I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə21/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   17   18   19   20   21   22   23   24   ...   94

xalqlarının da möhtəşəm obrazlarını yaratmışdır. Şair türk xalqlarının azadlıq eşqini əsərin baş 

qəhrəmanı Süleyman obrazında cəmləşdirir. Misir torpağının sərkərdəsi Süleyman öz ağlı və 

uzaqgörənliyi ilə xristian sərkərdəsi Qotfriddən yüksəkdə durur. Tassoda humanizm, ümumbəşəri 

hisslər bütün başqa hisslərdən üstündür. O, Kamoensdən fərqli olaraq, poemada türklərə dərin 

hörmət və rəğbət bəslədiyini açıq-aşkar ifadə edir. Ə.Hüseynzadə də Tassonu məhz bu 

xüsusiyyətinə görə yada salmışdır. O, vətənin, xalqının ağır günlərində də Tasso çağırışı ilə 

Azərbaycana gəlir, öz məramını da Tasso əsərinin ideyaları ilə açır. Dahi sənətkarın xalqına 

vəsiyyəti kimi səslənən bu əsərdə Azərbaycan xalqına istiqlaliyyət uğrunda mübarizə yolları 

göstərilmişdir: “Ey mənim dinimin salikləri! Düşmənin şərrindən həzər ediniz! Sizə bir fəlakət 

hazırlamaq üçün əmvaci-ümmanın mavərasından gələn şu düşmən qövmə əmniyyət etməyiniz. 

Hənuz təhlükə qabili-ictinabdır!” (3, s. 432). Bu sözlərdə dərin bir hikmətlə bərabər xalq üçün 

döyünən alovlu bir qəlbin böyük narahatçılığı, yalvarışı var idi. Əli bəy Hüseynzadə Şərq 

xalqlarının milli şüurunu öldürən “Bütün ölkələrin proletarları, birləşin!” – şüarını xalqının müdafiə 

edəcəyindən qorxurdu. Böyük ədib xalqını bu bəladan, bolşevizm təhlükəsindən xilas etmək 

istəyirdi. O, çox böyük siyasi uzaqgörənliklə gələcəyi görür və tələb edirdi ki, düşmənin vətən 

torpaqlarına ayaq basmağına mane olsunlar. Böyük ədib işğalçılara qarşı mübarizə aparmağa, ayıq 

olmağa çağırır, bolşevik qiyafəsində gələnləri xalqına tanıtdırır, onların, əslində, azadlıq və 

istiqlaliyyət düşməni olduqlarını tarixi keçmişə nəzər salmaqla isbatlayır: “Əmin olunuz ki, güruhi-

cühəlanın gözünə girmək üçün gündə bir məslək dəyişdirərək pərvətə kimi qəlibdən-qəlibə, 

şəkildən şəklə düşən  bu düşmənlər irz və namus pərdəsi altında zavallı xalqın varını, yoxunu qəsb 

və qarət edənlərdir. Bu zalım və hissiz və mərhəmətsiz xalqa acımayınız. Bunların mükafatları 

ancaq küfrani-nemətdir. Düşmənin şərrindən həzər ediniz!” (3, s. 435). Bolşevizm əleyhinə ittiham 

aktı kimi səslənən bu əsər Əli bəy Hüseynzadənin  böyük cəsarətlə yazılmış siyasi, bədii, mənəvi 

qələbəsi idi.    

Böyük sənətkar əsərdə müstəmləkəçiliyin törətdiyi zülm və əsarət faktlarını sadəcə qeyd 

etməklə kifayətlənməmiş, insanları öz haqqları, azadlıqları uğrunda mübarizə etməyə israrla 

səsləmişdir: “Huzur və rahatı başqa günlərə, başqa məsud zamanlara burax. Şimdi əziz vətəninin 

sevgili təbanı əcnəbi boyunduğu altında inləyib duruyor. Uyğu zamanı deyildir!” (3, s. 436). Əli bəy 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



105

Hüseynzadənin Tasso dililə xalqına böyük bir təlaşla vəsiyyət etdiyi yüksək fikirlər bunlar idi. Əli 

bəy Hüseynzadənin bu əsəri xalqını əsarətə qarşı mübarizəyə çağırış hissilə yazılmış mənsur himn 

idi. Və bu, böyük ədibin vətənində çap etdirdiyi son əsəri idi!  

