Göyalpın “Qızıl alma” poemasından “Ərkənəqul” şeiri yer alır. Bir millət kimi türklərin tarixi
təkamül yolunu işıqlandıran şair sonda türklərin birliyə nail ola bilməməsindən və bu məsələdə əli
olanlardan söz açır. Şair türk balalarına kimin dost, kimin düşmən olduğunu çatdırır:
Bundan sonra tale döndü,
Ulduzumuz yenə söndü.
Qarşımızda rus göründü,
Kəsildi yurd ortağımız.
Krım,Qazan hədər oldu,
Dona,Qafqaz betər oldu.
Türkistanda nələr oldu,
Eşitmədi qulağımız.(4,336)
Amma şair ümidsiz görünmür və bir gün türklərin bir liderinin olacağına və türklərin çırağının
yenidən yanacağına inanır:
Yurd girincə yad əlinə
Ərkənə qul oldu yenə.
Cıxmazmı bir “Portaçənə”,
Nurlanmazmı çırağımız?! (4,336)
Ziya Göyalpın “Türk çələngi” dərsliyində verilən digər şeiri “Altun yurd” türklərin birliyinə,
həmrəyliyinə çağırış motivləri üzərindədir:
Ey oymaqlar, alaylar, birləşəlim, türk bir soy
Olduğunu hər kəsə, hər tərəfdə anlatsın.
Hanki millət, hankı boy, hankı oymaq, hankı soy
Baş əyməzsə, başını mizrağımız patlatsın.
Türk bir millət, bir ordu, qatılmayan qaçaqdır,
“Yasa”mızda yazılı: ”Hərbdən qaçan alçaqdır”. (4,.323)
Eyni ruhu, birliyə çağırışı Abdulla Şaiqin “Açıq söz”qəzetinin 1918-ci il, 6 fevral sayında
dərc olunan “Türk ədəmi mərkəziyyət firqəsi” “Müsavat”a ithaf” şeirində də görürük:
Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur.
...Yıldırımlı gözümüz qan ağladır düşmənə,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
100
Qorxaq,alçaq, xainin bu meydanda işi nə?!
Dəniz kibi coşalım, dalğa kibi qoşalım,
Altun ordu, irəli! Dağlar-daşlar aşalım!”
Ümumtürk mədəniyyəti Abdulla Şaiqin çoxcəhətli yaradıcılığının bütün sahələrində təbliğ
olunmuşdur. Bədii yaradıcılıqda M.Əkrəm, Ə.Hamid, M.Əmin, R.Tofiq, Z.Göyalp yaradıcılığından
bəhrələnən ədibə görə ədəbiyyatşnaslıqda, tədrisdə əsas meyar ümumtürk mədəniyyəti idi.
Dərslikləri də onun turançılıq konsepsiyasının tərkib hissəsidir. Dərsliklərdə Avropa ədəbiyyatından
tərcümələrə yer verilirdisə də, ağırlıq ortaq türk ədəbiyyatı üzərindədir. Hələ 1912-ci ildə nəşr
edilən “Gülzar” dərsliyinə Abdulla Şaiq “Qamusi-əlam”dan “Türklər” bölümünü, Ə.Hüseynzadə,
M.Ə.Rəcaizadə, T.Fikrət kimi sənətkarların bioqrafiyasını və əsərlərindən nümunələri daxil edir.
1919-cu ildə nəşr edilən “Türk çələngi” dərsliyində A.Şaiqin əsərlərindən və Avropa
klassiklərindən əlavə türk ədiblərinin, o cümlədən Əhməd Hikmətin “Altun ordu”, “Dünya
yaradılarkən”, Məhəmməd Əminin ”Yurdumuzun iniltisi”, İzzət Ələvinin ”Türk obasına səyahət”,
Sami Paşazadə Sezainin “İki yüz əlli quruşa bir əsər”, “İstanbulda yıldızlı bir gecə”, Ziya Göyalpın
“Qızıl alma” kimi əsərləri yer alırdı.
1920-ci ildə nəşr edilən “Türk ədəbiyyatı” dərsliyində şagirdlərə Rza Tofiqin “Axşam
qaranlığı”, Əli Canibin “Soqaq fənəri”, Tofiq Fikrətin “Xaliqin əmanəti”, “Ramazan sədəqəsi”,
Ziya Göyalpın “Dəli Domrul”, Xalid Ziyabəy Eşqizadənin”Türk nəfəri”, “İçəcək su”, Mahmud
Əkrəmin”Hali-səhər”,”Bu da bir şeiri-məhzuni-digər”,”Yad et!” kimi əsərləri təqdim olunurdu.
Əsas amalı uşaqlara öz ana dilini və ədəbiyyatını tanıtmaq, sevdirmək olan A.Şaiq bir
pedaqoq və vətəndaş kimi prinsiplərinə həmişə sadiq qaldı. Sovet hakimiyyətinin bərqərar olduğu
illərdə - vulqar sosiologizm, proletkultçuluq ideyalarının tüğyan etdiyi dövrlərdə də onun
dərsliklərinin kursu dəyişmədi. 1928-ci ildə nəşr edilən “ədəbiyyatdan iş kitabı” (H.Zeynallı,
A.Musaxanlı, C.Əfəndizadə ilə birlikdə) dərsliyində də prioritet milli ədəbiyyat üzərində idi.
Ümumtürk mədəniyyətinin İ.Nəsimi, Ş.İ.Xətai, Y.İmrə, M.Füzuli, Nəfi, M.P.Vaqif, M.V.Vidadi,
Q.Zakir kimi sənətkarların bioqrafiyası və onların əsərləri sovet stereotiplərinə uyğun olmadıqları
halda dərslikdə yer alırdı.
Məlumdur ki, XX əsrin əvvəllərində professional mərhələyə qədəm qoyan ədəbiyyatşünaslıq
elminin aparıcı simalarından olan A.Şaiq özünün ədəbiyyat tarixi konsepsiyasında milli yazılı
ədəbiyyatı mərhələlərə ayırarkən şifahi xalq ədəbiyyatını bədii fikrimizin ilk mərhələsi hesab edirdi.
Dil amilini milliliyin əsas meyarı hesab etdiyinə görə A.Şaiqin dərsliklərində türk ədəbiyyatı adı
altında yalnız türk dilində yazan sənətkarlar təqdim olunurdu. Bu ədəbi bölgüdə coğrafi sərhədlər,
milli mənsubiyyət yox, dil faktoru nəzərə alınırdı. Milli yazılı ədəbiyyatın Vaqif poeziyası ilə,
sonralar isə Salman Mümtazın ədəbi aləmə tanıtdığı Həbibi yaradıcılığı ilə başlanması fikrini irəli
sürən A.Şaiq dərsliklərində Türk ədəbiyyatı sərlövhəsi altında Füzuli, Nəfi, Y.İmrə, M.P.Vaqif,
Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Ə.Rəcaizadə, Z.Göyalp, M.Ə.Yurdaqul, Ə.Hikmət, R.Tofiq,
T.Fikrət, Ə.Canib və başqalarının; Fars ədəbiyyatından mühazirələr – sərlövhəsi altında Rudəki,
Ənvəri, Xaqani, Ö.Xəyyam, Ə.X.Dəhləvi, C.Rumi, Sədi, Firdovsi, Nizaminin bioqrafiyasını və
yaradıcılığından nümunələri təqdim edirdi.
Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslığında bu meyil
mövcud idi və ədəbi təsnifata belə yanaşan alimlər sırasında A.Şaiq də vardı. Lakin sonrakı illərdə
ədib Nizami, Xaqani kimi sənətkarların yaradıcılığını Azərbaycan ədəbiyyatının faktı hesab edir,
onların dəyərini bilməyi tövsiyə edirdi.
Abdulla Şaiq özünün çoxcəhətli fəaliyyəti ilə türkçülüyün son mərhələsi olan turançılıq
ideologiyasına xidmət göstərmişdir. Dərslikləri də bu ideoloji işin tərkib hissəsidir.
ƏDƏBİYYAT
1. "Açıq söz" qəzeti, 6 fevral, 1918.
2. A.Şaiq. Arazdan Turana. Bakı, Nurlan, 2003.
3. A.Şaiq. Gülzar, Bakı, Orucov qardaşları mətbəəsi, 1912.
4. A.Şaiq. Türk çələngi. Bakı: Hökumət mətbəəsi, 1919.
5. A.Şaiq. Türk ədəbiyyatı. Bakı: Hökumət mətbəəsi, 1920.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
101
6. A.Şaiq, A.Musaxanlı,H.Zeynallı,C.Əfəndizadə.Ədəbiyyatdan iş kitabı. Bakı, Azərnəşr, 1928.
7.Y.Akpınar. Azeri edebiyyatı araştırmaları. Dergah yayınları. Birinci baskı: Haziran, 1994.
The analysis and evaluation of common Turkic culture in A.Shaig's textbooks
Summary
A.Shaig is one of the tribunes of national renaissance who has special service and place in the
history of Azerbaijani literary-scientific and artistic thought with about 30 textbooks compiled by
him. A. Shaig who brought national language, national thought, folklore plot and characters to the
education propagates common Turkic culture and carried out great ideological work with his
comprehensive activity. Beside biography and examples of Azerbaijani and Ottoman writers and
poets, there is also information about mythological texts, etnogenezis of Turks, Turkic mortal
values, language and ethics of Turks. A. Shaig presents to his pupils M.Fuzuli, S.A Shirvani, Y.
Amra, Nafi, Z. Goyalp, A.Hikmat, I,Alavi, A. Huseyzada, T. Fikrat, M. Akram and other
representatives of common Turkic culture and their works in his textbooks.
Key words: Abdulla Shaiq, common Turkish culture, textbooks, Shaig's school, Ziya Goyalp
Aygün Orucova, fil.ü.f.d.
AMEA Naxçıvan Bölməsi
orujovaaygun82@gmail.com
“QƏRBİN İKİ DASTANINDA TÜRK”
Ucundadır dilimin,
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.
...Ayıltmadı qələmim,
Bu türk ilə əcəmi.
Nə qoydular yazayım,
Nə qırdılar qələmi (2, s. 35).
Azərbaycan ədəbiyyati və ictimai fikri tarixinə istedadlı ədib, görkəmli publisist, tənqidçi,
şair, tərcüməçi və filosof kimi daxil olan Əli bəy Hüseynzadə çoxcəhətli yaradıcılığa, zəngin biliyə
malik olmuş, mənalı və çətin həyat və yaradıcılıq yolu keçmişdir. “XX əsrin əvvəllərində
müstəmləkə əsarətinin kəskinləşdiyi, milli siyasi şüurun boğulduğu bir şəraitdə Əli bəy
Hüseynzadənin demək istədiyi “həqiqətin böyüyü” – müsəlman və türk xalqlarını azadlıq və ittihad
uğrunda mübarizəyə səsləyən çağırışı ifadə edirdi” (1, s.45).
Professor Turan Yazqanın sözlərilə desək, doğduğu, yaşadığı, çalışdığı yerlere bakmazsızın
bütün Türk dünyasının mücahidi Əli bəy Hüseynzadə Azərbaycan-türk-islam mənəviyyatını ilk dəfə
olaraq Şərq-Qərb kontekstində birləşdirməyə çalışmış böyük mütəfəkkir şəxsiyyətdir. O, xalqının
sosial-mənəvi ehtiyaclarını ilkin qavrayıb başa düşənlərdən biri olaraq yaşadığı dövrün bütün
sosial-siyasi-mənəvi ağırlıqlarını öz çiyinlərində daşımışdır. Əli bəy Hüseynzadə “Türklər kimdir
və kimlərdən ibarətdir?”, “Siyasəti-fürusət”, “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” və s. dəyərli
əsərləri, “Həyat” qəzeti və “Füyuzat” jurnalındakı fəaliyyəti ilə adını qızıl hərflərlə türkçülük və
azərbaycançılıq tarixinə yazmışdır. “Siyasəti-fürusət” (“At oynatmaq siyasəti”) irihəcmli traktatında
Zərdüşt, “Avesta”, Neron, Dante, Sofokl, Esxil, Evripid, Lermontov, Sen-Sans, Kəyumərs, Nəvai,
Cami Cəlaləddin Rumi, Teymur Ləng, Çingiz xan, Nadir şah, Nərimanov, Haqverdiyev kimi
onlarca tarixi və əfsanəvi şəxsiyyət, siyasi, mədəni hadisə, klassik sənətkar, bədii, elmi, fəlsəfi əsər
fonunda İran və Cənubi Azərbaycanın keçdiyi çoxəsrlik yola nəzər salınır” (4, s. 74-75).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
102
1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaya Türkiyədən “türkçülüyün atası” kimi
tanınmış Əli bəy Hüseynzadə də dəvət olunmuşdu. On altı illik ayrılıqdan sonra doğma Bakını,
yaxınlarını, dostlarını görmək böyük sənətkara nəsib olur. İsmailiyyə binasının yanında qoyulan
radio efirində qurultayın gedişatı şəhər sakinləri tərəfindən izlənilirdi. “İllər sonra doğma vətəninə
gəlişi Azərbaycanda böyük maraqla qarşılanmış, haqqında o dövrün mətbuatında bir çox yazılar,
məqalələr, şəkillər çap olunmuş, bəzi məqalə və şeirləri nəşr edilmiş, hətta bir sənədli film də
çəkilmişdir (5, s. 55-59). Tədqiqatçıların fikrincə, qurultayda Əli bəy Hüseynzadə Fuad
Köprülüzadə ilə birlikdə iştirak etmiş, “Qərbin iki dastanında türk” adlı məruzəylə çıxış etmişdir.
