1878) hələ XIX əsrin əvvəllərində ərəb əlifbasının dəyişdirilməsi təşəbbüsü ilə uzun müddət
mübarizə aparmış, lakin onun cəhdləri səmərəsiz qalmışdır. 1863-cü ildə M.F.Axundov ərəb
əlifbasının dəyişdirilməsi ideyasına dəstək almaq üçün İstanbula Sədrəzəm Fuad Paşanın yanına
gedir. M.F.Axundov yazırdı: «....yaxşı olar ki, ərəb əlifbasını ləğv edək. Avropa yazı üsuluna keçək,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
65
yəni soldan sağa yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün
hərflər də daxil edək».
«Pəncşənbə» sözü ilə bağlı M.F.Axundovun yarızarafat, yarıdoğru dedikləri onun ərəb
qrafikasına münasibətini bir daha nəzərə çarpdırır: Bir gün Mirzə Fətəli işdən evə çox gec gəlmiş və
arvadı bunun səbəbini soruşduqda, o, ərəb əlifbasında çoxlu nöqtə olduğuna və bunların
qoyulmasına çox vaxt sərf edilməsinə işarə edərək demişdi: - Pəncşənbənin nöqtələrini qoymağa
başım qarışdığından gecikdim!
Çox təəssüf ki, o nöqtələrdən qurtula bilmədik. Latın qrafikalı yeni Azərbaycan əlifbasında
incə saiti göstərmək üçün yenə nöqtələrdən istifadə olunur.
Lakin, M.F.Axundovun yeni əlifba yaratmaq cəhdi, sonralar onun yenidən bu məqsədlə
İstanbula və Tehrana səfərləri heç bir nəticə vermir, onun yaratdığı əlifba layihələri həyata keçmir.
XX əsrin 20-ci illərində yeni əlifbaya keçid, ərəb əlifbasının Azərbaycan dilinə uyğunlaşdırılması
məsələləri yenidən aktuallaşdı. Görkəmli türkoloq-alim, Krımtatar və Azərbaycan dilçisi,
ədəbiyyatşünas, şair Bəkir Çobanzadə «Yeni yol» qəzetinə müsahibəsində məsələyə münasibətini
belə ifadə edirdi: «...bütün mahiyyəti ilə dilimizə uymayan ərəb əlifbasını islah etmək çətindir. Ərəb
əlifbasını islah etmək, yalnız yeni hərflər icad etmək deyil, bəlkə bütün sistemi dəyişmək
məsələsidir ki, bu təqdirdə də yeni bir əlifba meydana gətirmiş oluruq. Latın əlifbası xaricdən əvvəl
Azərbaycanda tam müvəffəqiyyət qazanmalıdır».
1921-ci ildə Xalq Komissarları Soveti tərəfindən Azərbaycanda Əlifba Komitəsi
yaradılmışdır. 1922-ci ildə N.Nərimanovun başçılıq etdiyi xüsusi komissiya geniş müzakirələrdən
sonra latın qrafikalı yeni Azərbaycan əlifbasının layihəsini mətbuatda dərc etdi. 1923-cü ildə
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurası 1924-cü ildən başlayaraq, ərəb
əlifbası ilə bərabər, yeni əlifbanı rəsmi olaraq dövlət əlifbası kimi qəbul etmək haqqında dekret
imzaladı. 1929-cu il yanvarın 1-dən rəsmi olaraq tam şəkildə latın qrafikasına keçildi.
1939-cu ildə isə heç bir hazırlıq mərhələsi olmadan kiril əlifbasına keçidlə bağlı qərar
verildi. 1940-cı il yanvarın 1-dən Azərbaycanda, keçmiş SSRİ-nin tərkibində olan bir çox digər
müttəfiq respublikalarda olduğu kimi kiril əlifbası tətbiq olundu. Həmin il sentyabrın 1-dən
məktəblər kirilə keçmiş oldu.
Ümumiyyətlə, əlifbanın tez-tez dəyişdirilməsi hər hansı bir mədəni xalq üçün ağır nəticələr
verir. Ərəb əlifbasını dəyişməklə biz minillik tariximizdən, mədəniyyətimizdən, elm
xəzinələrimizdən ayrı düşdük. Yenidən latından kirilə keçidlə 15 illik tariximizdən, yazı
vərdişimizdən aralandıq. Yeni latın qrafikalı əlifbaya son keçid nəticəsində isə 70 illik tariximizdən
, nəşr olunmuş bütün mədəni irsimizdən (bu, heç də az itki deyil, bütün klassik irsimiz, dünya
mədəniyyəti və ədəbiyyatı inciləri kirildə çap olunmuşdu) imtina etməli olduq.
1991-ci il dekabr ayının 25-də Azərbaycan Respublikasının Ali Soveti «Latın qrafikalı
Azərbaycan əlifbasının bərpası haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi
barədə qərar verdi. Bu əlifba kiçik fərqlər nəzərə alınmazsa, demək olar ki, türk əlifbası əsasında
yaradılmışdır. Bu, türk xalqlarının yaxınlaşması, ortaq türk ədəbi dili, ortaq türk terminologiyası
yaradılması sahəsində olduqca mühüm addımdır. Bu baxımdan vahid əlifbanın mövcudluğu zəruri
şərtdir.
Yeni əlifbaya keçidin ağrısız və səmərəli olması üçün keçid dövrünün olması mühüm
şərtdir. Azərbaycanda yeni əlifbaya keçid prosesi təxminən 10 il olmuşdur. İlk əvvəl olaraq orta
məktəblərin birinci sinifləri yeni əlifbaya keçmiş, 10-cu sinifdə artıq yeni əlifbanı mənimsəmiş yeni
nəsil yaranmışdır. Həmin ildən ali məktəblərin İ kursları yeni abituriyentləri qəbul etmiş, onlar artıq
yeni qrafikalı dərsliklərdən istifadə etməyə başlamışlar. Keçid dövrü həm də zəruri Ədəbiyyatın,
dərsliklərin, lüğətlərin çapı baxımından zəruridir.
Azərbaycan Respublikasında Azərbaycan dilinə qayğı dövlət səviyyəsindədir və bir çox hüquqi
sənədlər, Prezident sərəncamları ilə tənzimlənir. Onların ən mühümlərini nəzərdən keçirək:
•
Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ( H.Əliyev, 18 iyun 2001-ci il );
•
Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (H.Əliyev, 4 iyul 2001-ci il);
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
66
•
Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı (H.Əliyev, 9 avqust 2001-ci il );
•
Azərbaycan Respublikasında Dövlət dili Haqqında Azərbaycan Pespublikasının Qanunu
(H.Əliyev, 30 sentyabr 2002-ci il );
•
«Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (H.Əliyev, 2 yanvar
2003-cü il);
•
Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında (İ.Əliyev, 12 yanvar 2004-cü il );
•
Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə ( İ.Əliyev,
12 yanvar 2004-cü il);
•
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbycan Respublikası Prezidentinin
23 may 2012-ci il tarixli sərəncamı;
•
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki
bazasının gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2012-ci
il tarixli qərarı. Həmin qərarla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Bu fərman və sərəncamlarla bağlı xeyli iş görülmüş, Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlər həyata keçirilmiş, bütün zəruri ədəbiyyat çap olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin dil siyasəti onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla
davam etdirilməkdədir.
Azərbaycan əlifbası keçmiş MDB məkanında yaşayan türkdilli respublikalar üçün örnəkdir.
Məlum olduğu kimi, Krım tatarları və Qazaxıstan Respublikasında da latın qrafikalı əlifbaya keçid
sahəsində intensiv işlər aparılmaqdadır. Sevindirici haldır ki, bir çox türkdilli respublikalarda latın
qrafikalı Azərbaycan əlifbasına keçid təcrübəsi öyrənilir, bizim bu sahədə nailiyyətlərimiz nümunə
kimi götürülür. Bu da gələcəkdə ortaq türk əlifbasına keçid prosesini həyata keçirmək imkanı
yaradır. Yaxın zamanlarda digər türkdilli respublikalarda da latın qrafikalı milli əlifbaya keçidlə
bağlı mühüm qərarların qəbul edilməsi günümüzün reallığıdır.
Masud Mahmudov
I Turkish Congress and the experience of the transition to the
Latin graphic alphabet in Azerbaijan
Summary
The information about the experience of transition to the Azerbaijani Latin graphic alphabet
is given compactly in the article.
Key words: azerbaijani alphabet, the latin graphic alphabet, congress turkological, the
transition period, arabic alphabet
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
67
Roza Eyvazova, fil.ü.e.d., prof.
AMEA Nəsimi adına Dilçilik institutu
Sosiolinqvistika və dil siyasəti şöbəsi, baş elmi işçi
BİRİNCİ TÜRKOLOJİ QURULTAYDA QOYULAN MƏSƏLƏLƏRƏ AKADEMİK
TOFİQ HACIYEVİN MÜNASİBƏTİ
Müasir Türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk
cümhuriyyətlərinin bir sırada inamla addımları türk dünyasının xoşbəxt sabahından xəbər verir.
Heydər
Əliyev
Akademik Tofiq Hacıyevin təbirincə deyilsə, türkcə otuza qədər xalqın ana dilidir. Bu gün
qloballaşma dövründə siyasi-iqtisadi-mədəni əlaqələri sıxlaşdırmaq üçün bu xalqların bir ünsiyyət
(ilətişim) dilinə ehtiyacı var. Bu təcrübə tarixən olub. Zamanında Altaydan Dunaya qədər
coğrafiyada yaşayan türklərin yerli təzahürləri ilə yanaşı, bu gün Orxon kitabələrinin dili kimi
götürdüyümüz vahid ədəbi dili, ümumi ünsiyyət dili olub. Bu anlaşmanın bu gün də olması imkan
verir ki, türkcələrdən birini ortaq ünsiyyət (ilətişim) dili kimi işlədək. Türkcələrdən hər biri öz
vətənində ədəbiyyat, elm, mətbuat, ailə dili kimi bütün imkanlarını saxlamaqla uluslararası
tədbirlərdə, siyasi-mədəni toplantılarda ümumi anlaşma üçün türkcələrdən birini işlətmək
mümkündür və faydalıdır.
Tofiq Hacıyev İlham Əliyevin çıxışından bir sitat təqdim edir: “Türk dünyası böyük dünyadır.
Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır”.
Tofiq Hacıyev yazır ki, əslində tarix bizə bir şans verib. Daşkənddə, Ankarada, Astanada,
Aşqabadda, Bakıda, Ufada, Qazanda, Naxçıvanda, Nukusda, Çimkənddə, İstanbulda keçirilən
beynəlxalq – uluslararası mədəni tədbirlərdə, iş adamlarının bir araya gəlməsində, türk dövlət
başçılarının sammitlərində hamının anlayacağı bir türk dili işlənsə, gözəl olar, ürəkaçan bir atmosfer
yaranar. Türk xalqlarının Dostluq, Qardaşlıq, İşbirliyi (əməkdaşlıq) qurumunun 2008-ci ildə
Antalya qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını bütün salon
ayaq üstə alqışladı… 2010-cu ildə Bakıda Atatürkün heykəlinin açılışında Türkiyə Cümhuriyyətinin
baş naziri (R.E. hazırda Prezidenti) Rəcəb Tayyib Ərdoğanın çıxışı eyni dərəcədə səmimi və sürəkli
alqışlarla qarşılandı… Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev riyazi dəqiqliklə
düsturlaşdırıb: “Biz bir millət, iki dövlətik”, “Dədə Qorqud kitabı”nın 1300 illik yubileyinə (Bakı, 8
aprel 2000) Qırğızıstanın məsul dövlət adamı bu müdrik kəlamı çox müdrikliklə improvizə elədi:
“Biz bir millət, altı dövlətik”. Altı müstəqil türk dövləti (Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Azərbaycan, Türkiyə) nəzərdə tutulurdu. Bunlar oğuz, qıpçaq, karluq dilli
dövlətlərdir.
Türklər üçün ortaq ünsiyyət dili məsələsini aydınlaşdırmaq məqsədilə Tofiq Hacıyev 2001-ci
ildə “Ulus” qəzetinin jurnalisti ilə etdiyi mükaliməni aşağıdakı şəkildə nəzərə çatdırır:
- Neçə ildir ki, vahid türk dili ideyası atılıb ortalığa. Bunun reallaşması nə dərəcədə həqiqətə
uyğundur?
- Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib, təzə dil yaratmaz. Sadəcə
müasir türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili
sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə ana dilində
danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə beynəlxalq
(uluslararası) tədbirlərdə işlətməlisən, o sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa
bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır. Tanrı
da ki, bildiyimiz kimi, şərik sevməz.
- Azərbaycan dili bu yerdə şanslıdırmı?
- Bunun üçün dövlətin iqtisadi, siyasi gücü olmalıdır. O güc ancaq Türkiyədədir.
Tofiq Hacıyev qeyd edir ki, mən bu fikri 1996-ci ildə Ankarada III Uluslararası Türk Dili
Qurultayında da demişəm, yeni türk dili yaratmağı donkixotluq saymışam, bu gün də həmin
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
68
fikirdəyəm. Dil əlifba deyil ki, gündə dəyişək, imla qaydası deyil ki, mütəxəssislər yığışıb yaxşı-pis
bir norma təklif etsinlər. Dil xalq yarananda yaranır, ictimai-siyasi, iqtisadi, mədəni şəraitlə bağlı
inkişaf edərək, təbii surətdə dəyişir. Dillərin ayrılması təbii prosesdir və bütün dil ailələrində belə
olub; ilk insan cəmiyyətlərində bu qədər dil olmayıb. Dil ailəsi anlayışı buradan gəlir… Heç bir
türkcənin hüququna toxunmadan, hər birinin tarixi inkişaf yolunu davam etdirməsi şərtilə elə bir
məxrəcə gəlmək olar ki, bütün türklər bir dildə danışsınlar.
“İdeyanın tarixcəsi” bölməsində (səh. 10-47) Tofiq Hacıyev qeyd edir ki, ideya ehtiyacdan
doğulur. Ehtiyac duyulanda tarix ideyanı və bu ideyanı düşünənləri yaradır. Türklər üçün ümumi dil
məsələsi belə ideyalardandır. Bu ideya o zaman dirçəldi ki, rus imperiyasındakı türklər bir-biri ilə
ünsiyyətlərini, qarşılıqlı anlaşmalarını itirirdilər. İmperiya bunu şüurlu şəkildə edirdi. İmperiya türk
toplumlarını bir-birindən təcrid edir, hər biri ilə təkbətək öz ünsiyyətini qururdu. İşi elə qururdu ki,
rus dili türk cəmiyyətlərinə daxil olsun. Bu işi türk ziyalıları ilə, türk elitası ilə birbaşa ünsiyyətdən
başlayırdı. Ancaq bu yola düşənlər xalqın oğulları, bəy, zadəgan nəsilli nümayəndələri olduğundan
hər şey çarın düşündüyü kimi olmur. Krım türkü İsmayıl bəy Qaspıralı imperiya ərazisindəki
türklərin bir ədəbi dildən istifadə etməsi fikrini irəli sürür. O, bu ideyanı mümkün bilir və üzünü
bütün türk dünyasına tutub deyir: “İşdə, fikirdə, dildə bir!”
XIX əsrin birinci yarısında təcrübi iş kimi fəaliyyətə başlayan, Qazan Universitetinin
Şərqşünaslıq fakültəsində başqa şərq dilləri ilə yanaşı, bir neçə türk dilinin tədrisinə rəhbərlik edən
Mirzə Kazımbəy çalışırdı ki, yetişdirdiyi türkoloqlar müxtəlif türkcələrə bələd olsunlar; bir türk dili
üzrə mütəxəssis, yaxud bir türkcədə danışan şəxs o biri türkcələri də başa düşsün. Buna görə də o,
dərslik mətnlərinin dilini, ümumən, bu prinsiplə tərtib edirdi. Kazımbəyin işi siyasi dəyər daşımırdı,
ictimai hərəkata çevrilməmişdi; adi təcrübə, pedaqoji iş idi.
İsmayıl bəy Qaspıralının ümumi türk ədəbi dili məsələsi siyasi-ictimai məzmun kəsb edirdi.
Ancaq İsmayıl bəy Qaspıralı qəzetçilik fəaliyyətində Kazımbəyin 50 il əvvəl başladığı dil
təcrübəsini əsas götürmüşdü. Qaspıralının “Tərcüman” qəzeti Krımdan Qafqaza, Türküstana,
Volqaboyuna yayıldı, oxundu, anlaşıldı. Bunun bir səbəbi o idi ki, Krım tatarlarının dili oğuz
xüsusiyyətli və qıpçaq xüsusiyyətli dialekt əsasında formalaşmışdı. Türkiyə ilə daimi tarixi əlaqə
Krım türkcəsində oğuz elementlərini gücləndirdiyi kimi, Qazan tatarları ilə bilavasitə yaxınlıq,
folklor-dastan müştərəkliyi qıpçaq faktlarını genişləndirir və yeniləşdirirdi. Bu halda “Tərcüman”ın
dilini oğuz və qıpçaq coğrafiyalarının ziyalıları rahat anlamalı idilər. İkinci tərəfdən, İ.Qaspıralı bu
işin ustadı Mirzə Kazımbəyin iş üslubunu davam etdirərək, şüurlu şəkildə müxtəlif türkcələrin
leksik materialından istifadə edirdi.
Rusiya imperiyasının bütün şərqşünaslıq təsisatlarında Türkiyə türkcəsi müntəzəm tədris
olunduğundan, ümumiyyətlə, Qaspıralı da, başqaları da Türkiyə türkcəsinin qrammatik şəkilçilərini
işlətməkdə sərbəstlik göstərirdilər. Azərbaycan mətbuatının babası Həsən bəy Zərdabi Qaspıralının
bu işinə rəğbətlə yanaşırdı: “Tərcüman” 30 ildir çıxır. Bu otuz il müddətində hər tərəfin
müsəlmanları qeyri qəzeti olmadığına görə onu aparıb oxuyublar. Odur ki, bəradərimiz İsmayıl bəy
istəyir ki, “Tərcüman”ın dili ümumi dil olsun (“Həyat” qəzeti, 11 yanvar 1906, № 9).
Deməli, böyük ictimai xadim Həsən bəy Zərdabi də ümumi türk dili ideyasını bəyənirdi.
Ümumi türk ədəbi dili uğrunda böyük mübariz Əli bəy Hüseynzadə bu fikri öz qəzetində çap
etməklə böyük ideoloq İsmayıl bəy Qaspıralıya rəğbətini bildirmiş olur.
İsmayıl bəy Qaspıralı (1850-1913) Bağçasaraydan Türkiyəyə, Qafqaza, Daşkəndə, Buxaraya,
Səmərqəndə, Volqaboyuna, Misirə, Hindistana, Moskvaya, Vyanaya qədər və onlardan da geniş
coğrafiyaya səyahətlər etmiş, keçmişdə Çingiz xanın, Əmir Teymurun, Sultan Süleymanın,
“Tərcüman”ın fəth etdiyi diyarları gəzirdi… İsmayıl bəy türkün maariflənməsi üçün əməyi keçən
hər kəsi dəyərləndirirdi. O, öz ideyalarının Əlibəy Hüseynzadələrin, Əhməd bəy Ağaoğluların, Ziya
Göyalpların, Mehmet Emin bəylərin davam etdirəcəklərinə qəlbən inanırdı.
Tofiq Hacıyev yazır ki, Əlibəy Hüseynzadənin elmi fikri və məslək amalı budur ki, mövcud
türk şivələrini, əslində, pərakəndə türkcələri islah edərək birləşdirib bütün türklərə qulluq edəcək
mədəni və ədəbi bir ümumi türk dili yarada bilərik. Dili xalq yaradır, xalq yaşadır. Ancaq ədəbi dili
kütlə yox, xalqın elitası, seçmə zəka sahibləri yaradır. Əlibəy Hüseynzadə bu gerçəkliyi diqqətdə
saxlayır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
69
Tofiq Hacıyev qeyd edir ki, Əlibəy Hüseynzadə “Həyat”, “Füyuzat əzəmətli ümumi türk
ədəbi dilinin yaradılmasını hər qələm sahibinə yox, türklərin zəka sahibi elitasına etibar edirdi.
Əlibəy Hüseynzadə bilirdi ki, ümumi ədəbi türkcəni hazırlamaq üç-beş ilin işi deyil. Ona görə də bu
işə uşaqları, balaları hazırlamaqdan başlamağı inadla tövsiyə edir, mükəmməl uşaq Ədəbiyyatının,
intellektual ibtidai məktəb dərsliklərinin yaradılmasını məsləhət bilirdi. Əli bəy 1926-cı ildə son
dəfə Bakıya, Türkoloji Qurultaya gələrkən öz ata yurdunda, ana vətənində elan etdi ki, insan
ucalmaq üçün ayağını ana torpağa dayamalıdır, top yerə dəydikdə göyə qalxdığı kimi, insan da
torpaqdan, yəni xalqından güc alaraq yüksəlir; beləcə, ədəbi dil də zirvələnmək üçün xalqın,
millətin dilinə söykənməlidir.
Birinci Türkoloji Qurultayda (Bakı, 1926) türklər üçün ədəbi dil məsələsindən bəhs edən
Tofiq Hacıyev yazır ki, qurultayın ən səs-küylü, ətrafında ən qızğın mübahisə gedən məsələsi əlifba
mövzusu idi. Əlifbanın müzakirəsi beş iclası əhatə etdi. Əslində, Moskvanın bu qurultayı təşkil
etməsi türk xalqlarını əzizləməsindən irəli gəlmirdi. O, bir tərəfdən türklərin bir-biri ilə ünsiyyətini
kəsmək, o biri tərəfdən, onları öz qədim, dolğun tarixlərindən məlumatsızlaşdırmaq istəyirdi. Bunun
üçün min ildən çox işlətdiyi əlifbasını onun əlindən almaq lazım idi. Türkün böyük, şərəfli tarixi bu
əlifba ilə yazılmışdı. “Elmi terminologiyanın sistemi haqqında” məruzəsində Bəkir Çobanzadə qeyd
edir ki, Asiya tarixinin ən mühüm, ən uca dövrləri, monqollar, hunlar, teymurilər dövrü, ya islamın
yayılma dövrü bu əlifba ilə yazılmışdı. Gələcək türk nəsilləri öz babalarının bu şanlı tarixini oxuya
bilməyəcək, kimin övladları olduqlarından xəbərsiz qalacaq və tarixini 1920-ci illərdən başlandığını
sanacaqlar və türklər özlərini “böyük rus tarixinin” qarşısında yazıq sanacaqdılar. Hələ də dərin
niyyətini pərdələmək üçün “slavyan çirkabını” gizlədib, riyakar siyasi biclik işlədərək, “Oktyabr
inqilabında” imperiya xalqlarına verdiyi hörmət vədini saxlayaraq”, kiril-filan təklif etmədən tarixi
əlifbasının yerinə türkə müasir Avropanın və dünyanın ən böyük işlənmə coğrafiyasına malik olan
latın əlifbasını təklif etdi.
Tofiq Hacıyev bu məsələyə münasibətini bildirərək yazır ki, rus hökumət dairələrinin türkün
taleyinə hazırladığı dramın səhnəarxası faciə məzmunundan qurultay nümayəndələri xəbərsizdilər.
Hətta qurultayın Moskva təşkilatçısı professor Aleksandr Nikolayeviç Samoyloviç də, nəhəng
şərqşünas “Dədə Qorqud kitabı”nın rus dilinə gözəl tərcüməçisi V.V.Bartold da bu səhnəarxası
qurğu haqqında heç nə bilmirdilər, latın əlifbasına keçməyi sadəcə mədəni hadisə sayırdılar.
Türklər üçün ədəbi dil məsələsi qurultayın 14-cü iclasında Türkiyənin və o dövr
şərqşünaslığının böyük ədəbiyyatşünası professor Mehmet Fuad Küprülüzadənin “Türk xalqlarında
ədəbi dilin inkişafı” adlı məruzəsinin müzakirəsi ətrafindakı çıxışlarda qaldırıldı. Bu çıxışların
hamısının canı odur ki, Türkcələr yaxındır, başa düşüləndir və asanlıqla ortaq türk dili yaratmaq
olar. Qurultaydan sonra mübahisəni davam etdirənləri incik salan bu idi ki, həmin yüksək tribunada
bu məsələ nə üçün “layiqincə” qoyulub həll edilmədi, yəni niyə ortaq dilin yaradılması üçün plan,
proqram verilmədi.
Qurultaydakı bu məsələ ilə bağlı münasibətini bildirən Tofiq Hacıyev yazır ki, söylənənlərin
içərisində həm elmi-məntiqi məzmunu, həm türklər üçün milli obyektiv münasibəti baxımından ən
çox diqqəti çəkən türk olmayan, ancaq ürəyində türkə böyük sevgisi olan professor Aleksandr
Nikolayeviç Samoyloviçin çıxışı idi. A.N.Samoyloviç söylədi ki, ümumi türk ədəbi dili məsələsinə
pessimist yanaşmamalıyıq. O dedi ki, vaxtilə bu mövzuda bu ideyanın müəllifi İsmayıl bəy
Qaspıralı ilə şəxsən üz-üzə söhbəti olub. İsmayıl bəy də bu fikirdə olduğunu söyləyib ki, bürokratik
yolla, əmr etməklə dərhal ümumi ədəbi dil yaratmaq olmaz, bu, tarixi inkişaf prosesinin nəticəsində
reallaşa bilər. Türk dillərinə yaxşı bələd olan A.N.Samoyloviç dedi ki, çuvaşca və yaqutcaları
çıxmaqla qalanları ayrı-ayrı dillər yox, bir dilin dialektləri və şivələridir. Bunu böyük professional
kürsüdən rəsmi elan etdi: “Başqa dil ailələri ilə müqayisədə türk dilinin dialekt və şivələri o qədər
yaxındır ki, hətta slavyan və german qrupları arasında belə yaxınlıq yoxdur” (Stenoqramma, səh.
328). A.N.Samoyloviç müşahidə etmişdi ki, tarixən bir-birinə yaxın cənub-qərb qrupundakı dillər
kimi (Azərbaycan, Türkiyə türkcələri kimi), Özbəkistanda və Volqaboyunda ədəbi və danışıq dilləri
arasında yaxınlaşma gedir. Bu faktı gözləri ilə gördüyü üçün deyirdi ki, ümumi ədəbi dilin
hazırlanmasına pessimist baxmağa heç bir əsas yoxdur. Deməli, məktəb, mətbuat və dövlət birləşsə,
bu iş baş tutar (Stenoqramma, səh. 329).
Dostları ilə paylaş: |