 

ƏDƏBİYYAT 



1.

  Əli bəy Hüseynzadə. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar. (Transliterasiya, tərtib, 

müqəddimə və izahların müəllifi Ofeliya Bayramlı). Bakı: Azərnəşr, 1996, 253 s. 

2.

  Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. (Transliterasiya, tərtib və izahların müəllifi Ofeliya 



Bayramlı). Bakı: Çaşıoğlu, 2007, 640 s  

3.

  Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. (Elmi redaktoru və izahların müəllifi Azər Turan). 



Bakı: Şərq-Qərb, 2007, 480 s. 

4.

  Mirəhmədov Ə. Əli bəy Hüseynzadə. “Fikrin karvanı” (Tərtib edəni,  



redaktoru və ön sözün müəllifi). Bakı: Yazıçı, 1984, 348 s. 

5.

  Rəfiq Zəka Xəndan. Unudulmuş dahi. “Qobustan” incəsənət toplusu. Bakı, 1990, №4. 



6.

  http://www.baki-xeber.com/sosial/2350.html 

 

 

“Turks in the two west epics” 



Summary 

In the paper is considered the lecture “Turks in the two West epics”, made by a prominent 

representative of the Azerbaijani public thought of the XX century, the "father of Turkic Studies", 

famous writer, journalist, educator, artist Ali bey Husseinzadeh (1864-1940) at the I Turkic Study 

Congress, carried out in Baku in 1926. This lecture at the time aroused great interest, in the same 

year was published as a book and presented to the public.The report “Turks in two poems of the 

West” is devoted to issues related to the Turks in the works “Lusiads” of the Portuguese poet 

Camoes, and “Liberated Jerusalem” of the Italian poet T.Tasso. In fact, this work is an allegory 

denouncing the occupation of Azerbaijan by Soviet Russia and the fall of the Azerbaijan 

Democratic Republic in 1920. 

Key words: Turkish, Christian, Muslim, freedom, Bolshevism. 

 

 



 Namiq 

Abbasov, kultur.ü.f.d. 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi 

namiq_abbasov_70@mail.ru

 

 

TÜRK XALQLARININ MƏDƏNİYYƏTİNİ BİRLƏŞDİRƏN TƏŞKİLAT 



XX əsrin son onilliyində dünyada baş verən qlobal siyasi hadisələr nəticəsində sovet 

imperiyası dağıldı, uzun illər onun tərkibində yaşamağa məcbur olmuş xalqlar siyasi müstəqilliyinə 

qovuşaraq öz suveren dövlətlərini yaratdılar. Bu xalqların qarşısında milli-mənəvi dirçəliş yolunda, 

dünya xalqları ailəsində özünə layiq yer tutmaq üçün geniş üfüqlər açıldı. Zəngin və qədim mədəni 

irsə sahib olan türk xalqları da tarixin bəxş etdiyi bu gözəl fürsətdən istifadə edərək milli-mədəni 

özünəqayıdış yolunda ciddi addımlar atmağa başladı. Eyni soya, dilə, tarixi və mədəni keçmişə, 

adət ənənəyə malik olan xalqlarımızın mənəvi həyatında gedən prosesləri əlaqələndirmək və 

düzgün istiqamətləndirmək məqsədilə həmin dövrdə TÜRKSOY təşkilatının yaradılması bu yolda 

vaxtında atılmış faydalı bir addım oldu. Bu tarixi hadisə ilə bağlı öncə onu söyləmək lazımdır ki, 

ölkəmizin müstəqilliyə qovuşması, tarixi, mənşə, dil,  din və mədəniyyət baxımından eyni kökdən 

olan xalqlarımızın yeni şəraitdə əlaqələrinin genişlənməsi və dərinləşməsi üçün hərtərəfli imkanlar 

açıldı.   

Türk Mədəniyyət və İncəsənətinin Birgə İnkişafı Üzrə Beynəlxalq təşkilat (TÜRKSOY) 

1992-ci ildə Azərbaycan Respublikası, Qazaxstan, Türkiyə, Özbəkstan, və Türkmənstan 

respublikası Mədəniyyət Nazirlərinin İstambul və Bakı şəhərlərində keçirilən görüşləri, toplantısı 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



106

zamanı əldə olunmuş razılıq əsasında yaradılmışdır. TYRKSOY təşkilatı daxili və xarici siyasət 

kursundan, dövlət quruluşlarının siyasi oriyentasiyasından asılı olmayaraq, türkdilli dövlətlərin 

mədəniyyət sahəsində regional əməkdaşlığını həyata keçirir.TÜRKSOY-un fəaliyyət mərkəzi kimi 

Türkiyənin paytaxtı Ankara şəhəri seçilmişdir. Bir müddət keçdikdən sonra Başqırdstan və 

Tatarstan Respublikalarının mədəniyyət nazirlikləri də bu təşkilatın mədəni işbirliyinə qoşulmuşlar. 

“TÜRKSOY-un yaradılması və onun fəaliyyət prinsipləri haqqında müqavilə” bu ölkələr tərəfindən 

1993-cü ilin iyul ayının 12-də Qazaxstan Respublikasının keçmiş paytaxtı Alma-Ata şəhərində 

imzalanmışdır. Təşkilatın rəsmi dili  türk, mərkəzi Ankara olaraq qurulmuşdur. Almaatı 

toplantısında Başqırtstan, Şimali Kipr Türk Cümhuriyyəti və Tatarstan nazirləri də TÜRKSOY-a 

qatılmışdılar. TÜRKSOY: Türk mədəniyyətinin ortaq dəyərlərini, insanlarını, ədəbi və fikri 

əsərlərini tanıtmaq məqsədilə də işlər görməkdədir. Yaradılması müstəqilliyin ik illlərinə 

düşdüyünə görə fəaliyyətini çox az bir büdcə ilə başlamışdır. Ancaq xeyli nailiyyətlər əld etmişdir. 

Bu nailiyyətdə qurucu cümhuriyyətlərin dövlət başçıları Süleyman Dəmirəlin, Heydər Əliyevin, 

Nursultan Nazarbayevin, İslam Kərimovun, Əsgər Akayevin, Səfərmurad Türkmənbaşının və 

qurulmasından bu günə qədər Türksoyun başqanı Polad Bülbüloğlunun və Türksoy işçilərinin rolu 

böyük olmuşdur (3, s. 52). 

         Beynəlxalq  təşkilat  olan  TÜRKSOY  türk  dövlət  və  topluluqlarına  istiqamətlənmiş, 

mədəniyyət və incəsənət fəaliyyəti məqsədilə qurulmuş rəsmi qurum, vəqf, dərnək kimi qurmlarla 

əməkdaşlıq edir. TÜRKSOY üzv ölkələrinin mədəniyyət nazirləri Türk Dünyasında tarixi, mədəni 

və sənət sahələrində nələr edilə biləcəyi mövzusunda görüşlər keçirir və mühüm qərarlar qəbul 

edirlər. Bu qərarlar çərçivəsində  Ankarada 1993-cü ildə Türk Dünyası yazarlar Birlikləri 

Toplantısı, 1994-cü ildə Ankarada möhtərəm Heydər Əliyevin də bu məqsədlə gəlib qatıldığı 

Füzulinin anadan olmasının 500 illik yubiley tədbirləri, 1994-cü ildə Qazaxstanda Türk Dünyası Əl 

Sənətləri Sərgisi, 1994, 1995 və 1996-cı illərdə Şimali Kipr Cümhuriyyətində TÜRKSOY Opera 

günləri, 1993və 1994-cü illərdə Türkmənstanda Aşıq Aydın Pir Festivalı və Türkiyədə 1995 və 

1996-cı illərdə TÜRKSOY Novruz Şöləni fəaliyyətləri təşkil edilmişdir.           

Beləliklə, təməli 1993-cü ildə qoyulan TÜRKSOY-un tutduğu əsas xətt dünyanın müxtəlif 

məkanlarında yaşayan türkdilli xalqların bir-birinin mədəniyyətlərini tanıması və bəhrələnməsidir. 