Bu məruzə çox böyük maraq doğurmuş və elə həmin ildə 45 səhifəlik kitab halında Bakıda Üçüncü
İnternasional Mətbəəsində latın qrafikası ilə nəşr edilərək ictimaiyyətə çatdırılmışdır. “Bu çıxışdan
sonra o, türkün xilaskarı kimi yenidən şöhrət qazanmışdır. Martın 5-də Əli bəy Hüseynzadə
Azərbaycan Yazıçılar Cəmiyyətinin fəxri üzvü seçilir” (6). Əli bəy Hüseynzadə akademik Marr,
Lunaçarski, Tomsen və digər görkəmli şəxsiyyətlər Qurultayın Rəyasət Heyətinə fəxri üzv
seçilmişlər. Lakin “Birinci Türkoloji Qurultayın fəxri rəyasət heyətinə seçilmiş Əli bəyin çıxışı,
təəssüf ki, qurultayın stenoqramına daxil edilməyib. Lakin Hüseynzadənin bu qurultayla əlaqədar
yazdığı birdəftərlik qeydlərini türkiyəli alim Hilmi Ziya Ülken “Türk sosializminin və türkçülüyün
atası Əli Turan” əsərinə daxil edib” (3, s. 27).
“Qərbin iki dastanında türk” Azərbaycan türklərinin azadlığı uğrunda çalışmağı haqq yolu
kimi seçən Əli bəy Hüseynzadənin öz xalqı qarşısında son çıxışı, son sözləri idi. Bu çıxış böyük
ədibin siyasi vəsiyyəti idi. Çünki xalqının istiqlaliyyəti məhv olmuş, vətəni Rusiya tərəfindən ikinci
dəfə bolşevizm qiyafəsində işğal olunmuşdu. Əsər Portuqaliya şairi Kamoensin “Luziada” və İtaliya
şairi T.Tassonun “Qurtarılmış Qüds” əsərlərində türkə münasibət məsələlərindən bəhs edir. Əslində
isə rəmzlərlə yazılmış bu əsər 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Sovet
Rusiyası tərəfindən Azərbaycanın işğalı haqqında ittihamnamədir. Hər iki əsərin mövzusu xristian
dövlətlərinin Şərq torpaqlarına təcavüzkarlığından bəhs edir. Əli bəy 500 il bundan əvvəl
Portuqaliya dənizçisi V.D.Qamanın Hindistanı kəşfi ilə 1920-ci ildə Sovet Rusiyası tərəfindən
Azərbaycanın işğalını bir-birinə bağlayır. Böyük sənətkar “Luziada”dan elə bədii parçaları, fəsilləri,
təsvirləri, mühakimələri əsərinə daxil etmişdir ki, bu hadisələr, təsvirlər onun müdaxiləsilə çox
aktual siyasi hadisələri diqqət önünə gətirmişdir.
“Luziada” əsərində Qamanın sərgüzəşti detalına müraciət Əli bəy Hüseynzadəyə erməni
millətçilərinin Azərbaycan xalqına qarşı təşkil etdikləri soyqırımı ifşa etməyə imkan yaratmışdır.
Böyük sənətkar T.Tassonun “Qurtarılmış Qüds” əsərində səlib müharibələrindən bəhs edərkən
ədalətsiz müharibələri, xristian dövlətlərinin müsəlman xalqlarına qarşı təcavüzkar siyasətini
pisləməklə yanaşı milli heysiyyəti tapdanan xalqların öz torpağını, şərəfini qorumaq uğrunda
mübarizəsinə də öz rəğbətini bildirmişdir. “Qərbin iki dastanında türk” əsərində bir-birinə qarşı
duran iki dünyanın mübarizəsi təsvir olunmuşdur. Bu dünyanın biri Qərbin tamahkarlıq, qəsbkarlıq
dünyası, o biri isə öz torpağını, varlığını, dinini, dilini qoruyan Şərq dünyasıdır. Bu məqsədlə əsərdə
əsas iki xətt vardır. Birinci xətdə böyük ədib istibdadı, təcavüzü V.D.Qama, I Juan, Henri, IV
Alfons, Kral Manuel, azadlıq və istiqlaliyyət ideyalarının tərənnümünü isə “Qurtarılmış Qüds”
əsərində xristian müstəbidlərinin təcavüzkarlığının qurbanı olmuş Səlcuq hökmdarı Süleyman, türk
qəhrəmanı Aldəmir, Səlahəddin Eyyubi obrazlarında təsvir etmişdir.
“Luziada” əsərinin baş qəhrəmanı Vasko da Qama XVI əsrdə Hindistan və Afrika xalqlarına
zülm edən, əsarətə məruz qoyan müstəmləkəçi obrazıdır. Əsərdə həmçinin, “müsəlmanlara qarşı kin
və xüsumətini gizli saxlayan” Şaumyanın, onun “mücahidatı-bəhriyyəsini ittixaz edən” Venera və
dəniz nereidləri də daşnak bolşevik diktaturasının obrazlarıdır. XV əsrdə portuqaliyalılar Hindistana
bir əlində qılınc, digər əlində xaçla gəlmişdilər. Lakin elə ki, Hindistanı işğal etdilər, xaçı kənara
atdılar, ciblərini qızılla doldurdular, xalqın sərvətini taladılar. Eynilə, 1920-ci ildə Rusiya
bolşevikləri də Azərbaycana bir əlində silah, bir əlində oraq-çəkiclə gəldilər, lakin Azərbaycanın
işğalından iki gün sonra ölkədə talan həftəsi başladı. Çünki məqsədləri Azərbaycanda bolşevizmi
yaymaq deyil, onun neftini, sərvətlərini Rusiyaya daşımaq idi. Deməli, müxtəlif dövrlərdə
avropalıların müstəmləkəçilik üsulları, Yaxın Şərqə qarşı münasibətləri demək olar ki, eyni
olmuşdur. Bu siyasət müxtəlif dövrlərdə müxtəlif ad və forma alsa da, mahiyyət eyni olmuşdur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
103
Ədib bu siyasətin ifşasını əsərdə “Luziada”dan götürdüyü “həp miramulindir” (Əmirəlmömin
deməkdir- A.O.) kəlməsilə açıqlayır. Bu ifadə ilə Kamoens XI-XIII əsrlərdə portuqaliyalıların
ərəblərlə apardığı müharibələrdə müsəlmanları günahlandırmalarına işarə etmişdir. Əsrlər boyu
Şərq ölkələrini təcavüzə məruz qoyan “həp miramulindir” (3, s. 414) anlayışı olmuşdur. Dahi ədib
“həp miramulindir” kəlməsindən sonra haşiyədə “Bu adətən bir nəqəratdır” (3, s. 414) yazarkən
məhz keçmişin yenidən təkrar olunduğunu yada salmışdır. Əsərdə “Luziada”nın qəhrəmanları rəmzi
obraz kimi təqdim edilmişdir. Kamoens - Rusiya, II Juan - II Nikolay, Kral Manuel – Lenin, Pol de
Qama – Stalin, Sarama – Perimal - M.Ə. Rəsulzadə, Katual – Nərimanov və s.
Böyük sənətkar əsərdə V.D.Qamanın qanlı portreti ilə erməni millətçilərinin rəmzi obrazını
yaratmışdır. Lakin o təkcə bir əsrin qəsbkar, qəddar obrazı deyil. V.D.Qamada hər bir dövrün
müstəbidi öz surətini, xarakterik cəhətlərini görə bilər. Əli bəy Hüseynzadə əsərdə “Luz əlində bir
dal tuturdu” – sözlərilə Lenin hökümətinin çar Rusiyasının müstəmləkəçilik ənənələrini davam
etdirməsini açıqlamışdır. Bu ənənə I Pyotrun məşhur vəsiyyətnaməsi idi. Ədib Pyotrdan sonra gələn
rus çarlarının Qafqaza təcavüzünə ustalıqla toxunaraq, onları Pyotr siyasətinin davamçıları, Lenini
də Pyotrun ənənələrinin layiqli varisi kimi təqdim edir. Ə.Hüseynzadə Romanovlar sülaləsinin
hökmdarlarını “Luziada”dan gətirdiyi Burqundskilər sülaləsini görkəmli kralları I Henrinin, I
Alfonsun, I Juanın, II Juanın simasında ifşa edir. Onun fikrincə, Rusiya “pərvətə kimi qəlibdən
qəlibə, şəkildən şəklə”, çarizm donundan bolşevizm donuna girsə də, onun müstəmləkəçilik
mahiyyəti eynidir. Hindistanın, yəni Azərbaycanın işğalını, “bu hadisatı-əzimənin, bu məşkul və
zəhmətli səfərin icraçısı “fələki-hakimi mütləq” olan Kral Manuel, yəni Lenin nəinki II Juanın, yəni
II Nikolayın yalnız taxt-tacının, eyni zamanda onun “təsəvvürati-müəzziməsinin dəxi varisi idi”.
Əsərdə Hindistanın “Malabar ölkəsində hökmdar olan kralların sonuncusu” Sarama Perimal
M.Ə.Rəsulzadənin rəmzi obrazıdır. İstedadlı ədib onun mənəvi təkamülünə, yüksək əqidəsinə,
türkçülüyünə, xalqın səadəti uğrundakı fəaliyyətinə elə rəmzi ifadələrlə işarə etmişdir ki, o
oxucunun təsəvvüründə dolğun səciyyəli siyasi, ictimai xadim kimi canlanır. Ədib əsərdə
Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna və M.Ə.Rəsulzadənin hakimiyyəti bolşeviklərə
müqavimətsiz təhvil verməsindən danışaraq yazır ki, Sarama Perimal “bütün əmlak və ərazi
üzərində haqqından əl çəkib bunları başqalarına ehsan və təbərrü etmiş bulunuyordu. Nagah o
sırada hökmdarın pək ziyadə məzhəri-təvəccöh və məhəbbəti olan bir dəliqanlı hüzuri-humayununa
çıxıyor. Buna da ta o dövrdə məşhur və zəngin bir bəldə olan Kalikut şəhri ehsan olunuyor” (3, s.
427). Əsərdə dəliqanlı hind naziri Samurinlərin (Azərbaycan bolşevikləri nəzərdə tutulur)
vükəlasından olan Katual isə N.Nərimanovun obrazıdır. Şeytanın portəgizlərin işğalçılıq məqsədilə
Hindistana gəlmələri haqqında dediyi həqiqətlər Katualı vahiməyə salır. Bu günə qədər gördüklərini
röya hesab edən “islam alimi”nin bütün vücudu lərzəyə düşür. O, yatağından dərhal qalxaraq
xidmətçilərinə işıq gətirdir. İşıq burada rəmzi məna daşıyır, bu işıq ona ətrafındakı hadisələri dərk
etməyə kömək edir. İşıqla Katual hər şeyi – limanlarına gəlmiş əcnəbilərin öylə yüksək insani
fikirlərlə deyil, kəşf olunan məmləkətləri istila niyyətilə gəlmiş olduqlarını görür.
Əsərdə Şeyx Fəzlullahlar, Seyidəli Yəzdilər kimi “pampadurları” da, düşmənə bələdçilik edən
Mon Səidləri də ədib qeyrətsizlikdə və gələcəyi görməməzlikdə təqsirləndirirdi. Kamoensin əsərində
Mon Səid - vaxtilə vətəni Tunis uğrunda portəgizlilərlə döyüşən bu vətənpərvər sonralar öz şəxsi
mənfəətini güdərək onlara bələdçilik və tərcümanlıq etmişdir. Əli bəy Hüseynzadənin təsvirində isə
Mon Səid əvvəllər, yəni 1918-ci ildə Bakını erməni millətçilərindən, rus bolşeviklərindən xilas edən,
sonralar isə, yəni 1920-ci ildə Azərbaycanda müstəqil dövlətin devrilməsində rus bolşeviklərinə
kömək edən mühacir türk zabitlərindən Xəlil Paşaların rəmzi obrazıdır.
Əsərdə müstəmləkəçiliyin, işğalların ifşası ilə yanaşı, əsarətə, müstəmləkəçiliyə qarşı
mübarizənin təbliği də ön plana çəkilmişdir. Müəllif bu ideyanı “ Luziada”dan əsərinə gətirdiyi
İnes de Kastronun müsibətlərindən bəhs olunan epizodun təsvirində aydın əks etdirmişdir. Bu
epizodda Portuqaliya hökmdarı IV Alfons saray adamlarının fitnəsilə oğlu Pyerin zövcəsi, “dilbər
və hüsna qadını” (3, s. 419) qəddarcasına qətlə yetirir. Öləndən sonra əri onu kraliça kimi bəzədərək
taxta oturdur və saray adamlarını məcbur edir ki, İnessanı koroleva kimi tanısınlar və əlindən
öpsünlər. Kamoensin onun haqqında yazdığı “öləndən sonra kraliça edilmiş” (3, s. 419) sözlərilə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
104
Ə.Hüseynzadə vətənin azadlığı, istiqlaliyyəti uğrunda “cəsuranə hərb edən həmvətənlərinin”
qəhrəmanlıqlarının tarixə yazılacağına, adlarının əbədi yaşayacağına işarə etmişdir.
Əsərdə Adamastor obrazı ən maraqlı, rəmzi obrazlardandır. “Luziada”da Adamastor “Ümid
burnu”nun mühafizi “Fırtınalar devi”ni təmsil edir və bu ad təbiətdə gizlənmiş bəd başlanğıcı
təqdim edir. Əli bəy Hüseynzadənin Adamastoru isə “dənizlərin, dağların arasında uzanıb yatan
qoca bir dağ kütləsi” (3, s. 423) – Azərbaycanın parlaq timsalıdır. Onun əsərə gəlişində böyük
əzəmət, qalib sərkərdələrə məxsus vüqar duyulur. “Vaxtilə allahlarla cəngə tutuşmuş olan bu əjdər”
(3, s. 423) sonralar müdhiş bir fəlakətə uğrayıb buraya düşmüşdür. Adamastor Thetisə - azadlığa
eşqi üzündən daşlaşan, cəsim bir qayalığa çevrilən şərəfli bir ölkənin – Azərbaycanın obrazı kimi
təqdim olunur. O, fəlakətə uğrayıb əsarət üzündən daşlaşsa da, azadlıq uğrunda mübarizə eşqi,
intiqam hissi onda sönməmişdir.Çünki “əlam və ekdarını təzyid üçün Thetisin (azadlığın) hakim
olduğu sular onu daima əhatə edib duruyor” (3, s. 423). Əksinə, Adamastor “cəsim qayalıqların
hizasında dəhşətli boralarla bərabər havada dəvandəm mühib bir xəyalətə dönüb”, düşmənin önünə
dikilərək, qorxunc sədası ilə onu “tədhiş və təhdid” edir.
Əsarətə etiraz, üsyankar ruh əsərdə yalnız Adamastora aid olmayıb, Saturn, Yanus, Merkuri,
Mars, Febus ulduzlarının şikayətlərində də rast gəlinir. Əli bəy Hüseynzadə bu obrazlarla əsarət
dünyasının məngənəsində boğulan məhkum xalqların uğursuz taleyini, əsarətə etirazını, azadlıq
eşqini təsvir etmişdir.
T.Tassonun “Qurtarılmış Qüds” poeması türkçülük ruhuna görə Kamoensin “Luziada”sına
cavab olaraq yazılmışdır. Kamoens Portuqaliyanın tarixi keçmişini, qəhrəmanlığını vəsf edərkən
əsarət altına alınmış türk xalqlarının faciəsini görə bilməmişdir. Tasso isə məhkum xalqların
faciəsini görür və yanırdı. Tasso səlib müharibələrində din uğrunda mübarizələrə atılan
Qodefroilərdən başqa doğma vətəni uğrunda mübarizə aparan Səlahəddin Eyyubilərin,
Süleymanların, Aldəmirlərin də qəhrəmanlığını görürdü. Buna görə də o öz əsərində müsəlman
Dostları ilə paylaş: |