I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə16/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

  

Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu 



möhtəşəm qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk 

xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə 

gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə 

keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, 

etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və 

əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı 

şəkildə işlənib hazırlanıb.       

Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk 

Dünyasının dili və tarixinə, etnogenezi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 

məruzə dinlənilmişdi. İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd 

Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişdilər: Səməd 

Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim 

akademik Bartold, akademik Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Mensel, 

RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Samoyloviç, 

Qazaxıstandan Bəytursun, Yakutiyadan Barahov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və 

Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Fuad 

Köprülüzadə, Dağıstandan Qorqmasov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, 

Türkmənistandan Berdiyev, Krımdan Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar. Bundan əlavə 

Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa 

Quliyev, akademik Marr, Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçiliblər 

(1, s. 256).  

I Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə 

obyekti oldu və müvafiq qərarlara imza atıldı:  

1. Əlifba məsələsi; 

2. İmla-orfoqrafiya problemi;   

3.Termin məsələsi;  

4. Tədris-metodika məsələsi; 

5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;  

6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi;  

7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri. 

Qurultayın gündəliyində yer alan əsas məsələlərdən biri də ortaq ədəbi dil problemi idi. Bu 

ideyanın banisi Krım-tatar ziyalısı İsmayıl bəy Qaspıralının nəzəri ideyalarının davamı olaraq 

böyük elmi auditoriyanın müzakirəsinə verilmiş ortaq ədəbi dil məsələsi ətrafında türkologiyanın 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



81

tanınmış simaları: M.F.Köprülüzadə, B.Çobanzadə,  X.S. Xocayev, A.Samoyloviç, N.Xakimov, 

X.Qabtiov və başqaları maraqlı elmi məruzələrlə çıxış etmişdilər (6, s. 260).  

Biz öncə bu ideyanın tarixi və məsələnin o dönəmdə qaldırılması ilə bağlı təşəbbüs və 

təsəvvürlərə baş vurmaq istərdik. Ortaq ədəbi dil ideyasının müəllifi görkəmli Krım tatar ziyalısı 

İ.Qaspıralı idi. Əslində onun ümumtürk ədəbi dili məsələsi ictimai-siyasi məzmun daşıyırdı. Ancaq 

o, qəzetçilik fəaliyyətində M.Kazımbəyin 50 il əvvəl başladığı dil təcrübəsinə əsaslanmışdı. 

İ.Qaspıralının təsisçisi olduğu “Tərcüman” qəzeti Krımdan başlayaraq Qafqaza, Volqaboyuna 

yayılmış, oxunmuş və anlaşılmışdı. Bunun bir əsas səbəbi də o idi ki, Krım tatar türkcəsi oğuz və 

qıpçaq ləhcələrinin elementləri əsasında formalaşmışdı. Türkiyə ilə daim sıx tarixi əlaqə Krım tatar 

türkcəsində oğuz elementlərini gücləndirdiyi kimi, Qazan tatarları ilə bilavasitə yaxınlıq, folklor-

dastan müştərəkliyi qıpçaq faktını genişləndirmiş və yeniləşdirmişdi. Bu halda “Tərcüman”ın dilini 

oğuz və qıpçaq coğrafiyalarının ziyalıları rahat anlamalı idilər (7, s. 22).  

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi də İ.Qaspıralının bu işini rəğbətlə 

qarşılayır və belə yazırdı: “Tərcüman 30 ildir ki çıxır. Bu otuz ilin müddətində hər tərəfin 

müsəlmanları qeyri qəzeti olmadığına görə onu aparıb oxuyublar. Odur ki, bəradərimiz İsmayıl bəy 

istəyir ki, “Tərcüman”ın dili ümumi dil olsun” (7, s. 23).  

Deməli, böyük ictimai xadim Həsən bəy Zərdabi də ümumi türk dili ideyasını bəyənirdi. Və 

deməli, ümumi türk ədəbi dili uğrunda böyük mübariz Əli Bəy Hüseynzadə bu fikri öz qəzetində 

çap etməklə böyük ideoloq İsmayıl bəy Qaspıralıya öz rəğbətini bildirmiş olurdu. 

Bütün bunlar onu göstərir ki, I Türkoloji qurultayın ideyasını verənlərin, onun təşkilatçılıq 

mexanizminin tərkib hissəsi olanların belə bir təşəbbüsə yiyələnmələri təsadüfi deyildi. Bütün 

layihə, demək olar ki, qurultaydan əvvəl nəzəri cəhətdən hazırlanmışdı. Ona görə də Səməd 

Ağamalıoğlunun rəhbərliyi ilə bu işə təşəbbüs edilməsi, hələ qurultaydan öncə türk dünyasının 

diqqət mərkəzində olan Bəkir Çobanzadənin Bakıya dəvət olunması türklər üçün nə qədər tarixi 

əhəmiyyət daşıyan məsələlərin müzakirəsinin labüd olduğunu və ciddi problemlərin aradan 

qaldırılmasını zəruri edirdi.  

Uzun əsrlər boyu müxtəlif imperiyaların qurbanı olmuş, xüsusilə də son yüzilliklərdə rusların 

ağır təcavüzünə məruz qalmış və nəticədə öz əlaqələrini zəiflətmiş türk xalqlarının bir araya 

gəlməsi üçün XX əsrin əvvəllərində münbit şərait yaranmışdı. XIX əsrdən başlayaraq millətpərəst 

ziyalıların aktiv fəaliyyəti bir regionda deyil, bütün türk coğrafiyasının sərhədlərinə qədər gedib 

çıxırdı. Nəticədə istər bədii, istər publisistik, istərsə də elmi müstəvidə öz əksini tapmış nəzəri 

konsepsiyaların artıq XX əsrin əvvəllərində praktik tətbiqi üçün bircə “siqnal verilməsi” yetərli idi 

və bu “səs” 1926-cı ildə türk xalqlarının tanınmış ziyalılarını Bakıda bir araya gətirdi.  

Əslində 1926-cı ildə belə bir qərarın verilməsi də bir qəribə görünür. Artıq Sovetlər Birliyinin 

qurulduğu bir dönəmdə belə bir sərbəstliyin verilməsi nəyə lazım idi? Niyə imperiya rəhbərləri belə 

bir təşəbbüsün gerçəkləşməsini könül xoşluğu ilə qəbul elədilər? Özü də bütün türk coğrafiyasını 

birləşdirəcək ümumi dil məsələsinin müzakirəsinə belə “səmimi” yanaşdılar? Təbii ki, bunlar göz 

önündə olan fəaliyyətlər idi, səhnəarxası nə proseslər gedirdisə, bunları dərinliklə müəyyən etmək 

mümkün deyildi. Ancaq bu dönəmdə Türkoloji qurultayın təşkil olunması, türk dünyasının 

görkəmli ziyalılarının bir araya gətirilməsinə göz yumulmasının arxasında çirkin bir niyyət 

gizlənirdi: gələcəkdə “dünya dövlətinə çevriləcək olan” Sovet İmperiyasını millətçi ziyalılardan 

təmizləmək (2, s. 65). Və elə də oldu. 1937-ci ildən başlayan repressiya maşını Türkoloji qurultayın 

təşkilatçısı və iştirakçısı olmuş ziyalıların böyük hissəsini aradan götürdü. Ancaq bu ideya ölmədi, 

bugünəcən yaşayır,  çünki onun təməli möhkəm prinsiplər üzərində qurulmuşdu.  

Türklər üçün ortaq ədəbi dil məsələsi qurultayın 14-cü iclasında qaldırılmışdı: Türkiyədən 

gəlmiş professor M.F.Köprülüzadənin “Türk xalqlarında ədəbi dilin inkişafı” adlı məruzəsi ilə 

məsələ ətrafında qızğın müzakirələr getmişdi.  