Dahi şəxsiyyətlərimizin, millii mədəniyyətimizin korifeylərinin bəşər mədəniyyətinin inciləri 

sayılan milli eposlarımızın əlamətdar ildönümlərinin, xalqlarımızın həyatındakı mühüm və tarixi 

hadisələrin birlikdə bayram edilməsi artıq ənənə halını almışdır. Bu mənada zəngin mənəvi 

dəyərlərimizlə  bağlı birgə layihələrin, tədbirlərin konkret işlərin bu təşkilat çərçivəsində gələcəkdə 

də hazırlanıb həyata keçirilməsi hərtərəfli əlaqələrimizi genişləndirmək baxımından xalqlarımız 

üçün böyük əhəmiyyətə malikdir. Təşkilatın indiyədək keçirdiyi toplantılarının nəticələri bir daha 

sübut edir ki, onun fəaliyyəti türkdilli xalqların dünya mədəniyyətinə inteqrasiya olmaq səylərini 

artırır, öz mənəvi dəyərlərini tanıtmalarına kömək edir. Müxtəlif ölkələrdə keçirilən mədəniyyət 

günləri, festivallar, beynəlxalq müsabiqələr, sərgilər, yubiley və xatirə gecələri bu istiqamətdə atılan 

addımlardır.  Vaxtaşırı keçirilən  zirvə görüşlərinin TÜRKSOY tədbirlərinin tarixi bir daha sübut 

edir ki, belə əhəmiyyətli toplantıların müntəzəm keçirilməsi xalqlarımızın siyasi, ictimai və mədənii 

həyatında çox böyük hadisələrdir. Mədəni əlaqələrin qurulması istiqamətində ən böyük uğur isə 

türk xalqları ilə ənənəvi münasibətlərin yaradılmasıdır. Bu da səbəbsiz deyil. Hər bir ailənin 

gələcəyi, xoşbəxtliyi səmimiyyətə və məhəbbətə bağlı olduğu kimi dünyanın da gələcəyi xalqların, 

millətlərin qarşılıqlı münasibətinə və əməkdaşlığına bağlıdır. Millətlərin öz soykökünə - dilinə, 

dininə əcdadlarının adət-ənənəsinə qayıtdığı bir zamanda bu mehribanlığa və birliyə ehtiyac daha 

çox hiss olunur. Türkdilli xalqların birliyinin və əməkdaşlığının inkişafı üçün Türk Kültür və 

Sənətləri Ortaq Yönətimi – TÜRKSOY yarandığı gündən bu istiqamətdə səmərəli işlər görür (2, 

s.301).              

        TÜRKSOY təşkilatı Türkdilli Dövlət Birliyinin ən əsas özəklərindən biridir. TÜRKSOY-un 

xətti ilə türkdilli ölkələrdə Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdirmək üçün Azərbaycan 

Mədəniyyəti Günləri keçirilir. Onu qeyd edək ki, TÜRKSOY təşkilatını türkdilli ölkələrin 

YUNESKO-su adlandırırlar. TÜRKSOY nadir təşkilatdır. O, türk mədəniyyətinin daşıyıcısı olan 

ölkələrin və xalqların birləşməsi prinspi əsasında bu ölkələrin dövlət strukturlarının siyasi 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



107

mövqeyindən, daxili və xarici siyasətindən asılı olmayaraq mədəniyyət və incəsənətlər sahəsində 

əməkdaşlığı həyata keçirir. Beynəlxalq aləmdə bu təşkilatın tanınmasının göstəricilərindən biri 

1996-cı ilin iyun ayının 8-də Türkiyənin İstambul şəhərində TÜRKSOY və YUNESKO arasında 

qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin bağlanmasıdır ki, həmin sənəddə mədəniyyət və 

incəsənət, təhsil və elm sahələrində onların fəaliyyətinin əlaqələndirilməsini nəzərdə tutur. Bu da 

türkdilli ölkələrin və xalqların tarixi və mədəni irsinin saxlanması və zənginləşməsi, onların 

intellektual və mənəvi sərvətlərinin artırılması, insan hüquq və azadlıqlarının qorunmasına xidmət 

edir. TÜRKSOY-u türklərin YUNESKO-su adlandırmaq məqsədlərini aşağıdakı kimi 

sistemləşdirmək olar: 

-

  Türk dilində danışan ölkələr və topluluqlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsi; 



-

   Tütk mədəniyyətinin araşdırılması, tədqiqi, inkişaf etdirilməsi, qorunması və millətlərarası 

sahədə tanıdılması; 

-

   Tarixi, siyasi və coğrafi şərtlərin və xarici amillərin səbəb olduğu mədəni fərqliləşmələrin 



ortadan qaldırılması; 

-

  Türk mədəniyyətini başqa mədəniyyətlərin təsirindən qurtarmaq, öz qaynaqlarına dayanan 



bir şəkildə öz mədəni dinamikasının hərəkətə keçirilməsi və yayğın olan digər yabançı 

mədəniyyətlərlə yarışacaq hala gətirilməsi; 

-

  Geniş bir coğrafi ərazidə yaşayan türk dövlət və topluluqları arasında əlifba və dil birliyinin 



yaradılması; 

-

  Dünya sivilizasiyasının formalaşmasında önəmli bir yer tutan türk mədəniyyətinin gələcək 



nəsillərə ötürülməsi; 

-

  Türk mədəniyyəti, sənəti və digər mövzularda arxiv və sənədləşmə mərkəzi qurulması (2, 



səh.310).  

         TÜRKSOY-un quruluş məqsədi isə: Tükdilli ölkələr və topluluqlar arasında mədəni əlaqələri 

artırmaq, türk mədəniyyətini araşdırmaq, inkişaf etdirmək, qorumaq, bütün dünyada tanıtmaq və 

dünya mədəniyyəti ilə qovuşdurmaqdır. Bundan başqa geniş bir coğrafi ərazidə yaşayan türk dövlət 

və topluluqları üçün dil və əlifba birliyini təmin etmək, arxiv qurmaq və gələcək nəsillərə 

ötürməkdən ibarət olaraq müəyyənləşdirilmışdir.  

TÜRKSOY-un başında təşkilata üzv ölkələrin Mədəniyyət Nazirlərinin meydana gətirdiyi bir 

“Daimi Şura”, bir “Dönəm Koordinatoru” və bir də “Daimi Şura” tərəfindən seçimlə təyin edilən, 

bütün işləri, çalışmaları və fəaliyyətləri idarə edən Ümumi Müdir durur. 1994-cü ildən də Türk 

respublikaları və topluluqları arasındakı əlaqələr sürətlə inkişaf edir. TÜRKSOY-un proqramında 

türk mədəniyyətinin önəmli əsərlərinin nəşrləri əsas yer tutur. “Atayurddan Anayurda Türk 

Dünyası” adlı kültürəl dərgi materialları pulsuz paylanılır.  

1996-cı il mart ayında Ankarada türkdilli ölkələrin mədəniyyət nazirləri bütün bu çalışmalarla 

kifayətlənməyərək dünya mədəniyyəti ilə bütünləşmək niyyətlərini bəyan etdilər. Təhsil, elm və 

mədəniyyət yolu ilə beynəlxalq əməkdaşlığı artırmaq, sülh və əmin-amanlığın qorunmasına yardım 

etmək məqsədilə YUNESKO genəl müdiri Federiko Mayor İstambula dəvət edilmiş və 

YUNESKO-TÜRKSOY mədəni əməkdaşlıq sözləşməsi gerçəkləşdirilmişdi. Bunun nəticələri türk 

və dünya məybuatında əks-səda oyatdı. Türk Cümhuriyyətləri ilə Türk topluluqları üçün bu 

əməkdaşlıq böyük bir uğur və mədəni qazanc oldu.   

Aralarında güclü tarix, dil mədəniyyət və din bağı olan Türk Cümhuriyyətləri gələcəkdə barış, 

güvən, əməkdaşlıq mühiti qurmaları və keçmişi gələcəyə daşımaları əsas məqsəd saydı. Bildirdi ki, 

Türk Cümhuriyyətləri arasında olan bu dayanışma bizlərə təməldə dostluq, qardaşlıq, aydınlıq və 

mədəniyyət dolu günlər gətirəcəkdir. TÜRKSOY bəyan etdi ki, türklərin ortaq keçmişinə, tarixinə, 

sənətinə mədəniyyətinə və dilinə sahib çıxması, qoruması və inkişaf etdirməsi onların ən təbii 

haqqıdır və kimsə bundan başqa bir məna çıxarmamalıdır. VIII zirvə görüşünün xüsusi 

bəyənnaməsində deyilir: “Dövlət başçıları tarixi, dil və mədəni əlaqələrin möhkəmləndirilməsi və 

gücləndirilməsinə tərəfdar olduqlarını, TÜRKSOY-un təhsil və mədəniyyət sahəsində fəaliyyətinin 

müsbət töhfə verdiyini bildirmiş və bu təşkilatın fəaliyyətini bundan sonra da təşviq edəcəklərini 

vurğulamışlar (4, səh.102)  


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



108

 Bütün bu çalışmalarımızla yanaşı TÜRKSOY-a tərəfdar olan Türkiyə Cümhuriyyətinin də 

kültürəl anlamda və türk İşbirliyi və Kalkınma Ayansı (TİKA) vasitəsilə Avrasiyaya və Türksoy 

üzvü olan ölkələrə yardım göstərir.  Təşkilatçılar bütün dünyaya bəyan edirlər ki, TÜRKSOY-u 

qurmaqda məqsəd yüksək Türk mədəniyyətinin varlığını və kimliyini qorumaq, dünya mədə-

niyyətləri ilə bütünləşdirmək və bu mədəniyyət silahı ilə bölgədə və dünyada sülhə yardımçı olmaq.  

Ümumilikdə, TÜRKSOY həm Azərbaycan–Türkiyə elmi-mədəni əlaqələrinin qurulması, həm 

də Türk dünyasının mədəni inteqrasiyası istiqamətində xüsusi rol oynayır. 1993-cü ildən fəaliyyət 

göstərən təşkilat öz sıralarında yalnız müstəqil ölkələri deyil, eyni zamanda müşahidəçi qismində 

türk muxtar qurumlarını, Rusiya Federasiyası tərkibində olan Türk respublikalarını da birləşdirir. 

Qısa müddət ərzində qurulmuş təşkilat Türk dünyasının mühüm tarixi əhəmiyətli hadisələrini 

özündə əks etdirən olduqca zəngin bir təqvimin tərtib edilməsini təmin etmiş, intensiv fəaliyyət 

sayəsində mədəniyyət və incəsənət sahəsində bir-çox uğurlar əldə etmişdir. Ümumtürk dəyərlərinin 

qorunub saxlanması, tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, incəsənətin müxtəlif sahələ-

rində birgə müsabiqələrin təşkili vahid Türk Dünyası ideyasını dünyanın nəzərinə çatdırır. 

TÜRKSOY-la YUNESKO arasında birgə əməkdaşlıq müqaviləsinin imzalanması təşkilatın beynəl-

xalq aləmdə nüfuzunu daha da artırır. Təşkilatın yaradılması və fəaliyyət prinspləri haqqında müqa-

viləyə müvafiq olaraq TÜRKSOY aşağıdakı mühüm funksiyaları bu gün də uğurla həyata keçirir.  

-

 Türk ölkələri arasında mədəniyyət və incəsənət sahəsində əlaqələri daha da möhkəmlən-



dirmək və inkişaf etdirmək üçün müxtəlif proqram və layihələrin həyata keçirilməsi; 

-

 Ümumi mənəvi dəyərlərin, tarixi irsin, mədəniyyət və incəsənət əsərlərinin, ənənəvi idman 



növlərinin və xalq oyunlarının təbliğ edilməsi; 

-

 Televiziya və radio proqramlarının, sənədli, video, kinofilmlərin hazırlanması, Türk 



dünyasının ən yaxşı mədəniyyət və incəsənət nailiyyətlərini populyarlaşdırılması; 

-

  İncəsənətin teatr, musiqi, opera və balet növlərində birgə festivalların, müsabiqələrin və 



başqa tədbirlərin keçirilməsi; 

-

 Sərgilərin təşkili edilməsi, incəsənətin və heykəltaraşlığın inkişafına yönələn tədbirlərin 



həyata keçirilməsi; 

-

 Davamlı olaraq çap məhsullarının nəşr edilməsi; 



-

 Türk dünyasının tarixində mühüm əhəmiyyət kəsb edən tarixi şəxsiyyətlərin, mədəniyyət, 

incəsənət, ədəbiyyat hadisələrinin xatırlanması üçün kütləvi tədbirlərin, yubileylərin keçirilməsi 

-

 TÜRKSOY-un məqsəd və vəzifələri çərçivəsində beynəlxalq elmi konfrans, simpozium, 



müsabiqələrin təşkil olunması; 

-

 Mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən başqa milli, beynəlxalq təşkilatlarla, 



ictimai struktur və hərəkatlarla əlaqələrin qurulması, əməkdaşlıq üçün müxtəlif birgə tədbirlərin 

keçirilməsi.   

 Beləliklə, TÜRKSOY-un tutduğu əsas xətt dünyanın müxtəlif məkanlarında yaşayan türkdilli 

xalqların bir-birinin mədəniyyətini tanıması və bəhrələnməsidir. Daha doğrusu türk xalqlarının 

mədəni irsinin öyrənilməsi, qorunması və təbliğində bir araya gəlməsidir.  

ƏDƏBİYYAT 

1.

  Beynəlxalq TÜRKSOY təşkilatının XV toplantısında  Azərbaycan  Respublikasının        



Mədəniyyət Naziri Polad Bülbüloğlunun çıxışı. Mədəni-maarif jurnalı, 2001, №1-2 

2.

  Dünya mədəniyyət siyasəti. Ali məktəblər üçün dərslik, Mars-print, Bakı 2012. 



3.

  F.Hüseynova, “Azərbaycan mədəniyyətinin inkişafında TÜRKSOY-un roly”. Məqalə,  

ADMİU-nun 90 illiyinə həsr olunmuş konfrans, Bakı 2014 

4.

  Heydər Əliyev və Şərq, 6 cilldə I kitab (Müəllif tərtibçilər: Qaley Allahverdiyev, Vəhdət 



Sultanzadə). Bakı Tural-Ə NPM, 2002,  

5.

  N.Abbason Mədəniyyət siyasəti və mənəvi dəyərlər. Monoqrafiya. Təknur, Bakı 2009 



6.

  http//www.mct.gov.az.  Mədəniyyət və Turizm Nazirliyi 

7.

  www.mfa.gov.tr.  (T.C. Xarici İşlər Bakanlığı) 



    

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



109

                                                             Namiq Abbasov, PhD in Culturology, 

Senior researcher of ANAS 

The organization brings together the culture of the Turkic peoples 

Summary 

Theestablishment of authoritative TURKSOY oranization and this orqanization cultural 

inteqration to Turkish nations, reveal of researchinq this old and rich heritage , to propagate widely 

in the vorld and thet of becoming true the different cultural project activities are discussed in the 

artikle. TURKSOY relations with other international orqanizations, partikular with UNESCO  are 

lightened in the article. The joint projects, measures, to embody the preparation of concrete works 

within the frame of TURKSOY orqanization related with reach cultural values of turkish speakinq 

nations, and about the importance of the works to be done of this orqanization in future upon 

enlarging the cultural values between our nations are also discussed 

Keywords: The Organization, of Turkic peoples, cultural contact, art, cultural heritage. 

 

 

Seyfəddin Altaylı, fil.ü.f.d. 



Bakı Avrasiya Universiteti 

altayli_s@yahoo.com     

 

TÜRK XALQLARININ MÜQAYİSƏLİ LÜĞƏTİNİN HAZIRLANMASI-



AZƏRBAYCAN-TÜRKİYƏ TÜRKCƏSİ ÖRNƏYİNDƏ 

 

“Sözlük” kəlməsi Türk Dil Qurumunun çap etdiyi “Böyük Türkcə Sözlük”də, “ Bir dilin 



bütün və ya müəyyən bir çağda istifadə edilən sözlərini və deyimlərini əlifba sırasına görə 

tənzimləyib mənalarını izah edən, özgə dillərdəki müqayisəsini verən əsər ”; “ Bir dilin və ya 

qarşılıqlı olaraq birdən çox dilin söz ehtiyatını lüğət şəklində yaratmaqla bağlı metodları araşdırma; 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin