türkcəsi, türk ləhçələrinin ən gözəli, ən işlənmişi, ədəbiyyat və elmi baxımından ən zənginidir. O
halda, göstəriləcək maneələrə baxmayaraq İstanbul türkcəsini ədəbi dil olaraq mənimsəmək, bütün
türklər üçün milli bir vəzifədir. Bu vəzifə yerinə yetirildiyində, bütün türklər dil və ədəbiyyatda
ortaq və tək bir ulus durumuna gəlir [4, 62].
XX əsrin əvvəllərində Türk xalqları arasında sözlər kimi terminlərin də ortaq olmasına, yəni
bütün türklərin ortaq bir ədəbiyyat və elm dili olması məsələsi də diqqət çəkir. Ziya Gökalp bu
məsələ haqqında yazırdı ki, Rusiyadakı türklər terminlərini ruscadan, Çindəki türklər çincədən, biz
fransızcadan alsaq, türkcələrimiz bir-birindən uzaqlaşar. Halbuki ərəbcə və əcəmcədən ya da
türkcədən alsaq, tam əksinə bir-birilərinə yaxınlaşarlar [4, 20].
Birinci Türkoloji Qurultay o dövrdə dünyanın bütün şərqşünaslarının və türkoloqlarının
marağına səbəb olmuşdu. Bəzi elm adamları qurultayda iştirak edə bilməsələr də, təbrik teleqramı
göndərirlərdi. Belə ki, Danimarka tarixçisi, dilçisi, Rusiya Elmlər Akademiyasının üzvü Vilhelm
Thomsen (1842-1927) da qurultaya təbrik teleqramı göndərmişdi.
Görkəmli filoloq alim, professor Bəkir Çobanzadə Vilhelm Thomsenin türkologiya sahəsində
xidmətini yüksək qiymətləndirmişdir: Thomsenin ölümü ilə türkologiya sahəsində şərəfli və bütün
elm aləmi üçün faydalı və maraqlı kəşflərlə dolu olan və on doqquzuncu əsrin ikinci yarısından
başlayan bir dövr başa çatır [5, 279].
Birinci Türkoloji Qurultayın son toplantısı 6 mart 1926-cı ildə şənbə günü keçirilir. Bağlanış
nitqini Atam Əliyev rusca oxudu. Qurultayda bunlardan bəhs etdi: "Tarixdə bundan öncə heç bir
təcrübə olmadığı halda, ilk dəfə qurultaya dəvət edə bilmək çətin bir məsələ idi. Şərqdə iki mühüm
inqilab oldu. Birincisi, Anadolu türkləri xəlifəliyi qaldırdılar. İkinci inqilabı Azərbaycan etdi: Yeni
əlifabanı aldı. Qurultay icad edilməmiş, bir qafadan çıxmamış, fəqət onu hayatın özü
doğurmuşdur". Atam Əliyev həmin nitqi bir də türkcə öz ləhcəsiylə təkrar etdi [2, 25].
Azərbaycan mütəfəkkiri Əli Turanın Birinci Türkoloji Qurultay haqqındakı qeydlərində ortaq
əlifba və ortaq ədəbi dil məsələləri ətrafında müzakirələrin aparıldığı yazılmışdır. Türk xalqlarının
ümumi əlifbası ilə əlaqədar məsələni işıqlandıran Əli bəy Hüseynzadə konqresdə ərəb, kiril və latın
hərfləri ərtafında müzakirələrin aparıldığını bildirərək, Türk qövmləri arasında ortaq hərflərin latın
əlifbası olmasına daha çox üstünlüyünü göstərmişdir. Birinci Türkoloji Qurultayında Türkiyə
türkçəsinin Türk dünyasında ortaq dil olaraq qəbul edilməsi məsələsi müzakirə mövzusu olmuşdu.
Əli bəy Hüseynzadənin qeydləri Birinci Türkoloji Qurultay haqqında, eyni zamanda o dövrün
Türk xalqlarının düşüncəsini geniş şəkildə əks etdirir. Qurultayda ortaq hərflərin və ortaq ədəbi
dilin hazırlanması ilə əlaqədar fikirlər irəli sürülsə də, bu gerçəkləşmədi. Əli Turanın qeydlərini
təqdim edən Hilmi Ziya Ülkən yazmışdır ki, qurultayda olan üzvlərdən əksəriyyətinin qəbul etdiyi
bu fikirlərin sonradan necə pozulduğu və tam əksinə bir yola girildiyini söyləməyə lüzum yoxdur.
Bu təzadlı davranış, gerçəklərin siyasətə qurban edildiyinin çox acı bir arqumentidir
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda danışanlar türk qövminin
mədəniyyət bağlarının qopmaması naminə çalışdılar. Ümummilli lider Heydər Əliyevin 18 iyun
2001-ci ildə verdiyi fərmanla 1 avqust 2001-ci ilə qədər Azərbaycan Respublikası latın qrafikasına
keçmiş, 9 avqust 2001-ci il verdiyi fərmanla hər il 1 avqust tarixi Azərbaycan Respublikasında
Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd edilməyə başlamışdı. Bu fərmanlar
Azərbaycan xalqının, ümumiyyətlə, türk xalqlarının mədəniyyət bağlarının birləşməsi baxımından
böyük elmi və mədəni hadisədir.
Türk xalqlarının ortaq bir əlifbada yazıb, ortaq dildə danışmaları üçün ortaq əlifba və dilin
hazırlanması məsələsi XX əsrin əvvəllərində olduğu kimi XXI əsrdə də aktual bir məsələdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
120
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay böyük tarixi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 fevral 2016-cı ildə Birinci Türkoloji
Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı qurultayın Türk xalqlarının, o
cümlədən, Azərbaycan xalqının həyatında mühüm tarixi hadisə olmasının parlaq ifadəsidir.
Beləliklə, Hilmi Ziya Ülkənin Əli bəy Hüseynzadənin qeydləri əsasında yazdığı əsərlər 1926-
cı ildə keçirilən Birinci Türkoloji Qurultayın tarixi mahiyyətini, həmin dövrün düşüncə tarixini
öyrənmək baxımdan böyük bir əhəmiyyət daşıyır.
ƏDƏBİYYAT
1. Ülken Hilmi Ziya. Türkiyede çağdaş düşünce tarihi. İstanbul, 1994
2. Ülken Hilmi Ziya. Türkçülüğün ve Türk Sosyalizminin babası Ali Turan (II). Yeni İnsan
Dergisi, C. I, S. 85, s. 6-11; 23-28. Ocak 1970.
http://www. huseyinzadealituran. com
3. Ülken Hilmi Ziya. Prof. Ali Turan'ın (Hüseyinzade) 1926'da Bakü'da toplanan I Türkoloji
Kongesinde aldığı notlardan. X. Türk Dili Kurultayında Okunan Bilimsel Bildiriler 1963'den
ayrıbasım. Türk Tarih Kurumu Basımevi, Ankara, 1964. s. 143-147
4. Gökalp Ziya. Türkleşmek, İslamlaşmak, Muasırlaşmak. İstanbul, 2010
5. Çobanzadə Bəkir. Seçilmiş əsərləri. Nəşrə hazırlayan və ön sözün müəllifi: fil.e.d.
Məmməd Adilov. II cild. Bakı, 2007
Aytən İmanova
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, elmi işçi
QUZEY AZƏRBAYCANDA MİLLİ İSTİQLAL VƏ TÜRK BİRLİYİ İDEYALARININ
YAYILMASINDA MƏTBUATIN ROLU (1875-1918)
Xalqın milli xarakterini müəyyən edən xüsusiyyətlər uzun əsrlər boyu tarixi inkişafprosesində
və bu prosesin özünəməxsusluğunu əks etdirərək yetişir, cilalanır və millətin, milli mədəniyyətin,
milli şüurun təşəkkülünə zəmin yaradır. Milli şüurun oyanışı millətin öz əslini-kökünü, tarixini
tanıması problemi ilə sıx bağlıdır. İlkin əlamətləri XIX əsrin ortalarından təzahür etməyə başlayan
maarifçilik və milli oyanış hərəkatı əsrin 70-80-ci illərindən getdikcə dərinləşərək XX əsrin
əvvəllərində milli şüurun siyasiləşməsi ilə milli-azadlıq mübarizəsinə çevrilir.
XIX əsrin 70-ci illərinə qədərki maarifçilikdə yeni yanaşma, anadilli ədəbiyyatın və ədəbi
dilin inkişafının sürətlənməsi kimi müsbət meyllər artıq özünü göstəriridi. Rusiyanın Şimali
Azərbaycanı işğalından sonra çar hökumətinin burada İranın nüfuzunu itirmək üçün fars dilini
məhdudlaşdırması ilə görkəmli mütəfəkkirlər, ədəbiyyat xadimləri və ümumiyyətlə, ziyalılarımızın
bir çoxu yerli xalqın mədəni inkişafının geridə qalmasının, doğma dilindən məhrum olmasının
fərqinə varmış və bu geriliyin aradan qaldırılması üçün maariflənmənin vacibliyini təbliğ etməyə,
işğalçı hakimiyyətin mənfi xüsusiyyətlərini ifşa etməyə başlamışdılar. XIX əsrin sonlarnıa doğru
“Əkinçi” qəzetinin simasında milli mətbuatın yaranması ilə maarifçilik və milli özünüdərk
prosesinin yeni mərhələsi başlanır. Bu dövrdə milli ideyaların rüşeymlərinin yaranması, xalqın
kütləvi şəkildə maariflənməsi, türk millətinin oyanışı, milli və dini birlik ideyasının yayılmasında
“Əkinçi” və ondan sonra yaranmış milli dövrü mətbuatın müstəsna əhəmiyyəti olmuşdur.
Azərbaycan kəndli təbəqəsinin Rusiyada təhsil almış ilk nümayəndəsi olan Həsən bəy Zərdabi
belə hesab edirdi ki, müsəlman cəmiyyətində hökm sürən ətaləti, millətin problemlərinə etinasızlığı
aradan qaldırmaq, xalqı cəhalətdə saxlamaq cəhdlərinə qarşı mübarizə aparmaq üçün ictimaiyyətə
birbaşa müraciət etmək labüddür. Məhz bu dövrdə H.Zərdabi xalqın maariflənməsində daha fəal
iştirak etmək, eyni dildə danışan cəmiyyəti həm də eyni məqsəd uğrunda birləşdirmək üçün
Azərbaycan dilində qəzet nəşr etdirməyi qərara alır. Onun fikrincə, “...ölkənin qəzeti onun güzgüsü
olmalıdır. O, xalqın cəkdiyi əziyyətləri, düçar olduğu məşəqqətləri olduğu kimi əks etdirməlidir ki,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
121
onun hər bir oxucusu güzgüdəki əksi kimi, xalqının vəziyyətini görsün”[5, səh.91]. Ana dilində
mətbuat orqanının yaradılması həm də cəmiyyətin bir-birindən ayrı düşmüş ziyalı təbəqəsini
birləşdirməyə xidmət etməli idi.
H.Zərdabi uzun sürən mücadilədən – üç ildən sonra ana dilində qəzetin nəşrinə rəsmi
dairələrin icazəsini ala bildi. Hakimiyyətin qəzetin nəşr olunması üçün qoyduğu şərtlərin ən
başlıcası o oldu ki, qəzet siyası istiqamət daşımamalı, yalnız əkinçilik və təsərrüfatla bağlı əhalini
maraqlandıracaq məsələləri işıqlandırmalı idi. Bütün çətinliklərə və məhdudyyətlərə baxmayaraq
nəhayət, 1875-ci ilin iyun ayında “Əkinçi”nin ilk sayı çapdan çıxdı. Rusiyada türkcə ilk qəzetin
nəşri bütün müsəlman aləmini silkələmişdi. “Əkinçi”nin nəşri münasibətilə Rusiyanın müxtəlif
bölgələrində – Omsk, Tümen, Çistopol, Orenburq, Ufa, Krım və Volqaboyunda yaşayan
müsəlmanlar H.Zərdabini təbrik etmişdilər.
Zaman keçdikcə senzuranın qoyduğu məhdudiyyətlərə baxmayaraq, “Əkinçi”nin səhifələrində
yayınlanan materialların məzmunu və sətiraltı mənasında siyasi çalarlar özünü büruzə verməyə
başlayırdı. Həsən bəy Rusiyada “əvvəlinci türk qəzeti” olan “Əkinçi” vasitəsilə Azərbaycanın
sosial-siyasi və mədəni tarixində ilk dəfə milli hərəkatın ideoloji prinsiplərini işləyib hazırladı.
Zərdabiyə görə, millətin var olması üçün onun əzmkar və mübariz olması vacibdir, bu xüsusiyyətlər
isə yalnz öz siyasi və iqtisadi vəziyyətini dərk edən millətlərin nümayəndələrinə xas ola bilərdi.
Həsən bəy, Rusiya dövləti tərəfindən ilhaqın bəzi müsbət cəhətlərinin (Azərbaycan ərazisinin,
müvəqqəti də olsa, beynəlxalq çəkişmə hədəfi olmaqdan qurtulduğunu, daxili müharibələrin
bitdiyini, bununla da nisbi asayişin bərqərar olduğunu) olduğunu inkar etmir, lakin mənəvi köləliyin
təzyiqi altında və siyasi asılılıqda olan bir xalqın adından “yaşamıımızdan razıyıq” söyləməyi qəbul
etmirdi[5, səh.92]. Həsən bəy millətin öz azadlığı uğrunda mübarizəyə qalxması üçün keçmişini və
indisini düzgün anlamasının vacibliyini gözəl başa düşürdü və buna görə də qeyd edirdi ki, tarixi
hadisələri əks etdirən siyasi anlayışlar düzgün ifadə olunmalı və yerində işlədilməlidir.
H.Zərdabi üçün qarşıda duran əsas məsələ xalqının bir millət olaraq varlığını və birliyini
yaratmaq məsələsi olmuşdur. Onun fikrincə, bu məqsədə nail olmaq üçün iki mühüm amilin
mövcudluğu ən vacib şərtlərdən idi. Bu amillər isə dil və din birliyi idi: “...hər tayfa gərək ki, iki
şeyi bərk saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri hesab olunurlar və onların tayfa olmağına
səbəbdirlər. Bu şeylərin birisi dil və birisi din və məzhəbdir. Elə ki, bunların birisi əldən getdi,
tayfanın beli sınan kimidir. İkisi də gedəndə, tayfa qeyri tayfalara qarışır, mirur ilə yox olur”[5,
səh.94]. Həsən bəy “Dil birliyi” məqaləsində Rusiya dövlətinin tərkibindəki müsəlmanların etnik
mənşəyinin türki, dillərinin türk dili olduğunu, lakin müxtəlif şivələrə bölündüyünü qeyd edərək, dil
birliyinə nail olmağın vacibliyi haqqında yazırdı: “...bizlərə vacibdir ki, indi vaxt keçməmişdən dil
birliyi dalıncan olub bir ümumi dil bina edib, bu ümumi dildə yazıb-oxuyaq...”[4, səh.201]. Onun
fikrincə, yalnız bu halda Rusiya ərazisinin müxtəlif bolgələrində yaşayan türklərin bir-biri ilə
yaxınlaşması, mədəni baxımdan birləşməsi, güclənməsi və gələcək inkişafı mümkün ola bilərdi.
H.Zərdabi Qafqaz, həmçinin bütün Rusiya türklərinin din birliyi ətrafında birləşmsinə də
xüsusi əhəmiyyət verir və bunu millətin tərəqqisi üçün vacib şərt sayırdı. O, belə hesab edirdi ki,
din hər bir millətin mənəviyyatının əsas özəyidir, hər bir millətin borcudur ki, bu mənəvi mirası və
onun müqəddəs kitabını mənəvi işğaldan, məhv olmaqdan qorusun və cəhalətdən, mövhumatdan
uzaq, siyasiləşməmiş şəkildə özundən sonrakı nəsillərə ötürsün. H.Zərdabi dil birliyi və mədəni
türkçülüklə bağlı cəsarətli konkret fikirlərlə çıxış edirdi. Həsən bəy Azərbaycan türkcəsi ilə
Osmanlı dövlətinin rəsmi dili arasında cüzi fərqin olduğunu, lakin “...onların arasında...birindən o
birinə tərcümə etməyə...” ehtiyac olmadığını qeyd edirdi[4, səh.201].
1877-1878-ci illər başlanmış Rus-Türk müharibəsi ilə əlaqədar çar senzor nəzarəti
“Əkinçi”nin qapanmasına qərar verdi. Lakin qəzetin səhifələrində nəşr olunan geniş polemikalar
artıq işini görmüşdü. “Əkinçi”nin mücadiləsinin əsas məqsədi olan milli birlik fikri artıq dövrün
ziyalılarının yazılarında daha tez-tez təkrarlanmağa başlamışdı. XIX əsrin sonlarına doğru “Əkinçi”
qəzetinin simasında milli mətbuatımızın yaranması ilə maarifçilik və milli özünüdərk prosesinin
yeni mərhələsi başlandı. Milli azadlıq hərəkatının şərti olaraq, “Əkinçi” adlanan bu dönəmində
(1875-1905-ci illər) “türk milləti” anlayışı gündəmə daxil edildi, anadilli yeni tipli məktəbin və
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
122
mətbuatın yaradılması zərurəti siyasi bir proqram kimi irəli sürüldü, milli birliyin yaradılmasının
labüdlüyü aydınlaşdı.
“Əkinçi”nin nəşri dayandırıldıqdan sonra, 1879-cu ildə Tiflisdə “Ziya” adlı qəzet nəşrə
başladı. Qəzetin naşirləri burada mətbəə qurmuş Səid və Cəlal Ünsizadə qardaşları idi. Əsasən dini
mövzularda yazan bu qəzet qapadıldıqdan sonra (1881) onlar “Ziyayi-Qafqaziyyə” qəzetini təsis
etdilər (1884-84). Qardaşlar bu qəzetlə paralel “Kəşkül” adlı həftəlik dərginin nəşrinə başladılar. Bu
qəzetlərin yazılarında da Azərbaycanda işlədilən yerli ədəbi türkcə Osmanlı türkcəsi ilə
yaxınlaşdırılırdı və kimlik arayışı üzərində daha sıx dayanılırdı. “Kəşkül”ün 14 noyabr 1890-cı il
tarixli 115-ci sayında “Avam gəzmək – yuxu görməkmi dedin?” adlı məqalə buna gözəl sübutdur[2,
səh.46]. Əcnəbi qonağın Tiflisdə yerli bir kişidən millətini soruşması və sonradan bu sual ətrafında
qurulan dialoqda millət anlayışının mahiyyəti açılır, Azərbaycan millətinin “tatar”lardan fərqli dilə
və adət-ənənəyə mənsub olduğu və Arazın o tayında da eyni millətin nümayəndələrinin yaşadığı
vurğulanır. Bu isə Azərbaycan torpaqlarının iki dövlət arasında işğalının açıq bədii ifadəsi demək
idi. “Kəşkül” qəzetində dərc edilmiş yazılar içərisində Məhəmməd ağa Şahtaxtlının məqaləsində
“Bir az da özümüzdən ki, Azərbaycan türkləriyik, danışaq” çağırışı səslənir. Rus isilasından əvvəl
indiki rus Zaqafqaziyasının müstəqil və yeganə sahibinin Azərbaycan türkləri olduğu, İran
əhalisinin əksəriyyətini də azərbaycanlıların təşkil etdiyiyi və Qafqaz tayfaları arasında coxluq
təşkil etdiyi qeyd olunur. Şahtaxtı Azərbaycan türkcəsi ilə Osmanlı türkcəsini eyni dilin müxtəlif
ləhcələri olduğunu bildirir və sübut üçün alman və fransız dillərində olan müxtəlif ləhcə fərqlərini
nümunə gətirirdi. “Kəşkül” hökumətin təzyiqi ilə nəşrini dayandırdıqdan sonra (1891) Ünsizadə
qardaşları yeni mətbu orqanı – “Azərbaycan” qəzetinin nəşri üçün müraciət edirlər. Lakin onların
bu müraciəti rədd edilir.
1897/1898-ci illərdə xeyriyyəçi milyoner H.Z.Tağıyevin maliyyə dəstəyi ilə nəşr olunan
“Kaspi” qəzeti ətrafında dövrün siyasi türkçülük cərəyanının gənc nümayəndələri Ə.Topçubaşov,
Ə.Hüseynzadə, Ə.Ağayev toplanmışdı. Qəzetin redaktoru Ə.Topçubaşov idi. Rus dilində nəşr
olunan qəzetdə millətin maariflənməsi, əsasən də qadın təhsili ilə bağlı müxtəlif yazılar dərc
edilirdi.
XIX əsrin son onilliklərində Azərbaycan mətbuatının etnik kimlik axtarışı və Türk birliyi
cəhdləri İsmayıl bəy Qaspirinskinin 33 il aramsız olaraq nəşr etdirdiyi “Tərcüman” qəzetinin
ideyaları ilə üst-üstə düşür. Dövrü mətbuatın yazıları Azərbaycan ziyalılarının yeni əsrə yeni
göstəricilərlə qədəm qoyduğunun əyani sübutudur. XX əsrin əvvəllərində ziyalılarımzın sayı xeyli
artmış, onların əksəriyyəti təhsilini Avropa məktəblərində davam etdirmək imkanı əldə etmişdi.
Onlar artıq xalqın problemlərini açıq və konkret dilə gətirir, fəaliyyət sahələrini daha da
genişləndirirdilər.
XX əsrin əvvəlləri Azərbaycanın ictimai fikrində milli oyanış, milli özünüdərk vəmilli istiqlal
düşüncələrinin inkişafının intibah dövrüdür. Bu dövrdə milli ideologiyanın siyasi xarakter alması
mətbu yazılarda da özünü büruzə verirdi. Azərbaycan dövrü mətbuatında dərc edilən yazılarda artıq
milli ideologiyanın konkret fəaliyyət proqramı formalaşırdı. Bizcə, bu proqram qarşısına üç əsas
məsələni həll etməyi məqsəd qoymuşdu: 1) Ortaq türk ədəbi dili konseptinin gerçəkləşdirilməsi;
2)Dünyanın müxtəlif ölkələrinə səpələnmiş türklərin ideoloji-kültür və siyasi birliyinə nail
olunması; 3)Rusiya tərkibində yaşayan müsəlman türklərin arasında İslam dinindən ayrılmadan
Avropa təhsilini yaymaq və İslam fikri ilə Avropa təhsilini qarışdırmaq.
Zəmanəsinin görkəmli maarif xadimi M. Şahtaxtlı 1902-ci ildə Tiflis şəhərində “Qeyrət” adlı
mətbəə açır.Mətbuat və fikir azadlığı tariximizdə xüsusi yeri olan, təsisçisi və baş redaktoru olduğu
“Şərqi Rus» qəzetinin ilk sayını 1903-cü il mart ayının 30-da bu mətbəədə çap etdirir. İstedadlı,
həmçinin reformist jurnalist olan M. Şahtaxtlı həmin qəzetin səhifələrində liberal millətçilik, qadın
azadlığı, dünyəvi elmlərin tədrisi, ana dilimizin problemləri ilə bağlı mütərəqqi fikirlər
səsləndirərək Azərbaycan jurnalistikasına yeni nəfəs gətirir.
M.Şahtaxtlıhaqlı olaraq “ilk azərbaycanşünaslardan biri”hesab olunur[5, səh.326]. Onun
“Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?!” məqaləsi“azərbaycanşünaslığın ilk elmi
bünövrəsi, azərbaycançılığın ilkin minimum proqramı”hesab edilir[5, səh.330]. Bu məqalədə
Şahtaxtlı ilk dəfə olaraq Azərbaycan ölkəsinin, xalqının və dilimizin adının müəyyən olunması
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
123
baxımından mühüm elmi-siyasi mülahizələr irəli sürmüş və bu məsələyə aydınlıq
gətirmişdir.“Böyük bir hissəsi İrandan Rusiyanın payına düşmüş Azərbaycan mahalı – indiki
Zaqafqaziyadır, əhalisi də türklərdir. Onları həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və
etnoqrafları başqa adla yox, ancaq “Azərbaycan türkləri” adlandırırlar. Gündəlik həyatımızda xalqın
adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn, azərbaycanlı türk və yaxud
azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk
dilini isə “tatar dili” əvəzinə, “Azərbaycan dili” adlandırmaq məqsədəuyğun olardı”[7, səh.184].
M.Şahtaxtlı bu fikirlərini sonrakı əsərlərində daha da genişləndirmişdir və milli kimliyin
müəyyənləşdirilməsi məsələsi onun bir çox məqalələrinin təhlil obyekti olmuşdur. M.Şahtaxtlının
XIX əsrin 80-90-cı illərində belə bir ciddi, aktual, eyni zamanda, təhlükəli mövzunu qabardıb
gündəmə gətirməsi böyük cəsarət tələb edirdi. Çünki çar Rusiyası işğal etdiyi Zaqafqaziyanın
böyük bir hissəsinin Azərbaycan, burada yaşayan müsəlmanların isə türk olduğunu yaxşı bilirdi və
onların Qafqaz türklərini “müsəlman”, yaxud “tatar” adlandırmalarıməqsədli olaraq Qafqaz
türklərinin digər türk xalqları ilə eyni soydan olduğunu unutdurmağa xidmət edirdi. Lakin
M.Şahtaxtlıya qədər milli kimlik və azərbaycançılıq mövzusunu kimsə açıq surətdə gündəmə
gətirməmişdi. Milli kimlik axtarışı konsepsiyası onun sonrakı yaradıcılığında və qəzetin digər
yazılarında da inkişaf etdirilmiş və dolayı yolla xalqa çatdırılmağa çalışılmışdır. M. Şahtaxtlının
Azərbaycan mətbuatı tarixində əvəzsiz xidmətlərindən biri dəsonradan mətbəəni təmənnasız olaraq
Mirzə Cəlilə verməsi və bu mətbəədə “Molla Nəsrəddin” satirik jurnalının çap olunmasıdır.
“Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının yeni nəsr üslublu
ictimai-siyasi mətbu orqanı sayılır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə
Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur[1,
səh.8].Jurnalın nəşri ilə milli mətbuatımızın tarixində ilk dəfə olaraq geniş oxucu kütləsi satirik
mətbuat janrı ilə tanış oldu. “Molla Nəsrəddin” həm də azadlıq, demokratiya, tərəqqi uğrunda
mübarizə meydanına çevrildi. Jurnalın ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir
dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları
oyatmağa çalışır. “Molla Nəsrəddin”i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı, Azərbaycan
xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Jurnalın səhifələrində
millətin sivil inkişafı, onun təhsil və maarif işini düzgün və yüksək səviyyədə qurmaq yolları,
Azərbaycan dilinin taleyi və problemləri, istiqlal mübarizəsinin yollarına həsr olunmuş məqalələr
dərc olunurdu. “Molla Nəsrəddin” jurnalı xalqın maariflənməsi yolunda nəinki Azərbaycanın
ziyalılar ordusunu öz ətrafında birləşdirmişdi, həmçinin başqa xalqların nümayəndələrini də öz
ideyalarının təbliğatçısına çevirə bilmişdi. “Molla Nəsrəddin” jurnalının əməkdaşları O.Şmerlinq və
Y.Potterin Azərbaycan mətbuatı tarixində xidmətləri əvəzsizdir[3, səh.63]. “Molla Nəsrəddin”in
tarixi mübarizəsinin böyüklüyü onda idi ki, onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə
qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət
dayanmışdı. Bu, mübariz sevginin amalı vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas
etmək,onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq idi.
XX əsrin əvvəllərində Azərbaycan siyasətinin, ictimai fikrinin və ədəbiyyatının görkəmli
simalarının ümumi məqsəd uğrunda birliyinin ən bariz nümunəsi 1917-ci ildə Bakıda nəşr olunmuş
“Qardaş köməgi” adlı məcmuədir. Ömər Faiq Nemanzadə, Abddulla Şaiq, Əhməd Cavad, Hüseyn
Cavid, Salman Mümtaz, Məhəmməd Əmin Rəsulzadə, Əli Nəzmi, Seyid Hüseyn, Tağı Şahbazi,
Məmməd Səid Ordubadi və başqaları kimi müxtəlif əqidəli, müxtəlif yaşlı və müxtəlif sosial Dostları ilə paylaş: |