M.Köprülüzadə qədim və yüksək mədəni inkişaf faktoru kimi türk xalqlarının mükəmməl 

ədəbi dilə sahibi olmalarından bəhs etmiş, hələ islamaqədərki dövrdə türk dilinin bir sıra ləhcələrə 

ayrılmış olmasından söz açmışdır. O, çıxışdan açıq şəkildə bildirmişdir ki, ortaq ədəbi dil 

yaradılsın, ancaq məruzəsinin adıyla, yəni “türk xalqlarında ədəbi dillərin inkişafı” yox, “ədəbi dilin 

inkişafı” deməklə öz məqsədini açıq şəkildə ifadə etmiş olurdu (5, s. 446).  


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



82

Adından da göründüyü kimi, məruzədə söhbət türk ədəbi dilinin keçmişindən, tarixin hansı 

dərinliyində bu ədəbi dilin fəaliyyətə başlamasından, bu illərlə apardığı tədqiqatın nəticəsi olaraq,  

F.Köprülüzadə türk dilində sasanilər dövrünə (V əsr) gedib çıxan əsərlərin olduğunu söyləyir. 

Dünya mədəniyyətinə hələ XIX əsrdən məlumdur ki, məhz öz əlifbası ilə yazılmış Orxon 

abidələrinin kamil dili timsalında VIII əsrdə  türkün mükəmməl ədəbi dili vardır. Bu, kifayət qədər 

inkişaf etmiş ədəbi dildir. Bu, Altaydan Dunaya qədər uzanan möhtəşəm imperiyanın dövlət dilidir 

(6, s. 261). Şübhəsiz, bu ucsuz–bucaqsız coğrafiyada az-çox özünəməxsus məhəlli əlamətlər 

qazanmış müxtəlif ləhcələr də olmalıydı. Bu nəhəng türk imperiyasının qövmləri olmaq etibarilə 

yerli türklərin yerli ədəbi ləhcələri də imperiya ədəbi-dövlət dilinin tərkib hissələridir və təbii ki, 

yerli ədəbi təzahürlər də əsas leksik, qrammatik norma imperiya - dövlət ədəbi dilinindir.  

Bəkir Çobanzadə də qurultayda M.F.Köprülüzadə kimi iki məruzə ilə çıxış etmişdi: “Türk 

dillərinin yaxın qohumluğu” (üçüncü iclas), “Elmi terminologiyanın sistemi haqqında” (səkkizinci 

iclas). Hər iki məruzəsində türk xalqları üçün ortaq ədəbi dilin yaradılması probleminə tarixi 

faktlara söykənərək tutarlı elmi dəlillərlə aydınlıq gətirmişdi. Türklər üçün ümumi ədəbi dil 

mübahisəsində vahid ədəbi dil tərəfdarlarının əsas söykənəcəklərindən biri bugünkü türklərin bir-

birini anlaması faktı idi. B.Çobanzadənin məruzəsində bu məsələ canlı faktlarla özünəməxsus 

şəkildə cavablanmışdı, onun məruzəsində çox ibrətli məqamalar vardı. 

B.Çobanzadə türk xalqlarının ünsiyyətini iqtisadi həyat və təhsil kompleksinin birliyində 

görür. Görkəmli alim elm dilinin yaxınlaşması üçün məktəb təliminə böyük əhəmiyyət verir. 

Məsələyə çox real yanaşan dilçi görünür ki, beşik dili ilə elmi dil arasında, yerli ana dili ilə ümumi 

ədəbi dil arasında ziddiyyət yaratmamaq üçün inkişafın təbiiliyinə və tədriciliyinə ehtiyatla və 

diqqətlə yanaşır. Ümumi və ya ortaq dil, əlbəttə, yerli canlı danışıq dili deyil, bədii əsərlərin, 

bayatıların, laylaların dili deyil, kürsülərin və auditoriyaların dilidir, elmin və siyasətin dilidir, 

terminlərin, professionalların dilidir. Buna görə də B.Çobanzadə bu işi yaşın və intellektin artımı ilə 

bağlayır. Əvvələn, B.Çobanzadə hazır olan dillərdən birini ümumi dil kimi götürmür. Görünür, alim 

iki cəhəti nəzərə alıb: 1. Bütün türk xalqlarının zehni intellekti bir hazır dilə sığmaz, bu dil  bütün 

türk soylarının intellektinin ümümiləşməsi olmalıdır - yeni, zəngin, hamısından yüksəkdə duran bir 

dil olmalıdır; 2. Mövcudlardan birini götürəndə başqa qardaşlarda ögeylik emosiyası dirçələ bilər 

(4, s. 205).  

Əksəriyyət bu qənaətdə idi ki, türklər üçün ümumi ədəbi dil yaratmaq mümkündür, həm də 

asanlıqla başa gələn hadisədir. Etiraz edən tərəf azlıq təşkil edirdi. F.Köprülüzadədən sonra birbaşa 

əks tərəfə söz verilir, tatar nümayəndəsi Neymət Xakimov əlavə məruzə ilə çıxış etdi, onun ardınca 

başqırd X.Qabitov nitq söylədi və Neymət Xakimovun mövqeyində dayandı. Türkmənistandan 

gəlmiş Bekki Berdiyev heç bir giriş vermədən N.Xakimovun məruzəsinin tənqidinə başladı. 

B.Berdiyev konkret danışdı, məntiqə söykəndi. Türkmən şivələri ilə ədəbi türkməncənin 

münasibətini ümumiləşdirdi. O göstərdi ki, türkmən ləhcəsinin şivələri bir-birindən və ədəbi 

türkməncədən  xeyli fərqlənir. Məntiqli sual verir: “Bu deməkdirmi ki, ayrı-ayrı dialektləri və 

şivələri varsa, onda bütöv türkmən ləhcəsi (dili) yoxdur?” Əlbəttə, bu suala “hə” demək olmaz. O, 

halda analoji paraleli davam etdirərək deməlisən ki, yerli türk ləhcələri arasındakı fərqlər ortaq türk 

dili faktını rədd etmir. Türkmən dilçisi öz şəxsi müşahidəsinə söykəndi, dedi ki, o, tatar və başqırd  

dillərinin xüsusi olaraq öyrənməyib, ancaq N.Xakimov və X.Qabitovun çıxışlarını, nə dediklərini 

başa düşüb (N.Xakimov Qazan tatarcasında, X.Qabitov başqırd ləhcəsində danışmışdı). Ona görə 

də inamla dedi ki: “Göründüyü kimi, bir-birimizi anlamağa imkan verən kifayət qədər leksik 

material var” (11, s. 79). Bu da maraqlıdır ki, natiq məsələni özbaşına buraxmamağı, prosesə şüurlu 

münasibət göstərməyi, işə məqsədli müdaxiləni məsləhət görür: yerli ləhcələrin xüsusiyyətləri ədəbi 

dilə uyğunlaşdırılmalıdır; deməli, ədəbi dil yerli ləhcəyə yox (halbuki  belə olsa, daha demokratik 

yanaşma olardı, proses təbii məcrada gedərdi), yerli ləhcə ədəbi dilə güzəştə getməlidir, yerli 

ünsiyyətdə vərdiş olunmuş materialdan müəyyən  qədər imtina etməlidir. Təbii ki, bu da yerli ləhcə 

ilə ədəbi dil arasında ögey-doğmalıq intriqası yaradacaq bir işdir. 

Ümumiyyətlə, qurultayda əksər çıxışların məzmunu bu formada idi: türkcələr yaxındır, başa 

düşüləndir, rahatlıqla ortaq türk dili yaratmaq olar. Beləliklə, qurultayın gəldiyi nəticə bu idi: 

əvvəldən türk ləhcələri arasında danışıq dilləri səviyyəsində anlaşma olub, indiki iqtisadi, siyasi, 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



83

mədəni əlaqələrin, nəqliyyat və başqa kommunikativ vasitələrin çoxaldığı, təhsilin inkişaf etdiyi bir 

zamanda türklər üçün ümumi ədəbi dil yaratmaq ideyasını gerçəkləşdirmək olar.    

Ortaq türk dili ilə bağlı müzakirələrin 150 ildən artıq bir yaşı var. Amma türk dövlətləri 

müstəqillik qazandıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. Məsələnin ən mühüm cəhəti 

ondan ibarətdir ki,  bu gün artıq bu sahədə prinsipial müəyyənlik yaranmışdır. Əgər bir vaxtlar 

müxtəlif türk dilləri əsasında süni bir ortaq türkcə, ortaq ünsiyyət vasitəsinin yaradılmalı olduğu 

düşünülürdüsə, indi həmin mülahizə gündəmdən çıxıb. Başqa bir mülahizə var idi ki, türk 

dillərindən hər hansı biri alınmalı və onun üzərində xeyli işlənilməlidir ki, o gəlib ortaq bir ünsiyyət 

vasitəsinə çevrilsin. Burada doğruluq, təbiilik var, amma yenidən sünilik meydana çıxırdı. İllərin 

təcrübəsi göstərdi ki, Türkiyə türkcəsi ortaq ünsiyyət vasitəsi rolunu oynayır (8). Hələlik vasitə 

rolunu, həmçinin, rus və ingilis dilləri oynayır. Ancaq  bu gün Türkiyə türkcəsi öz ünsiyyət 

coğrafiyasını genişləndirir. Bunun da bir çox göstəriciləri var. Türkiyənin dövlət olaraq beynəlxalq 

nüfuzu, Türkiyə türkcəsinin inkişaf edən bir türkcə olması, eləcə də Türkiyənin bu gün ümumən 

dünyada bu türkcədə məktəblər açması, televiziyalar yaratması istiqamətində proses gedir. Əlbəttə, 

bu prosesin təbiiliyini qəbul etmək şərti ilə, hər bir məsələnin siyasi-ideoloji tərəfi var. Bəzən bu 

məsələ də gündəmə gəlir. Nəzərə almaq lazımdır ki, burada söhbət bu və ya başqa türk 

sıxışdırılmasından getmir. Söhbət Türkiyə türkcəsinin bu xalqlar arasında ortaq ünsiyyət dili kimi 

işlənməsindən gedir.  

Həqiqətən də bu gün türk xalqalarının hər biri haqqında düşünmək, onların iqtisadi və siyasi 

qayğılarını himayə etmək iqtidarında olan bir türk dövləti var. Bu dövlət tarix boyu dünyanın siyasi 

coğrafiyasının müəyyənləşməsində fəal iştirak etmiş türkün həmin tarixi missiyanı yerinə yetirməyə 

qüdrəti olan qüvvə indi Türkiyə Cümhuriyyətidir

1

. Özünün başqa türk dövlətləri ilə və qalan türk 



dövlətlərinin bir-biri ilə iqtisadi, mədəni, siyasi əlqaələnməsində Türkiyə televiziyası fəal iştirak 

edir. Bu əlaqələrdə birbaşa anlaşmanı gücləndirmək üçün dil əvəzsiz vasitədir. Türkiyə türk 

millətlərinin qohum və qardaşı olması ilə yanaşı, həm də bu gün Türkiyə sayılan, sözü keçən 

qüdrətli dünya dövlətidir (13, s. 38). Buna görə də uluslararası -  beynəlxalq əlaqələrdə və bir-birilə 

əlaqalərdə yarayan bir xarici dil kimi  Türkiyə türkcəsini bütün türk xalqları  öyrənməlidir. Qeyd: 

Türkiyə türkcəsinə “xarici dil”, “yabançı dil”, “əcnəbi dil” demək nə qədər ağır səslənsə də, biz 

xarici dil anlayışının müasir dünya mədəniyyətindəki məlum beynəlxalq statusunu nəzərdə tuturuq. 

Yüngül-yüngül sözlərlə oynamaqdansa, bu sözün arxasındakı anlayışa hörmət etməliyik. Bu həm də 

Türkiyə türkcəsinin və ümumiyyətlə, türkcənin beynəlxalq statusunu böyüdür – otuza qədər türk 

dövlətində və ya muxtar dövlətində xarici dil kimi tədris olunmaq ciddi tarixi-siyasi nüfuzdur.  

Beləliklə, Türkoloji qurultay ortaq türk dilinin yaradılmasını qəbul edirdi, ancaq bugünkü 

baxışlar onu göstərir ki, ortaq türk dili yaratmaq yox, ortaq ünsiyyət dili yaratmaq daha düzgün 

variantdır. Necə ki, vaxtilə Sovetlər Birliyində  bütün respublikalar bir-biri ilə rus dili vasitəsilə 

ünsiyyət qururdular, bu gün türk dünyası üçün də eyni şəkildə ortaq ünsiyyət dili olmalıdır, yəni 

türkcələrdən birini götürüb ümumi dil kimi istifadə etməliyik. Əgər tutarlı elmi faktlarla danışsaq, 

türk dillərinin tarixi inkişaf qatlarına baş vursaq, türk ləhcələri arasındakı münasibəti dərindən təhlil 

etsək və bunlar səmimiyyətlə qəbul edilsə, fikrimizcə, ortaq türkcə üçün daha əlverişli vasitə əslində 

Azərbaycan türkcəsidir. Vaxtilə dövlət dilinin adlandırılması ilə bağlı müzakirələrin birində ulu 

öndər H.Əliyevin tarixi çıxışı bunu bir daha təsdiq edir: “Biz türk mənşəli bir xalqıq. Bizim dilimiz 

türk dilləri qrupuna daxildir... Biz öz dilimizi heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona 

yapışdırmalıyıq, qoşmalıyıq.... 

Mən bunu demişəm, yenə də deyirəm, başqa dillər, türk dil qrupuna mənsub olan dillər, bizə 

həsəd apara bilərlər ki, bizim dilimiz nə qədər zəngin dildir. Hər bir dilə mən hörmət, ehtiramımı 

bildirirəm. Amma öz dilimizlə, Azərbaycan dili ilə hesab edirəm ki, biz hər birimiz fəxr edə bilərik. 

                                                            

1

 Təbii ki, bu gün ulu öndər H.Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikası da  dünyanın tanınmış türk 



dövlətlərindən birinə çevrilməkdədir. Bugünkü siyasi, iqtisadi və mədəni uğurlar da  göz qabağındadır. İnanırıq ki, 

cənab İ.Əliyevin apardığı müdirk siyasət Azərbaycanı daha da böyük zirvələrə daşıyacaq, Azərbaycan daha da böyük 

tribunlardan öz ədalət səsini dünyaya layiqincə duyuracaqdır.   


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



84

Çünki bu zəngin dildir, dünyada artıq tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın 

adı da tanınıb, dilimizin adı da tanınıb”. 

Bu gün bunu beynəlxalq simpoziumlarda, qurultaylarda türkiyəli alimlərin özləri də səssizcə 

qəbul edirlər. Bunun digər tərəfi Türkiyə türkcəsinin daxilində xarici təsirlərlə bağlı gedən 

proseslərlə əlqəlidir ki, bu, özü də böyük narahatlıq doğurur. Ancaq bugünkü siyasi mənzərə və 

eləcə də yuxarıda qeyd etdiyimiz mədəni, iqtisadi, elmi faktorlar, yəni bütün dediklərimiz onu 

göstərir ki, bu gün yeganə variant Türkiyə türkcəsinin ortaq ünsiyyət dili olmasından ibarətdir. 

Artıq hadisələrin gedişi də problemin bu yöndə həlli istiqamətində müsbət təsəvvürlər 

yaratmaqdadır. Bu məsələdə öz möhürünü vurmuş mərhum alimimiz, akademik Tofiq Hacıyev 

demişkən: “Türkiyə türkcəsi yalnız türkiyəlilərin deyil...”     

 

ƏDƏBİYYAT 



 

1.

  Axundov A. Birinci Türkoloji qurultay və müasir türk dünyası. / Azərbaycan dilçiliyi 



müntəxəbatı. Bakı: “Abıs Alarco”, s. 255-259 

2.

  Bayramov R. B.Çobanzadə və I Türkoloji qurultay (əlifba məsələsinə baxış). / Türkoloji 



araşdırmalar -1. Bakı: “Elm və təhsil”, 2015 s. 148-219.    

3.

  Buran A. Kurşunlanan Türkoloji. Ankara: Erek matbaası, 2012   



4.

  Çobanzadə B. Türk ləhcələrinin yaxın qohumluğu haqqında. / Azərbaycan dilçiliyi 

müntəxəbatı. Bakı: “Abıs Alarco”, s. 199-208   

5.

  Eyvazov P. Bekir Çobanzadenin Dilcilik Araştırmalarında Edebi Dil meseleleri / X 



Uluslarası Büyük Türk Dili Kurultayı. Tam bildiri metnleri. Sarayevo, 2015, s. 441-453.  

6.

  Hacıyev T. Birinci Türkoloji Qurultayda ədəbi dil məsələləri / Azərbaycan dilçiliyi 



müntəxəbatı. Bakı: “Abıs Alarco”, s. 259-261 

7.

  Hacıyev T. Birinci Türkoloji Qurultayda dil məsələləri / BDU-nun “Bakı Universiteti 



Xəbərləri” elmi jurnalı. Bakı, 2006, № 2, s. 18-26.  

8.

  Xəlilov B. Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də, digər türkcələr də bir kökə 



bağlıdır / http://www.xalqcebhesi.az/news.php?id=3599  

9.

  Qacarlı C. I Türkoloji qurultayda dil məsələləri. Bakı: “Azərnəşr”, 2006  



10.

   Mehdiyeva S. Azərbaycan dili tarixi I Türkoloji qurultay işığında / Azərbaycan dilçiliyi 

müntəxəbatı. Bakı: “Abıs Alarco”, s. 259-262  

11.


   Mehdiyeva S. Ədəbi dil məsələləri. Bakı: Elm və təhsil, 2012  

12.


   Musaoğlu M. Türkoloji dilçilik I Türkoloji qurultaydan öncə və sonra / Azərbaycan 

dilçiliyi müntəxəbatı. Bakı: “Abıs Alarco”, s. 265-269 

13.

   Musaoğlu M. Türkoloji dilçilik. Bakı: BSU, 2012 



14.

   www.anl.az  

15.

   www.bsu.edu.az 



 

Summary 


In this study, I Turkish Congress held in Baku in 1926, have taken place on the agenda of 

historical importance for the Turkic world and one of the main issues - the question is about a 

common literary language. Here is the history of the idea of a common Turkic language spoken, 

before congress provides information on theoretical ideas. I Turkish Congress a report on the 

problems of common Turkic language articles comparative analysis of the ideas being discussed. At 

the same time return to the article, the idea of a common Turkic literary language is investigating 

the situation in the last 20 years, the issue of relations between Turkic languages are discussed. 

Keywords: Turkish Congress, Baku, linguistics, a common language, literary language, 

theoretical concept, Turkish geography 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



85

 

Bəsirə Əzizəliyeva, fil.ü.f.d., dos. 



AMEA Nizami adına Ədəbiyyat İnstitutu 

besi.azizali@gmail.com 

 

MUHSİN KADIOĞLUNUN “KÜRESEL DÜŞÜN, ULUSAL DAVRAN” 



ƏSƏRİNDƏ TÜRKÇÜLÜK MƏSƏLƏLƏRİ 

 

Müasir dünyamızda türkçülük ideyalarının yeni istiqamətdə inkişafında mühüm rol oynayan 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin