I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə17/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   13   14   15   16   17   18   19   20   ...   94


araşdırmaçı və yazıçılardan biri də Muhsin Kadıoğludur. Muhsin Kadıoğlu İstanbul Texnik 

Universitetinin doktoru, bir çox kitab, elmi məqalə və bədii əsərlərin müəllifidir. Araşdırmaçı yazar 

Türkiyə və dünyanın bir sıra ölkələrində müxtəlif  layihələrdə iştirak etmişdir.  

Yazarın “Anlayarak Çok Hızlı Okuma Teknikleri” (Veli Yayınları, 1990), “Küresel Sorunlara 

Karşı Ulusal Tavır” (21. Asır Yayınevi, 2010), “Küresel Düşün Ulusal Davran” (21. Asır Yayınevi, 

2010), “Polonya'da Türk İzleri” (Postiga Yayınları, 2011), “Turan Yolunda. Macaristan İzlenimleri 

ve Turancılık” (Türk Dünyası Araştırmaları Vakfı Yayınları, 2014) və digər kitabları önəmli 

məsələlərə həsr olunmuşdur. M.Kadıoğlu, eyni zamanda, iyirmidən çox e-pub kitabın müəllifidir. 

ABŞ və Avropa ölkələrinə qaçırılan türk və islam əsərləri ilə əlaqədar çalışmalar bu kitabların əsas 

tədqiqat obyektidir.  

M.Kadıoğlu türk dilində ilk bilgisayar proqramı hazırlayan və sürətli oxuma mövzusunda ilk 

kitab yazan tədqiqatçıdır. Türkçülüyə gətirdiyi yenilikləri -  internetdə türkçülük, bioloji müxtəliflik 

və türkçülük, gələcəyin türkçülüyü kimi mövzuları Türkiyədə ilk dəfə olaraq qələmə almış və 

gündəmə gətirmişdir. Eyni zamanda, texno-milliyətçilik anlayışını da ilk dəfə təqdim edərək, bu 

mövzuda 1995-ci ildə iki məqalə yazmışdır. “Türkçü kimdir?” “Turançı kimdir?” suallarını 

dəyərləndirən yazar sözügedən məsələlərdə də yeni düşüncəyə sahibdir.  

Çoxsaylı elmi və bədii əsərlərində türkçülüyün intelektual istiqamətinə böyük önəm verən 

yazar “romantik türkçülükdən akılçı türkçülüyə” adlandırdığı fikir istiqamətinin formalaşması və 

təbliğində mühüm işlər görməkdədir.  

Muhsin Kadıoğlunun “Küresel düşün, ulusal davran” adlı əsəri (İstanbul, 21. Asır Yayınevi, 

2010) və bir çox məqalələri türkçülük ideyalarına ümumdünya milli dəyərlərinə münasibət 

kontekstində yanaşılması, türk dünyası üçün vacib olan məsələlərin şərhi, yeni prizmadan 

qiymətləndirilməsi, milli kimlik, onun qlobal arenada ifadəsi kimi məsələlərin ifadəsi baxımdan 

əhəmiyyətli əsərlərdəndir. Muhsin Kadıoğlunun kitabının ən mühüm əhəmiyyətindən biri 

hadisələrə, faktlara standart ölçülərdən deyil, fərqli yanaşma bucağından baxmasıdır. Ona görə də 

yazarın fikirləri çoxlarının düşünmədiyi, bəlkə də düşünüb ifadə edə bilmədiyi tərəfləri 

aydınlaşdırır, alternativ fikirlər ortaya qoyur, həqiqətən də kürəsəl düşünməyə vadar edir.  

Muhsin Kadıoğlu türk dünyasını vəhdət olaraq qəbul edir, milli mədəniyyətimizin inkişafında 

böyük yeri olmuş mütəfəkkirləri özünəməxsus şəkildə türk insanına örnək kimi təqdim edir: “Türk 

olmak; Kaşğarlı Mahmud’tan Türkçeyi, Hoca Ahmed Yesevi’den inancı, Karamanoğlu Mehmet 

Bey’den dili, Mevlana’dan hoşgörüyü, Yunus’tan doğruluğu, Fuzuli’den tasavvufu, Mehmet 

Akif’ten Çanakkaleyi ve istiklali, Yahya Kemal’den Suleymaniyeyi, Necip Fazil’den Sakaryayı 

öyrenmek demektir” (2, s. 23). Azərbaycanın milli məfkurə tarixində həlledici rol oynamış 

mütəfəkkir, yazıçı və mücahidlərimiz də Muhsin Kadıoğlunun vahid türkçülük düşüncəsində xüsusi 

mövqeyə malikdir: “Türk olmak, Bakü’de Hüseynzade Ali Turan, Ahmet Ağaoğlu, Alimerdan 

Topçubaşlı, Mehmet Emin Resulzade olmak demektir” (2, s. 26).  

Adət-ənənələr, məişət həyatından tutmuş elm və mədəniyyət nümunələrinə qədər müxtəlif 

səviyyələrdə türk kimliyinin tərifini verən, “türk olmağın” yüksək məziyyətləri, şərəf və qürurunu 

önə çəkən Muhsin Kadıoğlu çağdaş dünyada türkçülüyün önəmli vəzifələrinə diqqət çəkmək üçün 

dünyanın müxtəlif xalqlarında milli atributları nəzərdən keçirmiş, müqayisələr aparmaq, müasir 

tendensiyanı öyrənmək, əhəmiyyətli örnəklərdən maariflənmək imkanları yaratmışdır. Türklərin 

müasir dünyada dəyərləndirilməsindəki fərqli cəhətlər, türklərə münasibət kimi önəmli məsələlər də 

Muhsin Kadıoğlunun əsərlərində diqqət mərkəzindədir.  


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



86

Sözbaşı və on yeddi bölümdən ibarət olan “Küresel düşün, ulusal davran” adlı əsəri 

mübaliğəsiz və sözün həqiqi mənasında hər bir türkün, dövlətindən asılı olmayaraq, milli-mənəvi 

dəyərlərlə yaşayan, türk qürurunu düşünən,  türk millətinin və dövlətlərinin gələcək inkişaf 

istiqamətləri haqqında narahatlıq hiss edən, eyni zamanda da, dünya insanının bir parçası olduğunu 

dərk etməyə çalışan hər bir millətdaşımız üçün önəmə sahibdir. Örnəkləri təbii olaraq daha çox 

Türkiyə Cümhuriyyətindən götürülsə də, bu əsərin ümumtürk kontekstini, ümummili dəyərlərini 

kölgədə qoymur.  

Müasir dünyanın, xüsusilə də kiçik və daha az inkişaf etmiş, yaxud inkişaf etməkdə olan, öz 

milli dövlətçilik tarixinin yeni dövrünə keçid mərhələsini yaşayan dövlətlərin ən çox müzakirə 

etdiyi və əslində isə, istər-istəməz içərisinə cəlb olunduğu məsələrdən biri də qloballaşma və 

inteqrasiya problemi, onun mənfi tərəfləridir. Qərbin Şərq siyasətində yeni mərhələnin başlanğıcı 

kimi XIX əsrin sonları XX əsrin əvvəllərindən sözügedən məsələ ön plana çıxmışdır. Bu, qarşılıqlı 

əməkdaşlıq, iqtisadi münasibətlər, siyasi basqı, mədəni hücum, texnoloji üstünlük və Şərq 

ölkələrinin assimilyasiyasına qədər humanist pərdə arxasında fəaliyyət göstərən bir Qərb siyasətidir. 

Qərb mərkəzli qloballaşma modeli XX əsrin ikinci yarısından bu günümüzə kimi Qərbin xeyirinə 

çox uğurlu nəticələr göstərdi və uzun müddət inteqarsiyanın şirinliyinə və Qərb modellərinin dadına 

uyan dövlətlər isə daha çox milli ictimai şüurda uduzduqlarını müzakirə etməyə başladılar. Nəticə o 

yerə gətirdi ki, qlobalaşma adıyla yabançı sərmayələr kiçik dövlətlərin iqtisadiyyatını ələ keçirdi və 

gələcəyini mənimsədilər. İnteqrasiya adıyla isə kiçik dövlətlər sakitçə həzm olundular. Muhsin 

Kadıoğlunun xarici basqını müqavimətsiz qarşılayan tendensiya ilə bağlı söylədiyi kimi “... 

Sermayenin hem vatanı, hem de milliyeti var. Eger sermayenin vatanı ve milliyeti olmasaydı; 

Alman sermayesi Almanya’ya, Amerika sermayesi ABD’ye döner miydi?” (2, s. 150) 

“Küresel düşün, ulusal davran” əsərinin ən mühüm əhəmiyyəti də məhz sözügedən 

məsələlərə türk düşüncəsi, türk dövləti sferasında yanaşmaq, həm geniş mənada humanitar fikirdə, 

həm də sosial və iqtisadi həyatın müxtəlif sahələrində problemdən irəli gələn məsələləri 

araşdırmaqdır. Təbii ki, M.Kadıoğlu qloballaşmanın və mədəni inteqrasiyanın müsbət tərəflərini 

yüksək qiymətləndirir, lakin burada daha çox məsələnin, geniş mənada, milli düşüncəyə zidd 

tərəflərinə diqqət yetirmək istərdik.   

“Küresel düşün, ulusal davran” kitabının ikinci əhəmiyyətli cəhəti araşdırılmağa cəlb 

olunmuş və dəyərləndirilmiş mövzular konteksdə Qərbi tanımağa imkan yaratmağıdır. “M.Kadıoğlu 

baxışından Qərbi necə görürük?” sualı çox maraqlı fikirləri ortaya qoyur. Burada nə təkzib, nə 

tənqid, nə də vurğunluq ön plandadır və məqsəd də Qərb dövlətlərinin çeşidli siyasi-iqtisadi 

fəaliyyəti, yaxud da Qərb insanının milli və ictimai məsələrdəki görüşlərini ortaya çıxarmaq deyil. 

Bütün bu məsələlər müxtəlif zamanlarda, ayrı-ayrı əsərlərin, istər Şərq, istərsə də Qərb 

müəlliflərinin tədqiqat obyektinə çevrilmiş, fərqli prizmalardan şərh olunmuşdur. Əsərin məntiqi 

vurğusu qlobal düşünən türk insanının ulusal davranmalı olduğunu göstərmək, “qloballaşma və 

inteqarsiya” oyununa uymadan, assimilyasiyaya meyldən xilas olunması naminə Qərbdən örnəklər 

gətirməkdir. Yəni, geniş anlamda, əsər “Akılçı türkçülük” təlimini ortaya qoymaq üçün dünya 

miqyasında nümunələr təqdim edir, çağdaş zamanın xaotik fikir burulğanında milli-mənəvi dəyərlər 

üzərində qurulmalı və gələcəyə istiqamətləndirilmiş vacib yolları göstərir.  

XX əsrin əvvəllərində geniş şəkildə ifadə olunan türkçülük ideyalarının türk dünyasının milli 

şüurunun inkişafı, mədəniyyətimizin milli dəyərlərinin qoruması və gələcək nəsillərə ötürülməsi 

baxımından gördüyü tarixi missiya məlum və təkzibolunmaz həqiqətdir. Miili ideologiya, milli 

dövlətçilik ənənlələrimiz, milli ziyalı anlayışları məhz bu mühüm mərhələdə tarixə öz imzasını 

qoydu. Bu günümüzdə də davam edən və türkçülük düşüncələrimizin təməl daşlarına çevrilən 

həmin axının çağdaş zamanımızda da varsiləri az deyil. Bu gün türklük və türkçülük dəyərlərimizn 

inkişaf modeli də yeni dövrün tələbləri ilə uyğunlaşmalıdır. Elm və texnologiya inkişaf etdikcə 

uyğun olaraq humanitar düşüncədə də tendensiya sürətlə dəyişir. Ən sabit tərəflərdən olan 

psixologiya, mənəvi baza və zəka qatında da dəyişikliklərin tezləşməsi ideologiyadan da daha çox 

zamanla ayaqlaşa bilmək tələb edir. Muhsin Kadıoğlunun əsərində ortaya qoyduğu “Akılçı 

türkçülüyün” təlimi də qeyd olunan həmin zərurətdən irəli gəlmişdir. Təsadüfü deyil ki, Türk 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



87

Dünyası Araştırmaları Vakfinın qurucusu, araşdırmaçı və yazar, türkçü ziyalı Turan Yazgan  öz 

çıxışlarının birində Muhsin Kadıoğlunu “müasir türkçülüyün yeni ideoloqu” adlandırmışdır.  

Kitabda, ilk növbədə, “Akılçı türkçülük” təliminin formalaşmasının tarixi zərurətləri diqqətə 

çatdırılır. Bu da qeyd etdiyimiz kimi, qloballaşmanın lokal sferada törətdiyi problemlərə qarşı milli 

dirənc zəruriyyətindən doğur. M.Kadıoğlu əsərin ön sözündə yazır: “Küresel sorunlara karşı yerel 

direnç odaklarının oluşturulması, hiç şübhesiz ki, her ülkenin millî/ulusal değerlerinin öne 

çıkartılmasını gerektirmektedir. Güclenmiş millî (yerel) özelliklerin kendi aralarında çarpıştırılarak 

ufalanması, küresel güçler tarafından sıklıkla denenen bir yöntem olmuştur. Bu bakımdan, yerel 

direnç odaklarının küresel güçlere karşı mücadelede etkin ve diğer millî (yerel) direnç odaklarına 

karşı hoşgörülü olması son derece önemlidir” (2, s. 14). Milli və yerli müqavimət gücünün 

formalaşdırılmasını yazar, haqlı olaraq, qlobalaşmanın problemlərinə qarşı, yabançı axında itməmək 

adına yeganə yol kimi dəyərləndirir. “Akılçı türkçülük” təliminin ənənələr üzərində inkişaf etdiyini 

göstərmək üçün Muhsin Kadıoğlu “Kim bu Türklər” adlı birinci bölümdə türklərin milli 

dəyərlərinə, önəmli keyfiyyətlərinə, dünya insanı arasındakı mövqeyinə yer ayırmışdır. Burada 

yazarın daha çox romantik türkçülüyün ənənlərini davam etdirdiyini müşahidə edirik. Eyni 

zamanda, ilk cümləsindən türkçülüyün müasir mərhələdəki rolu və gələcəyə yönəlmiş planı diqqətə 

çatdırılır: “Türk olmak; dünle övünürken bugünü değerlendirmek, yarınlara hazırlanmak demektir” 

(2, s. 19). Nümunədən də gördüyümüz kimi, bu çox önəmli bir məsələdir. Milli inkişafa əngəl olan 

amillərdən biri tarixin daha parlaq səhifələrinin təsiri altında qalaraq, passiv düşüncə içində 

dayanmaq, yalnız keçmiş qüdrəti və əzəməti ilə öyünməkdir. Muhsin Kadıoğlu da “bugünü 

değerlendirmek, yarınlara hazırlanmak” deməklə çağdaş dünya içində türkləri dəyərləndirir və 

gələcək üçün də “Akılçı türkçülük” təlimini təqdim edir.  

İlk növbədə, Muhsin Kadıoğlu düşüncəsində “türk kimdir?”  sualının cavabına diqqət yetirək. 

Yazarın türklərə aid etdiyi özəllikləri belə dəyərləndirmək mümkündür: Türklər tarixi keçmişinə 

sadiq olan, varislik ənənlərini qoruyub saxlayan millətdir: “Türk olmak; tarihiylə gurur duymak 

demektir. Türk olmak; Ata’sını tanımak, Türk’ün və Türklüğün atasına sayğıda kusur etmemek 

demektir (2, s. 19); Türklər dünyanın ən qədim millətlərindən biri olaraq insan inancının ilk pilləsi 

olan mifoloji dünyağörüşdən bəhrələnmişlər: “Türk olmak; bozkurt sesiylə Başbuğ önderliğinde 

Ergenekon’dan çıkmak... demektir” (2, s. 19); Türklər qəhrəmanlıq tarixinə dəyər verən və onları 

yaşadanlardır: Türk olmak; Alp Er-Tunga’nın öcünü almaktır (2, s. 19). Bu sadalanan özəlliklərdə 

daha çox qədim və zəngin tarixə sahib olan, millət kimi bəşər tarixinin ilkin mərhələsinə gedib 

çıxan, mübarizə və qəhrəmanlıq tarixi, dövlətçilik ənənləri olan türklər oxucuya təqdim olunur. Bir 

millətin tarixinə, ənənələrinə diqqət yetirmədən onun müasir düşüncə modelini hazırlamağın 

mümkün olmadığını anlayan Muhsin Kadıoğlu da kitabın ilk bölümündən türklər haqqında ən 

mühüm məqamları ifadə edir, yığcam və dəqiq şəkildə türkləri dəyərləndirir.   

Sonrakı fikirlərdə bir insan kimi türklərin əsas xüsusiyyətləri göstərilmişdir. Belə 

qruplaşdırmaq mümkündür: Türklər ədalətli, mərd, haqsızlıqdan uzaq, rəhimli, şəfqətli, savaş 

mədəniyyətinə malik, cəsarətli millətdir: “Türk olmak; haksızlığın karşısında demir pençe, 

mazlumun yanında şefkat eli olmak demektir” (2, s. 19); Türklər imana sahibdirlər; “Türk olmak; 

Tanrıya yakın olmaktır” (2, s. 19); Türklər dostuğun dəyərini anlayanlardır, sədaqətlidirlər. “Türk 

olmak; Pir Sultan Abdal kibi “Bir dost bulamadım, gün akşam oldu” (2, s. 20) diyenlere ses 

olmaktır; Türklər sevgiyə çox önəm verən, yaxşılığı sevən, sayğıya dəyər verən inslanlardır: “Türk 

olmak; “Yaratandan ötürü” yaratılanı sevmek demektir. Türk olmak; Nesimi gibi her güzellikte 

Türk’ü görmektir” (2, s. 20). 

Muhsin Kadıoğlu türklərə məxsus olan özəllikləri sadəcə sadalamır, türk xalqlarının tarixi 

keçmişi, şəxsiyyətləri, mütəfəkkir və şairlərindən örnəklər gətirir. Burada, Göytürk abidələrindən, 

“Kitabi-Dədə Qorqud” dastanlarından nümunələrə, Mahmud Kaşğari, Yusuf Has Hacib, Mövlana, 

Nəsimi, Yunis Emre, Pir Sultan Abdal, Koroğlu, Dadaloğlu, Aşıq Veysəl kimi türk dünyasının 

məşhur isimlərinə təsadüf edirik. Bu da yazarın türkçülük düşüncəsinin sərhədsizliyindən, millətin 

tarixi və mədəniyyətinə bələd olmasından xəbər verir.  

Sözə çox böyük dəyər verən Muhsin Kadıoğlu türklərin ən mühüm özəlliklərindən biri kimi 

sözügedən məsələyə də xüsusi diqqət yetirmişdir. Kitabda sadalanan keyfiyyətlər sadəcə bir millətin 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



88

xüsusiyyətlərini ifadə etmək məqsədi daşımır. Yazar o məsələləri daha çox ön plana çəkir ki, həmin 

məsələlər milli kimliyin əsasında dayanmaqla “Akılçı türkçülük” təliminin təməlində də durmalıdır. 

Daha çox böhran hiss etdiyimiz, çozülməsinə ehtiyac olan problemlər çox məntiqi şəkildə Muhsin 

Kadıoğlu hədəfinə seçilir: “Türk olmak; Türk’ce söylemek, Türk’ce dinlemek, Türk’ce yazmaktır. 

Türk olmak; Divani Lügati’t-Türk’te Kaşğarlı Mahmud olmaktır. Kutadgu Bilig’de Yusuf  has 

Hacip olmaktır. Ali Şir Nevai’ce Türk dilini zenginleştirmek demektir” (2, s. 23). Tarixi keçmişini, 

millət üçün önəmli rol oynayan şəxsiyyətlərini, dil, inanc, fəlsəfə, ədəbiyyat, elm, yaradıcılığı dərk 

etməyən, özündə daşımayan və qorumayan insanlar türk adına yalnız xələl gətirə bilərlər. Türk 

insanı mədəniyyətinin daşıyıcısı olmalıdır: “Türk olmak; Karadeniz’de kemançeye, İstanbul’da 

kanun ve tambura, Azerbaycan’da tara, Anadolu’da bağlamaya, Türkistan’da kopuza ses 

vermektir”. Bütün sözügedən məsələrə diqqət yetirən Muhsin Kadıoğlu müasir dövrün türk 

insanının əsas vəzifələrinə diqqət yetirir. Daha çox gələcəyə yönəlmiş kitab ənənələrin üzərində 

formalaşan çağdaş türkün yolunu göstərir: “Türk olmak; yönetmek demektir... Türk olmak; 

Türklüğünün farkında olmak, Tanrının Türk’e yüklediği misyonu bilmek, o misyon için çalışmak 

demektir... Türk olmak; Türk doğmakla övünmek, Türk olaraq doğmayanlara şefkat göstermektir” 

(2, s. 26). 

Türk kimliyinin xüsusiyyətlərini şərh etdikdən sonra Muhsin Kadıoğlu ölkəsində və dünyada 

türklərə qarşı formalaşdırılmış stereotiplərdən bəhs edir. “Qloballaşma və inteqrasiya” oyununun 

mənfi yekunu olan assimilyasiyaya meyl, milli aşağılama, “yalançı türkçülük”, düzgün olmayan 

siyasətin millətə gətirdiyi acınacaqlı hallar yazarın qələmində narahatlıqla ifadə olunur. 

“Türkiyedeki etnik ve soyağacına dayalı karalama kampanyalarının arkasında Türk’ten çok Türk 

görünen dönmeler, devşirmeler ve Batının devşirdiyi ilim, fikir, kültür, sanat ve siyaset adamlarının 

olması tesadüfle izah edilemez” (2, s. 33) deyen Muhsin Kadıoğlu millətinin arxasında dayanmağı 

bacarır: “Oysa Türklerin yapdığı her işte kalite var. Sözlerinde doğruluk, davranışlarında mertlik, 

düşüncelerinde berraklık var. İçi dışı bir olduğundan, savaşı bile mertlikle kazanan bir millet 

Türkler” (2, s. 33). 

Türk kimliyi və ona qarşı siyasət arasındakı ziddiyyətlər tarixin çox müxtəlif dönəmlərində 

onun problemlərinin əsasında dayanmış və inkişafına əngəl olmuşdur. Türkçülük əslində sözügedən 

ziddiyyətlərə qarşı milli müqavimət düşüncəsi kimi meydana çıxsa da,  bu ideoloji cərəyanın ön 

plana keçməsi türklərə yönəlmiş açıq və gizli hərəkətləri də gücləndirmişdir. Hələ XX əsrin 

əvvələrində türk xalqlarının mövcud durumdakı inkişafına mane olan əngəlləri nəzərdən keçirən 

Əhməd bəy Ağaoğlu müasir dövrdə də aktuallığının saxlayan çox mühüm bir məqama 

toxunmuşdur: “Tarix səhnəsinə gəldikləri dövrdən onların daxili inkişafla məşğul olmalarının 

qarşısını alan əbədi və ciddi maneə meydana çıxır: türklər həmişə özünümüdafiə vəziyyətində 

dayanmalı olmuşlar. Onların özlərini də, mənsub olduqları islam dinini də hər zaman və hər 

tərəfdən sıxışdırırdılar” (1, s. 331). Bu məsələni Ə.Ağaoğlu intelektual inkişafa ən böyük maneə 

kimi qiymətləndirmişdir. Eyni tendensiya yenə də davam edir və Muhsin Kadıoğlunun düşüncə 

hədəfində də sözgügedən məsələlər yer alır. 

Milli dirəncin ən yüksək forması milli dövlətin möhkəmlənməsi, hakimiyyətdə milli kimliyin 

üstünlük təşkil etməsidir. Bu nə qlobal düşüncəyə, nə demokratiyaya, nə də tolerantlığa ziddi olan 

bir cəhətdir, bu millətin dövlətçilik, idarəçilik haqqıdır. Muhsin Kadıoğlu da həmin cəhətlərə 

mühüm önəm vermişdir: “Türkiyede kendini Türk kabul eden herkesin görevi, devletin 

Türkleşmesini sağlamaktır” (2, s. 34). 

“Akılçı türkçülük” təliminin əsas xüsusiyyətləri, eyni zamanda, türkçülüyün ifrat milli 

hərakat kimi dəyərləndirilməsinin əks arqumentlerini göstərmək üçün Muhsin Kadıoğlu kitabın 

ayrı-ayrı bölmələrində bayrağ sevgisi, milli dilin qorunması, türk dili məsələsi, vətənsevərlik, milli 

ziyalı, dini dəyərlərə sevgi, milli güvənlik kimi mövzuları Qərb dünyasının örnəkləri ilə müqayisəli 

şəkildə şərh edir. Qeyd olunan məsələlər milli düşüncənin əsasında dayanır və qlobal dünyada 

“akılçı türkçülüyün” sözügedən dəyərlərinin qorunmasındakı başlıca prinsipləri burada öz əksini 

tapır. “XXI əsrdə, dünyanın kürəsəl düzəni qurulduqdan sonra milli axınların rolu, yaxud 

əhəmiyyəti nə qədər aktualdır?” sualına gəlincə isə, elə kitabın bölümlərində ona cavab tapırıq. 

Qərb modellərinin təqdimi də həmin məqsədə xidmət edir. Müəllif çox cəsarətlə yazır: “Bayrak için 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



89

“Aman canım... bir bez parçası...” zihniyetini yaymaya çalışanların yüzlerindeki maskeyi 

indirmeniz için küresel manada bayrağ sevgisinin çeşitli ölkelerde nasıl yaşandığını bilmek ve 

anlamak gerekiyor” (2, s. 39). Araşdırmaçı yazar  “heç bir Qərb ölkəsində belə şeylər yoxdur” 

sözlərinin “moda halına gəldiyi və ya gətirildiyi” zamanda Qərb örnəklərinin verilməsini haqlı 

olaraq çox vacib hesab edir. Bu da qeyd etdiyimiz “qloballaşma və inteqrasiya” siyasətinin Qərb 

hegemonluğu və Şərq assimilyasiyasının törətdiyi problemlərdən qaynaqlanır. Bu bölümdə Rusiya, 

İspaniya, İngiltərə, ABŞ, Almaniyada bayrağa verilən dəyərdən nümunələr təqdim olunur və bayraq 

sevgisi kürəsəl dairədə qiymətləndirilir: “Bayrağ sevgisi ya da bayrağa  sayğı, sadəcə Türk millətinə 

has bir duyğu değil. Bayrağ sevgisi, millet ve ülkeyle özdeşleşiyor. Bu manada, her millet, kendi 

bayrağına ilişkin “sayği ve hürmet” istiyor” (2, s. 46).  

Milli dil məsələsi Muhsin Kadıoğlunun kitabında diqqəti cəlb edən çox mühüm 

məsələlərdəndir. Burada dörd əsas məsələyə təsadüf edirik: Türk dilinin qlobal basqıdan qorunması; 

Qərbdə milli dili qorumaq məsələləri, yəni milli dil məsələsinin “millətçilik” deyil, dünya hadisəsi 

olması; Türk dilinə qarşı mənfi mövqe; “yabançı dil” sevdası. Hər biri geniş problemi əhatə etdiyi 

və araşdırmaçı yazarın dərin analizləri ilə şərh olunduğu üçün sözügedən məsələni ayrıca bir yazı 

ilə təhlil etmək lazımdır. Burada əsas məqamlara diqqət çəkdik. 

Qlobal basqıdan, kürəsəlləşmənin mənfi meyllərindən qorunmağın yeganə yolu güclü milli 

resurs və kadrlara söykənən iqtisadiyyata nail olmaqdır. İqtisadi gücü və inkişaf etmiş mədəni 

səviyyəsi olmadan heç bir dövlət milli dirənc ilə bu basqıdan qurtara bilməyəcək. Milli dirənc 

kürəsəl basqıya qarşı sadəcə ilkin addımdır. Yalnız mədəniyyətin müxtəlif yaruslarında milli 

kimliyi qorumaq və gələcək nəsillərə ötürmək də “Akılçı türkçülük” təliminin yeganə meyarı və 

məqsədi deyil, iqtisadi, sosial həyatın, elmin müxtəlif sahələrinin milli zəmində inkişafı, milli 

resurslardan gələcəyə hesablanmış proqram çərçivəsində  istifadə etmək kürəsəl basqıya qarşı 

dayanmaq deməkdir. Təsadüfi deyil ki, kitabda iqtisadi milliyətçilik, yabançı sərmayə və milli 

güvənlik, qida böhranı kimi sahələri əhatə edən ayrıca bölümlər vardır ki, bunlar da yeni bir 

tədqiqatın mövzusudur. Bütün bu məsələləri şərh edən Muhsin Kadıoğlu inteqrasiyanın 

assimlyasiyaya gətirib çıxar bilən təhlükəli məqamlarını önə çəkir, Qərb nümunələrini də təqdim 

etməklə qoyulan problemlərin qlobal və dünyəvi xarakter daşıdığını, hər bir millətin haqqına sahib 

olmasının kürəsəl düşüncəyə zidd olmadığını əsaslandırır.  

Muhsin Kadıoğlu türkçülüyün mahiyyətini anlayan və ona xidmət edən araşdırmaçı və 

yazarlardandır. Sözügedən məsələ türkçü ideoloqun yaradıcılığında ilk mərhələlərdən başlayaraq 

hər bir yeni kitabında əsaslı şəkildə davam edən əsas xəttdir. Çünki yazar türkçü olmağın şərtlərini 

dərk etmiş, əsərlərində ifadə etmiş və fəaliyyəti ilə təsdiq etməkdədir. Hələ 2007-ci ildə 

yayınlanmış “21. Yüzyıl Türkçülüğü.  Yeni yaklaşımlar” kitabında yazırdı: “Türkçü” olabilmenin 

ilk şartı, “Türk soyunun üstünlüğüne inanmış olmak”tır. Demek ki, Türkçü olmak için “Türk” 

olmak yetmiyor. Türk soyunun Dünya’da en üstün başarılara imza atmış bir soy olduğuna inanmak 

ve bunu her ortamda savunmak gerekiyor. Türkçülüğün görevi Türklüğe hizmettir. Türklüğe 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin