ALINMA SÖZLƏR
Bədii dilin leksikasını öyrənərkən əsərin yarandığı mühiti,
ictimai şəraiti nəzərə alaraq, yazıçının əcnəbi sözlərə
münasibətini müəyyənləşdirmək, ədəbi-ictimai mühitin qohum
və qonşu dillərə təmasının dərəcə və istiqamətini aydınlaşdırmaq
lazım gəlir. XIX əsrin sonu, XX əsrin əvvəllərində,
Ə.Haqverdiyevin bədii yaradıcılıqla məşğul olduğu dövrdə
Azərbaycan dili bir neçə cəbhədən yad dillərin güclü təzyiq və
116
təsirinə məruz idi. Belə bir şəraitdən baş açmaq, milli dilin
orijinallığını mühafizə edib qorumaq, əvvəl qeyd etdiyimiz kimi,
yazıçıdan böyük cəsarət, formalaşmış demokratik dünyagörüşü
tələb edirdi. Ə.Haqverdiyevin ilk dram əsərləri yad dillərin mənfi
təsirinə əks təsir və durumu, müqaviməti baxımından bu tələbə
müsbət cavab verir. «Dağılan tifaq» pyesində işlənmiş ərəb, fars
sözlərinin əksəriyyəti, rus dilindən alınmış sözlərin, demək olar
ki, hamısı ədəbi dilimizdə möhkəm mövqe qazanmış zəruri
leksik vahidlərdir. Alınma sözlərin yalnız kiçik bir qrupu surət
dilinin fərdiləşdirilməsi, rəsmi sənəd üslubu və s. ilə əlaqədardır.
Pyesin dilindəki alınma sözlər içərisində əsas yeri ərəb və
fars mənşəli sözlər tutur. Rus dilindən alınma söz kəmiyyətcə
çox azdır. Əsərdə ərəb, fars və rus mənşəli sözlərdən əlavə,
bən, bana, bin, bin-bin
kimi bir neçə sözə də təsadüf olunur.
Belə sözlərin əvvəlində
m
əvəzinə
b
səsinin işlənməsi müasir
türk dilinə məxsus haldır. Onu da qeyd etmək lazımdır ki, bu
sözlərdən sonrakı ikisi əsərin 1926-cı il nəşrində əlavə edilmişdir.
İlk nəşrdə
bin, bin-bin
sözlərinin olmamasından əlavə,
bin, bana
sözləri də tək-tək hallarda işlədilmişdir. Şübhəsiz, bu hal dövrün
orfoqrafiya qaydaları ilə bağlıdır və belə sözlər təkcə «Dağılan
tifaq»ın dilində deyil, o dövrdə nəşr olunmuş bütün bədii
əsərlərin, mətbuat nümunələrinin, hətta qrammatika kitablarının
dilində də özünü göstərir. Məlumdur ki, XIX əsrin sonlarında və
xüsusən XX əsrin birinci rübündə türk dili bu dili təbliğ edənlərin
simasında öz təsirini xeyli gücləndirə bilmişdi və bunun
nəticəsində də bir neçə sözün türkcə yazılışı bir növ adətə
çevrilmiş, «həm bədii ədəbiyyatın, həm qəzet və jurnalların, həm
də dərsliklərin dilində xeyli müddət özünü saxlamışdır».
43
Ərəb və fars mənşəli sözlərin kəmiyyətcə üstünlüyü uzun
bir tarixi prosesin təbii nəticəsi olduğundan belə sözlərin xeyli
hissəsi (95,4 faizi) canlı dildən əlavə, lüğət tərkibinin əsas
hissəsinə də daxil olmuş, ümumişlək sözlər sırasına keçmiş,
zəruri leksik vahidlərə çevrilmişdir.
Adət, aləm, bina, vacib,
vədə, vərəm, vəsiyyət, qədim, qəzəb, qəm, qəribə, dəfə, eyb,
əvvəl, əzab, əla, qəbul, qəbr, qüvvət, dəqiqə, dünya, etibar,
43
. .
.
, 1961,
.31.
А М я щ я р р я м о в Ядяби дилин совет дюврц Бакы
сящ
117
əbəs, əlavə, əlac, əməl, ətraf, əxlaq, əhali, əhval, zəif, zəmanə,
zərər, zəhmət, insan, ixtiyar, layiq, ləzzət, meyit, meyil, məz-
mun, məktub, məlum, mərhəmət, məsəl
,
məsləhət, məhəbbət,
məşğul, məşhur, müəllim, nəsihət, razı, təlim, tərif
,
fələk, xeyli,
xərc, halva, heyvan, həyət, hələ, cəld, şey, şe`r, şərt, şəxs (ə r
ə b), asan, bağ, betər, bənd, bəhanə, dərə, dərd, divar, dost,
ziyan, kəllə, kənar, manat, meyvə, pəncərə, pərdə, pul, heç,
can, cavan, şad, şirin (
f a r s
)
44
və s. sözləri geniş kütlə mənşə
fərqinə varmadan öz ünsiyyətinə daxil edir, bu sözlərin ifadə etdiyi
anlayışların başqa sözlərlə ifadəsinə ehtiyac duyulmur.
Zəruri və təbii ünsiyyət vahidlərinə çevrilmiş bu cür ərəb və
fars sözlərinin xeyli hissəsi dilimizdə sabit semantik xüsusiyyətə
malik olmaqla yanaşı, fonetik cəhətdən də sığallanmış, ahəng
qanununun tələbləri əsasında dəyişərək, tələffüz tərzinə görə də
azərbaycancalaşmışdır:
adam, axır, dövlət, zalım, zaman, kağız,
kəlmə, lazım, məsələ, sual, fayda, xarab, hava, halal, haram,
cavab
(ə r ə b)
, ayna, damaq, dənə, küçə, köhnə, şəhər
(f a r s)
və s. Bu qrupa daxil olan sözlər mənşə dildə başqa cür yazılıb,
başqa cür tələffüz olunduğu halda, semantik və fonetik qanunlar
əsasında sığallanaraq dilimizin təbiətinə uyğunlaşmışdır.
Pyesin dilindəki ərəb və fars sözlərinin bir qismi formaca
mənşə dildəkindən fərqlənmir, Azərbaycan dili qaydalarına da
uyğun gəlir:
müddət, nəfəs, nəfər, səbəb, səfeh, qəfəs,
qəflətən, söhbət, tərəf, xəbər, hazır, həkim, hörmət, şəfəq
(ə r
ə b),
vadar, hünər, kisə
(f a r s) və s. Bu sözlər mənşə dillərdə
də əsasən bu cür yazılır və bu cür tələffüz olunur. Semantik
uyğunlaşma belə sözlərə də aiddir.
Pyesdə işlənmiş ərəb və fars mənşəli sözlər içərisində
dilimizin fonetik qanunlarına tabe olmayan, ahəng qanununa
44
Яряб вя фарс мяншяли сюзляр груплашдырыларкян ясасян
ашаьыдакы лцьятляр
дян ис
:
тифадя едилмишдир . . .
Л З Б у д а г о в
-
Сравнительный словарь турецко татарс
.
-
.
ких наречий Санкт Петербург
I - 1869. II–1871;
М и р з а А б
д у л
л а Г а ф .
-
ф а р о в Персидско русский
,
словарь том I. ., 1927;
М
-
.
, 1945;
Турецко русский словарь Москва
Азярбайъан ядяби дилиндя ишлянян яряб вя фарс сюзляринин гыса
.
. .
,
, 1960 .
лцьяти Редактору Ъ Ф Баьыров Бакы
вя с
118
uyğun gəlməyən sözlər də vardır:
arif, bəla, müqabil, övlad, rəşa-
dət, sakit, saniyə, sahib, səxavət, təmənna, təravət, fincan, xalis,
xəcalət, xülasə, halət
(ə r ə b
),
nazik, nalə, nişan, peşiman, rəftar,
fəryad
(f a r s) və s.
Müəllif bəzən tarixi-ənənəvi prinsipə əməl edərək, bir qrup
sözün mənşə dildəki yazılış tərzini olduğu kimi saxlamışdır.
Məsələn:
vəqt, əql, ə`dəd, əhməq, keyf, kəbab, rahət, saət,
səlamət, sən`ət, təməh, fəqir, də`va, xəl`ət, sənduk
(ə r ə b),
pişə, xorus
(f a r s) və s. Şübhəsiz, bu hal ərəb əlifbasının
mühafizəkarlığı ilə əlaqədardır və əsərin yazıldığı dövrdə də
həmin sözlər indiki kimi
vaxt, ağıl, ədəd, axmaq, kef, kabab,
rahat, saat, salamat, sənət, tamah, fağır, dava, xələt, sandıq,
peşə, xoruz
şəklində tələffüz edilmişdir. Bunu bəzi sözlərin
yazılışındakı ikilik də subut edir. Belə ki əsərdə həm
ğeyri,
ğəzəb, əmma
sözlərinə, həm də bunların
qeyri, qəzəb, amma
şəklində yazılışına təsadüf edilir.
Qeyd etdiyimiz sözlər uzun müddət klassik ədəbiyyatımızda
böyük söz sənətkarlarının dilində işlənərək cilalanmış və dilin
malı olmuşdur. Bunların alınma tarixini müəyyənləşdirmədən də
demək mümkündür ki, burada dilimizə yabançı ünsür yoxdur və
həmin sözlər dilin təbii, zəruri ifadə vasitələri sırasına keçmişdir.
Bunlarla bərabər, pyesdə çox kiçik bir qrup təşkil edən
: qərz,
əqdəm, əsbab, məriz, mübtəla, səba, vaqiə, mürəxxəs
(ə r ə b),
bad
(f a r s) kimi alınmalara da təsadüf edilir ki, bugünkü
orfoqrafiya lüğətində
45
qeyd olunmalarına baxmayaraq, bu sözlər
işlənmə dairəsinə görə son dərəcə məhdudlaşmış və
köhnəlmişdir. Bu, hər şeydən əvvəl, onunla əlaqədardır ki, hə-
min sözlərin müasir ədəbi dilimizdə geniş dairədə işlənən
borc,
qabaq, şey, xəstəlik, tutulmuş, səhər yeli, yuxu, azad, külək
kimi qarşılıqları vardır. İşlənmə dairəsinin məhdudluğuna görə
həmin sözlərə yaxın bir qrupu təşkil edən
aqil, adil, təğyir, təhrif,
təşrif, şövkət, vücud, əyyam
(ə r ə b),
ruzigar
(f a r s) kimi
sözlər isə əsasən kitab dilində sabitləşmişdir. Pyesdə:
əta,
müşarileyh, müstəte, səlim, fariğ, cəbərrut
(ə r ə b),
xub, nam,
45
.:
.
Бах Азярбайъан дилинин орфографийа лцьяти Азярбайъан ССР
-
ЕА нын няшрий
,
, 1960.
йаты Бакы
119
na
(f a r s) və s. kimi bu gün çətin anlaşılan sözlər də vardır. Bu
sözlər istifadədən tamamilə qalmışdır. Dramaturq bu cür sözləri
pyesə obrazların dilini fərdiləşdirmək məqsədi ilə daxil etmişdir.
Belə sözlərin çoxu, Haqverdiyevin özünün dediyi kimi, «varlıların
ətrafında fır-fır fırlanan», boş və mənasız, ictimai məzmundan
xali mədhiyyələr yazmaqla məşğul olan dindar Mirzə Bayramın
dilində işlənmişdir. Mirzə Bayram Hacı Nurunun xələfi deyil, rəqi-
bidir. Müəllif də Mirzə Bayram kimilərin kökünü kəsmək üçün on-
ların əsl simasını öz dilləri ilə açıb göstərmişdir. O özünü «alim»
bir sənətkar, ərəb və fars dillərinin məşhur bilicisi kimi
tanıtmışdır. Onun bu xasiyyətini bilən Nəcəf bəy də onunla onun
«öz dilində» danışmağa çalışır. Nəcəf bəy özünün «əhvali-şərif»
sualına eyni tərzdə qəliz cavab alır: «Lillahilhəmd, səlamət və
ağanın vücuduna peyvəstə duagu varıq». Mirzə Bayram hətta
bəzən suallara yad bir dildə cavab verir:
N ə c ə f b ə y:
Çox pis şeydir zarafat, belədirmi Mirzə?
M i r z ə B a y r a m.
Bəli, bəli! Düz buyurursunuz!
Əzzərafate-miqrazül-məhəbbət
.
46
(12)
Yaxud: N ə c ə f b ə y.
Mirzə, bağışlaginən, …adət
eləmişəm, axşam çayını şərabsız içə bilmirəm.
M i r z ə B a y r a m.
Bəli, əladətü kəttəbiəttüssaniyə
.
47
(12)
Qəliz ərəb, fars sözlərinə bəzən köhnə ifadə və ibarələrin
tərkibində də rast gəlmək olur. Bunlara baxmayaraq, pyesdə bu
və ya digər səbəbdən işlənmiş çətin anlaşılan sözlər son dərəcə
azdır və hər biri cəmi bir-iki dəfə işlənmişdir.
Ərəb və fars sözlərinin bir qismi (7, 6 faizi) dini sözlərdən
ibarətdir. Məlumdur ki, dini sözlərin tarixi daha qədimdir və belə
sözlər ərəb istilası ilə əlaqədar dilimizə başqa söz qruplarına
nisbətən daha əvvəllər daxil olmuşdur. «Kitabi-Dədə Qorqud»
dastanlarında işlənmiş ərəb və fars sözləri də «…məzmun
etibarilə daha ziyadə dini sözlərdir».
48
Əsrlər ötdükcə, din
46
.
Зарафат достлуьун гайчысыдыр
47
.
Адят икинъи хасиййят кимидир
48
. . . «
-
»
Проф Я Д я м и р ч и з а д я Китаби Дядя Горгуд
». . .
дастанларынын дили В И Ле
-
,
нин адына АПИ нин няшриййаты
120
insanların iliyinə, sümüyünə yeridikcə dini istilahlar da artmış,
çoxalmışdır. XIX əsrin 80-ci illərində dini sözlərin müəyyən qismi
ən zəruri işlək vasitələr idi və ona görə də o dövrün insanlarını
ədəbiyyata gətirərkən onların dilində belə sözlər işlətməmək
qeyri-mümkün idi. Elə buna görə də pyesdəki dini məfhumların
ifadəçiləri əsasən çoxişlənən sözlərdir:
allah, qiyamət, quran,
qurban, dua, şükür, iman, amin, axirət, bismillah-ir-rəhman-ir-
rəhim, vallah, ərrəhman, əstəğfürullah, ibadət, ilahi, inşallah,
kövsər, lillahilhəmd, molla, müctəhid, nəzir, rəhmət, ruh,
salavat, surə, tə`ziyə, fitrə, halal, haram, cəhənnəm, şeytan
(ə r
ə b),
namaz, peyğəmbər, dərviş, günah, behişt, gor, möhür,
pərvərdigar, xuda, xudavənd, canamaz
(f a r s). Bu sözlərin
çoxu indi artıq dini məzmununu itirmiş, ümumişlək sözlər
sırasında qeyri-dini çalarda işlədilməkdədir.
Qeyd etməliyik ki, bu cür dini sözlərin işlədilməsində
məqsəd heç də dini fikirlərin təbliği deyildir: «Səlim bəyin,
Həmzə bəyin dinə qarşı etinasızlığı, mömin Mirzə Bayramın
tamahkarlığı və riyakarlığı, Kərimin «allahdan qorxmayıb»
intiqam alması və nəticədə allahın bəlasından asanlıqla yaxasını
qurtarıb, Təbrizdə ticarətlə məşğul olması və sairə də göstərir ki,
müəllifin məqsədi insanları heç də din və allah yoluna çıxarmaq,
onları Nəcəf bəyin aqibəti ilə qorxutmaq deyildir, əksinə, din və
mövhumat boyası altında gizlənən həyat həqiqətini ortaya
çıxarmaq, bəyliyin tüfeyli təbiətini, vəhşiliyini, zorakılığını, əxlaqi
miskinliyini göstərməkdir».
49
Ərəb və fars dillərindən alınmış sözlərin quruluşu da
maraqlıdır. Heç bir xalis Azərbaycan sözünə ərəb, fars şəkilçisi
artırılmadığı halda, ərəb və fars sözləri Azərbaycan dili şəkilçiləri
ilə sərbəst şəkildə birləşərək müxtəlif düzəltmə sözlərin
yaranmasına səbəb olmuşdur. Ərəb və fars dillərindən alınmış
sözlərdən aşağıdakı hallarda yeni sözlər düzəldilmişdir:
, 1959,
.148.
Бакы
сящ
49
. . «
», «
", 1950,
Ъ Ъ я ф я р о в Даьылан тифаг
Ядябиййат гязети
7(584).
№
121
1. Ərəb sözlərinə Azərbaycan dili şəkilçiləri artırmaqla:
qeyz-lən(mək), dövlət-li, dua-çı, əvvəl-inci, əməl-li, ləzzət-li,
rəhmət-lik, səbir-siz, təskin-lik, şərab-sız, şikayət-çi;
2. Fars sözlərinə Azərbaycan dili şəkilçisi artırmaqla:
dost-
luq, rüsva-lıq, həmişə-lik
;
3. Ərəb və fars ünsürlərinin birləşməsindən ibarət olan
sözlərə Azərbaycan dili şəkilçiləri artırmaqla:
əhvalpürsan-lıq,
biədəb-lik, biabru-çı-lıq
;
4. Fars dili söz və şəkilçiləri ilə:
bi-abru, bi-kar, bi-nəva, bi-
huş, dər-gah, na-mərd, na-xoş, ruz-gar
;
5. Ərəb sözləri üzərinə fars şəkilçiləri artırmaqla:
ba-səfa,
bi-həya, qumar-baz, kam-yab, na-əlac, na-layiq, na-ümid, na-
həqq, na-məlum, seyrən-gah, xəbər-dar, hövl-nak
.
Ərəb və fars sözlərinin sintaktik yolla söz yaradıcılığında iş-
tirakının iki üsulu vardır:
1. a) alınma sözlərin Azərbaycan dili sözləri ilə birləşməsi yolu
ilə:
çayxana
(af),
bugün-sabah
(aə); b) ərəb, fars sözləri ilə
olmaq
və ya
etmək
sözünün əlaqəsi yolu ilə:
dostluq eləmək, rəftar
eləmək, möhtac olmaq
və s. Bu qəbildən olan
daxil olmaq
feli
remarkalarda 25 dəfə işlənmişdir.
2. Ərəb və fars sözlərinin birləşməsi yolu ilə: a) iki ərəb sö-
zünün birləşməsi ilə:
qədr-qiymət, xatircəm, cah-cəlal, eyş-işrət;
b) iki fars sözünün birləşməsi ilə:
bədgüman, peyğəmbər,
dərviş, şoraba;
c) fars və ərəb sözlərinin birləşməsi ilə:
bədbəxt,
nəməkbəharam, xudahafiz, dərə-divan;
ç) ərəb və fars sözlərinin
birləşməsi ilə:
duagu, ibrətxanə, tərifnamə, filankəs;
d) ərəb və
fars sözlərinin təkrarı ilə:
əhməq-əhməq, ahəstə-ahəstə
.
Pyesdə canlı dilin xüsusiyyətini qabarıq əks etdirən qoşa
sözlərə də təsadüf olunur. Müstəqil mənalı köklə mənasız
kökün
50
qoşalaşıb işlənməsi nəticəsində əmələ gələn belə sözlərə
həm xalis Azərbaycan sözləri (qara-qura, qarışıq-quruşuq və s.),
həm də alınmalar sırasında (dəllək-məllək, kasıb-kusub, lotu-
potu, cahıl-cuhul) rast gəlirik.
50
.: . . .
Бах И Р Я ф я н д и й е в Азярбайъан дилиндя сюзцн гурулушу
(
Биринъи щис ), . .
-
,
ся В И Ленин адына АПИ нин ясярляри XXIII .,
ъ
1963, .80.
с
122
Ə.Haqverdiyev Peterburqda yaşadığı və təhsil aldığı on ilə
yaxın bir müddətdə rus dilnə çox dərindən yiyələnmişdi. Realizm
prinsiplərinə möhkəm sadiq qalan dramaturq XIX əsrin 80-ci
illərində
51
yaşamış Azərbaycan mülkədarlarını, yoxsul kəndliləri,
hüquqsuz qadınları, sadə şəhər əhalisini, ticarət burjuaziyasının
nümayəndələrini təbii bir dildə danışdırmış, bir kəlmə də olsun
yersiz rus sözü işlətməmişdir. Pyesdə, ümumiyyətlə, rus dilindən
alınmış söz çox azdır və cəmi beş-on sözdür:
verst, istəkan,
istul, işqab, gimnaziya, papiros, samavar, milyon, işqol, qəpik.
Yazılışından göründüyü kimi, bu sözlər kitablardan deyil, canlı
dildən götürülmüşdür. Rus dilindən alınmış sözlərin kəmiyyətcə
azlığı həyata və ictimai hadisə olan dilə şüurlu münasibətin,
ədibin ictimai-estetik baxışlarının real nəticəsidir. Müqayisə üçün
başqa bir misala diqqət yetirək:
F i r i d u n b ə y.
Ey, millətpərəst, idi syuda! (Səfi yaxın
gəlir). Sən millətpərəst, yoxsa yox?
S ə f i.
Necə, bəy?
F i r i d u n b ə y.
Sən görsən ki, mən yıxılıb ölürəm,
kömək eləyərsən, yoxsa eləməzsən?
S ə f i.
Əlbəttə, borcumdur eləmək.
F i r i d u n b ə y.
Vot, znaçit sən millətpərəst! Stupay!
Firidun bəy artıq XIX əsrin 80-ci illərindəki bəylərdən deyil-
dir. O, nəinki rus sözlərinin yersiz işlədilməsinə sərhəd qoymur,
hətta cümlələri qrammatik quruluş cəhətdən də rus dilinə
uyğunlaşdırmağa çalışır. «
Vot, znaçit sən millətpərəst
» -
cümləsinin son sözündən xəbərlik şəkilçisi təsadüfən ixtisar
edilməmişdir. Ölməkdə olan bir sinfin nümayəndələrini ədibin bu
qədər həssaslıqla təsvir etməsi onun şəraiti düzgün
qiymətləndirməsi, insanların xarakterində ictimai mühitlə
əlaqədar dəyişmə və «inkişafı» ardıcıl izləməsi nəticəsidir. «Mil-
lətpərəst» ziyalıların və yuxarı təbəqə nümayəndələrinin istifadə
etdikləri bu yeni jarqon, onların dilindəki bu yeni meyil təsadüfi
51
1209-
Няъяф бяй тямяссцкц Мяшяди Ъяфяря щиъри
ъу илдя
,
1882-
вердийини гейд едир ки бу да милади тарихля
ъи иля уйьун
,
70-
80-
эялир щадисялярин
ъи иллярин сону вя
ъи иллярин
.
яввялляриндя ъяряйан етдийини эюстярир
123
deyil, ictimai şəraitlə əlaqədar idi: «XIX əsrin axırlarında və indiki
əsrin əvvəllərində meydana gələn Azərbaycan burjuaziyası
kapitalizm təsərrüfatında farslardan heç bir ibrət ala
bilməyəcəyini və fars mədəniyyəti ilə Avropa texnikasının
qarşısında dayanmayacağını görüb, öz nəzərini feodalizm
(dərəbəylik) dövrünü keçirən İrandan çəkib, kapitalizm yoluna
düşən çar Rusiyasına doğru çevirdi… Bu dövrdə isə türk (Azər-
baycan – Q.K.) ziyalıları rus məktəblərində təhsil alaraq öz ana
dilinə həqarət nəzərilə baxırdılar və labüddən türkcə danışdıqları
vaxt nitqlərinin yarısını və bəlkə daha artığını rus sözləri ilə dol-
dururdular».
52
Elə bunun nəticəsidir ki, «Millət dostları»nda
təsvir olunan bəylər «Dağılan tifaq»dakı bəylərə bənzəmirlər.
Beş məclisdə cərəyan edən bir pyesdə rus dilindən alınmış cəmi
bir neçə söz olduğu, həm də əsasən ümumxalq dilində işlədilən
sözlər olduğu halda, dörd vərəqlik «Millət dostları»nda
yuxarıdakılardan əlavə:
zakuska, naxal, damski kavalerlik,
iskandal (eləmək), intelligent, bravo, bravo!, abijat (eləmək),
pravadit (eləmək), apazdat (eləmək), bakal, yubka
və s. sözlərə
rast gəlirik (cədvəllərə bax).
İctimai həyatdan gələn və mütərəqqi ziyalıları həmişə düşün-
dürən bu cəhət – rus dili söz və ifadələrindən yersiz istifadə halları
başqa realist yazıçılarımızın əsərlərində də öz əksini tapmışdır.
N.Vəzirovun «Pəhlivanani-zəmanə», «Nə əkərsən, onu biçərsən»
və s. əsərlərini xatırlamaq kifayətdir. Hələ bu əsərlərdəki Rüstəm
bəy kimilər bir yana, aralıq övrəti Nurcahan («Nə əkərsən, onu
biçərsən») kimi qocaların dilində də bu cür fərdi xüsusiyyətlər
əmələ gəlmiş, «…tarixi şərait, XX əsr Bakı həyatı onun danışığına
«razdavay bajalskə», «jiri pajalskə», «razdivay pajalskə», «isnimi
pajalskə» kimi ifadələr əlavə etmişdir».
53
Nəticə olaraq qeyd etməliyik ki, rus dilinə hüsn-rəğbət
bəsləyən Haqverdiyev bu dildən jarqon kimi istifadə hallarını, rus
dili söz və ifadələrinə sərhəd qoyulmadan işlədilməsini hər iki
52
.
. «
Я з и з Ш я р и ф Ябдцррящимбяй Щагвердийевин дили Йени
»
, 1927, 15
.
фикир гязети
йанвар
53
.
.
К а м р а н М я м м я д о в Няъяфбяй Вязиров Азярбайъан ССР
-
ЕА нын няшрий
,
, 1963,
.241.
йаты Бакы
сящ
124
dilə hörmətsizlik əlaməti saymış, realist bir yazıçı kimi, həmişə
belə bir prosesə qarşı mübarizə aparmışdır.
125
«Dağılan tifaq»ın lüğət materialının mənşəcə təhlili göstərir ki,
Haqverdiyev xalq dilinin zəngin lüğət tərkibinə arxalanmış, ardıcıl və
bəzən paralel fəaliyyət göstərən mürtəce təmayüllərin təsirindən
uzaq olmuşdur. Bu isə böyük Mirzə Fətəlinin milli dil sahəsində
başlamış olduğu son dərəcə mütərəqqi bir işin çətin şəraitdə ardıcıl
xətlə ləyaqətlə davam etdirilməsi idi: «Haqverdiyev öz müəllimi
Mirzə Fətəli Axundovun şərəfli ənənələrini davam etdirərək, burjua
yazıçıları kimi yazmamış, geniş zəhmətkeş kütlələrin başa düşdüyü
bir dildə yazmışdır. O, bizim əsrin I rübündə osmanlı –
Konstantinopol ləhcəsinin, fars və ərəb dillərinin və ya rus ifadə
formalarının güclü təsiri altına düşməyərək, türk – Azərbaycan
dialektinin tamamilə təmiz şəkildə saxlanmasına nail olan tək-tək
yazıçılardandır».
54
«Dağılan tifaq»ın lüğət tərkibinin mənşə mənzərəsini əks etdi-
rən cədvəl də (cədvələ bax:) ədibin milli dilimizə xidməti barədə
yuxarıdakı sözlərə haqq qazandırır. Yalnız bunu göstərmək kifayətdir
ki, pyesdə işlənmiş 1332 sözün 729-u, yəni 54,7 faizi xalis
Azərbaycan sözlərindən ibarətdir. Sözlərin təkrarən işlənmə
imkanlarını hesaba aldıqda bu sözlərin böyük üstünlüyü daha aydın
görünür. Belə ki təkrarlarla birlikdə işlənmiş 7406 sözün 5412-ni,
yəni 73 faizini xalis Azərbaycan sözləri təşkil edir. Bəzi məhəlli və
arxaik sözləri, tipikləşdirmə məqsədi ilə işlənmiş beş-on alınma sözü
nəzərə almasaq, pyesin dilindəki bütün sözlər ədəbi dilimizdə
sabitləşmiş sözlərdir.
Cədvəl üzrə pyesin lüğət materialını nəzərdən keçirdikdə alın-
ma sözlərin işlənməsinə dair bəzi xüsusiyyətlər özünü göstərir. Prof.
H.Mirzəzadə Füzuli dilinin leksik tərkibindən danışarkən ərəb mənşəli
sözlər içərisində «m» hərfi ilə başlayan sözlərin daha çox olduğunu
qeyd etmişdir.
55
Bu hal pyesdə də müşahidə olunur. Məsələn,
g, p,
ç, u
hərfləri ilə başlayan ərəb mənşəli sözə təsadüf edilmədiyi halda,
m
ilə başlayan 54,
ə
ilə başlayan 41 ərəb sözü işlənmişdir (cədvəl №
54
.
А з и з Ш а р и ф
,
.
Жизнь и творчество Ахвердова журн
«Литератур
»,
ный Азербайджан 1936, 11-12,
№
. 64.
сящ
Ситатдакы диалект
вя лящъя
сюзляри цмумиййятля дил мянасында баша
.
дцшцлмялидир
55
:
,
Бах Ядябиййат вя Дил институтунун ясярляри VIII
,
ъилд
, 1957,
.177.
Азярбайъан ССР ЕА няшри
сящ
126
1-ə bax);
m
ilə başlayan 74 sözdən qalanı bunlardır:
meşə, meyvə,
məgər, mən, mənəm-mənəm, məngənə, milyon, mirvari, mişavıl,
möhür, murov, murovluq, müftəxor
. Bunların da bir qismi fars, biri
rus dilindən alınmış, yalnız bir neçə söz xalis Azərbaycan sözüdür.
127
128
129
130
Bunun əksinə olaraq,
g
hərfi ilə başlayan 51 sözdən yalnız
gədə, giriftar, girov, gor, guya, günah
sözləri fars,
gimnaziya
rus
dilindən alınmış, qalanı xalis Azərbaycan sözləridir, ərəb mənşəli
söz yoxdur,
P
ilə başlayan 32 sözdən yalnız bir neçəsi fars
dilindən alınmamışdır:
paltar, pambıq, papaq, papiros, parça,
pəh-pəh, pis, pis-pis, pişik
;
x
ilə başlayan sözlərdən:
xan,
xanım, xəncər
sözləri alınma deyildir;
ş
ilə başlayan 24 sözdən
14-ü ərəb, 5-i fars, yalnız
şalaq, şaxımaq, şəvə, şıllaq, şüklətmək
sözləri xalis Azərbaycan sözləridir;
c
ilə başlayan 22 söz içə-
risində
cırmaq, calamaq, cərcənək
alınma de- yildir;
h
ilə
başlayan sözlər içərisində yalnız
ha, ha-ha-ha, hamı, hanı, hara,
hey-hey, hırıldamaq, hökürmək, hürmək
sözləri xalis Azərbaycan
sözləridir. Bunlardan fərqli olaraq,
a
ilə başlayan 80 sözün çoxu
(
a, av, avçı, ata, ağsaq, axşam, ağ, ağarmaq, ağac, ağız,
ağlamaq, ağlıq, ağlıya-ağlıya, ağrımaq, ad, adlı, az, ay!, ay,
ayrılmaq, ayırmaq, ayrı, alın, alış-veriş, alışmaq, almaq, alt, altı,
ana, and, anlamaq, ancaq, aparmaq, ara, araba, arzu, artmaq,
artıq, asmaq, at, ata, atıcı, atlı, atmaq, ax!, axmaq, axtarmaq,
axşam, ah!, açıq, açmaq, ac, aşıq, aşmaq
) xalis Azərbaycan
sözüdür;
b
ilə başlayan 115 sözdən üç-dördü ərəb (
bilmərrə, bi-
na, bismillah
və s.), qalanı xalis Azərbaycan və fars sözləridir.
Fars sözlərinin çoxluğu
bi
ön şəkilçisi ilə bağlıdır.
Q
hərfi ilə baş-
layan 104 sözdən dörddə biri alınma olduğu halda,
ğ
ilə
başlayan 6 sözün hamısı (
ğeyz, ğeyzlənmək, ğeyri, ğeyri-
mümkün, ğəzəb, ğəribə
) ərəb mənşəlidir.
Ə
hərfi ilə başlayan
30 söz içərisində
əyaq, əyin, əyləşmək, əymək, əyri, əl, əliboş, əlli,
əlsiz-əyaqsız, ərik, əsirgəmək, əsmək, ər, ət, ətək, ətli
sözləri xalis
Azərbaycan,
əgər, əncir
sözləri fars, qalanı isə ərəb mənşəlidir.
Cədvəli nəzərdən keçirməklə bu barədə daha ətraflı məlumat
almaq olar.
Dostları ilə paylaş: |