yapılacak her hizmet, insanlık ailesinin tüm fertlerine adil bir şekilde ulaşacak bir hizmettir” (4, s.
23). Muhsin Kadıoğlu türkçülük və turançılığın gələcəyinə inanan ideoloqlardandır. Əsərlərində də
həmin münasibət özünü göstərməkdədir. Təsadüfi deyil ki, fikirlərini davam etdirən Muhsin
Kadıoğlu 2014-cü ildə yayınlanmış “Turan yolunda. Macarıstan izlenimleri ve Turançılık” adlı
kitabında da yazırdı: “Huseynzade Ali Bey Turan, İsmail Gaspıralı, Ziya Gökalp, Yusuf Akçura,
Hüseyin Nihal Atsız’dan Turan Yazgan’a ulaşan ve geleceğe akan Turançılık fikru yeniden en gür
şekliyle hayat buluyor. Turan Yazganın belirttiği kibi ırmaklar kavuşuyor” (3, s. 8).
“Küresel düşün, Ulusal davran” kitabının ön sözündə Muhsin Kadıoğlu “milli bünyemize
olumlu veya olumsuz tesir edebilecek iç ve dış olaylar karşısında toplumuzu bilgilendirmek
aydınların görevidir” (3, s. 15) deyə yazmışdır. Türk dünyasının dəyərli aydınlarından biri kimi
“Küresel düşün, ulusal davran” kitabında Muhsin Kadıoğlu da öz görəvini layiqincə həyata
keçirmişdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
90
ƏDƏBİYYAT
1.
Ağaoğlu Ə.Seçilmiş əsərləri, Bakı: Şərq-Qərb, 2007.
2.
Kadıoğlu M. Küresel düşün, Ulusal davran. İstanbul: Asır Yayınevi, 2010.
3.
Kadıoğlu M. Turan yolunda. Macarıstan izlenimleri ve Turançılık, İstanbul: Türk Dünyası
Araştırmaları Vakfı, 2014.
4.
Kadıoğlu M. 21. Yüzyıl Türkçülüğü. Yeni yaklaşımlar (e-pub), İstanbul, 2007.
Basira Azizaliyeva
Turkism Problems in Muhsin Kadioghlu’s Work “Think globally, act locally”
Summary
In today’s modern world Muhsin Kadioghlu is an esteemed person among the researchers
and writers who plays crucial role in developing Turkism ideology in a new path. M. Kadioghlu is
currently Ph.D of Istanbul Technical University being the author of a number of books, scientific
papers and literary works. The issues he successfully wrote up – “Turkism on The Internet”,
“Biological Diversity and Turkism”, “Turkism of The Future” had been quite new themes related to
Turkism in Turkey for the first time they were published. The writer, placing much value on the
intellectual aspect of Turkism in his scientific and literary works, zealously works on the serving and
formation of Turkism conception what he defines as “from romantic Turkism to rational Turkism”.
“Think globally, act locally” and some other works by Muhsin Kadioghlu are considerably
significant works particularly from national identity and its expression in global sphere perspective.
And what makes the work so weighty is mainly because that the author approaches and evaluates
Turkism concepts in the global valuescontext and from a new angle, clarifies numerous issues which
are important to the Turkish world.
Key words: Muhsin Kadioghlu, Turkism, global, writer
Э.С. Ганиева, к.ф.н., доц.
декан факультета истории, искусств, крымскотатарского языка и литературы
Крымский инженерно-педагогический университет
Н.С.Сейдаметова, к.ф.н., доц.
заведующая кафедрой крымскотатарского и турецкого языкознания
Крымский инженерно-педагогический университет
1-ЫЙ ВСЕСОЮЗНЫЙ ТЮРКОЛОГИЧЕСКИЙ СЪЕЗД И ЕГО ВЛИЯНИЕ НА
РАЗВИТИЕ КРЫМСКОТАТАРСКОГО ЯЗЫКА
В истории языковой политики в Крыму 1-ый Всесоюзный Тюркологический съезд
занимает особое место. В докладах, прозвучавших на тюркологическом съезде, были
подняты различные вопросы теоретической и практической значимости: история тюркских
народов, родственные связи тюркских языков, проблемы орфографии и терминологии
тюркских языков, проблемы образования на родных языках и др. Главной проблемой, по
которой развернулась острая дискуссия, явилась проблема реформирования алфавита и
смена графики тюркских языков.
В 1920-е гг. центральные союзные власти принимали меры к расширению функций и
повышению статуса местных языков, что требовало реформирования письменной нормы для
местных языков. Смена графики повлекла за собой серьёзные изменения в самих языках:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
91
создание современных литературных языков и изменение лексического состава языков — из-
за введения большого количества неологизмов (советизмов, интернационализмов и др.) и
естественного либо принудительного превращения в архаизмы ранее широко
применявшихся слов.
В Крыму сразу же после тюркологического съезда развернулась активная деятельность
по переводу письменности крымскотатарского языка на латинскую графику. Для
руководства всей работой по переводу письменности был создан специальный комитет. Для
ведения теоретической и практической разработки нового алфавита и решения вопросов
орфографиив сентябре 1927 г. была созвана конференция специалистов крымскотатарского
языка. После пленума был определен план введения нового алфавита в Крыму, увязывавший
работу педагогического персонала, в учебных заведениях, органов печати, делопроизводства.
Были учреждены специальные печатные органы в центре и на местах.
Итак, в истории языковой политики в Крыму латинизация занимает особое место.
Данный процесс ознаменован своейпоэтапностью. Первый этап - с 1922 по 1929 г., когда
перед «латинистами» стояла задача упрощения письменности тюркоязычных народов,
пользовавшихся арабским алфавитом, и создания новой письменности. Для него характерен
некоторый демократизм, о чем свидетельствуют многочисленные съезды и конференции,
обсуждавшие вопросы алфавитного строительства. Но постепенно латинизация переросла из
движения энтузиастов в государственную политику, подготавливая второй этап (1929–1938
гг.), когда уже ставилась задача унификации всех латинизированных алфавитов.
Переход на латиницу в Крыму в 1920-е гг. был не единственным актуальным вопросом
языковой политики. В числе насущных проблем выдвигаются вопросы языкового
строительства. Вследствие наличия нескольких диалектов крымскотатарского языка, еще не
был решен вопрос о едином литературном языке. Предстояло выбрать опорный диалект, на
основе которого строился бы крымскотатарский литературный язык. Ко времени
тюркологического съезда в Баку и начала перехода на латиницу лингвисты, писатели,
ведущие представители интеллигенции Крыма были сосредоточены на возведении «своего»
диалекта в ранг единого литературного языка. В первые годы языкового строительства
исследовательская работа была направлена на создание национальной письменности,
литературного языка и его грамматики, а также на изучение диалектов крымскотатарского
языка. В связи с открытием национальных школ и обучением в них на родном языке
появилась острая потребность в школьных учебниках и учебных пособиях по
крымскотатарскому языку.
Ağahüseyn Şükürov, fil.ü.f.d.
AMEA Rəyasət Heyətinin elmi katibi
agahuseyn.shukurov@mail.ru
BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN QAZAXISTAN TƏMSİLÇİLƏRİ
Türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsində 1926-cı il 26 fevral – 6 martda keçirilmiş
Birinci Türkoloji qurultayın materialları (1) böyük əhəmiyyət kəsb edir. Bakıdakı “İsmailiyyə”
binasında (hazırda AMEA Rəyasət Heyətinin binası – A.Ş.) keçirilən qurultay ümumtürk ədəbi dili,
əlifba, termin məsələləri, eləcə də tarix, arxeologiya və ədəbiyyat sahələrinin bir sıra istiqamətlərini
əhatə edən çox mühüm hadisə kimi tarixə düşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji qurultayın 80 illiyi ilə bağlı 9
noyabr 2005-ci il tarixli sərəncamının (2) xüsusi əhəmiyyətini vurğulamaq yerinə düşür. Türkdilli
xalqların tarix və etnoqrafiyasının, dil və ədəbiyyatının aktual problemlərinin həllində mühüm rol
oynamış, bu xalqların mədəni inkişafında yeni bir mərhələnin təməlini qoymuş Türkoloji qurultayın
yubileyinin keçirilməsi haqqında ilk Prezident sərəncamı türk xalqları arasında möhkəm əlaqələrə,
beləliklə də türkologiya elminin inkişafına böyük təkan vermişdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
92
Azərbaycan Prezidenti İlham Əliyevin “Birinci Türkoloji qurultayın 90 illik yubileyinin
keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli sərəncamı da (3) həmin qurultayın türk xalqlarının
həyatında necə böyük tarixi əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Sərəncamda qeyd olunduğu
kimi, “Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların
formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi
tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə
əlamətdardır.” (3) Dövlət başçısı tərəfindən imzalanmış hər iki sərəncam bu gün türkdilli
respublikalar arasında elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik
olmuşdur.
Qeyd etmək lazımdır ki, 2016-cı ildə türkdilli respublikalarda Birinci Türkoloji Qurultayın
möhtəşəm yubiley mərasimləri keçirilir. 23-25 may Qazaxıstanın paytaxtı Astana şəhərində
keçirilmiş “Böyük Çöl” Birinci Beynəlxalq Humanitar Forumunu buna misal göstərmək olar. Belə
ki, bu tədbirdə türkdilli dövlətlərdən, eləcə də dünyanın bir çox ölkələrindən rəsmi şəxslər,
beynəlxalq təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, 20 ölkədən 200-dən
çox ekspert və alimlər iştirak etmişlər.
Tədbir çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu”nu qazax xalqının böyük oğlu, müasir ədəbiyyatın
görkəmli nümayəndəsi və tanınmış ictimai xadim Oljas Süleymenova təqdim etmişdir. Qeyd edək
ki, 17 may 2016-cı il tarixdə dövlətimizin başçısı İlham Əliyev 80 illik yubileyi münasibətilə Oljas
Süleymenovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Sərəncam imzalamışdır.
Forumda “Avrasiya məkanında elmi əməkdaşlıq və inteqrasiya: Müasir yanaşmaların
axtarışı”, “Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və
fənlərarası aspektlər”, “Türk irsi müasir etnik-mədəni inteqrasiya kontekstində”, “Böyük Çöl
sivilizasiyası: ümumi və xüsusi” mövzusunda panellərdə müzakirələr aparılmış, “Böyük Çöl”ün
mədəniyyəti, həmin sivilizasiyada insanın formalaşması kimi mövzular müzakirə olunmuşdur.
Məşhur alimlərin tarix, arxeologiya, etnoqrafiya, folklor, ədəbiyyat və incəsənət, dil və
terminologiya elmlərinə və sahələrinə, latın əlifbası məsələlərinə dair mülahizələri maraqla
dinlənilmişdir.
Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş “Türkologiya yeni
mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər” mövzusunda
keçirilən panelin moderatoru akademik İsa Həbibbəyli olmuşdur. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illiyi münasibətilə imzaladığı sərəncamın
böyük əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli yubileylə bağlı digər türkdilli
dövlətlərlə yanaşı ölkəmizdə də keçirilən tədbirlərdən ətraflı danışmışdır. “Türk dünyasında
inteqrasiya prosesləri: ədəbi-tarixi ənənələr və müasir dövr” adlı məruzə ilə çıxış edən akademik İsa
Həbibbəyli qurultayın tarixi və elmi əhəmiyyəti, müzakirə olunmuş məsələlər, təmsil olunmuş
ölkələr və Birinci Türkoloji Qurultayın nümayəndələri, onların sonrakı taleyi haqqında geniş
danışaraq Birinci Türkoloji Qurultayın 131 nəfərlik nümayəndə heyətinin ölkələr üzrə adlarını
bəyan edərək görkəmli türkoloq alimlərin xatirəsini minnətdarlıq hissi ilə yad etmişdir. Türkoloji
Qurultaya həsr edilmiş iclasda Seul Universitetinin professoru Yonq Sonq Li (Koreya), Əhməd
Baytursunov adına Dilçilik İnstitutunun baş elmi işçisi Alimxan Junisbek (Qazaxıstan), Türk Dil
Qurumunun prezidenti Mustafa Kaçalin Miçiqan Universitetinin professoru Timur Kocaoğlu
(ABŞ), İstanbul Universitetinin professoru Osman Fikri Sərtqaya (Türkiyə) və Rusiya EA Sibir
Şöbəsi Filologiya İnstitutunun direktor müavini, professor Natalya Şirobokova (Rusiya) Altay
dilləri üzrə tədqiqatlar, ümumi türk əlifbası, türk ədəbi abidələri, türk dünyasının ümumi latın
əlifbasına keçid məsələləri, müasir türk dünyasının tarixi əlaqələri və sair mövzularda məruzələrlə
çıxış edərək dəyərli fikir və mülahizələrini bildirmişlər.
Beynəlxalq forum çərçivəsində Türk Dünyası Elmlər Akademiyaları Birliyinin də toplantısı
keçirilmişdir. Qurumun rəhbərliyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin də
təmsil olunduğu iclasda bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmış, mühüm əhəmiyyətə
malik qərarlar qəbul olunmuşdur. Birinci Türkoloji Qurultayın 90 illiyi ilə bağlı tədbirlər planından
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
93
danışan akademik İsa Həbibbəyli türk dünyasında mütəşəkkilliklə keçiriləcək yubiley tədbirlərinin
koordinasiyası, əhatə dairəsi, mövzuları barədə ətraflı söhbət açaraq təkliflərini səsləndirmişdir.
Türkdilli respublikalarda qeyd olunacaq yubiley tədbirlərindən sonra akademik İsa Həbibbəylinin
təklifi ilə yekun beynəlxalq elmi konfransın bu ilin noyabr ayında Bakıda keçirilməsinin
planlaşdırıldığı və tədbirin elmi istiqamətləri barədə fikir mübadiləsi aparılmışdır. (8) Qeyd edək ki,
yubileylə bağlı tədbirlər 2016-cı il boyu davam etdiriləcəkdir.
Məlum olduğu kimi, Birinci Türkoloji qurultayda 131 nümayəndə iştirak etmişdir. Sonradan
120-yə yaxın iştirakçısının, seçmə alim və mütəfəkkirinin əksəriyyətinin həbsi və fiziki məhvi ilə
bitən bu qurultay türkologiya elminin müxtəlif istiqamətlər üzrə öyrənilməsi baxımından mühüm
mərhələ kimi dəyərləndirilir.
Tarixi qurultayda doqquz gün ərzində 17 iclas keçirilmiş, Türk dünyasının dilinə, tarixinə,
ədəbiyyat və mədəniyyətinə və s. həsr olunmuş 29 məruzə dinlənilmişdir.
İsmayıl Bəy Qaspıralı və V.Radlovun şərəfinə keçirilməsi qərarlaşdırılan qurultay, artıq
qeyd olunduğu kimi, türk xalqlarının ədəbi-mədəni həyatında mühüm əhəmiyyətə malikdir. Dünya
türkologiya elminin məşhur simaları olan görkəmli şərqşünas-alimlərin tədbirdə iştirakı və
məruzələrlə çıxış etmələri Birinci türkoloji qurultayın elmi-tarixi mahiyyətini daha da artırmışdır.
Qurultayda görkəmli türkoloq alimlərdən Vasili Bartold (1869-1930) «Türk xalqlarının
tarixinin müasir vəziyyəti və öyrədilməsinin yaxın vəzifələri», Sergey Oldenburq (1863-1934)
«Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları», A.A.Miller (1875—1935) «Türk
xalqlarının təsviri sənəti haqqında», Fuad Köprülüzadə (1890-1966) «Türk xalqlarının ədəbi
dillərinin inkişafı», Aleksandr Samoyloviç (1880-1938) «Türk dillərinin öyrənilməsinin müasir
vəziyyəti və yaxın vəzifələri», Bəkir Çobanzadə (1893-1938) «Türk ləhcələrinin yaxın qohumluğu
haqqında», eyni zamanda «Elmi terminologiya sistemi haqqında», Hənəfi Zeynallı (1895-1937)
«Türk dillərində elmi terminologiya sistemi haqqında», Artur Rudolfoviç Zifeldt-Simumyaqi
(1889-1938) «Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri məsələsi haqqında»,
Sergey Yefimoviç Malov (1880-1957) «Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və
perspektivləri», Fərhad Ağazadə (1880-1931) «Türk dillərində düzgün yazı», Nikolay Feofanoviç
Yakovlev (1892-1974) «Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin
qurulması problemləri», Cəmaləddin Məmmədzadə (1864-1911) «Türk xalqlarının əlifba sistemləri
haqqında», İzmail Lemanov (1871-1942) «Türk dillərinin tədris metodikasının əsasları», Nikolay
Nikolayeviç Poppe (1897-1971) «Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin
tarixi və müasir vəziyyəti», Qalimjan Şərif (1896-1950) «Ərəb və latın sistemli şriftlər və onların
türk-tatar xalqları üçün tətbiqi məsələləri», Teodor Menzel (1878-1939) «Balkan türkləri
ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri» mövzularında maraqlı elmi məruzələrlə
çıxış etmişlər. Görkəmli dilçi-alim fonetist Lev Vladimiroviç Şerbanın (1880-1944)
«Orfoqrafiyanın əsas prinsipləri və bunların sosial əhəmiyyəti» və «Ana dili tədrisinin
metodikasında ən yeni cərəyanlar» adlı məruzəsi elmi-nəzəri baxımdan diqqətəlayiq idi. Erməni
dilçisi Raçiya Akopoviç Açaryan (1876-1953) tərəfindən «Türk və erməni dillərinin qarşılıqlı
təsiri» mövzusunda edilən məruzə türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri üzrə
təsirinə həsr olunmuşdu. R.Açaryan öz məruzəsində qədim ermənicədən (qrabardan) yeni
ermənicəyə (aşqrabara) keçidin əsas səbəbi və dil stimulu türkcədir – ideyasını əsaslandırırdı.
Qazax xalqının nümayəndələrinin də fəal iştirak etdiyi Birinci Bakı Türkoloji Qurultayında
türkologiyanın çoxaspektli, geniş yaradıcılıq istiqamətlərinə malik mövzularını əhatə etmişdir.
Bunlar aşağıdakılardır: Əlifba məsələsi; İmla-orfoqrafiya problemi; Termin məsələsi; Tədris-
metodika məsələsi; Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; Türk
dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi; Ulu dil nəzəriyyəsi və türk
dillərinin tarixi problemləri. Müzakirəyə çıxarılan problemlər əsasən dil məsələlərinə aid olub, digər
filoloji problemləri əhatə etməmişdir. Bunun da əsas səbəbi sovet ideologiyası məsələləri idi ki,
bunun da səbəbləri aydındır. Sonrakı dövrdə - 1937-1940-cı illərdə İ.V.Stalinin yenidən türklərin
əlifbasını dəyişərək kiril-rus əlifbasına keçməsi, dilin adını dəyişdirməsi isə sovet repressiya
siyasətinin və ümumən, totalitar rejim ideologiyasının tərkib hissəsi kimi səciyyələndirilir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
94
Türkdilli xalqların qarşılıqlı ədəbi əlaqələrinin daha da genişləndirilməsinə stimul yaratmış
Birinci Türkoloji Qurultay türkologiya problemlərinin öyrənilməsində misilsiz əhəmiyyətə malik
olmuşdur. Belə ki, qurultaydan sonrakı uzun bir dövr ərzində türkdilli xalqların əlifbalarıın
poliqrafik və orfoqrafik əsasları, ədəbi dil, dilçilik xüsusiyyətləri, elmi terminologiya məsələləri,
ana dilində dərsliklərin yazılması, lüğətlərin yaradılması istiqamətlərində xeyli işlər görülmüşdür.
XX əsrin məşhur rus şərqşünas alimi, görkəmli dilçi və türkoloq Andrey Kononov “Qurultayın
qərarlarının elmi əhəmiyyətini bu gün də itirmədiyini” xüsusi qeyd etmişdir. (7, 14)
Qurultay türk tarixinin, türk etnoqrafiyasının, türk təsviri sənətinin öyrənilməsi ilə bağlı
məruzələr, çıxışlar elmi dəyəri və bu gün də əhəmiyyətini itirməyən elmi sanbalı ilə seçilir.
İndiyədək qurultayın məram və məqsədi, tarixi əhəmiyyəti, ayrı-ayrı türk xalqlarının filoloji
tarixinin öyrənilməsi və digər bir çox məsələlər barədə müxtəlif ədəbi-elmi qaynaqlarda, kütləvi
elmi tədbirlərdə ətraflı bəhs olunmuş, türkoloq dilçi və filoloq alimlərin elmi, elmi-nəzəri
müddəaları öz əksini tapmışdır.
Birinci Türkoloji qurultayın böyük coşqu və mütəşəkkilliklə davam edən əks-sədası böyük
bir coğrafiyanı əhatə edirdi. 1927-ci ildə Krımda, 1928-ci ildə Səmərqənddə, 1930-cu ildə Almatıda
imla konfransları, 1932-ci ildən başlayaraq keçirilən Türk Dili Konqresləri, 1976-cı ildə Almatıda,
1980-ci ildə Daşkənddə, 1988-ci ildə Aşqabadda keçirilən sovet türkoloji konqresləri Birinci
Türkoloji Qurultayın təsiri ilə keçirilmiş mühüm elmi tədbirlərdir. Bu tədbirlər türkologiyanın
müxtəlif istiqamətlər üzrə inkişafına böyük töhfələr vermişdir ki, bu inkişafda da bütün türkdilli
xalqların nümayəndələri kimi qazax xalqının görkəmli alimlərinin də xüsusi payı vardır.
Biz digər türkdilli xalqların nümayəndələri ilə yanaşı, qurultayda iştirak etmiş və müxtəlif
mövzularda çıxışlar etmiş Qazaxıstan nümayəndələri barədə söhbət açacağıq.
Birinci türkoloji qurultayda Qazaxıstan 4 nümayəndə ilə təmsil olunmuşdur. Nazir
Torekulov adlı daha bir qazax isə tədbirə Moskvadan dəvət edilmişdi. Beləliklə, qurultayda iştirak
edən 5 nəfər qazax - məşhur maarifçi, dilçi alimlər, öz ölkələrində yeni əlifba siyasətinin görkəmli
nümayəndələri Əhməd Baytursunov (1872-1937), Bilal Suleyev (1893-1937), İldes Omarov (1892-
1937), Əziz Bayseyidov (1893-1955) və Nazir Torekulov (1892-1937) olmuşlar.
Onlar kim idilər? Qazax xalqının tarixində misilsiz xidmətləri ilə iz salmış bu görkəmli
şəxsiyyətlərin keçdiyi həyat yoluna qısaca nəzər salaq.
1. İctimai-siyasi xadim, maarifçi, linqvist alim, ədəbiyyatşünas, türkoloq, tərcüməçi olan
Əhməd Baytursunov (5 sentyabr 1872-1937) parlaq ədəbiyyatşünas və pedaqoq kimi tanınmışdır.
Əhməd Baytursunov aul ilk təhsilini mollaxanada almış, burada əlaçı şagird kimi
tanınmışdır. Sonra Turqay ikisinifli rus-qazax məktəbində təhsil almışdır. Daha sonra Orenburqa
gedərək təhsilini davam etdirmək məqsədi ilə görkəmli maarifçi İbray Altınsarin tərəfindən əsası
qoyulmuş dördillik müəllimlər seminariyasına daxil olmuşdur. Əhməd Baytursunov olmazın əzab-
əziyyətinə, böyük maddi çətinliklərə baxmayaraq 1895-ci ildə məktəbi bitirmiş və o vaxtdan 1909-
cu ilədək Aktübinsk, Kustanay və Qarqaralı uyezdlərinin aul volost məktəblərində müəllimlik
etmişdir. Kustanay uyezdində işlədiyi zaman meşəbəyinin evində yaşayan Əhməd onun qızı
Aleksandra ilə evlənir. Müsəlman adətilə ailə quran cütlüyün xanımı ərinin soyadını götürüb adını
da dəyişərək Badrisəfa Məhəmmədsadıq qızı Baytursunova kimi tanınır. Kustanayda məskunlaşan
ailə sonradan Omska, daha sonra Qarqaralıya köçərək 1909-cu ilədək burada yaşayır. Əhməd
Dostları ilə paylaş: |