:3). Lüğətlər bir dilin söz ehtiyatının nə qədər böyük olduğunu özlüyündə saxlayır. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



110

Lüğətlərin yaranmasının əsas səbəbi isə ondan istifadə edən şəxslərə sözlərin sinonimlərini, 

antonimlərini və mənalarını çatdırmaqdır.  

Peşəkar mənada ilk lüğəti hazırlayan şəxsin eradan qabaq II əsrdə yaşayan və İsgəndəriyyə 

muzeyinin rəhbəri Aristophanes olduğu irəli sürülür (Bingöl, 2006:200). 

Türkcənin ilk lüğətini hazırlayan şəxsi isə Kaşqarlı Mahmuddur. Kaşqarlı, bu əsərini nə cür 

hazırladığını bu sözlərlə dilə gətirib: “ Lüğətdən istifadə edən, axtardığı kəlməni düz yerdə tapsın 

deyə hər sözü əlifba sırasına görə düzdüm; mənsur və mənzum cümlələr, atalar sözləri, hikmətli 

sözlərlə və zərif bir dillə bəzədim” (Atalay, 2006:5).Türk dünyasında hazırlanan ilk lüğət vəsfindəki 

Divani Lüğətit Türkün ən önəmli özəlliyi dünya dilçiliyində müqayisəli metodun özülünü 

qoymasıdır (Əsgər, 2008:11).Əsər, Orta Türkcə dönəmində  Qaraxani Türkcəsi ilə yazılıb. 

XIX yüzillikdən sonra lüğətlər Qıpçaqca, Çağatayca və Osmanlıca olmaqla üç hissədə 

dəyərləndirilir.  

Əbülqasım Zəməxşərinin hazırladığı “Müqəddimət-ül Ədəb” Qıpçaq Türkcəsi ilə hazırlanıb. 

Lüğət Ərəbcə, Farsca, Monqolca və Türkcə olaraq tərtiblənib. Əsər, Xarəzm bölgəsinin mədəni 

mərkəzlərini monqolların təxrib etməsi səbəbilə dilimizin o dönəmlərdəki özəlliklərini əks 

etdirdiyindən nadir bir əsər xüsusiyyətinə malikdir. Uzun müddət Məkkədə qaldığına görə 

“Carullah” ləqəbini də götürən Mahmud Zəmahşəri əsərini “Kanqlı-Qıpçaq” yəni Xarəzm 

ləhcəsində yazıb (Köprülü, 1986:202-204). 

" İbn Mühənna lüğəti ", XIII əsrin sonları ilə XIV əsrin əvvəllərində yazılıb. Əsər Farsca, 

Türkcə və Monqolca olmaqla üç hissədən ibarətdir və Kaşqar-Uyğur türkcəsi (Xaqaniyə)ilə 

hazırlanıb. Lüğətdə sözlərin anlamı hər üç hissədə də ərəb dilində izah edilib.  

Lüğətin yazıldığı dövrdə Azərbaycanda həm Oğuz, həm də Qıpçaq tayfaları və onların 

danışdığı dil hakim idi. İbn Mühənna Lüğətinin ən önəmli özəlliklərindən biri Elxanilər dövründə 

Türküstan Türkcəsi ilə yanaşı, Türkmən və Azərbaycan Türkcəsinə də yer ayırmasıdır (Cafəroğlu-

II, 2015: 117-118). 

Əlişir Nəvai 16-cı əsrdə yetişən və Türk Mədəniyyəti üçün böyük bir dəyər ifadə edən 

şəxsiyyətimizdir, çünki əsərləri əsrlər boyu Türk dünyasının hər bir küncündə zövqlə oxunub 

(Barthold,1984:217). Əlişir Nəvai ilə Çağatay Türkcəsinin qazandığı qüdrət, onun əsərlərini başa 

düşmək məqsədilə bir çox lüğətin hazırlanmasına səbəb olub (Ərcilasun,2010:423). Özünün 

hazırladığı və Türkcənin Farscadan da, Ərəbcədən də üstün olduğunu şüurlara yeritdiyi 

“Mühakəmətü’l-Lüğəteyn”, dilimiz və mədəniyyətimiz yönündə əvəzsiz bir əsərdir 

(Cafəroğlu,2015:168-169. 

Nəvai tərəfindən 16-cı əsrin əvvəllərində Ərəb lüğətşünaslığı əsasında Çağatayca hazırlanan“ 

Abuşqa Lüğəti” Ərəb və Fars dilinə məxsus olduqca çox sözləri ehtiva edir. Lüğətdə  Çağatay 

Türkcəsindəki sözlərin Anadolu Türkcəsində hansı anlamlara gəldiyi izah edilib (Bingöl, 

2006:202). Bu lüğət əslində yalnızca Çağatayca olan kəlmələrin izahını Anadolu Türkcəsində 

vermiş olsa belə o həm də Azərbaycan Türkcəsinə aiddir, çünki o vaxt bu iki coğrafiyada danışılan 

dil harada isə 90 faiz bir-birinə yaxındı və haçalanma yeni başlamışdı.  

XVI əsrdə yetişmiş önəmli alimlərdən biri olan Vankulu Məhməd “Kitab-ı Lüğəti Vankulu” 

adıyla tanınıb.  

Farablı Cövhərinin “Sihah-ı Cövhər” adlı Ərəbcə lüğəti, Anadoluya gətirilən mətbəədə çap 

edilən ilk əsərdir. Ancaq XVIII əsrə kimi yalnızca Türkcə sözləri əhatə edən hər hansı lüğət çap 

olunmayıb. Bu əsrdə Əsəd Məhməd Əfəndi “Ləhcət-ül Lüğət” adlı bir əsər hazırlayıb və orda 

Türkcə sözlərin Farsca hansı mənaya gəldiyinin izahı verilib. Tənzimat dövründə və sonrakı illərdə 

Türk dilinin sadələşməsində böyük rolu olanlar arasında zikr edilən Mütərcim Asim Əfəndi Təbrizli 

Hüseyn ibn Xələfin “Burhan-ı Katı” əsərini 6, Məhəmməd Firuzabadinin Ərəbcə hazırladığı 

“Qamus-ül Mühit” adlı əsərini isə 8 ildə Türkcəyə tərcümə edib. Onun tərcümə etdiyi Qamusda 

Türkiyə Türkcəsində işlədilən (qurşaq, gəmirtdək, pısqırmaq, dərnək) kimi küllü miqdardakı 

sözlərin eynilə bu gün də Azərbaycan Türkcəsində yaşadığının şahidi oluruq (Türk Ansiklopediyası, 

1971:448).Nadir Şahın və qənəvist Mirzə Mehdi Xan tərəfindən hazırlanan “Sənglax” da 

Çağataycanın önəmli əsərlərindən biridir. (Bingöl, 2006:203). 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



111

Anadoluda Əhməd Vefik Paşanın XIX əsrdə hazırladığı iki cildlik “Ləhçə-i Osmani” adlı 

lüğət o dövrün ən önəmli əsəridir, çünki Əhməd Vefik Paşa digər Osmanlı ziyalılarından fərqli 

olaraq Türkcənin müstəqil bir dil olduğunu, Osmanlı toplumunun danışdığı dilin də Türkcənin 

ancaq bir ləhcəsi, “Türkmən lisanı” olduğunu irəli sürərək Osmanlı sərhədlərinin xaricində də bu 

dilin yaşadığını vurğulayıb (Yavuzarslan,2004:191). 

Müəllim Nacinin hazırlamağa başlayıb ölümü səbəbilə yarım qalan və Müstəcabizadə İsmət 

tərəfindən başa çatdırılan “Lüğəti Naci” adlı əsərdə dilimiz yönündən önəmlidir.  

Ancaq XIX əsrin ən məşhur əsəri “Lüğət bir dilin xəzinəsi hökmündədir” (Sami, 1987:3) 

deyən Şəmsəddin Sami tərəfindən hazırlanan “Qamus-ı Türki” adlı lüğətdir.   

Azərbaycan sahəsində hazırlanan ilk lüğət Türkiyə türkcəsində olduğu kimi Divanı Lüğatit 

Türkün adı çəkilir. Anadolu və Azərbaycan Türkcələrinin haçalanmağa başlamasından sonra 

hazırlanan lüğətlərdən 13-cü əsrdə Fəxrəddin Naxçıvaninin “Əs Sihal Əl Əcəmiyyə ”, 14-cü əsrdə 

İbn Mühənna Lüğəti, 19-cu əsrdə Sankt Peterburqda L. Z. Budaqovun “Sravnitəlnıy Slovar 

Turətsko-Tatarskih Nareçiy”, Radlovun 1893-1911-ci illər arasında hazırladığı “Opıt Slovariya 

Turetskix Nareçiy”, 1920-ci illərdə M. Qənizadə, Üzeyir Hacıbəyli və Q. Qarabəyovun hazırladığı “ 

Rusca-Azərbaycanca ”, yenə Üzeyir Hacıbəyli tərəfindən hazırlanan “ Rusca-Türkcə və Türkcə-

Rusca Lüğət ”, Qarabəy Qarabəyovun “Qamusu Türki” adlı əsərlər bu sahədə mənbə olmaq 

özəlliyinə malik əsərlərdir (Karaman, 2009: 698-699). 

Sovet dövründə Azərbaycan Elmlər Akademiyasında yaradılan “Lüğət Şöbəsi”nin 

fəaliyyətləri nəticəsində “ Lüğətlər İnstitutu ”nun qurulması lüğətçilik sahəsində önəmli addımların 

atılmasına gətirib çıxarıb.1944-cü ildə “ Rusca-Farsca-Azərbaycanca Lüğət ” (Qurbanov-I,:419-

420) yayımlanır və Sovet dövründə Azərbaycanda İngiliscə-Azərbaycanca, Fransızca-

Azərbaycanca, Almanca Azərbaycanca, Ərəbcə Azərbaycanca, Farsca-Azərbaycanca Danışıq 

Lüğəti, Dialektoloji lüğəti, Ərəb-Fars Sözləri lüğəti, Ə.Ə. Orucovun rəhbərliyində “ Azərbaycan 

Dilinin İzahlı Lüğəti ”, eyni adla Ağamusa Axundovun hazırladığı lüğət, terminlər lüğətləri, izahlı 

lüğətlər, bir də kiçik Türkiyə Türkcəsi lüğəti çap olunub.  

Ancaq qeyd etməliyik ki, 16-cı əsrdən 1930-cu illərə kimi Azərbaycanda dilimiz üçün “ 

Türkcə, Türk Dili ” terminləri işlədilib, lakin Anadolu sahəsində işlədilən yazı dili isə “ Osmanlıca 

” termini ilə əvəz edilib (Ərcilasun,2010:430). 

Türkiyədə Hayati Dəvəlinin 1992-ci ildə “Azəri Türkcəsi Lügati” və mənim 8 ildə hazırlayıb 

başa çatdırdığım “Azərbaycan Türkçəsi Sözlüğü” adlı əsərim1994-cü ildə Milli Əgitim Bakanlığı 

tərəfindən çap olundu. Türk dillərində ilk müqayisəli lüğət 1991-1992-ci illərdə Ahmət Bican 

Ərcilasun bəyin rəhbərliyində “Karşılaştırmalı Türk Ləhcələri Sözlüğü” adıyla hazırlandı və Kültür 

Bakanlığı tərəfindən çap olundu. Bu əsər, müqayisəli Türk dilləri lüğətçiliyinin hazırlanması 

yolunda atılan ilk və ən önəmli addımdır. Üstündə otuz il işlədiyim “Karşılaştırmalı, Ensiklopedik 

Azərbaycan Türkcəsi Sözlüyü” adlı əsər inşallah 2017-ci ildə Türk Dil Qurumu tərəfindən çap 

ediləcəkdir, hal-hazırda lüğətin yığılması işləri aparılır.  

ƏsərdəAzərbaycanTürkcəsiiləTürkiyəTürkcəsimüqayisəlişəkildəverilibvə söz ehtiyatı 

Azərbaycan Türkcəsində 88 min, Türkiyə Türkcəsində isə 93 mindən artıqdır. 

Türk xalqlarının müqayisəli izahlı və terminoloji lüğətlərinin hazırlanması işinin Türk 

cumhuriyyətlərinin müstəqilliklərini qazanmasından bu tərəfə keçən 25 illik zamanda həyata 

keçirilə bilməməsi dilimiz və mədəniyyətimiz adına böyük bir itkidir. Türkiyə, bu işdə öncüllük 

etməli, qardaş Türk cumhuriyyətləri ilə əlbir olunaraq müqayisəli izahlı və terminoloji lüğətlərinin 

hazırlanması işi ən tez vaxtda başa çatdırılmalı, dilimizdə meydan sulayan yad sözlər digər Türk 

xalqların da və dialektlərdə işlənən sözlərlə əvəz edilərək çirklilikdən xilas edilməlidir.   

ƏDƏBİYYAT 

1.

  Atalay, Bəsim, Divan-ı Lügat-it Türk-I, TDK Yayınları, Ankara 2006 



2.

  Barthold, W., İslâm Mədəniyəti Tarihi, Hazırlayan: Prof. Dr. M. Fuad Köprülü, DİB 

Yayınları, 6. Basım, Ankara 1984 

3.

  Bingöl, Zekeriya, Sözlük və Sözlükçülük Üzərinə Bir Araştırma, Akademik Bakış 



Dergisi, 9. Sayı, Kırgızıstan 2006 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



112

4.

  Büyük Türkçe Sözlük, TDK Yayınları, Ankara 2009 



5.

  Caferoğlu, Ahmet, Türk Dili Tarihi, Altınordu Yayınları, Ankara 2015 

6.

  Eminoğlu, Emin, Türk Dilinin Sözlükleri ve Sözlükçülük Kaynakçası, Asitan Yayıncılık, 



Sivas 2010 

7.

  Ercilasun, Ahmet B., Türk Dili Tarihi, Akçağ, Ankara 2010 



8.

  Əsgər, Ramiz, Mahmud Kaşğari və Onun “DivanüLüğat-it Türk” Əsəri, Avrasya 

Yazarlar Birliği Yayınları Dil Araştırmaları Dizisi, Bakı 2008 

9.

  Karaman, Erdal, Azerbaycan Sahası Sözlükleri, Turkish Studiəs, Lətəraturə and History 



of Turkishor Turkic Volumə 4/4 Summər 2009 

10.


  Köprülü, Fuat, Türk Edebiyatı Tarihi, Ötükən Yayın evi, İstanbul 1986 

11.


  Qurbanov, Afad, Müasir Azərbaycan Dili-I, Bakı 2008 

12.


  Sami, Şəmseddin, Kamûs-ı Türkî, Çağrı Yayınları, İstanbul 1987 

13.


  Yavuzarslan, Paşa, Türk Sözlükçülük Geleneği Açısından Osmanlı Dönemi Sözlükleri ve 

Şemseddin Sami’nin Kamus-ı Kürki’si, Ankara Ünversitesi Dil və Tarih-Coğrafiya Fakültesi 

Dergisi 44, 2, Ankara 2004 

 

Summary 



Taking into consideration; working on comparative lexicography of Turkish language is a 

very important issue for our nations and language’s fate.  

Keywords: Azerbaijan, Turkish language, dictionnary, lexicography 

 

 



Aynurə Paşayeva, doktorant 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu, elmi işçi  

aynure8@mail.ru 

 

“AZƏRBAYCAN” JURNALININ PUBLİSİSTİKASINDA TÜRK DÜNYASI 



 

1960-cı illərdə Azərbaycan publisistlərində Türk dünyası mövzusuna qarşı böyük maraq 

oyandı. Buna tarixdə baş verən siyasi proseslər də təsir göstərdi. Belə ki, uzun sürən gərginlikdən 

sonra, 1960-cı illərdə Sovet-Türkiyə münasibətlərində müəyyən yaxınlaşma meyilləri hiss edilməyə 

başladı. Türk dünyası mövzusu türk xalqları ölkələrinə səyahət edənlərin məlumatı ilə 

məhdudlaşdığından bu mövzu özünü daha çox bədii publisistikanın səyahətnamə janrında tapdı. 

Əlbəttə, Türk dünyası mövzusuna bütün publisistlərin maraq dairəsində deyildi. Çünki Türk 

dünyası haqqında yazmaq daxildən gələn türkçülük sevgisinin bir təzahürü idi. Mövcud hakim 

dövrdən çıxıb kapitalist, burjua münasibətlərinin hökm sürdüyü cəmiyyətdə Sovet adamı üçün Türk 

dünyası dövlətləri bir ölkə kimi ümumi təsəvvürdə nə qədər yeni idisə, bir o qədər informativ 

xarakter baxımından maraqlı hesab olunurdu. Müstəqillik dövründə milli mənlik şüurun oyanması, 

milli ideologiyanın formalaşması, genetik yaddaşın dirçəldilməsi publisistikada türk dünyası 

mövzusuna qarşı daha böyük diqqət yetirildi. Bu səbəbdən həmin mövzunun araşdırmaya cəlb 

olunmasının böyük əhəmiyyəti var. 

Azərbaycanın fəal ədəbi mətbu orqanlarından olan “Azərbaycan” jurnalında çap olunmuş 

Mehdi Hüseynin “Bir ay və bir gün” (1964, №8), Nigar Rəfibəylinin “Sağlıqla qal, yaxın qonşu” 

(1970, № 3-4), Elçinin “Yaxın, Uzaq Türkiyə” (1980, №6),  Məmməd Aslanın “Ərzurumun 

gədiyinə varanda” (1984, №7), Əli Səmədlinin “Mən bir ceviz ağacıyam Gülxanə parkında” (2000, 

№12) səyahət oçerkləri, Aybəniz Əliyevanın (Kəngərli) “Ziya Göyalp” (2000, №3); “Türklüyün 

fədaisi. İsmayıl bəy Qaspiralı-150” (2001, №10) məqalələri Türkiyə Cümhuriyyəti, Osman 

Sarıvəllinin “Ən dəyərli hədiyyə” (1960, №3) oçerki Özbəkistan, Məmməd Orucun “Buxara 

əsirinin sirri” (1999, №2), Fəxrəddin Əliizinin “Maxtumqulu vətənində” (2000, №7) səyahət 

oçerkləri Türkmənistan mövzusundadır. İstər Sovet, istərsə də müasir dövr publisistikasında adları 

çəkilən müəlliflərin səyahət oçerkləri türk dünyası ilə ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



113

məqsədi daşıdığından onların araşdırılmasının böyük əhəmiyyəti var. Bu əsərlərdə səyahət olunan 

məkanla bağlı təsviri, səyyahın görüşdüyü tarixi şəxsiyyətlər, tarixi və etnoqrafik, ictimai sfera 

haqqında məlumatlar, yazıçıların içərində olduqları məkanlarla bağlı təəssüratları olduqca maraq 

doğurur. 

M.Hüseyn 1963-cü ildə Türkiyə ilə ədəbi-mədəni əlaqələri inkişaf etdirmək məqsədi ilə may-

iyul aylarında bu ölkəyə səyahət edir. M.Hüseyn səfər təəssüratları ilə bağlı qələmə aldığı “Bir ay 

və bir gün” səyahət oçerkində ədəbiyyat məsələlərini daha çox qabartmışdır. M.Hüseyn Ankara 

Universitetinin rektoru Suut Kamal Yütginlə Türkiyə ədəbi prosesi ilə bağlı söhbətindən aydın olur 

ki, Əhməd Haşiminin dilinin qəlizliyinə görə oxunmaması, Yəhya Kamalın məzmunca 

müasirlikdən uzaq olması, şair Orxan Vəlinin erkən dünyasını dəyişməsi, hekayələrinə görə 

qüvvətli yazıçı olan Orxan Kamal, Said Faiqin müasir dünyagörüşünü dəstəkləyir. Kənd 

mövzusunda olan romanların oxucu auditoriyası tərəfindən zəif qarşılansa da, kəndin gerçəkliklərini 

əks etdirən əsərlərin (Sünullah Arsoyun “Karapücək”, Yaşar Kamalın “Yer dəmir, göy, mis” 

romanları) sayının az olmadığını da xüsusi vurğulayır. M.Hüseyn Sünullah Arsoyun “Karapücək” 

romanında bəhs olunan Karapürcək kəndini Türkiyədəki cahillik problemini yaşayan 40 min kəndin 

biri hesab edir.  

M.Hüseynin ən çox bəyəndiyi şəxsiyyət Tofiq Fikrət olmuşdur. Onun xalq sevgisinin 

qazanmasına səbəb xalqa yaxından bağlılığı, demokratik ideyalar tərənnümçüsü müstəqil Türkiyə 

uğrunda qələmi ilə mübarizə aparmağında görürdü: “Türk xalqı öz milli azadlığını xarici 

istilaçılardan qorumaqda Atatürk kimi siyasi bir xadimi necə borcludursa, yeni türk ədəbiyyatı əsil 

proqressiv və demokratik ideallarla zənginləşməsində Tofiq Fikrət kimi şairə və mütəfəkkirə elə 

borcludur” (4, s.168-169).   

Nigar Rəfibəylinin “Sağlıqla qal, yaxın qonşu” 1969-cu il 8-25 may tarixində Türkiyəyə səfəri 

ilə bağlı yazılmış, “Azərbaycan” jurnalı 1970-ci il 3-4-cü saylarında çap olunmuşdu. Əsərdə müəllif 

həyat yoldaşı R.Rza ilə birgə Türkiyənin Ankara, İzmir, Bursa, İstanbul şəhərlərində olurlar. 

ədəbiyyat məsələləri müəllifin yaradıcılığında daha çox öndədir. O, türkləri şirin dilli, kəndlərdən 

gələn nəzakət qaydalarına görə çox bəyənir. O, Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasının 

böyük tərəfdarıdır: “Gözüm ərəb əlifbası ilə basılmış tanış bir kitaba sataşdı. Molla Pənah Vaqif 

əzizim, xoş gördük, sən Türkiyə torpağına xoş gəlmisən, o gün olsun ki, Sabir gəlsin, Mirzə Cəlil, 

Mirzə Fətəli Axundov gəlsin bu ölkəyə...Hər cürə kitabla dolu olan kitab mağazalarında yeriniz elə 

görünür ki...” (7, s.152). Əsərdə daha çox N.Hikmətə geniş yer verilmişdi. O, Nazim Hikmətə 

çirkab atanlara ikrah hissi ilə yanaşır. N.Hikmətin dəfn mərasimində iştirak edən İstanbulda Çinar 

altında Türkiyə tarixində həlledici rol oynayan böyük inqilabçı şair Namiq Kamalı, Sultan 

Əbdülhəmidə qarşı gəncləri milli azadlığa səsləyən Tofiq Fikrəti, dəstə-dəstə gənclərin onun “ev 

muzeyini- Asiyanı” ziyarət etməsi, İstanbulu gözəl tərənnüm edən şairi Orxan Vəli, tribunası böyük 

meydanlar olan N.Hikmətin şeirlərini xatırlayır. 

Yazıçı Elçin 1979-cu ildə 22 iyun tarixində  tərcüməçi Muza Pavlova, tarixi romanlar müəllifi 

yazıçı İqor Kovalenko ilə birlikdə Türkiyə və Azərbaycan ədəbi-mədəni əlaqələri 

möhkəmləndirmək məqsədi ilə Türkiyə Yazarlar Sindikasının dəvəti ilə səyahətə çıxırlar. Əsərin 

sərlövhəsində verilən “yaxın” və “uzaq”lıq əslində ictimai kataklizmlər içərisindəki işıqlı və 

qaranlıq ziddiyyətləri, naqislik və dürüstlük, kəskin, çatışan və çatışmayan cəhətləri ilə nəzərə 

çarpan Türkiyə dövlətidir. Elçinin “Yaxın, uzaq Türkiyə” səyahət oçerki dərin elmi düşüncə ilə fəal 

ədəbi təcrübənin, müşahidənin vəhdətindən yoğrulmuşdu. “Bu oçerkdə bədii publisistika ilə elmi 

publisistika özünün təcəssümünü çox maraqlı bir vəhdətdə tapmışdır. “Yaxın, uzaq Türkiyə” 

əsərində müəllif gördüklərini yalnız təsvir etməklə kifayətlənmir, görüb anladıqlarını oxuculara 

təhlil və şərhlərlə maraqlı bir şəkildə çatdırır” (1, s.4). 

Elçin, hər şeydən öncə, bir ədəbiyyat tədqiqatçısıdır. Bu təcrübəsi onun ədəbi hadisələri 

analitik təhlil edən zaman daha çox üzə çıxır. Elçin Yaşar Kamalın ədəbiyyatçı mövqeyini təhlil 

edir, onun roman, poeziya oxucusu barədə fikirlərini təkzib edir. “İfadə ruhunun dilinin ağırlığından 

asıllı olmayaraq “poeziya-müasir türk poeziyası xalqın yaxın sirdaşıdır. Çünki bu poeziya xalqın 

sevincini bölüşməyən, dərdinə şərik çıxmağı bacarır” (2, s.105). Elçin Yaşar Kamalı pessimist bir 

yazıçı adlandırmış, 1956-cı ildə YUNESKO tərəfindən “İncə Memmed” ən yaxşı romanı adının 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



114

alması, xalqın həyatını əks etdirən “Yer, dəmir, göy imiş Tənəkə” kimi əsərlərini yüksək 

qiymətləndirmişdi. Ümumiyyətlə, türk ədəbiyyatı Elçinin gözündə müxtəlifliyi və çoxşaxəliliyi ilə 

özünü təsdiq edə bilən,  həm vətəndaş, həm də vicdan ədəbiyyatı kimi səciyyələndirilir. Bu 

mükəmməlliyin səbəbini türkün bütün dövrlərində yazıçının siyasətlə məşğul olması, xalqla bağlı 

olmasında görürdü. Türkiyə ədəbiyyatının müəyyən istiqamətə yönəlməsində oynadığı rolu, hətta 

Atatürk reformalarının həyata keçməsində türk ədiblərinin böyük dayağını vurğulayır. Elçin 

Atatürkdən sonra türk ədəbiyyatının zəifləməsinə, Menderes-Bayar diktaturasının türk ədəbiyyatı 

üçün acı nəticələrinə, Səbahəddin Ali kimi yazıçının güllələnməsinə təəssüflənir.  

Məmməd Aslanın “Ərzurumun gədiyinə varanda” səyahət oçerkində publisisti ən çox 

düşündürən məsələ Türkiyə cəmiyyətinin mövcud mənəvi-əxlaqi problemləridir. 1960-cı illərdən 

sonra Almaniyada işçi qüvvəsinə ehtiyac duyulmuş, bir çox müəssisələr bu işçi qüvvəsi toplamaq 

üçün Türkiyəyə gəlmişdi. Almaniyada qazandıqları pulla geri qayıdan həmin işçi qüvvəsi 

vətənlərində  ərazi, minik alırlar. Ancaq onları gələcəkdə gözləyən aqibətlərində xəbərsiz idilər. 

Ancaq pulun şirnikləndirici təsiri nə qədər cəlb edici olsa da, bir o qədər Avropa cəmiyyətində 

türkün mənəvi uçurumunu dərinləşdirir. Çünki iki ayrı irqin qarşılaşması xeyirlə şərin 

qarşılaşmasına bənzədir. Burada Şərin qələbəsi onun güclü cəzbedici təsiri sayəsində həyata keçir.  

Məmməd Aslanın Ədirnədə “Qapı Külə sınır qapısı”nda tanış olduğu bəy əfəndinin acı taleyi 

əslində bütün türklərin acı yaşamının bir nümunəsidir. 18 il kömür mədənində çalışan, öz vətənində 

2 evə sahib olan bu bəy oğlu tərəfindən avropasayağı etinasızlıq görür. Mühit hər bir gəncin 

formalaşmasında mühüm amildir. Hər bir fərdi şəxsiyyət kimi formalaşdıran cəmiyyət və onun 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin